cü il tarixində əlavə olunub. (371 və 179 sualdan ibarət olan fayl 898 sualın tərkibində mövcuddur)

) Aşağıda sadalananlardan hansı xroniki qəbzlik zamanı istifadə olunan bağırsağ möhtəviyyatının həcmini artıran preparatlara aiddir?

Yüklə 0,82 Mb.
səhifə11/14
tarix10.12.2016
ölçüsü0,82 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

680) Aşağıda sadalananlardan hansı xroniki qəbzlik zamanı istifadə olunan bağırsağ möhtəviyyatının həcmini artıran preparatlara aiddir?
A) Bisokadil

B) Dəniz kələmi

C) Senadeksin

D) Badam yağı

E) Rəvənd kökü
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
681) Təsir xüsusiyyətinə görə nazik bağırsağ səviyyəsində təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) İşlətmə şamları

B) Maqnezium sulfat

C) Senadeksin

D) Bisakodil

E) Rəvənd kökü
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
682) Təsir xüsusiyyətinə görə yoğun bağırsağ səviyyəsində təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Karlovar duzu

B) Badam yağı

C) Natrium sulfat

D) Senadeksin

E) Magnezium sulfat
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
683) Osmotik xüsusiyyətə malik işlətmə preparatlarına hansı aiddir?
A) Qutalaks

B) Badam yağı

C) Gənəgərçək yağı

D) Qliserin şamı

E) Maqnezium sulfat
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
684) Bağırsaq möhtəviyyatının həcmini artıran preparatlara hansı aiddir?
A) Dəniz kələmi

B) Senadeksin

C) Na - pirosulfat

D) Laktuloza

E) Maqnezium sulfat
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
685) Tez təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Bisakodil

B) İşlətmə şamları

C) Fenolftalein

D) Senadeksin

E) İzafenin
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
686) Gec təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Qeyd olunanların hamisı

B) Qliserin yağı

C) İmalə

D) Senadeksin

E) Ferrolaks
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
687) Yoğun bağırsağın hansı hissəsində divertikullar daha tez rast gelinir?
A) Enən çəmbər bağırsaq

B) Kor bağırsaq

C) Köndələn çəmbər bağırsaq

D) Siqmayabənzər bağırsaq

E) Düz bağırsaq
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
688) Aşağıda sadalanan simptomlardan hansı qəbizlik üçün xarakterik deyildir?
A) Meteorizm

B) Subfebril temperatura

C) Diareya

D) Ürekbulanma

E) Büzdüm, sağrı və bud nahiyəsində ağrı
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
689) Gərginlik stenokardiyasının diaqnostikasında ən yüksək həsaslığı olan müayinə hansıdır?
A) Dipiridamol sınağı

B) Tredmil yük sınağı

C) Statik fiziki yük sınağı

D) Hiperventilyasiya sınağı

E) EKQ
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
690) ÜİX( Ürəyin işemik xəstəliyi) olan xəstədə aterosklerotik düyünün harada yerləşməsi zamanı proqnoz daha pis olur?
A) Sol tac arteriyanın dolanan şaxəsində

B) Sol tac arteriyanın ön enən şaxəsində

C) Sağ tac arteriyada

D) Sağ tac arteriyanın arxa enən şaxəsində

E) Sol tac arteriyanın kötüyündə
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
691) Miokard infarktının kəskin mərhələsində mədəcik taxikardiyasının müalicəsi hansı əsas seçim preparatı ilə aparılır?
A) Verapamil

B) Lidokain

C) Novokainamid

D) Diltiazem

E) Beta - blokatorlar
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
692) Kəskin ağciyər ürəyinin daha çox rast gəlinən səbəbi hansıdır?
A) Bronxial astma tutması

B) Pnevmoniya

C) Spontan pnevmotoraks

D) Ağciyər arteriyasının tromboemboliyası

E) Ağciyərin obstruktiv xəstəliyi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
693) Kəskin sol mədəcik çatışmazlığının əsas klinik əlaməti nədir?
A) Zəiflik

B) Ayaqlarda ödemlər

C) Ürək astması tutması

D) Böyük qan dövranında venoz durğunluq

E) Hepatomeqaliya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
694) Hipertonik kriz zamanı arterial təzyiqi azaltmaq məqsədilə dil altına qoyulan preparat hansıdır?
A) Raunatin

B) Hipotiazid

C) Dopegit

D) Adelfan

E) Korinfar
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
695) Hipertrofik kardiomiopatiyanın klinikasına aşağıdakılardan hansılar aiddir?

1) təngnəfəslik

2) bayılma

3) gərginlik stenokardiyası

4) sol mədəciyin dilatasiyası

5) sağ mədəciyin dilatasiyası
A) 3, 4, 5

B) 1, 2, 5

C) 1, 2, 3

D) 2, 3, 4

E) 2, 4, 5
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
696) Sol mədəciyin atrioventrikulyar dəliyinin normada ölçüsü nə qədərdir?
A) 4-6 sm²

B) 8-10 sm²

C) 3-4 sm²

D) 6-8 sm²

E) 2-4 sm²
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
697) Sol mədəciyin atrioventrikulyar dəliyinin kritik daralma ölçüsü aşağıdakılardan hansıdır?
A) 2-4 sm²

B) 1 sm²

C) 8-10 sm²

D) 3-4 sm²

E) 6-8 sm²
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
698) Mitral qapağın prolapsında "çaqqıltı" səsi nə vaxt eşidilir?
A) Diastolik küydən sonra

B) Diastolanın sonunda

C) Hər iki fazada

D) Diastolada

E) Sistolanın sonunda
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
699) Miokard infarktı üçün hansı exokardioqrafik əlamət xarakterikdir?
A) Lokal hipokinez

B) Diffuz akinez

C) Lokal akinez

D) Diffuz hipokinez

E) Lokal hiperkinez
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
700) Variant stenokardiyasının əsasında hansı proses dayanır?
A) Miokardın oksigenə təlabatının artması

B) Qanın özüllüyünün artması

C) Tac damarların trombozu

D) Tac damarların spazmı

E) Tac damarların stenozlaşan aterosklerozu
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
701) Perikardın tamponadası diaqnozunu qoymaq üçün aşağıdakılardan hansı daha informativdir?
A) Exokardioqrafiya

B) Tredmil testi

C) Ağrı sindromu

D) Perikardın sürtünmə küyü

E) EKQ
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
702) Frederik sindromu hansıdır?
A) Qulaqcıqların səyriməsi his dəstəsinin sol ayağının tam blokadası ilə

B) Qulaqcıqların səyriməsi his dəstəsinin sağ ayağının tam blokadası ilə

C) WPW sindromu tam AV blokada ilə

D) Qulaqcıqların səyriməsi tam AV blokada ilə

E) Qulaqcıq daxili və mədəcik daxili keçiriciliyin ləngiməsi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
703) Qallop (çapma) ritminin əmələ gəlməsində rol oynayır:
A) I tonun güclənməsi

B) III və IV tonların patoloji güclənməsi

C) Mitral qapağın açılma çaqqıltısı

D) Üçtaylı qapağın açılma çaqqıltısı

E) I tonun haçalanması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
704) Assit, hidrotoraks, anasarka nə zaman müşahidə edilir ?
A) Kəskin sol mədəcik çatışmazlığında

B) XÜÇ - I mərhələdə

C) XÜÇ - II mərhələdə

D) Xronik sol mədəcik çatışmazlığında

E) XÜÇ - III mərhələdə
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
705) Aortal qapaq çatışmazlığı zamanı hansı preparatlar aortal requrqitasiyanı azaltmaq xüsusiyyətinə malikdir?

1) apressin

2) enalapril

3) korinfar

4) β - blokatorlar
A) 2, 3, 4

B) 3, 4

C) 1, 2, 3

D) 1, 3, 4

E) 2, 4
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
706) Vena daxilinə kalsium antaqonisti yeritdikdə yaranan hipotoniyanın müalicəsi aşağıdakılardan hansı ilə aparılır?
A) Kalsium xlorid

B) Kordiamin

C) Histamin

D) Fizioloji məhlul

E) Askorbin turşusu
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
707) Ağciyər arteriyasının tromboemboliyası zamanı tromb daha çox hansı mənbədən əmələ gəlir?
A) Aşağı ətrafın dərin venaları

B) Yuxarı ətrafın dərin venaları

C) Sol mədəcik

D) Sol qulaqcıq

E) Aşağı ətrafın səthi venaları
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
708) Fiziki hərəkət zamanı yaranan bayılma aşağıdakılardan hansı üçün daha çox xarakterikdir?
A) Aortal stenoz

B) Qulaqcıqarası çəpər defekti

C) Mitral qapaq çatışmazlığı

D) Aortal qapaq çatışmazlığı

E) Üçtaylı qapa çatışmazlığı
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
709) Aşağı sıxlıqlı lipoproteidin sinonimi hansıdır?
A) prebeta lipoproteid

B) xilomikron

C) β lipoproteid

D) α lipoproteid

E) triqliserid
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
710) Hansı xəstəliklər zamanı nitratlar hemodinamikanı pisləşdirir və hətta təhlükəli ola bilər?
A) Ürəyin işemik xəstəliyi

B) Xronik ürək çatışmazlığı

C) Hipertrofik obstruktiv kardiomiopatiya

D) Dilatasion kardiomiopatiya

E) Hipertoniya xəstəliyi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
711) Paroksizmal mədəcik taxikardiyası tutmasında hansı dərman işlətmək olmaz?
A) Kordaron

B) Novokainamid

C) Etasizin

D) Diqoksin

E) Lidokain
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
712) Feoxromositoma xəstəliyi zamanı ifraz olunan hansı horman arterial təzyiqi artırır?
A) Somatotrop hormon

B) Adrenalin

C) Tireotrop hormon

D) Aldosteron

E) Tiroksin
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
713) Səyrici aritmiyada hansı aparmada F dişlərini daha yaxşı müşahidə etmək olar?
A) V4 - V6 aparmalarında

B) I, AVL aparmalarında

C) II, V5 - V6 aparmalarında

D) V1 - V2 aparmalarında

E) AVL, V5 - V6 aparmalarında
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
714) Klinik gedişinə görə miokard infarktının hansı forması yoxdur?
A) Hematurik

B) Astmatik

C) Ağrılı

D) Abdominal

E) Aritmik
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
715) Miokard infarktının serebrovaskulyar variantı üçün hansı əlamət xarakterik deyil?
A) Bayılma

B) Başgicəllənməsi

C) Qusma

D) Tutmaşəkilli təngnəfəslik

E) Ürəkbulanma
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
716) Stenokardiya üçün hansı EKQ dəyişikliyi xarakterikdir?
A) His dəstəsinin sol ayaqcığının blokadası

B) Patoloji Q dişi

C) His dəstəsinin sağ ayaqcığının blokadası

D) ST seqmentinin depressiyası

E) Mənfi T dişi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
717) Restriktiv kardiomiopatiyada ürək daxili hemodinamokanın pozulmasının hansı ilə əlaqəsi yoxdur:
A) Miokardın yaxşı boşala bilməməsi

B) Ürəyin vurğu həcminin artması

C) Mədəciklərin diastolada qanla dola bilməməsi

D) Ürəyin vurğu həcminin azalması

E) İkitaylı və üçtaylı qapaqların çatışmazlığı
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
718) Aortanın koarktasiyası ən çox harada yerləşir?
A) Enən aortada

B) Qalxan aortada

C) Qarın aortasında

D) Aortanın qövsü enən aortaya keçən yerdə

E) Döş aortasında
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
719) Qulaqcıqarası çəpərin defekti olan ikincili dəliyin (ostium secundum) açıq qalması harada olur?
A) Sol qulaqcığın yan divarında

B) Qulaqcıqarası çəpərin orta hissəsində oval dəlik nahiyyəsində

C) Qulaqcıqarası çəpərin yuxarı hissəsində yuxarı boş venanının açıldığı yerdə

D) Sol qulaqcığın yan divarının orta hissəsində

E) Atrioventrikular qapağın taylarının əsasına yaxın
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
720) Botal axacağın açıq qalması hansı şəraitdə ”afonik olur”?
A) Ağciyər arteriyasında təzyiq aortada təzyiqlə bərabərləşdikdə

B) Sol mədəcikdə təzyiq sağ mədəcikdən yüksək olduqda

C) Aortada təzyiq ağciyər arteriyasından yüksək olduqda

D) Sol qulaqcda təzyiq sağ qulaqcdakı təzyiqdən yüksək olduqda

E) Ağciyər arteriyasında təzyiq aortadakı təzyiqdən yüksək olduqda
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
721) Yeni doğulmuşlarda botal axacağın açıq qalmasını hansı dərman preparatı ilə müalicə etmək olar?
A) Anaprilin

B) Dimedrol

C) Korinfar

D) İndometasin

E) Fenobarbital
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
722) Anadangəlmə ürək qüsurlarının formalaşmasında aşağıdakılardan hansının rolu yoxdur?
A) Bətndaxili dövrdə virus infeksiyası

B) Ananın alkoqola aludə olması

C) Genetik defekt

D) Doğuş zamanı asfiksiya

E) Teratogen preparatların qəbulu
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
723) Aşağıdakılardan hansı konstriktiv perikarditə daha çox səbəb ola bilər?
A) Travma

B) Kollagenozlar

C) Vərəm

D) Ürəkdə cərrahi əməliyyat

E) Uremiya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
724) Konstriktiv perikardit üçün hansı xarakterik deyil:
A) Parodoksal nəbz

B) Perikardın kalsinozu

C) Kardiomeqaliya

D) Vurğu həcminin azalması

E) Ürəyin ölçüsünun normal olması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
725) Eksudativ perikarditə şübhə olduqda aparılan ilk informativ müayinə üsulu hansıdır?
A) EKQ

B) Döş qəfəsinin rentgenoqrafiyası

C) EKQ Holter monitorlaşması

D) Mərkəzi venoz təzyiqin ölçulməsi

E) Exo-KQ
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
726) Variant stenokardiya tutması üçün xarakterik əlamət hansıdır?
A) Dərin nəfəs alma zamanı olması

B) Sürətli yeriş zamanı olması

C) Gövdəni hərəkət etdirdikdə olması

D) Sakitlikdə və səhərlər olması

E) Düz yerdə adi templə addımlama zamanı olması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
727) Lipid mübadiləsinin pozulmasının vizual xarici əlaməti hansıdır?
A) Damar ulduzcuqları

B) Eritemalar

C) Petexiyalar

D) Düyünlü eritema

E) Ksantomalar
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
728) Variant stenokardiya tutması zamanı xarakterik EKQ əlaməti hansıdır?
A) Patoloji Q dişinin olması

B) ST seqmentinin elevasiyası və sonra düzəlməsi

C) ST seqmentinin elevasiyası sonra Q dişinin yaranması

D) ST seqmentinin depressiyası sonra Q dişinin yaranması

E) ST seqmentinin depressiyası
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
729) Qanda xolesterinin miqdarını azaldan preparat hansıdır?
A) Metoklopramid

B) Atorvastatin

C) Heparin

D) Aspirin

E) Metoprolol
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
730) Miokard infarktının daha çox rast gəlinən klinik forması hansıdır?
A) Abdominal

B) Astmatik

C) Ağrılı

D) Aritmik

E) Ağrısız
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
731) Transmural miokard infarktının kəskin fazasında xarakterik auskutativ əlamət:
A) II tonun ağciyər arteriyası üzərində aksenti

B) I tonun güclənməsi

C) II tonun aorta üzərində aksenti

D) Ürək tonlarının karlaşması

E) “Bildirçin” ritmi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
732) EKQ-də ürək əzələsi nekrozunun tipik əlaməti nədir?
A) Yüksək iti uclu P dişi

B) Patoloji Q və ya QS dişi

C) ST seqmentinin depressiyası

D) Mənfi T dişi

E) ST seqmentinin elevasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
733) Eksudativ perikardit üçün aşağıdakılardan hansı səciyyəvidir?
A) Nisbi kütlük sərhəddinin sola genişlənməsi

B) Mütləq kütlük sərhəddinin sola genişlənməsi

C) Nisbi kütlük sərhəddinin sağa genişlənməsi

D) Mütləq kütlük sərhəddinin sağa genişlənməsi

E) Mütləq kütlük sərhəddinin hər iki tərəfə genişlənməsi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
734) Eksudativ perikardit üçün hansı EKQ əlaməti xarakterikdir?
A) İti uclu P dişi

B) Hündür sivri T dişi

C) Dərin və genişlənmiş Q dişi

D) Geniş P dişi

E) EKQ dişlərinin voltajının azalması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
735) Mitral qapaq çatışmazlığının auskultativ əlamətı hansılardır?

1. zirvədə sistolik küy

2. zirvədə diastolik küy

3. I tonun zəifləməsi

4. II tonun zəfləməsi
A) 2, 4

B) 1, 2, 4

C) 3, 4

D) 2, 3

E) 1, 3
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
736) Mitral stenozda diastolik küyün hansı xarakterik xüsusiyyəti var?
A) Ayaqüstə yaxşı eşidilir

B) Sağ böyrü üstə uzandıqda və nəfəs alma zamanı yaxşı eşidilir

C) Sol qoltuq altı nahiyyəyə irradasiya etmir

D) Sol böyrü üstə uzandıqda və nəfəs vermə zamanı yaxşı eşidilir

E) III tonla birlikdə müşahidə olunur
Ədəbiyyat:
737) Mitral stenozda protodiastolik küyün yaranma səbəbi hansıdır:

A) Mitral requrgitasiya

B) Sol qulaqcığın genişlənməsi

C) Sol qulaqcıqla sol mədəcik arasında qradient təzyiqinin yüksəlməsi

D) Səyrici aritmiyanın yaranması

E) Qulaqcığın aktiv yığılması

Ədəbiyyat:
738) Nitratların qəbulu zamanı nitratlara tolerantlığı azaltmaq üçün tətbiq edilən “interval terapiyası” necə olmalıdır?
A) 2 gün fasilə

B) 3 gün fasilə

C) 24 saat fasilə

D) 4 - 6 saat fasilə

E) 8 - 12 saat fasilə
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
739) Hansı xəstəliyin müalicəsində β-blokatorlar əsas seçim preparatıdır?
A) Hipertrofik kardiomiopatiya

B) Feoxromositoma

C) Miokardit

D) Xronik ağciyər ürəyi

E) Vazorenal arterial hipertenziya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
740) Revmatik qızdırmanın böyük kriteriyasına hansı aid deyil?
A) Anular eritema

B) Kardit

C) Heberden düyünü

D) Xoreya

E) Dəri altı düyünlər
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
741) Nəbz defisiti nə zaman müşahidə edilir?
A) Aortal stenozda

B) Ürək əzələsi ağır zədələndikdə

C) Səyrici aritmiyada

D) Aortal çatışmazlıqda

E) Damar tonusu azaldıqda
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
742) Mitral stenoz zamanı hansı əlamət, müştərək mitral qapaq çatışmazlığı olduğunu göstərir:

A) Taxikardiya

B) Mitral qapağın açılma tonu

C) Güclənmiş I ton

D) I tona yaxın yüksək tezlikli sistolik küy

E) Taxipnoe

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə