ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
  1   2   3   4   5   6   7   8   9   ...   27

ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯРÀÊÀÄÅÌÈJÀÑÛ 

ÔÎËÊËÎРÈÍÑÒÈÒÓÒÓ 

 ______________________________________________ 

 

 

 

 

GÜNEY 



AZƏRBAYCAN  

FOLKLORU 

 

 



 

I KİTAB 

 

(Təbriz, Yekanat və Həmədan ərazilərindən 



toplanmış folklor örnəkləri)

 

 

 



 

 

 



 

 

 



ÁÀÊÛ – 2013 

 



Àçяðáàj‡àí Ðåñïóáëèêàñû ÌÅÀ 



Ôîëêëîð Èíñòèòóòó Åëìè Øóðàñûíûí 

ãяðàðû èëя ÷àï îëóíóð. 

 

 



 

 

ÒÎÏËÀÉANI:  

 

Məmmədəli Qövsi FƏRZANƏ 

 

 

 



 

 

 



ELMİ REDAKTORU VƏ  

ÖN SÖZÜN MÜƏLLİFİ:  fil.ü.e.d. prof. İsrafil ABBASLI 

 

 



ТЯРТИБ ЕДЯНİ:  

 fil.ü.f.d.  

Sönməz ABBASLI 

 

 



ÐЯJ×ÈËЯÐ:  

 

fil.ü.f.d., dos. Rza XƏLİLOV 



 

 

 



 

фil.ц.ф.д., dos. Язиз ЯЛЯКБЯРЛИ 



 

 

 



 

 

 



 

 

Güney Azərbaycan folkloru, I kitab (Təbriz, Yekanat və 

Həmədan  ərazilərindən  toplanmış  folklor  örnəkləri).  Bakı, 

“Elm və təhsil” nəşriyyatı, 2013, 456 səh. 

 

Kitaba Güney  Azərbaycanın Təbriz, Yekanat və Həmədan ərazi-



lərindən toplanmış folklor örnəkləri daxil edilmişdir. 

 

А 3202050000 

Qrifli nəşr 

        098 - 2013 

 

 

 



 

 

  



 © Фолклор Институту, 2013.  

 


 



ÖN SÖZ ƏVƏZİ 



 

Çoxcildli  “Azərbaycan  folkloru antologiyası”nın (AFA)  ilk 

cildinin nəşrindən iyirmi ilə yaxın bir dövr keçib. AMEA Niza-

mi adına Ədəbiyyat İnstitutu Folklor şöbəsinin layihəsi və bizim 

əksər  kitabların  bu  və  ya  digər  formada  (toplayıcı,  tərtibçi,  re-

daktor, rəyçi və ön söz müəllifi) iştirakçısı olduğumuz bu seriya-

nın  artıq  23  cildi  (Əslində  Azərnəşrdə  çap  olunmuş  “Borçalı 

folkloru  antologiyası”  (1997),  “Ağbaba  folkloru  antologiyası” 

(1999)  kitabları  da  bu  seriyanın  tərkib  hissəsi  sayılmalıdır)  işıq 

üzü görmüşdür. 

Zəngin,  rəngarəng  və  çoxyönlü  çalarlarla,  ideya-məzmun 

əlvanlığı,  bədii-poetik tutumu  ilə tarix boyu  yaradıcısı olan xal-

qın (etnosun, soykökün) sərvətinə çevrilmiş  bu şifahi  söz sənəti 

– folklor irsi əslində bu gün böyük əksəriyyəti doğma tarixi tor-

paqlarında  yaşayan  və  dünyanın  müxtəlif  ölkələrinə  səpələnmiş 

sayı 50 milyonu keçən Azərbaycan türklərinin mənəvi dünyasını 

ehtiva  etməkdədir.  Belə  bir  mənəvi  xəzinəni  bütövlükdə  nəşr 

etmək işi isə gələcəklə bağlıdır və bu gün həyata keçirilməsi real 

olmayan bir arzu kimi qalmaqdadır. 

Biz, seriyanın (AFA) I cildinə “Azərbaycan folkloru antolo-

giyası”  başlıqlı  ön  sözdə  keçmiş  SSRİ  xalqlarının  çoxcildli 

folklor nəşrləri (onların söykəndiyi qaynaqlar, prinsiplər, mövzu 

təsnifatı, əhatə çevrələri və s.) kontekstində Azərbaycan folkloru 

örnəklərinə  nəzər  salmış  və  bu  yöndə  AFA    seriyası  nəşrinin 

seçilməsi  istiqamətini  əsaslandırmağa  çalışmışıq.  Həmçinin,  ön 

sözdə qeyd olunur ki, belə bir təqdirəlayiq ədəbi-mədəni  hadisə 

xalqımızın yüzilliklər boyu yaranan, yaddaşlarda qorunan şifahi 

söz sənətinin səciyyəvi cəhətlərini üzə çıxarmaq məqsədi güdür. 

Bu məqsəd isə qismən də olsa, yerinə yetirilmiş və hazırda da bu 

iş  yeni  istiqamətdə  (Qarabağ:  folklor  da  bir  tarixdir,  I,  II  və  III 

kitablar, Bakı, Elm və təhsil, 2012) davam etdirilməkdədir. 

AFA  seriyasının  nəşrində  öncədən  elan  olunmuş  aşağıdakı 

prinsiplərə  əməl  olunmuşdur:  hər  bir  bölgənin  (regionun)  tarixi 


 

keçmişi  və  folklor  örnəklərinin  özünəməxsus  səciyyəvi  özəllik-



ləri  barədə  ön  söz;  örnəklərin  (ərazinin  danışıq  tərzi,  dialekt  və 

şivə-ləhcə xüsusiyyətləri qorunmaqla) növ və janrlar üzrə tə



 

tarixən  İraq  ərazisində  məskunlaşmış  türkman  soydaşlarımızın 



folklor  irsinin  seriyada xüsusi  yer alması da təqdirəlayiq hadisə 

kimi  dəyərləndirilə  bilər.  Məsələyə  bu  baxımdan  yanaşılarsa, 

sayı milyonlarla ölçülən Güney (Cənubi) Azərbaycan türklərinin 

şifahi  söz  sənəti  irsi  yeni  istiqamətli  nəşrin  aparıcı  istiqamətini, 

maddi-mənəvi yükünü, ağırlıq nöqtəsini təşkil etməlidir. 

AFA-ya  ön  sözdə  xatırlatmışdıq  ki,  Cənubi  Azərbaycan 

folkloru  önəmli  nəşrlərdən  olacaqdır.  Nəhayət,  uzun  illik 

fasilədən sonra belə bir toplu işıq üzü görür.  

“Güney Azərbaycan folkloru” cildi çapa hazırlanarkən, bizi 

həmişə bir məsələ düşündürürdü. Bu gün müstəqil Azərbaycanın 

əhatə etdiyi  bölgələrin  folklor kitablarının sayı  iyirmi cildi keç-

diyi  halda,  Güney  Azərbaycana  etinasızlıq  göstərmək  olarmı?! 

Hərgah müstəqil Azərbaycanın 9 milyonluq sakinlərinin mənəvi 

irsi  bundan sonra da toplanıb,  əbədiləşdirilərək öz sayını artıra-

caqsa, sayı 30-35 milyon civarında qeyd edilən Güney soydaşla-

rımızın  mənəvi  irsi  –  şifahi  söz  sənəti,  görəsən,  neçə  cildə  sığa 

bilər?!  Biz  hələ  mədəniyyət  çevrəsi  ilə  ölçülən  dünya  azərbay-

canlılarının poetik söz sənətini demirik! 

Bəllidir  ki,  İran  Azərbaycanı  türklərinin  ədəbi-bədii  və 

folklor  irsini  nəşr  etmək  həmişə  gündəmdə  olmuşdur.  Bir  neçə 

cilddə  nəşr  olunmuş  “Cənubi  Azərbaycan  ədəbiyyatı  antologi-

yası”  (burada  folklor  örnəkləri  də  özünə  yer  almışdır),  “Cənubi 

Azərbaycan müntəxabatı” (1998), prof. B.Abdullanın tərtib etdi-

yi “Arazam, Kürə bəndəm” toplusu və s. belə nəşrlərdəndir. Bu 

silsilənin davamı kimi dəyərləndirilə bilən Güney Azərbaycanın 

tanınmış  folklorşünası  M.Ə.Fərzanənin  topladığı  örnəklər  əsa-

sında  tərtib  edilmiş  bu  cild  də  Güney  Azərbaycan  folklorunun 

gələcək nəşrləri üçün cığır aça biləcəkdir.  

Biz, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şu-

rasının  fəxri  üzvləri  olan  dövrdə  İraq-Türkman  şair-ədibi  dok. 

Əbdüllətif  Bəndəroğlu  və  güneyli  həmkarım  M.Fərzanədən  xa-

hiş  etmişdik  ki,  vətəndaşı  olduqları  ölkənin  folklor  toplularını 

hazırlasınlar. Ə.Bəndəroğlu və İraq türkmanlarının mənəvi irsini 


 

Azərbaycan elmi dövriyyəsinə gətirən və bu sahədə misilsiz xid-



mətləri  olan  azərbaycanşünas  alimimiz  prof.  Qəzənfər  Paşayev 

belə  bir  antologiyanı  AFA-nın  növbəti  kitabı  kimi  hazırlayıb 

oxuculara təqdim etdilər (AFA, İraq-Türkman cildi, 1999). 

Elə  həmin  dövrdə  M.Fərzanə  də  Güney  Azərbaycan  folk-

loru örnəklərindən ibarət əlyazmasını bizə təqdim etmişdi. Lakin 

M.Fərzanənin hazırladığı “toplu” yalnız söz sənəti örnəklərindən 

ibarət olmayıb  etnoqrafik,  tarixi,  arxeoloji,  ədəbi,  coğrafi  və  bu 

kimi çoxyönlü memuar-xatirə səciyyəli yazıları çevrələyirdi. 

M.Fərzanənin  təqdim  etdiyi  materiallar  içərisindən  folklor 

örnəklərini seçmək, onları məzmun, tutum və ideya baxımından 

saf-çürük  edib  sistemləşdirmək  işimiz  uzun  illər  davam  etdi... 

M.Fərzanə  folklor  örnəklərinin  söyləyiciləri,  toplayıcıları  haq-

qında  heç  bir  pasportlaşdırma  qeydləri  aparmamışdı.  Folklor 

İnstitutunda cənublu həmkarımızla görüşümüz zamanı (iki dəfə) 

ona  ünvanladığımız  sualları,  aldığımız  cavabları  xatırlatmaq 

istərdik: 

–  Ağa,  nə  üçün  Sizin  təqdim  etdiyiniz  folklor  örnəklərinin 

heç birində onların söyləyiciləri, toplayıcıları  barədə bilgi  veril-

məmişdir? Axı, bu məlumat folklor materiallarının nəşrində əsas 

şərtlərdən sayılır! 

Cavab: Toplama  işi  Azərbaycan türkcəsində təhsil almağın 

(oxumağın) və danışmağın yasaq olunduğu bir dövrdə aparılmış-

dır.  Həmin  tarixi  mərhələdə  söyləyicilərin  və  toplayıcıların 

soyadlarının açıqlanması onların həbsi ilə nəticələnə bilərdi. 

Məsələ onsuz da bəlli idi və əlavə sorğuya ehtiyac qalmadı. 

M.Fərzanənin  təqdim  etdiyi  folklor  örnəklərində  nəinki  təkcə 

söyləyici  və  toplayıcılar  barədə  məlumat  verilməmiş,  həmçinin 

bütün  söz  sənəti  nümunələrinin  əksəriyyəti  fars  dilində  uyğun 

nəşrlərdə  çap  olunmuşdur.  Bizə  verilən  materiallar  isə  orijinal-

larının  qorunmadığı  ucbatından  yenidən  farscadan  Azərbaycan 

türkcəsinə  tərcümə  olunmuşdur.  Ana  dilinin,  oxunun,  yazının 

qadağan  olunduğu  bu  tarixi  mərhələni  səciyyələndirmək  üçün 

həmin mənzərəyə ötəri nəzər salmaq kifayətdir. 


 

Güney  Azərbaycanda  folklor  toplamağın  çətinliklərindən 



söz açan şair-publisist və folklorçu Mirhidayət Hesari qeyd edir-

di ki, Azərbaycan şifahi söz sənəti örnəkləri  farscaya çevrilərək 

həm İran radiosu, həm də  mətbuatda fars  folklor örnəkləri kimi 

təqdim  olunurdu.  Bununla  da  fars  folkloruna  qarışmış  nümunə-

ləri  seçmək,  ayırd  etmək  mümkün  deyildi

1

.  Bu  baxımdan, 



M.Hesari Əli Əkbər Dehxudanın dörd cildlik  “Məsəllər və  hik-

mətli  sözlər”  əsərini  Azərbaycan  folklorunu  fars  örnəkləri  kimi 

təqdim edən nəşrlərdən sayırdı. 

Əlli  üç  illik  Pəhləvi  rejimi  dönəmində  Azərbaycan  türkcə-

sində  danışmağın  yasaq  olunması,  bu  məsələ  ilə  bağlı  cərimə 

tətbiq edilməsi barədə öz xatirələrində söz açan tanınmış dilçi və 

ədəbiyyatşünas  Həmid  Nitqi  yazır:  “...ibtidai  məktəbdə  oxudu-

ğum  vaxt  dilimiz  yasaq  olunduğu  illər  türkcə  danışdığım  üçün 

məndən  ilk  cəriməni  aldılar,  onda  mən  türkcənin  və  farscanın 

fərqinə  vaqif  oldum.  Anladım  ki,  fərqləri  varmış,  evdə  olanda 

atam deyərdi ki, filan kəlmənin farscası yoxdur”

2



Əlbəttə, Azərbaycan türkcəsinin, geniş anlamda isə ümumiy-

yətlə  türk  dilinin  fars  dili  ilə  müqayisədə  daha  zəngin  çalarlara, 

söz  ehtiyatına  malik  olduğu  haqqında  istər  ünlü  tarixi  simalar, 

istərsə  də  çağdaş  araşdırıcılar  onlarla  tədqiqatlar  yazmış  və 

dəyərli  fikirlər  söyləmişlər.  Əmir  Əlişir  Nəvainin  çağatay  dilinin 

farsca  müqayisədə  hansı  üstünlüklərə,  zənginliklərə  malik  oldu-

ğunu müəyyənləşdirən “Mühakimətül-lüğəteyn” əsəri də daxil ol-

maqla  bu problemin  öyrənilməsi  güneyli  həmkarlarımızın  da  hə-

mişə  diqqət  mərkəzində  olmuşdur.  Maraqlıdır  ki,  dok.  Cavad 

Heyət  “Moğoyesət-ül-lüğəteyn”  (“Müqayisəli  lüğət”)  əsərində 

1650 türk sözünün fars dilində qarşılığının olmamasını aşkarlamış 

və belə bir nəticəyə gəlmişdir ki, farslar bu sözlərin əvəzinə ərəb 

və  türk  dillərindən  alınan  sözlərdən  istifadə  etmişlər.  Bu  baxım-

dan  Güney  folkloru  toplusunda  təqdim  olunan  mətnlərin  qeyd 

                                                

1

 Hesari M. Folklor yığmaqda qabaqcıllar, “Varlıq” dərg., 1996, № 103, s. 49-54 



2

 Hüseynova  N.  Cənubi  Azərbaycan  ədəbiyyatı  müasir  mərhələdə  yaxud, 

“Varlıq” ədəbi məktəbinin nümayəndələri. Bakı, “Elm və təhsil”, 2010, s.44 


 

edilən  səbəblər  ucbatından  farscadan  Azərbaycan  türkcəsinə  tər-



cüməsi  zamanı  canlı  danışıq  dilinin,  milli  koloritin  nə  dərəcədə 

qorunduğunu yəqin etmək mümkündür. 

Son illərdə aparılmış  araşdırmada  Güney  Azərbaycan türk-

lərinin  ictimai-siyasi,  mədəni-mənəvi  mühiti  belə  səciyyələndi-

rilmişdir:  “...Azərbaycan  dilinin,  ədəbiyyatının,  mətbuatının  və 

bir  sözlə  desək  –  Azərbaycan  milli-mədəni  varlığının  yasaq 

olunduğu  illərdə  bu  milli  varlığın  ən  geniş  və  kütləvi  sahəsi 

sayılan xalq yaradıcılığı məhsullarının toplanması, araşdırma və 

nəşr məsələsi hələ öz yerində qalsın, hətta ana dili, xalq varlığı, 

xalq  ədəbiyyatı  və  xalq  inancları  kimi  sözləri  ağıza  alıb  danış-

maq belə bağışlanmaz günah sayılırdı”

3

. Həmin fikirləri özgə bir 



formada  ifadə edən cənublu  həmkarımız  M.Səbri  M.Fərzanənin 

“Varlıq”da nəşr olunmuş (1996, № 201-2, s. 29-41) “Pəhləvi re-

jimində  Güney  Azərbaycanda  şifahi  xalq  ədəbiyyatının  toplan-

ması,  araşdırılması  və  nəşri  tarixindən”  məqaləsinə  istinadən 

qeyd  etmişdir  ki,  Pəhləvi  rejimi  xalqın  milli-mənəvi  duyğu  və 

düşüncələrindən süzülüb gələn və onların tarixi milli qəhrəman-

lıqlarını,  mədəni  bədii  varlıqlarını  canlandıran  xalq  ədəbiyyatı-

nın toplanması və nəşrinə imkan verməmişdir.

4

 

İranda  Azərbaycan  türk  folklorunun  Pəhləvi  dönəmindəki 



nəşri barədə söz açan Ə.Sərrafi olduqca acınacaqlı bir faktı belə 

ifadə etmişdir: 53 illik Pəhləvi rejimi illərində folklorumuza aid 

cəmi  26  kitab  işıq  üzü  görmüşdür  ki,  onların  ancaq  8-i  türkcə, 

qalanı  isə  farscadır  (yaxud,  əsasən  fars  dilindədir)

5

.  Əlbəttə,  bu 



rəqəmlər  o  qədər  də  inandırıcı  səslənmir  və  biz  Güney  Azər-

baycan  folklorşünaslığının  yaranması,  təkamül  yolları  və  nəşri 

problemləri  barədə  az-çox  məlumat  verdiyimiz  üçün  bir  daha 

                                                

3

 Səbri  Məryəm.  Cənubi  Azərbaycan  folklorunun  toplanması,  nəşri  və  təd-



qiqində “Varlıq” jurnalının rolu, filologiya üzrə fəlsəfə doktoru dissertasiyası, 

Bakı,  2011,  s.  11.  “Varlıq”  dərgisi  ilə  bağlı  özgə  bir nəşr  P.Məmmədovanın 

araşdırmasıdır: “Varlıq” jurnalında ədəbiyyat məsələləri, Bakı, Elm, 2000 

4

 Yenə orada, s.11 



5

 Sərrafi Ə. İran türklərinin dili və folkloru, “Varlıq” dərgisi, 1999, №114-3, 

s. 60-71 


 

həmin  məsələlərə qayıtmağa ehtiyac duymuruq



6

. Yalnız M.Fər-

zanənin  etirafını  xatırlatmaq  istərdik.  O  öz  araşdırmalarında 

dəfələrlə  vurğulamışdır  ki,  Güney  Azərbaycanda  xalq  ədəbiy-

yatının  səmərəli  toplanılıb  mətbuatda  çap olunması  1945-1946-

cı illərə təsadüf edir. 

“Güney  Azərbaycan  folkloru”  toplusunda  M.Fərza-  nənin 

həyat  yolu  və  elmi  fəaliyyəti  barədə  ayrıca  oçerk  təqdim  edil-

diyini  nəzərə  alıb,  yalnız  onu  qeyd  etmək  istərdik  ki,  müəllifin 

“Varlıq” dərgisinin ayrı-ayrı saylarında çap olunmuş “Ana dilimiz 

və  milli  varlığımız  uğrunda  mübarizələr  dəftərindən”  silsilə 

yazılarında, habelə “Azərbaycan el ədəbiyyatından atalar sözü və 

məsəllərə aid bir orijinal əsər”, “Azərbaycan el mahnıları”, “Dədə 

Qorqud  boylarının  dil  və  üslub  özəlliklərini  Azərbaycan  türkcə-

sində aramalıyıq”, “Novruz – el bayramı, bahar bayramı B.Q.Sə-

həndin şeirində”, “Pəhləvi rejimində Güney Azərbaycanda şifahi 

xalq ədəbiyyatının toplanması, araşdırılması və nəşri tarixindən”, 

“Söz  dünyamız  və  folklor”,  “Molla  Nəsrəddin  lətifələri”  və  s. 

kimi məqalələrində folklorumuzun çoxyönlü qayğıları, qaynaqları 

kimi bir sıra önəmli məsələlərə toxunulmuşdur. 

İranda  yaşayan  türk  mənşəli  tayfalar:  qaşqaylar  (2  milyon-

dan çox olub 90 oba və eldə məskunlaşmışlar), şahsevən, xəlac, 

türkman, padar, tərəkəmə – ümumilikdə isə Azərbaycan türkləri 

etnik baxımdan az yad edilmiş, xalqın mənəvi irsinin toplanma-

sında  misilsiz  zəhməti  olan  hüquqşünas  folklorçu  –  Əli  Kəma-

linin  sözləri  ilə  desək  “...İranın  milli  və  etnik  tərkibi  ilə  bağlı 

dünya türkologiyası uzun müddət aldadılmışdır”

7



                                                

6

 Abbaslı  İ.  Folklorşünaslıq.  Azərbaycan  ədəbiyyatı  tarixi, altı  cilddə,  I  cild, 



Bakı,  “Elm”,  2004,  s.  699-701.Yenə  onun:  Azərbaycan  folklorşünaslığının 

təşəkkülü  və  inkişaf  mərhələləri,  “Azərbaycan  şifahi  xalq  ədəbiyyatına  dair 

tədqiqlər”, IX kitab, Bakı, Səda, 2000 

7

 Hüseynova  N.  Cənubi  Azərbaycan  ədəbiyyatı  müasir  mərhələdə  yaxud, 



“Varlıq” ədəbi məktəbinin nümayəndələri, s.160 

 

10 


İran hakimiyyətinin Güney  Azərbaycanla bağlı dövlət siya-

səti  onlarla  araşdırmalar,  nəşrlər  mövzusuna  çevrilmişdir.  Bu 

istiqamətdə xeyli işlər görülmüş və görülməkdədir.  

Son  illərdə  güneyli  ziyalılarla,  folklor  həvəskarları  ilə  gö-

rüşlərimiz  zamanı  İran  hakimiyyətinin  dövlət  siyasətində  ermə-

nilərə bəslənilən  münasibətlə bağlı  suallar vermiş, erməni dilin-

də  folklor  nəşrlərindən  nə  dərəcədə  xəbərdar  olduqları  barədə 

maraqlanmışıq. Sorğularımıza cavab ala bilməmişik.  

Bu gün çoxlarını düşündürə bilər ki, tarixi torpaqlarında ya-

şayıb  öz  əsrlik  gələnəklərini  davam  etdirən  və  sayları  milyon-

larla ölçülən İran türklərinin  maddi-mənəvi  irsləri azlıqda qalan 

ermənilərin mədəniyyətləri ilə bir səviyyədə dayana bilərmi? Bu 

problem  tarixi  xronoloji  baxımdan  açıqlanmalı  və  çoxyönlü 

araşdırmaların  predmetinə  çevrilməlidir.  Biz  isə  bu  məsələ  ilə 

bağlı  düşüncələrimizi  cənublu  həmkarlarımızla  bölüşdürmək 

istərdik.  

Heç  bir  müdaxilə  etmədən  İran  erməniləri  ilə  bağlı  erməni 

qaynaqlarında  qorunmuş  əsas  məqamları  təqdim  etmək  bir  çox 

mətləblərə aydınlıq gətirə bilər. 

Akad.  H.Acaryanın  hesablamalarına  görə  bizim  eradan 

öncə  VII  əsrdən  başlayaraq  Firdovsinin  yaşadığı  yüzilliyə  kimi 

(XI  ə.)  tam  1600  il  ermənilər  İran  tayfaları  ilə  qonşuluqda  ya-

şamışlar.  Onun  tam  900  ilini  onlar  farsların,  yaxud  fars  haki-

miyyətinin vassalı olmuşlar

8

.  


Erməni  dilli  qaynaqlardakı  ayrı-ayrı  faktlar  təsdiq  edir  ki, 

hələ XI-XII  əsrlərdə  fars dili ermənilər  içərisində tədris olunur-

muş. Bu dil həm dövlət dili sayılmış, həm də iqtisadi  əlaqələrin 

möhkəmləndirilməsində  mühüm  rol  oynamışdır.  XI  yüzilliyin 

birinci  yarısından  etibarən  farscadan  ermənicəyə  tərcümə  əsər-

lərinə  təsadüf  edilir.  İlk  dəfə  olaraq  Əbubəkr  Məhəmməd  ibn 

Zəkəriyyə  Razinin  (869-925)  tibb  əsəri  ermənicəyə  çevrilmiş-

                                                

8

 Acaryan H. Erməni dilinin tarixi, I hissə, İrəvan, 1940, s. 222 (ermənicə) 



 

11 


dir

9

.  XVIII  əsrin  müəllifi  Gevork  Dpir  (1737-1812)  tərəfindən 



farsca-türkcə  lüğət  əsasında  hazırlanmış  “Farsca-ermənicə  lü-

ğət”  də  fars-erməni  münasibətlərinin  tarixində  mühüm  mədəni 

hadisələrdən sayılmışdır

10

.  



Fars-erməni ədəbi əlaqələrinin mühüm bir həlqəsi də “Şah-

namə” “Sasna dzrer”, “Rüstəm-Zal” mənqəbəsinin qarşılıqlı mü-

qayisəli təhlilindən irəli gələn məsələlərdir. “Firdovsi: İran mifik 

motivləri “Şahnamə”də və erməni qaynaqlarında”, “Şahnamə və 

erməni  mənbələri”  və  bu  tipli  araşdırmalarda  Firdovsinin  öz 

tarixi  əsərində  erməni  mifik  qaynaqlarından  faydalandığını 

müəyyənləşdirməyə cəhd göstərilmişdir

11



Bu  ötəri  xatırlatmadan  sonra  düşünürük  ki,  “Şahnamə”nin 

Oğuz-türk  mifoloji  qaynaqları  əsasında  öyrənilməsinin  vaxtı 

çatmışdır.  Güneyli  həmkarlarımızın  araşdırmaları  bu  məsələyə 

qismən  də  olsa  cığır  açmışdır.  Doktor  Həmid  Nitqinin  (1920-

1999)  “Təzə  nəzəriyyələr:  tanıtmaq  və  tanıtmağa  doğru”  məqa-

ləsini təhlil  edən ədəbiyyatşünas N.Hüseynova  yazır: “...Doktor 

Həmid Nitqi göstərmişdir ki, 1071-ci  il Oğuzların Azərbaycana 

son  gəlişi  sayılır.  Amma  müəllif  (Həmid  Nitqi)  onların  burada 

miladdan qabaqkı üçüncü və ikinci minilliklər arasında yaşadıq-

larını tarixi faktlara söykənərək müəyyənləşdirmişdir”

12

. Bu mə-


nada  “Şahnamə”ni  Oğuz-türk  mifologiyası  kontekstində  öyrən-

mək daha  məntiqli, tutarlı  və  məqsədyönlü sayıla  bilər. Və belə 

bir tədqiqatın aparılması gündəmdə duran  mühüm məsələlərdən 

olmalıdır.  Bu  yerdə  prof.  Xalıq  Koroğlunun  araşdırmalarından 

bir  məqamı  xatırlatmaq  yerinə  düşər.  Ötən  yüzilliyin  70-ci  illə-

rindən  başlayaraq  Moskvada  “SSRİ  xalqları  eposu”  seriyasında 

nəşr olunacaq Azərbaycan “Koroğlu”sunun variantlarından biri-

                                                

9

 Çukaszyan B.A. Erməni-İran ədəbi əlaqələri (V-XVIII əsrlər), İrəvan, Erm. 



EA nəşriyyatı, 1963, s. 208 (ermənicə) 

10

 Yenə orada 



11

 Şahsuvaryan  Av.  “Şahnamə”  və  erməni  mənbələri,  İrəvan,  “Hayastan” 

nəşriyyatı, 1967(ermənicə) 

12

 Hüseynova  N.  Cənibi  Azərbaycan  ədəbiyyatı  müasir  mərhələdə  yaxud 



“Varlıq” ədəbi məktəbinin nümayəndələri, s.60 

 

12 


nə ön söz yazmış prof. X.Koroğlu eposun mifoloji qaynaqlarına 

toxunaraq  “Şahnamə”ni  Oğuz-türk  mifologiyası  əsasında  öyrə-

nilməsini  də  ön  plana  çəkmiş  və  mövzunun  əsas  xətlərini,  mə-

qamlarını,  görüntülərini  müəyyənləşdirməyə  çalışmışdır.  Lakin 

Azərbaycan  “Koroğlu”sunun  Moskva  nəşri  baş  tutmadı.  Bu 

barədə  müfəssəl  məlumat  verdiyimizi

13

 nəzərə  alıb  mətləbdən 



kənara çıxmaq istəmirik. 

Erməni-fars tarixi, mədəni-ədəbi əlaqələrinin əsrlik köklərə, 

rişələrə malik olduğunu vurğulayan özgə araşdırmalar da vardır. 

Onlardan  söz  açmaq  imkan  xaricindədir.  Təbrizdə  doğulub 

Azərbaycan  mücadilə  hərəkatının  iştirakçısı  olmuş,  erməni-fars 

ədəbi  əlaqələri  sahəsində  bir  sıra  araşdırmaların  müəllifi  B.Çu-

kaszyan Movses Xorenasiyə istinadən qeyd edir ki, Kiçik Midi-

yanın çarı Ajdahaq (erməni qaynaqları Astiaqı bu şəkildə təqdim 

edir) erməni çarı Tiqranın bacısı Tiqranuhi ilə evlənmiş, bununla 

da onlar arasında sıx münasibətlər yaranmışdır. Lakin Tiqranuhi 

Ajdahaqa  böyük  məhəbbət  bəsləsə  də  qardaşına  (Tiqrana)  qarşı 

hazırlanan qanlı cinayətləri gizli yolla ona xəbər verirmiş

14



Daha  sonra  müəllif  xatırladır  ki,  Ajdahaq  və  Firudun  haq-



qında dolaşan İran mifik rəvayətləri də M.Xorenasinin tarixində 

qələmə alınmışdır. O da vurğulanır ki, IV əsrdə yaşamış fars ta-

rixçisi  Xorobut  haqqında  məlumat  heç  bir  qaynaqda  qorunma-

yıb, yalnız Movses Xorenasinin əsərində özünə yer almışdır

15

.  


Erməni  qaynaqlarında  ermənilərin  tarixən  İranda  məskun-

laşması,  farslarla  sıx  siyasi-iqtisadi  və  mədəni  əlaqələrdə  yaşa-

maları  barədə  araşdırmalar  çoxdur.  Burada  köçürülmələr,  məs-

kunlaşmalar  haqqında  rəsmi  rəqəmlərin  statistikası  barədə  ötəri 

xatırlatmalarla  kifayətlənmək  istərdik:  I  Şah  Abbasın  köçürmə 

siyasəti  (rus  tarixşünaslığına  “Velikiy  syurgin”  istilahı  ilə  daxil 

                                                

13

 Abbaslı  İ.  Dastanlarımızın  Moskva  nəşrinin  taleyi:  vəziyyətimiz  və 



vəzifələrimiz, Folklorşünaslıq axtarışları, II cilddə, I cild, Bakı, Nurlan, 2009, 

s.451-462 

14

 Çukaszyan B.A.Erməni-İran ədəbi əlaqələri (V-XVIII əsrlər), s.203  



15

 Yenə orada 



 

13 


olmuş  bu  söz  əslində  Arakel  Təbrizliyə  məxsusdur)  dövründə 

(1603-1604)  İrana  köçürülmüş  ermənilərin  sayı  təxminən  500 

min  nəfərə  çatmışdır.  Köçürülmüş  ermənilər  Qəzvində,  İsfahan 

və onun ətrafında, Mazandaranda, Gilanda, Şirazda, 1605-ci ildə 

əsası  ermənilər  tərəfindən  qoyulmuş  Nor-Cuğada  (tezliklə  bura 

ticarət,  sənətkarlıq,  mədəniyyət  mərkəzinə  çevrilmişdir)  məs-

kunlaşmışlar

16



“Xarici  erməni  koloniyaları  bu  gün”  kitabının  İrana  həsr 

olunmuş  bölməsində  qeyd  edilir  ki,  “Hazırda  İranda  140  min 

erməni yaşayır. Onların 60 mini Tehranda məskunlaşıb. İsfahan 

mahalında yerləşən Nor-Cuğada təxminən 8 min erməni yaşayır. 

Mahalda  23  erməni  kəndi  var  ki,  burada  30  min  erməni  məs-

kunlaşıb.  Digər  yaşayış  məntəqələri  belədir:  Sultanabudda  2-3 

min,  bu  əraziyə  yaxın  kəndlərdə  təxminən  4  min,  Abadanda  6 

min,  Məscidi-Süleymaniyyədə  2  min,  Həmədan,  Girmanşah  və 

Girmanda 1000 nəfər. Çoxlu sayda erməni İranın şimal rayonla-

rında  yerləşib. Belə ki. Təbrizdə 6 minə  yaxın, İran  Azərbayca-

nının  kəndlərində  20  min  (əsasən  Salmast  və  Qaradağ  mahal-

larında),  Riza  və  onun  ətraf  kəndlərində  5  min,  Muşda  300, 

Rəşd,  Pəhləvi,  Qurqan,  Şahi-Hümbətdə  1000  nəfər

17

.  Müəllifin 



əhalinin sayı ilə bağlı təqdim etdiyi statistik bilgilər öncəkindən 

fərqlənməkdədir.  Belə  ki,  1955-ci  ilin  məlumatına  görə  İranda 

ermənilərin sayı 119 minə çatıb. Onlardan Tehran bölgəsində 62 

min, Atrpatakanda 14 min, Nor-Cuğada isə 43 min erməni yaşa-

yır

18



İranda  Azərbaycan  türklərinin  ana  dilində  təlim-tərbiyəsi, 

təhsili  haqqında  yazılmış  onlarla  araşdırmalardakı  məlumatları 

təkrarlamaq fikrində deyilik. Lakin onu xatırlatmaqla kifayətlən-

mək  istəyirik  ki.  S.Z.Bayramzadənin  yazdığına  görə,  ümumiy-

                                                

16

 Alboyanyan  A.  Erməni  köçkünlüyü  tarixindən,  III  cild,  Qahirə,  1961,  s. 



156 (ermənicə) 

17

 Qasparyan  S.  Xarici  erməni  koloniyaları  bu  gün,  İrəvan,  Haypetrat,  1962, 



s. 89 (ermənicə) 

18

 Yenə orada, s. 97 



 

14 


yətlə 1947-1978-ci illərdə Güney Azərbaycanda orta və xüsusilə 

ali təhsil ləng inkişaf etmiş, yeganə təhsil müəssisəsi olan Təbriz 

Universiteti  Şahın  siyasətinə  görə  İran  millətçiliyinin  “etibarlı 

dayağı”  sayılmışdır

19

.  Bu  baxımdan  maarif  və  təhsil  sarıdan 



ermənilərin  vəziyyəti  sayları  milyonları  aşan  Azərbaycan 

türklərinə  nisbətən  daha  uğurlu  olmuşdur.  Həmin  məsələ  ilə 

bağlı  yuxarıda  istinad  etdiyimiz  kitabda  yazılır:  Yeni  məlumata 

görə,  İranda  67  erməni  məktəbi  fəaliyyət  göstərir  ki,  onlarda 

oxuyan şagirdlərin sayı 12.240 nəfərə çatır. Ümumi hesaba görə 

isə hər iki erməni ailəsindən bir şagird təhsil alır

20

.  


Azlıqda qalan  xalqların  mədəniyyət və  mənəviyyat atribut-

ları  həm  də  kitab  nəşri  və  mətbuat  orqanlarının  mövcudiyyatı, 

fəaliyyəti  ilə  ölçülür.  İran  nəşriyyatlarında  erməni  dilində  çap 

olunmuş ədəbiyyat, xüsusilə folklora dair kitablar barədə cənub-

lu  həmkarlarımızdan  bilgi  almaq  istəsək  də  onların  bu  sahəyə 

maraq göstərməmələrinin şahidi olduq. Amma təqdirəlayiq  hal-

dır  ki,  tanınmış  ensiklopedik  alim  Məhəmmədəli  Tərbiyət  çox-

yönlü  elmi  və  ictimai  fəaliyyəti  dövründə  erməni  dilli  mətbuat 

orqanlarının  da  şəxsi  kitabxanasına  toplanması  ilə  yaxından 

məşğul olmuşdur. Müəllifin “Danişməndani Azərbaycan” (Azər-

baycanın  görkəmli  elm,  sənət  adamları)  əsərinin  Azərbaycan 

dilinə tərcüməçiləri İsmayıl Şəms ilə Qafar Kəndli M.Tərbiyətin 

“İran  və  fars  mətbuatı  tarixi”  dəftərindən  götürülmüş  mətbuat 

orqanlarının siyahısını təqdim etmişlər ki, onların içərisində tək-

cə  Təbrizdə  erməni  dilində  nəşr  olunmuş  qəzetlər  barədə  məlu-

mat da özünə yer almışdır. “Danışməndani Azərbaycan” əsərinin 

yazılmasına  qədər  M.Tərbiyətin  təqdim  etdiyi  erməni  qəzetlə-

rinin adları bunlardır: “Ağacan” (1912-1913), “Azdarar” (1904-

1908),  “Ayıq”  (1912-1922),  “Qaradağ”  (1912-1913),  “Aravod” 

(1909-1912),  “Arşaluys”  (1918-1919),  “Baykar”  (1918-1919), 

                                                

19

 Bayramzadə  S.  Z.  İran hakim  dairələrinin  Cənubi  Azərbaycan maarifi  sa-



həsindəki  siyasəti,  Cənubi  Azərbaycan  tarixi  məsələləri  (məqalələr  toplusu), 

Bakı, Elm, 1991, s. 46  

20

 Kasparyan S. Xarici erməni 



 

15 


“Zanq”  (1910-1912),  “Kurtoz”  (1903),  “Minaret”  (1919-1920), 

“Xosq”  (1913-1914,  jurnal),  “Kqasır”  (1919)

21

.  Təəssüf  ki,  xa-



tırlandırılan qaynaqda Təbrizdə ana dilində çap olunmuş bu say-

da qəzet adlarına təsadüf etmirik.  

Əlbəttə,  erməni-fars,  yaxud  İran-erməni  ədəbi-mədəni  mü-

nasibətləri  barədə  burayadək  ötəri  nəzərdən  keçirdiyimiz  mə-

lumatlar  tarix  səhifələrində  əbədiləşdirilmiş,  uyğun  mövzulu 

kitab  səhifələrində  özünə  yer  almış  faktik  görüntülərdir.  Və  biz 

bunlara etinasız, biganə qala bilmərik.  

İllər boyu klassik irsin, xüsusilə şifahi söz sənətinin toplan-

ması, nəşri  və araşdırılmasında önəmli zəhməti olmuş M.Fərza-

nənin adı ilə bağlı bu toplunun nəşri son dərəcə təqdirəlayiq ədə-

bi-mədəni  hadisə  sayıla  bilər.  Biz  vaxtilə  çap  olunmuş  “Güney 

Azərbaycanın  el  çələngi”  (Ön  söz  və  örnəklər,  “Çıraq”  jurn. 

1999, №2) təqdimat məqaləsini nəzərə alıb “Güney  Azərbaycan 

folkloru” adlı toplunun I kitabının  mövzu  və  ideya tutumu,  janr 

və regional xüsusiyyətləri, məzmun və süjet əlvanlığı barədə söz 

deməyi artıq saydıq.  

Folklor örnəklərinin  nəşrində  əsas  amil  təqdim  olunan  ma-

terialın bəlli prinsiplərə söykənərək təqdim edilməsi ilə bağlıdır. 

Yəqin ki, böyük zəhmət bahasına başa gələn bu iş ömrünün son 

çağlarında doğma Vətənini tərk edib qürbətdə dünyasını dəyişən 

Məmmədəli  Qövsi  Fərzanənin  işıqlı  ruhu  qarşısında  Müstəqil 

Azərbaycan  folklorşünaslığının  kiçik  ərmağanı  kimi  qəbul  edil-

sə, yerinə düşər. Biz bu toplunun nəşri  ilə qürur hissi keçirir və 

bu yöndə əlyazma sənədləri və “qırmızı terror” qurbanlarının ilk 

dəfə  işıq  üzü  görən  əsərlərinin  elmi  dövriyyəyə  gətirilməsini 

mənəvi borc sayırıq. Bunlar aşağıdakı nəşrlərdir: 

1. Lələ.  Yaranmışam  daşdan  mən.  Ön  sözün  müəllifi  və 

tərtib edəni İ.Abbaslı, Bakı, Gənclik, 1995 

2. Qövsi Təbrizi. Divan, İrəvan arxivlərindən, nəşrə hazırla-

yanı və ön sözün müəllifi İ.Abbaslı, Bakı, “Nurlan”, 2011, 58 s. 

                                                

21

 Tərbiyət  Məhəmmədəli.  Danışməndani  Azərbaycan  (Görkəmli  elm  və 



sənət adamları), Bakı, Azərnəşr, 1987, s. 439-447 

 

16 


3. Koroğlu  (Paris  nüsxəsi),  nəşrə  hazırlayan,  “Ön  söz”, 

“Lüğət”,  “İzah  və  qeydlər”in  müəllifi  İ.Abbaslı,  Bakı,  Şərq-

Qərb, 2005, 233 s. 

4. Hənəfi  Zeynallı,  Azərbaycan  türk  mahnıları  haqqında, 

mətni  nəşrə  hazırlayan  və  “Ön  söz”ün  müəllifi  İ.Abbaslı,  Bakı, 

Səda, 2004, 68 s. 

5. Azərbaycan  nağılları,  beş  cilddə,  I  cild,  nəşrə  hazırla-

yanlardan  biri  İ.Abbaslı,  Kitabın  redaktoru  və  “Redaktordan” 

başlıqlı ön sözün müəllifi, Bakı, Şərq-Qərb, 2005, 358 s. 

Cild  H.Zeynallının  üç  cildlik  “Azərbaycan  nağılları” 

əlyazması əsasında hazırlanmışdır. 

6. Folklor  çələngi  (mətni  nəşrə  hazırlayan,  tərtib  və  ön 

sözün  müəllifi  İ.  Abbaslı),  “Azərbaycan  folklorunun  ilkin  nəşr-

ləri” seriyası, 7-ci kitab, Bakı, Nurlan, 2008. 

7. Bəhlul Behcət. Qaçaq Nəbinin tarixi, mətni hazırlayan və 

“Ön söz”ün müəllifi İ.Abbaslı, Bakı, Çıraq, 2011, 296 s. 

İranda  –  xüsusilə  Güney  Azərbaycanda–  Təbrizdə  olmaq 

arzu  şəklində  qalsa  da,  şübhə  etmirik  ki,  M.Fərzanənin  adı  ilə 

bağlı  bu  toplu  güneyli  həmkarlarımız,  folklor  həvəskarları  tərə-

findən rəğbətlə qarşılanacaq. 

 

Prof. İsrafil Abbaslı 

  Bakı, 2013 


 

17 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin