Characteristic of internet dependence at



Yüklə 300,34 Kb.
Pdf görüntüsü
tarix19.12.2016
ölçüsü300,34 Kb.

KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



124 

 

 

 

GENÇLERDE İNTERNET BAĞIMLILIĞININ 

BELİRTİLERİ 

 

CHARACTERISTIC OF INTERNET DEPENDENCE AT 

YOUTH 

 

ОСОБЕННОСТЬ ИНТЕРНЕТ-ЗАВИСИМОСТИ В 

МОЛОДЕЖИ 

 

 

Cəfər Taliboğlu PAKNƏZƏR

*

  

 

 



Özet 

Çağımızda internete bağımlılık problemi geniş şekilde dünyamızı sarmıştır. Bu 

problemin sonuçlarını tetkik eden araştırmacılar, internet bağımlılığının psikolojik 

bir olay olduğunu onayladı.  İnternete bağımlılık, insanları sosyal hayattan tecrit 

etmektedir. Sosyal sapaklık, duygusal iflas, sosyal ilişkilerin parçalanması vb. in-

ternet bağımlığının sonucu olarak ortaya çıkmaktadır.  İnternetin; olumlu ilişkiler 

kurma, materyal elde etme, zaman kaybını önleme gibi müspet özelliklerine rağ-

men; insanları sosyal hayattan tecrid etme, duygularını iflasa uğratma, yalnızlık, 

davranışlarda kabalık ve başka kötü huyların da ortaya çıkmasına sebeb olmakta-

dır.  


Anahtar Kelimeler: İnternet bağımlılığı, bağımlılığın türleri, internet bağımlı-

lığının sosyal ve psikolojik belirtileri 

 

Resume 

In an information age the Internet dependence problem – the widespread 

phenomenon. The researches spent in sphere of the specified problem, have shown 

that Internet dependence is a version of the psychological and social anomaly 

promoting social isolation, emotional frustration, disintegration of social 

communications etc. Features of Internet dependence is a paying большего, than it 

is necessary for time, for material viewing, public isolation, the emotional 

frustration expressed in experiences, intolerance to this or that event and the fact, 

                                                 

*

 BDU’nun Psixologiya Kafedrasinin Aspiranti, Department Of Consultation, Parsabad 



Branch, Islamicazad University,Parsabad Moghan / IRAN 

KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



125 

grief, roughness in behavior, occurrence in character of unusual lines etc. As a 

whole public relations in the quantitative and qualitative relation also undergo 

changes. 



Key Words: Internet dependence, other kinds of dependence, social and 

psychological signs of Internet dependence. 

 

 

İnsanların internetdən geniş istifadə etdiyi bir vaxtda yeni bir növ asılılıqla 



rastlaşırıq ki, bu da “internet asılılığı” dır ki, informasiya əsrinə xas olan bir 

məsələdir. Digər asılılıq növləri kimi “internet asılılığı” nın da bir sıra  əlamətləri 

mövcuddur. Bu əlamətlər iztirab, pərişanlıq, pis xasiyyətlik, qərarasızlıq, vasvası 

təfəkkürlər, xəyalpərəstlik və s.. dir. Digər tərəfdən bu insanalrın virtual aləmdə 

əlaqələrinin genişlənməsinə baxmayaraq həqiqi və real həyatda onların  əlaqələri 

zəifləyir. Habelə burada təhsilə də böyük ziyan dəyir. [1.S.17]. 

Internet asılılığı barəsində  həyata keçirilən araşdırmaların getdikcə artması 

ondan xəbər verir ki, internet anomaliyası sosioloji və psixoloji anomlaiyanın bir 

növüdür ki, onun nəticələri guşəneşin olmaq, emosional pozuntular, ictimai 

əlaqələrin kəsilməsi və s.. dir.  

 

İnternet asılılığı:bir mənada baxiş  

İnternet asılılığı geniş mənada internetdən istifadə meylinin kontrolu və davranış 

problemləri deməkdir [2.S.28]. İnternet asılılığı vasvası bir davranış,  əlaqənin 

yaradılma arzusu, xüsusi əlaqələrin tapılması  və ya tələbatın ortadan qaldırılması 

kimi nəzərdən keçirilir[3.S.8] Holmez internet asılılığını tərif edərkən internetin adi 

və  təbii istifadəsi tərifini  əsas götürmüş  və deyir: Əgər fərd həftə  ərzində 

internetdən 19 saatdan az istifadə edirsə bu normal hesab olunur. Yox əgər bu 

normla həddən keçibsə deməli onda internet asılılığı yaranmışdır.  

Yunq da işarə edir ki, internet asılısı o adama deyirlər ki, həftə ərzində 38 saat, 

gün ərzində isə 8 saat öz vaxtını internetdən istifadəyə sərf etsin. Travmatoloqlar 

isə qeyd edirlər ki, əgər fərd həftə  ərzində 2-3 saat internetdən istifdə edərsə bu 

normal hesab olunur. Əgər həftə ərzində istifadə 5/8 saat və ya ondan artıq olarsa 

onu travmatoloqa göstərmək lazımdır. [4.S.10] Qoldberqə görə, internet asılılığı 

internetdən vasvası  və  xəstəlik formasında istifadə etməyə deyilir ki, guşəneşin 

olmaq onun əlamətlərindən hesab olunur. [5.S.9] Qısası internet asılılığı haqqında 

nəzəri və təcrübi ədəbiyyatlara nəzər saldıqda belə bir nəticəyə gəlirik ki, internet 

asılılığı üç xüsusiyyətə malikdir. 

1-  İnternet asılılığı vasvası, intizamsız və pozuntu halında olan bir növdür ki, 

onun bəzi xüsusiyyətləri travmotoloji şəraitlə oxşardır. Həqiqətdə bir insanda 

internet asılılığının yaranmasını o zaman demək olar ki, onda tez yorulma, tənhalığ, 

pərişançılıq və s... hallar özünü büruzə versin. Orzak və Yunq kimi mütəxəssislər 

bu növ internet asılılığı tərifinin tərəfdarlarıdır.  

2-  İnternet asılılığı psixoloji nizamsızlıq və pozuntunun bir növüdür. Buna görə 

də “internetin müalicə psixologiyası” adı altında yeni tədqiqat sahəsi meydna 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



126 

çıxıbdır. Bu nəzəriyyə internet asılılarını  xəstə adlandırırlar. Bu tip asılılığın 

müalicəsi də  xəbər və müzakirə qruplarının təşkil edilməsidir. Bu tip müalicə 

növündə bir- birinə bağlı olan psixi anomaliya üzvləri bir himayəedici qrup rolunu 

oynamış, online təkliflər və onunla davranış metodlarını  təqdim etməklə internet 

asılılığını azalda bilərlər.  İsten, Honq Valsi kimi mütəxəssislər belə bir 

nəzəriyyənin tərəfdarlarıdır.  

3-   İnternet asılılığı davranış probleminin bir növüdür. Bu məsələnin sübutu da 

kimyəvi bağlılıq və internet asılılığı arasında möhkəm bir əlaqənin olmasıdır. 

Araşdırmalara görə kimyəvi probelmləri olan insanlar internet qarşısında daha çox 

vaxt keçirirlər. Bu nəzəriyyənin tərəfdarları  sırasında  Şurerin adını  çəkmək olar 

[6.S.18] 

4-   Amerika  psixoloji  dərnəyi internet asılılığını tanımaq üçün və internetdən 

ifrat istifadənin nə olduğunu bilmək üçün bir sıra meyarlar müəyyən edibdir ki, 

onun əsasında əgər biz bir nəfəri internet asılısı adlandırmaq istəyiriksə o zaman 12 

ay çərçivəsində gərək altı meyradan ən azı üçünü onda müşahidə etməli olaq. Bu 

dərnək tərəfindən irəli sürülən altı meyar bunlardan ibarətdir: 

Əziyyət: Bu meyar razılıq əldə edilsin deyə internet üçün çoxlu vaxt sərf etmək 

deməkdir. Bu şəraitdə həmin vaxt ölçüsünü sərf etməklə istifadəçinin razılıq ölçüsü 

daha azdır və əvvəlki razılıq həddinə çatmaq üçün daha çox vaxta ehtiyacı vardır.  

1-  Ayda iki gün ərzində guşəneşin olmağın bir neçə əlamətinin olması. Bu hal 

internetdən davamlı olaraq istifadənin azaldılması və ya tərk edilməsi nəticəsində 

yaranır. Bu məsələ fərdi, ictimai və ya təlim davranışında əzab- əziyyətlərin aşkar 

etməsinə səbəb olur.  

2-   İnternetdən özünə qapanmadan xilas olmaq məqsədi ilə yaxa qurtarır.  

3-  İnternetdən ilkin məqsədlər üçün nəzərdə tutulmayan məqsədlər üçün istifadə 

edilir.  

4-  Nəzərə çarpacaq dərəcədə vaxtını internetə  sərf edir (misal üçün, internet 

kitabları, yeni saytlar, internet alqı-satqıları və s... axtarışına vaxt sərf edir) 

5-  İnternetdən istifadə xatirinə mühüm ictimai, peşə  və  əyləncə 

fəaliyyətlərindən əl çəkmiş və ya onları azaltmışdır. 

6-  İfrat dərəcədə internetdən istifadə etdiyinə görə, mühüm əlaqələr, 

məşğuliyyət, təlim və peşə məşğuliyyətlərini riskə atır. 

Son dövrlərdə həyata keçirilən araşdırmalarda da bir sıra əlamətlər sadalanıbdır 

ki, onlardan ən önəmli meyarlar aşağıdakılardan ibarətdir: 

1-  Fərd internetdən çıxmaq istədikdə kobud davranır və səbatsızlıq edir.  

2-  İnternetdən ona görə istifadə edir ki, problemlərdən qaçsın, günah və iztirab 

hissini azaltsın. 

3-  İnternet istifadəçisi internetdə neçə vaxt əyləşdiyi barədə ailə  və dostlara 

yalan söyləyir. Fərd yüksək xərclər hesabına internetdən istifadə edir. [7.S.30] 



İnternet asılılığının əlamətləri: 

Asılılıq yaradan digər bütün növlər kimi internet asılılığı da bir sıra əlamətlər ilə 

yadda qalır. O cümlədən: Təhəmmol (ilkin istifadə üçün tələb olunan zamandan 

artıq istifadə etmək), guşəneşinlik (titrəyiş, iztirab və hövsələsizlik), emosional 

pozuntular (pərişanlıq, kobudluq və pis xasiyyətlik) ictimai münasibətlərin bir-


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



127 

birindən ayrılması (kəmiyyət və keyfiyyət baxımınıdan  əlaqələrin bir-birindən 

ayrılması). 

İnternet asılılığının əsas xüsusiyyəti: 

Qısaca olaraq internet asılılığı barəsində təcrübi və nəzəri ədəbiyyata baxdıqda 

belə başa düşülür ki, internet asılılığı fenomeninin üç xüsusiyyəti vardır.  

1-  İnternet asılılığı vasvası, intizamsız və pozuntu halında olan bir növdür ki, 

onun bəzi xüsusiyyətləri travmotoloji şəraitlə oxşardır. Həqiqətdə bir insanda 

internet asılılığının yaranmasını o zaman demək olar ki, onda tez yorulma, tənhalığ, 

pərişançılıq və s... hallar özünü büruzə versin. Orzak və Yunq kimi mütəxəssislər 

bu növ internet asılılığı tərifinin tərəfdarlarıdır.  

2-İnternet asılılığı psixoloji nizamsızlıq və pozuntunun bir növüdür. Buna görə 

də “internetin müalicə psixologiyası” adı altında yeni tədqiqat sahəsi meydna 

çıxıbdır. Bu nəzəriyyə internet asılılarını  xəstə adlandırırlar. Bu tip asılılığın 

müalicəsi də  xəbər və müzakirə qruplarının təşkil edilməsidir. Bu tip müalicə 

növündə bir- birinə bağlı olan psixi anomaliya üzvləri bir himayəedici qrup rolunu 

oynamış, online təkliflər və onunla davranış metodlarını  təqdim etməklə internet 

asılılığını azalda bilərlər.  İsten, Honq Valsi kimi mütəxəssislər belə bir 

nəzəriyyənin tərəfdarlarıdır. [8.s.78] 

 3- İnternet asılılığı davranış probleminin bir növüdür. Bu məsələnin sübutu da 

kimyəvi bağlılıq və internet asılılığı arasında möhkəm bir əlaqənin olmasıdır. 

Araşdırmalara görə kimyəvi probelmləri olan insanlar internet qarşısında daha çox 

vaxt keçirirlər. Bu nəzəriyyənin tərəfdarları sırasında Şurerin adını çəkmək olar . 

Son dövrlərdə həyata keçirilən araşdırmalarda da bir sıra əlamətlər sadalanıbdır 

ki, onlardan ən önəmli meyarlar aşağıdakılardan ibarətdir: 

 1-Fərd internetdən çıxmaq istədikdə kobud davranır və səbatsızlıq edir.  

2-  İnternetdən ona görə istifadə edir ki, problemlərdən qaçsın, günah və iztirab 

hissini azaltsın. 

3-  İnternet istifadəçisi internetdə neçə vaxt əyləşdiyi barədə ailə  və dostlara 

yalan söyləyir. Fərd yüksək xərclər hesabına internetdən istifadə edir. [9.S.14]  

İnternet asılılığı anomaliyasının əlamətləri: 

Fərdlər arası yaranan problemlər, iş və araşdırma zamanı problem, ailə, iş, fərdi 

və dostlara aid olan məsuliyyətləri nəzərə almamaq, internetdən ayrıldıqdan sonra 

guşəneşin olmaq, internetdən əl çəkmək üçün cəhd etdikdə sərt rəftar, lazım olan 

vaxtdan artıq online olmaq, ailə  və dostlardan internetdə olduğu müddəti 

gizlətmək, internetdə çox oturmaq məqsədi ilə yaşam tərzini dəyişmək, fiziki 

fəaliyyətin azalması,  şəxsi sağlamlığına fikir verməmək, yuxusuzluq, daha çox 

internetdə  əyləşmək naminə yuxu rejiminin dəyişilməsi və s. Internet asılılığının 

əlamətlərindən hesab olunur.  

Digər tərəfdən insanlar internetdən istifadə etmək halında insanlar nəinki 

cəmiyyətdə yaşanan normal davranışlarala razılaşır bəlkə özlərinə məxsus düşüncə 

formasına malik olurlar. Bu fərdlər internetə aid vasvası fikirlərə malikdirlər. 

İnternet olan meylini boğmaq  əvəzinə elə düşünürlər ki, təkcə onların dostu 

internetdir. Habelə, bu cür insanlar düşünürlər ki, onların özlərini yaxşı hiss 

etdikləri yerr təkcə internetdir. Mark Qrift adlı  İngilis psixoloqu kliniki 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



128 

nümunələrin və qeyd edilmiş  təriflərin köməyi ilə internet asılılığı fenomeni 

əmsallarının tədqiqinə  məşğul olur. Qrift internet asılılığı  əlamətlərinin müəyyən 

edilməsi üçün nisbətən  ənənəvi bir tərifdən istifadə edir ki, ona görə asılılığın 

aşağıdakı əmsalları vardır.  

1-ƏhəmiyyətXüsusi bir fəaliyyət sahəsində davam etmək və ya nəzərdə tutulan 

narkotik maddələrdən istifadə etmək  şəxsin həyatında  ən mühüm bir fəaliyyət 

növüdür.  

2- Ruhiyyə və xasiyyətin dəyişilməsi 

3- Dözüm: Həmin səviyyədə rahatlıq əldə etmək məqsədi ilə zaman çərçivəsində 

narkotik maddələr və fəaliyyət həcminin artırılması. 

4- Guşəneşin olmaq əlamətləri: Narkotik maddələrin istifadəsini dayandırdığı 

zaman kobud və pisxasiyyət olmaq 

5- Təzad və münaqişə: Nəzərdə tutulan fəaliyyəti həyata keçirtmək səbəbinə 

fərd arası təzadlar və fərdin daxili təzadları. 

6- Qayıdış: Qabaqki travmatologiyadan istifadə nümunəsində ikinci qayıdışa 

meyl. İstifadə nümunələri tipində mümkündür ki, illər sonra yenidən geri dönsün.  

Samson və Kirin nəzərinə görə,  İnternet asılılığı olan insanların aşağıdakı 

əlamətləri vardır. 

1- Online olmaq zamanı zamanı əldən verir. 

2. Yuxu üçün zəruri olan saatları online olmağa sərf edirlər. 

3. Online- olmaq vaxtı qurtardıqda əsəbləşirlər 

4. Onlara internetə girməyə icazə verilmədikdə psi xasiyyət olurlar 

5. Vaxtını dərsə və ya iş görməyə sərf etməli olduğu halda vaxtını online olmağa 

sərf edir. 

6. Ailə və dostlara vaxt ayırmaqdasa online olmağa üstünlük verir. 

7. Onun üçün internetdən istifadə üçün verilmiş vaxtla qane olmur. 

8. Digərlərinə online olmağın zamanı barəsində yalan danışır. 

9. Online olan zaman görüşdüyü insanlar ilə yeni əlaqələr yaradır. 

10-İnternet onun həyatının bir parçasına çevrilməzdən öncəki yaşadığı 

həyatından daha yorğun və daha bədrəftar olur. 

11-Kompyuterdən uzaq olduqda, növbəti online olmaq barəsində planlar cızır 

12-İnternetdən istifadə nəticəsində əvvəllər ona xoş gələn fəaliyyətdən uzaqlaşır. 

13-Online olmadıqda yorğunluq, pisdavranış  və  pərişanlığıa düçar olur. 

[10.S.12] 

İnternet asılılığını yaratmaq istiqamətində  aşağıda bir sıra suallar var ki, bu 

sulları internet asılılığının əlamətləri kimi nəzərdən keçirtmək olar.  

1-  Internetə nisbət zehninizdə  məşğuliyyət yaranırmı? (yəni növbəti dəfə yenə 

də internetə girmək barədə fikirləşirsinizmi) 

2-  İnternetdən istəniləni  əldə etmək üçün daha çox vaxt sərf etmək lazımdır 

qənaətindəsinizmi?  

3-  İnternetdən uzaqlaşmaq üçün dəfələrlə etdiyiniz cəhd uğursuzluqla 

nəticələnibmi? 

4-  İnternetdən əl çəkmək istədikdə və ya tamamilə uzaqlaşmaq istədikdə, sizdə 

pərişançılıq, narahatçılıq və pis xasiyyətçilik yaranırmı? 


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



129 

5-  Müəyyən etdiyiniz vaxtdan daha çox internetdə əyləşirsiniz? 

6-  Sizə elə  gəlmirki internetdən istifadəyə görə mühüm ictimai əlaqələr, iş  və 

təlim fürsətlərini əldən verirsiniz? 

7-  Siz ailə üzvlər və digərlərinə internetdən nə  qədər istifadə etdiyiniz barədə 

yalan danışırsınızmı? 

8-  Siz internetdən problemlərdən qaçmaq, naümidsizlikdən yaxa qurtarmaq 

məqsədi ilə istifadə edirsinizmi? 

Yuxarıdakı sualların izahı  və aidiyyəti cavbablar barəsində demək lazımdır ki, 

əgər siz bu suallara cavab verərkən, verdiyiniz cavablar beş dəfə bəli olarsa deməli 

sizdə internet asılılığı yaranmışdır. [11.S10]. 

 

ƏDƏBİYAT 

1.  Samson, Jeri and Keen, Beth (2005), Internet Addiction, 

Webmaster@notmykid.org. 

2.  Yacet (2001), What Is Internet Addiction?. The Consumer Jungle. 

www.consumerjungle.org. 

3.  Fenichel, Michael(60 (2003), Internet Addiction: “Addictive Behavior, 

Transference or More?, www.fenichel.com/addiction.shtml 

4.  Lim, Jin-Sook and et al. (2004), A Learning System for Internet Addiction 

Prevention, Proceedings of the IEEE International Conference on Advanced 

Learning Technologies (ICALT’04). 

5.  Lim, Jin-Sook and et al. (2004), A Learning System for Internet Addiction 

Prevention, Proceedings of the IEEE International Conference on Advanced 

Learning Technologies (ICALT’04). 

6.  Lim, Jin-Sook and et al. (2004), A Learning System for Internet Addiction 

Prevention, Proceedings of the IEEE International Conference on Advanced 

Learning Technologies (ICALT’04). 

7.  Oliver, Andy (2003a), Is this all just a Bunch of Hype?, Internet Addiction 

Home. 

8.  Lim, Jin-Sook and et al. (2004), A Learning System for Internet Addiction 



Prevention, Proceedings of the IEEE International Conference on Advanced 

Learning Technologies (ICALT’04). 

9.  Oliver, Andy (2003a), Is this all just a Bunch of Hype?, Internet Addiction 

Home. 


10. Samson, Jeri and Keen, Beth (2005:1), Internet Addiction, 

Webmaster@notmykid.org 



11. 2001:9-10: Yacet 2000:1 Zahniser)  

 

Yüklə 300,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə