Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?


) Diafraqmanın təsdiqlənmiş cırılması nəyə göstərişdir ?



Yüklə 1,31 Mb.
səhifə6/19
tarix10.12.2016
ölçüsü1,31 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

259) Diafraqmanın təsdiqlənmiş cırılması nəyə göstərişdir ?

A) Həyati göstəriş üzrə təcili əməliyyata mütləq göstərişdir

B) Planlı əməliyyata göstərişdir

C) Müayinə başa çatdıqdan sonra təcili əməliyyata göstərişdir

D) Yalnız ağırlaşma inkişaf edən hallarda əməliyyata göstərişdir

E) Dinamik müşahidəyə göstərişdir


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
260) Ağ ciyər toxumasının zədələnməsi olmadan baş və ya pay bronxun qopması zamanı seçim əməliyyatı hansıdır?

A) Traxebronxial ağacın keçiriciliyini və hermetikliyini bərpa etmək məqsədilə plastik əməliyyat

B) Lobektomiya və ya pulmonektomiya

C) Silikon protezin yerləşdirilməsi

D) Silikon protezdən istifadə etməklə stentləmə

E) Bronxun kənarını rezeksiya etməklə bronxlararası anastomozun qoyulması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

261) Döş axarının travmatik cırılmasına görə aparılan əməliyyatlar zamanı aşağıdakılardan hansısı özünü daha çox doğruldur?

A) Axarın proksimal ucunun bağlanması

B) Axarın proksimal və distal uclarının anastomozu

C) Axarın proksimal və distal uclarının bağlanması

D) Boyun nahiyəsində döş axarının bağlanması

E) Limfovenoz anastomozun qoyulması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
262) Zərərçəkmişdə 2 qabırğanın ağırlaşmamış sınığı vardır. Daha çox özünü doğruldan taktika hansıdır?

A) Ambulator müalicə, yaşayış yerində travmatoloqun müşahidəsi

B) Pulmonologiya şöbəsinə hospitalizasiya

C) Travmatologiya şöbəsində stasionar müalicə məqsədilə hospitalizasiya

D) Torakal cərrahiyyə şöbəsinə hospitalizasiya

E) Ambulator müalicə, yaşayış yerində cərrahın müşahidəsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
263) Ağ ciyər vərəminin aktiv formasında aşağıdakılardan hansında vərəm mikobakteriyaları aşkar edilən xəstələr bakteriya ifraz edənlərə aiddir?

A) Qanda


B) Plevral mayədə

C) Bəlğəmdə

D) Bronxoalveolyar yuyuntuda

E) Limfa düyünlərindən götürülmüş bioptatda


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

264) Döşdaxili limfa düyünlərinin vərəmi hansı səbəblərdən inkişaf edir?

A) Tənəffüs orqanları vərəminin müstəqil formasıdır və əsas etibarilə uşaqlarda,yeniyetmələrdə və böyüklərdə (25 yaşa qədər) vərəmlə birincili yoluxma nəticəsində inkişaf edir

B) Vərəmin ağ ciyərdən kənar formasıdır və vərəmlə birincili yoluxma nəticəsində istənilən yaşda inkişaf edə bilər

C) Periferik limfa düyünlərinin vərəminin lokal təzahürüdür

D) Ağ ciyərlərin disseminəolunmuş vərəminin ağırlaşmasıdır

E) Vərəmin ağ ciyər formasına münasibətdə ikincilidir


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
265) Ağ ciyərin ocaqlı vərəmi aşağıdakılardan hansının olması ilə xarakterizə olunur?

A) Klinik təzahürlər olmadan ağciyərin istənilən sahəsində bir ocağın olması ilə

B) Bir və ya hər iki ağ ciyərin istənilən sayda və lokalizasiyada ocaqların olması və zəif simptomlu klinik gedişlə

C) Aydın nəzərə çarpan intoksikasiya, bronxit və plevritlə gedən bir və ya hər iki ağ ciyərin məhdud sahəsində azsaylı ocaqların olması ilə

D) Hər iki tərəfin apikodorzal şöbələrində yerləşən və rentgenoloji olaraq müxtəlif cinsli çoxsaylı ocaqların olması ilə

E) Bir və ya hər iki ağ ciyərin məhdud seqmentində 1-2 və daha çox ocaqların olması və zəif simptomlu klinik gedişlə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
266) Ağ ciyərin kavernoz vərəminin cərrahi müalicəsində seçim əməliyyat hansıdır?

A) Tipik seqmentar, biseqmentar və ya kombinəolunmuş rezeksiya

B) Lobektomiya

C) Kavernotomiya

D) Atipik seqmentar rezeksiya

E) Kavernoplastika


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
267) Ağ ciyərin kavernoz vərəmi olan xəstələrdə əməliyyatdan sonrakı dövrdə vərəməleyhinə müalicə necə aparılmalıdır?

A) Sanatoriyada 2-3 ay

B) 6 aydan az olmayaraq

C) Spesifik terapiya göstəriş deyildir

D) 12 ay və daha çox

E) Stasionardan evə yazılana qədər


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
268) İri bronxların vərəminin hansı formaları endoskopik olaraq fərqləndirilə bilər?

A) Iltihabi aktivliyin İ dərəcəsi, İİ dərəcəsi, İİİ dərəcəsi və İV dərəcəsi

B) Infiltrativ, indurativ, xoralı, psevdotumoroz

C) Kataral, hemorragik, irinli

D) Ödemli, stenotik çapıq

E) Infiltrativ, xoralı, fistulalı, çapıq stenoz


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
269) İri bronxların vərəmi zamanı cərrahi müalicəyə cöstərişlər hansılardır?

A) Göstəriş yalnız ağ ciyər toxumasındakı proseslə müəyyən edilir

B) Iri bronxların vərəmi zamanı cərrahi müalicədən istifadə olunmur

C) II-III dərəcəli stenoz

D) Əlavə konservativ müalicə aparılmamış fistula forması

E) Xoralı forma


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
270) Ağ ciyər vərəminə görə ağ ciyərin ardıcıl qənaətli ikitərəfli rezeksiya əməliyyatı həyata keçirilərkən daha optimal interval hansıdır?

A) 1,5-2 ay

B) 3-4 ay

C) 6 aydan çox

D) 1 il

E) 1 aydan çox olmayaraq


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
271) Aşağıdakılardan hansında ağciyərin rezeksiyası əməliyyatından sonrakı erkən dövrdə uzunmüddətli pnevmoperitoneumun qoyulması göstərişdir?

A) Tuberkuloma

B) Ağ ciyərin disseminəolunmuş vərəmi

C) Ağ ciyərin sirrotik vərəmi

D) Ağ ciyərin kavernoz vərəmi

E) Ağ ciyərin ocaqlı vərəmi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
272) Ağ ciyərin vərəmi zamanı cərrahi taktikanı müəyyən edən spontan pnevmotoraksın əsas xüsusiyyəti hansıdır?

A) Intoksikasiyanın sürətlənməsi

B) Vərəm prosesinin proqressivləşməsi

C) Ağ ciyərin hissəvi kollapsı

D) Plevranın kəskin empiemasının sürətli inkişafı

E) Tənəffüs çatmamazlığının dərinləşməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
273) Vərəm empieması hansı xüsusiyyətə malikdir?

A) Əksər hallarda qeyri-spesifikdir

B) Əksər hallarda məhdudlaşmış olur

C) Qarışıqdır

D) Bir qayda olaraq göbələk infeksiyasının qoşulması ilə gedir

E) Yalnız vərəm mənşəlidir


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
274) Ağ ciyərin aplaziyasının aqeneziyadan fərqi nədən ibarətdir?

A) Rudimentar baş bronxun olması

B) Baş və pay bronxların olması, lakin seqmentar bronxlara bölünməməsi

C) Ağ ciyərin bütün elementlərinin (bronxların, qan damarlarının, parenximanın)sona qədər inkişaf etməməsi

D) Baş bronxun olması, lakin pay bronxlarına bölünməməsi

E) Baş bronxun olmaması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

275) Sadə və sistoz hipoplaziyanın differensial diaqnostikasında daha informativ müayinə metodu hansıdır?

A) Bronxoqrafiya

B) Bronxoskopiya

C) Ağ ciyərlərin perfuzion skannerləşdirilməsi

D) Angiopulmonoqrafiya

E) Rentgenotomoqrafiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

276) Ağ ciyərin anadangəlmə sisti zamanı cərrahi müalicəyə hansılar göstərişdir?

A) Yalnız ağırlaşmış sistlər (qanhayxırma, gərginləşmiş sist)

B) Yalnız spesifik iltihabın qoşulması (vərəm)

C) Yalnız qeyri-spesifik iltihabın qoşulması

D) Sistin olma faktı

E) Konservativ müalicənin (drenləşdirmə, skleroterapiya) effektsizliyi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

277) Kəskin absesin xroniki absesə keçməsi ehtimalı ən çox nədən asılıdır?

A) Plevranın empieması, piopnevmotoraks və s. ağırlaşmaların olmasından

B) Absesin inkişafına səbəb olan mikrob florasından və onun dərmana qarşı davamlılığından

C) Yanaşı patologiyadan

D) Absesin formasından, ölçüsündən və lokalizasiyasından

E) Drenləşdirici bronxun keçiriciliyinin vəziyyətindən


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
278) Ağ ciyərin qanqrenasını qanqrenoz absesdən hansı əlamətə görə fərqləndirmək qəbul edilmişdir?

A) Immunoqramma və hemoqrammaya görə

B) Auskultativ məlumatlara görə

C) Klinik mənzərəsinə görə

D) Ağ ciyərdə boşluqların forması, lokalizasiyası və sayına görə

E) Ağ ciyərdə irinli-nekrotik prosesin yayılmasına və ətraf orqanları cəlb etmə xarakterinə görə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
279) Empiema boşluğunun fenestrasiyasının—plevral pəncərə qoyulmasının əsas yerləşdirmə şərti hansıdır?

A) Irinin ən çox toplandığı nöqtəsində

B) Empiema boşluğunun ən aşağı nöqtəsində

C) Plevral boşluğun yalnız yan və arxa şöbələrində

D) Empiema boşluğunun mərkəzində

E) Plevral boşluğun yalnız ön şöbələrində


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
280) Kəskin bakterial destruksiyanın piopnevmotoraksla ağırlaşması zamanı ən məqsədəuyğun müalicə həcmi necə olmalıdır?

A) Təcili plevropulmonektomiya və ya plevrolobektomiya

B) Torakoskopiya, plevral boşluğun sanasiyası və drenləşdirilməsi

C) Gündəlik plevral punksiyalar fonunda müalicəvi traxeobronxoskopiya kursları

D) Plevra boşluğunun drenləşdirilməsi, aktiv aspirasiya

E) Regionar bronxoblokada, plevra boşluğunun drenləşdirilməsi, aktiv aspirasiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
281) Anadangəlmə bronxektaziya üçün xarakterik əlamət hansıdır?

A) Ağ ciyərlərin ikitərəfli seqmentar zədələnməsi

B) Sol ağ ciyərin aşağı payının birtərəfli zədələnməsi

C) Sağ ağ ciyərin aşağı payının birtərəfli zədələnməsi

D) Ikitərəfli pay və ağciyərlərin geniş sahədə zədələnməsi

E) Sol ağ ciyərin aşağı payının və dil seqmentinin birtərəfli zədələnməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

282) Hansı hallarda ağ ciyərin rezeksiyasından sonra inkişaf edən bronxoektazlar onların həqiqi residivləri hesab olunur?

A) Patoloji dislokasiya nəticəsində bronxları əyilmiş seqmentlər

B) Anaerob infeksiyanın proqressivləşməsi nəticəsində

C) Bronxların keçmiş deformasiya zonalarında

D) Vərəmin qoşulması nəticəsində

E) Əvvəlcədən dəyişiklik olmayan ağ ciyər toxumasında


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

283) Bronxoektazların residivinin cərrahi müalicəsinə göstəriş hansıdır?

A) Birtərəfli zədələnmə zamanı bronxoektaziya xəstəliyinin klinikasının olması

B) Zədələnmənin ikitərəfli xarakterdə olması

C) Proqressivləşən ürək-ağ ciyər çatmamazlığı

D) Bronxoektazların diaqnostik olaraq təsdiqlənmiş residivi

E) Birtərəfli zədələnmə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
284) Bronxial astmalı xəstələrdə cərrahi müalicənin effektivliyi neçə faiz təşkil edir?

A) 20%-30%

B) 50%-60%

C) 30%-50%

D) 60%-70%

E) 70%-80%


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
285) Qeyri-spesifik spontan pnevmotoraksın ən çox rast gəlinən səbəbi hansıdır?

A) Ağ ciyərin kəskin bakterial destruksiyası

B) Ağ ciyər absesi

C) Körpücükaltı venanın punksiyasının həyata keçirilməsi

D) Ağ ciyərlərin bullez distrofiyası

E) Döş qəfəsinin qapalı travması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
286) Gərgin residiv spontan pnevmotoraks zamanı nə göstərişdir?

A) Plevra boşluğunun aktiv aspirasiyası ilə birgə drenləşdirilməsi

B) Plevra boşluğunun Bulau tipli drenləşdirilməsi

C) Torakoskopiya

D) Plevral punksiya

E) Torakotomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
287) Hansı maddə ilə plevrodez apararkən ən möhkəm bitişmə müşahidə olunur?

A) Talkla

B) Autoqanla

C) Tetrasiklinlə

D) Yodla

E) NaCl-un hipertonik məhlulu ilə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
288) Ağ ciyərin ağırlaşmamış exinokokkozunda hansı üsul ən çox icra olunur?

A) Ağ ciyərin atipik rezeksiyası

B) Birmomentli exinokokektomiya

C) İkimomentli exinokokektomiya

D) Pulmonektomiya

E) Lobektomiya, bilobektomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

289) Ağ ciyərin exinokokkozunun gedişini ağırlaşldıran piopnevmotoraksın xüsusiyyətləri hansılardır?

A) Qeyd edilən ağırlaşmanın inkişafı zamanı vəziyyətin pisləşməsi

B) Şokun klinik mənzərəsi

C) Gərgin «qaz» sindromunun tez inkişaf etməsi

D) Plevradaxili qanaxma ilə birgə rast gəlinməsi

E) Anafilaktik reaksiyanın, əksər hallarda övrənin inkişafı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
290) Ağ ciyərin preinvaziv xərçəngi aşağıdakı hüdudlardan hansını keçməyən şişdir?

A) Səthi epitelial qatı

B) Bronx divarını

C) Epitelial səfhənin bazal membranını

D) Bronxun əzələ qatını

E) Bronx divarının selikaltı qatını


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
291) Ağ ciyər şişinin daha tez-tez rast gəlinən metastazvermə yolu hansıdır?

A) Hematogen və implantasion

B) Limfogen və hematogen

C) Limfogen

D) Bütün metastazvermə yolları eyni dərəcədə

E) Limfogen və implantasion


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
292) Ağ ciyərin xoşxassəli şişləri arasında ən çox rast gəlinəni hansısıdır?

A) Nevrinoma

B) Hamartoma

C) Mioma


D) Fibroma

E) Adenoma


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
293) Ağ ciyərin bədxassəli hamartoması morfoloji olaraq nəyə aid edilir?

A) Xərçəngə

B) Teratomaya

C) Sarkomaya

D) Apudomaya

E) Karsinomaya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
294) Ağ ciyər xərçəngi hansı mənşəli bədxassəli şişdir?

A) Bronxlardan və ağciyərdən inkişaf edən istənilən histogenezə malik

B) Mezotelial

C) Mezenximal

D) Epitelial

E) Ağ ciyər toxumasında yerləşən istənilən şişdir


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
295) Ağ ciyər xərçənginin hansı klinik-anatomik formaları aid edilir?

A) Mərkəzi, periferik, atipik

B) Ekzofit, endofit, parenximatoz

C) Endobronxial, peribronxial, parenximatoz

D) Kökətrafı, parenximatoz, qarışıq

E) Düyünlü, infiltrativ, qarışıq


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
296) Ağ ciyərin mərkəzi xərçənginin erkən mərhələsinə hansı aiddir?

A) Intraepitelial xərçəng

B) T1N0M0 mərhələsində olan xərçəng

C) Gizli xərçəng

D) T1-2N0M0 mərhələsində olan xərçəng

E) Rentgen-neqativ xərçəng


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

297) Şişin aşağıdakı strukturlardan hansına sirayət etməsi ağ ciyər xərçənginin cərrahi müalicəsinə mütləq əks-göstərişdir?

A) Döş qəfəsi divarına

B) Perikarda

C) Fəqərə cisimlərinə

D) Diafraqmaya

E) Tək venaya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
298) Traxeyanın əməliyyatdan sonrakı «son» defekti dedikdə nə başa düşülür?

A) Diametri baş bronxa bərabər və ya ondan böyük olan traxeoplevrotorakal fistula

B) Traxeostomik fistula

C) Istənilən diametrli traxeoezofageal fistula

D) Traxeal fistula

E) Traxeoplevral fistula


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
299) Traxeostomiyanın traxeotomiyadan fərqi nədir?

A) Traxeya mənfəzinə kanyulanın yeridilməsi

B) Həyata keçirilməsinin müddəti

C) Traxeyaya cərrahi yaxınlaşmanın həyata keçirilməsi

D) Traxeyanın kəsilmə üsulu

E) Həyata keçirilməsinə göstəriş


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
300) Bronxların yad cisimlərinin ən çox yerləşdiyi lokalizasiya hansıdır?

A) Sağ ara və sol linqulyar bronxlar

B) Sağ və sol aşağı pay bronxları

C) Sağ baş, ara və aşağı pay bronxları

D) Sol baş və linqulyar bronxlar

E) Sağ və sol baş bronx


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
301) Döşdaxili ur zamanı əməliyyata göstəriş hansı hallarda yaranır?

A) Kardio-respirator sindromlar və disfagiya inkişaf edən hallarda

B) Qeyd edilən patologiya aşkar edilən bütün hallarda

C) Tireotoksikoz simptomları aşkar edilən hallarda

D) Divararalığı və boyun orqanlarının kompressiyası inkişaf edən hallarda

E) Vəzin bədxassəli şişə çevrilmələri zamanı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
302) Miasteniyanın konservativ müalicəsinin əsas prinsipləri hansılardır?

A) Asetilxolin defisitinin korreksiyası və autoimmun proseslərin ləngidilməsi

B) Immunkorrektorların istifadəsi

C) Kalium, kalsium preparatlarının və vitaminlərin təyini

D) Əvəzedici hormonal terapiya

E) Antibiotikoterapiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
303) Miastenik timomalarda tez-tez rast gəlinən və təhlükəli əməliyyatdan sonrakı ağırlaşma hansıdır?

A) Yuxarı boş vena sindromunun güclənməsi

B) Miastenik kriz və spontan tənəffüsün pozulması

C) Mediastinit

D) Perikardit

E) Böyrəküstü vəzinin çatmamazlığı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
304) Mediastinit nədir?

A) Perikardın və divararalığının birləşdirici toxumalarının vərəm mənşəli iltihabıdır

B) Divararalığında şiş və iltihab mənşəli istənilən patoloji prosesdir

C) Divararalığında spesifik və qeyri-spesifik flora tərəfindən törədilən istənilən kəskin iltihabi prosesdir

D) Divararalığının birləşdirici toxumasının irinli iltihabıdır

E) Divararalığının mikrob florası, eləcə də mexaniki travma, kimyəvi maddələr və fiziki amillər tərəfindən törənən kəskin və xroniki iltihabıdır


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
305) Kəskin irinli mediastinit zamanı əsas etibarilə göstərişləri hansıdır ?

A) Divararalığının açılması, sanasiyası, drenləşdirilməsi və sonradan lavajı

B) Divararalığının açılması, tamponadası və drenləşdirilməsi

C) Konservativ müalicə

D) Divararalığının açılması və tamponadası

E) Divararalığının qapalı drenləşdirilməsi və konservativ terapiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
306) Xilotoraks zamanı döş axarının döş şöbəsinə standart müdaxilə yolu hansıdır?

A) Zədələnmə tərəfdə yan torakotomiya

B) Zədələnmə tərəfdə arxa torakotomiya

C) Stemmer üsulu ilə mediastinotomiya

D) Sternotomiya

E) Sağ tərəfdə yan torakotomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
307) Travmatik xilotoraks zamanı əməliyyat məsələsini həll etmək üçün daha rasional müddət hansıdır?

A) 3 həftədən sonra

B) 14-21 gün

C) 7-10 gün

D) 10-14 gün

E) Diaqnozun qoyulması anı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
308) Diafragmanın qida borusu dəliyinin sürüşən yırtığı paraezofageal yırtıqdan nə ilə fərqlənir?

A) 70-75% hallarda parasternal yırtıqla birgə təsadüf olunur

B) Həmişə ezofagitlə müşayiət olunur

C) 50% hallarda diafraqmanın relaksasiyası ilə birgə rast gəlinir

D) Tez-tez boğulur

E) Heç vaxt boğulmur


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
309) Qabırğaarası torakotomiyadan sonra postoperasion yaranın irinləməsi aşağıdakılardan hansının inkişafına görə təhlükəlidir?

A) Sepsisin inkişafı

B) Qabırğanın osteomielitinin

C) Plevranın empiemasının

D) Irinli mediastinitin

E) Plevrotorakal fistulanın


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

310) Ağ ciyərin rezeksiyasından sonra qəfləti letal nəticələrin əsas səbəbi hansıdır?

A) Miokard infarktı

B) Ağ ciyərdən venoz qanın axınının pozulması

C) Ağ ciyər arteriyasının trombozu

D) Ağ ciyər arteriyasının tromboemboliyası

E) Kiçik qan dövranında hipertenziya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
311) Ağ ciyər arteriyasından embolektomiyanın effektivliyi neçə % təşkil edir?

A) Bütün əməliyyat olunanların 10%-ə qədərini

B) Bütün əməliyyat olunanların 1-2%-ni

C) Bütün əməliyyat olunanların 20%-dən çoxunu

D) Bütün əməliyyat olunanların 30%-dən çoxunu

E) Bütün əməliyyat olunanların 10-15%-ni


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
312) Qanhayxırma nədir?

A) Istənilən miqdarda təmiz və ya dəyişilmiş qanın öskürəklə xaric olması

B) Bəlğəmlə təmiz halda 50 ml-ə qədər qanın xaric olması

C) Sutka ərzində 300 ml-ə qədər yeni və /və ya dəyişilmiş qanın öskürəklə xaric olması

D) Qan qarışığı, o cümlədən mikroskopik qan qarışmış bəlğəmli öskürək simptomu

E) Bəlğəmdə yalnız yeni eritrositlərin tapılması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
313) Ağ ciyər qanaxması nədir?

A) Öskürək zamanı sutka ərzində 200-400 ml qanın xaric olması

B) Öskürək zamanı Sutka ərzində 50 ml-dən artıq qanın xaric olması

C) Öskürək zamanı sutka ərzində 500 ml qanın xaric olması

D) Öskürək zamanı bir dəfəyə 50 ml-dən artıq qanın xaric olması

E) Qanhayxırma şəklində xarici təzahürə malik qanın traxeobronxial ağaca və ya ağ ciyər toxumasına birincili daxil olması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
314) Aspergillomalar zamanı seçim əməliyyat hansıdır?

A) Ağ ciyərin tipik seqmetar və biseqmentar rezeksiyası

B) Ağ ciyərin lobektomiya həcminə qədər rezeksiyası

C) Pulmonektomiya

D) Ağ ciyərin atipik rezeksiyası

E) Aspergillomanın presizion xaric edilməsi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə