cü il tarixində əlavə olunub. (371 və 179 sualdan ibarət olan fayl 898 sualın tərkibində mövcuddur)


) Mitral stenozu olan xəstələrdə ürəyin zirvəsində I ton necə dəyişilir?



Yüklə 0,82 Mb.
səhifə10/14
tarix10.12.2016
ölçüsü0,82 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

619) Mitral stenozu olan xəstələrdə ürəyin zirvəsində I ton necə dəyişilir?
A) Eşidilmir

B) Güclənir (çırpınır)

C) Zəifləyir

D) Dəyişilmir

E) İkiləşir
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
620) Kəskin revmatik qızdırmanın prinsipial müalicə sxeminə nə daxildir?
A) Fitoterapiya, puls-terapiya, D-penisillamin

B) Qızıl duzların preparatları, kortikosteroidlər, enzim terapiya

C) Yarımyataq rejimi, antibiotiklər, sulfonilamidlər, kortikosteroidlər

D) Opioidli analgetiklər, miorelaksantlar, qlükokortikoidlərlə davamlı müalicə

E) Yataq rejimi, qlükokortikoidlər, iltihab əleyhinə qeyri steroid preparatları, penisillinlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва., 2008., «ГЭОТАР-Медиа», 35-66 с.
621) Müsbət kapillyar nəbzi hansı ürək qüsurlarının birində qeyd oluna bilər?
A) Mitral stenoz

B) Aortal stenoz

C) Aortal çatışmazlığı

D) Kombinə olunmuş mitral-aortal qüsuru

E) Mitral çatışmazlığı
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.70
622) Sistemli sklerodermiyanın gedişində hansı variantlar ayırd edilir?
A) Residivləşən, kəskin, yarım kəskin

B) Residivləşən, kəskin, xroniki

C) Kəskin, yarım kəskin, xroniki

D) Residivləşən, persistəedən, kəskin

E) Kəskin, yarım kəskin, persistəedən
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
623) Sklerodermik dəri zədələnmələri bədənin hansı hissəsində daha tez qeyd olunur?
A) Üz və əllərdə

B) Boyun və döş qəfəsinin ön tərəfində

C) Üz və boyunda

D) Əl və topuqda

E) Üz və qarında
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
624) Sistemli sklerodermiya zamanı sümük zədələnmələri hansı xüsusi əlamətin inkişafı ilə səciyələnir?
A) Osteoxondropatiya ilə

B) Osteomalyasiya ilə

C) Osteomielitlə

D) Osteolizis ilə

E) Osteonekrozla
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
625) Sistemli sklerodermiya zamanı inkişaf edən damar zədələnmələrin müalicəsi üçün hansı seçim preparatı tövsiyə olunur?
A) Kalsitonin

B) Kalsium - D3 Nikomed

C) Kalium preparatları

D) β - blokatorlar

E) Kalsium antaqonistləri
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону., 2007. – «Медицина», 334 с.
626) Qırmızı qurdeşənəyi vaxtı oynaq sindromu ilə olan xəstələrdə əgər daxili orqanların zədələnmələri yoxdur – hansı müalicə taktikasını seçmək olar?
A) Malyariya əleyhinə preparatların təyini

B) Mabteranın tətbiqi

C) Yüksək dozalı kortikosteroidlərlə müalicə

D) Azatioprinin tətbiqi

E) İltihab əleyhinə qeyri steroidli preparatların tətbiqi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
627) Şeqren sindromu zamanı daha çox hansı sekresiya edən vəzilərin zədələnməsi baş verir?
A) Ağciyərlərin, böyrəküstü, limfatik vəziləri, mədəaltı vəzilər

B) Tüpürcək, gözyaşını ifrazını edən vəzilər, limfatik vəzilər, böyrəküstü vəzilər

C) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, hipofiz

D) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, mədənin selikli qişası

E) Gözyaşını, tər ifrazını edən vəzilər, qaraciyərin vəziləri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
628) Tüpürcək vəziləlrin funksyalarının qiymətləndirmək üçün aparılan müayinə necə adlanır?
A) Veloerqometriya

B) Elektromioqrafiya

C) Sialoqrafiya

D) Salpinqoqrafiya

E) Ssintiqrafiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
629) Qadınlarda keçən podaqranın xüsusiyətlərinə hansılar aiddir?
A) Podaqra qadınlarda daha cavan yaşlarda inkişaf edir, nəinki kişilərdə, bir neçə oynaq zədələnir, osteoartiritlə zədələnmiş oynaqlarda tofusların yerləşməsi

B) Qadınlarda podaqra kişilərnən bərabər yaşda inkişaf edir, 1 oynağın zədələnməsi, həmçinin osteoartrit, arterial hipertenziya

C) Podaqra qadınlarda daha cavan yaşlarda inkişaf edir, nəinki kişilərdə və oynaqların defiqurasiyaları ilə inkişaf edir; tofuslar olmur

D) Podaqra menopauzadan sonra inkişaf edir, poliartrit şəklində və həmçinin revmatoidli artrit, vaskulitlər inkişaf edir, Buşar düyünləri xarakterikdir

E) Podaqra menopauzadan sonra inkişaf edir, bir neçə oynaq zədələnir və həmçinin osteoartrit, arterial hipertenziya, xroniki böyrək çatmamazlığı inkişaf edir, Qeberden düyünləri xarakterikdir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
630) Psevdopodaqra nədir?
A) Kalsium pirofosfatın çökmə xəstəliyin xroniki forması

B) Miluoki sindromu

C) Qadınlarda inkişaf edən podaqra prosesi

D) Kalsium pirofosfatın çökmə xəstəliyin latent forması

E) Kalsium pirofosfatın çökmə xəstəliyin kəskin və yarımkəskin forması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
631) Rentgenoqrammalarda osteoartrit üçün xarakterik olan dəişikliklərə hansılar aiddir?
A) Osteofitlər, osteoskleroz, «qağayı qanadları» şəklində eroziyalar, oynaq yarığın qeyri bərabər daralması

B) Uc falanqaların akroosteolizi, «qağayi qanadları» şəklində eroziyalar, «duzla bibər» şəklində kəllə sümüyünün dəyişiklikliyi

C) «Dolça qulpu» şəklində asimmetrik sindesmofitlər, «qu quşu boynu» simptomu, oynaq yarığın qeyri bərabər daralması

D) Sindesmofit, osteofit, burxulmalar, oynaq yarığın bərabər daralması, sekvestorlar

E) «Pilləkan» simptomu, «aypara» simptomu, sklerodaktiliya, oynaqətraflı osteoporoz, xondrokalsinoz
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
632) Osteoartritin müalicə taktikasına hansı preparatlar daxildir?
A) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, periferik qan dövranını bərpa edən preparatlar

B) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, biostimulyatorlar, kalsium preparatları, D3 vitamini, kiçik dozalı kortikosteroidlər

C) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, oynaq daxili davamlı təsir göstərən qlyukokortikosteroidlər

D) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, vitaminoterpiya, sitostatiklər, kiçik dozalı kortikosteroidlər

E) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, opioidli analgetiklər, yüksək dozalı kortikosteroidlər, metotreksat
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
633) Ankilozlaşdırıcı spondiloartritin tipik rentgenoloji əlamətlərinə aiddir?
A) İkitərəfli simmetrik sarkoileit, sümük eroziyaları, oynaq ətraflı osteoporoz, sindesmofitlər

B) Çox saylı eroziv artritlər, ankilozlar, osteofitlər, qığırdağın kalsinozu, periostit

C) Sümük ostosklerozu, osteofitlər, «sıçovul dişdəmi», «bambuk ağacı» simptomu, sümük eroziyaları

D) İkitərəfli simmetrik sarkoileit, ikitərəfli nazik kənar sindesmofitlər, «bambuk ağacı», «kvadratlaşma» simptomları

E) Birtərəfli sarkoileit, osteofitlər, «qapağlı karandaş» simptomu, osteoskleroz, «kvadratlaşma» simptomu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
634) Kəskin piyelonefritlə differsial diagnostika zamanı hansı kliniki əlamət kəskin qlomelonefrit üçün daha xarakterikdir?
A) Üşütmə

B) İkitərəfli ağrılar

C) Birtərəfli ağrılar

D) Bakteriuriya

E) Leykosituriya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
635) Hansı kliniki əlamət kəskin qlomelonefritlə differensial diaqnostika zamanı KBÇ daha xarakterikdir?
A) Arterial hipertenziya

B) Ödemlər

C) Latent dövr

D) Qanda kreatininin yüksək səviyyəsi

E) İnfeksiya ilə əlaqə
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
636) Hansı instrumental müayinə xroniki pielonefrit zamanı aparılmır?
A) Xromosistoskopiya

B) Böyrəklərin tam ölçülü rentgenoqrafiyası

C) Radioizotop müayinə

D) Oftalmoskopiya

E) USM
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
637) Xroniki pielonefrirdən fərqli olaraq hansı kliniki əlamət xroniki qlomerulonefrit üçün daha xarakterikdir?
A) Antibakterial terapiyanın təsiri altında XBÇ əlamətlərinin azalması

B) Anamnezdə böyrəkdaşı xəstəliyinin olması

C) Ödemlərin olmaması

D) Anamnezdə keçirilmiş streptokokk infeksiyası

E) Üşütmə
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
638) Hansı diaqnostik əlamət kəskin qlomerulonefritdən fərqli olaraq xroniki qlomerulonefrit üçün xarakterik deyil?
A) Angioretinopatiya

B) Sol mədəciyinin hipertrofiyası

C) Azotemiya

D) USM zamanı böyrəklərin ölçülərinin böyüməsi

E) Anemiya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
639) Hansı diaqnostik əlamət “durğun böyrək” üçün xarakterik deyil?
A) Akrosianoz

B) Streptokok infeksiyası ilə əlaqədar

C) Qan dövranının çatışmazlığı

D) Taxikardiya

E) Ödemlərin günün axırı əmələ gəlməsi, gecə ərzində keçməsi
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
640) Kəskin qlomerulonefritin hansı kliniki forması zamanı göz dibinin damarlarında dəyişikliklər qeyd olunmur?
A) Nefrotik forma

B) Hamısında

C) Latent forma

D) Qarışıq forma

E) Hipertonik forma
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
641) Hansı diaqnostik əlamət xroniki qlomerulonefritin latent forması üçün xarakterikdir?
A) Azotemiya

B) Hiperxolesterinemiya

C) Anemiya

D) Albuminuriya

E) Hipoproteinemiya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
642) Hansı diaqnostik əlamət kəskin interstisial nefrit üçün kəskin qlomerulonefritdən fərqli olaraq daha xarakterikdir?
A) İnfeksiyadan sonra inkişafı

B) Leykosituriya

C) Ödemlər

D) Sidiyin yüksək sıxlığı

E) Dərman qəbulundan sonra inkişafı
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
643) Hansı klinik əlamət kəskin interstisial nefritdən fərqli olaraq kəskin pielonefrit üçün xarakterik deyil?
A) Temperaturun yüksəlməsi zamanı üşütmə

B) Birtərəfli yerləşən ağrı

C) Keçirilmiş infeksiyadan sonra inkişafı

D) Dərman qəbulundan sonra inkişafı

E) Bakteriuriya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
644) Hansı diagnostik kriteri kəskin qlomerulonefritdən fərqli olaraq KBÇ (kəskin böyrək çatışmazlığı) üçün xarakterikdir?
A) Latent mərhələnin olması

B) İnfeksiya ilə əlaqə

C) Sidiyin normal sıxlığı

D) Toksinlər ilə əlaqə

E) Na + konsentrasiyasının sidikdə aşağı olması
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
645) Nefrotik kriz zamani hansı əsas müalicə tədbiri yerinə yetirilir?
A) Heparinin yeridilməsi

B) Reopoliqlükinin yeridilməsi

C) Prednizolonun yeridilməsi

D) Sadalananların hamısı

E) Antibiotiklərlə müalicə
Ədəbiyyat: Окороков А.А. «Лечение болезней внутренних органов» 2001г.
646) Uremiyalı xəstələrdə fiziki müayinə zamanı hansı əlamətlər qeyd olunur?
A) Periferik neyropatiya

B) Hamısı

C) Orqanizmdə mayenin ləngimə əlamətləri

D) Perikardın sürtünmə küyü

E) Hipertenziya
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
647) KBÇ(kəskin böyrək çatışmazlığı) ilə hospitalizə olunmuş xəstələrdə hansı anamnestik məlumat daha vacibdir?
A) Yaxın vaxtda keçirilmiş ümumi infeksion xəstəlik

B) Nefrostatik preparatların qəbulu

C) Venadaxili kontrast maddələrlə aparılmış müayinə

D) Yaxın vaxtda hipotenziyanın olması

E) Hamısı
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
648) Hansı əlamətlər orqanizmdə mayenin ləngiməsini göstərir?
A) Assit

B) Müsariqə venalarda yüksək təzyiq

C) Ödem

D) Ağciyərlərdə xırıltılar



E) Hamısı
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
649) Hansı böyrək xəstəlikləri zamanı artrit əlamətləri qeyd olunur?
A) Sarkoidoz

B) Krioqlobulinemiya

C) Şeylem - Henox purpurası

D) Hamısı

E) Amiloidoz
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии», 2001г.
650) Metilksantin qrupuna aid olan preparatların təsir mexanizminə hansı aiddir?
A) Fosfodiesteraza fermentini blokada edir

B) Antigenlə antitelin birləşməsinə mane olur

C) Tənəffüs mərkəzinin aktivliyini azaldır

D) Adenilatsiklaza fermentinin aktivliyini artırır

E) Azan sinirinin təsirini blokada edir
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
651) β-Adrenostimulyator qrupuna aid olan preparatların təsir mexanizminə hansı aiddir?
A) Antigenlə antitelin birləşməsinə mane olur

B) Adenilatsiklaza fermentinin aktivliyini artırır

C) Tənəffüs mərkəzinin aktivliyini ləngidir

D) Fosfodiesteraza fermentini blokada edir

E) Azan sinirinin təsirini blokada edir
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
652) İdiopatik interstisial pnevmoniyaya hansı aid deyil?
A) Qeyri spesifik interstisial pnevmoniya

B) Limfositar interstisial pnevmoniya

C) İdiopatik ağciyər fibrozu

D) Nozokomial pnevmoniya

E) Deskvamatoz interstisial pnevmoniya
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
653) Təngnəfəsliyi aradan qaldıran preparatlar qrupuna hansı aid deyil?
A) β1 və β2 – adrenostimulyatorlar

B) β2 - aqonistlər

C) Metilksantinlər

D) Antixolinergik preparatlar

E) β - adrenoblokatorlar
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
654) Bronxial obstruksiyanın geriyədönməz kompanentinə hansı aiddir?
A) Bronx mənfəzinin stenozu və obliterasiyası

B) Bronxların spazmı

C) Bronxların mukosiliar aparatının funksiyasının pozulması

D) Bronxların selikli qişasının ödemi

E) Bronxların selikli qişasının iltihabı
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
655) Bəlğəm ifrazının çətinləşməsi nədən asılı deyil?
A) Orqanizmin susuzlaşması zamanı bəlğəmin dehidrotasiyasından

B) Bəlğəmin tənəffüs yollarınının divarına yapışmasının artmasından

C) Bəlğəmin özlülüyünün artmasından

D) Qədəhəbənzər hüceyrələrinin sayının artmasından

E) Kulçitski hüceyrələrinin sayının artmasından
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
656) Eksudatla dolmuş alveolaların divarı nəfəsalmanın sonunda bir-birindən aralandıqda auskultasiyada eşidilən səs necə adlanır?
A) Krepitasiya

B) Bronxofoniya

C) Quru xırıltı

D) Plevranın sürtünmə küyü

E) Fitvari quru xırıltı
Ədəbiyyat: M.M.Ağayev. «Daxili Xəstəliklər» II cild, 2007
657) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyər toxumasının destruktiv xəstəliyinin olmasını göstərir?
A) Elastik əzələ lifləri

B) Leykositlər

C) Eritrositlər

D) Şarko - Leyden kristalları

E) Kurşman spiralları
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
658) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyərlərdə obstruktiv sindromun olmasını göstərir?
A) Elastik əzələ lifləri

B) Eritrositlər

C) Kurşman spiralları

D) Şarko - Leyden kristalları

E) Leykositlər
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
659) Hansı hallarda qarın boşluğunda Traube üçbucağı itir?
A) Mədə xorasının perforasiyası

B) Sağ mədəciyin hipertrofiyası

C) Pnevmoniyada

D) Ağciyər emfizeması

E) Sol tərəfli eksudativ plevritdə
Ədəbiyyat: M.M.Ağayev «Daxili Xəstəliklər» II-cild, 2007il
660) Sarkoidoz kimlərdə daha çox rast gəlir?
A) Yaşlı şəxslərdə

B) 20 - 40 yaşlı şəxslərdə

C) Yeniyetmələrdə

D) Qadınlarda klimaks dövründə

E) Uşaqlarda
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова. «Дифференциальная диагностика и лечение внутренних болезней», 2003 г., том 3
661) Hansı ferment çatışmazlığı emfizemaya səbəb olur?
A) Kreatinfosfokinaza

B) Fosfodiesteraza

C) α1 - antiripsin

D) Laktatdehidrogenaza

E) Adenilatsiklaza
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
662) Pnevmokok pnevmoniyası üçün nə xarakterik deyil?
A) Kəskin başlanğıc

B) Residivləşən titrətmə

C) Leykositoz

D) Hərarətin yüksəlməsi

E) Krepitasiya
Ədəbiyyat: А.Н.Окороков. «Диагностика болезней внутренних органов», III том, 2001 г.
663) Stafilokok pnevmoniya üçün nə xarakterik deyil?
A) Cüzi intoksikasiya əlamətləri

B) Residivləşən titrətmə

C) Hərarətin yüksəlməsi

D) Ağciyərlərdə destruktiv dəyişikliklər

E) Krepitasiya
Ədəbiyyat: А.Н.Окороков. «Диагностика болезней внутренних органов», III том, 2001 г.
664) Əgər obstruktiv sindrom arterial hipertenziya ilə müşayət olunursa, aşağıdakılardan hansı seçim preparatıdır?
A) β - blokatorlar

B) Diuretiklər

C) Ca ++ antaqonistləri

D) AÇFİ


E) Nitratlar
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004г.
665) Qudpasçer sindromunun müalicəsinə nə daxil deyil?
A) İmmunosupressorlar

B) Plazmaferez

C) Qlükokortikoidlər

D) Antibiotiklər

E) Hemodializ
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
666) Hiperpnoe nədir?
A) Tənəffüsün olmaması

B) Tənəffüsün azalması

C) Tezləşmiş tənəffüs

D) Dərinləşmiş tənəffüs

E) Ağciyərlərin hipoventilyasiyası
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
667) Hansı kliniki vəziyyət kəskin hipoksemik tənəffüs çatışmazlığı ilə nəticələnmir?
A) Qudpasçer sindromu

B) Ağciyərlərin kardiogen ödemi

C) Massiv hemotransfuziyalar

D) İdiopatik interstisial pnevmoniyalar

E) Kəskin bronxit
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
668) Ağciyər mikozunun törədicisi hansıdır?
A) İdtidailər

B) Rikketsiyalar

C) Viruslar

D) Aspergillalar

E) Bakteriyalar
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
669) Bronxiolit nədir?
A) Terminal və respirator bronxiolların iltihabı

B) İri kalibrli bronxların iltihabı

C) Orta kalibrli bronxların iltihabı

D) Yuxarı tənəffüs yollarının iltihabı

E) Parenximanın zədələnməsi
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
670) Xroniki pankreatitin ilk əlaməti hansıdır?
A) Arıqlama

B) Diareya

C) Şəkərli diabet

D) Ağrı


E) Sarılıq
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
671) Xroniki enterit üçün hansı əlamət xarakterik deyil?
A) Ağrının olmaması

B) Qarında səs

C) Nəcisdə seliyin və qanın olması

D) Sorulma prosesin pozulması

E) Həzm prosesin pozulması
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
672) Qəhvə rəngində qusmanın əsas səbəbi nədir?
A) Xolesistit

B) Mədə və onikibarmaq bağırsağın xorası

C) Enterit

D) Xroniki pankreatit

E) Qaraciyərin sirrozu
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
673) Yaşlı xəstədə mədə xorasının kəskinləşməsində hansı preparat təyin edilir?
A) Hamısı

B) No - şpa, almagel

C) Simetidin

D) Atropin

E) Omeprazol
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
674) Hansı qrup preparatlarına ranitidin aiddir?
A) Adrenoblokator

B) H2 - histamin reseptorların blokatoru

C) Simpatolitik

D) M - xolinoblokator

E) H1 - histamin reseptorların blokatoru
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
675) Hansı qrup preparatlarına omeprazol aiddir?
A) Proton pompasının blokatoru

B) Adrenoblokator

C) H2 - histamin reseptorların blokatoru

D) M - xolinoblokator

E) H1 - histamin reseptorların blokatoru
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
676) Hansı qrup preparatlar HCl sekresiyasının azalmasında istifadə olunur?
A) M - xolinoblokatorlar

B) H2 - histamin reseptorların blokatoru

C) Antixolinesterazlar

D) H1 - histamin reseptorların blokatoru

E) Adrenoblokatorlar
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
677) Badam yağı hansı qrup işlətmə preparatlarına aiddir?
A) Bağırsaq divarını yağlayan və nəcis kütləsini yumşaldan preparatlar

B) Bağırsqğ divarını stimulə edən və adsorbsiyanı dayandıran preparatlar

C) Osmotik xüsusiyyətə malik olan preparatlar

D) İşlətmə suppozitoriyaları

E) Bağırsaq möhtəviyyatının həcmini artıran preparatlar
Ədəbiyyat: М. Д. Машковский. «Лекарственные средства» 2005г.
678) Aşağıda sadalanan simptomlardan hansı qəbizlik üçün xarakterikdir?
A) Qarında miqrasiya edən ağrılar

B) Diareya

C) Kreatoreya

D) Çəkinin azalması

E) Steatoreya
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
679) Xroniki qəbzlik zamanı istifadə olunan işlətmə preparatı hansıdır?
A) Proktosedil

B) Omeprazol

C) Levomisetin

D) Gənəgərçək yağı

E) Qliserin şamı
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə