cü il tarixində əlavə olunub. (371 və 179 sualdan ibarət olan fayl 898 sualın tərkibində mövcuddur)


) Antifosfolipid sindromun (AFS) nəticəsində baş verən mamalıq patologiyasına hansılar aiddir?



Yüklə 0,82 Mb.
səhifə4/14
tarix10.12.2016
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

199) Antifosfolipid sindromun (AFS) nəticəsində baş verən mamalıq patologiyasına hansılar aiddir?
A) Vaxtından gec doğuşlar

B) Beçəxorlu hamiləlik

C) Boru - uşaqlıq hamiləliyi

D) Təkrar özbaşına uşaqsalmalar, embrionun ana bətnində ölümü

E) Sonsuzluq, qeyri - həqiqi hamiləlik
Ədəbiyyat: Насонов Е.Л. Антифосфолипидный синдром.— М.: Литтера, 2004. – 379 с.
200) Bexçet xəstəliyinin klassik « üçlük » klinik əlamətləri hansılardır?
A) Artrit, konyüktivit, uretrit

B) Uveit, dermatit, poliartrit

C) Aftozlu stomatit, cinsi orqanların aftozlu yaraları, uveit

D) Hiperlipidemiya, arterial hipertenziya, vaskulit

E) Uveit, uretrit, artrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 615-625
201) Mədənin çox hissəsi harada yerləşir?
A) Sol qabırğaaltı nahiyədə

B) Qarının sağ yarısında

C) Sağ qabırğaaltı nahiyədə

D) Göbək nahiyəsində

E) Epiqastral nahiyədə
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
202) Peptiki xoranın çox rast gəlinən ağırlaşması hansıdır?
A) Qanaxma

B) Perforasiya

C) Penetrasiya

D) Maliqnizasiya

E) Stenoz
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
203) Qida borusunun stenozunun əsas kliniki əlaməti nədir?
A) Ağız suyunun axması

B) Requrgitasiya

C) Qusma

D) Disfagiya

E) Tədriсən arıqlama
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
204) Xora xəstəliyinin etioloji amilinə nə aiddir?
A) Helicobacter pylori

B) Stress

C) Nikotin

D) Alkoqol

E) Qidalanmanın pozulması
Ədəbiyyat: Ə.A. Hidayətov. «Xora xəstəliyi. Metodik tövsiyyə» 1994 il.
205) Menetrie xəstəliyi dedikdə hansı xəstəlik nəzərdə tutulur?
A) Nəhəng hipertrofik qastrit

B) Kolloz qastrit

C) Reaktiv (dərman) qastriti

D) Mədə polipi

E) Qranulematoz qastrit
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
206) Mədənin hansı amilləri xora xəstəliyi əmələ gətirir və aqressiv faktor adlanır?
A) Qastromukoproteidlər

B) Prostaqlandinlər

C) HCl və prostaqlandinlər

D) HCl və pepsin

E) Bikarbonatlar
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
207) Xora xəstəliyinin əsas rentgenoloji əlaməti hansıdır?
A) Hipersekresiya

B) «Taxça» simptomu

C) Hipertonus

D) Divarın deformasiyası

E) Atrofiya
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
208) Epiqastral nahiyədə « acqarına » gecə ağrılarına hansı xəstəlikdə rast gəlinir?

A) 12 - barmaq bağırsağın xora xəstəliyi

B) Qastroptoz

C) Mədənin kiçik əyriliyinin xorası

D) Mədənin kardial hissəsinin xora xəstəliyi

E) Xoralı kolit


Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
209) Simetidin hansı qrup preparatlara aiddir?
A) H1- histamin reseptorlarını blokada edən

B) Antasid

C) Spazmolitik

D) H2 - histamin reseptorlarını blokada edən

E) Qeyri - selektiv xolinolitiklər
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
210) Helicobacter pyloriyə aşağıdakı preparatlardan hansı təsir edir?
A) Antasidlər

B) Sintetik peptidlər

C) Sitoprotektorlar

D) Spazmolitiklər

E) Bismutun kolloid preparatları
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
211) Assitik mayenin müayinəsi zamanı onun hemorragik xarakteri aşkar olunarsa, bu xəstədə hansı diaqnozun qoyulmasına kömək etməlidir?
A) Karsinomatoz

B) Vərəm


C) Xilyoz

D) Nefrotik sindrom

E) Ürək çatışmazlığı
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
212) Hepatit A virusu hansı yol ilə orqanizmə daxil olur?
A) Kontakt

B) Parenteral

C) Enteral

D) Hava - damcı

E) Cinsi
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
213) Sarılıq zamanı sidiyin tünd rəng almasının səbəbi aşağıdakilardan hansıdır?
A) Kalsium duzları

B) Zülal


C) Bilirubin

D) Qlükoza

E) Hemoqlobin
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
214) Qaraciyər sirrozu fonunda yaranmış hipoalbuminemiya hansı fəsada səbəb ola bilər?
A) Sarılıq

B) Qida borusunun damarlarının genişlənməsi

C) Qəbizlik

D) Assit


E) Qaraciyər ensefalopatiyası
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
215) Sadalanan simptomlardan hansı portal hipertenziyanın əlamətidir?
A) Ginekomastiya

B) Ayaqlarda petexial səpki

C) Saçların tökülməsi

D) Qarının ön divar venaların genişlənməsi

E) Sarılıq
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
216) Qaraciyər komasının yaranma ehtimalı olduqda, pəhrizin tərkibində hansı qida növünü məhdudlaşdırmaq lazımdır?
A) Zülalı

B) Mineral duzları

C) Yağları

D) Mayeni

E) Karbohidratları
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. «Внутренние болезни» 1999г.
217) Baddi - Kiari sindromunun yaranmasının səbəbi nədir?
A) Bilirubin mübadiləsinin pozulması

B) Qaraciyər venalarının trombozu

C) Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi

D) Qaraciyər hüceyrələrində piyin toplanması

E) Qaraciyər hüceyrələrinin iltihabı
Ədəbiyyat: Питер Р. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
218) Diaqnostik müayinələrdən hansı xolestazın olmasını təsdiq edir?
A) Qələvi fosfatazanın (QF) və qamma - qlutamin - transferazanın (GGT) artması

B) Leykositoz

C) Trombositopeniya

D) ALT və AST - nın artması

E) EÇS artması
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
219) Qadınlarda kəskin pankreatitin ən çox rast gələn səbəbi nədir?
A) Hamiləlik

B) Kortikosteroidlərin qəbulu

C) Qarın travması

D) Alkoqolizm

E) Öd daşı xəstəliyi
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
220) Kişilərdə kəskin pankreatitin ən çox səbəbi olan faktor hansıdır?
A) Qarnın travması

B) Xroniki xolesistit

C) Alkoqolizm

D) Qaraciyərin sirrozu

E) Kortikosteroidlərin qəbulu
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
221) Xroniki pankreatitdə ağrıkəsicilərdən hansını istifadə etmək olmaz?
A) Novokain

B) Analgin

C) Fentanil

D) Baralgin

E) Morfi
Ədəbiyyat: B. И. Маколкин, С.И.Овчаренко. «Внутренние болезни» 1999 г.
222) Kəskin pankreatitdə ilk saatlarda diaqnozu təsdiq etmək üçün spesifik marker hansıdır?
A) Amilaza

B) Ximotripsin

C) Lipaza

D) Tripsin

E) Elastaza
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
223) Aşağıda sadalanan amillərdən hansı pankreatitlərin inkişafına səbəb ola bilər?
A) Vitamin E çatışmazlığı

B) Bəzi dərman preparatları (kortikisteroid və s.)

C) Metil spirti ilə zəhərlənmə

D) İrsi pozğunluqlar, aminoasiduriya və s.

E) Hiperlipidemiya
Ədəbiyyat: И.И. Дегтярева. «Клиническая гастроэнтерология» 2004г.
224) Sadalanan simptomlardan hansı xroniki enterit üçün xarakterik deyil?
A) Çəkinin azalması

B) Qəbizlik

C) Orqanizmin susuzlaşması

D) Həddən artıq köpüklü, açıq rəngli nəcisin ifrazı

E) Qanın elektrolit tərkibinin pozulması
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000г.
225) Malabsorbsiya sindromu üçün nə səciyyəvi deyil?
A) Anemiya

B) Ginekomastiya

C) Bədən çəkisinin azalması

D) Diareya

E) Oynaq ağrıları
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
226) Uzunmüddətli xroniki enterokolit üçün hansı simptomlar xarakterik deyildir?
A) Çəkinin defisiti

B) Əmək qabiliyyətinin azalması

C) Ümumi zəiflik

D) Hiperalbuminemiya

E) Hipoproteinemiya və anemiya
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
227) Kron xəstəliyinin müalicəsində əsasən hansı preparatlardan istifadə olunur?
A) Maaloks

B) Penisillin

C) Omeprozol

D) De - nol

E) Sulfasalazin
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
228) Bağırsağın qıcıqlanma sindromunu təyin edən ən dəqiq diaqnostika metodu hansıdır?
A) Nəcisin müayinəsi

B) Rentgen

C) Laporaskopiya

D) Kompyuter tomoqrafiyası

E) Kolonoskopiya
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
229) Bağırsağın qıcıqlanma sindromunda əsas simptomlar hansılardır?
A) Nəcisin rənginin dəyişməsi

B) Ağrı, qəbizlik və ya ishal

C) Qəbizlik və ya qanlı ishal

D) Ağrı, qızdırma, titrətmə

E) Ağrı, çəkinin azalması və iştahasızlıq
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
230) Qeyri - spesifik xoralı kolitdə müalicəni nə ilə başlamaq lazımdır?
A) Ampisillinlə

B) Levomisetinlə

C) Sulfasalazinlə

D) Neomisinlə

E) İmuranla
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко. «Справочник по гастроэнтерологии» 2003г.
231) Yoğun bağırsağın şişinə şübhə olduqda hansı yoxlamanın aparılması daha vacibdir?
A) İrriqoskopiya etmək

B) Qanın və nəcisin ümumi analizini aparmaq

C) Onkomarkerləri yoxlamaq

D) Kolonoskopik biopsiya etmək

E) Rentgenoskopiya etmək
Ədəbiyyat: O. Şirəliyev. “Endoskopiya müayinələri” 2004 il.
232) Dolixokolon nədir?
A) Bağırsağın genəlməsi

B) Bağırsağın deşilməsi

C) Bağırsağın uzanması

D) Bağırsağın daralması

E) Bağırsağın qısalması
Ədəbiyyat: А. С. Логинов, А. И. Парфёнов. «Болезни кишечника» 2000 г.
233) Qastroezofageal reflyuks xəstəliyi zamanı bronx - qida borusu sindromunun əmələgəlmə səbəbi hansıdır?
A) Xəstəliyin uzun müddət davam etməsi

B) Mədə möhtəviyyatının tənəffüs yoluna requrqitasiyası

C) İzafi bədən kütləsi

D) Disfagiya

E) Qida borusunun spazmı
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
234) Kəskin kataral ezofagit hansı ağırlaşmanı verə bilər?
A) Mikroqanaxma (diapedez)

B) Kəskin qanaxma

C) Stenoz

D) Pnevmoniya

E) Perforasiya
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
235) Qida borusunun distal hissəsinin xorasının genezində aşağıdakılardan hansı daha çox aparıcı rol oynayır?
A) Mikrosirkulyasiyanın pozulması

B) Ezofagit

C) Seliyin müdafiə xüsusiyyətinin aşağı düşməsi

D) Mədə möhtəviyyatının qida borusuna reflyuksu

E) Regenerasiyanın pozulması
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
236) Kardiyanın çatmazlığı zamanı çox rast gələn ağırlaşmalar hansıdır?
A) Laringit

B) Qida borusunun divertikulu

C) Ezofagit

D) Xronik bronxit

E) Xroniki pnevmoniya
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
237) Vilson xəstəliyi zamanı hansı məhsullardan imtina etmək vacibdir?
A) Dəmir tərkibli məhsullardan

B) Kalsium tərkibli məhsullardan

C) Mis tərkibli məhsullardan

D) Fosfor tərkibli məhsullardan

E) Karbohidrat tərkibli məhsullardan
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
238) Vilson xəstəliyində hansı fermentin aktivliyinin azalması baş verir?
A) Aminotransferazanın

B) Katalazanın

C) Qələvi fosfatazanın

D) Seruloplazminin

E) Qlutationperoksidazanın
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
239) Sadalanan fermentlərin hansı misi 90% özünə birləşdirir?
A) Katalaza

B) Aminotransferaza

C) Seruloplazmin

D) Qlutationperoksidaza

E) Tripsin
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
240) Hansı xəstəlikdə qaraciyər hüceyrələrin apoptozu sürətlənir?
A) Vilson xəstəliyində

B) Hepatozda

C) Xolangitdə

D) Reaktiv hepatitdə

E) Kron xəstəliyində
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
241) Kayser – Fleyzer sindromu hansı xəstəlikdə aşkarlanır?
A) Hemoxromatozda

B) Hemolitik anemiyada

C) Vilson xəstəliyində

D) Badda – Kiari xəstəliyində

E) Jilber xəstəliyində
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
242) Qaraciyəraltı portal hipertenziya ilə nə nəticələnə bilər?
A) Vilson xəstəliyini

B) Mesenterial damarların trombozu

C) Birincili biliar sirroz

D) Bakterial xolangit

E) Dalaq damarının trombozu
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
243) Hansı patoloji vəziyyətdə qələvi fosfatazanın səviyyəsi normada qalır?
A) Virus hepatiti zamanı

B) Qaraciyərə metastazlar

C) Bakterial angioxolitdə

D) İnfeksion mononukleozda

E) Xolestazda
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
244) Parçalanmış hemoglobinin hansı hissəsindən birləşmiş bilirubin yaranır?
A) hemosiderindən

B) ikivalentli dəmirdən

C) ferritindən

D) qlobindən

E) hemin porfirin hissəsində
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
245) Hansı ferment selendən asılıdır?
A) Qlutationperoksidaza

B) Aminotransferaza

C) Qələvi fosfataza

D) Qlutationreduktaza

E) Superoksiddismutaza
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
246) Xroniki pankreatitdə nəcisin xüsusiyyətləri hansılardır?
A) az miqdarda

B) “düyü həlimi” kimi

C) “qoyun qığı” kimi

D) seliktəhər

E) yağlı, çoxlu nəcis
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
247) Xroniki pankreatinin kəskinləşməsi zamanı müalicədə hansı patogenetik vasitə işlənilir?
A) qeyri - steroid iltihaba qarşı

B) immunomodulyator preparatlar

C) prebiotiklər

D) proteoliz inhibitoru

E) eubiotiklər
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
248) Hansı əlamət xolestaza aiddir?
A) ksantomalar

B) “palmar” eritema

C) tenezmlər

D) “damar ulduzları”

E) “moruğlu” dil
Ədəbiyyat: И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
249) Qastroezofaqal reflyuks xəstəliyinin inkişafında əsas əhəmiyət kəsb edən faktorlara hansı aid deyil?
A) Mədə daxili təzyiqin artması

B) Qida borusunun mədə reflyuktantından təmizlənmə qabiliyətinin azalması

C) Qida borusunun aşağı sfinkterinin boşalma epizodlarinin artması

D) Qida borusu klirensinin güclənməsi

E) Antireflyuks baryerinin azalması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
250) Qastritlərin hansı forması genetik olaraq mədə xorası və ağır formalı pernisioz anemiya ilə əlaqəlidir?
A) Səti qastrit

B) Atrofik fundal qastrit

C) Hipertrofik qastrit

D) Reflyuks-qastrit

E) Antral qastrit
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
251) Helicobacter pylorinin (HP) hansı əsas xüsusiyyəti onu mədənin turş mühitindən qoruyur?
A) Mədənin pilorik şöbəsində yerləşməsi

B) Metaplaziyaya məruz qalmış epiteldə yerləşməsi

C) Selikaltı qişada yerləşməsi

D) Ureaza aktivliyinə malik olması

E) Turş mühitdə aktivliyinin artması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
252) Hiperprolaktenemiya fonunda keçən qastroezofaqal reflyuks xəstəliyinin kompleksli müalicəsində hansı preparatlar qrupu əks-göstərişdir?
A) H2-histamin reseptorlarının blokatorları

B) Dofamin reseptorlarının antoqonistləri

C) Asetilxolin aqonistləri

D) Kalsium kanallarının antoqonistləri

E) Sovrulan antasidlər
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
253) Helikobakter infeksiyasının diaqnostikasında istifadə olunan üsullardan hansı qeyri-invazivdir?
A) Histoloji

B) Seroloji

C) Bakterioloji

D) Sitoloji

E) Ureaza
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
254) Preparatlar qrupunun biri xolelitolitik təsirə malikdir.
A) Xoleretiklər

B) Dezoksixol turşusu törəmələri

C) Dofamin reseptorlarının antoqonistləri

D) Amantan törəmələri

E) Asetilxolin aqonistləri
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
255) Helicobacter pylori infeksiyasında istifadə olunan antibakterial preparatlara hansı aid deyil?
A) Amoksisilin

B) Klaritromisin

C) Tetrasiklin

D) Tinidazol

E) Amikasin
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
256) Oddi sfinkterinin əsas funksiyalarına hansı aid deyil?
A) Mədəaltı sekretin 12 barmaq bağırsağa axmasının tənzimlənməsi

B) Duodenoqastral reflyuksun qarşısının alınması

C) Ödün 12 barmaq bağırsağa axmasının tənzimlənməsi

D) Ödün öd kisəsində yığılması üçün şəraitin yaradılması

E) 12 barmaq bağırsağa mötəviyatının ümumi öd axarına və pankreas axarına reflyuksu
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
257) Ahıl yaşlarında, bağırsağın hipotoniyası səbəbindən yaranan qəbizlikdə üstünlük hansı preparata verilir?
A) Sennade

B) Bisakodil

C) Gənəgerçək yağı

D) Laktuloza

E) Mebeverin
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
258) Sadalanan preparatlardan hansı ağrı sindromunun üstünlüyü ilə keçən bağırsağın qıcıqlanma sindromunda istifadə olunmur?
A) Disetel

B) Dyuspatalin

C) Buskopan

D) Quttalaks

E) No - şpa forte
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
259) Sadalananlardan hansı mədə və 12 - barmaq bağırsağın selikli qişasına sitoprotektiv təsir göstərir?
A) Qastrosepin

B) Sukralfat

C) Vikalin

D) Solkoseril

E) Çaytikanı yağı
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии(перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
260) 1-cili biliar sirrozun erkən əlamətinə aiddir:
A) Sarılıq

B) Assit


C) Splenomeqaliya

D) Varikoz genişlənmiş venalar

E) Dəri qaşınması
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002
261) Mellori-Veys sindromunun inkişafına gətirib çıxara bilər:
A) Qıcıqlanmış yoğun bağırsaq sindromu

B) Diafraqmanın qida borusu dəliyinin sürüşkən yırtığı

C) Malabsorbsiya sindromu

D) Alkoqolla zəhərlənmə

E) Qeyri-steroid iltihab əleyhinə preparatların istifadə edilməsi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003
262) 22 yaşlı şəxsdə çoxlu miqdarda alkoqol qəbulundan sonra al qan qarışıqlı qusmalar baş vermişdir. Daha böyük ehtimalla diaqnoz hansıdır?
A) Qida borusu xərçəngi, qida borusu qanaxması

B) Mellori - Veys sindromu

C) Qida borusunun varikoz genişlənmiş venalarından qanaxma

D) Qanaxma ilə fəsadlaşmış kəskin eroziv qastrit

E) Qanaxma ilə fəsadlaşmış kəskin mədə xorası
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
263) Aşağıdakı simptomlardan hansı qastroezofageal reflüks xəstəliyinin əlamətlərinə aid deyil ?
A) Ağızdan xoşagəlməz qoxunun gəlməsi

B) Disfagiya

C) Ürəkbulanma

D) Dad hissiyyatının pozulması

E) Qıcqırma
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр
264) Assitin patogenizində aşağıdakılardan hansı düzgün deyil?
A) Hipoaldosteronemiya

B) Renin- angiotenziv sisteminin aktivləşməsi

C) Orqanizmdə Na və suyun ləngiməsi

D) Qaraciyər sinusoidləri daxilində təzyiqin artması

E) Hipoproteinemiya
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003
265) 45 yaşlı kişinin dərisi insolyasiya olmadığı halda bürünc rəngdə olmuşdur. Müayinə zamanı palpator olaraq sərt qaraciyər və dalaq müəyyən edilmişdir. Hiperqlikemiya, aritmiya vardır. Daha çox ehtimal olunan diaqnozunuz:
A) Badda- Kiari sindromu

B) Jilber sndromu

C) Hemoxromatoz

D) Xroniki alkoqolizm

E) Vilson xəstəliyi
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
266) Qaraciyər çatışmazlığı üçün aşağıdakılardan hansı xarakter deyil:
A) Hipokoaqulyasiya

B) Karbohidrat mübadiləsinin pozulması

C) Hiperxolesterinemiya

D) Qanda aromatik amin turşularının artması

E) Hipoalbuminemiya
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002
267) Aşağıdakılardan hansı xora maliqnizasiyasının tipik əlamətinə aid deyil?
A) iştahanın azalması

B) arıqlama

C) qidaya qarşı ikrah hissi

D) qıcqırma

E) anemiya
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
268) Xolanqitin əsas kliniki simptomları hansıdır?
A) sağ qabırğaltı nahiyyədə ağrılar sarılıq ilə birgə

B) rəngsizləşmiş nəcis

C) tündləşmiş sidik

D) yağlı qida qəbulu zamanı sağ qabırğaaltı nahiyyədə ağrı

E) sarılıq, leykositoz, qaraciyərin böyüməsi
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə