Akasiya yalançı çanaqlı yastıcası - Parthenolecanium
corni (Bouche.) və onun entomofaqları
Akasiya yalançı çanaqlı yastıcası - polifaqdır, əsasən budaq, gövdə və
yarpaqların üzərində, bəzən meyvə üzərində yaşayır. Akasiyanın,
çəyirdəkli və tumlu meyvə ağaclarının, tutun, itburnunun, narın, palıdın,
qarağacın, üzümün üzərində yaşayır, olduqca böyük zərər vurur. Xüsusən
gavalıya, üzümə, ağ akasiyaya daha çox zərər vurur. Yetkin dişi fərdlər
oval, yaxud geniş oval, qabarıq formadadır, tünd sarı yaxud qırmızımtıl
qəhvəyi rəngli, parlaqdır, tünd qəhvəyi, yaxud qara rəngli xətlər vardır.
Uzunluqu 3,0 mm-dən 7,0 mm-ə qədərdir, eni 2- 4 mm-dir.
Yem bitkisindən asılı olaraq, ildə 1, yaxud 2 nəsil verə bilir. Bu
yalançı çanaqlı yastıca akasiya ağacı üzərində ildə 2 nəsil verir, digər
bitkilər üzərində, məsələn gavalı üzərində ildə 1 nəsil verir. Erkəklər
mayda uçur, yumurtaqoyma mayda – avqustda baş verir.
Entomofaqları aşağıdakılardır - Parazitlər - Coccophagus lycimnia
Walker., Blastotrix longipennis Howard., Metaphycus insidiosus Mercet.,
Micropterys sylvius Dalman.
Yırtıcılar -
Chilocorus bipustulatus,
Exochomus quadripustulatus L.
Blastotrix longipennis Howard. Parazitinin yumurtası ağımtıl şəffaf,
uzunsov formadadır. Daxili parazitdir. Yumurtadan çıxmış sürfə 4 yaş
dövrünə malik olur: 1-ci yaşlı sürfələr yarımşəffaf olub, uzunsov oval
formadadırlar. 2-ci yaşlı sürfələr I yaşlı sürfələrdən daha böyük ölçülü
olub, daxili orqanların formalaşması daha aydın görünür. 3-cü yaşlı və 4-
cü yaşlı sürfələrin bədənləri iriləşir, ağımtıl rəngli olur, puponu dövrdə bu
sürfələr şəffaf ağ rəngli olur.
Pup mərhələsində puplar tünd qəhvəyi rəngli olurlar. Bu parazitin
yumurta mərhələsi 4-5 gün: sürfə mərhələsi - 8-10 gün, pup mərhələsi 7-8
gün olur. Bütövlükdə bu parazitin inkişafı 22-24 günə başa çatır. Təbiətdə
yay nəslinin inkişafı 27- 28 gündür.
Parazitlər xüsusi gözçüklərdə - kameralarda puplaşır. Bu kameralar
parazitlərin anal dəliyindən ifraz olunmuş maddələr-ifrazatlar hesabına
yaranır. Artıq parazitlər puplaşdıqda zərərvericinin bütün daxili orqanları
məhv olur, onların bədəni qəhvəyımtıl sarı rəng alır, divarları yarım şəffaf
olur ki, bu da sahibin mumiyası adlanır. II yaşlı sürfələrdə yalnız 1 ədəd
parazit inkişaf edir, yetkin fərdlərdə isə 3-6 ədəd parazit inkişaf edir.
Parazitlər (akasiya yalançı çanaqlı yastıcasının) 2-ci yaşlı sürfələrində
qışlayır. Bu parazitlərin uçuşu təxminən 2 həftə, 20 gün davam edir. Əksər
parazitlər uçuş müddətinin birinci yarısında və ortalarda uçur. Parazit
vegetasiya müddətində 3-4 nəsil verir.
Qışlamış nəsildə erkəklərlə dişilərin nisbəti təxminən eyni olur. Uçuş
müddətində əvvəlcə erkəklər uçur, sonrakı günlərdə erkək və dişi fərdlərin
uçuşu üstüstə düşür. Dişi fərdlərdə erkəklərin yaşama müddəti müxtəlifdir.
Dişi fərdlər əlavə qida aldıqda (şəkər şirəsi) 30-35 gün, erkəklər isə
cəmi15-20 gün yaşayırlar. Lakin yay nəslində dişi fərdlərin yaşayış
müddəti daha uzunmüddətli olur, bu dişilər 2-3 ay yaşayırlar. İyulun
sonunda və avqustun əvvəllərində bu parazitlər zərərvericilərin II yaşlı
sürfələrini yoluxdururlar.
Metaphycus insidiosus Mercet
parazitinin yumurtası oval formadadır.
Yumurtanın embrional inkişafı 2-3 gündür, sürfənin inkişafı 10-12 gün
çəkir, pup mərhələsi 6-7 gündür. Bütövlükdə bu parazitin inkişafı 18-21
günə yekunlaşır, 4 dəfə qabıq dəyişir və 5 yaş dövrü keçir. Puplar sarımtıl
rənglidir, bel hissəsi tünd rənglidir. Bu parazit əsasən 2-ci yaşlı sürfələrdə
və cavan dişi fərdlərdə parazitlik edir, yay nəslində isə həm də yaşlı
sürfələri yoluxdura bilir. Parazitlə yoluxmuş akasiya yalançı çanaqlı
yastıcası yaşımtıl sarı rəngli olur, bu parazitlərin çıxış diametri Blastotrix
longipennisə nisbətən balaca olur. Çıxış dəliklərinin sayı 8-12 ədəd, bəzən
hətta 16 ədəd olur.
Parazitlərinin uçuşu mayda olur. Akasiya yalançı çanaqlı yastıcasının
2-ci yaşlı sürfələrində qışlamış parazitlərin uçuşu mayın I ongünlüyündə
baş verir. Bu parazitlər laboratoriya şəraitində şəkərlə qidalandırıldıqda
təxminən 20-25 gün yaşayır. Yalnız sahibin cavan dişi fərdlərində
parazitlər yumurta qoyurlar. 1 dişi fərdin bədənində 10-12, bəzən hətta 20
ədəd yumurta qoyulur. Məhz buna görə də bu dişi fərdlərdən çıxan
parazitlər çoxlu sayda olur.
Yay nəslində uçun parazitlər yalnız sahibin I və II yaşlı sürfələrini
yoluxdurur. Parazitlər II yaşlı sürfələrə daha çox üstünlük verirlər. I və II
yaşlı sürfələrin yoluxma % aşağıdakı kimi olmuşdur: I yaşlı sürfələr -
16%, II yaşlı sürfələr - 31% (2002), I yaşlı sürfələr - 11%, II yaşlı sürfələr
37% (2003). Parazitlər I və II yaşlı sürfələrə yalnız 1 ədəd yumurta
qoyurlar, məhz buna görə də sahibin hər fərdindən yalnız 1 ədəd parazit
uçur.
Micropterys sylvius Dalman. Mayalanmış dişi fərdlər qışlayırlar. Yetkin
mayalanmış dişi fərdlər sahiblərin yaxınlığında deyil, onlardan uzaqda
qışlayırlar. Bu parazitlərin I nəslinin uçuşu iyunun II-III dekadasında baş
verir.
Parazitlərin yumurtası oval formada olur. Sürfələr ağımtıl rəngli olur,
seqmentlər aydın seçilmir. Sürfələr inkişaf etdikcə ölçüləri böyüyür,
bədənin seqmentləri aydın görünür, lakin açıq sarı rəngli olur. Sürfələr
puplaşana yaxın rəngi tündləşməyə başlayır. Puplar iri ölçülü olub,
qəhvəyi rənglidir. Sürfə mərhələsi təxminən 12-14 gün davam edir. Pup
mərhələsi 8-10 gün çəkir. Bufovlikdə parazit inkişafını 28-30 günə başa
çatdırır. Bu parazitin puplaşması akasiya çanaqlı yastıcasının sürfələrinin
çıxışı dövründə təsadüf edir. parazitlər üçüş dövründə ölmüş yalançı
çanaqlı yastıcanın bədənində üçüş dəliyi açır və parazitlər buradan cölə
çıxırlar. Bir üçüş dəliyindən bütün parazitlər çıxırlar.