cü il tarixində əlavə olunub. (371 və 179 sualdan ibarət olan fayl 898 sualın tərkibində mövcuddur)


) Xroniki xolesistitdə ağrının xarakterik irradiasiyası hansıdır?



Yüklə 0,82 Mb.
səhifə5/14
tarix10.12.2016
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

269) Xroniki xolesistitdə ağrının xarakterik irradiasiyası hansıdır?
A) sağ bud nahiyəsinə

B) sol çiyinə və sol qola

C) cinsi orqanlara

D) sağ çiyinə və sağ qola

E) aralığa
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
270) Enterokolitin müalicəsində istifadə olunan prinsiplər hansıdır?
A) pəhriz 4, qısa kurs antibiotiklər, poliferment preparatlar

B) pəhriz 5, spazmolitiklər, antasidlər

C) pəhriz 1, novokain, anesteziya

D) pəhriz 5, öd qovucu, antibiotiklər

E) pəhriz 1, xolinolitiklər, antasidlər
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
271) Xroniki enterit zamanı koproqrammanın təsvirində hansı əlamət xarakterik deyil?
A) kreatoreya

B) qan


C) steatoreya

D) amiloreya

E) həzm olunmamış qida hissəcikləri
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
272) Xroniki enterit və kolitin ən tez rast gəlinən səbəbi hansıdır?
A) disbakterioz, helmintozlar

B) qida allergiyası

C) kəskin alkoqol intoksikasiya

D) kəskin və yağlı qidalanma

E) ağır metalların duzları ilə xroniki zəhərlənmə
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
273) Hansı helmintozlarda ağciyərlərdə eozinofil infiltratların inkişafı baş verir?
A) tenioz

B) difillobotrioz

C) askaridoz

D) enterobioz

E) sistiserkoz
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
274) Çiy ətin istifadəsi zamanı hansı helmint ilə yoluxma baş verir?
A) lentşəkilli qurd

B) bıj qurd

C) trixinella

D) askarida

E) alveokokk
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
275) Aşağıda sadalanlardan hansı portal traktın tərkib hissəsinə aid deyil?
A) qapı venasının şaxəsi

B) sinir ucları

C) öd axacağı

D) qaraciyər arteriyası

E) limfatik damar
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
276) Lipaza harada sintez olunur?
A) ağız boşluğu

B) mədəaltı vəzi

C) yoğun bağırsaq

D) 12 barmaq bağırsaq

E) qida borusu
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
277) Sağlam insanda sutkada nə qədər mədə şirəsi ifraz olunur?
A) 2, 5 - l -dən çox

B) 1, 5 - 2, 5 l qədər

C) 0, 5 - 1, 5 l

D) 5, 0 l - dən çox

E) 0, 5 l - ə qədər
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
278) Mədədə Kaslın daxili amili nə üçün lazımdır?
A) pepsinogenin aktivləşməsi üçün

B) zülalların parçalanması üçün

C) vitamin B12 sorulması üçün

D) piylərin parçalanması üçün

E) qastrin hormonun sintez olunması üçün
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
279) Qastrin hormonu hansı prosesi stimulyasiya edir?
A) Mədəaltı vəzi şirəsinin həddən artıq sekresiyasını

B) Ağız suyunun həddən artıq sekresiyasını

C) Mədə şirəsinin həddən artıq sekresiyasını

D) Ödün həddən artıq sekresiyasını

E) Bağırsaq şirəsinin həddən artıq sekresiyasını
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
280) Öd kisəsinin tutumu nə qədərdir?
A) 50 - 70 ml

B) 30 - 70 ml

C) 90 ml - 100 ml

D) 10 - 30 ml

E) 70 - 90 ml
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
281) Mədənin həcmi nə qədərdir?
A) 0,5-1 l

B) 2,1 l


C) 3,3 l

D) 5 l


E) 4,5 l
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
282) Sekretin hormonu hansı şirənin sekresiyasını stimulyasiya edir?
A) Mədəaltı vəzi şirəsinin

B) Bağırsaq şirəsinin

C) Ödün

D) Mədə şirəsinin



E) Ağız suyunun
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
283) Peptidaza fermenti aşağıda sadalanların hansının tərkibinə daxildir?
A) ağız suyunun

B) mədəaltı vəzi şirəsinin

C) ödün

D) bağırsaq şirəsinin



E) mədə şirəsinin
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
284) Mədəaltı vəzi hansı fəqərə səviyyəsində yerləşir?
A) 11 - 12 döş fəqərələri səviyyəsində

B) 9 - 10 döş fəqərələri səviyyəsində

C) 12 döş və 1 bel fəqərələri səviyyəsində

D) 1 - 2 bel fəqərələri səviyyəsində

E) 3 - 4 bel fəqərələri səviyyəsində
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
285) Mukovissidozun ən mühüm laborator – diaqnostik testi hansıdır?
A) Nəcisdə piy damlalarının miqdarı

B) Nəcisdə amin turşularının miqdarı

C) Qanın amilazası

D) Tərdə olan elektrolitləri yoxlamaq

E) Sidik sindromu
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
286) Yüngül və orta ağırlıqlı qeyri - spesifik xoralı kolit zamanı seçim dərman vasitəsi hansıdır?
A) Levomisentin

B) Sulfosalazin, mesalazin

C) Ampisillin

D) Kortikosteroidlər

E) Ftalazol
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
287) Kron xəstəliyi zamanı aşağıdakı daha tez-tez zədələnir:
A) Düz bağırsaq

B) Apendiks

C) Qalça bağırsağı

D) Mədə


E) Qida borusu
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
288) 12 barmaq bağırsaq xorasında Pevzner üzrə hansı pəhriz istifadə olunur?
A) № 10

B) № 5


C) № 1

D) № 9


E) № 2
Ədəbiyyat: ГГригорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология ,2001
289) Xolestaz sindromuna hansı əlamət aid deyil?
A) dəridə qaşınma

B) qanda xolesterinin çoxalması

C) bradikardiya

D) hipertenziya

E) qanda qələvi fosfatazanın çoxalması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
290) Aşağıdakılardan hansı qaraciyərdə sintez olunmur?
A) fibrinogen

B) estroqenlər

C) albuminlər

D) protrombin

E) xolesterin
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
291) Qaraciyərin sirrozunu hepatitdən fərqləndirən əsas kliniki sindrom hansıdır?
A) portal hipertenziya sindromu

B) intoksikasiya sindromu

C) qaraciyər-hüceyrə çatışmazlığı sindromu

D) sarılıq sindromu

E) splenomeqaliya
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
292) Qaraciyər sancısı zamanı hansı müalicəvi tədbirlər görülmür?
A) sedativ preparatların təyini

B) desensibilizəolunmuş terapiya

C) qeyrinarkotik analgetiklərin təyini

D) xolinolitiklərin qəbulu

E) spazmolitiklərin qəbulu
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство, Изд. ГЕОТАР МЕДИА, 2008
293) Yemək borusunun atoniyasında əsas simptom:
A) Qanaxma

B) Disfaqiya

C) Boğulma

D) Öskürək

E) Meteorizm
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
294) Hepatoserebral distrofiya (Konovalov-Vilson sindromu) nə ilə xarakterizə olunur?
A) Kalsium mübadiləsinin pozulması ilə

B) Mis mübadiləsinin pozulmasi ilə

C) Kalium elektrolitlərinin artması ilə

D) Dəmir çatışmamazlığı ilə

E) Natrium və Xlor mübadiləsinin pozulması ilə
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
295) Qaraciyər sirrozu zamanı portal hipertenziya necə təyin edilir?
A) Ezofaqoskopiya və rentgen müayinəsilə

B) USM


C) Laborator analizlər vasitasilə

D) Biopsiya

E) Kolonoskopiya
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
296) İzostenuriya nədir?
A) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisinin aşağı (1010 -1011) olması

B) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisi 1012 aşağı olması

C) Yalnız 1 - ci porsiyada sidiyin xüsusi çəkisinin artması

D) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisi 1018 aşağı olması

E) Yalnız 1 - ci və 2 - ci porsiyalarda sidiyin xüsusi çəkisinin artması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
297) Qan zərdabında K+ - mun normada miqdarı nə qədərdir?
A) 0, 5 - 3, 0 mmol/l

B) 7, 5 - 8, 5 mmol/l

C) 5, 0 - 7, 0 mmol/l

D) 3, 5 - 5, 0 mmol/l

E) 2, 5 - 4, 5 mmol/l
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
298) Hiperkaliemiyanın (K+> 7 mmol/ l) simptomlarınına hansılar uyğun deyil?
A) Əzələ zəifliyi, qıcolmalar

B) Əzələ hipertrofiyası

C) Parasteziyalar, ətrafların zəifləməsi

D) EKQ - də sinusoidal əyrilik

E) Ürəyin dayanması
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
299) Normada sidiyin xüsusi çəkisi hansı interval arasında ola bilər?
A) 1010 - 1020

B) 1002 - 1030

C) 1015 - 1025

D) 1030 - 1060

E) 1002 - 1050
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
300) Normada hansı silindrlər sidiyin ümumi analizində müəyyən edilə bilər?
A) Dənəli

B) Hialin

C) Mumabənzər

D) Piyli


E) Eritrositar
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
301) Tiazid diuretiklərin zərərli təsirləri hansılardır?
A) Sadalanların hamısı

B) İmpotensiya

C) Hiperurikemiya

D) Hiperglikemiya

E) Hipokaliemiya
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
302) Qlomerulonefritlərin müalicəsində sitostatiklərin təyininə nə zaman ehtiyac olmur?
A) Hormonal terapiya effektiv olduqda

B) Qlükokortikoid terapiyanın təyini az effektiv olduqda

C) Qlükokortikoid terapiyanın fəsadları zamanı

D) Hipertenzion sindromun mövcudluğu

E) Qlükokortikoid terapiyanın təyini şübhəli olduqda
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
303) Böyrəklərin amiloidozunun diaqnostikasında hansı laborator və instrumental müayinələr istifadə olunur?
A) Böyrəklərin biopsiyası

B) Bütün sadalananlar

C) Sümük iliyinin punksiyası

D) Radioizotop stintioqrafiya

E) Sidiyin, qanın zülallarının elektrofarezi
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
304) Böyrəyin struktur vahidi nədir?
A) Piramidlər

B) Şumlyanski - Boumen kapsulası

C) Henle ilgəyi

D) Kanalcıqlar

E) Nefron
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
305) Adekvat diurezin göstəricisinə hansı aiddir?
A) Qəbul olunan maye 300 - 400 ml xaric olunan mayedən çoxdur

B) Qəbul və xaric olunan mayelər bərabərdir

C) Qəbul olunan maye 300 - 400 ml xaric olunan mayedən azdır

D) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər çoxdur

E) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər azdır
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
306) Sutka ərzində sidiklə xaric olan qanın formalı elementlərini təyin edən sınaq hansıdır?
A) Ambürje sınağı

B) Neçiporenko sınağı

C) Kakovski - Addis sınağı

D) 3 stakan sınağı

E) Zimnitski sınağı
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
307) Sutka ərzində 500 ml az sidiyin ifraz olunması necə adlanır?
A) Nikturiya

B) Poliuriya

C) Oliquriya

D) Anuriya

E) Normal diurez
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
308) Pollakiuriya nə deməkdir?
A) Bərabər vaxt müddətində eyni porsiyalı sidiyin ifrazı olması

B) Gecə sidik ifrazının gündüz sidik ifrazından artıq olması

C) Tezləşmiş sidik ifrazı

D) Sidiyin miqdarının çoxalması

E) Aşağı xüsusi çəkidə sidiyin xaric olması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
309) Aşağıdakılardan hansı pielonefritin risk faktorlarına aid deyil?
A) Ginekoloji xəstəliklər

B) Üçlü sinirin iltihabı

C) Menopauza və hamiləlik dövründə hormonal fon

D) Qadınların sidik kanalının xüsusiyyətləri

E) Sidik ifrazat traktının obstruktiv prosesləri
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
310) Aşağıdakılardan hansı nefrotik sindromun diaqnostik kriteriyalarına aid deyil?
A) Hiperxolesterinemiya

B) Hiperlipidemiya

C) Hipoalbuminemiya

D) 3, 5 q/sut - dan çox proteinuriya

E) Kreatininemiya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
311) Hipertenziv nefropatiyanın müalicəsində istifadə olunan I sıra preparatları hansılardır?
A) β - blokatorlar

B) AÇF inhibitorları yaxud angiotenzin II reseptorların antaqonistləri

C) Diuretiklər, aldosteronun antaqonistləri

D) Ca + antaqonistləri

E) İmidazolin reseptorlarının aqonistləri
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006 г.
312) İzolə olunmuş sidik sindromu ilə müşayiət olunan xroniki qlomerulonefritin variantı hansıdır?
A) Qarışıq

B) Latent

C) Nefrotik

D) Hipertonik

E) Hematurik
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
313) Xroniki qlomerulonefritin hansı variantı üçün ödemlər, massiv proteinuriya, arterial hipertoniya xarakterikdir?
A) Hematurik

B) Nefrotik

C) Qarışıq

D) Latent

E) Hipertonik
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
314) Sidiyin müayinəsində hansı dəyişikliklər böyrək çatışmazlığının qiymətləndirilməsində rol oynayır?
A) Nəzərəçarpan silindruriyanın olması

B) Zimnitski sınağında xüsusi çəkinin 1005 olması

C) Leykosituriyanın olması

D) Makrohematuriyanın olması

E) Proteinuriyanın 3, 5 q / sutkadan artıq olması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
315) Hərarətin 38 - 39 dərəcə qalxması, titrətmə və tərləmə, bel nahiyəsində ağrılar, piuriya kimi simptomlar hansı xəstəlik üçün xarakterikdir?
A) Böyrək daşı xəstəliyi

B) Kəskin pielonefrit

C) Kəskin sistit

D) Kəskin qlomerulonefrit

E) Xroniki qlomerulonefritin kəskinləşməsi
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
316) Obstruktiv pielonefritin müalicəsi nədən başlamalıdır?
A) Urodinamikanın bərpasından

B) Antibakterial qrup preparatlarından

C) Bitki mənşəli uroantiseptiklərdən

D) Antibiotiklərin təyinindən

E) Desintoksikasion terapiyadan
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
317) Xroniki böyrək çatışmazlığı olan xəstələrin pəhrizində birinci növbədə nə azaldılmalıdır?
A) Yağlar

B) Karbohidratlar

C) Mayenin miqdarı

D) Xörək duzu

E) Zülallar
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
318) Sadalananlardan hansı hemodializə göstərişdir?
A) Hipokaliemiya 3, 5 mmol / l –dən az

B) Hipermaqniemiya 1, 25 mmol / l-dən çox

C) Hiperkaliemiya 7 mmol / l-dən çox

D) Hipernatriemiya 150 mmol / l –dən çox

E) Hipoxloremiya 98 mmol / l-dən az
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
319) Aşağıdakılardan hansı oliqouriya üçün göstəricidir?
A) Sutkalıq diurez 1l bərabərdir

B) Sutkalıq diurez 500 ml artıqdır

C) Sutkalıq diurez 1l azdir

D) Sutkalıq diurez 500 ml azdır

E) Sutkalıq diurez 1l artıqdır
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
320) Sidikdə “aktiv leykositlərin” sayı nə zaman artır?
A) Skerodermiyada

B) Pielonefritin kəskinləşməsində

C) Şəkərli diabetin kəskinləşməsində

D) Feoxromasitomada

E) Dermatomiozitlərdə
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
321) Hansı xəstəlik üçün yuxarı tənəffüs yollarının xoralı - nekrotik zədələnməsi və böyrəklərin zədələnməsi xarakterikdir?
A) Xroniki qlomerulonefrit

B) Dərman nefropatiyası

C) Amiloidoz

D) Hemarragik vaskulit

E) Veqener qranulomatozu
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 276
322) Diabetik nefropatiyanın müalicəsində hansı üsullardan istifadə olunur?

1. Qlükokortikoidlər

2. AÇF ingibitorları

3. Sitostatiklər

4. Yüksək zülallı dieta

5. Az zülallı dieta
A) 1, 5

B) 3, 5


C) 2, 4

D) 1, 3


E) 2, 5
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 432
323) Hansı halda təcili hemodializ müalicəsinə göstəriş vardır?
A) Yüksək hiperkaliemiya

B) Oliqouriya

C) Anasarka

D) Metabolik asidoz

E) Ağır hipertenziya
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 565
324) Böyrək arteriyalarının stenozunu təyin etmək üçün hansı müayinə üsulu daha əlverişlidir?
A) Sistoskopiya

B) Kompyuter tomoqrafiya

C) Ekskretor uroqrafiya

D) Doppler USM

E) Böyrəklərin sadə USM müayinəsi
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 450
325) Göstərilən hansı preparat hamiləlik zamanı mütləq əks göstərişdir?
A) Antibiotiklər

B) β - adrenoblokatorlar

C) Ca - ionlarının antoqonistləri

D) AÇF ingibitorları

E) Vitamin preparatları
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 485
326) Hansı hallarda Ca antoqonistlərinin təyini əks göstəriş sayılır?

1. Hipotenziya

2. Atrioventrikulyar keçiriciliyin pozulması

3. Nefrogen hipertenziya

4. Paroksizmal taxikardiya

5. Sinus düyünün zəifləməsi sindromu
A) 3, 4, 5

B) 1, 3, 5

C) 2, 3, 4

D) 1, 2, 5

E) 2, 4, 5
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 169
327) Qeyd olunanlardan hansı nefrotik sindromun ağırlaşmalarından deyil?
A) Hipertonik kriz

B) Kəskin böyrək çatışmazlığı

C) Nefrotik kriz

D) Disseminasiya olunmuş damardaxili laxtalanma sindromu

E) Müxtəlif lokalizasiyalı infeksion ağırlaşmalar
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 148
328) Hüceyrədaxili dehidratasiyadan fərqli olaraq hüceyrəxarici dehidratasiya zamanı hansı klinik əlamətlər rast gəlinmir?
A) Dərinin quru olması

B) Göz almalarının tonusunun azalması

C) Ürəkbulanma, qusma

D) Susuzluq, tempraturun qalxması, hipernatriemiya

E) Arterial təzyiqin enməsi
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр
329) Böyrəklərdə hansı tip daşlar daha çox rast gəlinir?
A) Xolesterin tərkibli daşlar

B) Kalsium tərkibli daşlar

C) Fosfat tərkibli daşlar

D) Sistin daşları

E) Urat daşları
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 416
330) Hansı bədxassəli şiş daha çox amiloidozun əmələ gəlməsinə səbəb olur?

1. Mədə xərçəngi

2. Limfoqranulomatoz

3. Ağciyər xərçəngi

4. Böyrək şişi

5. Limfoma
A) 2; 5

B) 4; 5


C) 1; 3

D) 2; 4


E) 1; 4
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 346
331) Nefroptoz üçün hansı klinik əlamətlər xarakterikdir?

1. Böyrək sancısı

2. Fiziki yüklənmə ilə əlaqədar hematuriya

3. Astenik bədən quruluşu

4. Anemiya

5. Neyrovegetativ pozğunluqlar
A) 2, 4, 5

B) 2, 3, 5

C) 1, 3, 4

D) 1, 2, 3

E) 3, 4, 5
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр
332) Xroniki böyrək çatışmazlığının ən erkən əlaməti hansıdır?
A) Metabolik asidoz

B) Böyrək ölçülərinin kiçilməsi

C) Hiperkalsiemiya

D) Nikturiya

E) Azotemiya
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 544
333) Pielonefritə xas olan hansı əlamətlər düzgündür?

1. Oğlanlarda qızlara nisbətən daha az rast gəlinir

2. Daha çox uşaq yaşlarda rast gəlinir

3. Sidik passajının pozulması zamanı rast gəlinir

4. Daha çox hamiləlik zamanı rast gəlinir

5. Daha çox ürək çatışmazlığı zamanı rast gəlinir
A) 1; 2; 4

B) 2; 3; 5

C) 1; 2; 3

D) 1; 3; 4

E) 3; 4; 5
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 399
334) Kəskin qlomerulonefrit üçün hansı əlamət xarakterik deyil?

1. Bel nahiyəsində daimi ağrı

2. Üşütmə ilə gedən qızdırma

3. Makrohematuriya

4. Dərman allergiyası

5. Xəstəliyin periodik gedişli olması
A) 1, 2, 5

B) 1, 2, 4

C) 3, 4, 5

D) 2, 3, 4

E) 2, 4, 5
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 207
335) Hamiləlik nefropatiyası zamanı seçim preparatını göstərin.
A) Reopoliqlükin

B) Təzə dondurulmuş plazma

C) Diuretiklər

D) Maqnezium sulfat

E) Hidralazin
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 489
336) Böyrək eklampsiyası hipertonik krizdən hansı əlamətləri ilə fərqlənir?

1. Qıcolma sindromunun olması

2. Beyin ödemi

3. Qıcolma sindiromunun olmaması

4. Güclü baş ağrıları

5. Görmənin pisləşməsi
A) 2 ; 3

B) 1 ; 2


C) 2 ; 4

D) 3 ; 5


E) 1 ; 5
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 487
337) Kəskin qlomerulonefrit zamanı hipertoniyanın müalicəsində seçim preaparatını göstərin.
A) Diuretiklər

B) Hidralazin

C) Metildopa

D) Nifedipin

E) Propranolol
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 233
338) Kəskin böyrək çatışmazlığı üçün xarakterik olmayan əlamətləri seçin:
A) Böyrək ölçülərinin kiçilməsi

B) Kəskin və qəfil başlanğıc

C) Kollaps

D) Hiperkaliemiya

E) Oliquriya
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр 524


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə