ÇQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan
Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi
Son variant
Terminlər lüğəti və İxtisarlar
2-1
2 TERMİNLƏR LÜĞƏTİ VƏ İXTİSARLAR
Termin
Anlayış
AS asbest
sementi
Giriş yolu
Giriş yolu tikinti və/ və ya istismar fazaları ərzində operator və/ və ya
podratçılar tərəfindən istifadə edilən və hazırlıq işləri, borudüzmə
işləri, boru kəməri əməliyyatları və/ və ya texniki xidmət işləri üçün
lazım olan və:
Müntəzəm olaraq ağır tikinti və ta texniki xidmət maşınlarının
keçməsi üçün nəzərdə tutulmayan; və ya
Boru kəməri ilə bağlı giriş məqsədləri üçün istifadə edilməzdən
əvvəl onun müəyyən və ya bütün uzunluğu boyunca
genişləndirilməsini və/və ya torpaq səthinin yaxşılaşdırılmasını
tələb edən hər hansı xüsusi marşrutdur.
Giriş yolunun yuxarıdakı xüsusiyyətlərdən heç birinə cavab verməyən
nisbətən daha iri yol ilə kəsişmədə başladığı hesab edilir.
ACT Research
Gürcüstanın sosial tədqiqat və konsaltinq şirkəti "Analysis and
Consulting Team" (ACT)
Əlavə Torpaqlar
Müvəqqəti xarakterli tikintiyə yardım obyektləri və ya daimi obyektlər
üçün layihə tərəfindən məskunlaşılmış digər sahələrdən və layihənin
təsdiqlənmiş iş sahələrindən kənar torpaqlar
AETM
"Azərbaycan Ekologiya və Texnologiya Mərkəzi", Ətraf Mühit və
Sosial sahədə konsaltinq xidmətləri göstərən Azərbaycanın şirkəti
YÜQ
Yerüstü Qurğular: Yerin üstündə yerləşən hər hansı boru kəməri
qurğusu, yəni ərsinburaxma stansiyası və bağlayıcı siyirtmələr.
Kənd Təsərrüfatı Yeri
Əmtəə məqsədilə bitkilərin yetişdirilməsi üçün istifadə olunan sahə
(müvəqqəti olaraq istifadə olunmayan sahələr də daxil olmaqla);
yalnız örüş kimi istifadə olunan torpaqlar istisna olmaqla
ABƏŞ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
PCMAS Praktiki
cəhətdən mümkün aşağı səviyyə
AM-lər Aeronaviqasiya
Markerləri
ODSY Orta
Dəniz Səviyyəsindən Yuxarı
Sibir xorası
"Bacillicus anthracis" adlı sporlu bakteriyanın səbəb olduğu yoluxucu
xəstəlik. Sibir xorası çox vaxt məməlilər növünə aid vəhşi və ev
heyvanlarında (iribuynuzlu mal-qara, qoyun, keçi, dəvə, antilop və
digər otyeyən heyvanlar) rast gəlinir, lakin ona həmçinin yoluxmuş
heyvanların və ya yoluxmuş heyvanlara aid toxumanın təsirinə açıq
olan insanlarda da rast gəlmək mümkündür.
API Amerika
Neft
İnstitutu
Əkin yerləri Məhsul yetişdirmək üçün istifadə olunan torpaqlar
GY-lar Giriş yolları
Asfalt/asfalt yol
Yolun üst hissəsində tünd, hamar, yeyilməyə davamlı səth əmələ
gətirən bitum və mineral doldurucuların qarışığı ilə örtülmüş yol
ASME Amerika
Mühəndis Mexaniklər Cəmiyyəti
TİS tədbirlərin izənilməsi sistemi
Şnekli burov
adətən qazılmış materialı kənarlaşdırmaq üçün şnek kimi fəaliyyət
göstərən fırlanan vintşəkilli kəsici burğudan ibarət qazma qurğusu və
ya qazma baltasıdır. Kəsici burğunun fırlanması materialın qazılmış
boşluqdan bayıra çıxmasına səbəb olur.
Çay yatağının dəyişməsi Köhnə çay yatağının ləğvi və yenisinin yaranması
AZN Yeni
Azərbaycan Manatı, Azərbaycan Respublikasının valyutası
ARQK
Azərbaycan Respublikasının Qırmızı Kitabı: Azərbaycanda nəsli
tükənmək təhlükəsi altında olan fauna və floranın siyahısı
ÇQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan
Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi
Son variant
Terminlər lüğəti və İxtisarlar
2-2
Termin
Anlayış
Əks doldurma
boru düzüldükdən sonra xəndəyin torpaqla doldurulması prosesidir.
Torpaq geri ardıcıllıqla xəndəyə geri qaytarılır və birinci torpağın alt
qatı və sonra isə torpağın üst qatı yerləşdirilir. Bu, torpağın üst
qatının öz ilkin vəziyyətinə geri qaytarılmasını təmin edir.
Barg Manometrin
təzyiq vahidi
MƏYT Mövcud
ən yaxşı texnologiya
Mlrd.kub m/il
İldə milyard kub metr (il)
Bentonit
Qazma/ burğu prosesinə yardım etmək üçün qazma məhlulu kimi
istifadə olunan mineral gil
ysa yer
səviyyəsindən aşağıda
Bioloji bərpa
layihənin uzunmüddətli hədəflərinə cavab vermək məqsədilə bitki
örtüyünün və bitki növlərinin müxtəlifliyini əvvəlki vəziyyətinə
qaytarmaq üçün floranın və faunanın bərpası və bitki örtüyünün (əkin
sonrası) yaradılmasıdır.
Biotik / abiotik
Canlı orqanizmləri / qeyri-canlı orqanizmlər
Qara sular / Fekal sular
Fekal sular tərkibində insan və ya heyvan tullantıları olan çirkab
sularıdır (məsələn: kanalizasiya çirkab suları)
OBT Oksigenə Bioloji Tələbat
BP BP
plc
BP Cirrus
Qaz sızmalarının nəticələrini modelləşdirmək üçün kompyuter
proqramı
BP QMP
BP Qrupunun Müəyyənləşdirdiyi Praktika
B/g Barel/gün
PCƏYEV Praktiki
Cəhətdən Ən Yaxşı Ekolojİ Variant
Köhnə obyekt
əvvəllər üzərində tikililər olmuş, potensial inşaat imkanı olan şəhər
sahələri
Brusellyoz
"Brucella" növlü bakteriyanın törətdiyi yoluxucu xəstəlikdir. Bu
bakteriyalar əsasən heyvanlar arasında ötürülür və bir çox müxtəlif
onurğalılarda xəstəliyə səbəb olur. İnsanlar bu bakteriyaya yoluxmuş
heyvanlar və ya heyvan məhsulları ilə təmasda olduğunda yoluxur
BSI Britaniya
Standartlar
İnstitutu
BTC Bakı-Tbilisi-Ceyhan boru kəməri
BTC üzrə ƏMSSTQ
BTC üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi
(ƏMSSTQ), İctimaiyyətə Məlumatın Açıqlanması Fazasında Verilmiş
Şərh və Rəylərə Cavab, Hissə I və Hissə II, sentyabr 2002;
təsdiqlənib: noyabr 2002
BTEK
benzol, toluol, etilbenzol və ksilollar
Bəndləmə
Bəndləmə (həmçinin bənd divarı da adlandırılır) adətən zərərli və ya
təhlükəli kimyəvi maye tutumların daşmasının və ya sıradan
çıxmasının qarşısını alaraq sızmanı tutmaq üçün layihələndirilmiş
konstruksiya daxilindəki sahədir
BS
Bağlayıcı siyirtmə: boru kəməri vasitəsilə məhsul axınını
dayandırmaq və boru kəməri sisteminin bir hissəsini və ya sistemin
komponentini təcrid etmək üçün istifadə edilən klapandır
BVR CQBKG
üzrə Bağlayıcı Siyirtmə sahəsi
Tabaşir qatı
Kalisum karbonatdan, kalsiumdan və ya əhəngdaşından təşkil
olunmuş, malik olan və ya onların xüsusiyyətlərini daşıyan torpaqlar
DTM düzəldici tədbir barədə müraciətlər
Kanserogen
Nəfəslə çəkildiyində yaxud udulduğunda və ya dəriyə nüfuz etdiyində
xərçəng yarada bilən və ya onun baş verməsi halını artıra bilən
maddələr və preparatlar
Katodlu Mühafizə (KM)
Katodlu mühafizə metalı elektrokimyəvi elementin katoduna
çevirməklə metal səthində korroziyanın yaranmasının qarşısını almaq
üçün istifadə edilən metoddur
CB&I
"Chicago Bridge and Iron”
ÇQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan
Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi
Son variant
Terminlər lüğəti və İxtisarlar
2-3
Termin
Anlayış
İƏT
İcma Əsaslı Təşkilat; yalnız bir və ya daha çox icmada yerləşən və
həmin icmaların bəzi və ya bütün üzvlərinin marağını və rifahını
təşviq etməyə yardım edən təşkilat. "Yerli assosiasiyaya" bənzəyir
ÖÜD
Ölkə üzrə Ümumi Dəyərləndirmə: ölkənin inkişaf vəziyyətini təhlil
edən və əsas inkişaf problemlərini müəyyənləşdirən sistem
İİT
icma
inkişaf təşəbbüsü
Siyahıyaalma
Yaş, cins, peşə və s. kimi təfərrüatlar da qeydə alınmaqla aparılan
əhalinin rəsmi uçotu
CH
4
metan
Mİ
Mədəni İrs
qamış-bataqlıq ərazi
yüksək ekoloji əhəmiyyətə malik olan və növlər baxımından zəngin
təbii bitki toplumu olan bataqlıq təbii yaşayış mühiti
CITES
Kökü Kəsilmək Təhlükəsi Qarşısında Olan Yabanı Flora və Fauna
Növləri ilə Beynəlxalq Ticarət Haqqında Konvensiya
İƏMİ
İcma ilə Əlaqələr üzrə Məsul İşçi
sm
Santimetr
sm
3
kub
santimetr
CO
karbon
monoksid
CO
2
karbon dioksid
CO
2eq
Karbon dioksid ekvivalenti: hazırkı ƏMSSTQ-nin məqsədləri
çərçivəsində, bu, CO2 ton ilə ifadə olunan karbon dioksidin və
metanın ümumi emissiyalarıdır – metanın qlobal istiləşmə
potensialını 25 ehtimal etməklə (İqlim Dəyişmələri üzrə
Hökumətlərarası Qrupun 2007-ci il tarixli Dördüncü Qiymətləndirmə
Hesabatından)
OKT
Oksigenə Kimyəvi Tələbat
Öhdəlik
Ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlərin minimuma
endirilməsi, azaldılması, idarə olunması və kompensasiya edilməsi
və potensial faydaların təşviq olunması məqsədilə gələcək tədbirlərin
həyata keçirilməsi üçün niyyət haqqında bəyanat
İcma
Hazırkı ƏMSSTQ-nin məqsədləri çərçivəsində, icma sakinlər
tərəfindən xüsusi inzibati və ya ictimai-siyasi subyekt hesab olunan
və digər icmaların üzvləri tərəfindən də bu cür qəbul edilən, ən azı
beş yaşayış evindən (ev və ya bina tikilisi) ibarət olmaqla qəsəbədə
nisbətən yaxın məsafədə daimi, müvəqqəti və ya fasilələrlə bir yerdə
yaşayan və qarşılıqlı əlaqədə olan şəxslərdən, qruplardan və ailə
təsərrüfatlarından ibarətdir.
Məhdudlaşdırıcı amil
Layihə fəaliyyətlərinin təsirlərinin potensial olaraq daha yüksək
olması ilə nəticələnə biləcək sahə vəziyyəti (sosial, coğrafi və ya
ekoloji). Məhdudlaşdırıcı amillərə malik olduğu müəyyənləşdirilən
sahələrdən çəkinmək lazımdır və ya onlara təsirazaltma tədbirləri
tətbiq edilməlidir.
Məsləhətləşmə
ƏMSSTQ prosesi ərzində qarşılıqlı maraq kəsb edən məsələlərə dair
informasiyaların, fikirlərin və rəylərin ikitərəfli mübadiləsi
Çirkləndirici
Potensial olaraq zəhərli, çirkləndirən və ya digər zərərli maddə
Çirklənmiş Torpaq
Potensial çirkləndirici maddələrlə çirklənmiş torpaq
Profilləmə işləri
Yamacları nizamlamaq üçün yerin səthində landşaftın
planlaşdırılması
Podratçı
Boru kəmərinin quraşdırılmasına, xüsusi kəsişmələrə cavabdeh olan
bütün podratçılar, lakin bu tərəflərdən birinin xüsusi olaraq başqa cür
müəyyənləşdirildiyi hallar istisna olmaqla
Dəhliz
Dəhliz (və ya Marşrut Dəhlizi) içərisində boru kəmərinin
yerləşdiriləcəyi torpaq zolağıdır.
COSHH
Sağlamlıq üçün Təhlükəli Maddələrə Nəzarət
ÇQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan
Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi
Son variant
Terminlər lüğəti və İxtisarlar
2-4
Termin
Anlayış
"Beşikdən qəbirədək"
Tullantıların idarə olunması üzrə cavabdehliyin tullantıların yaranması
məqamından (və ya beşikdən) tutmuş onların yekun təyinat
məntəqəsinə (və ya qəbirədək) uzadan prinsip
Həyətyanı sahə
Mülkün
hüdudları daxilində torpaq sahəsi
DAFOR
Aşağıdakı şkalaya əsasən bitki növlərinin bolluğunu təsnif edən
sistem: Dominant, Bol, Tez-tez rast gəlinən, Vaxtaşırı rast gəlinən və
ya Nadir
dB
desibel
dB(A)
dB(A) insan qulağının spesifik həssaslıqlarını kompensasiya edən
(adi, qeyri-selektiv mikrofon ilə müqayisədə) A-ölçülü desibel
şkalasını ölçmək üçün istifadə olunan vahiddir
SSD
Sinə Səviyyəsində Diametr (ağacın)
Desibel
Səsin intensivliyini (gücünü) ölçmək üçün istifadə olunan vahid. O,
xüsusən də hər kvadrat metr üzrə 20 mikro-Nyuton istinad səviyyəsi
ilə müqayisədə səs təzyiqinin loqorifmik nisbəti kimi müəyyənləşdirilə
bilər.
Layihələndirmə əmsalı
Layihələndirmə əmsalı (həmçinin Təhlükəsizlik əmsalı kimi də tanınır)
boru kəmərinin maksimum layihələndirilmiş yükünün və ya ötürücülük
qabiliyyətinin boru kəməri sisteminin komponentinin və ya
strukturunun sıradan çıxmadan tab gətirə biləcəyi maksimum
göstəricidən aşağıda saxlanılmasını təmin edən əmsal
Kondensasiya temperaturu
Kondensasiya temperaturu o temperatur səviyyəsidir ki, həmin
səviyyədən aşağıda sabit barometrik təzyiqdə rütubətli hava
həcmindəki su buxarı maye suya kondensasiya edir.
Maili qazma
baxın: 'üfüqi maili qazma'
Qazma məhlulu/qazma
tullantıları
Qazma və tunelqazma zamanı istifadə edilmiş mayelər və
formalaşan tullantılar
sürücü
sərnişin avtomobillərinin, yük avtomobillərinin və tırtıllı yaxud təkərli
texnika və maşın-mexanizmlərin sürücüləri daxildir
QAE
Quru Alçaq Emissiya
QAAO
Quru Alçaq Azot Oksidləri (NOx)
HOO
Həll Olmuş Oksigen
Domin şkalası
Bitki toplumunda əhatə olunan növlərin təsvir edilməsi üçün K. Domin
tərəfindən hazırlanmış sistem
RD
Rəngli defektoskopiya: boru kəmərinin səthindəki qüsurların yerinin
müəyyənləşdirilməsi üçün metod. Boyaq maddəsi səthə çəkilir və
sonra isə silinib təmizlənir. Boyaq maddəsi çatlarda qalaraq onları
daha nəzərəçarpan və rahat aşkarlanan edir.
Hüquqi ekspertiza baxışı
Sahənin öncədən mövcud öhdəliklərini (məsələn torpağın
çirklənməsi) müəyyənləşdirmək üçün aparılan tədqiqat
Yük bərkitmə vasitələri
Nəqletmə zamanı yüklərin mühafizə olunması və bərkidilməsi üçün
istifadə olunan material
Diqqətli olma öhdəliyi
Tullantını formalaşdıran tərəfin tullantıların müvafiq qaydada idarə
olunmasını (hətta tullantı üçüncü şəxslərə ötürülmüş olduğunda belə)
təmin etmək öhdəliyinə malik olduğunu bildirən prinsip
E-3
Eksponensial düstur, məsələn 7 E-3 = 0.007
ƏMvəS QMP
BP şirkətinin Ətraf Mühit və Sosial məsələlər üzrə Qrupunun
Müəyyənləşdirdiyi Praktika
İqtisadi Fəal Əhali
Müəyyənləşdirilmiş vaxta istinad müddəti ərzində məhsuldar
fəaliyyətlər üçün işçi qüvvəsi təchiz edən, hər iki cinsdən olan və
müəyyən yaş həddindən yuxarı olan bütün şəxslər. Buraya
məşğulluğu olanlar (işçilər və ya özünü işlə təmin edənlər) və ya
işsizlər arasında tələblərə cavab verən bütün şəxslər daxildir.
EGIG
Avropanın Qaz Boru Kəmərlərindəki Hadisələrə dair Məlumat
Toplayan Qrupu
ƏMSƏT
ətraf mühit, sağlamlıq və əməyin təhlükəsizliyi
ÇQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan
Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi
Son variant
Terminlər lüğəti və İxtisarlar
2-5
Termin
Anlayış
ƏMTQ
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
Endemik
Epidemiologiyada, hər hansı bir infeksiya xarici müdaxilələrə ehtiyac
olmadan əhali arasında qaldığında həmin infeksiyanın əhalidə
endemik olduğu deyilir.
Ekologiyada, bu, onu bildirir ki, növlər konkret sahədə məhdudlaşıb.
İştirak
təşəbbüskarın/obyektin operatorunun öz maraqlı tərəfləri ilə
müntəzəm olaraq qarşılıqlı əlaqədə olmasında vasitəçilik edən
sistemi və prosesləri təsvir etmək üçün istifadə olunan termin
Ətraf Mühitin və Sosial
Sahənin Qiymətləndirilməsi
Təklifin potensial ətraf mühitə və sosial sahəyə təsirlərini
müəyyənləşdirmək və təklif olunan təsriazaltma tədbirlərini müəyyən
etmək üçün daxili qiymətləndirmə (ƏMSSTQ metodologiyasına riayət
etməklə). Qiymətləndirmənin əhatə dairəsi və miqyası təklifin
xarakterinə və müəyyənləşdirilən potensial təsirlərin diapazonuna və
miqyasına müvafiqdir. Tələb edilərkən qiymətləndirmənin nəticələri
dövlət nəzarət orqanına təqdim olunacaq.
Ətraf mühitin mühafizəsi
strategiyası üzrə məhsul
TƏMÖHS-də müəyyənləşdirildiyi kimi əhatə dairəsinin
müəyyənləşdirilməsinə dair tədqiqat, risk qiymətləndirməsi, fon
tədqiqatı, ƏMTQ və fövqəladə hallara qarşı cavab tədbiri planı
Efemer
Qısamüddətli bitki
Efemeroid
Yeraltı ehtiyat orqanlarına malik bitkilər
Epidemiya
Konkret bir vaxtda icmada infeksiya xəstəliyinin geniş yayılması halı
İBKMİ
İxrac Boru Kəmərlərinin Mühafizəsi İdarəsi
ERA
ERA Marketinq Mərkəzi, sosial araşdırmalar aparan və konsaltinq
xidmətləri göstərən Azərbaycan şirkəti
ƏMİEP
Əmək Münasibətlərinin İdarə Edilməsi Planı
eroziya sinifi
torpağın potensial eroziyasının kəskinliyinin təsnifatı
FHQCTP
Fövqəladə Hallara Qarşı Cavab Tədbirləri Planı
İESVH
İlkin Ekoloji və Sosial Vəziyyətə dair Hesabat
QS
Qəza Söndürməsi
ƏMSSTQ
ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi
ƏMSSİOMP
Ətraf Mühitin və Sosial Sahənin İdarə Olunması və Monitorinqi Planı
ƏMSSİOP
Ətraf Mühitin və Sosial Sahənin İdarə Olunması Planı
ƏMSSİOS
Ətraf Mühitin və Sosial Sahənin İdarə Olunması Sistemi
Torpaq işləri
Torpaq işləri dedikdə mövcud yer və ya səth səviyyəsindən aşağıdakı
torpağın, süxurun və ya digər materialların hərəkətini həyata keçirən
hər hansı əməliyyat nəzərdə tutulur. Torpaq işlərinə, əl ilə qazma,
burğu, tunelqazma və əks doldurma işləri daxil ola bilər.
partlayıcı
alovun
təsiri ilə partlaya bilən və ya zərbələrə yaxud sürtünməyə
qarşı dinitrobenzoldan daha həssas olan maddələr və preparatlar.
Obyekt (Tranzit Əraziyə
Malik Ölkənin Hökumət ilə
Sazişdən götürülüb)
“Obyekt” və ya “Obyektlər” Təbii qazın Ərazi daxilində, Ərazidən,
Ərazi vasitəsilə və/ yaxud Əraziyə tranziti, qəbul edilməsi, nəqli və
daşınması üçün Layihə iştirakçıları tərəfindən və ya onların adından
CQBK layihəsi ilə əlaqədar olaraq tikilən, quraşdırılan, saxlanılan,
təmir edilən, əvəz olunan, genişləndirilən, uzadılan, mülkiyyətdə olan,
nəzarət olunan və/ yaxud istismar olunan əsas magistral boru kəməri
ötürücü sistemi, onun qovşaqları və bütün yeraltı və yerüstü və ya
dənizdibi qurğular və köməkçi avadanlıq, müvafiq Layihə sazişlərində
təmin olunan əlaqədar torpaq sahələri, bütün qəbuledici, daşıyıcı,
təmizləyici, təzyiq azaldıcı, kompresləşdirici, ölçü, nümunə götürən,
sınaq və yoxlama qurğuları, dispetçer idarəetmə və məlumat
toplamaq üçün SCADA avadanlığı, rabitə avadanlığı, telemetriya
avadanlığı, tellərdən ibarət (fiberoptik) və digər kabellərin şəbəkəsi və
bunlara bənzər yalnız CQBK Sisteminin istismarı, monitorinqi və ona
texniki xidmət göstərilməsi zamanı işlədilən (və/ yaxud BTC Layihə
sazişlərində təsvir edilən layihə ilə əməkdaşlıqda işlədilən)
Fauna
Hər hansı konkret regiona və ya vaxta aid bütün heyvanlar aləmi
ÇQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan
Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi
Son variant
Terminlər lüğəti və İxtisarlar
2-6
Termin
Anlayış
FBE
Əridilmiş Epoksid Örtüyü boru kəmərlərini mühafizə etmək üçün
istifadə olunan termoaktiv polimer epoksid əsaslı tozlu örtükdür.
THY
Tam Kalibrli Yarılma: boru kəmərinin yarılmasına gətirib çıxaran
borunun ümumi mexaniki sınması
QTQ KS
qurğuların tikintisi və quraşdırılması üzrə kəmər sahəsi
FEED
İlkin Texniki Layihələndirmə
YTİ
yatağın tammiqyaslı işlənməsi (Şahdəniz)
FFREQ
Digərləri tərəfindən vurulan ziyan nəticəsində qaz boru kəmərinin
sıradan çıxması riskini qiymətləndirmək üçün istifadə edilən qaz
sənayesində nasazlıqların təkrarlanma tezliyini proqnozlaşdırma
metodologiyası
Flora
Hər hansı konkret regiona və ya vaxta aid bütün bitkilər aləmi
İstiqamətləndirici kanal
Su axınını boruya istiqamətləndirən kanal
FOK
Fiber optik kabel: rəqəmli məlumatları ötürmək üçün istifadə olunan
optik lifli kabel
Əhatə zonası
Layihə tərəfindən və ya layihənin komponenti tərəfindən (məsələn:
Ərsinləmə Stansiyasının sahəsi) tələb olunan torpağın ümumi fiziki
sahəsi
Sovrulan toz
Tüstü borularından və ya bacalardan savayı hər hansı kənar
mənbədən atılan hava ilə sovrulan bərk hissəciklər
Tam Kalibrli Yarılma
Boru kəmərinin yarılmasına gətirib çıxaran borunun ümumi
konstruksiyasının sıradan çıxması. Yarılma borudakı qüsurun borunu
tamamilə istismara yararsız hala gətirəcək dərəcədə yayılması və ya
artmasıdır.
İŞB
istiqamətləndirici şnekli burov: baxın yuxarıdakı "şnekli burov"
Qabionlar
Daşlarla doldurulmuş məftilli qəfəslər; sahilləri bərkidib saxlamaq
üçün istifadə olunur
ÜDM
Ümumi Daxili Məhsul – verilmiş müddətdə ölkədə istehsal olunan
bütün yekun malların və xidmətlərin bazar dəyərinin ölçüsü.
Adambaşına düşən ÜDM çox vaxt ölkənin yaşayış səviyyəsinin
göstəricisi hesab edilir
İXQ
İstixana qazı/ qazları
Gini əmsalı
Ölkədə gəlirin bərabərsizliyinin ölçüsüdür
CİS
Coğrafi İnformasiya Sistemi qərarvermə prosesinin məlumatla təchiz
edilməsi üçün coğrafi məlumatları birləşdirən, saxlayan, redaktə
edən, təhlil edən, bölüşdürən və əks etdirən informasiya sistemidir.
TSƏOKTK
Torpaq Sahələrinin Əldə Olunmasına və Kompensasiyasına dair
Təlimat Kitabçası
Boş sahə
Əvvəlcədən sənaye məqsədli tikintilər aparılmamış sahə
Boz sular
(məişət çirkab suları)
Su çanaqlarından, hamamlardan, duşxanalardan və məişət
cihazlarından gələn çirkab sular
QTEP
Qrupun
tövsiyə etdiyi praktika (BP şirkətinin təlimat sənədləri)
SvəƏT
Sağlamlıq və Əməyin Təhlükəsizliyi
ha
hektar: 10000 kvadrat metrə (100m x 100m) bərabər olan ərazi ölçü
vahidi
Təbii Yaşayış Mühiti
Orqanizm və ya ekoloji toplumun adətən yaşadığı və ya mövcud
olduğu sahə yaxud mühit
Təbii Yaşayış Mühitinin
Parçalanması
Birbaşa itki və/ və ya təsir nəticəsində təbii yaşayış mühiti sahəsinin
tədricən daha kiçik bölmələrə bölünməsi
Zərərli
Nəfəslə çəkildiyində yaxud udulduğunda və ya dəriyə sirayət
etdiyində məhdud sağlamlıq riskləri yarada bilən maddələr və
preparatlar
ATBS
Ailə Təsərrüfatının Büdcəsinə dair Sorğu: ailə təsərrüfatlarının
mallara və xidmətlərə xərclədiyi məsrəfləri diqqət mərkəzinə almaqla
yaşayış şərtlərinin təsvirini verən sorğu.
ÇQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan
Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi
Son variant
Terminlər lüğəti və İxtisarlar
2-7
Dostları ilə paylaş: |