Cerund və feli sifət



Yüklə 120 Kb.
tarix18.03.2020
ölçüsü120 Kb.
Cerund və feli sifət

Müasir ingilis dilində feili sifət komponentli sintaktik vahidlərin təhlilini aparan zaman belə nəticəyə gəldik ki, bu vahidləri üç qrupa bölmək olar: feili sifət komponentli söz birləşmələri, feili sifət tərkibləri, feili sifət cümlələri. Feili sifət komponentli söz birləşmələrində feili sifət bir və ya bir neçə sözlə birlikdə bir cümlə üzvü olur. Məsələn, /Looked back from the road he could still see her in her white dress, standing modestly apart from the dancers/ (Th.Hardy). /After a while he passed an elderly parson riding a grey horse/ (Th.Hardy) və s. Söz birləşmələrini tərkiblərlə qarışdırmaq olmaz. Söz birləşmələrinin komponentləri arasında xəbər əlaqəsi yoxdur. Söz birləşməsində feilin təsriflənməyən forması ilə ifadə olunmuş hərəkətin isim, yaxud əvəzliklə ifadə olunmuş icraçısı iştirak etmir. Feili sifət tərkiblərində həm əvəzlik, yaxud isimlə ifadə olunmuş ad bildirən tərəf, həm də feili sifətlə ifadə olunmuş ikinci tərəf işlənir və komponentlər arasında xəbər əlaqəsi olur. Məsələn, /The lady was seen crying at the cinema/. Feili sifət komponentli söz birləşmələri cümləyə transformasiya oluna bilmədiyi halda, feili sifət tərkibləri cümləyə transformasiya olunur, “mübtəda + xəbər” quruluşlu 18 cümləyə çevrilir. Məsələn, /They saw that the lady was crying at the cinema/. Müasir ingilis dilində aşağıdakı feili sifət tərkibləri işlədilir: 1) Tamamlıq Feili Sifət tərkibi (The Objective Participial Construction), məsələn: I heard them talking about it at home. (Th.Hardy); 2) Mübtəda Feili Sifət tərkibi (The Subjective Participial Construction). Məsələn: He was seen reading a book. Müstəqil feili sifət tərkiblərindən feili sifət cümlələri törəmişdir. Feili sifət cümlələri müstəqil nominativ feili sifət tərkiblərininin inkişafının nəticəsi olaraq meydana gəlmişdir. Məsələn, 1) Müstəqil Nominativ Feili Sifət tərkibi (The Nominative Absolute Participial Construction). Məsələn: The cab coming in a minute later, the passengers left.; 2) Sözönülü Müstəqil Feili Sifət tərkibi (The Prepositional Absolute Participial Construction). Məsələn: She sat quite silent, with her eyes stared at the photo.; 3) Müstəqil Feili Sifət tərkibi (The Absolute Participial Construction). Məsələn: Generally speaking, I don’t appreciate her behaviour like that. Beləliklə, müxtəlifsistemli dillərdə tədqiq olunan feili sifət və feili sifət tərkiblərinin müqayisəli-tipoloji təhlili, bu dillərin qrammatik quruluşunu mahiyyət etibarı ilə eyni, lakin onu çatdıran qrammatik formaların müxtəlifliyi ilə səciyyələnir. III fəsil “Azərbaycan dilində feili bağlama və ingilis dilində cerund” adlanır. Azərbaycan dilində feili bağlamanın səciyyəvi xüsusiyyətləri, ingilis dilində cerundun təbiəti və səciyyəvi xüsusiyyətləri, cerundla olan konstruksiyaların özəllikləri və cerundun Azərbaycan dilində tərcümə variantları üçüncü fəsildə tədqiq edilmişdir. A.N.Kononov, haqlı olaraq göstərmişdir ki, feili bağlamaları zamanlara görə təsnif etmək düzgün deyil, bunları ancaq formaya görə təsnif etmək lazımdır, çünki feili bağlamalar müstəqil surətdə heç bir zaman məzmunu ifadə edə bilmir. Onların zaman məna çalarlığı müstəqil feillə qarşılaşdıqda müəyyənləşir, yəni feili bağlamanın zaman çaları müstəqil feilin zamanından asılı olduqda müəyyənləşir.1 M.H.Hüseynzadənin fikrincə, feili bağlama istilahı şəkilçilərin sintaktik rolundan alınmış bir istilahdır. O qeyd edir ki, dilimizdə bir sıra şəkilçilər var ki, onlar ya bir sadə, ya da bir mürəkkəb cümlə daxilində iki işi birbirinə bağlayır, yəni bir cümlədə iki iş icra edilir ki, onun biri sərbəst, 1 Кононов А.Н. Грамматика языка тюркских рунических памятников (VII-IX вв.). Ленинград: Наука, 1980, с.256 19 digəri isə həmin sərbəst işə bağlı olur.1 Feili bağlamaları zərf hesab edən alimlər də vardır. Feili bağlama həm feilə, həm də zərfə aid xüsusiyyətlərə malikdir. Feilə aid xüsusiyyətləri – hərəkət bildirməsi, inkarlıq, növ və təsirlik kateqoriyalarıdır. Məsələn: “yoxlayanda – yoxlamayanda; yazanda – yazılanda – yazışanda – yazdıranda; görəndə, biləndə, axtaranda (təsirli), güləndə, oyananda, yuxulayanda (təsirsiz)”. “Onların nitqdəki əsas fəaliyyəti zərf mövqeyində işlənmələridir.”2 Feili bağlamanın dəyişməzliyi (sözdəyişdirici şəkilçi qəbul etmir və qrammatik dəyişikliyə uğramır), cümlədə başqa bir feilə aid olub onu izah etməsi, zərfin suallarına cavab verərək həm təklikdə, həm də əlaqəyə girdiyi sözlərlə birlikdə cümlədə zərflik funksiyasını yerinə yetirməsi onun zərfə aid xüsusiyyətləridir. Müasir Azərbaycan ədəbi dilində feili bağlama əmələ gətirən şəkilçilər çox zəngin və müxtəlif olduğu kimi, onların ifadə etdikləri mənalar da çox müxtəlifdir. Feili bağlama ilə ifadə olunmuş feil iş, hal və hərəkətin davamlığını, inkişafını, hala çevrilməsini bildirir. Bunlar cümlə içərisində əsas feillə icra olunmuş iş, hal və hərəkətin icra tərzini bildirir. Tərkibində feili bağlamalar olan feili birləşmələr daha çox canlı danışıq və bədii əsərlərin dilində işlənir. İngilis dilində feilin təsriflənməyən formalarından biri olan cerund da, məsdər kimi, ikili xarakterə, həm feili, həm də ismi xüsusiyyətlərə malikdir. Məsdərdən fərqli olaraq, cerund davamlılıq məna çalarlığına malikdir və cerundda ismi, məsdərdə isə feili xüsusiyyətlər çoxdur. Formaca müxtəlif olan cerund və məsdər mənaya görə də fərqlənir. Cerund məsdərə nisbətən ümumi, mücərrəd xarakterə malikdir, məsələn: “He loves dancing under the rain.” – ümumiyyətlə mənasında. “He does not love to dance on such a cold day” – bu gün mənasında. Cerund ancaq ingilis dilinə xasdır. Cerund cümlədə müxtəlif sintaktik vəzifələrdə iştirak edə bilir. Cümlədə cerunda təklikdə çox az təsadüf edilir. Feilin bütün təsriflənməyən formaları kimi, cerund da predikativ tərkiblər əmələ gətirir. Belə ifadələrin cerundla ifadə olunmuş feili hissəsi ilə isimlə və ya əvəzliklə ifadə olunmuş ismi hissəsi arasında olan münasibət mübtəda ilə xəbər arasında olan münasibətə bənzəyir. Məsələn: “I don’t 1 Hüseynzadə M.H. Müasir Azərbaycan dili. Morfologiya, III hissə, Bakı: Maarif, 1973, s. 245 2 Seyidov Y.M. Azərbaycan dilinin qrammatikası. Morfologiya. Bakı: Bakı Universiteti, 2006, s. 353 20 like my children asking for help,” said he proudly. – / “Uşaqlarımın kömək istəməsini xoşlamıram,” qürurla o dedi./ (Th.Hardy) Morfoloji formalarını nəzərə aldıqda, feilin indiki zaman feili sifəti və cerund bir-birindən fərqlənmir. Lakin nitqdə işlənmə və digər sözlərlə əlaqəyə girmə baxımından cerund və indiki zaman feili sifəti bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn, cerund sözönü ilə işlənə bilir, yiyəlik halında olan isim, yaxud yiyəlik əvəzliyi ilə təyin oluna bilər, isim kimi cümlədə mübtəda, predikativ, tamamlıq və s. sintaktik funksiyalarda çıxış edə bilir.1 Zərflik və təyin vəzifəsində həm feili sifət, həm də cerund işlədilir, lakin bu halda cerunddan əvvəl sözönü işlənir. Cümlə daxilində “-ing” formasına malik olan və cümlədə isim funksiyasında çıxış edən sözün feili isim, yaxud cerund olduğunu müəyyənləşdirmək çətindir. Bununla belə onlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Feili ismin yalnız ismi xüsusiyyətləri olduğu halda, bütün təsriflənməyən feillər kimi, cerund isə ikili xarakterə (ismi və feili xüsusiyyətlərə) malikdir və feili isimlə artikl işlədilir (məsələn: I want you to give my trousers a good ironing.), cerund ilə isə heç bir artikl işlədilmir. Feili ismi cəm şəkilçisi (-s) qəbul edərkən cəmdə işlənir, (məsələn: Their comings and goings disturb me.). Cerund isə, heç bir cəm şəkilçisi qəbul etmir. Cerund zərflə, feili isim isə sifətlə təyin olunur (məsələn: Drinking even temperately was a sin. (cerund); He took a good scolding about clodding Sid (feili isim).). Təsirli feillərdən düzəldilmiş cerunddan sonra vasitəsiz tamamlıq işlədilir, feili isim vasitəsiz tamamlığı qəbul etmir, o “of” sözönülü vasitəli tamamlıq qəbul edir, məsələn: Meanwhile Gwendolen was rallying he nerves to the reading of the paper. Yəni, “-ing” formalı sözdən sonra vasitəsiz tamamlıq işlənibsə, o cerunddur.2 Apardığımız araşdırmalar göstərir ki, müasir ingilis dilində də feilin təsriflənməyən formalarından biri olan cerund mübtəda, xəbərin hissəsi, tamamlıq, təyin, zərflik vəzifələrində çıxış edir və Azərbaycan dilində isim, məsdər və feili bağlama ilə ifadə olunur.3 Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, feilin təsriflənməyən formaları çox geniş işlənmə dairəsinə malikdir: xalq danışıq dilində, bədii əsərlərdə, mətbuat dilində və s-də. Müasir ingilis və Azərbaycan dillərində 1 Musayev O. İ. İngilis dilinin qrammatikası. Bakı: Maarif, Qismət, 2007, s. 262 2 Kaushanskaya V.L., Kovner R.L., Kozhevnikova O.N. and others. A Grammar of the English Language. 4-ое изд., Leningrad: Просвещение, 1973, p.185 3 Nuriyeva S.T. Cerund. Bakı: Təhsil, 2011, s.13 21 feilin təsriflənməyən formalarının kontekstual-funksional əlamətlərindən biri onların adi danışıqda, kontekstual şəraitdə, bədii ədəbiyyatda və s. istifadə olunmasıdır. Beləliklə, tədqiqatın nəticələrini aşağıdakı kimi ümumiləşdirə bilərik: 1. Müqayisə edilən dillərdə məsdərlər feilin təsriflənməyən formalarından biri kimi mövcuddur. İngilis dilində onun göstəricisi analitik, Azərbaycan dilində isə sintetik vasitələrdir. Hər iki dildə məsdər cümlə üzvü funksiyalarında iştirak edir. Bu artıq onların tərkibli və tərkibsiz işlənməsindən asılıdır. 2. Hər iki dildə məsdərlər həm isimlərə, həm də feillərə yaxınlaşır. Lakin ingilis dilində məsdərlər zaman, tərz və növ xassələrinə malikdirsə, Azərbaycan dilində daha çox ismə məxsus xüsusiyyətlərə malikdir. 3. İngilis dilində feili sifətin iki zaman forması, ingilis dilindən fərqli olaraq, Azərbaycan dilində isə feili sifətin üç zaman forması var. İngilis dilində feili sifətin formaları (indiki və keçmiş zaman forması) formaca indiki və keçmiş zamanı göstərsə də, diqqətlə fikir verdikdə görürük ki, indiki zaman feili sifəti həm indiki, həm də bitmiş zamanı ifadə edir. Keçmiş zaman feili sifəti isə keçmiş zamanı ifadə edir və bəzən də konkret zamanı olmur. İngilis dilində feili sifətin zaman kateqoriyası şərti xarakter daşıyır (nisbidir), Azərbaycan dilində isə feili sifətin zaman formaları özünəməxsus şəkilçilər vasitəsi ilə düzəlir. 4. İstər Azərbaycan, istərsə də ingilis dillərində feili sifət atributiv səciyyəlidir, yəni birləşmə daxilində təyin funksiyasında çıxış edir. Deməli, funksional cəhətdən feili sifət həm verbal, həm də atributiv xüsusiyyətləri özündə cəmləşdirir. Müqayisə edilən hər iki dildə feili sifəti şərtləndirən ən başlıca əlamət onun hərəkət məzmununa malik olmasıdır və onun hərəkət məzmununa malik olması bir sıra qrammatik kateqoriyaların, məsələn, növ, tərz, zaman, inkarlıq kateqoriyalarının yaranmasına imkan verir. 5. Feillə qrammatik cəhətdən sıx surətdə bağlı olan feili bağlama hərəkətin əsas lüğəvi mənasını özündə ifadə edir və müstəqil feildən asılı vəziyyətdə olur, köməkçi vəzifə daşıyır. Feili bağlama ilə ifadə olunmuş feil iş, hal və hərəkətin davamlığını, inkişafını, tərzini bildirir. Feili bağlama istər yazılı abidələrdə, istərsə də müasir ədəbi dilimizdə işlənmə dairəsinin genişliyinə görə, habelə məhsuldarlığı etibarilə diqqəti cəlb edir. 22 6. Müasir ingilis dilində feilin təsriflənməyən formalarından biri olan cerund Azərbaycan dilində məsdər və feili bağlama ilə ifadə olunmuş cümlə üzvləri vəzifəsində çıxış edir. 7. Azərbaycan dilində feilin təsriflənməyən formaları bir qayda olaraq aid olduqları sözlərdən əvvəl, ingilis dilində isə aid olduqları sözlərdən əvvəl və sonra gələrək heç bir formal şəkilçi qəbul etmirlər. Dissertasiya işinin əsas məzmunu aşağıdakı tezis və məqalələrdə öz əksini tapmışdır: 1. İngilis dilində feilin təsriflənməyən formalarında zaman kateqoriyası // Dil və Ədəbiyyat, BDU, Bakı, 2013, № 4 (88), s. 42-45 2. Dilçilikdə “feili sifət və feili sifət tərkibləri” probleminin tədqiqi tarixinə dair qeydlər // Dil və Ədəbiyyat, BDU, Bakı, 2014, № 3 (91), s. 77-79 3. Müasir ingilis və Azərbaycan dillərində feili sifət xüsusiyyətlərinin təhlili // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya Məsələləri, Bakı, 2014, № 8, s. 289-295 4. Cerundun özəllikləri və cerundun Azərbaycan dilində tərcümə variantları // Dil və Ədəbiyyat, BDU, Bakı, 2014, №4 (92), s. 120-123 5. Müasir ingilis və Azərbaycan dillərində məsdərin səciyyəvi xüsusiyyətləri // AMEA M.Füzuli adina Əlyazmalar İnstitutu, Filologiya Məsələləri, Bakı, 2015, № 8, s. 248-259 6. Müasir Azərbaycan dilində feili bağlamanın struktur-semantik və işlənmə xüsusiyyətləri // Tağıyev Oxuları. Elmi Məqalələr Məcmuəsi, BSU, Bakı, 2015, № 1, s. 51-55 7. Dilçilikdə feil problemi ilə bağlı tədqiqatların tarixi // Elmi Xəbərlər, ADU, Bakı, 2015, № 6, s. 85-90 8. O предикативных конструкциях в современном английском языке / Международной научно-практической конференции «Глобализация Науки: Проблемы и Перспективы», г.Уфа, РФ, 2015 г, 3 апреля, с.78-79 9. Müasir ingilis dilində cerundun təbiəti, formaları və səciyyəvi işlənmə xüsusiyyətləri / AMEA-nın 70 illiyinə həsr edilmiş Akademik Elm Həftəliyi -2015, Beynəlxalq Multidissiplinar forum, Bakı, 2015, 02-04 Noyabr, s. 148-150 10. Danışıq mədəniyyəti / Dil və Mədəniyyət, Respublika Elmi-praktiki konfransı, ADU, Bakı, 8-9 oktyabr 2015, s.

MÜASIR INGILIS DILINDƏ FELI SIFƏT KOMPONENTLI SÖZ BIRLƏŞMƏLƏRI

Feli sifət komponentli söz birləşmələrində feli sifət bir və ya bir neçə sözlə birlikdə bir cümlə üzvü olur. V.L.Kauşanskaya qeyd edir ki, felin şəxssiz formalarının əmələ gətirdikləri söz birləşmələri ətrafındakı sözlərlə birlikdə bir cümlə üzvü funksiyası daşıyır.

Feli sifət tərkiblərini feli sifət komponentli söz birləşmələrindən fərqləndirmək lazımdır. V.L.Kauşanskaya yazır ki, söz birləşmələrini tərkiblərlə qarışdırmaq olmaz. Söz birləşmələrinin komponentləri arasında xəbər əlaqəsi yoxdur. Söz birləşməsində felin şəxssiz forması ilə ifadə olunmuş hərəkətin isim, yaxud əvəzliklə ifadə olunmuş icraçısı iştirak etmir, məsələn: Granny tried to soothe her grandchild by reading songs cümləsində by reading songs feli sifət komponentli söz birləşməsidir, tərzi hərəkət zərfliyi funksiyasında işlənmişdir.

Başqa bir misalı nəzərdən keçirək: The windows of the drawing-room opened to a balcony overlooking the garden. Bu cümlədə overlooking the garden feli sifət komponentli söz birləşməsidir və cümlədə balcony sözünün təyini funksiyasını daşıyır.�� ���

Feli sifət komponentli söz birləşmələri cümlədə təyin funksiyasında həm prepozitiv, həm postpozitiv vəziyyətdə işlənə bilər. Prepozitiv vəziyyətdə feli sifət adətən təyin etdiyi isimdən əvvəl gələrək təklikdə işlənir. Məsələn: a charming woman, an amusing child.

Postpozitiv vəziyyətdə təyin bir qrup sözlə indiki zaman feli sifət və ondan asılı olan sözlərlə ifadə olunduqda işlənir. Burada da həm müəyyən zaman ərzində müşahidəsi mümkün olan, həm də müşahidəsi mümkün olmayan hal-hərəkət bildirən indiki zaman feli sifətlər işlənir. Dil materialları göstərir ki, postpozitiv vəziyyətdə indiki zaman feli sifət təsadüfi hallarda həmcins üzvsüz işlənir. O çox vaxt başqa təyinlərlə yanaşı gəlir. İndiki zaman feli sifət postpozitiv vəziyyətdə işləndikdə həm müşahidə momenti zamanı hərəkət və vəziyyətlə bağlı olan əlaməti və həm də keyfiyyət əlamətini təyin olunanın xüsusiyyətini, xassəsini və bacarığını ifadə edən və müşahidə momentindən xaric baş verən hərəkətlə az-çox bağlı olan əlaməti ifadə edir.

Postpozitiv təyin vəzifəsində çıxış edən indiki zaman feli sifət tək və ya bir neçə təyinedici sözlə təyin qrupunun axırında dayana bildiyi kimi, təyin qrupunun əsas məna daşıyıcı üzvü kimi də işlənə bilir:

a) Tək və ya bir neçə təyinedici sözlə postpozitiv təyin qrupunun axırında dayanan indiki zaman feli sifət və onun Azərbaycan dilində ifadə vasitələri, məsələn: There was the sound of rocking a chair in the room, and of a woman singing (Greenwood, True History of a Little Ragamuffin).

Bu cümlədə indiki zaman feli sifət müəyyən zaman ərzində tamamlanmış hərəkətin əlamətini və ya müəyyən müddət ərzində konkret müşahidəsi mümkün olan vəziyyətin əlamətini ifadə edir. Bu xüsusiyyət cümlənin məzmunundan, təyin olunanın semantikasından və indiki zaman feli sifətdə ifadə olunmuş konkret hərəkət və vəziyyət arasındakı əlaqədən asılıdır. Bu cümlədə indiki zaman feli sifət Azərbaycan dilində indiki zaman feli sifət kimi tərcümə olunur: Otaqda stulun və oxuyan qadının səsi eşidilirdi.

Bəzən and of a woman singing birləşməsində indiki zaman feli sifət əvvəlki vəzifəsini tərcümədə xəbər əlaqəsində də işlənə bilir. Məsələn: Otaqda bir stulun cırıltısı eşidilir, bir qadın isə oxuyurdu.

Əlbəttə, bunu bütün hallara aid etmək olmaz, belə hallarda mətn böyük rol oynayır. Məsələn: There broke out the wailing of a baby and skirl of a concertiana rising and falling (J.Galsworthy, The İnn of Train).����

Bu birləşmələrdə indiki zaman feli sifət qalxan və düşən səsin intensivliyini bildirir, hərəkətə və müşahidə momentinə görə əlaməti ifadə edir. Hərəkətlə olan əlaqə qalır, çünki bu hərəkət müşahidə momenti zamanı baş verir və əlamətin keçici, müvəqqəti olduğunu göstərir.

b) Postpozitiv vəziyyətdə indiki zaman feli sifət həm təyin qrupu kimi, həm də indiki zaman feli sifət tərkibi kimi işlənə bilir.

Qrammatistlər bu tərkiblərə ancaq onun təyin budaq cümləsinə uyğun olması baxımından yanaşırlar. Onlar indiki zaman feli sifətin təyin qrupu kimi çıxış edərkən hansı əlamət ifadə etdiyinə, leksik mənalarına görə, əsasən, təyin qrupunun əsas üzvü kimi çıxış etdiyinə, istər prepozitiv, istərsə də postpozitiv vəziyyətdə ifadə etdiyi əlamətlər arasındakı fərqlərə və təyin qrupunun əsas üzvü kimi hansı xüsusiyyətlərə malik olduğuna əhəmiyyət vermirlər.



Dil materiallarından göründüyü kimi, indiki zaman feli sifətin xüsusiyyəti təyin qrupu kimi, onun prepozitiv vəzifəsindən fərqli olaraq, təsadüfi hallarda sifət və indiki zaman feli sifətlə birlikdə postpozitiv vəziyyətdə işlənməsidir. Məsələn: Only the policeman patrolling slowly and at intervals took an interest in that waiting figure (J.Galsworthy, Man of Property).���

Burada indiki zaman feli sifət təyin edənin ifadə etdiyi obyektiv hərəkətin, vəziyyətin və ya müəyyən zaman ərzində müşahidəsi mümkün olan hal-hərəkət bildirən felin əlamətini ifadə edir və Azərbaycan dilində indiki zaman feli sifət kimi tərcümə olunur: the policeman patrolling postunu gəzən polis nəfəri.

Nümunə gətirilən cümlələrdəki indiki zaman feli sifətlərin çoxu təyin edənin ifadə etdiyi obyektiv hərəkətin, vəziyyətin və ya müəyyən zaman ərzində müşahidəsi mümkün olan hal-hərəkət bildirən fellərin əlamətini ifadə edərək prepozitiv vəziyyətdə işlənir. Postpozitiv vəziyyətdən fərqli olaraq, prepozitiv vəziyyətdə onların çoxu keyfiyyət əlamətini bildirir. Məsələn: crawling, creeping və s. indiki zaman feli sifətlər prepozitiv təyin vəzifəsində çıxış edərkən eyni dərəcədə həm müəyyən zaman ərzində müşahidə olunan hərəkət və vəziyyətin əlamətini, həm də keyfiyyət əlamətini crawling things, creeping things ifadə edir. Postpozitiv vəziyyətdə isə belə hallar müşahidə olunmur.

Postpozitiv təyin vəzifəsində indiki zaman feli sifətlər hərəkətin yerini, xarakterini və s. bildirən izahedici sözlərlə birlikdə çıxış edərkən sözönü ilə gələ bilər ki, bu da həmin vəzifədə indiki zaman feli sifətin fellik əlamətini bildirir, çünki prepozitiv vəziyyətdə o, fellik xüsusiyyətini itirir.

Hərəkət və vəziyyət bildirən fellərdən əmələ gətirilmiş indiki zaman feli sifətlər təyin qrupunun əsas üzvü kimi təyin vəzifəsində işlənərkən felin əsas mənasını saxlayır, təyin olunan şəxsi və ya əşyanı ifadə etdiyi hərəkətə və vəziyyətə görə aydınlaşdırır.

Deyilənlərdən göründüyü kimi, indiki zaman feli sifət həm prepozitiv vəziyyətdə, həm də Azərbaycan dilindən fərqli olaraq, postpozitiv vəziyyətdə işlənir. Azərbaycan dilinə həm indiki zaman feli sifət, həm də leksik-semantik vahidlərlə tərcümə olunur.



Participle I cümlədə tərzi-hərəkət zərfliyi ola bilər. Bu halda Participle I cümlənin axırında durur və Azərbaycan dilinə eyni sintaktik vəzifə daşıyan zərflər və feli bağlamalar vasitəsilə tərcümə edilir, məsələn: He came up to the well running. O, quyunun yanına qaça-qaça gəldi. The engine started off shuddering. Mühərrik titrəyərək işə düşdü.

Participle I cümlədə səbəb zərfliyi ola bilər. Bu halda Participle I cümlənin əvvəlində və ya axırında durur, Azərbaycan dilinə üçün, görə qoşmalarından birinin iştirakı ilə düzələn və eyni sintaktik vəzifə daşıyan fel tərkibləri şəklində tərcümə edilir, məsələn: Having plenty of time we didnt hurry. Vaxtımız çox olduğu üçün biz tələsmirdik.

Participle I cümlədə müqayisə zərfliyi də olur. Bu halda Participle I as if, as though bağlayıcıları ilə işlədilir. Müqayisə zərfliyi vəzifəsində çıxış edən Participle I Azərbaycan dilinə həm müqayisə zərfliyi, həm də müqayisə budaq cümləsi şəklində tərcümə oluna bilər, məsələn: She didnt move as if waiting for my sign. O mənim işarəmi gözləyirmiş kimi yerindən tərpənmədi. Yaxud: O yerindən tərpənmədi, sanki mənim işarəmi gözləyirdi.

Participle I davamedici zamanda xəbərin əsas hissəsi olur. Belə hallarda onun qarşısında həmişə to be felinin şəxsli formalarından biri durur. Participle I xəbərin əsas hissəsi olduqda dilimizə təklikdə deyil, özündən əvvəlki to be feli ilə birlikdə xəbər şəklində tərcümə edilir, məsələn: I am reading a book. Mən kitab oxuyuram kimi tərcümə edilir.

Keçmiş zaman feli sifəti - Participle II cümlədə təyin, zərflik və xəbərin əsas hissəsi olur. Azərbaycan dilində daşıdığı sintaktik vəzifədən asılı olaraq aşağıdakı kimi tərcümə edilir:



1. Participle II təyin vəzifəsində işlədildikdə təyin etdiyi sözdən həm əvvəl, həm də sonra dura bilər. Participle II təklikdə təyin olursa, təyin etdiyi sözdən əvvəl gəlir, məsələn: the exploited wells istismar olunan quyular. Participle II hər hansı bir ismi təklikdə deyil, özündən başqa bir və ya bir neçə sözlə birlikdə təyin edirsə, həmin isimdən sonra gəlir, məsələn: the wells exploited last year keçən il istismar olan quyular.

Təyin vəzifəsində olan Participle II (cümlədə yerindən asılı olmayaraq) dilimizə -mış, miş, muş, müş; - an, -ən, - yan, -yən şəkilçiləri ilə düzülən və eyni sintaktik vəzifə daşıyan feli sifət tərkibləri şəklində tərcümə edilir, məsələn: The exploited masses in capitalist countries are fighting against the bosses. Kapitalist ölkələrində istismar olunan kütlələr sahibkarlarla mübarizə edirlər. Materials used in construction are quite various. Tikintidə işlədilən materiallar tamamilə müxtəlifdir. He has many books translated from English. Onun ingiliscədən tərcümə olunmuş çoxlu kitabı var.

Təyin vəzifəsində çıxış edən Participle II mənaca bəzən sifətə yaxınlaşır. Belə hallarda Participle II Azərbaycan dilinə sifət kimi tərcümə edilir, məsələn: a broken jug sınıq kuzə, a cultured man mədəni insan, written translation yazılı tərcümə, an educated girl savadlı qız. Təyin vəzifəsində çıxış edən Participle II + by + isim (used by man) birləşmələri Azərbaycan dilinə iki cür tərcümə oluna bilər: isim + feli sifət tərkibi ilə insanın işlətdiyi, isim + tərəfindən + feli sifət insan tərəfindən işlədilən, məsələn: The first building materials used by a man were stone and timber. İnsanın istifadə etdiyi ilk tikinti materialları daş və ağac olmuşdu.

2. Participle II cümlədə zaman zərfliyi ola bilər. Bu halda Participle II cümlənin əvvəlində və ya axırında durur və çox vaxt onun qarşısında when, while sözlərindən biri işlədilir. Zaman zərfliyi vəzifəsində çıxış edən Participle II Azərbaycan dilinə -anda, -əndə; -dıqda, -dikdə, -duqda, -dükdə şəkilçiləri ilə düzülən və eyni sintaktik vəzifə daşıyan feli bağlamalar şəklində tərcümə olunur, məsələn: When wounded he was taken to the hospital. - Yaralandıqda onu xəstəxanaya götürdülər. Water must be clean when used for washing things. - Əşyaları yumaq üçün işlədildikdə su təmiz olmalıdır.

3. Participle II cümlədə şərt zərfliyi də ola bilər. Bu halda onun qarşısında həmişə if bağlayıcısı olur. Participle II şərt zərfliyi kimi işlədildikdə, Azərbaycan dilinə şərt budaq cümləsi şəklində tərcümə edilir, məsələn: The glass is useless if broken. Şüşə sınmışdırsa, faydasızdır. We heard much about her if spoken she would suffer. Biz onun haqqında çox şey eşitmişdik, əgər deyilsəydi, o zərər çəkərdi.

4. Participle II müqayisə zərfliyi ola bilər. Bu halda isə onun qarşısında as if bağlayıcısı işlədilir.

5. Güzəşt zərfliyi vəzifəsində çıxış edən Participle II dilimizə əsasən güzəşt budaq cümləsi şəklində tərcümə olunur, məsələn: The glass was not broken, though fallen. Şüşə düşmüş olsa da sınmamışdı. The machine didnt work well though repaired.  Maşın təmir edilmiş olsa da, yaxşı işləmirdi.

6. Participle II felin məchul növü ilə ifadə olunmuş xəbərin əsas hissəsi vəzifəsində də çıxış edir. Belə hallarda onun qarşısında to be felinin şəxsli forması olur. Participle II xəbərin əsas hissəsi olduqda zündən əvvəlki to be feli ilə birlikdə xəbər şəklində tərcümə edilir, məsələn: The letter was written. Məktub yazılmışdı.

7. Participle II isim və ya əvəzliklə birlikdə mürəkkəb tamamlıq əmələ gətirir. Bu zaman Participle II ümumi halda olan isimdən və ya obyekt halda olan əvəzlikdən bilavasitə sonra gəlir, məsələn: him changed; the glass broken. Belə mürəkkəb tamamlıqlar Azərbaycan dilinə əsasən tamamlıq budaq cümlələri şəklində tərcümə olunur, məsələn: I found him changed. Mənə elə gəldi ki, o dəyişilmişdir. They saw the derrick fallen. Onlar gördülər ki, buruq yıxılmışdı.

8. Participle II çox zaman elliptik ara cümlələr əmələ gətirir. Belə hallarda onun qarşısında as sözü olur, məsələn: Edison, as stated in his biography, was in contact with Russian inventors. Burada as stated... elliptik ara cümlədir, ona görə ki, burada it is sözləri buraxılmışdır (as it is stated).

Müasir ingilis dilində geniş işlədilən felin şəxssiz formalarından biri, yuxarıda qeyd etdiyimiz kimi, indiki zaman feli sifətdir. O, felin, sifətin, zərfin və Azərbaycan dilində olan feli bağlamanın xüsusiyyətlərini özündə birləşdirir. Azərbaycan dilindəki indiki zaman feli sifət isə felin və sifətin xüsusiyyətlərini özündə əks etdirir. Başqa sözlə desək, ingilis dilindəki indiki zaman feli sifət, həm feldən əmələ gələn sifət (feli sifət), həm də feldən əmələ gələn zərf (feli bağlama) xüsusiyyətlərinə malikdir. Feli sifətin həm də növ kateqoriyası vardır. Sintaktik funksiyasına görə feli sifət əslində heç də sifətdən fərqlənmir. O da sifət kimi, ismə aid olub təyin vəzifəsində çıxış edir.

İngilis dilindəki indiki zaman feli sifət, sifət, zərf və Azərbaycan dilində olan feli bağlama xüsusiyyətlərinə malik olduğu üçün cümlədəki sintaktik funksiyası müxtəlifdir. O, təyin, zərflik, predikativ və s. vəzifələrdə çıxış edə bilər.

Müasir ingilis dilində indiki zaman feli sifətin morfoloji, sintaktik və semantik xüsusiyyətləri tərcümə prosesində nəzərə alınmalıdır.

İngilis dilində indiki zaman feli sifəti izah etmək üçün birinci növbədə sifət ilə indiki zaman feli sifət arasındakı fərqi izah etmək, feli sifətin təyin etdiyi ismin əlamətini, indiki zaman feli sifətin müvəqqəti proses əlamətini bildirdiyi aydınlaşdırılmalıdır.

İngilis dilində başqa dillərə nisbətən cümlədə sabit söz sırası vardır və bu cümlədə sözlərin sintaktik vəzifələrini müəyyənləşdirməkdə böyük əhəmiyyətə malikdir.



Müasir ingilis dilində təyin, adətən təyin etdiyi sözdən əvvəl gəlir, lakin bir sıra hallar olur ki, o, təyin etdiyi sözdən sonra da gələ bilir. Xarici dilçilərdən O.Jespersen, G.Kerm, İ.Kreyzinga, H.Poutsma, H.Svit, G.N.Vorontsova, B.A.İliş, A.İ.Smirnitski və başqaları öz əsərlərində indiki zaman feli sifətin ikili xüsusiyyətini, sintaktik cəhətdən çoxvəzifəli olduğunu, cümlədəki yerindən asılı olaraq semantik müxtəlifliyini göstərir və qeyd edirlər ki, o, dildə mürəkkəb və müxtəlif leksik-qrammatik əlaqələrə malikdir.���

İndiki zaman feli sifəti Azərbaycan dilinə tərcümə edərkən bir sıra problemlərə rast gəlirik. Həmin çətinliklər ingilis dilindəki qrammatik materialı ana dilində olan qrammatik material ilə müqayisə etdikdə qarşıya çıxır.

İngilis dilindəki indiki zaman feli sifəti Azərbaycan dilində olan indiki zaman feli sifət ilə cümlədəki vəzifəsindən asılı olaraq müqayisə etmək maraqlıdır. Onun məna incəliklərini cümləni təhlil edərkən cümlədəki vəziyyətindən, başqa sözlərlə əlaqəsindən başa düşmək olur. Tərcümə zamanı leksik-qrammatik əlaqələri pozmamaq, yəni eyni hüquqlu ekvivalentləri tapmaq lazımdır.

Xarici dilçilərdən bir çoxu göstərir ki, tərcümə orijinalı şikəst edir, onun incəliklərini, əsas xüsusiyyətlərini verə bilmir. Lakin rus tərcüməçiləri göstərirlər ki, hər hansı bir əsəri, hətta ən çətin üsluba malik olan əsəri belə başqa dilə aşağıdakı hallarda səhvlərə yol verilir: 1) xarici dildə kifayət qədər söz ehtiyatına malik olmadıqda; 2) xarici dilin və ana dilinin qrammatik formalarını və sintaktik konstruksiyalarını fərqləndirə bilmədikdə; 3) istər xarici, istərsə də ana dilində olan leksik-qrammatik əlaqələri başa düşmədikdə; 4) ana dilində eyni hüquqlu ekvivalentləri tapa bilmədikdə, və s.



İstifadə ������� ədəbiyyat:

1. Barxudarov İ.S., Ştellinq D.A. ���������� ����������� �����, ������, 1973.

2. Blokh M.Y. A Course in Theoretical English Grammar, Moscow, 1983.

3. Close R.A. A Reference Grammar for Students of English, Moscow, 1979.

4. Gordon E.M., Krylova I.P. A Grammar of present-day English, Moscow, 1986.



5. İvanova İ.P., Burlakova V.V., Poçeptsov Q.Q. ������������� ���������� ������������ ����������� �����, ��skv, V.Ş., 1981.

6. Kaushanskaya V.L., Kovner R.L., Kozhevnikova O.N. and others, A Grammar of the English language, Leningrad, 1973, 319 p.

7. Khaimovich B.S. Rogovskaya B.I. A course in English Grammar, Moscow, 1967, 286 p.



8. Kobrina N.A., Korneyeva E.A., Ossovskaya M.I., Guzeyeva K.A. An English Grammar, Morphology, Moscow, Higher School Publishing House, 1985.

9. Layonz J. �������� ������������� �������������skv, V.Ş., 1978.

10. Strand B.M. Modern English Syntax Structure, London, 1998.

11. Thomson A.J., Martinet A.K. A Practical English Grammar, Oxford University Press, 1986.



12. http: // www.eslmonkeys.com / student / essay / all _com / lf _ verb / tense.php

13. http: // www.goshen.edu / english / Lit Writing / stylerevise. html

14. http: // online.ohlone. cc. ca. us / mlieu / passive / samples. html
Yüklə 120 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə