COVID-19 yoluxmuş şəxslərin evdə klinik idarə edilməsi
Hazırda COVID-19 un spesifik müalicəsi yoxdur lakin xəstənin səhəti bərpa olunanadək simptomatomları
yüngülləşdirən tədbirlər görülə bilər.
Bəzi hallarda yüngül simptomları olan şəxslərdə növbəti 5-7 gün ərzində klinik vəziyyətin ağırlaşması
müşahidə edilə bilər.
COVID-19-un kliniki simptomları aşağıdaklardır:
• Qızdırma;
• Öskürək;
• Mialgiya və ya halsızlıq;
• Boğaz ağrısı;
• Tənəffüs çatmamazlığı və ya təngnəfəslik;
• Qoxu və dad hissin itirilməsi;
Ağırlaşmalar:
• Pnevmoniya;
• Kəskin böyrək çatmamazlığı;
• Perikardit;
• Disseminə olunmuş damardaxili laxtalanma;
• Sepsis və ya septik şok;
• Ağciyər və ürək çatmamazlığı;
Yüksək risk qrupu:
• 60 yaşdan yuxarı şəxslər;
• Siqaret çəkənlər;
• Ürək damar xəstəlikləri olan şəxslər;
• Şəkərli diabet;
• Arterial Hipertoniya;
• Piylənmə (BKİ >30, boy təyin etmək mümkün olmadıqda, çəkisi>100kq)
• İmmun çatışmazlıq və immunsupressiv hallar (QİÇS/İİV, üzün müddət steroid müalicəsi alan şəxslər,
orqan transplantasiyası keçirmiş şəxslər, kimyəvi terapiya, immunmodulyator müalicə alan şəxslər);
• Xroniki tənəffüs xəstəlikləri (Kontrol edilməyən bronxial astma, AXOX, bronxoektaziya və s.);
• Digər xroniki xəstəliklər (məsələn; xroniki böyrək çatmazlığı, xronik qaraciyər çatışmazlığı, oraq hüceyrəli
anemiya və s.)