cü il tarixində əlavə olunub. (371 və 179 sualdan ibarət olan fayl 898 sualın tərkibində mövcuddur)


) Hansı faktorlar böyrəklərdə oksalat daşlarının əmələ gəlməsinə səbəb olur?



Yüklə 0,82 Mb.
səhifə6/14
tarix10.12.2016
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

339) Hansı faktorlar böyrəklərdə oksalat daşlarının əmələ gəlməsinə səbəb olur?

1. Vit. C - nin həddən artıq istifadəsi

2. Piridoksin defisiti

3. Hiperurikozuriya

4. Ət məhsullarının həddən artıq istifadəsi

5. Sidiyin turş reaksiyası
A) 1 ; 3

B) 4 ; 5


C) 1 ; 5

D) 2 ; 5


E) 1 ; 2
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.cтр
340) Şəkərsiz diabetin laborator markerləri hansılardır?
A) Sidiyin xüsusi çəkisinin artması

B) Sidiyin ümümi miqdarının azalması

C) Bakteriuriya

D) Sidiyin ümümi miqdarının artması, sidiyin xüsusi çəkisinin azalması

E) Sidiyin ümümi miqdarının azalması, sidiyin xüsusi çəkisinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
341) Sadalanan simptomlardan hansılar diffuz toksiki ur üçün xarakterik deyil?
A) Arıqlama

B) Bradikardiya

C) Daimi ürək döyünmə

D) Ətrafların titrəməsi, əzələ zəifliyi

E) Ümumi hiperhidroz
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
342) Diffuz toksiki urun müalicəsində aşağıdakı hansı preparatlar istifadə olunmur?
A) β – adrenoblokatorlar

B) Veroşpiron

C) Merkazolil

D) Sedativ preparatlar

E) Qlükokortikoidlər
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
343) Hipotireoz üçün xarakterik olmayan əlamət aşağıdakılardan hansıdır?
A) Qəbizliyə meyillik

B) Dəri örtüyünün quru olması

C) Arıqlama

D) Yuxululuq

E) Bradikardiya
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
344) Tireostatik kriz zamanı müalicə prinsipləri hansılardır?
A) Lyuqol məhlulu, anabolik hormonlar

B) Antibiotiklər, tireoid hormonlar

C) Qlükokortikoidlər, tireostatiklər, β - blokatorlar

D) Fizioloji məhlul, α - adrenoblokatorlar

E) Yod preparatları, iltihab əleyinə preparatlar
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
345) İnsulin çatışmazlığı zamanı nə xarakterikdir?
A) Hiperqlikemiya, hipolipoproteinemiya

B) Efirləşməmiş yağ turşularının əmələ gəlməsi

C) Hiperqlikemiya, hiperketonemiya, qaraciyərin piyli infiltrasiyası

D) Hiperqlikemiya, keton cisimlərinin yaranmasının və qlikogen sintezinin azalması

E) Hipoqlikemiya, hiperketonemiya, qaraciyərin piyli infiltrasiyası
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
346) Biquanidlərin təyini aşağıdakı hansı hallarda göstərişdir?
A) Toxuma hipoksiyası ilə müşayiət olunan xroniki xəstəliklər

B) Kaxeksiya

C) Diffuz toksiki ur

D) II tip ŞD piylənmə ilə birgə və piylənmə

E) I tip ŞD
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
347) Sulfanilamid törəmələrinin təyininə əks göstəriş hansı deyil?
A) Hamiləlik, doğuş və laktasiya

B) Ketoasidoz

C) Qanın onkoloji xəstəlikləri

D) 2 tip şəkərli diabet

E) Diabetik nefropatiyanın 3 mərhələsi
Ədəbiyyat: Н.Т. Старкова. «Клиническая эндокринология» 2004 г.
348) Şəkərli diabeti olan xəstələrdə miokard infarktının kliniki gedişatının xüsusiyətləri hansılardır?
A) Residivin yaranmaması

B) İnfarktın tipik gedişatı (ağrı ilə)

C) Təkrari infarktın yaranmaması

D) İnfarktın geniş yayılması, ürək çatışmazlığının əlamətlərinin meydana çıxması, tromboemboliyaların yaranması

E) Mikroinfarktlar, aritmiyalar
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
349) 1 tip şəkərli diabet üçün nə xarakterikdir?
A) Xəstəliyin kəskin başlanması, ketoasidoza meyillik, qanda insulin miqdarının azalması

B) İnterkurrent xəstəliklər fonunda insulin tələbatının azalması

C) Xəstəliyin kəskin başlanması, qanda insulin miqdarının dəyişilməməsi

D) Xəstəliyin tədricən başlanması, laktatasidoza meyillik, insulinrezistentlik

E) Xəstəliyin tədricən başlanması, laktatasidoza meyillik, qanda insulin miqdarının azalması
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
350) Şəkərli diabet xəstələrində arterial hipertoniyanın müalicəsi üçün seçim preparatları hansılardır?
A) Ürək qlikozidləri

B) β - blokatorlar

C) AÇF - inhibitorları

D) Nitratlar

E) Diuretiklər
Ədəbiyyat: А. Н. Окороков. « Лечение болезней внутренних органов» 1998 г.
351) Bu peroral şəkərsalıcı preparatlardan hansı gün ərzində 1 dəfə qəbul olunur?
A) Qlürenorm

B) Qlibenklamid

C) Diabeton

D) Minidiab

E) Amaril, Diabeton MR
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
352) Şəkərli diabetin gedişatına hansı preparatlar təsir etmir?
A) Deksametazon

B) Enalapril

C) Anaprilin

D) Peroral kontraseptivlər

E) Tiazid diuretiklər
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
353) Piylənmə bu xəstəliklərdən hansılarla ahənglik təşkil edir?
A) Bronxial astma

B) Vitiliqo

C) Plevrit

D) Şəkərli diabet 2 tip

E) Psoriaz
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
354) Uzun müddət şəkərli diabet ilə xəstə olan pasiyentlərdə görmə qabiliyyətin azalmasının səbəbi nədir?
A) Avtonom neyropatiya

B) Görmə sinirlərin atrofiyası

C) Proliferəedici retinopatiya

D) Katarakta

E) Qlaukoma
Ədəbiyyat: Питер Дж. Уоткинс «Сахарный диабет»,- «Сахарный диабет»
355) Qlükozuriya zamanı ilk növbədə hansı tədbir görülür?
A) Acqarına qanda qlükozanın yoxlanılması

B) İnsulinin təyin edilməsi

C) Biquanidlərin təyin olunması

D) Qlükozaya qarşı tolerantlıq testinin aparılması

E) Pəhrizin təyin edilməsi
Ədəbiyyat: Питер Дж. Уоткинс «Сахарный диабет»,- «Сахарный диабет»
356) Uzunmüddətli hipoqlikemiya hansı orqanda geriyədönməz zədələnmələrə gətirib çıxarır?
A) mərkəzi sinir sistemində

B) hepatositlərdə

C) ağciyərlərdə

D) miokardda

E) periferik sinir sistemində
Ədəbiyyat: Piter Dj. Uotkins «Saxarnıy diabet», 2006 q
357) Hansı simptom hipertireoz üçün xarakterik deyil?
A) hipotermiya

B) arıqlama

C) taxikardiya

D) dombagözlük

E) qalxanvari vəzin həcminin artması
Ədəbiyyat: Под ред. Мельниченко Г.А. «Практическая эндокринология», 2009 г
358) Şəkərli diabet xəstələrinin pəhrizində hansı ərzağın istifadəsinə məhdudiyyət yoxdur?
A) balıq

B) yumurta

C) pendir

D) marqarin

E) yaşıl tərəvəz
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г
359) Hansı hormonlar antaqonist hesab olunurlar?
A) qlükaqon - insulin

B) tiroksin - adrenalin

C) adrenalin - insulin

D) adrenalin - vazopressin

E) tiroksin - vazopressin
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г
360) Hansı vəzi kalsium - fosfor mübadiləsini tənzim edir?
A) hipofiz

B) qalxanvariətraf vəzi

C) mədəaltı vəzi

D) timus


E) epifiz
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г Дедов И,И., Мельниченко Г.А. « Рациональная фармакотерапия заболеваний эндокринной системы и нарушения обмена веществ », 2006г
361) Hansi hormon kalsium - fosfor mubadilasini tənzim edir?
A) Timozin

B) Melatonin

C) Parathormon

D) Tiroksin

E) İntermedin
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г
362) Böyrəküstü vəzin qabıq qatında hansı hormon sintez olunur?
A) tiroksin

B) katexolaminlər

C) melatonin

D) mineralokortikoidlər

E) qastrin
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г
363) Böyrəküstü vəzin beyin qatında hansı hormon sintez olunur?
A) mineralokortikoidlər

B) tiroksin

C) qlükokortikoidlər

D) katexolaminlər

E) melatonin
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г
364) Hansı hormon hipofizin arxa hissəsində sintez olunur?
A) adrenokortikotrop hormon

B) intermedin

C) oksitosin

D) timozin

E) melatonin
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. «Дифференициальная диагностика и лечение эндокринних заболеваний», Изд. «Медицина»,
365) Aşağıdakılardan hansı periferik endokrin vəzilərinə aiddir?
A) Hipofiz

B) Epifiz

C) Timus

D) Böyrəküstü vəzi

E) Hipotalamus
Ədəbiyyat: Под ред. Мельниченко Г.А. «Практическая эндокринология», 2009 г
366) Hipoqlikemik dərmanların təsirini gücləndirən preparatlar hansılardır?
A) qlükokortikoidlər

B) spazmolitiklər

C) salisil turşusunun törəmələri

D) vitaminlər

E) kalsium antaqonistləri
Ədəbiyyat: Дедов И,И., Мельниченко Г.А. «Рациональная фармакотерапия заболеваний эндокринной системы и нарушения обмена веществ», 2006г
367) Hipoqlikemik dərmanların təsirini azaldan preparatlar hansılardır?
A) qlükokortikoidlər

B) qeyri - steroid iltihabəleyhinə preparatlar

C) tetrasiklinlər

D) antihistamin preparatlar

E) neyroleptiklər
Ədəbiyyat: Дедов И,И., Мельниченко Г.А. «Рациональная фармакотерапия заболеваний эндокринной системы и нарушения обмена веществ», 2006г
368) Şəkərli diabetin hansı kliniki formasında sanator-kurort müalicə göstərişdir?
A) Ketoasidoz

B) Yüngül gedişli şəkərli diabet

C) Şəkərli diabetin latent forması

D) Dekompensəolunmuş şəkərli diabet

E) Diabetik neyropatiya ağrı sindromu ilə
Ədəbiyyat: Питер Дж. Уоткинс «Сахарный диабет»,- «Сахарный диабет»
369) Diabetik «pəncə»nin klinik əlaməti hansıdır?
A) Vegetativ çatışmazlıq

B) Hissiyatın pozulması

C) Hərəkətin pozulması

D) Hamısı

E) işemik sindrom
Ədəbiyyat: Аметов А.С. «Избранные лекции по эндокринологии», 2009г
370) Aşağıdakılardan hansı piylənmənin müalicəsində əsas üsul hesab olunur?
A) Anoreksigen preparatların təyini

B) Vitamin preparatların təyini

C) Pəhriz

D) Sidikqovucuların təyini

E) Bioəlavələrin təyini
Ədəbiyyat: Седлецкий Ю.И. «Современные методы лечения ожирения», 2007 г
371) Böyrəküstü vəzin hansı hormonları zülal və karbohidrat mübadilələrini tənzim edir?
A) Estrogenlər

B) Qlükokortikoidlər

C) Katexolaminlər

D) Mineralokortikoidlər

E) Androgenlər
Ədəbiyyat: Аметов А.С. «Избранные лекции по эндокринологии», 2009г
372) Böyrəküstü vəzilər sinir sisteminin hansı mediatorlarını sintez edir?
A) β - enkefalin

B) bradikinin

C) serotonin

D) adrenalin

E) asetilxolin
Ədəbiyyat: Аметовю.А.С. «Избранные лекции по эндокринологии», 2009q
373) Kretinizm xəstəliyi hansı vəzin fəaliyyətinin azalması nəticəsində yaranır?
A) Qalxanvariətraf vəzin

B) Hipotalamusun

C) Hipofizin

D) Epifizin

E) Qalxanvari vəzin
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г
374) Sadalanan hansı maddələr hormonları hədəf orqanlara çatdırır?
A) xolesterin

B) neytrofillər

C) yağ kompleksləri

D) leykositlər

E) zülallar
Ədəbiyyat: Теппермен Дж., Теппермен Х. «Физиология обмена веществ и эндокринной системы», 1989г
375) Aşağıdakı hormonlardan hansı adenohipofizdə sintez olunur?
A) Melatonin

B) Somatotrop hormon

C) Serotonin

D) Oksitosin

E) Vazopressin
Ədəbiyyat: Теппермен Дж., Теппермен Х. «Физиология обмена веществ и эндокринной системы», 1989г
376) Antidiuretik hormonun çatışmazlığı zamanı hansı xəstəlik əmələ gəlir?
A) Endemik ur

B) Piqment mübadiləsinin pozulması

C) Əqli fəaliyyətin zəifləməsi

D) Şəkərsiz diabet

E) Epilepsiya
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. «Дифференициальная диагностика и лечение эндокринних заболеваний», Изд
377) Aşağıdakılardan hansı vəzilər ancaq xarici sekresiya vəzilərinə aiddir?
A) qalxanvariətraf vəzi

B) böyrəküstü vəzi

C) qalxanvari vəzi

D) hipofiz

E) ağız suyu vəzi
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г
378) Aşağıdakılardan hansı vəzilər ancaq daxili sekresiya vəzilərinə aiddir?
A) Qalxanvari vəzi

B) Böyrəküstü vəzi

C) Hipofiz

D) Göz yaşı vəzi

E) Cinsi vəzilər
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г
379) II tipli şəkərli diabet zamanı miokard infarktının inkişafı üçün risk amillərini göstərin

1. Hipoqlikemiya

2. A/T azalması

3. Hiperqlikemiya

4. Hiperxolesterinemiya

5. Qanın laxtalanma müddətinin artması
A) 1, 2

B) 3, 4, 5

C) 1, 2, 3

D) 1, 5


E) 2, 5
Ədəbiyyat: Аметов А.С. «Избранные лекции по эндокринологии», 2009г , « Алгоритм специализированной помощи больным сахарным диабетом» И.И. Дедов, М.В. Шестакова 2009
380) Böyrəküstü vəzilərin kəskin çatışmamazlığı (Uoterxaysa Frideriksena sindromu) etiologiyası nədən ibarətdir?
A) Böyrəküstü vəzə qansızma

B) Feoxromaqitama

C) Böyrəküstündə şiş

D) Tireotoksikoz

E) Böyrəkdə travma
Ədəbiyyat: Окороков А.Н. Неотложная Эндокринология. 2011 г
381) Feoxromatik kriz (böhran) zamanı hansı hormon göstəricisi artır?
A) Adrenalin, noradrenalin

B) Qlükokortikoidlər

C) Mineral kortikoidlər, qlükoqon

D) Progestron

E) Qlükaqon
Ədəbiyyat: Окороков А.Н. Неотложная Эндокринология. 2011 г
382) Şəkərli diabetlə xəstələrdə arterial təzyiqin seçilmə preparatları hansılardır?

1. AÇF - inhibitorları

2. β - blokatorlar

3. Diuretiklər

4. Makrolidlər

5. Adrenomimetiklər
A) 1, 4, 5

B) 2, 4, 5

C) 2, 3, 4

D) 1, 2, 3

E) 3, 4, 5
Ədəbiyyat: « Алгоритм специализированной помощи больным сахарным диабетом» И.И. Дедов, М.В. Шестакова 2009
383) Sağlam insanın səmərəli sutkalıq qida payında əsas qida maddələrinin (zülal, yağ, karbohidrat) arasındakı kütlə nisbəti necə olmalıdır?
A) 0,8: 1: 3,5

B) 1: 3: 7

C) 1: 3: 4,2

D) 1: 1,2: 4,6

E) 1: 0,5: 6
Ədəbiyyat: К.С.Петровский «Гигиена питания» Москва 1975
384) Flüorozun patogenezində aparıcı faktor kimi hansı mübadilənin pozulması olur?
A) Kalsium - fosfor mübadiləsi

B) Turşu - qələvi tarazlığı

C) Purin mübadiləsi

D) Duz - su balansı

E) Zülal mübadiləsi
Ədəbiyyat: «Гигиена» Г.И.Румянцев Москва «ГЕОТАР-Медиа»2001
385) İçməli suda ftorun yüksək konsentrasiyası orqanizmdə nəyin inkişafına səbəb olur?
A) Methemoqlobin sindromu

B) Urolitiazis

C) Karies

D) Flüoroz

E) Endemik zob
Ədəbiyyat: «Коммунальная гигиена» К.И.Акулов Москва 1986
386) Immun sistemə hansılar aiddir?

1. Limfositlər

2. Neytrofillər

3. Makrofaqlar

4. Dalağın dendrit hüceyrələri

5. Eritrositlər
A) 1, 2, 5

B) 4, 5


C) Yalnız 4

D) 3, 4, 5

E) 1, 2, 3, 4
Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov. Tibbi mikrobioloqiya və immunoloqiya,2010; Г.Лолор-младший,Т.Фишер, Д.Адельман.(ред.) Клиническая иммунология и аллергология, 2000
387) İmmun sistemin orqan və toxumalarına hansılar aiddir?

1. Dalaq

2. Limfa düyünləri

3. Timus

4. Sümük iliyi

5. Mədəaltı vəz
A) 4, 5

B) 3, 4, 5

C) 2, 3, 5

D) 1, 2, 3, 4

E) 1, 3
Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov. Tibbi mikrobioloqiya və immunoloqiya,2010; Г.Лолор-младший,Т.Фишер, Д.Адельман.(ред.) Клиническая иммунология и аллергология, 2000
388) Bakterial mənşəli iltihabın kəskin fazasında zərdabda nəyin artması müşahidə olunur?
A) Sirkulyasiya edən immun komplekslərin

B) Seromukoidlərin

C) İg - lərin

D) C - reaktiv zülalın

E) B - limfositlərin
Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov. Tibbi mikrobioloqiya və immunoloqiya,2010; Г.Лолор-младший,Т.Фишер, Д.Адельман.(ред.) Клиническая иммунология и аллергология, 2000
389) Dəmir tərkibli preparatla müalicənin ilkin effekti hansı müddətdən sonra aşkar olunur?
A) 5 gündən

B) 2 aydan

C) 3 aydan

D) 8 - 12 gündən

E) 14 gündən
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
390) Dəmir tərkibli preparatlar hansı xəstəliklərdə təyin olunmur?
A) Uşaqlığın fibromioması ilə əlaqəli qanaxma

B) Sideroplastik anemiya

C) Helmintozlar

D) Uzunmüddətli qanaxmadan sonra

E) Dişin ekstraksiyası nəticəsində baş verən qanaxmadan sonra
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
391) Aplastik anemiyada nə qeyd olunur?
A) Dəmirin miqdarının çoxalması

B) Limfopeniya

C) Leykositoz

D) Transferrinin doyma əmsalının enməsi

E) Hemoqlobinin səviyyəsinin artması
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
392) Hemolitik anemiyada qanda hansı parametr çoxalır?
A) Xolesterinin səviyyəsi

B) Triqliseridlərin miqdarı

C) Eritrositlərin osmotik rezistentliyi

D) Hemoqlobinin miqdarı

E) Konyuqasiya olunmamış bilirubinin səviyyəsi
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
393) Antioksidant xüsusiyyətə malik olan preparat hansıdır?
A) Ferrum - Lek

B) Vibramitsin

C) Vitamin B2

D) Tokoferol - asetat

E) Prednizolon
Ədəbiyyat: В. Г. Кукес. «Клиническая фармакология» 1999г.
394) Regional limfa vəziləri bədxassəli törəmə zamanı hansı əlamətlər ilə səciyyələnir?
A) Yumşaq, ağrısız

B) Ölçüdə balaca

C) Bərk konsistensiyalı, ağrısız, konqlomerat şəklində

D) Ortasında fluktuasiya mərkəzinin olması

E) Hərəkətli, sulu
Ədəbiyyat: Сальваторе Манджони. «Секреты клинической диагностики» 2004г.
395) Talassemiyanın konservativ müalicəsində hansı dərmanlar istifadə olunur?
A) Metotreksat və azatioprin

B) Ferrum - Lek

C) Prednizolon

D) Antioksidantlar və desferal

E) Kuprenil
Ədəbiyyat: Ф.И. Комаров, А.И. Хазанова. «Диагностика и лечение внутренних болезней» 1998г.
396) Trombositlərin kritik səviyyəsi hansı rəqəm hesab olunur?
A) 70 x 10 9 q / l – 100 x 10 9 q / l

B) 30 x 10 9 q / l aşağı

C) 120 x 10 9 q / l – 100 x 10 9 q / l

D) 30 x 10 9 q / l aşağı

E) 380 x 10 9 q / l - 300 x 10 9 q / l
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
397) β - talassemiya diaqnozu hansı analizlə təsdiq olunur?
A) Zərdabda dəmirin artması ilə

B) Trombositopeniya ilə

C) Pansitopeniya ilə

D) Koaquloqramma ilə

E) Fetal hemoqlobin və hemoqlobinin A2 fraksiyası ilə
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
398) «Kəskin leykoz» diaqnozu nəyin əsasında qoyulur?
A) Qan azlığının

B) Limfa düyünlərin böyüməsinin

C) Şikayətlərin

D) Sitokimyəvi və morfoloji dəyişiliklərin

E) Hepatosplenomeqaliyanın
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
399) “Xroniki mieloleykoz” - un spesifik markeri hansıdır?
A) Leykoformulada mielositlərin olması

B) Trombositoz

C) Splenomeqaliya

D) Hepatosplenomeqaliya

E) Filadelfiya xromosomu (Phı)
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней.Справочник» 1997г.
400) Bioptatda Berezovski – Şternberq hüceyrələr aşkar olması hansı diaqnozu təsdiqləyir?
A) Valdenstrem makroqlobulinemiyasını

B) Rustitski – Kaler xəstəliyini

C) Villebrand xəstəliyini

D) Vilson – Konovalov xəstəliyini

E) Hoçkin xəstəliyini
Ədəbiyyat: Г. П. Матвeйкова. «Лечение внутренних болезней. Справочник» 1997г.
401) “İnfeksion mononukleoz” un törədicisi nədir?
A) Koksaki virusu

B) Trematodlar qrupu

C) Helikobakter pylori

D) Epşteyn – Barr virusu

E) Sitomeqalovirus
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997г.
402) “İnfeksion mononukleoz” un diaqnozunu təsdiqləmək üçün nə kifayətdir?
A) Sidiyin ümumi analizi

B) Limfa vəzinin punksiyası

C) Sitokimyəvi analizi

D) Sümük iliyinin analizi

E) Periferik qanın ümumi analizi
Ədəbiyyat: А. И. Воробьев. «Руководство по гематологии» 1985г.
403) Mütləq limfositoz hansı xəstəlikdə baş verir?
A) Vərəm xəstəliyində

B) Xroniki limfoleykozda

C) Allergiyalarda

D) İltihablı xəstəliklərdə

E) Limfoqranulomatozda
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
404) Hansı xəstəlikdə oynaq boşluğuna qansızma nəticəsində hemartroz əmələ gəlir?
A) Şenleyn - Qenox xəstəliyində

B) Revmatizmdə

C) Verlhof xəstəliyində

D) Reyter xəstəliyində

E) Hemofiliya xəstəliyində
Ədəbiyyat: Г. П. Матвейкова. «Справочник по дифференциальной диагностике внутренних болезней» 1990г.
405) Hemotransfuziyadan əvvəl həkim hansı müayinələri mütləq aparmalıdır?
A) ABO və rezus faktor üzrə donor və resipientin uyğunluq sınağı

B) Sadalanan müayinələrin hamısını

C) ABO sistemi üzrə resipientin qan qrupu və rezus faktoru xəstəlik tarixindəki məlumatlarla tutuşdurulmalı

D) Bioloji sınağı aparmalı

E) Donorun qan qrupu və konteynerin etiketindəki məlumatları tutuşdurulmalı
Ədəbiyyat: Рагимов А. А. «Трансфузиология в реаниматологии» 2005г.
406) Sadalananlardan hansı dezintoksikasion təsir göstərən preparatlara aiddir?
A) Poliamin

B) Hemodez

C) Disol

D) Reopoliqlükin

E) Reomakrodeks
Ədəbiyyat: Рагимов А. А. «Трансфузиология в реаниматологии» 2005г.
407) Prozerinin işlədilməsinə əks göstəriş hansıdır?
A) Qlaukoma

B) Miopatiya

C) Miasteniya

D) Stenokardiya

E) Görmə sinirinin atrofiyası
Ədəbiyyat: М.Д.Машковский. «Лекарственные средства» Медицина . Москва, 2001
408) Terminal vəziyyətin dövrləri hansıdır?
A) Kollaps

B) Stupor

C) Preaqonal

D) Sopor


E) Koma
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
409) Hiperkaliemiyanın kliniki əlamətlərinə aid olmayan hansıdır?
A) Ətrafların paresteziyası

B) Süst ifliclər

C) Taxikardiya

D) Bradikardiya

E) Adinamiya
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə