|
Cinsi Növlərinin Efir Yağlarının Tədqiqi Ə. N. Ələsgərova
АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 71-79 (2015)
71
Azərbaycan Florasında Yayılan Artemisia L.
Cinsi Növlərinin
Efir Yağlarının Tədqiqi
Ə.N. Ələsgərova*
1
, S.İ. İbrahimova
2
F.H. Hüseynova
3
1
AMEA Botanika İnstititutu, Badamdar şossesi, 40, Bakı AZ1004, Azərbaycan;
*E-mail: adelyaaleskerova @mail.ru
2
Gəncə Dövlət Universteti, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 159, Gəncə AZ2000, Azərbaycan
3
V.Axundov adına Milli ET Tibbi Profilaktika İnstititutu, C.Cabbarlı küçəsi, 35, Bakı AZ0065, Azərbaycan
İlk dəfə olaraq, Azərbaycan florasında yayılan 34 yovşan (Artemisia L.) novündən alınan efir yağları
tədqiq edilmiş, vegetasiyanın müxtəlif fazalarında onların faizlə miqdarı və komponent tərkibi
öyrənilmişdir. Tədqiqatlar nəticəsində 8 növün (A. fragrans Willd., A. spicigera C. Koch., A.
szowitziana (Bess.) A.Grossh., A. absinthium L., A. issayevii Rzazade, A. annua L., A. scoparia Waldst et
Kit., A.scoporoides Grossh.) efir yağlarının protozoosid, 12 növün efir yağlarının
(A. fragrans, A.
hanseniana (Bess.) A.Grossh., A. kobstanica Rzazade, A. prilipkoana Rzazade, A. iskenderiana Rzazade,
A. szowitziana, A. scoparia, A. scoparoides Grossh., A santonica L., A. chazarica Rzazade, A. austriaca
Jacq., A.monogyna Waldst et Kit.)
efir yağlarının funqisid, 6 növün (A. fragrans, A. annua, A.
chazarica A. kobstanica, A. szowitziana, A.scoparoides Grossh.) antifunqal, 5 növün (A. issayevii, A.
szowitziana, A. fragrans, A. maritima L., A. marschalliana Spreng) antivirus, 6 növün (A. fragrans, A.
szowitziana, A. hanseniana, A. issayevii, A. fedorovii Rzazade, A. kobstanica) antimikrob, 14 növün sulu
dəmləmələrinin (A. annua, A. scoparia, A. absinthium, A. fragrans, A. hanseniana, A. kobstanica, A.
prilipkoana, A. iskenderiana A. chazarica A. spicigera A. austriaca, A. dracunculus L., A. szowitziana, A.
monogyna) in vivo və in vitro-da protozoosid xüsusiyyətlərə malik olması aşkar edilmişdir.
Açar sözlər: Artemisia L., efir yağları, qaz maye xromatoqrama, xromato-mass-spektrometriya, antimikrob
təsir
GİRİŞ
Asteraceae Dumort fəsiləsindən olan polimorf
Artemisia L cinsinin dünyada 500 növü məlumdur
(Adekenov, 2008). Azərbaycanda isə bu cins 42
taksonla təmsil olunr (Rzazade, 1955; Ələsgərova,
2012).
Artemisia cinsinin növlərinə Azərbaycanın arid
ərazisində rast gəlinir. Yovşan növlərinin kimyəvi
tərkibinin əsas hissəsini sеskvitеrpеn laktonlar,
kumarinlər, steroidlər və efir yağları təşkil edir.
Seskviterpen laktonlar göbələk əleyhinə, bədхаssəli
şişlərə qarşı аğrıkəsici, trоfik yаrаlаrın müаlicəsin-
də аntiоksidаnt kimi və. s хüsusiyyətlərə malikdir
(Rychlevska and Serkerov 1991: Серкеров и др.,
1992; Серкеров и Алескерова 2001; Алескерова,
2002; Belz, 2007). Yovşanlardan alınan sеskvi-
tеrpеn lаktоnlаr аntihеlmint (qurdqоvucu), kаrdiо-
tоnik, şüа yanıqlarına, аntimikrоb, bаktеrisid, аnti-
prоtоzоy, eləcə də fumiqаnt fəаllıq göstərir
(Рыбалко, 1978).
Azərbaycan florasında efir yağlı bitkilər vaxt-
aşırı öyrənilmiş (Гурвич и Гаджиев, 1938; Исма-
илов и Аббасов, 1959; Аббасов, 1965; Qasımov və
b., 2006; Qasımov və Qədimova, 2009) və flora-
mızda 850-dən çox efir yağlı bitkilərin olması müəy-
yən edilmişdir (Гурвич, 1960; Ibadullayeva və
Cəfərli, 2007). Efir yağları ilə zəngin olan bitki-
lərədən biri də yovşan növləridir (Горяев, 1952).
Son dövrdə Azərbaycan florasında yayılan
bəzi yovşan növlərinin efir yağlarının tibbdə tətbiqi
sahələri araşdırılır (Əliyev və b., 2009, 2012, 2013;
Чобанов и др., 2004; Ələsgərova, 2011). Bunların
arasında ağrıkəsici, bakteriyalara və mikroorqa-
nizmlərə qarşı və başqa müalicəedici fəallığa malik
efir yağları xüsusi əhəmiyyət daşıyır. A.santonica
L. növündən efir yağları alınmış və mikroorqa-
nizmlərə təsiri (Муталибова, 2013) öyrənmişdir.
Bu tədqiqatın əsas məqsədi Artemisia cinsi növ-
ləri üçün səciyyəvi olan efir yağlarının alınması,
müxtəlif inkişaf fazalarında onların miqdarının,
praktiki əhəmiyyətinin öyrənilməsi və efir yağlarının
mikroorqanizmlərə qarşı antiparazitar, antivirus,
antifunqal və fumiqant təsirnin aşkar edilməsidir.
MATERIAL VƏ MATODLAR
Tədqiqat işləri 2000-2011-ci illərdə çöl mar-
şrutları, ekspedisiya, kameral-laborator şəraitdə
aparılmışdır. Efir yağlarının alınmasında hidrodis-
tilyasiya (Гинзберг, 1932), identifikasiyasında qaz-
maye xromatoqrafiya, xromato-mass-spektrometriya
(Agilent 6890N) metodlarından istifadə edilmişdir.
Azərbaycan Florasında Yayılan Yovşan
72
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Tədqiqat illərində 34 yovşan növündən efir yağ-
ları alınmış, onların komponent tərkibi öyrənil-
mişdir. Ümumən yovşanların 74-78%-i efir yağlı
bitkilərdir. Onların bütün orqanlarına ətirli iyi verən
tərkiblərində olan terpenoidlər və onların törəmələ-
ridir. Bu növlərin tətbiqi sahələrinə və A.szowit-
ziana, A.fragrans, A.spicigera, A.austriaca, A.ab-
sinthium, A.issayevii, A.dracunculus, A.scoparia,
A.santonica, A.maritima və s. növlərin komponent
tərkiblərinə identifikasiya edilmişdir.
A.szowitziana növünün yerüstü hissəsinin efir
yağının əsas tərkibinin 75%-i β-tyon, 1,8-sineol -
9,0%, α-tyon - 9,0%, izləri olan komponentlər
limonen, sabinen, β-pinen, sabinen və p- simol ilə
səciyyələnir.
Yovşan növləri içərisində ən çox səhra və ya-
rımsəhralarda yayılan A. fragrans növündə genera-
tiv dövrün ilkin mərhələsində kütləvi çiçəkləmə
fazasında efir yağın miqdarının çox olması məlum
olmuşdur (4,5%). Komponent tərkibinin əsasını isə
p-simol (0,8%), 1,8-sineol (3,6%), α-tyon (28,0%),
β-tyon (12,0%), kamfora (7,0%) təşkil edir, α-
pinen, β-pinen, kamfen sabinen mirsen limonen β-
fellandren komponentlərinin isə izlərinə rast gəlinir
(cədvəl 2).
Naxçıvan Muxtar Respublikasının Kəngərli
rayonu Payız kəndin yuxarı dağ qurşaqlarında ən
çox ehtiyatı olan A.spicigera yovşan növünün
əsasən yerüstü hissəsindən alınmış solğun efir
yağın ümumi çıxımı 2,5%-dir. Aşkar edilmişdir ki,
efir yağı yüksək protozoosid təsirə malikdir. Efir
yağının komponent tərkibi isə α-pinen (0,1%),
kamfen (0,5%), p-simol (0,2%), 1,8-sineol (46,0%),
kamfora (48,0%), 7 komponentin isə (β-pinen,
sabinen, mirsen, limonen, β-fellandren, γ-terpinen,
terpinolen) izləri vardır. Həmin bölgədən A.absin-
thium, növünün yerüstü hissəsindən qönçələmənin
əvvəlində (iyunun ortalarında) 1,45% - tünd yaşıl
rəngli efir yağı alınmış, komponent tərkibi identi-
fikasiya edilmişdir: α- pinen, mirsen, fellandren, p-
simol, sabinen, tyon, tyul spirti, xamazulen,
bisabolen, selinen, xamazilenoqen, kurkumen, izo-
valerian və palmitinov turşuları, artabsin, artabin,
arabsin, absintin, anabsitin, abzindiol. Alınan nəti-
cələr ədəbiyyata uyğun olmuşdur (Горяев, 1952;
Herout et al., 1956).
Biçənək kəndi ətrafında subalp qurşaqlarında
dəniz səviyyəsindən 1900 m yüksəklikdə bitkilərin
biomüxtəlifliyi içərisində Artemisia austriaca növü
özünəməxsus iyi və parlaqlığı ilə başqa növlərdən
fərqlənir. A.austriaca növündən çiçəkləmə faza-
sında 3% açıq yaşıla çalan efir yağı alınmışdır.
Xromato-masss-spektrometriya üsullarıından
istifadə edərək ilk dəfə olaraq isayev yovşanı (Arte-
misia issyevii Rzazade ) növünün efir yağının
komponent tərkibi öyrənilmişdir. Efir yağının əsas
komponentləri 37,21% kamfora, 31,72% 1,8 sineol
37-dən yuxarı komponentləri isə identifikasiya
edilmişdir (Алескерова и Серкеров, 2012).
Füzuli rayonu Əhmədbəyili və Əmirseyidli
kəndlərin ətrafında yayılan A.scoparia növündə
kütləvi çiçəkləmə fazasında kərpic rəngli efir yağı
3,9%-dir. Qönçələmə fazasında efir yağının miqdarı
xeyli azalır: 0,3%-i gövdəsində; 0,7% bitkinin
yarpağında; qönçələnmə fazasında efir yağının miq-
darı 0,9%-ə çatır. Aparılan tədqiqatlar nəticəsində
A.scoparia növündən efir yağı almaq üçün çiçək-
ləmə fazasında bitki nümunələri toplanmalıdır.
Haramı düzünün cənubunda A.scoporoides
növünün çiçəkləmə fazasında tündşabalıdı rəngli
3,6% efir yağı alınmışdır.
A. austriaca növünün qönçələmə zamanı efir
yağının miqdarı 1,8%, 2,9-3,0%-ə yaxın olur ki,
bunun da əsas hissəsini xamazulen təşkil edir.
Göründüyü kimi A. scoparia növüdən fərqli olaraq,
bu növdə efir yağın miqdarı əsasən qönçələmə
fazasında daha çox olur. Naxçıvan MR Şahbuz
rayonunun Batabat massivindən və Biçənək kəndi-
nin cənubundan subalp qurşağında dəniz səviyyə-
sindən 1900 m hündürlükdən toplanan A.austriaca
növündə efir yağının miqdarı 2,15% olduğu halda,
Qusar rayonun şimal yamaclarında, meşə açıq-
lığında isə bu növün efir yağın miqdarı 1,8% ol-
muşdur. Bu da ekoloji şəraitdən asılı olaraq bitkilə-
rin efir yağı toplanması dinamikası zamanı aydın-
laşmışdır.
Eyni ilə Batabatda dəniz səviyyəsindən 2700
m hündürlükdə toplanan A.absinthium növündən
alınanefir yağının miqdarı 1,45%-z olmuşsa, Kıçik
Qafqazın cənubunda Hacıkənddən, Ağsu çayının
ətrafndan və Toğana kəndi ətrafından, meşə açıq-
lığındakı sahələrdən 1100 m hündürlükdən yığılan
eyni növün xammalından alınan efir yağının
miqdarı isə 0,75%-dir. Tədqiqatın yekunu olaraq
belə nəticəyə gəlmək olar ki, bitkilərin efir yağı
çıxımı ekoloji amillərdən çox asılıdır.
Müşahidələr zamanı qönçənin əmələ gəlməsi
fazasında isə A.fragrans, A.szowitsiana və A.dra-
cunculus növlərindən alınan efir yağının miqdarı
digər növlərə nisbətən daha çox olması müşahidə
edilmişdir (cədvəl 1).
Müəyyən edilmişdir ki, 14 yovşan növünün
sulu ekstraktı və 8 növün efir yağları protozoosid, 6
növ - antimikrob, 5 növ - antivirus, 12 növ -
antifunqal, 6 növ - antimikrob, 6 növün efir yağları
isə fumiqant fəallığa malikdir.
A.hanseniana növü Naxçıvan MR, Kür-Araz
ovalığı, Kiçik Qafqazın cənubunda və qərbində
geniş areala malikdir. Bu növün ehtiyatının çox
olmasını və tərkibinin bioloji fəal maddələrlə
zənginliyi nəzərə alınaraq ilk dəfə efir yağlarının
praktiki əhmiyyəti öyrənilmişdir.
Ələsgərova və b.
73
Cədvəl 1. Artemisia L.cinsi növlərində müxtəlif fazalarında efir yağının toplanma dinamikası
Növlər
Vegetasiyanın fazaları
Virginil
mərhələ
Qönçənin
əmələ gəlməsi
Kütləvi
çiçəkləmə
Səbət Efir
yağlarının rəngi
Efir yağlarının %-ə miqdarı
A.vulgaris
0, 2
0, 9
0,1
0,2
açıq yaşıl
A.tournefortiana
- 0,1
0,35
0,4 sarı-narıncıya çalan
A.annua
0,1 1,8 2,0 0,9
limonu
A.absinthium
0,10 0,38 1,45 0,6
tünd
yaşıl
A.austriaca
- 1,8 3,0 0,4
yaşılla göyün qarışığı
A.dracunculus
0,15 1,1 3,1 0,9
samanı
A.areneria
0,16 0,86 1,8 -
yaşıl-sarıya çalan
A.salsoloides
0,20
0,34
1
-
açıq-sarı, narıncı
A.scoparia
0,90 0,9 3,9 0,5
kərpici
A.scoparoides
0,95 1,5 3,6 0,3
tünd
şabalıdı
A.fragrans
1,8 1,80 4,5 0,6 sarı-yaşılaçalan
A.monogyna
0,92 1,2 1,9 0,7 açıq sarı-yaşılacalan
A.spicigera
0,65 1,7 2,5 0,8
solğun sarı
A.szowitziana
0,92 1,9 3,8 -
samanı-sarı
A.taurica
1,2 1,8 3,7 0,8
açıq yaşıl
A.issayevii
1,6 1,2 3,1 0,9
şəfaf samanı
A.iskenderiana
0,8 1,4 3,6 0,7
açıq sarı
A.kobstanica
1,2 1,0 5,0 1,0 açıq sarı-yaşıla çalan
A.prilipkiana
1,3 2,0 2,8 0,5
yaşıl
A.marschalliana
0.9 1,5 2,5 0,9
sarı
A.santonica
1,7 1,75 2,5 0,7
açıq sarı, sarı-yaşıla çalan
A.nachitschevanica
1,3 1,8 3,2 1,0
limonu
A.maritima
1,0 1,4 2,0 0,3
şəffaf
A.fasciculata
0,1 0,
9 1 0,2
sarı
А
.
Caucasica
1,1 1,3 3,0 1,0
açıq yaşıl
A.taurica
0,99 1,1 1,1 0,88
samanı
A.hanseniana
0,89 0,
99 1,5 0,8
açıq sarı
А. щансениана вар. Апscщерониcа
0,66 0,89 1,0 0,
29
açıq sarı
А. щансениана вар. Pщйллостаcщйs
0,72 0,86 1,2 0,32
tünd
sarı
А.щансениана вар. yasamalica
0,73 0,9
6 1.1 0,29
yaşılaçalan sarı
A.chazarica
0.63 0,78, 1,5 0,38
şəffaf sarı
A.monogyna
0.75 0,36 2,8 0,22
açıq sarı
A.campestris
0,55 0,
30 0,99 0,32
sarı
3-saylı cədvəldə A.hanseniana növündən
alınan efir yağının mikroorqanizmlərə təsiri zamanı
əldə edilən nəticələr verilmişdir.
A.maritima isə Abşerondan yayılan növdür.
Sarı-yaşılaçalan və samanı rəngli efir yağları
durulaşma nisbətindən, ekspozisiya müddətindən
asılı olaraq Staphylococcus aureus, Pseudomonas
aeruginosa, Escherchia coli, Candida albicans
mikroorqanizmlərinin böyümə və inkişafını ləngi-
dərək tam dayandırma fəallığına malikdir və
onlardan yeni antimikrob, antibakterial preparat-
ların hazılanmasında istifadə etmək olar (Meredith
et al., 2004; Aлескерова, 2006; Ələsgərova, 2009;
Del Pilar et al., 2008). 4-saylı cədvəldə A.maritima
dəniz yovşan növünün emulsiya-kontakt üsulu ilə
alınan efir yağının (2%-li spirt məhlulu) sıx qida
mühitində yerləşdirilən bəzi mikroorqanizmlərin
böyümə intensivliyinə təsiri üzrə tədqiqatların
nəticələri təqdim olunur (cədvəl 4).
A.annua növündən alınan efir yağı mikros-
kopik göbələklərdən Trichoderma lignorum, Fusa-
rium oxysporum və Aspergilus nigra-nın inkişafını
dayandıraraq mikroorqanizmlərə qarşı effektiv bak-
terisid və funqisid təsir göstərdiyindən göbələklərə
qarşı təsirli vasitə kimi
preparatların hazılanm-
asında istifadə edilməsi tövsiyyə olunur (cədvəl 5).
Artemisia cinsinin geniş areala və yüksək yağ
çıxımına malik olan A. fragrans, A.annua, A.santo-
nica, A.kobstanica, A.szowitziana, A.scoparoides
növlərindən alınmış efir yağlarının fumiqant təsiri
laboratoriya şəraitində qansoran Culex pipiens
molestus ağcaqanadlar üzərində öyrənilmişdir. Efir
yağının hürküdücü təsir müddəti A. fragrans-da 4
saat, A.annua-nın efir yağının təsir müddəti 5-6
saat, A.santonica 7 saat, A.szowitsiana-da isə efir
yağının fumiqant təsir müddəti 7-8 saata qədər
davam edir (cədvəl 6).
Azərbaycan florasında yayılan 18 yovşan
növünün efir yağları ilk dəfə öyrənilmişdir. Aşağıda
efir yağlılığına görə ən perspektivli növlər üzrə
aparılan tədqiqatların nəticələri qısa şəkildə
verilmişdir.
A.dracunculus növünün çiçəkləmə fazasında
bioloji fəal maddələrdən (skoparon, skopletin,
eskuletin) kumarin törəmələri (Ələsgərova, 2010)
və 3,1% efir yağı alınmışdır. Alınan efir yağlarının
mikroskopik göbələklərdən Trichoderma lignorum
Azərbaycan Florasında Yayılan Yovşan
74
Cədvəl 2. Artemisia L. növlərinin qaz-maye xromatoqrafiya və xromato-mass-spektrometriya üsulları ilə alınan efir
yağlarının komponent tərkibi.
Növlər Komponentlər %-lə miqdarı
A. fragrans Willd.
п-симол 0,8
1,8-синеол 3,6
-тцйон
28,0
-тцйон
12,0
камфора 7,0
-пинен
изи
-пинен
«---»
камфен «---»
сабинен «---»
мирсен «---»
лимонен «---»
-фелландрен
«---»
A. szowitsiana (Bess.) Grossh.
-тцйон
75,0
1,8-синеол 9,0
-тцйон
9,0
сабинен
изи
лимонен «---»
п-симол «---»
-пинен
«---»
камфен «---»
A. spicigera C. Koch.
-пинен
0,1
камфен 0,5
п-симол 0,2
1,8-синеол 46,0
камфора 48,0
-пинен
изи
сабинен «---»
лимонен «---»
мирсен «---»
-фелландрен
«---»
-терпинен
«---»
терпинолен «---»
A. issayevii Rzazade Kamfora
1,8-sineol
37,21
31,72
Cədvəl 3. Emusiya-kontakt üsulu ilə hansen yovşan ( A.hanseniana) növünən alınan efir yağın (2%-li sprt məhlulu) sıx
qida mühütində yerləşdirilən bəzi mikroorqanizmlərin böyümə intensivliyinə təsri
Ekspozisiya (dəq)
10 20 30 40 60
Mikroorqanizmlər
Fizioloji məhlulda spirtin durulaşma dərəcəsi
1:3 1:4 1:5 1:6 1:3 1:4 1:5 1:6 1:3 1:4 1:5 1:6 1:3 1:4 1:5 1:6 1:3 1:4 1:5 1:6
St. aureus
+ ++
+++
+++ - ++
+++ ++ - - ++ ++ - + ++
+++ - - + +++
Kontrol
+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++
P. aeruginosa
- + +
+++
+ + ++
+++
- + ++
+++
- + + ++ - - + +
Kontrol
+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++
E. coli
++ +++ +++ +++ - ++ +++ +++ + ++ +++ +++
- +++ +++ +++ - ++ ++ +++
Kontrol
+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++
C. albicans
+ ++
+++
+++ - - ++ ++ - + ++ ++ - + ++ ++ - + + ++
Kontrol
+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++
Qейдляр: “–“ микроорганизмлярин якин заманы битмямяси; “+” - <50 колонийа – зяиф битмяси; “++” - 50-100 колонийа – orta
səviyyədə битмяси; “+++” - >100 колонийа – интенсив битмяси
mikroblarına, Fusarium oxysporum və Aspergilus
nigra-nın mikroorqanizmlərinə təsiri öyrənilmişdir.
Bəzi növlərin efir yağlarının bağırsaq parazit-
lərindən Hymenoelpis nana, Lamblia intstinalis,
Syphacia obvelata, Trichocephalus muri-a təsiri,
qansoran Culex pipiens molestus ağcaqanadlarına
fumiqant və 14 yovşan növünün sulu dəmləmə-
lərinin protozoosid təsiri öyrənilmişdir.
A.fragrans, A.szowitsiana, A.santonica A.han-
seniana, A.hanseniana var . phyllastachys, A.mari-
tima və A. iskenderiana Rzazade növlərinin yerüstü
hissəsindən alınan efir yağlarının preparativ duru-
laşma dərəcəsi və efir yağları ilə kontakt ekspozi-
siyasından asılı olaraq qram-müsbət və qram-mənfi
bakteriyalardan Staphylococcus aureus, Pseudomo-
nas aeruginosa, Escherchia coli, Candida albicans-
a qarşı təsiri öyrənilmişdir. Aparılan eksperimental
tədqiqatlar nəticəsində 3 və 4-cü cədvəldən görün-
düyü kimi A.hanseniana və A.maritima yovşan
növlərindən alınan efir yağlarının 2% spirt məlulu
Ələsgərova və b.
75
Staphyilococcus aureus, Candida albicanus Pseu-
domonas aeruginosa, Escherichia coli, Candida
albicans mikroorqanizmlərinə təsiri durulaşma
nisbətindən (1:3) və ekspozisiya dərəcəsindən 10-
60 dəq müddətindən asılı olaraq böyümə və
inkişafının ləngiməsinə və tam dayanmasına səbəb
olmuşdur. A.hanseniana və A.maritima növlərindən
alınan efir yağlarından bakteriosid və bakteriostatik
preparatların tərkibində istifadə edilməsi tövsiyyə
edilir.
Eksperimental tədqiqatların digər istiqaməti
Artemisia cinsinin 12 növündən alınan efir yağları-
nın və sulu ekstraktların mikroskopik göbələklərə
təsiri öyrənilmişdir.
Tədqiq olunan bitkilərin antifunqal aktivliyinin
öyrənilməsi üçün tərəfimizdən həm bitkilərdən alı-
nan efir yağların, həm də onların sulu ekstrakt-
larının mikroskopik göbələklərdən Fusarium oxy-
sporium və Trichoderma lignorum böyüməsinə
qarşı aktivliyi aşkar edilmiş və tədqiqat iki mər-
hələdə aparılmışdır. A.annua növündən alınan efir
yağınıını isə mikroskopik göbələklərdən Tricho-
derma lignorum, Fusarium oxysporum və Asper-
gillus nigra-nın inkişafını dayandıraraq mikroorqa-
nizmlərə qarşı effektiv bakterisid və funqisid təsir
göstərdiyindən yuxarıda adları çəkilən göbələklərə
qarşı təsirli vasitə kimi isifadə olunması tövsiyyə
olunur.
Tədqiqatın nəticələrinə nəzər salsaq görürük
ki, 0,1%-0,5% durulaşdırılmış efir yağlardan
qoyulan təcrübələrin heç birində göbələklərdə
inkişaf getməmişdir. Demək olar ki, istifadə olunan
efir yağını çox az faizlə belə göbələklərin inkişafını
dayandıraraq öz bakterisidliyini göstərmişdir.
Yovşan cinsi növlərindən 14-növünün sulu
dəmləmələrinin (A. annua, A. scoparia, A. absin-
thium, A. fragrans, A hanseniana, A. kobstanica, A.
prilipkoana, A.iskenderiana A. chazarica, A. spici-
gera, A.austriaca, A. dacunculus, A. szowitziana, A.
monogyna ) in vivo və in vitro-da eyni zamanda 8
növün efir yağının protozoozid təsiri öyrənilmişdir.
7 saylı cədvəldə bəzi yovşan növlərindən alınan
efir yağlarıın eksperimental modeldə bağırsaq
parazitlərinə qarşı antiparazitar aktivliyi verilmişdir.
Cədvəl 4. Emulsiya-kontakt üsulu ilə dəniz yovşanı ( A.maritima) növündən alınan efir yağının (2%-li sprt məhlulu) sıx
qida mühitində yerləşdirilən bəzi mikroorqanizmlərin böyümə intensivliyinə təsiri
Експозисийа (дяг) 10
20
30
40
60
Микроорганизмляр Физиолоъи мящлулда спиртин дурулашма дяряжяси
1:3 1:4 1:5 1:6 1:3 1:4
1:5
1:6
1:3
1:4
1:5
1:6
1:3
1:4
1:5 1:6 1:3 1:4
1:5
1:6
St. aureus
- +++ +++ +++ - +++ +++ +++
-
++
++ +++
-
++
++ ++ + + + +
Kontrol
+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++
P. aeruginosa
+ + ++ ++ +
++
++
++
+
++ ++ ++
+
+
++ ++ + ++
++
++
Kontrol
+++ +++ +++ +++ +++ ++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++
E. coli
-
++ ++ ++
-
+++ +++ +++
- + + + - +
+
+
- +
+++ +++
Kontrol
+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++
C. albicans
+
++ +++ +++ + +++ +++ +++
+ +++ +++ +++
+
++
++ ++ +
++
++ +++
Kontrol
+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++
Qейдляр: “–“ микроорганизмлярин якин заманы битмямяси; “+” - <50 колонийа – зяиф битмяси; “++” - 50-100 колонийа – orta
səviyyədə битмяси; “+++” - >100 колонийа – интенсив битмяси
Сədvəl 5. A. annua növünün efirli yağının göbələklərin inkişafına təsiri
Bitki Kultura
Əmələ gələn biokütlə q/l 1həftədə
Artemisia annua
Trichoderma lignorum 0,7
zəif inkişaf izləri
Fusarium oxysporum
0,184 -
-
inkişaf
Trichoderma lignorum
Çapek q.m.
3,500
Fusarium oxysporum
Çapek q.m.
5,400
Сədvəl 6. Birillik və acı yovşanın ekspozisiyadan asılı olaraq in vitro protozoosid təsirinin tədqiqindən alınan nəticələr
Bitki
İstifadə
formulası
Ekspozisiya
müddəti, dəq
Lamblia intestinalis sistaları
Blastosystus honinis
Sistaların
sayi
Məhv olmuş
sistaların sayı
Törədi-
cilərin sayı
Məhv olmuş törədicilərin
sayı
Mütləq
rəqəm
±%-lə
Mütləq
rəqəm
±%-lə
Birillik yovşan Dəmləmə 10
48 36
75,0
±8,6
72 55 76,4±8,7
20 76
60
78,9±8,8
68
62
82,3±9,0
65 58
hamısı 100
49 hamısı 100
Acı yovşan Dəmləmə 10
45 30
66,6±8,1
54 41 74,0±8,6
20 60
45
76,0±8,7
51
42
82,3±9,0
52 47
hamısı 100
60 hamısı 100
Azərbaycan Florasında Yayılan Yovşan
76
Cədvəl 7. Bəzi yovşan növlərindən alınan efir yağlarıın eksperimental modeldə bağırsaq parazitlərinə qarşı
antiparazitar aktivliyi
Növ
Parazitlərin yumurta sayı/1 q fekaliy
Müalicədən əvvəl Müalicədən sonra
H.
nana T.
muris H.
nana T.
muris
A. absinthium
A. annua
A. scoparia
310,5±11,5
264,6±10,7
287,3±11,2
178,10±9,8
313,6±10,5
204,5±10,1
70,7±7,3
121,3±8,4
94,4±7,8
86,0±8,2
47,6±6,3
51,4±6,8
Cədvəl 8. A.santonica yovşan növündən alınan efir yağının fumiqant təsiri
02.05.11
03.05.11
Ağcaqanadların
təmasda olan
müddəti
Təmas zamanı qan
sorması
Laboratoriyanın
hərarəti, ºC
Ağcaqanadın
təmasda olma
müddəti
Təmas zamanı qan
sorması
Laboratoriyanın
hərarəti, ºC
9
00-
11
15
Qan sormadı 23,6
9
00
-9
15
Qan sormadı 23,6
11
00
-11
15
Qan sormadı 24,0 11
00
-11
15
Qan
sormadı 24,0
13
00
-13
15
Qan sormadı 25,2 13
00
-13
15
Qan
sormadı 25,2
15
00
-15
15
Qan
sormadı 26,5 15
00
-15
15
Qan
sormadı 26,5
16
00-
16
10
Qan sormadı 26,5 16
00-
16
10
Qan
sormadı 28,0
Cədvəl 9. A.szowitsiana virulisid təsiri
Təcrübə qrupu
İlkin hüceyrə kulturasında alınan nəticə
Nəzarət qrupları
25% 50% 75% Cəmi Hüceyrə Hüc+virus Hüc+vasitə
Hüc+virus 32 50
43 125
Yaxşı vəziyyət
Morfoloji
dəyişiklik var
Yaxşı
vəziyyətdədir
Hüc+virus+vasitə 40
72
13
125
7 saylı cədvəldən göründüyü kimi, birillik və
acı yovşan növünün dəmləməsində Lamblia
intestinalis sistaları və Blastosystus honinis törədi-
ciləri ekspozisiya müddətindən asılı olaraq in vitro
protozoosid təsiri 75%-dək, acı yovşanda 82,3%-
dək olmuşdur. Hər iki növdə məhv olmuş sistaların
və məhv olmuş törədicilərin sayı 100 % olmuşdur.
Bəzi yovşan növlərinin (A.absinthium, A.an-
nua, A.scoparia və s.) efir yağlarının və sulu eks-
traktların insandan götürülmüş bağırsaq parazit-
lərinə təsiri ağ siçanlar üzərində iki mərhələdə
öyrənilmişddir
.
Ağ siçanlar 4 növ bağırsaq paraziti ilə (Hyme-
noelpis nana, Lamblia intstinalis, Syphacia ob-
velata və Trichocephalus muris) yoluxdurulmuşdur.
5% spirtli məhlulda hazırlanmış 6%-li efir yağı ilə
10 dəqiqə təsir etdikdə parazitlərin yumurta və
sistlərinin maksimal məhvinə səbəb olur. Onların
fizoloji fəallığı klassik preparatlrdan daha da
yüksəkdir
.
Tərkibində birillik və acı yovşan bitkilərinin
qarışığından ibarət olan dəmləmənin protozoosid
fəallığı Lamblia intestinalis sistlərində, Blastosystis
hominis-də müşahidə edilmişdir. Hər iki bitkinin
qarışığından hazırlanan dəmləmənin protozoosid
təsirinə əsaslanaraq prafilaktika istifadə edilmiş,
eksperimental işlər iki mərhələdə aparılmışdır.
Ekspermental hissənin birinci mərhələsində B.ho-
minis-ə və L.intestinalis-in sistalarına bitkilərin
ekspozisiya müddətindən asılı olaraq in vitro təsir
dərəcəsinin öyrənilməsi zamanı onların hər iki növ
törədicilərə kifayət qədər protozoosid təsirini üzə
çıxartmışdır.
Aparılan eksperimentlər göstərdi ki, A.absin-
thium, A.annua və A.scoparia-dan alınan efir yağ-
ları yüksək protozoosid təsirə malikdir. Bunu
aparılan eksperimental tədqiqatlar bir daha təsdiq
etmişdir. Onların antiparazitar fəallığı istifadə
olunan sintetik preparatlardan üstündür və bağırsaq
parazitlərinin müalicəsində perspektivdirlər. Ağ
siçanlarda Hymenolepis nana və Trichocephalus
muris invaziyalarının bəzi yovşan növlərinin efir
yağları ilə müxtəlif istiqamətdə müalicəsinin 70,0-
86% arasında tərəddüd etmişdir. Alınan nəticələr 6
sayli cədvəldə öz əksini tapmışdır.
Artemisia santonica növündən alınan efir
yağının “Culex pipiens molestus” ağcaqanad ilə tə-
masının nəticələri 8 saylı cədvəldə verilir. Tədqiq
olunan yovşan növlərindən hazırlanmış efir yağının
Cx.p.molestus ağcaqanadı ilə təmasın nəticələri
aşağıdakı cədvəllərdə öz əksini tapmışdır. Arte-
misia santonica növündən alınmış efir yağının hür-
küdücü təsiri 7 saat müddətində olmuşdur. Bundan
repillent maddə kimi istifadə olunması tövsiyyə
olunur.
A.szowitsiana növünün efir yağının spirtli-sulu
qarışığı nativ halda hüceyrələrə toksiki təsir gös-
tərməmiş və nativ halda insan embrionu fibroblast-
larının ilkin hüceyrə kulturasında enterovirus törə-
dicilərə sitopatik təsirin qarşısını almışdır. Aparılan
tədqiqatların nəticələri 9 saylı cədvəldə verilmişdir.
Antivirus fəallığı yoxlamaq üçün efir yağının
2%-li spirtli məhluldan istifadə edilmişdir. Tes kimi
müxtəlif enteroviruslara (Koksaki A və B) görə
Ələsgərova və b.
77
müsbət olan patoloji nümunələrlə yoluxdurulmuş
ilkin hüceyrə kulturalarında öyrənilmişdir.
Öyrənilən efir yağı vasitə 72 nümunədə 50%,
40 nümunədə 25%, 13 nümunədə 75% olmaqla
enterovirusların törətdiyi sitopatik təsirin qarşısını
almışdır.
Beləliklə, aparılan tədqiqatların nəticələri belə
qənaətə gəlməyə əsas verir ki, A.szowitsiana
növündən alınan efir yağın spirtli-sulu qarışığı nativ
formada avtivirus fəallığa malikdir və onlardan bəzi
enterovirus infeksiyalarının profilaktikasında vasitə
kimi istifadə etmək olar.
MİNNƏTDARLIQ
Tədqiqat işinin yerinə yetirilməsində V.Y.Axun-
dov adına Elmi-Tədqiqat Tibbi profilaktika İnstitu-
tunun və Azərbaycan EA Mikrobiologiya İnstitutunun
əməkdaşlarına öz dərin minnətdarlığımızı bildiririk.
ƏDƏBİYYAT
Əliyev N.N., Qurbanov S.M., Əsədova A.İ. və b.
(2000) Bir sıra dərman bitkilərinin kəskin respi-
rator xəstəliklərin müalicə və profilaktikasında is-
tifadə edilməsinə dair (Metodiki tövsiyə) Bakı: 8 s.
Ələsgərova Ə.N. (2009) Artemisia L. cinsin bəzi
növlərin efir yağlarının antimikrob təsiri. AMEA-
nın Xəbərləri (biologiya elmləri ser.), №1,2: 62-
67.
Ələsgərova Ə.N. (2010) Tərxun Yovşan ( Artemisia
dracunculus L.) növünün kumarinlərinin öyrə-
nilməsi. AMEA-nın Xəbərləri (biologiya elmləri),
65(№ 3-4): 12-16.
Ələsgərova Ə.N. (2011) Azərbaycanda becərilən
Artemisia dracunculus L. növünün protozoosid
təsiri “Faydalı bitkilərdən istifadənin aktual
problemləri” mövzusunda Beynəlxalq konfransın
materialları, Bakı: 268-272.
Ələsgərova A.N. (2012) Azərbaycan florasında
yovşan cinsi növlərinin xemotaksonomik tədqiqi-
nə dair (İcmal). AMEA Botanika İnstitutunun elmi
əsərləri, XXXII: 120-142.
Əliyev N.N., Hacıyev V.C., Səfiyeva L.A., Ələs-
gərova Ə.N. (2009) Bağırsaq protozoozlarının
törədicilərinə qarşı protozoosid vasitə. Patent
(İxtra ) № İ 2009 0194.
Əliyev N.N., Əlili M.İ., Səfiyeva L.A., Ələsgərova
Ə.N. (2012) Bağırsaq protozoolarının törədicilə-
rinə qarşı protozoosid vasitə. “Protozoosid təsirə
malk profilaktik vasitə ”Patent (ixtra) №İ 2012
0100 27.11.2012.
Əliyev N.N., Əsədova A.İ., Ələsgərova Ə.N., Rüs-
təmova L.İ., Sərkərov S.V., Hacıyeva T.İ., Əli-
yeva N.N., Heydərova F.H., İbrahimova S.İ.,
Baxşıyeva N.Ç. (2013) Artemisia issayevii Rzaza-
de növündən alınan efir yağının virus əleyhinə fəal-
lığı. Azərbaycan Milli Elmlər Akademiyası Bota-
nika İnstitutunun elmi əsərləri, XXX III: 72-74.
İbadullayeva S.C., Cəfərli İ.Ə. (2007) Efir yağları
və aromaterapiya. Bakı: Elm, 115 s.
Адекенов С.М. Сесквитерпеновые лактоны
растений. Распространение в природе, особен-
ности строения молекул и перспективы их
применения. Сб. трудов межд. науч.-прак.
конф. «Тритерпеноиды: достижения и перс-
пективы применения в области химии, техно-
логии производства и медицины». Караганда:
39-46.
Алескерова А.Н. (2002) Антирадикальная
активность сесквитерпеновых лактонов ерива-
нина и алханина из Artemisia fragrans. Мате-
риалы VI Международной конференции «Био-
антиоксидант». Москва: 31-32.
Гинзберг А.С. (1932) Упрощенный способ оп-
ределения эфирного маслa в эфироносах. Хим.
фармац. Пром.-сть, №8-9: 326-329.
Горяев М.И. (1952) Эфирные масла флоры
СССР. Изд. АР АН Казах. ССР: 378 с.
Гурвич Н.Л. (1960) Опыт классификации
əфирномасличных растений. Тр. Ботан. Ин-та
АН СССР, сер. 5: Растительное сырье. М.-Л.,
вып. 6: 7-126.
Лябина Л.М. Соминина А.А., Черенковская
И.А. (1975), и др. Методические рекоменда-
ции по работе с клеточными культурами и
средами, Ленинград, , с. 41.
Муталибова Н.Ф., Ахиева А.Н., Гаймина
Ю.А. (2013) О влиянии in vitro эфирного мас-
ла Artemisia santonica на некоторых представи-
телей микробиоценоза кишечника и дыхатель-
ных путей человека. Гигиена, эпидемиология и
иммунобиология (Алматы), №3: 58-60.
Рзазаде Р.Я. (1955) Новые виды, ряды и под-
роды Кавказских полыней. Изв. АН Азерб.
ССР, №3: 17-35.
Rychlevska U., Serkerov S.V. (1991) Sesquiterpe-
ne lactones of the Umbelliferae. Structural charac-
terization of badkhysin and its C (5)-epimer iso-
badkhysin. Acta Crystallographica, 47: 1872-
1877.
Рыбалко К.С. (1978) Природные сесквитерпе-
новые лактоны. М.: Медицина, 320 с.
Серкеров С.В. Алескерова А.Н., Мир-Бабаев
Н.Ф., Керимов Р.Ф. (1992) Способ выделения
1-окси-3-кето-эвдесм 4(5)-ен-6,12-олида. Авто-
рское свидетельство №1734344 от 01.07.1992.
Серкеров С
В, Алескерова А.Н. (2011) К изу-
чению искендеролида. Химия природ соедин.,
№6: 793.
Чобанов Р.Э., Aлескерова А.Н., Джанахмедо-
ва Ш.Н. Сафиева Л.А. (2004) Эксперимен-
Azərbaycan Florasında Yayılan Yovşan
78
тальная оценка антипаразитарных свойств
эфирных масел некоторых видов Artemisia
(Asteraceae) флоры Азербайджана. Расти-
тельные ресурсы, 40 (вып. 4): 94-98.
Belz R.G. (2007) Stimulation versus inhibition-
bioactivity of parthenin, a phytochemical from
Parthenium hysterophorus L. Dose Response, 6
(No 1): 80-96.
Del Pilar C.M., Avery T.D., Hanssen E. et al.
(2008) Artemisinin and a series of novel endo-
peroxide antimalarials exert early effects on di-
gestive vacuole morphology. Antimicrob. Agents
Chemother., 52 (No 1) : 98-109.
Herout V., Dolejs L., Sorm F. (1956) The struc-
ture of Artabsin the prochamasulenogen from
Artemisia absinthium L. Chemistry and Iundustry,
1: 1236.
Meredith S.A., Egan L., Weber B.W. (2004) Anti-
malarial quinolines and artemisinin inhibit endo-
cytosis in Plasmodium falciparum. Antimicrob.
Agents and Chemother., 48 (No 7): 2370-2378.
Lindegardh N., Tarning J., Toi P. et al. (2009)
Quantification of artemisinin in human plasma
usinq liquid chromatography coupled to tandem
mass spectrometry. J. Pharm. Biomed. Anal., 49
(No 3): 768-773.
Исследование Эфирных Масел Видов Рода Полынь,
Распространенных Во Флоре Азербайджана
А.Н. Алескерова
1
, С.И. Ибрагимова
2
, Ф.Г. Гусейнова
3
1
Институт ботаники НАНА
2
Гянджинский государственный университет
3
Национальный НИ Институт медицинской профилактики им. В.Ахундова
Впервые исследованы эфирные масла 34 видов полыни, распространенных во флоре Азербайджана.
Были изучены процентное содержание и компонентный состав эфирных масел в различных фазах
вегетации. Результаты исследований выявили, что эфирные масла 8-и видов (A. fragrans Willd., A.
spicigera C. Koch., A. szowitziana (Bess.) A.Grossh., A. absinthium L. , A. issayevii Rzazade, A. annua L., A.
scoparia Waldst et Kit. A. scoparoides Grossh.) обладают протозооцидной, 12-ти видов ( A. fragrans, A.
hanseniana (Bess.) A.Grossh., A. kobstanica Rzazade, A. prilipkoana Rzazade , A. iskenderiana Rzazade, A.
szowitziana, A. scoparia, A. scoparoides Grossh., A.santonica L., A.monogyna, A. chazarica Rzazade, A.
austriaca (Jacq.) фунгицидной, 6-ти видов (A. fragrans, A. annua, A. kobstanica, A. szowitziana,
A.monogyna Waldst et Kit, A.scoparia) антифунгальной, 5-ти ( A. issayevii, A. szowitziana, A. fragrans,
A.maritima L., A. marschalliana Spreng) антивирусной, 6-ти ( A. fragrans, A. szowitziana, A. issayevii, A.
nachitschevanica Rzazade, A. fedorovii Rzazade, A. kobstanica) антимикробной, а водные отвары 14-ти
видов (A. annua, A. scoparia, A. absinthium, A. fragrans, A. hanseniana, A. kobstanica, A. prilipkoana, A.
iskenderiana A. chazarica A. spicigera A. austriaca, A. dracunculus L., A. szowitziana, A. monogyna) в in
vivo и in vitro условиях обладают протозооцидной активностью.
Ключевые слова: Artemisia L., полынь, эфирное масла, газо-жидкостная хроматография, хромато-
масс-спектрометрия, антимикробное действие
Ələsgərova və b.
79
Study Of Essential Oil Activities Of The Artemisia Genus Species Distributed In the Azerbaijan Flora
A.N. Aleskerova
1
, S.I. Ibrahimova
2
, F.H. Huseynova
3
1
Institute of Botany, ANAS
2
Ganja State University
3
National Research Institite of Medical Prevention named after V. Akhundov
Essential oils of the 34 wormwood species distributed in the Azerbaijan flora have been investigated for the
first time. Percentage and componential composition of essential oils in different vegetation phases have
been studied. The results of researches showed that the essential oils of 8 species (A. fragrans Willd., A.
spicigera C. Koch., A. szowitziana (Bess.) A.Grossh., A. absinthium L. , A. issayevii Rzazade, A. annua L., A.
scoparia Waldst et Kit) have protozoocide, 12 species
(
A. fragrans, A. hanseniana (Bess.) A.Grossh., A.
kobstanica Rzazade, A. prilipkoana Rzazade , A. iskenderiana Rzazade, A. szowitziana, A. scoparia, A.
scoparoides Grossh., A.santonica L,.A.monogyna A. chazarica Rzazade) fungicide, 6 species (A. fragrans, A.
annua, A. chazarica A. kobstanica, A. szowitziana, A.scoparoides Grossh.) antifungal, 5 species (A. fragrans
A. issayevii, A. szowitziana, A. maritima L., A. marschalliana Spreng) antiviral, 6 apecies ( A. fragrans, A.
szowitziana, A. issayevii, A.maritima L., A. fedorovii Rzazade, A. kobstanica) antimicrobial, and water
decoctions of 14 species (A. annua, A. scoparia, A. absinthium, A. fragrans, A. hanseniana, A. kobstanica, A.
prilipkoana, A. iskenderiana A. chazarica A. spicigera A. austriaca, A. dracunculus L., A. szowitziana, A.
monogyna) have protozoocide activities in vivo and in vitro.
Key words: Artemisia L., wormwood, essential oils, gas-liquid chromatography, chromate-mass-
spectrometry, antimicrobial effect
50>50>
Dostları ilə paylaş: |
|
|