Ağdaş rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Yevlax rayonu ilə 30 km, Qəbələ rayonu ilə 10 km, Göyçay rayonu ilə 11,5 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir. İnzibati mərkəzi Ağdaş şəhəridir.
Coğrafi mövqeyi
Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir. Səthi, əsasən, düzənlik, şimal hissədə dağlıqdır. Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Neogen çöküntüləri yayılmışdır.
Ərazisində gil çıxarılır. Rayonun ərazisindən Türyançay, cənub-qərb sərhədi boyu isə Kür çayı axır. Baş Şirvan kollektoru Ağdaş rayonu ərazisindən başlanır. Türyançayda su qovşağı yaradılmışdır. Rayonda, əsasən, boz-çəmən torpaqları yayılmışdır.
Bitkiləri, əsasən, çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində tuqay meşələri, rayonun şimal hissəsində (Türyançay Dövlət Təbiət Qoruğunda) ardıc və saqqız ağaclarından ibarət seyrək arid meşələr vardır. Heyvanları: canavar, tülkü, çöldonuzu, quşlardan kəklik, turac, qırqovul, kərkəs, sürünənlərdən gürzə, kələz məskunlaşmışdır. Rayonun ərazisindən Bakı-Tiflis, Bakı-Qəbələ dəmir yolu, Bakı-Qazax şose yolu, Mingəçevir-Bakı elektrik ötürmə xətti keçir.
Rayonun iqlimi düzənlik yerlərdə mülayim isti və quru-subtropikdir. Rayonda orta illik temperatur 14,2 dərəcədir. Orta temperatur yanvarda 1,2–1,4 °C, iyulda isə 25–27 °C-dir. İllik yağıntı miqdarı 300–450 mm-dir.
İqlimi
Ağdaşda orta əsrlərə aid tarixi abidələr, qala və müdafiə tikililərinin qalıqları var. Bunlardan ən mühümü XVIII əsrə aid edilən Surxay qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay dərəsi arasında Kukəl kəndi yaxınlığında yerləşir.
Tarixi abidənin adı
Tikilmə tarixi
Yerləşdiyi ərazi
Şahərgah arxeoloji abidəsi
XVI əsr
Türyançay qəsəbəsi, Kiçik Qafqaz dağlarının ətəyinin şimal hissəsi
Qarabəy karvansarası
XIX əsr
Ağdaş şəhəri
Hacı Osman məscidi
XIX əsr
Ağdaş şəhəri
Türbə
XVIII əsr
Bulaqotağı kəndi
Surxay qalası
XVIII əsr
Ərəb və Kükəl kəndləri arası, kəndlərin şimal tərəfində Kiçik Qafqaz dağlarında
Yaşıllıq ərazilərinin qrafik təsvirini əks etdirən xəritə