cü il tarixində əlavə olunub. (371 və 179 sualdan ibarət olan fayl 898 sualın tərkibində mövcuddur)


) Gərginlik pnevmotoraksı zamanı həkimin taktikası necə olmalıdır?



Yüklə 0,82 Mb.
səhifə7/14
tarix10.12.2016
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   14

410) Gərginlik pnevmotoraksı zamanı həkimin taktikası necə olmalıdır?
A) Sol körpücüküstü nahiyədə punksiya

B) 4 - cü qabırğa arasında punksiya

C) 7 - 8 - ci qabırğa arasında punksiya

D) Sağ körpücüküstü nahiyədə punksiya

E) 2 - ci qabırğa arasında punksiya
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
411) Hansı zəhərlənmədə mioz xarakterikdir?
A) Opiatlar

B) Belloid

C) Tizersin

D) Aminazin

E) Atropin
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007.
412) Hansı maddə ilə zəhərlənmə zamanı sifət qırmızı rəng alır?
A) Xlorlu karbohidratlar

B) Fosforun üzvi birləşmələri

C) Dəm qazı

D) Barbituratlar

E) Anilin
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
413) Böyrəkdaşı xəstəliyi zamanı böyrək sancısı üçün nə xarakter deyil?
A) Perkussiya zamanı böyrəkdə ağrı

B) Ağrı qabırğa qövsündən çəpinə istiqamətdə qarnın aşağısına, qasığa irradiasiya edir

C) Ürəkbulanma, qusma

D) Xəstə sakit uzanıb

E) İntensiv tutmaşəkilli ağrı
Ədəbiyyat: Ю.Л.Шевченко « Клинические рекомендации для практикующих врачей» Издательский дом «ГЭОТАР-МЕД» 2002.
414) Mədə - bağırsaq qanaxmasında qara rəngli nəcis nəyi göstərir?
A) Həzm traktının yuxarı hissəsində olan ağır dərəcəli qanaxmanı

B) Yoğun bağırsağın qanaxması

C) Həzm traktının aşağı hissəsində olan ağır dərəcəli qanaxmanı

D) Çənbər bağırsağın qanaxması

E) Mədənin qanaxması
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
415) Qaraciyər kütlüyü nə vaxt itir?
A) Mədə və 12 barmaq bağırsaq xorasının perforasiyası zamanı

B) Mədə - bağırsaq qanaxmasında

C) Miokard infarktında

D) Mezenteral damarların tromboemboliyasında

E) Kəskin xolesistitdə
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
416) Rentgenoloji müayinədə “Kloyber kasacıqları” hansı xəstəlikdə aşkarlanır?
A) Kəskin ürək çatışmazlığı

B) Kəskin bağırsaq keçməzliyi

C) “Ağciyər şoku”

D) Mezenterial arteriyanın tromboemboliyası

E) Kəskin appendisit
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
417) Mezenterial arteriyaların tromboemboliyasında təcili yardım həkiminin taktikası necədir?
A) Təcili hospitalizasiya

B) İmalə etmək

C) Qusmanın stimulyasiyası

D) Yuxarı ətraflara turna qoymaq

E) Aşağı ətraflara turna qoymaq
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
418) Döş qəfəsində bağırsaq küylərinin eşidilməsi nəyin əlamətidir?
A) Diafraqmanın cırılması

B) Uretrada qanın olması

C) Assit

D) Sidik kisəsinin cırılması

E) Bağırsaq keçməzliyi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
419) İntraabdominal mayeni və orqanın parçalanmasını hansı müayinə aşkar edir?
A) Dializ

B) Exoqrafiya

C) Ultrasəs

D) Ensefaloqramma

E) Plazmoferez
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
420) Nitroqliserinlə infuzion terapiya zamanı baş verən hipotenziyada ilk yardım hansıdır?
A) Polyar qarışığın istifadəsi

B) Qlükokortikoidlərin istifadəsi

C) Vazopressorların istifadəsi

D) İnfuziyanı dayandırmaq və xəstənin ayaqlarını yuxarı qaldıraraq uzandırmaq

E) Adrenalinin istifadəsi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
421) Ürəyin tamponadası üçün nə xarakterik deyil?
A) Üzün və boyunun dərisinin sianozu

B) Taxikardiya

C) Boyunun dərialtı venasının şişməsi

D) Ürəyin mütləq kütlüyünün genişlənməsi

E) Arterial təzyiqin kəskin qalxması
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
422) Ürəyin qapalı masajının aparılmasının əsas qaydalarına aid olmayan hansıdır?
A) Xəstə bərk səth üzərində horizontal uzanmalıdır

B) Xəstə yumşaq səth üzərində uzanmalıdır

C) Döş qəfəsinə edilən təzyiqin dərinliyi 4 - 6 sm olmalıdır

D) Masajın tezliyi bir dəqiqədə 80 - 100 olmalıdır

E) Reanimatoloq xəstənin istənilən tərəfində dura bilər
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
423) Hansı halda atropinin işlədilməsi əks göstərişdir?
A) Öd daşı xəstəliyi

B) Bradikardiya

C) Qlaukoma

D) Bronxial astma

E) Miokard infarktı
Ədəbiyyat: М.Д.Машковский. «Лекарственные средства» Медицина . Москва, 2001
424) Kəllə - beyin travmasının kəskin dövründə qlukokortikoidlərdən istifadə nəyə səbəb olur?
A) Mədə-bagırsaq qanaxmalarını artırır

B) İrinli fəsadların inkişafına səbəb olur

C) Hiperqlikemiyaya səbəb olur

D) İmmun sistemi aşağı salır

E) Beyin ödemini azaldır
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
425) Baş beyinin silkələnməsində huşun itirilməsi nə qədər davam edir?
A) Bir neçə saat

B) 1saatdan çox

C) 1 sutkadan çox

D) 1 saata qədər

E) 10 dəqiqəyə qədər
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
426) Baş beyinin silkələnməsində stasionarda qalma müddəti nə qədərdir?
A) 1 ay

B) 3 gün


C) Ambulatar müalicə

D) 7 gün


E) 14 gün
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
427) Reyno xəstəliyinin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Yuxarı ətrafların reovozoqrafiyası

B) Yuxarı ətrafların soyuq sınağı zamanı termoqrafiya

C) Yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

D) Nitroqliserin sınağı ilə yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

E) Yuxarı ətrafların assiloqrafiyası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
428) Aşağı ətraf venalarının varikoz xəstəliyinin kliniki əlamətlərinə nə aiddir?
A) Kosmetik defektə görə şikayətlənmək

B) Dərialtlı venaların böyüməsi, günün axırında ödem və piqmentasiyanın meydana çıxması

C) Bütün sadalananlar

D) Yerli trofiki dəyişiklik

E) Ağrı hiss etməsinə görə şikayətlənmək
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
429) Zenker divertikulu nədir?
A) Mədənin fundal hissəsinin divertikulu

B) Qida borusunun epifrenal divertikulu

C) Qida borusunun abdominal hissəsinin divertikulu

D) Qida borusunun traxeanın bifurkasiyasından keçən hissəsinin divertikulu

E) Udlaq - qida borusu divertikulu
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
430) Dempinq - sindrom zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Fibroqastroduodenoskopiya

B) Kontrastla rentgen müayinə

C) Angioqrafiya

D) USM


E) PH-metriya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
431) Xəncərvari çıxıntının yırtığı zamanı xəstənin şikayətləri ən çox nədən olur?
A) Sağ qabırğaaltı nahiyədə ağrılardan və qusmadan

B) Xəncərvari çıxıntının altında yerinə düzələn şişkinlik olur və ağrı olmur

C) Göbək nahiyəsində ağrılardan və qucmadan

D) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin stenokardiya,xora xəstəliyi və qastritə oxşamasından

E) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin öddaşı və xroniki pankreatitə oxşamasından
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота.В.В.Жебровский.,Москва,2005,381 с,
432) Ağ xətt yırtığına ən çox hansı nahiyədə təsadüf edilir?
A) Epiqastral hahiyədə

B) Hipoqastral hahiyədə

C) Mezoqastral hahiyədə

D) Eyni dərəcədə mezoqastral və hipoqastral hahiyədə

E) Eyni dərəcədə epiqastral və mezoqastral hahiyədə
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота.В.В.Жебровский.,Москва,2005,381 с,
433) Exinokokkla xəstəni əməliyyat etmək mümkün olmazsa hansı preparat istifadə olunur?
A) Vibramisin

B) Piperazin

C) Klindamisin

D) Xinin


E) Mebendazol
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
434) Aşağıda sadalanan hallardan hansı portal hipertenziyaya aid deyil?
A) Dərialtı kollateralların inkişafı, venaların varikoz genəlməsi

B) Qida borusu venalarının genəlməsi

C) Splenomeqaliya

D) Hepatomeqaliya

E) Assit
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
435) Portal hipertenziyanın diaqnozunun qoyulmasında əsas üsul hansıdır?
A) Ezafaqoqastroduodenoskopiya

B) Splenomanometriya

C) Qida borusu və mədənin rentgenskopiyası

D) Hepatomanometriya

E) Portohepatoqrafiya
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
436) Kəskin appendisit diaqnozu ilə uzanmış uşağın yataqda vəziyyəti hansıdır?
A) Sol böyrü üstə

B) Arxası üstə

C) Sağ böyrü üstə ayağını qarnına sıxaraq

D) Oturaq vəziyyətdə

E) Qarnı üstə
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с
437) Xaya qişalarının kəskin yaranmış hidropsu üçün daha xarakterik simptom hansıdır?
A) Ümumi vəziyyətin pisləşməsi

B) Kəskin ağrı

C) Xayalığın hiperemiyası

D) Hərarətin yüksəlməsi

E) Xayalığın bir yarısında şişkinliyin meydana çıxması
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с
438) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olduqda ilk növbədə hansı xəstəliklərdən şübhələnmək lazımdır?
A) Kəskin appendisit

B) Ginekoloji hər hansı bir xəstəlik

C) Böyrək daşı

D) Koprostaz

E) Plevrit
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с
439) Aşağı ətraf venalarının qapaq çatışmazlığını müəyyən etmək üçün aşağıda göstərilən sınaqlardan hansı ən çox informativdir?
A) Delbe - Pertes sınağı

B) Retroqrad yolla çanağın fleboqrafiyası (Valsalv sınağı)

C) Reovazoqrafiya

D) Doppleroqrafiya

E) Fleboqrafiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
440) Mədə qanaxmalarına şübhə olduqda məsləhət görülən müayinə hansıdır?
A) Laporoskopiya

B) Angioqrafiya

C) Qarın boşluğunun icmal rentgenskopiyası

D) Mədənin rentgenskopiyası

E) Təcili fibroqastroduodenoskopiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
441) Qadınlarda kəskin pankreatitin inkişafının əsas səbəbləri hansılardır?
A) Hamiləlik

B) Qarının travması

C) Xroniki xolesistit

D) Kortikosteroidlərin istifadəsi

E) Qaraciyər sirrozu
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
442) Kəskin daxili qanaxmalarda ilk laborator dəyişikliklər qanın aşağıda göstərilən hansı parametrlərində olur?
A) Eritrositlərin çökmə sürətində

B) Arterial qanın Ph və PCO2

C) Hemoqlobinin və hematokritin səviyyəsində

D) Leykoformulada

E) Qanın oksigenlə doyma dərəcəsində
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
443) II qan qrupuna malik xəstəyə təcili plazma köçürülməlidir. Hansını köçürtmək olar?
A) III qrup

B) İstəlinən qrup qan plazmasını

C) IV qrup

D) I qrup

E) Ancaq öz qrupunun
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
444) Anafilaktik şokda təxirəsalınmaz yardım kimi hansı daha çox effektivdir?
A) Noradrenalin

B) Adrenalin, Prednizolon

C) Dimedrol

D) Kalsium xlorid

E) Aminokapron turşusu
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
445) Qlükozanın izotonik məhlulu hansı hesab olunur?
A) 5 %

B) 10 %


C) 0, 8 %

D) 3 %


E) 4, 2 %
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
446) Plazma əvəzedici kimi hansı daha çox effektlidir?
A) Plazma, ringer - laktat

B) Dekstran, plazma

C) Ringer - laktat, kristalloid

D) Fizioloji məhlul

E) Jelatin, plazma
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с
447) Tromb əmələgəlmə ehtimalına nə təsir etmir?
A) Fibrinolitik aktivliyin yuxarı olması, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

B) Fibrinolitik aktivliyin yuxarı olması

C) Fibrinolitik aktivlik yuxarı olması, yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər

D) Fibrinolitik aktivliyin yuxarı olması, yanıqlar, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

E) Yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с
448) Qida borusu zədələnməsinin daha çox rast gəlinən səbəbi hansıdır?
A) Yad cisim

B) Spontan cırılmada

C) Traxeostomiya

D) Endoskopiya

E) Narkoz zamanı traxeyanı intubasiya edərkən
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
449) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?
A) Spirt

B) Qələvi məhlulu

C) Fosfor preparatı

D) İsti su

E) Turşu məhlulu
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с
450) Normada plevral boşluqda hansı təzyiq müşahidə edilir?
A) 0 – a bərabər

B) Mənfi


C) Atmosfer təzyiqdən bir qədər aşağı təzyiq

D) Atmosfer təzyiqinə bərabər

E) Atmosfer təzyiqindən bir qədər yuxarı təzyiq
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
451) Traxeostomiyanın traxeotomiyadan fərqi nədir?
A) Traxeyanın kəsilmə üsulu

B) Traxeya mənfəzinə kanyulanın yeridilməsi

C) Həyata keçirilməsinin müddəti

D) Traxeyaya cərrahi yaxınlaşmanın həyata keçirilməsi

E) Həyata keçirilməsinə göstəriş
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
452) Əgər ürək - ağciyər reanimasiyasını iki nəfər həyata keçirirsə, onda ventilyasiya ürəyin qapalı masajı nisbəti necə olmalıdır?
A) 3 : 15

B) 1 : 15

C) 1 : 10

D) 2 : 10

E) 2 : 15
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
453) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?
A) Distal ödem

B) Lokal ağrı

C) Hərarətin qalxması

D) Dərinin hiperemiyası və vena gedişi boyu ödem

E) Palpasiyada kəskin ağrı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
454) Ürəyin parasimpatik innervasiyası hansı sinir hesabına həyata keçirilir?
A) Dil - udlaq siniri

B) Dilaltı sinir

C) Azan sinir

D) Diafraqmal sinir

E) Blok siniri
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
455) Ürəyin ön səthində sağ və sol mədəciklərinin sərhəddini təşkil edən boylama şırımdan nə keçir?
A) Bütün sadalananlar

B) Sağ tac arteriyası

C) Sağ tac arteriyasının orta şaxəsi

D) Sol tac arteriyasının enən şaxəsi

E) Ürəyin böyük venası
Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с
456) Kis - Flek sinus - qulaqcıq düyünü harda yerləşir?
A) Hamısı düzdür

B) Aşağı boş venanın açıldığı yerdən sola sağ qulaqcıq miokardında

C) Qulaqcıqarası arakəsmədə

D) Sağ qulaqcığın divarında epikardın altında sağ qulaqcıq və yuxarı boş vena arasında

E) Sağ qulaqcığın girəcəyində
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
457) Qulaqcıq - mədəcik düyünü ( Aşof - Tavar ) harada yerləşir?
A) Sağ mədəciyin miokardında

B) Sol qulaqcığın miokardında

C) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində

D) Sol mədəciyin miokardında

E) Sağ mədəcik - qulaqcıq dəliyinindən dorzal tərəfdə
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
458) Mədə və ya 12 - barmaq bağırsaq xorasının perforasiyasına hansı dəlalət edir?
A) Bel nahiyəsində ağrı

B) Leykositozun 15000 qədər yüksəlməsi

C) Epiqastral güclü ağrılar

D) Taxta qarın

E) Sklera və dəri örtüyünün yüngül sarılığı
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с
459) Kəskin pankreatitdə aktivləşmiş fermentlərin ən çox toplaşdığı maye mühit hansıdır?
A) Venoz qan

B) Arterial qan

C) Sidik

D) Limfa


E) Qarın boşluğu eksudatı
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
460) Kəskin pankreatitin kişilərdə əsas inkişaf səbəbləri hansıdır?
A) Kortikosteroidlərin istifadəsi

B) Xroniki xolesistit

C) Alkoqolizm

D) Qarnın travması

E) Qaraciyər sirrozu
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
461) Peritonitlə xəstələrdə aparıcı müalicə üsulunu hansı təşkil edir?
A) Rasional antibiotikoterapiya

B) Tənəffüs pozğunluğu səbəblərinin aradan qaldırılması

C) Cərrahi müdaxilə

D) Dezintoksikasion müalicə

E) Bağırsaq parezi ilə mübarizə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
462) Öd daşı xəstəliyinin rasional müalicəsi hansıdır?
A) Cərrahi

B) Dietik

C) Sanator - kurort

D) Medikamentoz

E) Mineral sularla müalicə
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
463) Su - elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?
A) Bitişmə mənşəli bağırsaq keçməzliyində

B) Stranqulyasion bağırsaq keçməzliyində

C) Spastik bağırsaq keçməzliyində

D) Paralitik bağırsaq keçməzliyində

E) Obturasion bağırsaq keçməzliyində
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
464) Mil sümüyünün tipik yerdə sınığı zamanı immobilizasiya məqsədilə nə istifadə olunur?
A) Bayır və ovuc gips langeti

B) Dirsək oynağına qədər dairəvi gips sargısı

C) Bazunun aşağı 1 / 3 - nə qədər dairəvi gips sarğısı

D) Kənarı gips langeti

E) Ovuc gips langeti
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
465) Hemorroidal qanaxma defekasiya aktı zamanı nə ilə xarakterizə olunur?
A) Nəcisin üstündə al qan ilə

B) Melena ilə

C) Laxtalarla birgə tünd qan ilə

D) Laxtalarla birgə al qan ilə

E) Nəcisdə qan və selik qarışığı ilə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
466) Qida borusunun xərçənginin ən xarakter əlamətləri hansıdır?
A) Disfagiya

B) Döş sümüyü arxasında ağrılar

C) Qusma

D) Ağız suyunun axması

E) Ürəkbulanma
Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с
467) Kəskin kəllə beyin travması və başlanan beyin ödemi olan xəstələrdə hansı preparatlar təyin edilməməlidir?
A) Laziks

B) Mannitol

C) Kontrikal

D) Qlükokortikoidlər

E) Albumin
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
468) Baş beyinin silkələnməsinə nə aiddir?
A) Yüngül dərəcəli kəllə - beyin travması

B) Ağır dərəcəli kəllə - beyin travması

C) Subaraxnoidal qanaxma ilə travma

D) Kəllə sümüklərinin zədələnməsi liə travma

E) Orta kəllə - beyin travması
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
469) Reyno xəstəliyi üçün hansı xarakterikdir?
A) Aşağı ətrafda, əsasən barmaqlarda yeriş zamanı ağrılar

B) Yuxarı ətrafın barmaqlarında aşağı temperatur nəticəsində artan ağrı və keyimə

C) Yuxarı ətrafın barmaqlarında yuxarı temperatur nəticəsində ağrı və keyimə

D) Aşağı ətrafda aşağı temperatur zamanı ağrılar

E) Qeyd olunanların hamısı
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
470) Qida borusunun yad cismi zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Rentgenoqrafiya

B) Ezofaqomanometriya

C) PH - metriya

D) Fibroezofaqoqastroskopiya

E) USM
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
471) Reflüks - ezofagitin əmələ gəlməsinə səbəb olan hansıdır?
A) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi

B) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi

C) Diafraqmanın qida borusu dəliyinin daralması

D) Kardiyanın xalaziyası nəticəsində mədə turşusunun qida borusunun distal hissəsinə zədələyici təsiri

E) Qida borusunun epifrenal divertikulu
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
472) Reflüks - ezofagitin diaqnostikası zamanı hansı üsul informativ deyil?
A) Kontrast rentgenqrafiya

B) Fibroezofaqoqastroduodenoskopiya

C) Ezofaqomanometriya

D) PH - metriya

E) USM
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
473) Diafraqmanın relaksasiyasının diaqnostikası zamanı ən informativ üsul hansıdır?
A) PH - metriya

B) Fibroezofaqoqastroduodenoskopiya

C) Rentgen müayinə

D) Ezofaqomanometriya

E) USM
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
474) Kəskin daşsız xolesistitin rasional müalicəsi hansıdır?
A) Mineral sularla müalicə

B) Dietik

C) Sanator - kurort

D) Medikamentoz

E) Cərrahi
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə