D Ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix23.12.2016
ölçüsü2,22 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   24

D Ə D Ə  Q O R Q U D
a r a ş d ı r m a l a r ı
•Folklor, Etnoqrafiya və Mifologiya
•Onomastika, Dialektologiya və Etimologiya
•Pedaqogika, Fəlsəfə və Psixologiya
Bakı- 2012
ADPU-nun nəşriyyatı
1

“Dədə Qorqud elmi-tədqiqat Mərkəzi”nin dərgisi 
R E D A K S İ Y A   H E Y Ə T İ:
Yusif MəmmədovAMEA-nın müxbir üzvü, f.-r. üzrə e. d., prof. (sədr)
Vilayət Əliyev, fil. üzrə e. d., prof. (sədr müavini)
Ramazan Qafarlı, fil. üzrə e. d., prof. (məsul redaktor)
Buludxan Xəlilov, fil. üzrə e. d., prof.
Əzizxan Tanrıverdi, fil. üzrə e. d., prof. 
Fərrux Rüstəmov, pedaq. üzrə e. d., prof.
Füzuli Bayat, fil. üzrə e. d., prof.
Himalay Qasımov, fil. üzrə e. d., prof. 
İbrahim Bayramov, fil. üzrə e. d., prof. 
İramin İsayev, prof.
Qəzənfər Paşayev, fil. üzrə e. d., prof. 
Mahmud Allahmanlı, il. üzrə e. d., prof. 
Muxtar Kazımov, fil. üzrə e. d., prof. 
Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof. 
Nizami Xudiyev, fil. üzrə e. d., prof. 
Rəfail Hüseynov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof.
Paşa Əfəndiyev, fil. üzrə e. d., prof. 
Seyfəddin Rzasoy, fil. üzrə e. d.
Tərlan Novruzov, fil. üzrə e. d., prof. 
Zahid Xəlil, fil. üzrə e. d., prof. 
Cavad Heyət (İran)
Faiq Çələbiyev, sənətşünaslıq doktoru, prof. (Rusiya)
Fikrət Türkmən, doktor-prof. (Türkiyə)
Osman Sərtqaya, doktor- prof. (Türkiyə)
Pərixanım Soltanqızı, filologiya üzrə fəlsəfə doktoru
Aynurə Əliyeva, elmi işçi
Mehriban Sərdarova, elmi işçi (məsul katib)
Dədə  Qorqud  araşdırmaları.-  Bakı,  ADPU-nun  nəşriyyatı,  2012.  -  310  s. 
“Dədə  Qorqud  Elmi-tədqiqat  Mərkəzi”nin  yeni  dərgisinin  ilk  buraxılışında  türk 
mədəniyyətinin tarixinə və ədəbi-nəzəri problemlərə həsr olunan apaşdırmalar top-
lanmışdır. 
© Dədə Qorqud araşdırmaları - 2012

3
Redaktordan
«Dədə  Qorqud»  kitabı  Azərbaycan 
türklərinin  dünya  mədəniyyəti  xəzinəsinə 
bəxş etdiyi ən möhtəşəm abidələrdən biridir. 
Heç bir xalqda analoqu tapılmayan elə bir 
ədəbi sənət nümunəsidir ki, onda xalqımızın 
ilkin dünyagörüşündən başlamış orta çağla-
rın tarixi hadisələrinə qədər əksər sosial ins-
titutların izləri əks olunur. İlk növbədə Qaf-
qaz türkünün milli xarakteri, psixologiyası, 
əski  adət-ənənələri,  dini,  fəlsəfi  görüşləri, 
əxlaqı,  dövlət  quruculuğu,  qəhrəmanlıq 
salnaməsi, ailə münasibətləri (ər-arvad, ata-
oğul), Vətənə, torpağa bağlılığı, qonşularla 
münasibətləri, ritualları, məişəti  və yaşayış 
tərzinin  əksər  atributları,  daxili  və  xarici 
düşmənlərlə mübarizəsi, müxtəlif təbəqələrə 
və yaş dövrlərinə məxsus insanlarının dav-
ranışı,  şifahi  və  yazılı  dilinin  tarixi  özünə 
yer tapır. Epos dünya xalqlarının yaratdığı 
epik  əsərlərdən  həm  strukturuna,  həm  də 
məzmununa görə əsaslı şəkildə fərqlənir. Elə 
bir dastan göstərmək olmaz ki, orada «Dədə 
Qorqud»da  olduğu  qədər  bir-birindən 
seçilən  xarakterlər  iştirak  etsin,  hadisələr 
xalq məişətinə yaxın olsun, gerçəkliklə yoğ-
rulsun. Dastanda mifoloji qatların çoxluğu-
na baxmayaraq hadisələr reallığını itirmir. 
Dünya  ədəbiyyatı  xəzinəsində  nə  «Dədə 
Qorqud»adək,  nə  də  ondan  sonra  sistemi, 

4
DƏDƏ QORQUD ARAŞDIRMALARI
süjet  özəllikləri  və  poetik  strukturuna  ilə  uyğunlaşan  başqa 
əsərə rast gəlmirik. Onun üçün də «Dədə Qorqud» öz orijinal-
lığı  ilə  dünyamızın  yeni-yeni  ölkələrini  fəth  etməkdədir.  Əgər 
Azərbaycan  türkləri  tarixdə  yaşadıqları  uzun  çağlar  ərzində 
digər bədii sənət nümunəsi yaratmayıb, təkcə «Dədə Qorqud»la 
ktfayətlənsəydi belə, öz böyüklüyünü, istedadının ecazkarlığını 
nümayiş  etdirmiş  olardı.  Lakin  xalqımızın  həm  şifahi,  həm  də 
yazılı ədəbiyyat ənənəsinin mayasında «Dədə Qorqud» durduğu 
üçün yaratdıqları Nizami, Nəsimi, Füzuli, Vaqif, Axundov, Sabir, 
Mirzə Cəlil, Səməd Vurğun, Bəxtiyar Vahabzadə zirvəsindədir. 
Stefan Sveyq sənətkar «ulduz»ların doğulduğu anları dün-
yanın ən xoşbəxt günləri hesab edirdi. Bu mənada «Dədə Qor-
qud» abidəsini yaradan xalqımız dünyamıza bir xoşbəxt an deyil, 
min, bəlkə də, iki min illik sevincli çağlar bəxş etmişdir. Çünki 
bu möhtəşəm abidə bir ildə, beş ildə yaranmayıb, neçə-neçə əsr 
ərzində formalaşıb.
“Kitab”ın əlyazmasının üzərində qeyd olunduğu kimi, oğuz 
tayfalarının dilində  yaranıb yazıya alındıqdan sonra müəyyən 
obyektiv və subyektiv səbəblər üzündən bir neçə yüz il yaddaş-
lardan silinməsinə baxmayaraq, XIX əsrin əvvəllərində (1815) 
Avropada tapılması ilə yenidən doğulmuş, bütün dünyanı heyrətə 
gətirmişdir.
Azərbaycan,  anadolu  türklərinin,  türkmənlərin  və  qaqa-
uzların ulu babaları - oğuzlar haqqında ilk yazılı tarixi mənbə 
Orxon-Yenisey daş kitabələri hesab edilir. «Göytürk imperator-
luğu  dövründəki türk  ellərindən biri  də  doqquz  boydan  ibarət 
oğuzlar idi. Onlar VII əsrin II yarısı ilə VIII əsrin I yarısı ara-
sında Tula çayı boyunda yaşayırdılar. Doqquzoğuzlar türk eli ilə 
birlikdə Göytürk dövlətinin əsasını təşkil edən ikinci ünsürdür. 
Bunlar göytürklərin siyasi xələfləri olan uyğurlar dövründə də 
eyni mahiyyətdə bir rol oynamışlar. Oğuzlara XI əsrdə türkmən 

5
və  türk  deyilmişdir.  «Oğuz»  sözü  dastanlarda  xatirəsi  yaşadılan 
əcdadlarının  adı  kimi  xalq  arasında  uzun  müddət  işlədilmişdir. 
Oğuzlar  orta  çağlarda  dünya  tarixində  böyük  rolu  olan  səlcuq, 
atabəylər, qaraxanilər, osmanlı, ağqoyunlu və səfəvi kimi qüdrətli 
imperiyalar yaratmışlar. Lakin «Dədə Qorqud» dastanını  oğuz-
larla  məhdudlaşdırmaq  düz  deyil.  Başqa  sözlə,  «oğuz»  adının 
tarix  meydanında  göründüyü  əsrlərlə  –  VI  –VII  yüzilliklərdə 
durğunlaşdırmaq  onu  Qafqaz,  Azərbaycan  mühitindən  ayırmaq 
təşəbbüsündən başqa bir şey deyil. Əslində oğuzların ulu baba-
larının – hunların, saka türklərinin, massagetlərin, albanların ta-
rixin müxtəlif aşırımlarında doğma ellərindən uzaqlaşıb yenidən 
geri  dönmələri  ilə  gen  yaddaşında  yaşatdıqları  dastanlaşmış 
tarixlərinin məhz yarandığı məkanda orta çağlarda yazıya alın-
masıdır. 
Faktlar onu göstərir ki, Qafqazda və Yaxın Şərqdə yaşayan 
türklərin  yazısı  və  ana  dilli  ədəbiyyatı  çox  qədim  zamanlardan 
mövcud olmuşdur. Belə ki, XIV yüzillikdə Misirdə yaşamış, turk-
səlcuq mənşəli Əbu-Bəkr ibn Abdullah ibn Aybək əd-Davadarinin 
məlumatından aydın olur ki, oğuzların erkən orta əsrlərə aid ya-
zılı abidələri var idi. O, 1309-cu ildə tamamladığı «Dürər-ət ti-
can  və  təvarix  qürar  əz-zaman»,  yəni  «Şöhrətlilərin  tarixindən 
mirvarilər» adlı ərəb dilində yazılmış kiçik həcmli xronikasında 
göstərir  ki,  Əbu  Müslüm  Xorasaninin  (755-ci  ildə  öldürülmüş-
dür) xəzinəsindən bir kitab tapılmışdır. Orta fars dilində yazılan 
bu kitab Ənuşirəvan Sasaninin (531-579-cu illərdə hakimiyyətdə 
olmuşdur)  məşhur  vəziri  mərvli  Buzurq  Mihr  Baxtxana  məxsus 
imiş. Türk dilindən tərcümə olunan kitab «Ulu xan ata Bitigçi» ad-
lanırdı. Harun-ər Rəşidin hakimiyyəti illərində (763-809) suriyalı 
Cəbrayıl Bəhtaşi tərəfindən ərəb dilinə çevrilmişdi. S.Əlizadənin 
qənaətinə  görə,  «VIII  əsrdə  ərəb  dilinə  tərcümə  edilən  bu  əsər 
ağızlarda dolaşan şifahi ədəbiyyat - folklor dilindən tərcümə edilə 
Redaktordan__6_DƏDƏ_QORQUD_ARAŞDIRMALARI'>Redaktordan

6
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bilməzdi. O, yazılı bir əsər olmalı idi. Deməli, hələ o vaxt «Dədə 
Qorqud  kitabı»nın  müəyyən  hissələri  mövcud  imiş...»    Bunu 
«Dədə  Qorqud»un  hissələri  kimi  qələmə  vermək  həqiqətdən 
uzaq olsa da, onun variantı, yaxud müəyyən boylarla səsləşən 
müstəqil oğuznamələr olması şübhəsiz idi.
“Dədə  Qorqud”  elmi-tədqiqat  mərkəzi  (laboratoriya-
sı)  ümummilli  liderimiz  Heydər  Əliyevin  təşəbbüsü  ilə  məhz 
“Kitabi-Dədə  Qorqud”  dastanının  1300  illiyi  ərəfəsində  ya-
radılmışdır.  1997-ci  il  20  aprel  tarixli  Prezident  fərmanından 
sonra respublikanın hər yerində olduğu kimi, universitetimizdə 
də yubileyə hazırlıq işləri başlanmış və ali təhsil ocaqları ara-
sında ilk irimiqyaslı elmi konfrans məhz ADPU-da təşkil olun-
muşdur. Bütün fakultələrdə “Dədə Qorqud” dərsləri keçilmiş, 
elmi məcmuələr, toplular çap edilmişdir. Görülən tədbirlərin ən 
mühümü  isə  2000-ci  ilin  dekabr  ayında  “Dədə  Qorqud  elmi-
tədqiqat mərkəzi”nin (laboratoriyası) yaradılması olmuşdur. 
İctimai elmlər sahəsi üzrə uzun illər fəaliyyət göstərən üç 
problem laboratoriyasının bazası əsasında təşkil edilən “Dədə 
Qorqud  elmi-tədqiqat  mərkəzi”nin  ilk  rəhbəri  prof.  Bulud-
xan Xəlilov olmuşdur. Həmin çağdan başlayaraq universitetdə 
“Dədə Qorqud” məcmuəsi nəşrə başlamış və bu günədək 28 bu-
raxılışı işıq üzü görmüşdür. 
2011-ci  ilin  oktyabrından  mərkəzə  prof.  Ramazan  Qafar-
lı  rəhbərlik  edir.  Bu  ildən  kollektiv  dərginin  adını  dəyişmək 
məcburiyyətində qaldı. Ona görə ki, AMEA-nın Folklor İnstitu-
tunda fəaliyyət göstərən “Dədə Qorqud” şöbəsinin nəşr etdirdi-
yi toplu da “Dədə Qorqud” adlanırdı.
“Dədə  Qorqud  elmi-tədqiqat  mərkəzi”ndə  dünya 
mədəniyyətinin  şah  əsərlərindən  sayılan  “Kitabi-Dədə  Qor-
qud”  eposu,  qədim  türk  yazılı  abidələri  və  folkloru  bir  neçə 
istiqamətdə hərtərəfli araşdırılır. 

7
Redaktordan
Mərkəz müvafiq olaraq üç bölməyə ayrılır. “Onamastika, di-
alektologiya, etimalogiya” bölməsinə  uzun illər AMEA-nın müx-
bir üzvi, prof. A.Qurbanov rəhbərlik etmişdir. Hazırda bölmədə 
dörd elmi işçi (A.Əliyeva, B.Məmmədov, M.Seyidov, Ə.Cəfərov) 
və iki böyük laborant (G.Balayeva, M.Əliyeva) çalışırlar. 1990-
cı ildə R.Qafarlının rəhbərliyi ilə yaradılmış “Folklorşünaslıq” 
problem  laboratoriyasının  bazası  əsasında  1997-ci ildə “Folk-
lor,  etnoqrafiya,  mifologiya”  bölməsi  təşkil  edildi.  Bölməyə 
əvvəl prof. M.Həkimov, sonra isə prof. P.Əfəndiyev rəhbərlik et-
mişdir.  Bölmədə  iki  böyük  elmi  işçi  (P.Hüseynova,  X.Əliyeva), 
iki    kiçik  elmi  işçi  (Ş.Allahverdiyeva,  S.Babayeva),  bir  bö-
yük  laborant  (Ü.İsmayılova)  işləyir.  Pedaqogika,  psixologi-
ya,  fəlsəfə” bölməsinə son illərədək prof. F.Rüstəmov rəhbərlik 
etmişdir.  Bölmədə  bir  baş  elmi  işçi  (Oqtay  Pza),  üç  kiçik  elmi 
işçi (T.Əsgərova, M.Sərdarova, S.Məmmədova), beş böyük labo-
rant (S.Muradova, N.İsmayılova, N.Qurbanova M.Abdullayeva, 
G.Mehdizadə) fəaliyyət göstərirlər. Son iki ildə bölmə əməkdaşları 
“Dədə Qorqud” dastanında tərbiyə məsələlərini araşdırırlar. 
Mərkəzin əməkdaşları ümumilikdə 400 ç/v həcmində elmi-
tədqiqat  işi  yazmış,  40  adda  kitab,  kitabça,  metodik  göstəriş, 
məqalə və tezis çap etdirmişdir.
“Dədə  Qorqud”  elmi-tədqiqat  mərkəzinin  təşəbbüsü  ilə 
2001-ci ildə I Türkoloji qurultayın 75 illik yubileyi Respublika 
səviyyəsində keçirilmişdir. Mərkəzin əməkdaşları beynəlxalq elmi 
konfranslarda məruzələr oxumuş, onların məqalələri respublika-
mızda və xarici ölkələrdəki elmi dərgilərdə dərc olunmuşdur. 

8
FOLKLOR, 
ETNOQRAFIYA VƏ 
MIFOLOGIYA 

9
Folklor, Mifologiya, Etnoqrafiya
«Dədə  Qorqud»  eposunda  Qaf-
qaz  türklərinin  vahid  dövlət  yarat-
maq  arzuları,  onlara  məxsus  əraziləri 
düşmən  basqınlarından  qorumaları,  öz 
içərilərində yetişən xəbis, şər adamların 
hiyləsinə uymamaları ayrı-ayrı boyların 
ana xəttində durur və ulu babalarımızın 
idarəçilik  sisteminin  strukturları  bütün 
atributları  ilə  göstərilir.  Bu  sistemdə 
çox  qədim  dövrlərdən  miras  qalan 
hakimiyyətin  nəsildən-nəslə  keçməsi 
prinsipinə  də  (lakin  dünya  tarixində 
mövcud  olan  ümumi  monarxiya  üsul-
idarəsindən  tamamilə  fərqli  formada), 
kollektiv idarəçiliyə də rast gəlirik. Bir 
cəhət heyrət doğurur: mədəni ölkələrdə 
bu  gün  uğurlu  sayılan  prezident  üsul-
idarəsinə  oxşar  dövlət  quruluşunun 
eposda,  demək  olar  ki,  əsas  amilləri 
özünə yer tapır. Şumer, misir, yunan və 
roma  xalqlarının  eposlaşmış  mifoloji 
mətnlərində  dövlətin  yaranması,  quru-
luşu  geniş  şərh  olunsa  da,  idarəçiliyin 
əsası  tanrılarla  əlaqələndirilir.  Bu 
Ramazan Qafarlı,
filologiya üzrə elmlər doktoru, professor
İÇ OĞUZLA DIŞ (DAŞ) OĞUZUN 
SAVAŞININ SƏBƏBİ

10
DƏDƏ QORQUD ARAŞDIRMALARI
səbəbdən də iqtidar rolunda yarımallah - yarıminsan tək dünyaya 
gələn mədəni qəhrəmanlar və onun nəslinin nümayəndələri çıxış 
edirlər. Xalq isə təbiətdəki başqa canlılardan biri kimi xarakterizə 
olunur. Kütlələr dövlətin yaranması və inkişafında, qorunmasın-
da fəal rola malik göstərilmirlər. Hakimiyyətin pilləvari qurulu-
şunun ən yüksək qatında tanrılar tərəfindən «seçilən», insanların 
(ümumiyyətlə, bütün canlıların) birliyini təşkil etməyi bacaran, 
təbii  fəlakətlərə,  şər  qüvvələrə  qarşı  mübarizənin  təşkilatçısına 
çevrilən və qara camaatı Yaradıcının xidmətində durmağa çağıran 
fövqəltəbii gücə malik məxluqlar əyləşirlər. 
«Dədə  Qorqud»da  isə  tamamilə  başqa  mənzərənin  şahidi 
oluruq. 24 tayfanın (eposun «Qazlıq Qoca oğlu Yeynək boyu»nda 
Bayandır  xanın  əmrində  deyilir:  «İyirmi  dörd  vilayətin  bəyləri 
gəlsin!» - Bax: Kitabi-Dədə Qorqud, Bakı, 1988, s. 193. Yaxud 
«Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»da ozan Dəli 
Dondazın 24 oğuz boyunu tərif edib oxşaması barədə məlumat 
verilir, - Yenə orada. s. 175) birliyindən yaranan qalın oğuz elində 
xanlar  xanı  Bayandır  xan  sabitliyin  qarantı  funksiyasını  daşısa 
da, hər vilayətin özünün bəyi və xüsusi idarəçilik sistemi nəzərə 
çarpdırılır.
Bir cəhət maraqlıdır ki, eposda ölkə iki qanada - İç oğuza 
(Üç ox) və Dış/Daş (Boz ox) oğuza bölünür. Lakin hakimiyyət 
bölgüsü ümumoğuz mifoloji təsəvvüründəki kosmoloji struktur-
dan fərqli şəkildə aparılır. Yəni, idarəçilik Boz oxların deyil, Üç 
oxların (Oğuzun adadakı ağac koğuşunda rastlaşdığı gözəl qadın-
dan dünyaya gələn oğlanları – Göy xan, Dəniz xan və Dağ xa-
nın törəmələrinin) əlindədir. Oğuzun oğlanları Gün xan, Ay xan 
və Ulduz xan göy işıq zolağı ilə göydən enən qadının bətnində 
yetişirlər. Atalarının vəsiyyətinə görə, bu üç qardaşın tapdığı qızıl 
yay aralarında üç hissəyə bölünür, ona görə də onların nəslinin 
davamçılarına pozuq/ bozuq/ boz oxlar deyirlər. 

11
Folklor, Mifologiya, Etnoqrafiya
Əsatirə  əsasən,  bölünmüş  yayın  hissələri  bir-birinə 
birləşməklə sehirli gücünü əldə edir və oxların sərrast atılması-
na  şərait  yaranır.  Bu  mənada  bozoxlar  hakimiyyət  strukturun-
da üçoxlardan üstün göstərilir. Ümumilikdə götürdükdə bu ona 
işarədir ki, qardaşlar heç zaman bir-birindən ayrı düşməməli, par-
çalanmamalıdırlar. Əks halda güclərini itirib düşmən tərəfindən 
yeniləcəklər (Sxemə bax). 
Kişi 
başlanğıc
↔ qadın 
başlanğıc və 
əlaqə

törəyiş
→ 
hədiyyə
→ 
əməl
→ 
qazanc
↔ 
birlik
OĞUZ XAN
GÖY
QADINI
Gün, 
Ay, 
Ulduz
Qızıl yay Bolün-
məzlik
Hakimiy-
yət və 
dövlət
QALIN 
OĞUZ 
ELİ
OĞUZ XAN
YER
QADINI 
Göy,
Dağ,
Dəniz
Üç qızıl 
ox
Ayrıl-
mazlıq
Müdrik-
lik və 
sərkərdəlik
QALIN 
OĞUZ 
ELİ
Eposda  türkün  ilkin  kosmoloji  bölgüsünün  yerdəyişmə 
şəklində  təqdimi  tarixi  gerçəkliklə  üst-üstə  düşür.  Çünki 
Azərbaycan  türklərinin  etnik  tərkibində  üçoxlar  (bayandır,  ba-
yat, salur və s.) üstünlük təşkil etdiyindən idarəçiliyi öz əllərində 
cəmləşdirmiş (məsələn, məşhur Ağqoyunlu hökmdarı Uzun Həsən 
Bayandır soyundan idi), şifahi və yazılı oğuznamələrdə dəyişiklik 
etməklə ilkin kosmoloji dünya modelini oğuzların Qafqazdakı və 
Yaxın Şərqdəki durumuna uyğunlaşdırmışdılar. Bu hal getdikcə 
«Dədə Qorqud»da mətn strukturunun daxili qanunauyğunluğuna 
çevrilib boyları digər oğuznamələrdən əsaslı şəkildə ayırmışdır.
Hiss  olunur  ki,  Bayandır  xan  oğuzun  iki  qolu  arasındakı 
fərqlərdən doğa biləcək ölkədaxili çəkişmələrin aradan qaldırıl-
masında Dədə Qorqud, Qazlıq Qoca kimi bilicilərin köməyinə ar-
OĞUZ 
XAN
QALIN 
OĞUZ 
ELİ

12
DƏDƏ QORQUD ARAŞDIRMALARI
xalanır və hakimiyyəti müddətində 
böyük uğurlar qazanır. 
Ola  bilsin  ki,  Bayandır  xanın 
təşəbbüsü  ilə  İç  oğuzlu  Ulaş  xan 
(Salur  Qazanın  atası)  Dış  oğuz-
lu  «doqquz  tayfanın  başçısı»  Alp 
Aruzun bacısı ilə evlənmişdi, eləcə 
də  Dədə  Qorqudun  elçiliyi  ilə  İç 
oğuzlu Bamsı Beyrək Dış oğuzun 
sayılan  bəyi  Baybicanın  qızını  al-
mışdı. Lakin ozanlar bu qohumluq-
ların  sürüşkənliyinə  də  boylarda 
işarə edirlər. 
Dış  oğuzlular  bəzən  başqa 
əqidəli  (xristian,  yaxud  bütpərəst)  
qonşu  soydaşları  ilə  (əsasən,  qıp-
çaqlarla)  gizlin  danışıqlar  aparır-
dılar.  Məsələn,  Baybican  Bamsı 
Beyrəklə göbəkkəsmə nişanlanmış 
qızı Banu Çiçəyi Bayburd hakiminə 
ərə  vermək  niyyətini  gizlətmirdi. 
İki  gəncin  saf  məhəbbətinə  həsr 
olunan boyda açıq-aydın göstərilir 
ki,  «oğuz  zamanında  evlənən  hər 
igid  ox  atardı.  Oxu  düşən  yerdə 
gəlin otağı qurardı. Beyrək xan da 
oxunu atdı, oxu sancılan yerdə ota-
ğını  qurdurdu…Yarımasın  kafirin 
cəsusu,  bunları  görüb,  getdi  Bay-
burd hasarının bəyinə xəbər verdi. 
Dedi:  «Nə  oturmusan,  sultanım, 
Ağ çadır ə
işıq – od – günəş – kişi –
əbədi yaşarlıq
Yuxarı qat
Qırmızı çadır B ± 
Torpaq – yer-su – məkan – 
yurd – qadın -örən 
Orta qat
Qara çadır V ◙ 
Cəhənnəm –zülmət – yoxluq – 
ölüm – şər
Aşağı qat

13
Baybican bəy o sənə verəciyi qızı Beyrəyə verdi. Bu gecə gəlin 
gedəcəkdir».  (Kitabi-Dədə  Qorqud,  s.  155).  Göründüyü  kimi, 
bayburdlular türk olsalar da, kafir sayılırdılar. Ona görə ki, başqa 
məzhəbdən idilər. Buna baxmayaraq məlumatdan belə çıxır ki, 
Baybican  bəylə  sultan  arasında  gizlin  danışıq  aparılmışdır.  Dış 
oğuzun bəyi hətta öz qızını Bayburd hökmdarına ərə verəcəyini də 
dilindən çıxarmışdı. Bəlkə də bu səbəbdən Dəli Qarcar bacısının 
öz göbəkkəsmə nişanlısı Beyrəklə - İç oğuz igidi ilə evlənməsinə 
qarşı qəribə şərtlər irəli sürmüşdü. Dədə Qorqudun elçi sifəti ilə 
işə  qarışması  Baybicanın  sultanla  «gizli  sazişi»ni  pozmuşdur. 
Yoxsa cəsus cəsarət edib hökmdarı qızışdıran xəbəri çatdırmazdı. 
Beləliklə, İç oğuzla Dış oğuzun müharibəsini təsadüfi say-
maq  olmaz.  Hər  halda  eposda  son  boydakı  narazılıqdan  daha 
kəskin qarşıdurmalara, ziddiyyətlərlə əvvəlki müstəqil süjetlərdə 
də  rast  gəlirik.  Dirsə  xan  Bayandır  xan  tərəfindən  təhqir  olun-
duğunu zənn edib (övladsızlığına görə qara otaqda yerləşdirilir) 
onun məclisini tərk edir. Boyda rastlaşdığımız Oğuz mifik dünya 
modelinin üçqatlı stukturunun üçrəngli çadırlarla (otaqlarla) kod-
laşdırılan  variantının  əsasında  həyat-ölüm,  insan  və  onun  dün-
yaya gəlməsi durur. İlk boyun hadisələrini yada salsaq, görərik 
ki, türkün ilkin dünyagörüşünə görə, kainatın bütövlüyü üçrəngli 
çadırla rəmzləşir: ağ - kişi, qırmızı - qadın və qara – yoxluq anla-
mında başa düşülür. Bu üçlük əzəli dünyaqurmada üç əsas funk-
siyanın daşıyıcısı olur: yaratmaq, törəmək və aradan qaldırmaq.
 – işıq – od – günəş – kişi – əbədi yaşarlıq - yuxarı qatın 
işarəsidir, müsbətdir və xeyri təmsil edir. Dünyanı formalaşdıran 
dörd mühüm elementdən (su, od, torpaq, hava) ikincisidir.
Qırmızı  ikili  xüsusiyyətə  malikdir  –  torpaq  –  yer–su  – 
məkan – yurd – törəyən - qadın və orta qatdır. Mənfi qütbdür, öz 
daxilində daim xeyir şərlə mübarizə aparır. Çox hallarda birinci 
ikincini üstələyir. 
Folklor, Mifologiya, Etnoqrafiya

14
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İki əks elementin birliyindən (izdivacından) dünyadakı var-
lıqlar doğulur.
Qara – cəhənnəm – zülmət – yoxluq – ölüm – şər və aşağı 
qatdır. Ağla qırmızının əbədi rəqibidir. 
Birinci boyun mətn strukturunda dinamiklik və qarşıdurma-
nın əsası mifoloji modelə uyğun olaraq aşağıdakı şəkildə qoyulub 
inkişaf etdirilir:
[A☼ + B±] ←V◙
Göründüyü  kimi,  eposun  başlanğıcında  təsviri  verilən  üç 
çadır (otaq) təqdim etdiyimiz struktura tam uyğundur: orada da 
varlıqları (xüsusilə, canlıları) yaradan qüvvənin bir başında kişi 
durur. Bu, mətndə oğulluların ağ otaqda yerləşdirilməsi şəklində 
gerçək həyatla uyğunlaşdırılır. Çünki mifoloji strukturda Yuxarı 
qatdakı Günəş Atanın, yaxud Göy tanrının simvolu – işıq, aydın-
lıq və ağ rəngdir. Varlıqları (xüsusilə, canlıları) yaradan qüvvənin 
əks tərəfi isə qadına məxsusdur və boyda qızı olanların qırmızı 
otağa dəvəti kimi reallıq forması alır. Çünki mifoloji strukturda 
təbiəti doğan ana torpaq, Yer üzü – qırmızı rənglə işarələnir. 
Bir-birini  özünə  çəkən  iki  əks  (müsbət-mənfi,  kişi-qadın) 
qütblər  əslində  ikili  dünyanın  (varlıqla-yoxluq,  olumla-ölüm, 
işıqla-qaranlıq) bir tərəfini – doğumu (törəyişi, meydana gəlməni) 
şərtləndirir. Lakin kişi-qadın ikiliyinə tamamilə zidd olan üçüncü 
tərəf də mövcuddur. Bu, yoxluq (eposda övladsızlıq), üzüqaralıq 
şəklində kodlaşdırılan qara rəngdir. Xalq arasında «boyun yerə 
soxulması», «yerə girmək» deyimi ilə nitq faktoruna çevrilib ye-
raltı aləmlə əlaqəni əks etdirir (eposda qara otaq). Əslində Bayan-
dır xanla Dirsə xan qarşıdurması dərin qatlardakı, daha doğrusu, 
mətn  altındakı  Göy  tanrı  ilə  Yerlik  xan  arasındakı  ziddiyyətin 
analoqudur. Bu inciklik də müharibə ilə nəticələnə bilərdi. Ancaq 
kişinin «başının baxtı»nın, «evinin taxtı»nın – qadının (orta qatın) 

15
ağıllı məsləhəti hadisəni sovuşdura bilir. Yəni şaquli istiqamətli 
üçlüyün alt – qaranlıq qatı orta – qırmızını özünə tərəf çəkməyi 
bacarmır. Üçqatlı strukturlarda orta qat əksər hallarda vasitəçi və 
tənzimləyici rolunu oynayır, bəzən isə «şərin qılverəninə» çev-
rilir. Orta qatın (eposda qadının) yuxarı işıqlı ağ göylə (eposda 
Bayandır xanla) əlaqələri qırmamaq təşəbbüsü hadisələri xeyrə 
aparıb çıxarır. Əks halda onun aşağı qaranlıq qaraya üz tutması 
şərə meydan açardı. Eləcə də Bəkilin Bayandır xandan və Qazan 
bəydən üz döndərməsi motivi mifoloji strukturdakı elementin ye-
rinin səhv düşməsi ilə səsləşir. Adi hal təsiri bağışlayan narazılıqla 
etnosdaxili toqquşmaya zəmin yaranır. Bəkilin hünərinin özündə 
olması,  yoxsa  atın  məharəti  ilə  bağlanması  mübahisəsi  əslində 
yurddan üz döndərib yad diyarlarda məskunlaşmaq istəyini ya-
ratsa da, gerçəkləşdirilə bilməzdi. Çünki köklə bağlanan xətlərin 
kəsilməsinə  zəmin  hazırlanmırdı.  Sadəcə  olaraq  bir  varlığın  öz 
içərisindəki  ikliliklə  üz-üzə  gəlməsi  hadisəsi  baş  vermişdi.  Bu 
səbəbdən də qarşıdurma dərinləşib qardaş qırğını ilə nəticələnmir 
və burada da «qırmızının» - qadının müdrikliyi və ağın - Bayan-
dır xanın səbri sayəsində hadisələr barışla yekunlaşır.
İlk olaraq belə bir sual doğur: elə isə sonuncu boydakı na-
razılığın qanlı müharibəyə çevrilməsinin səbəbi nə idi? Onu ara-
dan  qaldırmaq  mümkün  deyildimi?  Qalın  oğuzun  gözü  Bamsı 
Beyrəyə  qıyan  Dış  oğuzların  məqsədi  təkcə  var-dövlətdən  pay 
ummaları idimi? Nə səbəbə hadisələr birdən-birə yönünü böyük 
sürətlə elə dəyişir ki, Alp Aruz bacısı oğluna düşmən kəsilir, hər 
an Qazan üçün başından keçməyə hazır olan Bəkdüz Əmən, dar 
günündə Qazanın böyründə qılınc çalan Alp Rüstəm üzüdönük 
çıxır? Ona görə ki, əvvəlki boylarda sabitliyin qarantı kimi çı-
xış edən üç cəhət - Bayandır xan, məsləhətçi qadınlar və Dədə 
Qorqud  sonuncu  boyda  görünmür.  Mifoloji  struktura  görə  bu 
dünyagörüşündə dəyişikliyə işarədir, yəni etnosun daxilində bir 

Kataloq: gen -> html -> azl -> kitabxana
azl -> Fakültə: Pedaqogika və psixologiya İxtisas: Məktəbəqədər təlim və tərbiyə Tədris ili, sessiya
kitabxana -> Bakı 2014 Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi
azl -> ##book id= 939//book name= İnkişafdan geri qalan uşaqların psixologiyası
azl -> ##book id= 549//book name= Asperger sindromunun pedaqoji psixoloji xüsusiyyə
azl -> Təhsil pilləsi: bakalavr Şöbə: əyani Kurs
azl -> Fakültə: Biologiya İxtisas: Biologiya müəllimliyi Tədris ili, sessiya
azl -> Fakültə: Kimya İxtisas: Kimya / Kimya-biologiya müəllimliyi Tədris ili, sessiya
azl -> ##book id=258//book name= Histologiya // ##fk=124//ks=03//fn=258// sumalltest= 282
kitabxana -> D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə