Construction Engineering” mmc tiKİNTİ ÜÇÜn podrat müqaviLƏSİ Layihə



Yüklə 59,64 Kb.
səhifə1/3
tarix30.04.2022
ölçüsü59,64 Kb.
#56756
  1   2   3
Podrat müqaviləsi Azrabitə Servis MMC


Construction Engineering” MMC

TİKİNTİ ÜÇÜN

PODRAT MÜQAVİLƏSİ

Layihə:

Podratçı: “Azrabitə Servis” MMC

Müqavilənin №-si: CE/28/04-22

Tarix: 28.04.2022

BAKI 2022

TİKİNTİ ÜÇÜN PODRAT MÜQAVİLƏSİ



Bakı şəhəri “__” 2022-ci il

Bu Müqavilə, bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq yaradılmış və öz nizamnaməsinə uyğun fəaliyyət göstərən, Direktor Ağayev Ceyhun Firdovsi oğlunun şəxində təmsil olunan “Construction Engineering” MMC (bundan sonra “Sifarişçi” adlanacaq), digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq yaradılmış və öz nizamnaməsinə uyğun fəaliyyət göstərən, Direktor Hüseynov Şəmməd Gülməmməd oğlunun şəxində təmsil olunan “Azrabitə Servis” MMC (bundan sonra “Podratçı” adlanacaq) arasında aşağıda göstərilən şərtlər daxilində bağlanmışdır.



  1. ƏSAS ANLAYIŞLAR

Müqavilədə istifadə olunan sözlərin və yaxud söz birləşmələrinin mənası aşağıdakı kimi anlaşılmalıdır:

Tərəflər - Müqavilədə əks olunan bir tərəfdən “Sifarişçi” - “Construction Engineering” MMC, digər tərəfdən isə “Podratçı” - Azrabitə Servis” MMC nəzərdə tutulur;

Müqavilə - mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında Tərəflər arasında imzalanmış bu Müqavilə nəzərdə tutulur;

1 №-li Əlavə - bu Müqavilə əsasında icra ediləcək işlərin razılaşdırılmış qiymətlərini özündə təsbit edən yazılı sənəd;

Razılaşma protokolu - bu Müqavilənin predmetinə əsasən göstəriləcək işlərin spesifikasiyası, həcmi ilə bağlı Tərəflərin öhdəliklərini və digər zəruri məlumatları özündə əks etdirən və Tərəflərin qarşılıqlı razılığını təsdiq edən yazılı sənəd;

Təhvil-təslim aktı - Tərəflər arasında mövcud olan münasibətlər ilə bağlı hər hansı bir faktın (işlərin görüldüyünü təsdiq edən və s.) müəyyənləşdirilməsini, hüquqi/rəsmi təsdiqini özündə əks etdirən hər iki tərəfin imzaladığı sənəddir;

Üstü örtülən işlər - tikintinin növbəti mərhələlərində üstü örtülməsi səbəbindən naturada yoxlanılması tam və ya qismən mümkün olmayan iş növləridir (özülün torpaqla doldurulması, hidroizolyasiya işləri, armaturlanmış konstruksiya elementlərinin betonlanması və s.);

AZS - azstand (Azərbaycan standartlaşdırma institutu) tərəfindən təsdiq olunmuş və ya verilmiş standartlar və texniki şərtlər;

“Standart və Tələblər” və “Optik rabitə xətt qurğularının tikintisinə dair təlimat” İşlərin görülməsi zamanı Podratçının riayət etməli olduğu norma, qayda, standart və texniki şərtlər toplusu;



İcra Təqvim cədvəli - tərəflərin öncədən razılaşdırdığı, müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən işlərin icra təqvimini əks etdirən cədvəl. Cədvəl, layihədə nəzərdə tutulmuş, işlərin mərhələli bitmə tarixlərini göstərir.


  1. MÜQAVİLƏNİN PREDMETİ

    1. Bu Müqavilənin predmetini, bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan ayrı-ayrı Razılaşma Protokollarında (bundan sonra “Razılaşma Protokolu”) göstərilən rabitə tikintisi xidmətinin “Podratçı” tərəfindən təmin olunması və həmin protokollarda göstərilmiş ünvanlarda öncədən hazırlanmış layihələr çərçivəsində (AİK-lər, BRX-lər, GPON texnologiyasının tətbiqi ilə əlaqədar və s.) xətt qurğularının tikintisi işlərinin icrası və istismara tam hazır vəziyyətdə təqdim edilməsi üzrə tikinti-quraşdırma işlərinin (bundan sonra “İşlər”) görülməsi, “Sifarişçi” tərəfindən isə faktiki icra edilmiş işlərin və təmin edilmiş malların bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavəsində razılaşdırılmış dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsini təşkil edir.

    2. Tərəflər bu Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan şəkildə Razılaşma Protokolu bağlamaqla və ya ona dəyişiklik etməklə yeni işlərin görülməsi barədə razılaşırlar və ya mövcud işlərin həcmində dəyişiklik edirlər, bu Müqavilənin şərtlərindən fərqlənən digər xüsusi şərtlər müəyyənləşdirirlər.

    3. İşlər Tərəflərin ikitərəfli olaraq təsdiq etdiyi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Standart və Tələblərə (bundan sonra “Standart və Tələblər”), “Optik rabitə xətt qurğularının tikintisinə dair təlimat”a,müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun həyata keçirilməlidir. “Standart və Tələblər”də göstərilməyən norma, qayda, standart və texniki şərtlər “Optik rabitə xətt qurğularının tikintisinə dair təlimat”da olduğu kimi rəhbər tutulmalıdır. “Standart və Tələblər” ilə “Optik rabitə xətt qurğularının tikintisinə dair təlimat” arasında ziddiyət yarandıqda “Standart və Tələblər” əsas götürülməlidir.




  1. İŞLƏRİN DƏYƏRİ VƏ ÖDƏMƏ QAYDALARI

    1. Bu Müqavilənin predmetinə uyğun olaraq təqdim olunan malların və göstərilən xidmətlərin qiyməti 1 №-li Əlavədə əks etdirilmişdir. Müvafiq Əlavəyə dəyişiklik yalnız qarşılıqlı razılıq əsasında həyata keçirilə bilər. Podratçı tərəfindən qiymətlərin birtərəfli dəyişdirilməsi barədə iradə ifadəsi etibarsızdır.

    2. Bu Müqavilə üzrə işlərin dəyəri 1 №-li Əlavədə razılaşdırılmış qiymətlər əsasında Razılaşdırma Protokollarında nəzərdə tutulan işlərin həcminə uyğun hesablanır.

    3. “Sifarişçi” Razılaşma Protokollarında nəzərdə tutulmuş işlərin dəyərini həmin Razılaşma Protokolunda göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür.

    4. “Sifarişçi”nin “Podratçı”ya ödəniş etməsi üçün “Podratçı” tərəfindən qarşılıqlı təsdiq edilmiş müvafiq sənədlər (forma №2, forma №3, elektron qaimə-faktura, hesab faktura, hesab və s.) təqdim edilməlidir.

    5. Xidmətlərin göstərilməsi faktı Təhvil-təslim aktı və digər təsdiqedici sənədlərlə rəsmiləşdirilir.

    6. Müqavilə üzrə “Podratçı”ya ödənişlər Azərbaycan manatı ilə həyata keçirilməlidir.

    7. Razılaşma Protokolu ilə nəzərdə tutulmayan digər ödənişlər “Sifarişçi” tərəfindən ödənilmir və bu cür ödənişlərin “Podratçı” tərəfindən tələb edilməsinə yol verilmir.

  1. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

    1. PODRATÇI:

      1. “Podratçı” optik rabitə xətt qurğularının tikintisinin bütün mərhələlərində kompleks texniki, iqtisadi və təşkilati təsirli nəzarət tədbirləri həyata keçirməli, optik xətt və qurğularının təqdim olunmuş layihəyə tam uyğunluğunu, yüksək keyfiyyət və istismara yararlığını təmin etməlidir;

      2. “Sifarişçi”nin bütün tələblərinə uyğun olaraq, bu Müqavilədə və Müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolunda qeyd olunan şərtlər, “Standart və Tələblər” o cümlədən öncədən “Podratçı”ya təqdim edilmiş və Tərəflərin ikitərəfli olaraq təsdiq etdiyi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Optik rabitə xətt qurğularının tikintisinə dair təlimat”da göstərilən norma və qaydalar çərçivəsində öz öhdəliklərinin icrasını təmin edir;

      3. “Podratçı”, Müqavilənin tərkib hissəsi olan “Razılaşma Protokolu”da nəzərdə tutulan icra vaxtına əsasən, layihədə nəzərdə tutulan iş həcmləri üçün İcra Təqvim cədvəli təqdim etməli, cədvəl qarşılıqlı razılaşdırılmalı və həmin cədvələ uyğun işləri təşkil etməlidir;

      4. Müqavilə qarşılıqlı təsdiqləndikdən sonra işlər və ya xidmətlər üçün tələb olunan materialları/malları (bundan sonra “materiallar”) təchiz etməklə, işlərin icrası başlanmalıdır;

      5. “Podratçı” işlərin icrası zamanı istifadə etdiyi materialların keyfiyyətini və layihə tələblərinə uyğunluğunu təmin etməli, onların istehsalçı sertifikatlarını “Sifarişçi” tərəfə təqdim etməlidir (işlərin qəbulu qovluğunda);

      6. “Podratçı” bu Müqavilə əsasında aparılan bütün işlərlə (xidmətlərlə) bağlı “Təhlükəsiz əmək şəraitinin və əməyin mühafizəsi qaydaları”na, “Yanğın təhlükəsizliyi qaydalarına”, Azərbaycan Respublikası “Texniki təhlükəsizlik haqqında” qanunun, Azərbaycan Respublikası “Yanğın təhlükəsizliyi haqqında” qanunun, “Ətraf mühitin mühafizəsi haqqında” qanunun, Nazirlər Kabinetinin qərar və qaydalarına, eyni zamanda digər dövlət strukturlarının tətbiq etdiyi təlimat və normativlərə, eləcə də Sifarişçi tərəfindən verilmiş sifariş şərtlərinə əməl olunmasını təmin etməlidir. Əks halda əlaqədar zərərlərə görə bütün zərərçəkmiş şəxslər qarşısında qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti tam həcmdə daşıyır;

      7. “Podratçı” bu Müqavilə üzrə işlərin görülməsində və ya xidmətlərin göstərilməsində iştirak edəcək işçi və yardımçı personalının əmək haqqını, xidmət haqqını və s. ödənişləri öz hesabına təmin edir. Bu Müqavilə üzrə işlərin görülməsində və ya xidmətlərin göstərilməsində iştirak edəcək işçi personalının yüksək peşəkarlığına təminat verir;

      8. Müqavilə üzrə görüləcək işlərin keyfiyyətinə “Podratçı” tərəfindən təyin olunmuş texniki nəzarətçi daim nəzarət etməlidir və “Sifarişçi” tərəfindən təyin olunmuş texniki nəzarətçi ilə daim əlaqədə olmalıdır;

      9. “Podratçı” təqdim olunmuş layihədən kənarlaşa bilməz. İşlərin icrası zamanı, hər hansı bir səbəbdən, layihədən kənarlaşma zərurəti yaranarsa, həmin kənarlaşmalar “Sifarişçi”nin təyin etdiyi nümayəndələr ilə, “Standart və Tələblər” ilə “Optik rabitə xətt qurğularının tikintisinə dair təlimat”da qəbul olunmuş qaydada razılaşdırılmalı və müvafiq aktlarda öz əksini tapmalıdır;

      10. “Üstü örtülü işlərin qəbul aktı” “Podratçı” tərəfindən tərtib edilməli və aktın “Sifarişçi”nin təyin etdiyi nümayəndələr tərəfindən təsdiqlənməsini təmin etməlidir;

      11. “Podratçı”, “Sifarişçi”nin təyin etdiyi nümayəndələrin (texniki nəzarətçi) iş sahəsində icra edilən işlərə nəzarət etməsi üçün şərait yaratmalı, dəstək olmalıdır;

      12. “Sifarişçi”nin nümayəndələri tərəfindən aşkarlanan qüsurlar və uyğunsuzluqlar “Podratçı”nın öz hesabına Tərəflər arasında razılaşdırılmış müddət ərzində aradan qaldırılmalı və təkrarlanmamalıdır;

      13. Bu Müqavilədə nəzərdə tutulan işlərin icrası və xidmətlərin göstərilməsinin səmərəliliyinin artırılması məqsədilə “Sifarişçi”nin və (ya) onun nümayəndələrinin yalnız bu Müqavilənin şərtlərinə uyğun olan tapşırıqlarının yerinə yetirilməsini təmin edir. Bu Müqavilə qüvvədə olduğu müddət ərzində “Sifarişçi”dən daxil olan yazılı sorğuları 1 (bir) iş günü ərzində cavablandırır;

      14. “Podratçı”, “Sifarişçi”yə mütəmadi olaraq icra edilən işlər haqqında yazılı hesabat təqdim etməlidir. Tələb olunarsa işlərin (xidmətlərin) müvafiq qaydada icrasını təsdiq edən sənədlərin surətini 1 (bir) iş günü ərzində təqdim etməlidir;

      15. “Podratçı”, yalnız Müqavilədə nəzərdə tutulan işləri (xidmətləri) tam həcmdə və keyfiyyətdə, “Standart və Tələblər”, o cümlədən öncədən “Podratçı”ya təqdim edilmiş və Tərəflərin ikitərəfli olaraq təsdiq etdiyi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Optik rabitə xətt qurğularının tikintisinə dair Təlimat”ın norma və qaydalarına uyğun icra etdikdən sonra, işləri (xidmətləri) “Sifarişçi”yə təhvil verə bilər;

      16. İşlərin (xidmətlərin) təhvil-təslim qaydaları üçün layihənin təhvil-təslim qovluğu hazırlanmalıdır (Qovluqda tələb olunan sənədlərin siyahısı ilə “Optik rabitə xətt qurğularının tikintisinə dair təlimat”da tanış olmaq olar);

      17. “Sifarişçi”yə müqavilənin 4.1.16-cı bəndinə uyğun olaraq təhvil verilənə qədər icra edilmiş işlərin və ya göstərilmiş xidmətlərin nəticələrinin təsadüfən məhvolması və ya zədələnməsi, oğurlanması riski podratçının üzərinə düşür;

      18. “Podratçı” Bu Müqavilə ilə nəzərdə tutulan öhdəliklərini elə icra etməlidir ki, icra edilmiş işlərin və ya göstərilmiş xidmətlərin nəticəsində qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. “Podratçı”, bu Müqavilədə nəzərdə tutulan işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı bütün tələblərə görə “Sifarişçi” və üçüncü şəxslər qarşısında tam həcmdə məsuliyyət daşıyır;

      19. “Podratçı” bu Müqavilənin tərkib hissəsi olan “Razılaşma Protokolu”nda nəzərdə tutulan işlər (xidmətlər) üçün, layihənin bir hissəsində icra edilmiş və tam bitmiş işlər üçün “Sifarişçi”dən ödəniş tələb edə bilər. Bunun üçün layihənin bitmiş hissəsinin icra sxemi və icra olunmuş iş həcmlərinə aid akt (forma №2 sənədi) tərtib edib “Sifarişçi”yə təqdim etməlidir. “Sifarişçi” icra olunmuş iş həcmlərini və keyfiyyətini yoxladıqdan sonra, qarşılıqlı təsdiq olunmuş sənədlər (forma №2 və forma №3 sənədi) üzrə ödəniş edə bilər. Ödənişin olunması, yalnız fiziki iş həcmlərinin təsdiqlənməsi deməkdir və işin (xidmətin) qəbulu kimi nəzərə alınmamalıdır. Bu sənədlər müqavilə üzrə işlərin hər hansı hissəsinin “Podratçı” tərəfindən təhvil verildiyini və “Sifarişçi” tərəfindən qeyd-şərtsiz qəbul edildiyini təsdiq etmir. Qeyd olunan sənədlərin imzalanması tərəflərin tikinti müqaviləsində nəzərdə tutulan hüquqlarına və müdafiə vasitələrinə xələl gətirmir;

      20. “Razılaşma Protokolu”nda nəzərdə tutulmayan və “Sifarişçi” tərəfindən tələb edilməyən əlavə işləri icra etdikdə, əlavə xidmətlər göstərdikdə və ya materialları aldıqda “Sifarişçi”dən əlavə xərclərin ödənilməsini (işlərin, xidmətlərin, materialların haqqı və s.) tələb etmir. “Sifarişçi” həmin əlavə işlərin (xidmətlərin) nəticələrinin aradan qaldırılmasını tələb etdikdə isə bu tələbi yerinə yetirir;

      21. “Podratçı” aşağıdakılara zəmanət verir:

  1. İşlərin (xidmətlərin) nəticələrinin təhvil-təslim zamanı, həmçinin ümumi yoxlama zamanı Tərəflərin iştirakı ilə tərtib və təsdiq olunan akta əsasən müəyyən olunan nöqsan və uyğunsuzluqların aradan qaldırılmasına, əlavə və ya təkrar işləri (xidmətləri) əvəzsiz olaraq yerinə yetirilməsinə, yaxud Tərəflərin razılığı ilə müəyyən olunan digər qaydada 3 (üç) təqvim günü ərzində və ya “Sifarişçi” ilə ralazılaşdırılmış müddət ərzində öz hesabına təmin edir. Həmin qüsur və uyğunsuzluqları “Sifarişçi” öz hesabına aradan qaldırdıqda isə “Sifarişçi”nin müvafiq xərclərinin ödənilməsinə zəmanət verir;

  2. Təhvil verilən işlərin, xidmət nəticələrinin, istifadə olunan materialların keyfiyyətinin Müqavilənin şərtlərinə, “Razılaşma Protokolu”nun, “Standart və Tələblər”in, “Optik rabitə xətt qurğularının tikintisinə dair təlimat”ın tələblərinə, AZS və ümumi qəbul olunmuş standartlara uyğunluğuna zəmanət verir (“Sifarişçi”nin tələbi ilə müvafiq keyfiyyət standartlarına uyğun olmasını təsdiq edən sertifikatları təqdim etmək şərti ilə).

  3. Təhvil verilmiş işlərin (xidmətlərin) nəticələrinə və istifadə edilmiş materialların keyfiyyətinə ən azı 1 (bir) il ərzində zəmanət verir;

  4. Əgər işlərin (xidmətlərin) nəticələrində, materiallarda zəmanət verilən müddət ərzində qüsur və uyğunsuzluqlar aşkar edilərsə, o cümlədən təmirə ehtiyac olarsa, “Podratçı” öz hesabına qüsur və uyğunsuzluqları aradan qaldırılmasını və “Sifarişçi”nin tələbinə uyğun olaraq zəruri təmir işlərini öz hesabına 7 (yeddi) təqvim günü ərzində təmin edir və ya qüsurlu materialları əvəzsiz olaraq yenisi ilə əvəz edilməsinə zəmanət verir. Təhvil verilən işlər və materiallardakı qüsurlar, “Sifarişçi” tərəfindən istifadə və saxlanılma tələblərinin pozulması və ya üçüncü şəxslərin təqsirli hərəkətləri, yaxud fors-majora aid hadisələrin təsiri nəticəsində yaransa, “Podratçı” bu qüsurlarla bağlı “Sifarişçi”yə dəyən hər-hansı bir zərər üçün heç bir məsuliyyət daşımır;

  5. İşlərin (xidmətlərin) nəticələrində, materiallarda aşkar edilmiş qüsur və uyğunsuzluqların “Podratçı” tərəfindən müəyyən müddət ərzində aradan qaldırılması mümkün olmadıqda, “Sifarişçi” Müqavilədən tam və ya qismən imtina etmək hüququna malikdir. Bu halda “Sifarişçi”nin seçiminə uyğun “Sifarişçi”yə dəymiş zərərin əvəzi və ya bu Müqavilədə nəzərdə tutulan cərimələrin “Podratçı” tərəfindən “Sifarişçi”nin hesabına köçürülməsi təmin edilir;

      1. Görülmüş işlərin və ya göstərilmiş xidmətlərin nəticələrini “Sifarişçi” tərəfindən təmin edilmiş materialların qalığı ilə birlikdə Tərəflər arasında imzalanmış “Təhvil-təslim aktı” vasitəsi ilə “Sifarişçi”yə təhvil verir. İşlərin nəticələrinə o cümlədən icra sxemi və texniki göstəriciləri əlavə edilməlidir;.

      2. “Podratçı” Bu Müqavilədən və qanunvericilikdən irəli gələn digər hüquq və öhdəlikləri daşıyır.

    1. SİFARİŞÇİ:




      1. “Sifarişçi” Müqavilənin tərkib hissəsi olan “Razılaşma Protokolu”nda əksini tapan işlərin (xidmətlərin), təyin olunmuş həcmdə “Podratçı” tərəfdən icrasını tələb edə bilər. Layihənin icrası zamanı əlavə işlərin (xidmətlərin) yerinə yetirilməsi zərurilyi ortaya çıxarsa “Razılaşma Protokolu”na əlavələr edilməlidir;

      2. “Razılaşma Protokolu”na olunan əlavələr Tərəflər arasında razılaşdırılmalı və təsdiqlənməlidir;

      3. “Sifarişçi” Müqavilədə, “Razılaşma Protokolu”na olunan əlavələrdə nəzərdə tutulan işlərin “Standart və Tələblər”in və “Optik rabitə xətt qurğularının tikintisinə dair təlimat”a və icra təqvim cədvəlinə uyğun icrasını tələb etməyə haqlıdır;

      4. “Sifarişçi” işlərin (xidmətlərin) icrası zaman çalışan işçi personalı haqqında məlumatı (sayı, kvalifikasiyası və iş təcrübəsi) “Podratçı”dan tələb edə bilər və ehtiyac olarsa personalın sayının artırılmasını, daha yüksək kvalifikasiyalı və təcrübəli işçilərin cəlb olunmasını tələb edə bilər;

      5. Müqavilədə nəzərdə tutulan işlərin (xidmətlərin) icrası zamanı “Podratçı”nın üçüncü tərəfə münasibətdə yaranan problemləri istisna olmaqla, “Sifarişçi” müqavilənin icrası ilə bağlı problemlərin aradan qaldırılmasınında mümkün və ağlabatan inzibati dəstəyi (rəsmi müraciıətlərin edilməsi və s.) təmin edir;

      6. “Sifarişçi” işlərin (xidmətlərin) icrasının səmərəliliyinin artırılması məqsədilə texniki personaldan nümayəndə ayırmalı və mütəmadi texniki nəzarətin aparılmasını təmin etməlidir;

      7. “Podratçı” tərəfindən hər hansı işin (xidmətin) icrasına vaxtında başlanmadıqda və ya həddindən artıq ləngimə nəticəsində yerinə yetirilməyəcəyi müəyyən edildikdə, “Sifarişçi” müvafiq sifarişdən və (və ya) bu Müqavilədən tam ya qismən imtina edərək, öz seçiminə uyğun olaraq bu Müqavilədə göstərilmiş cərimələrin və ya dəyən zərərin ödənilməsini tələb edə bilər;

      8. İşlərin (xidmətlərin) təhvil-təslimi zamanı və ya zəmanət müddəti ərzində aşkar edilmiş nöqsan və uyğunsuzluqların aradan qaldırılmasını, həmçinin təmir ehtiyaclarını təmin etmək üçün “Podratçı”dan əlavə və ya təkrar işlərin (xidmətlərin) əvəzsiz olaraq yerinə yetirilməsini tələb edir. “Sifarişçi” qüsur və uyğunsuzluqların aradan qaldırılmasını, həmçinin təmir ehtiyaclarını öz hesabına təmin edərsə, həmin xərclərin “Podratçı” tərəfindən ödənilməsini tələb edir yaxud həmin xərcləri “Podratçı”ya ödənilməsi nəzərdə tutulan vəsaitlərdən tutur.

      9. Göstərilmiş xidmətlərdə və ya görülmüş işlərdə aşkar edilmiş nöqsan və uyğunsuzluqların “Podratçı” tərəfindən aradan qaldırılması mümkün olmadıqda, “Sifarişçi” öz seçiminə uyğun bu Müqavilədə göstərilmiş cərimələrin və ya dəymiş zərərin əvəzinin “Podratçı”dan ödənilməsini tələb edərək müqavilədən tam və ya qismən imtina edə bilər;

      10. “Sifarişçi” işlərin (xidmətlərin) nəticələrini “Podratçı” tərəfindən hazırlanmış təhvil-təslim qovluğu (Qovluqda tələb olunan sənədlərin siyahısı ilə “Optik rabitə xətt qurğularının tikintisinə dair təlimat”da tanış olmaq olar) ilə qarşılıqlı təsdiqlənmiş “Təhvil-təslim aktı” vasitəsi ilə təhvil alır;

      11. “Sifarişçi” bu Müqavilə üzrə ödənişlərin Müqavilədə müəyyən olunmuş qaydada ödənilməsini təmin edir.

      12. “Sifarişçi” bu Müqavilədən və qanunvericilikdən irəli gələn digər hüquq və öhdəlikləri daşıyır.

  1. KONFİDENSİAL MƏLUMATLARIN QORUNMASI

    1. “Podratçı” bu Müqavilənin predmeti və bu Müqavilə ilə tənzimlənən münasibətlər əsasında “Sifarişçi” tərəfindən, formasından asılı olmayaraq, “Podratçı’ya (və ya onun işçilərinə/nümayəndələrinə) verilən, həmçinin “Podratçı”nın öz öhdəliklərinin icrası ilə əlaqədar əldə etdiyi məlumatları və sənədləri konfidensial hesab edir, həmin məlumatların Müqavilənin qüvvədə olduğu və sonrakı 5 (beş) il müddət ərzində gizliliyini təmin edir qoruyur.

    2. Konfidensial məlumatların hər hansı üçüncü tərəfə açıqlanmasına yalnız “Sifarişçi”nin yazılı razılığı və ya qanunvericilikdə nəzərdə tutulan hallarda yol verilə bilər.

  2. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

    1. Bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu zərərə və ya bu Müqavilə üzrə öhdəliklərin tam və lazımınca yerinə yetirilməməsinə görə digər tərəf qarşısında tam həcmdə mülki məsuliyyət daşıyır.

    2. “Podratçı” bu Müqavilə və müvafiq Razılaşma Protokolu ilə öz üzərinə götürdüyü öhdəliklərin icasına başlanmasını, həmçinin başa çatdırılmasını gecikdirdiyi hər bir təqvim günü üçün “Sifarişçi” tərəfindən müvafiq Razılaşma Protokolunda nəzərdə tutulan ümumi məbləğin 0,1% (sıfır tam onda bir faizi) miqdarında “Podratçı”ya qarşı cərimə tətbiq edilə bilər.

    3. “Sifarişçi” tərəfindən müvafiq Razılaşma Protokolu üzrə etdiyi ödənişlərin gecikdirilmiş hər bir iş günü üçün gecikdirilmiş məbləğinin 0,1% (sıfır tam onda bir faizi) miqdarında “Sifarişçi”yə qarşı cərimə tətbiq edilə bilər.

    4. Bu Müqavilənin 6.2-ci və 6.3-cü bəndlərində göstərilən cərimələrin həcmi müvafiq Razılaşma Protokolunda nəzərdə tutulan ümumi məbləğinin 10% (on faizindən) artıq ola bilməz.

    5. İşlərin/xidmətlərin nəticələrinin təhvil verilməsi “Podratçı” tərəfindən üzrsüz səbəblərdən 1 (bir) ay və artıq müddət gecikdirilərsə, “Sifarişçi” Müqavilə üzrə “Podratçı”nın çəkdiyi xərcləri və zərəri ödəməmək şərti ilə bu Müqavilədən tam və ya qismən imtina edə bilər.

    6. Bu Müqavilənin 6.5-ci bəndində qeyd olunan halda “Podratçı” “Sifarişçi”nin seçiminə uyğun olaraq müvafiq Razılaşma Protokolunda nəzərdə tutulan ümumi məbləğinin 10% (on faiz) həcmində cəriməni və ya dəymiş zərərin əvəzini, həmçinin əlavə olaraq “Sifarişçi”nin müvafiq sifariş üzrə həyata keçirdiyi bütün ödəmələri və xərcləri 10 (on) bank günü ərzində “Sifarişçi”nin bank hesabına köçürülməsini təmin etməlidir.

    7. İşlərin/xidmətlərin nəticələrinin təhvil alınması “Sifarişçi” tərəfindən üzrsüz və əsassız səbəblərdən 30 (otuz) gün və artıq müddət gecikdirilərsə, “Podratçı” bu Müqavilədən tam və ya qismən imtina edə bilər.

    8. Bu Müqavilənin 6.7-ci bəndində qeyd olunan halda “Sifarişçi” “Podratçı” tərəfindən icra edilmiş, lakin təhvil verilməmiş bütün işlərin dəyərini, çəkilmiş xərcləri, müvafiq Razılaşma Protokolunda nəzərdə tutulan ümumi məbləğinin 10% (on faiz) həcmində cəriməni 30 (otuz) bank günü ərzində “Podratçının”nın bank hesabına köçürülməsini təmin etməlidir.

    9. “Podratçı” tərəfindən ödənilməli cərimələr, dəymiş zərərin əvəzi “Sifarişçi” tərəfindən onun hesabına köçürülən məbləğlərdən tutula bilər.

    10. Cərimələrin və (və ya) dəymiş zərərin əvəzinin ödənişi Tərəfləri hər hansı Öhdəliyin icrasından azad etmir.

    11. Zərər çəkmiş tərəf digər tərəfi ödəniləcək cərimələr, dəymiş zərər, həmçinin onların miqdarı barədə yazılı xəbərdar edir. Xəbərdarlığı alan tərəf müvafiq tələbi aldığı gündən hesablanmaqla 10 (on) bank günü ərzində icra etməlidir.

  3. FORS-MAJOR

    1. Tərəflər fors-major səbəblərə, yəni təbii fəlakət, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş iğtişaşları və digər analoji hadisələr, hökumətin, bələdiyyənin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli ölkə tərəfindən qeyri mümkün ola bilən hadisələrə görə bu Müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam və lazımınca təmin edə bilmədikdə, əlaqədar məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər və həmin öhdəliyin icrası vaxtı baş vermiş fors-major halının müddəti qədər uzadılır.

    2. Bir tərəf bu Müqavilə üzrə öhdəliyin icrasını gecikdirən fors-major hadisəsinin başlanması və bitməsi barədə digər tərəfi dərhal rəsmi (yazılı) məlumatlandırmalıdır.

    3. Fors-major hadisələrinin başlanması və bitməsi məlumatı üzrsüz səbəbdən gecikdirilirsə, qarşı tərəf bu məlumatlara istinadı qəbul etməyə bilər. Əgər fors-major 1 (bir) aydan çox uzanarsa, tərəflərdən hər hansı biri bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.

    4. Fors-major hadisələri səlahiyyətli dövlət orqanı tərəfindən yazılı surətdə təsdiq edilməlidir.

  4. MÜQAVİLƏNİN MÜDDƏTİ

8.1.Bu Müqavilə hər iki tərəfin onu imzaladığı gündən etibarən qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokollarında göstərilən rabitə tikintisi işləri tamamlanadək qüvvədədir.

    1. Bu Müqaviləyə vaxtından əvvəl Tərəflərin qarşılıqlı razılığı əsasında və aşağıdakı hallarda birtərəfli qaydada xitam verilə bilər:

  1. hər hansı bir tərəfin 30 (otuz) təqvim gün əvvəl edilən yazılı müraciəti əsasında;

  2. hər hansı bir tərəfin əhəmiyyətli və ya sistematik (iki və daha çox) təqsirli əməlləri nəticəsində müqavilə pozuntuları baş verdikdə, qarşı tərəfin yazılı məlumatına əsasən dərhal;

  3. qanunvericilikdə müəyyən edilən digər hallarda müvafiq imperativ normalara əsasən.



  1. XÜSUSİ ŞƏRTLƏR

    1. Bu Müqavilə biri “Podratçı”da, digəri isə “Sifarişçi”də qalmaq şərti ilə, eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə Azərbaycan dilində tərtib olunmuşdur.

    2. Bu Müqaviləyə əsasən Tərəflər bilavasitə öz üzərlərinə götürdükləri vəzifələrin icrasının üçüncü şəxslər tərəfindən təmin olunmasına yalnız qarşı tərəfin yazılı razılığı əsasında yol verə bilərlər.

    3. Bu Müqaviləyə əlavələr və dəyişikliklər yalnız Tərəflərin yazılı razılaşması ilə edilə bilər.

    4. Tərəflər arasında bu Müqavilənin icrası ilə əhatə olunmayan münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tənzimlənəcəkdir.

    5. Tərəflərdən biri öz hüquqi ünvanında və bank rekvizitlərində dəyişiklik etdikdə bu barədə digər tərəfi dərhal xəbərdar edir.

    6. Bu Müqavilə üzrə müəyyən olunmuş öhdəliklərlə bağlı olan və Tərəflərin öz üzərilərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsini müəyyənləşdirən və əsaslandıran sənədlər (Razılaşma Protokolu, Əlavələr, təhvil-təslim haqqında sənədlər, aşkar edilmiş nöqsanlar haqqında Aktlar və s.) bu Müqaviləyə əlavə olunur və Müqavilənin tərkib hissələrini təşkil edirlər.

  2. VERGİLƏR VƏ DİGƏR MƏCBURİ ÖDƏNİŞLƏR

    1. Tərəflər bu Müqavilədən irəli gələn və Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə tələb olunan hər hansı vergi və digər məcburi ödənişlərin icrasını aidiyyəti üzrə öz üzərlərinə götürür və müvafiq ödənişlərin edilməsinə görə fərdi məsuliyyət daşıyırlar.

  3. MÜBAHİSƏLƏRİN HƏLLİ

    1. Bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar olan bütün mübahisə və narazılıqlar Tərəflərin qarşılıqlı razılığı ilə həll edilir. Tərəflərin qarşılıqlı razılığı ilə həll edə bilmədikləri mübahisə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun qaydada həll olunur.



  1. TƏRƏFLƏRİN REKVİZİTLƏRİ VƏ İMZALARI

SİFARİŞÇİ”


Yüklə 59,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin