cü il tarixində əlavə olunub. (371 və 179 sualdan ibarət olan fayl 898 sualın tərkibində mövcuddur)


) Ağciyərlərin interstisial xəstəliklərində antioksidant terapiya məqsədilə nə istifadə olunur?



Yüklə 0,82 Mb.
səhifə2/14
tarix10.12.2016
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

65) Ağciyərlərin interstisial xəstəliklərində antioksidant terapiya məqsədilə nə istifadə olunur?
A) Kokarboksilaza

B) Askorbin turşusu

C) Nikotinamid

D) N - asetilsistein

E) Sadalananların hamısı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
66) Bronxial astmanın müalicəsində oksigen nə vaxt təyin edilir?
A) Xəstəliyin hər kəskinləşməsi zamanı

B) Hər boğulma tutması zamanı

C) Oksigen saturasiyası 90% yuxarı olanda

D) Daimi


E) Oksigen saturasiyası 90% aşağı olduqda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
67) Əl barmaqlarının “nağara çubuqları”na bənzər deformasiyası hansı xəstəliklər zamanı rast gəlinir?
A) Qeyri - spesifik interstisial pnevmoniya zamanı

B) Bronxoektaziya xəstəliyi zamanı

C) Sadalananların hamısı zamanı

D) İdiopatik ağciyər fibrozu zamanı

E) Emfizema zamanı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
68) Qeyri - spesifik interstisial pnevmoniyaların əsas rentgenoloji əlaməti hansıdır?
A) Ağciyər şəklinin güclənməsi

B) “Buzlu şüşə” simptomu

C) Durğunluq iltihab əlamətlərinin olması

D) Atelektazların olması

E) Bronxoektazların olması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
69) Sarkoidoz xəstəliyinin sinonimi hansıdır?
A) Xodjkin limfoması

B) Bexçet xəstəliyi

C) Benye-Bek-Şaumann sindromu

D) Xammen-Riç sindromu

E) Qudpasçer sindromu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
70) Sarkoidoz hansı qrup xəstəliklərə aiddir?
A) Birləşdirici toxumanın sistem xəstəliklərinə

B) Qranulomatoz xəstəliklərə

C) İnfeksion xəstəliklərə

D) İnterstisial xəstəliklərə

E) Onkoloji xəstəliklərə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
71) Sarkoidoz xəstəliyinin I - ci mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

B) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

C) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünləri böyüməyib

D) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

E) Geri dönməyən ağciyər fibrozu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
72) Sarkoidoz xəstəliyinin II - ci mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

B) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

C) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

D) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

E) Geri dönməyən ağciyər fibrozu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
73) Sarkoidoz xəstəliyinin III - cü mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Geri dönməyən ağciyər fibrozu

B) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

C) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

D) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

E) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
74) Sarkoidoz xəstəliyinin IV - cü mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Geri dönməyən ağciyər fibrozu

B) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

C) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

E) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
75) Sarkoidozun yüngül formalarında hansı dərman preparatının istifadəsi tövsiyə olunur?
A) Xloroxin

B) Azatioprin

C) Vitamin E

D) Prednizolon

E) Metotreksat
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
76) Sarkoidozun müalicəsində nə zaman kortikosteroidlərin istifadəsi tövsiyə olunur?
A) Yalnız limfa düyünlərinin böyüməsi zamanı

B) Yalnız ağciyərdən kənar zədələnmələrin müalicəsində

C) Xəstəliyin proqressivləşməsində və ağciyərdən kənar zədələnmələrin yaranması zamanı

D) Yalnız ağciyər zədələnməsi mövcud olduqda

E) Xəstəliyin profilaktikası üçün
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
77) Sarkoidozun müalicəsində kortikosteroidlər optimal olaraq hansı müddət ərzində təyin edilməlidir?
A) daimi

B) 6 - 9 aya qədər

C) 2 - 4 aya qədər

D) 1 - 2 aya qədər

E) 2 həftə - 1 aya qədər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
78) Əgər sakoidozlu xəstə hər hansı bir vacib səbəbdən kortikosteroid qəbul edə bilmirsə hansı müalicə üsullarını və/və ya dərmanları istifadə etmək olar?
A) Vitamin E

B) Sadalananların hamısı

C) Plazmaferez

D) Siklosporin A

E) Azatioprin
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
79) Histiositoz X xəstəliyi ağciyərdən başqa nəyi daha çox zədələyir?
A) Ürək-qan-damar sistemini

B) Dəri və selikli qişaları

C) Mədə - bağırsaq sistemi orqanlarını

D) Sümükləri

E) Əzələləri
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
80) Qudpasçer sindromunu nə xarakterizə edir?
A) Ağciyər hemosiderozu və splenit

B) Ağciyər hemosiderozu və pielonefrit

C) Ağciyər fibrozu və qlomerulonefrit

D) Ağ ciyər ödemi və hepato-splenomeqaliya

E) Ağciyər hemosiderozu və qlomerulonefrit
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
81) Qudpasçer sindromunun əsas kliniki simptomu nədir?
A) İshal

B) Qanhayxırma

C) Döş qəfəsində güclü ağrı

D) İrinli bəlğəmlə öskürək

E) Təngnəfəslik
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
82) Qudpasçer sindromunun müalicəsi hansı preparatlarla aparılır?
A) Kortikosteroidlər və immunodepressantlar

B) Kimyəvi və radioterapiya

C) Simptomatik müalicə

D) Antibiotiklər və vitaminlər

E) Hemostatiklər və dəmir preparatları
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
83) Qudpasçer sindromunun proqnozu necədir?
A) Tam sağalan xəstəlikdir

B) Orta yaşam müddəti 5 - 10 ildir

C) Uzunmüddətli remissiya əldə etmək olur

D) Orta yaşam müddəti 2 - 13 aydır

E) Xəstəliyə proqnoz vermək mümkün deyil
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
84) Ağciyər proteinozunun effektiv müalicəsinə nə daxildir?
A) Bronxoalveolyar lavaj

B) Kortikosteroidlər

C) Fizioterapiya

D) İmmunosupresantlar

E) Plazmoferez
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
85) Bronxial astmalı xəstələrdə yanaşı hipertoniya varsa, hansı preparatlardan istifadə etmək olmaz?
A) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları

B) β - blokatorlar

C) Spazmolitiklər

D) Ca kanallarının blokatorları

E) Diuretiklər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
86) Aspirin triadası hansı xəstəliklə əlaqəlidir?
A) Sarkoidoz

B) Bronxoektaziya xəstəliyi

C) Mukovissidoz

D) Ağciyərərin xroniki obstruktiv xəstəliyi

E) Bronxial astma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
87) Hansı dərman vasitələri öskürək səbəbi ola bilərlər?
A) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları

B) Metilksantinlər

C) Antihistamin preparatları

D) Ca kanallarının blokatorları

E) Diuretiklər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
88) Dərman mənşəli ağır interstisial pnevmoniti və kəskin respirator distress - sindromu ən əsas yaradan preparat hansıdır?
A) Penisillin

B) Metotreksat

C) Aspirin

D) Amiodaron

E) Azatioprin
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
89) Plevral maye hansı xəstəliklər zamanı transudat xarakterli olur?
A) Ağciyər arteriyasının tromboemboliyası zamanı

B) Vərəm zamanı

C) Parazitar infeksiyalarda

D) Durğunluq ürək çatışmazlığı zamanı

E) Plevranın şişləri zamanı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
90) Empiyema nədir?
A) Transudativ plevrit

B) İrinli plevrit

C) Parapnevmonik plevrit

D) Hidrotoraks

E) Adgeziv plevrit
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
91) Spontan pnevmotoraksda zədələnmiş tərəfdə auskultasiyada nə eşidilir?
A) Plevranın sürtünmə küyü

B) Quru xırıltılar

C) Tənəffüs küyləri eşidilmir

D) Sərt tənəffüs

E) Krepitasiyalar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
92) İnterstisial pnevmoniyaların əsas auskultativ əlaməti nədir?
A) Quru xırıltılar

B) Vezikulyar tənəffüs

C) Yaş xırıltılar

D) Krepitasiyalar

E) Bronxial tənəffüs
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
93) Hemotoraks daha çox nəyin nəticəsi olur?
A) Plevranın infeksion xəstəlikləri

B) Ağ ciyər arteriyasının tromboemboliyası

C) Travma

D) Krupoz pnevmoniya

E) Metastazlar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
94) Tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinə görə təsnifatı nəyə əsaslanır?
A) Qazometriya göstəricilərinə

B) 1 dəqiqədə tənəffüs sayına

C) Kliniki simptomlara

D) Yaranma müddətinə

E) Spirometriya göstəricilərinə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
95) Sağlam, yaşayan donordan ağciyər payını adətən hansı xəstəliyi olan insana transplantasiya edirlər?
A) Limfangioleyomiomatoz

B) Histiositoz X

C) Mukovissidoz

D) Sarkoidoz

E) Bronxoalveolyar xərçəng
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
96) Antileykotriyen preparatlarına hansı aiddir?
A) Ketotifen

B) Montelukast

C) Telfast

D) Loratadin

E) Aminofillin
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
97) Bronxoektazların aparıcı kliniki simptomu nədir?
A) İrinli bəlğəmlə öskürək

B) Arıqlama

C) Selikli bəlğəmlə öskürək

D) Boğulma tutmaları

E) Qanhayxırma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
98) Bronxoektazların yüksək həssaslığı və spesifikliyi ilə fərqlənən müasir qeyri - invaziv diaqnostika üsulu hansıdır?
A) Bronxoskopiya

B) Angioqrafiya

C) Kompüter tomoqrafiya

D) Bronxoqrafiya

E) Rentgenqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
99) Kartagener sindromunun xüsusiyyətləri hansılardır?
A) Bronxoektazlar, mukovissidoz, sinusit

B) Bronxoektazlar, mukovissidoz, ağ ciyər seqmentinin və ya payının hipoplaziyası

C) Bronxoektazlar, sinusit,hepatosplenomeqaliya

D) Bronxoektazlar, mukovissidoz, orqanların transpozisiyası

E) Bronxoektazlar, sinusit, orqanların transpozisiyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
100) Bronxoektazların əsas auskultativ əlamətlərinə aşağıdakılardan hansı aiddir?
A) Zəif sərt tənəffüs

B) Müxtəlif həcmli yaş xırıltılar, ara bir quru xırıltılarla

C) Krepitasiyalar

D) Yayılmış quru xırıltılar, ara bir yaş xırıltılarla

E) Plevranın sürtünmə küyü
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
101) Bronxoektazların dəqiq, yüksək həssaslığı və spesifikliyi ilə fərqlənən, invaziv diaqnostika üsulu hansıdır?
A) Bronxoqrafiya

B) Angioqrafiya

C) Bronxoskopiya

D) Rentgenqrafiya

E) Kompüter tomoqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
102) Mukovissidoz xəstəliyi tənəffüs orqanlarından başqa hansı sistemi zədələyir?
A) Sinir sistemini

B) Damar sistemini

C) Həzm sistemini

D) Sümük sistemini

E) Əzələlə sistemini
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
103) Mukovissidozun spesifik diaqnostik müayinəsi hansıdır?
A) Bəlğəmin müayinəsi

B) Bronxodilatasion test

C) Qanın müayinəsi

D) Tər testi

E) Bronxoqrafiya
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
104) Emfizema zamanı döş qəfəsində vizual nə müşahidə etmək olar?
A) Döş sümüyünün qıfvari deformasiyası

B) Döş qəfəsi dəyişikliksiz olur

C) Kaxektik döş qəfəsi

D) Çəlləkvari döş qəfəsi

E) Döş sümüyünün qabarması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
105) Ağciyər absesinin rentgenoloji şəkli necə olur?
A) Rentgenoloji təyin edilmir

B) Nazik divarlı boş dairə

C) Üçbucaq şəkilli infiltrasiya

D) Daxilində üfuqi maye səviyyəsi olan dairə

E) Ağciyərin qeyri homogen kölgəliyi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
106) Ağciyər absesini ilk növbədə hansı xəstəliklə differensasiya etmək tövsiyyə olunur?
A) Kavernoz vərəm

B) Asperqillyoma

C) Ağciyər exinokokkozu

D) Ağ ciyər xərçəngi

E) Tuberkuloma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
107) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin ağırlıq mərhələləri adətən nəyə əsasən müəyyən olunur?
A) Spirometriya nəticəsinə əsasən

B) Bəlğəmin müayinəsinə əsasən

C) Qanın müayinəsinə əsasən

D) Rentgenoloji müayinələrə əsasən

E) Klinik simptomlara əsasən
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
108) Hansı preparatlar ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində mərkəzi rol oynayır?
A) Bəlğəm mukokinetikləri

B) Antibiotiklər

C) Antioksidantlar

D) Bronxolitiklər

E) Kortikosteroidlər
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
109) Membranstabilizatorlarına hansı preparat aiddir?
A) Ca antaqonistləri

B) Sadalananların hamısı

C) Na nedokromil

D) Ketotifen

E) Na kromoqlikat
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
110) Qlisiram preparatı hansı bitkidən alınıb?
A) Andız

B) Bağayarpağı

C) Dazıotu

D) Çobanyastığı

E) Biyan kökü
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
111) Hansı bağırsaq paraziti inkişaf dövründə ağ ciyər toxumasını və nəfəs yollarını zədələyir?
A) Blastositoz

B) Teniarinxoz

C) Lyamblioz

D) Enterobioz

E) Strongiloidoz
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
112) Ağciyər exinokokkozuna aid rentgenoloji xüsusiyyət nədir?
A) Yayılmış infiltrasiya daxilində işıqlı sahələrin olması

B) Dairəvi kistanın kənarında oraqvarı işıqlı xəttin olması

C) Daxilində üfuqi maye səviyyəsi olan dairə

D) Qeyrihomogen kölgəlik

E) Nazik divarlı kistoz boşluq
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
113) Kəskin respirator infeksiyaların ağırlıq əlaməti hansıdır?
A) Hemorragik simptom

B) Parenteral rehidratasiya tələb edən susuzlaşma

C) İlk dəfə baş vermiş qıcolmalar

D) Sаdаlаnаnlаrın hamısı

E) Tənəffüs çatışmazlığı
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
114) Qrip infeksiyasından sonra yorğunluq, zəiflik və s. postinfeksion asteniya əlamətləri neçə müddət davam edə bilər?
A) 10 gün

B) 2 - 3 həftə

C) 1 ay

D) 3 - 4 gün



E) 1 həftə
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
115) Kəskin respirator infeksiya zamanı hamilələrdə əsasən hərarəti endirmək məqsədilə hansı qeyri - steroid iltihabəleyhinə preparatın istifadəsi nisbətən təhlükəsizdir?
A) Analgin

B) Amidopirin

C) Aspirin

D) İbuprofen

E) Parasetamol
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
116) Hansı profilaktik vasitə qrip infeksiyasına qarşı tam müdafiəni təmin etməyə imkan verir?
A) Virus əleyhinə preparatların qəbulu

B) Qrip infeksiyasına qarşı tam müdafiəni təmin edən vasitə yoxdur

C) Vitamin C və Exinaseya preparatları

D) Şəxsi gigiyenaya riayət

E) Qripə qarşı vaksinasiya
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
117) Qripə qarşı vaksinasiyaya əks-göstəriş?
A) Toyuq yumurtasına ağır allergiyası olan şəxslər

B) Yüksək hərarətlə müşaiyət olunan xəstəliyi olanlar

C) 6 aylıqdan kiçik uşaqlar

D) Keçmişdə vaksinə qarşı ağır reaksiyası olanlar

E) Sadalananların hamısı
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
118) Hansı bronx-ağ ciyər patologiyası döş qəfəsində ağrı ilə müşaiyət ola bilər?
A) Sadalananların hamısı

B) Traxeobronxit

C) Şiş xəstəlikləri

D) Pnevmotoraks

E) Plevrit
Ədəbiyyat: “Döş qəfəsində ağrının differensial diaqnostikası üzrə klinik protokol”, Bakı 2008
119) Bəlğəmli öskürəkdə hansı preparatı təyin etmək tövsiyə olunmur?
A) Mukaltin

B) Karbosistein

C) Libeksin

D) Ambroksol

E) Asetilsistein
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
120) İnhalyasion kortikosteroid hansıdır?
A) Formoterol

B) Ksolar

C) Beklametazon

D) Terbutalin

E) İpratropium
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
121) Bəlğəmdə Şarko-Leyden kristalları və Kurşman spiralları hansı xəstəlik üçün xarakterdir?
A) Mukovissidoz

B) Bronxial astma

C) Pnevmoniya

D) Sarkoidoz

E) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
122) Əvvəlcə hansı müayinə olmadan bronxoskopiya aparmaq tövsiyə olunmur?
A) Spirometriya

B) Elektrokardioqrafiya

C) Qanın müayinəsi

D) Döş qəfəsinin rentgenqrafiyası

E) Bəlğəmin müayinəsi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
123) Ağciyərlərin morfofunksional vahidi nədir?
A) Ağciyər seqmentləri

B) Asinus

C) Alveollar

D) Surfaktant

E) Bronxiollar
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
124) Surfaktant sekresiyasını tormozlayan preparat hansıdır?
A) Qlükokortikosteroidlər

B) Estrogenlər

C) β - adrenomimetiklər

D) Androgenlər

E) Tiroksin
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
125) Surfaktant sekresiyasını artıran preparat hansıdır?
A) Karnitin

B) Propranolol

C) İnsulin

D) Surfaktant lipidləri

E) Atropin
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
126) Patoloji materialda sitoloji müayinə zamanı Piroqov-Lanqhans hüceyrələri hansı xəstəlikdə aşkarlanır?
A) Vərəm

B) Pnevmomikozlar

C) Pnevmokonioz

D) Histiositoz X

E) Sarkoidoz
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
127) İnsanlarda ağciyər vərəminin əsas törədicisi nədir?
A) Mycobacterium africanum

B) Mycobacterium kansasii

C) Mycobacterium bovis

D) Mycobacterium avium

E) Mycobacterium tuberculosis
Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
128) Vərəmli xəstə ilə təmasda olmuş kliniki sağlam şəxsdə tuberkulin sınağı mənfi və ya şübhəlidirsə, müvafiq müşahidədən sonra təkrar sınaq nə vaxt aparılmalıdır?
A) 1 aydan sonra

B) 1 ildən sonra

C) 6 aydan sonra

D) 3 aydan sonra

E) 2 aydan sonra
Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010
129) Hansı preparatların uzunmüddətli qəbulu fonunda vərəm xəstəliyi yarana bilər?
A) Kortokosteroidlərin

B) Qeyri - steroid iltihab əleyhinə preparatların

C) Antibiotiklərin

D) Hipotenziv preparatların

E) Vitaminlərin
Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
130) Birinci sıra vərəm əleyhinə dərman vasitəsi hansıdır?
A) Kapreomisin

B) Kanamisin

C) Sikloserin

D) Streptomisin

E) Amikasin
Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
131) İkinci sıra vərəm əleyhinə dərman vasitəsi hansıdır?
A) Rifampisin

B) Levofloksasin

C) İzoniazid

D) Etambutol

E) Pirazinamid
Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
132) Qeyri - spesifik iltihabi prosseslərlə spesifik vərəm prossesinin differensial diaqnostikası məqsədilə aparılan ex juvantibus qeyri-spesifik antibakterial müalicədə hansı qrup antibiotiklərin istifadəsi tövsiyyə olunmur?
A) Makrolidlər

B) Aminoqlikozidlər

C) Penisillinlər

D) Sefalosporinlər

E) Antifunqal preparatlar
Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
133) Tütünçəkmədən imtina etdikdən neçə il sonra ağciyər xərçəngi riski tütün çəkən insanlara nisbətən 70% - dən çox azalır?
A) 10 - 15 il

B) 5 il


C) 5 - 9 il

D) 1 il


E) 2 - 4 il
Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə