DAġ DÖVRÜ alti cġlddə


Azıxda Mustye mədəniyyətinin tipoloji xüsusiyyətləri



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix27.06.2017
ölçüsü2,13 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Azıxda Mustye mədəniyyətinin tipoloji xüsusiyyətləri 

 

Azıx paleolit düşərgəsinin  Mustye  mədəniyyətinə aid olan 



III təbəqəsinin daş məmulatı içərisində zəngin əmək alətləri qeydə 

alınmışdır. III  təbəqənin əmək alətləri  içərisində 68 ədəd  levallua 

itiucluları  müəyyən  edilmişdir.  Maraqlıdır  ki,  onların  əksəriyyəti 

çaxmaqlaşmış  slanes  daşından  (36  ədəd),  32  ədədi  isə 

çaxmaqdaşından hazırlanmışdır. 

Levallua  itiucluları əsasən birinci  və  ikinci qoparma  üsulu 

ilə  hazırlanmışdır.  Təsvir  olunan  alətlərin  nümunələri  59-cu 

şəkildə göstərilmişdir. 



Dişəklənmiş  levallua  itiucluları.  Azıxın  Mustye 

mədəniyyətinə aid alətləri  içərisində 37 ədəd dişəklənmiş  levallua 

itiucluları 

müəyyən 


olunmuşdur. 

Dişəklənmiş 

levallua 

itiuclularının  21  ədədi  çaxmaqdaşından,  14  ədədi  çaxmaqlaşmış 

slanes  daşından,  2  ədədi  isə  dəvəgözü  daşından  hazırlanmışdır. 

Dişəklənmiş  levallua  itiucluları əsasən dik,  yarımdik  və bəzən də 

itiləyici  dişəklə  işlənmişdir.  Təsvir  olunan  alətlərin  nümunələri 

61-ci şəkildə göstərilmişdir. 



206 

 

Azıx  düşərgəsinin  Mustye  mədəniyyətinə  aid  olan  III 



təbəqənin əmək alətləri  içərisində  mustye  itiucluları  xüsusi  maraq 

doğurur. Daş  məmulatı  içərisində 16 ədəd  mustye  itiuclusu qeydə 

alınmışdır.  Bunların  13-ü  çaxmaqdaşından,  3-ü  isə  dəvəgözü 

daşından  hazırlanmışdır.  Mustye  itiucluları  olduqca  incə 

işlənmişdir.  Levallua  itiuclularından  fərqli  olaraq  mustye 

itiucluları  daha  geniş  sahədə  dişəklənmişdir.  Uzunluğuna  görə 

mustye  itiuclularının  əksəriyyəti 5-9 sm-də olanlar təşkil  edir (13 

ədəd).  Eyni  zamanda  mustye  itiucluları  levallua  itiuclularına 

nisbətən daha qalın qəlpələr üzərində hazırlnmışdır. Təsvir olunan 

mustye itiuclularının nümunələri 67-ci şəkildə göstərilmişdir. 

Azıx paleolit düşərgəsinin  Mustye  mədəniyyətinə aid olan 

III  təbəqəsinin  əmək  alətləri  içərisində  II  əsas  yeri  qaşov  tipli 

alətlər  tutur.  Qaşov  tipli  alətlərin  əksəriyyəti  çaxmaqdaşından 

hazırlanmışdır.  Tipoloji  xüsusiyyətlərinə  görə  qaşov  tipli  alətləri 

bir  neçə  qrupa  ayırmaq  olar.  Onların  arasında  sadə  və  bir  ağızlı 

qaşovlar,  sadə  bir  ağızlı  düz  qaşovlar,  sadə  düz  ağızlı  qabarıq 

qaşovlar,  sadə  düz  ağızlı  batıq  qaşovlar,  iki  işlək  ağızlı  qaşovlar 

(onların arasında düz ağızlı, qabarıq ağızlı və batıq ağızlı qaşovlar 

müəyyən  olunmuşdur),  eyni  zamanda  daş  məmulatı  içərisində 

konvergent  qaşovlar,  künclü  qaşovlar,  enli  qaşovlar,  Tağlar  tipli 

qaşovlar,  tipik  və  atipik  qaşovcuqlar,  kəsici  alətlər,  bıçaq  tipli 

alətlər,  gəzli  alətlər,  dişli  alətlər,  çapma  alətləri  və  əl  çapacaqları 



207 

 

qeydə  alınmışdır  (Hüseynov,  1985,  1986;  Cəfərov,  1983,  1986, 



1999, 2004). 

Maraqlıdır  ki,  Azıx  düşərgəsinin  Mustye  mədəniyyətinə 

aid  təbəqəsindən  2  ədəd  əl  çapacağı  tapılmışdır.  Tipoloji  cəhətcə 

əl çapacaqları yarpaq və ürəkşəkillidir. Əl çapacaqları orta Paleolit 

dövrü  üçün  ən  nadir  tapıntılardan  hesab  olunur.  Ümumiyyətlə, 

orta Paleolit dövrü  üçün əl çapacaqları  xarakterik deyildir. 2 ədəd 

əl  çapacağının  Azıx  düşərgəsinin  III  təbəqəsindən  tapılması 

Azərbaycanın orta Paleolit düşərgələri içərisində ən qədim mustye 

düşərgəsinin  Azıx  mağarasının  III  təbəqəsində  müəyyən 

olunduğunu  söyləməyə  imkan  verir.  Aparılan  kompleks  elmi 

tədqiqat  işləri  də  Azərbaycan  ərazisində  ən  qədim  Mustye 

mədəniyyətinə aid arxeoloji  tapıntıların  Azıx düşərgəsində olması 

qənaətinə gəlinmişdir (Cəfərov, 1999, 2004, 2007). 

Azıx  düşərgəsinin  III    təbəqəsində  aşkar  olunmuş  daş 

məmulatının elmi təhlili göstərir ki, düşərgənin ən qədim sakinləri 

əmək  alətlərinin  bir  hissəsini  mağaranın  özündə,  digər  hissəsini 

isə  düşərgədən  kənarda,  yəni  Quruçay  sahillərində  hazırlayıb, 

düşərgəyə  gətirmişlər.  Eyni  zamanda  Mustye  mədəniyyəti 

dövründə  neandertal  tipli  insanlar  Azıx  düşərgəsində  daimi 

yaşamışlar (Hüseynov, 1985, 1986; Cəfərov, 1999, 2004). 

 

 


208 

 

Tağlar mağarasının Mustye mədəniyyəti 

  Hazırda  Yaxın  Şərq  və  Qafqaz  ərazisində  Mustye 

mədəniyyətinə  aid  ən  möhtəşəm  və  zəngin  maddi  mədəniyyət 

nümunələrinə  malik  olan  arxeoloji  abidə  Tağlar  abidəsi  hesab 

olunur.  Tağlar  paleolit  düşərgəsi  Qarabağın  ən  mənzərəli  və 

səfalı guşələrindən birində olub, Tuğ və Tağlar kəndləri arasında 

Quruçayın  sol  sahilində  yerləşir.  Çoxtəbəqəli  mağara  düşərgəsi 

1960-cı  ildə  Məmmədəli  Hüseynov  tərəfindən  qeydə  alınmışdır 

(Hüseynov,  İsmayılov,  1967).  Düşərgədə  arxeoloji  qazıntı 

işlərini  M.Hüseynov  və Ə.Cəfərov aparmışlar  (Hüseynov, 1973; 

Cəfərov,1978, 1983, 1986, 1999). 

Mağaranın  bir  neçə  metrliyindən  axan  Quruçay  Tağlar 

düşərgəsində  yaşayan  qədim  insanların  həyatında  mühüm  rol 

oynamış,  ona  görə  də  neandretal  tipli  insanlar  bu  ərazidə  olan 

Tağlar mağarasını özlərinə daimi yaşayış məskəni seçmişlər. 

Tağlar  paleolit  düşərgəsi  özünün  maddi  mədəniyyət 

qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına 

görə  ölkəmizin  və  Yaxın  Şərqin  mustye  düşərgələri  içərisində 

mühüm yer tutur (Hüseynov, 1985; Cəfərov 1999, 2004). 

1963-cü ildən başlayaraq 1986-cı ilədək müəyyən fasilələrlə 

Tağlar paleolit düşərgəsində arxeoloji qazıntı  işləri  nəticəsində 8 

mindən artıq daş  məmulatı  və 500  mindən çox qədim  insanların 

ovladıqları heyvanların sümükləri tapılmışdır. 



209 

 

Tağlar  düşərgəsinin  daş  məmulatı  içərisində  əmək  alətləri, 



istehsal  tullantıları  və  nüvələr  əsas  yer  tutur.  Daş  məmulatının 

elmi  təhlili  göstərir ki, Tağlar  mağarasının qədim  sakinləri əmək 

alətlərini  əsasən  düşərgədə  hazırlamışlar.  Çünki  istehsal 

tullantıları düşərgənin daş məmulatı içərisində çoxluq təşkil edir. 

Maraqlıdır  ki,  Tağlar  düşərgəsinin  əmək  alətləri  içərisində  əsas 

yeri  levallua,  mustye  itiucluları  və  qaşov  tipli  alətlər  tutur. 

Qafqaz  və  Yaxın  Şərq  paleolit  düşərgələri  içərisində  Tağlar 

mustye  düşərgəsi  yeganə  abidədir  ki,  buradan  tapılan  əmək 

alətləri  olduqca  zəngin  tarixə  malik  olmaqla  bərabər,  yeni-yeni 

əmək  alətlərinin  meydana  gəlmə  xüsusiyyətlərini  öyrənməyə 

geniş imkanlar yaradır (Cəfərov, 1999, 2004, 2006, 2007). 

Tağlar  düşərgəsindən  tapılmış  daş  məmulatının  texniki-

tipoloji  tədqiqi  zamanı  Paleolit  dövrü  üçün  yeni  tipli  əmək 

alətləri  qeydə  alınmış  və  onlara  Tağlar  tipli  əmək  alətləri  adı 

verilmişdir.    Həmin  əmək  alətləri  olduqca  zərif  hazırlanmış  və 

bir  neçə  işlək ağıza  malikdir. Həmin alətlərin 7 ədədi çaxmaq, 5 

ədədi  isə dəvəgözü daşından hazırlanmışlar (şəkil 89, 6; 91, 1-2; 

93, 4-5). Maraqlıdır ki, Azıx paleolit düşərgəsinin III təbəqəsinin 

daş  məmulatı  içərisindən    də  bir  neçə  Tağlar  tipli  əmək  alətləri 

qeydə alınmışdır (Cəfərov, 1999,  2004). 

Tağlar  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  ən 

maraqlı  tapıntılardan  biri  də  düşərgədə  çoxlu  ocaq  laylarının 



210 

 

qeydə  alınmasıdır.  Bu  göstərir  ki,  Tağlar  düşərgəsində  Mustye 



mədəniyyəti  dövründə  sakin  olan  neandertal  tipli  insanların 

həyatında  ocaq  mühüm  rol  oynamışdır.  Maraqlıdır  ki, 

düşərgədən  tapılmış  sümük  məmulatının  əksəriyyəti  ocaqda 

yandırılmışdır.  Bu  düşərgə  sakinlərinin  ovladıqları  heyvanların 

ətlərini ocaqda bişirdiklərini göstərir. 

Tağlar  düşərgəsinin  daş  məmulatının  texniki  və  tipoloji 

tədqiqi zamanı düşərgənin özünəməxsus xüsusiyyətləri müəyyən 

olunmuşdur (Cəfərov, 1999). 

Çoxtəbəqəli  Tağlar  paleolit  düşərgəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  8  mindən  artıq  daş  məmulatı  tapılmışdır. 

Maraqlıdır ki, düşərgədən aşkar olunmuş daş  məmulatının 90%-

dən  çoxu  çaxmaq  və  slanes  daşlarından  hazırlanmışdır.  Bu, 

düşərgənin  yaxınlığında  qeyd  olunan  daşların  əsas  mənbələrin 

olduğunu göstərir (Məmmədov, Süleymanov, 1982, 1998). 

Tağlar  düşərgəsinin  daş  məmulatı  içərisində  95  ədəd 

nukleus    (nüvə)  qeydə  alınmışdır.  Tipoloji  cəhətdən  nukleuslar 

içərisində əsasən diskşəkillilər çoxluq təşkil edir (45 ədəd). 

Daş  məmulatının  texniki  xüsusiyyətlərinin  tədqiqi  burada 

levallua  texnikasının  mühüm  yer  tutduğunu  göstərir.  Maraqlıdır 

ki,  Tağlar  düşərgəsinin  daş  məmulatı  içərisində  müəyyən 

olunmuş  5763  ədəd  hazırlıq  materialı  daşların  1585  ədədi 

levallua  texnikası  əsasında  hazırlanmışdır.  Tağlar  düşərgəsinin 



211 

 

daş  məmulatının  təbəqələr  üzrə  tədqiqi  zamanı  müəyyən 



olunmuşdur  ki,  təbəqələrin  levallua  indeksi  44,6  ilə  46,2 

arasındadır.  Bu  da  düşərgədə  hazırlanmış  daş  alətlərin  əsasən 

levallua  texnikası  əsasında  hazırlanmasını  söyləməyə  imkan 

verir (Cəfərov, 1978, 1983, 1999). 

Tağlar  paleolit  düşərgəsində  aparılan  arxeoloji  tədqiqatlar 

zamanı  aşkar  olunmuş  daş  məmulatını  aşağıdakı  qruplara 

ayırmaq olar: 

1.

 



nukleuslar; 

2.

 



levallua itiucluları; 

3.

 



levallua qəlpələri; 

4.

 



dişəklənmiş levallua itiucluları; 

5.

 



mustye itiucluları; 

6.

 



limas tipli alətlər; 

7.

 



sadə bir işlək ağızlı qaşovlar; 

8.

 



iki işlək ağızlı qaşovlar; 

9.

 



konvergent qaşovlar; 

10.


 

künclü qaşovlar; 

11.

 

enli qaşovlar; 



12.

 

əks dişəkli qaşovlar; 



13.

 

Tağlar tipli qaşovlar; 



14.

 

qaşovcuqlar; 



15.

 

kəsicilər; 



212 

 

16.



 

bizlər; 


17.

 

gəzli alətlər; 



18.

 

dişli alətlər. 



Qeyd  olunan  alətlərdən  başqa  Tağlar  düşərgəsinin  daş 

məmulatı  içərisində  dişəksiz  lövhələr,  qəlpələr  və  çoxlu  istehsal 

tullantıları aşkar olunmuşdur. 

Nüvələr.  Tağlar  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 

zamanı  95  ədəd  nüvə  tapılmışdır.  Onların  əksəriyyəti  çaxmaq  və 

slanes  daşlarından  hazırlanmışdır.  Düşərgədən  aşkar  olunmuş 

nüvələr  mağara  sakinlərinin  əmək  alətləri  hazırlaması  texnikası 

haqqında  elmi  məlumatlar  əldə  etməyə  imkan  verir.  Tipoloji 

cəhətcə  nüvələri bir  neçə qrupa ayırmaq olar:  diskşəkilli, bir  neçə 

səthli, iki səthli və prizma şəkilli. Maraqlıdır ki, nüvələr içərisində 

əsas  yeri  diskşəkillilər  tutur.  Onların  sayı  45  ədəddir.  Təsvir 

olunan nüvələrin nümunələri 75-ci şəkildə göstərilmişdir. 

Levallua  itiucluları.  Tağlar  paleolit  düşərgəsində  aparılan 

arxeoloji  qazıntı  işləri  zamanı  242  ədəd  levallua  itiucluları 

tapılmışdır.  Onların  əksəriyyəti  slanes  və  çaxmaqdaşılarından 

hazırlanmışdır.  Levallua  itiuclularının  əksəriyyətinin  zərbə 

səthləri  ikitillidir.  Tağlar  düşərgəsinin  levallua  itiucluları  əsasən 

birinci  və  ikinci  qoparma  üsulu  ilə  hazırlanmışdır.  Təsvir  olunan 

alətlərin nümunələri 79-cu şəkildə göstərilmişdir. 


213 

 

Dişəklənmiş  levallua  itiucluları  (206  ədəd).  Əmək  alətləri 

içərisində ən maraqlı və diqqəti cəlb edən alətlərdən biridir. Təsvir 

olunan 


alətlər 

əsasən  çaxmaq 

və  slanes  daşlarından 

hazırlanmışdır.  Alətlərin  işlək  ağızları  və  ucluqları  incə 

dişəklənmişdir.  Dəstək  hissələrinin  bəziləri  kiçik  qopuqlarla 

nazildilmişdir.  Təsvir  olunan  dişəklənmiş  levallua  itiuclularının 

nümunələri 83 və 87-ci şəkillərdə göstərilmişdir.  

Mustye  itiucluları  (166  ədəd).  Alətlərin  texniki  hazırlanma 

üsulları  əsasən  levallua  itiuclularının  hazırlanma  üsulu  əsasında 

olmuşdur.  Lakin  levallua  itiuclularına  nisbətən,  mustye  itiucluları 

nisbətən qısa, qalın, enli lövhə və qəlpələr üzərində hazırlanmışdır 

(şəkil 88; 102). 

Tağlar  düşərgəsində  aşkar  olunmuş  mustye  itiucluları 

üzərində  ikinci  dəfə  işlənmə  əməliyyatı  əsasən  yanvari,  hündür, 

yarım  hündür  və  bəzən  də  dik  dişəklə  aparılmışdır.  Bir  neçə 

mustye  itiuclusu  subparalel  dişəklə  işlənmişdir  (şəkil  88,  2,  3). 

Mustye  itiuclularının  əksəriyyəti  birinci  və  ikinci  qoparma  üsulu 

ilə    hazırlanmışdır.  Eyni  zamanda  bir  neçə  mustye  itiuclusunun 

dəstək  hissəsi  nazik  qopuqlarla  işlənmiş  və  bu  da  alətin  iş 

prosesində  əlverişli  istifadə  etməyə  imkan  yaratmışdır.  Tipoloji 

cəhətcə  Tağlar  düşərgəsindən  aşkar  olunmuş  mustye  itiuclularını 

bir neçə qrupa bölmək olar (Cəfərov, 1999). 


214 

 

Tağlar düşərgəsinin V və VI təbəqələrindən tapılmış mustye 



itiucluları  II-IV  təbəqələrdən  aşkar  olunanlara  nisbətən  qalın  və 

enlidir.  Təsvir  olunan  mustye  itiuclularının  nümunələri  şəkil  100 

və 102-də göstərilmişdir. 

Limaslar (10 ədəd).  Düşərgədən  tapılmış 10 ədəd  limasdan 

8  ədədi  dəvəgözü  daşından  hazırlanmışdır.  Görünür  düşərgənin 

qədim  sakinləri  limas  tipli  alətlər  hazırlayarkən  üstünlüyü 

dəvəgözü daşına  vermişlər. 2 ədəd  limas  isə çaxmaqdaşı  üzərində 

hazırlanmışdır.  Limaslar  əsasən  qalın  və  qısa  lövhələr  üzərində 

hazırlanmışdır.  Təsvir  olunan  alətlərin  nümunələri  şəkil  76,  2  və 

3-də göstərilmişdir. 

Sadə  bir  işlək  ağızlı  qaşovlar  (247  ədəd).  Tağlar 

düşərgəsinin  əmək  alətləri  içərisində  II  yeri  qaşov  tipli  alətlər 

tutur.  Qaşov  tipli  alətlərin  əksəriyyəti  levallua  lövhələri  üzərində 

hazırlanmışdır. 

Tipoloji  cəhətcə  sadə  bir  işlək  ağızlı  qaşovları  üç  qrupa 

ayırmaq  olar:  1)  düz  ağızlı;  2)  batıq  ağızlı;  3)  qabarıq  ağızlı 

qaşovlar.  Təsvir  olunan  alətlərin  nümunələri  şəkil  80  və  95-də 

göstərilmişdir. 



Iki  işlək  ağızlı  qaşovlar  (52  ədəd).  Alətlərin  əksəriyyəti 

çaxmaqdaşından  hazırlanmışdır.  Təsvir  olunan  iki  işlək  ağızlı 

qaşovları  aşağıdakı  qruplara  ayırmaq  olar:  düz  ağızlı  (59  ədəd), 

qabarıq ağızlı (38 ədəd), batıq ağızlı (10 ədəd), qabarıq-batıq işlək 



215 

 

(16  ədəd)  və  iki  qabarıq  ağızlı  qaşovlar  (29  ədəd).  Təsvir  olunan 



alətlərin nümunələri şəkil 80, 2, 3; 91, 5; 92, 6-7-də göstərilmişdir. 

Konvergent  qaşovlar  (22  ədəd).  Qaşov  tipli  alətlər 

içərisində  xüsusi  yer  tutur  və  hazırlanma  texnikasına  və 

tipologiyasına  əsasən  ayrıca  tip  kimi  müəyyən  olunur. 

Itiuclulardan  fərqli olaraq, konvergent qaşovların  işlək ağızlarının 

nisbətən,  küt,  ucluq  hissələrinin  isə  nisbətən  qabarıq  olması  ilə 

fərqlənir.  Təsvir  olunan  alətlərin  nümunələri  şəkil  103,  5-də 

göstərilmişdir. 

Künclü  qaşovlar  (58  ədəd).  Bu  tip  alətlərin  xüsusiyyətləri 

iki  işlək ağızların küncdə birləşməsindən  ibarətdir.  Təsvir olunan 

alətlərin  əksəriyyəti  çaxmaqdaşından  hazırlanmışdır.  Tağlar 

düşərgəsinin  bütün  təbəqələrindən  künclü  qaşovlar  qeydə 

alınmışdır (şəkil 91, 6; 92, 4, 5).  

Tağlar  tipli  əmək  alətləri  (16  ədəd).  Tağlar  orta  Paleolit 

düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  qeydə  alınmış 

daş  məmulatı  içərisində  yeni  daş  alətlər  müəyyən  olunmuş  və 

həmin  alətlərə  Tağlar  tipli  əmək alətləri  verilmişdir. Ona  görə də 

yeni  müəyyən  olunmuş  alətlər  texniki  və  tipoloji    cəhətcə  xüsusi 

tədqiq  olunmuşdur.  Maraqlıdır  ki,  təsvir  olunan  alətlərin 

əksəriyyəti  dəvəgözü daşından  hazırlanmışdır.   Tağlar tipli əmək 

alətlərinin bir  neçə  işlək ağızları  vardır. Ikinci bir cəhət də diqqəti 

cəlb  edir.  Bu  da  onun  dəstək  hissəsindən  nazildici  dişəklər 


216 

 

qoparılmışdır  (şəkil  89,  6; 91,  1,  2;  93,  4,  54 103,    1;  104,  3). 



Maraqlıdır ki, Azıx paleolit düşərgəsinin  üçüncü  təbəqəsindən də 

bir neçə ədəd  Tağlar tipli əmək alətləri qeydə alınmışdır. 

Təsvir  olunan  əmək  alətlərindən  başqa  düşərgənin  daş 

məmulatı  içərisində  qaşovcuqlar  (17  ədəd),  bizlər  (3  ədəd), 

kəsicilər  (3  ədəd),  tipik  və  atipik  bıçaqlar  (22  ədəd),  gəzli  alətlər 

(6 ədəd), dişli alətlər (14 ədəd)  və qeyri- müəyyən alətlər (8 ədəd) 

qeydə alınmışdır. 

Yaxın  Şərq  və  Qafqaz  ərazisində  Tağlar  paleolit  düşərgəsi 

yeganə  abidədir  ki,  burada  əmək  alətlərinin  uzunmüddətli 

inkişafını  və  yeni-yeni  əmək  alətlərinin  meydana  gəlməsi 

xüsusiyyətlərini  öyrənmək  və  tədqiq  etmək  olur.  Aydındır  ki, 

əmək  alətləri  öz-özlüyündə  inkişaf  edə  bilməzdi.  Bu  inkişaf 

insanların  özünün  təkamülünün  təzahürü  olmuşdur.  Məhz  ona 

görə də əmək alətlərinin  inkişaf  tarixi  insan cəmiyyətinin,  insanın 

özünün inkişaf tarixi deməkdir (Cəfərov, 1999, 2004). 

Tağlar paleolit düşərgəsində kompleks şəkildə elmi tədqiqat 

işləri  aparılmışdır.  Burada  arxeoloqlarla  yanaşı,  paleontoloqlar, 

paleogeoloqlar,  paleocoğraflar,  paleobotaniklər  və  başqa  elm 

sahəsinin  mütəxəssisləri  tədqiqat  işləri  aparmışlar.  Bu  tədqiqatlar 

nəticəsində  düşərgə  ətrafının  və  ətraf  ərazilərin  erkən  Xvalın 

əsrindəki  təbii  iqlim  şəraiti  müəyyən  olunmuşdur.  Həmin  dövrdə 

Kiçik  Qafqazın  cənub-şərq  hissəsində  bütün  müasir  landşaft 



217 

 

qurşaqları  mövcud  olmuşdur.  Lakin  onların  sərhədləri  indikindən 



alçaqda, 

dəniz  səviyyəsindən  800-1000  m  yüksəklikdə 

yerləşmişdir. Bu da qeyd olunan dövrdə  iqlimin çox soyuq olması 

ilə  əlaqədardır.  Ərazinin  iqlimi  istiləşmə  və  soyuqlaşma 

istiqamətində inkişaf etmişdir. Iqlimin bu inkişaf fonunda üç nisbi 

istiləşmə  fazası: birinci 64-63 min  il,  ikincisi 58  min  il,  üçüncüsü 

isə  50  min  il  müəyyən  olunur.  Bu,  Qərbi  Avropanın  Vyurm 

buzlaşma  dövründə  qeydə  alınmış  broyurun,  odderade  və 

mojershofd    isti  fazaları  ilə  müqayisə  olunur.  Düşərgənin 

kompleks  tədqiqi  ilə  M.Hüseynov,  D.Hacıyev,  Ə.Cəfərov, 

Ə.Məmmədov,  N.Şirinov,  A.Veliçko,    S.Əliyev,  M.Süleymanov 

və  başqa  alimlər  məşğul  olmuşlar  (Məmmədov  və  b.,  1983; 

Süleymanov, 1982). 

Aparılan  kompleks  elmi  tədqiqat  işləri  nəticəsində  Tağlar 

orta  Paleolit  düşərgəsində  qədim  insanların  120  min  il  bundan 

əvvəl  başlayaraq  35  min  ilə  qədər    yaşadıqları  müəyyən 

olunmuşdur.  Eyni  zamanda  Yaxın  Şərq  ərazisində  Tağlar 

düşərgəsinin  əsas  arxeoloji  mədəniyyət  mərkəzi  olması    və 

Tağlarda  hazırlanmış  əmək  alətlərinin  hələ  Mustye  mədəniyyəti 

dövründə  Yaxın  Şərq  ölkələri    ərazisində  yayılması  müəyyən 

olunmuşdur (Cəfərov, 1999, 2004). 

 

 



218 

 

DaĢsalahlı orta Paleolit düĢərgəsi 

1958-ci  ilin  yay  fəslində    Azərbaycan  Respublikası  Elmlər 

Akademiyası Tarix İnstitutunun  M.Hüseynovun rəhbərliyi altında 

Paleolit  arxeoloji  ekspedisiyası  Qazax  rayonu 

ərazisində 

apardıqları arxeoloji kəşfiyyat  işləri  zamanı Daşsalahlı  mağarasını 

qeydə  almışdır.  Qeydə  alınmış  düşərgə  Qazax  rayonunun 

Daşsalahlı  kəndi  yaxınlığında  olduğu  üçün  ona  Daşsalahlı 

mağarası adı  verilmişdir (Hüseynov, 1959). Mağaranın eni 5-6 m

uzunluğu  isə  17  m-ə  bərabərdir.  Müşahidələr  zamanı  müəyyən 

edilmişdir  ki,  qədim  dövrdə  mağara  daha  böyük  olmuşdur. 

Sonralar onun qabaq hissəsi uçmuşdur. 

1958-1959-cu  illərdə  Daşsalahlı  mağarasında  arxeoloji 

qazıntı  işləri aparılmışdır.  Arxeoloji qazıntılar  zamanı düşərgənin 

çöküntülərində  bir  mədəni  təbəqə  qeydə  alınmışdır.  Arxeoloji 

tədqiqatlar  zamanı  düşərgədən  326  ədəd  daş  məmulatı  və 

ovlanmış heyvan sümükləri aşkar olunmuşdur (Hüseynov, 1975). 

 Daşsalahlı  mağarasının  daş  məmulatı  arasında  nüvələr, 

itiuclu  alətlər,  sadə  bir  ağızlı  qaşovlar,  künclü  qaşovlar,  iki  işlək 

ağızlı qaşovlar, dişli-gəzli  alətlər, qəlpələr,  lövhələr  və az da olsa 

istehsal tullantıları qeydə alınmışdır. 

Nüvələr  əsasən  diskşəkillidir.  Düşərgənin  daş  məmulatı 

əsasən  çaxmaq,  yaşma,  roqovik,  andezit,  slanes  və  dəvəgözü 



219 

 

daşlarından  hazırlanmışlar.  Maraqlıdır  ki,  daş  məmulatının  5%-i 



dəvəgözü daşından hazırlanmış məmulat təşkil edir. 

Düşərgənin  daş  məmulatı  levallua  və  qeyri-levallua 

texnikası  əsasında  hazırlanmışdır.  Lakin  levallua  texnikası 

əsasında  hazırlanmış  daş  məmulatı  içərisində  çoxluq  təşkil  edir  

(şəkil 105). 

Daşsalahlı  düşərgəsinin  əmək  alətləri  içərisində  əsas  yeri 

qaşov tipli alətlər və itiucluları tutur (Hüseynov, Cəfərov, 1982). 

Düşərgədən  tapılmış  daş  məmulatının  texniki  və  tipoloji 

tədqiqi  əmək  alətlərinin  əsasən  düşərgədə  hazırlandığını  və 

paleolit  ovçularının  bu  abidədə  daimi  yaşadıqlarını  söyləməyə 

əsas verir. 

 

Qazma paleolit düĢərgəsi 

 

1983-cü  ildə  Paleolit  arxeoloji  ekspedisiyası  Naxçıvan 



Muxtar  Respublikası  ərazisində  kəşfiyyat  işləri  zamanı  Qazma 

düşərgəsini qeydə almışdır. Qazma  mağarası Naxçıvan MR Şərur 

rayonu  ərazisində  olub,    Tənənəm  kəndi  yaxınlığında,  Araz  və 

Arpa  çaylarının  sol  sahilində  yerləşir    (şəkil  109),  (Cəfərov, 

1992).  Qazma  düşərgəsi  Araz  çayından  17  km  aralıda  yerləşir. 

Mağara  tunel  formalı  olub,  kars  mağarasından  ibarətdir. 

Mağaranın  içərisi  torpaq çöküntüsü  ilə örtülmüşdür.  Giriş  hissədə 


220 

 

mağaranın eni 8 m-ə, hündürlüyü  isə 2-3 m-ə çatır.  Bir  neçə  metr 



içəriyə  getdikdən  sonra  giriş  yolu  daralır  və  mağaranın  salonu 

başlanır. Mağara bir salondan ibarətdir (şəkil 110). 

1987-1990-cı  illərin  yay  mövsümlərində  Ə.Q.Cəfərovun  

rəhbərliyi  altında  Qazma  mağarasında  arxeoloji  qazıntı  işləri 

aparılmışdır (Cəfərov, 1992, 1999). 

 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə