DAġ DÖVRÜ alti cġlddə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix27.06.2017
ölçüsü2,13 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

paleolit  mədəniyyəti” kimi ədəbiyyata salmağa  imkan verir. Orta 

Kür  hövzəsində, digər bir  mədəniyyəti Qayalı, Şişquzey abidələri 



292 

 

fonunda  ayırmağa  haqqımız  vardır.  Qayalı  makroaşel,  Şişquzey 



isə mikro aşel variantı (Derevyanko və b. 2003; Lübin, 1986) kimi 

xarakterizə edilə bilər. 

     Deməli,  iki  texniki-tipoloji  ənənəyə  bağlanan  miqrasiya 

dalğasının  yayılma  yollarının  izləri Qafqaz ərazisində aşkar edilib 

tədqiq  olunmuş  abidələr  (düşərgələr)  silsiləsində  bariz  şəkildə 

özünü göstərmişdir. 

 

 

2. Mustye abidələri 

 

Qafqazda  Mustye  dövrü  təxminən  100-120  min  il  əvvəl 

başlanmışdır.  Bu  da  Xəzər-Xvalın    (Ris-Vyurm)  geolji  dövrünün 

istiləşmə  mərhələsinə  uyğun  gəlir.  Hələ  Ris-Vyurm  (Xəzər-

Xvalın)  və Xvalın  (Vyurm) əsrlərinin keçid dövründə aşel ənənəli 

texniki- morfoloji  xüsusiyyətlər  davam  edirdi.  Həm  də  Xvalının 

(Vyurmun)  birinci  yarısı  mərhələsinə  uyğun  gələn  təbəqələrin 

tədqiqi  göstərir  ki,  bu  dövr  mülayim  rütubətli  iqlim  şəraitində 

keçmişdir.  Azıx  mağarasının  III  təbəqəsinin  alt  horizontları  buna 

əyani  sübutdur  (Hüseynov,  1975).  Artıq  Xvalının  ortalarından 

getdikcə soyuq rütubətli  iqlim  hakim rol oynamağa başlayır  və bu 

səbəbdən  neandertal  tipli  insan  kiçik  fasilələrlə  daimi  ocaq 

yandırır,  onu  qoruyub  saxlayır  ki,  həm  nəmişlikdən,  həm  də 


293 

 

soyuqdan  qorunsun.  Belə  mənzərə  Yaxın  Şərq,  Orta  Asiya  və 



Qafqaz,  o  cümlədən  Tağlar  düşərgəsində  aydın  izlənir 

(Məmmədov, Cəfərov, 1974). 

     Mustye  mədəniyyətinin  yaradıcıları  ilk  şüurlu  insanlar  – 

paleantrop tipli neandertallar olmuşlar. Bu tip qədim insanların ilk 

inkişaf  mərhələsi Azıx  mağarasının orta aşel çöküntüsündən aşkar 

edilmişdir (Hacıyev, Hüseynov, 1970). 

    Erkən  paleolitin  yekun  mərhəsində  daha  inkişaf  etmiş 

fiziki  insan  tipi  fəaliyyət  göstərməyə  başlayır  və  onlara  müvafiq 

də  inkişaf  etmiş  yüksək  səviyyəli  maddi  mədəniyyət  Mustye 

dövründə yaranır. 

    Mustye  dövründə  dini  təsəvvür,  inam  etiqadı  və  qəbilə 

kök əlaqələrindən irəli gələn qəbir – dəfnetmə meylləri yaranır.  

    Mustye 

dövründə 

təsviri 

incəsənətin, 

zərifliyin, 

simmetriyanın  rüşeymləri  özünü  göstərir.  Sümüklər  üzərində 

kəsmələr, oxradan  istifadə, qaşov,  itiuclu  və çapma  tipli alətlərdə 

mütənasiblik,  onlar  üzərindəki  neqativlər,  dişək  düzümündəki 

incəlik bu daxili və zahiri kamillikdən xəbər verir. 

    Orta paleolit abidələri  Aşel dövrünə  nisbətən çox, həm də 

sıx  yayılmaqla  daha  geniş  ərazini  tutmuşdur.  Bu  dövr  abidələri 

yerləşmə zonalarına görə bir neçə qrupa bölünür. Bunlar Quruçay-

Köndələnçay  hövzələri,  araz  çayı  yuxarı  hövzəsi,  Talış  subtropik 


294 

 

dağları  Tərtərçay,  Həsənsu,  İncəsu,  Təvədöy  çay  hövzələri  və 



Ağgöl qruplarından ibarətdir. 

  Quruçay-Köndələnçay 

hövzəsi  abidələri  Azıxın  III 

təbəqəsi  və  Tağlar  mağarasının düşərgələri  ilə  təmsil olunmuşdur 

(Hüseynov, 1985; Cəfərov, 1999). 

     Araz  hövzəsi  Naxçıvanın  Qazma  mağara  düşərgəsi  

(Cəfərov,  1999;  Zeynalov,  2004)  Talış  zonası  Buzeyir  və  Alar 

mağara (Cəfərov, 2004) materialları ilə xarakterizə olunur. 



      Həsənsu-İncəsu-Təvədöy  çayları  hövzələrinin  Mustye 

dövrü  abidələri.  Bu  qrup  abidələr  Qazax  rayonunun  Şıxlı, 

Kəmərli  və  Ağstafa  rayonunun  Köçəsgər  kəndləri  ətrafında 

yerləşir. Bunlardan ilk qeydə alınanı, ən qədimi və zəngin material 

verəni Qədirdərə paleolit  yaşayış yeridir. O, Şıxlı kəndinin cənub-

qərbində,  Qədirdərənin  şimal  üzündə,  maili  düzənliyin  orta 

terrasla  qovuşduğu  burunda  yerləşir.  Geomorfoloq  N.Ş.Şirinovun 

fikrincə,  materiallar  Qədirdərənin  15  m-lik  terrasının  çarxac 

çöküntülərilə  bağlıdır.  Daş  məmulatı  1023  əşyadan  ibarətdir. 

Xammal  kimi  düşərgədə  boz  və  göyümsov  rəngli  müxtəlif 

dərəcədə  çaxmaqlaşmış  süxurlardan    və  andezit  daşından  istifadə 

olunmuşdur.  Yaşayış  yeri    1960-cı  ildə  qeydə  alınmışdır 

(Mənsurov, 2005). Mustye kompleksində 25  nüvə  vardır. Bunlar, 

hər  şeydən  əvvəl,  arxa  tərəfdən  yastı  şəklə  salınmaları  ilə 

xarakterizə  olunur.  Bu  nüvələrin  10  ədədi  son  işləmə  həddində 



295 

 

qalmışdır.  Amma  əsas  kütlə  orta  işləmə  mərhələsində  gəlib  bizə 



çatmışdır (şəkil 158). 

     Nukleuslar  forma  və  qəlpələnmə  sistemlərinə  görə 

diskşəkilli  –  12,  dördbucaqlı  –  7,  üçbucaqlı  –  7  kimi  qruplara 

ayrılırlar.  Hamısı  birüzlü  işlənmişdir.  8  ədədi  levallua,  10  ədədi 

qeyri- levallua xarakterlidir. 

   Hazırlıq  materiallarında  uzunsov- lövhəvari  biçimlilər 

üstünlük  təşkil  edir.  Bunlar  məmulatda  qabarıq  nəzərə  çarpır.  Bu 

da  Qədirdərə  ərazisini  digər  abidələrdən  kəskin  fərqləndirir. 

Lövhəalma  hələ  alt  Paleolit  –  Aşelin  sonunda  müşahidə  olunur 

(Monsel,  2001;  Derevyanko,  2005).  Hazırlıqlar  sırasında  ikinci 

yeri  üçbucaqlar  tutur.  Bunlar  müxtəlif  ölçülərdə  təmsil 

olunmuşdur. Vurma səthi bir çox halda üçbucağın küncündə və ya 

böyründədir. Xüsusilə yalançı  levallua  itiucluları çoxdur. Bununla 

belə  uzunsov  və  qısa,  enli,  əsas  simmetrik  levallua  itiucluları  da 

nəzərə  çarpacaq  yer  tutur.  Alət  hazırlamaq  üçün  adətən 

lövhəşəkilli qoparmalar, tək-tək  hallarda  isə  üçbucaqlıdan  istifadə 

etmişlər.  Levallua  indeksi  13,6  faiz,  lövhə  indeksi  12,5  faiz, 

vurma səthini narın qoparma 10,0 faiz, ümumi işləmə indeksi 36,8 

faizdir. 

     Ġkinci iĢləmədə əsas üsullar. Dişli alətlərin hamısı xırda 

dişəklə  işlənib.  Pulcuq,  maili  və  yarımdik  dişəklə  qaşov  tipli 

alətlər  hazırlanmışdır.  İskənə  şəkilli  alətlər  yonma  fasetlərlə 



296 

 

alınmışdır. Kəsər qopuqları ilə yan - uc qaşovu tipli ikili alətlər və 



bir də bəzi itiuclular əlavə işlənmişdir. İri dişli alətlər, klekton tipli 

gəzlər və uzun itiuclular zərb üsulu ilə pilləli dişəklənmişdir. 

        Alətlərin  tipologiyası.  Alət  qruplarından  itiuclular  – 

12;  qaşovlar:  ikiağızlı  massiv  –  4,  ikiyanlı  düz  ağızlı  –  3,  ucları 

sivri birləşənlər – 7, biryanlı tutacaqlı (düz və qabarıq) – 14, eninə 

ağızlı  qabarıq  –  5,  gəzli  –  12;  dişli  alətlər:  bir  ağızlı  –  13,  eninə 

qabarıq ağız – 6,  iki ağızlı – 12;  uclu qaşovlar:  xüsusi buruncuqlu 

–  3,  oval  uclu  –  8,  düz  ağızlı  –  8,  batıq  ağız  –  2,  çıxıntı  və 

dimdiklə təmin olunmuş alətlər – 11, burğu tipli alətlər – 5, bizlər 

– 6, dişəkli lövhə - 10. 

        Qədirdərə  yaşayış  yeri  alət  tərkibi  və  onların 

ağızlarının  formaya  salınma  xüsusiyyətlərinə  görə  bu  ərazidə 

cəmlənmiş  paleolit  abidələrindən  fərqlənir.  Burada  uclu  qaşovu, 

iskənə  şəkilli  alətlər  və  dimdikvari  uclu  qaşovları  zəif  təmsil 

olunmuşdur.  Tipoloji  tərkibə  görə  düşərgə  çox  təsərrüfat  sahəli 

kollektivin əmək fəaliyyətindən qalmışdır. 

Texniki  və  tipoloji  baxımdan  abidə  orta  Paleolitin  ilk 

pilləsinə  müvafiq  tipik  mustye  variantına  yaxın  səviyyədə 

olmuşdur (şəkil 159). 

    Qədirdərəyə 

ən  yaxın  abidə  Daşsalahlı  mustye 

düşərgəsidir.  Axırıncı  abidədə  oxşar  itiuclular    (bərabəryanlı  və 

asimmetrik), qovuşan  yanlı qaşovlar,  uzunsov  lövhələrdə bıçaqlar 


297 

 

vardır.  Ancaq  texniki  inkişaf  səviyyəsinə    (hazırlıqların 



morfologiyası  və  en  kəsiklərinin  incəliyi)  görə  Daşsalahlı  və 

Köçəsgər  düşərgəsinə  yaxınlaşır.  Hərçənd  tipoloji  oxşarlıq  bu  iki 

abidə  arasında  daha  azdır.  Belə  ki,  Köçəsgərdə  itiuclular  bir 

ölçüdə  təmsil  olunmuşdur.  Amma  Qədirdərə  ilə  Daşsalahlı,  ola 

bilsin  ki,  genetik  əlaqəli  müəyyən  dəstələrin  yalnız  xüsusi 

təsərrüfat  sahəsini  əks  etdirir,  çünki  bu  bir  neçə  texniki  mərhələ 

incəliyi bir-birini  tamamlayır. Qeyd etdiyimiz  kimi, qoparmaların 

morfoloji  əlamətləri,  onların  ikinci  işlənməsi  və  alətlərin 

görkəminə görə Qədirdərə Daşsalahlıdakı texnikadan daha qədimə 

çəkir.  Qədirdərənin  bir  sıra  alətləri  Arzni  (Paniçkina,  1950)  və 

Sopi  (Qriqoliya,  1963)  abidələrinin  müəyyən  alətləri  ilə  oxşarlıq 

təşkil edir. 

        Kəmərli  mustye  düşərgəsi.  Abidə  İncəsu  hövzəsində 

eyni  adlı  kəndin  şimalında  Qara  yalın  şərqində  maili  döşdə 

yerləşir.  Tapıntı  yeri 1977-ci  ilin  payızında çöl axtarışları  zamanı 

aşkar  edilmişdir.  Buradan  1000-dən  artıq  çaxmaq  əşya 

toplanmışdır.  Yaşayış  sahəsində  qoyulan  yoxlama  xəndəyi 

göstərmişdir ki,  ibtidai insanın əmək fəaliyyətindən qalmış alətlər 

sonrakı yuyulma və relyefin dəyişmələrindən üzə çıxmışdır. 

      Kəmərli  düşərgəsində  istifadə  olunmuş  çaxmaqlaşmış 

əhəngdaşıları rəng, tərkib  və patina dərəcələrinə görə Şişquzey  və 

Qayalı  paleolit  abidələrinin  məmulatı  ilə  yaxınlıq  təşkil  edir. 



298 

 

Sanki  onlarca 



xammal  eyni  qaya 

zolağı 


yatağından 

götürülmüşdür.  Düşərgə  salınan  terrasın  yaşı  geoloji  xronologiya 

üzrə  aşağı  Xəzər-Gürgən  dövrünə  uyğun  gəlir.  Daş  məmulatı 

arasında  46  nukleus,  145  alət,  hazırlıq  qəlpələri,  qopuqlar  və 

tullantılar  vardır.  Nüvələr  içərisində  orta  işləmə  dərəcəli 

nukleuslar  üstünlük  təşkil  edir.  Kiçik  (işlənmiş)  nüvələr  və  son 

həddə  olanlar  cüzi  miqdardadır.  N ukleusları  aşağıdakı  qruplara 

bölmək olar: disklər 7, çoxüzlü 4, aypara şəkilli – küplü nüvələr 3, 

bir  vurma səthli aşel  nüvələri 6, prizmaşəkilli 6, piramida  formalı 

atipik  7,  levallua  tipli  7,  ikiqütblü  2  ədəddir.  Hazırlıq  materialı 

içərisində  qəlpələr  (73  qoparmadan  67-si)  üstünlük  təşkil  edir. 

Vurma  səthi  müəyyən  olunan  54  qəlpədən  48  hamar  vurma 

səthlidir.  Üçbucaqlı  qoparmaların  sayı  26  ədəddirsə,  həqiqi 

üçbucaqlı tək-təkdir. 

      Qəlpələrin  üzlənməsindən  qalan  izlərin  istiqamətlərinə 

gəldikdə  -  radial  üzlü  161,  qovuşan  26,  paralelə  yaxın  və  paralel 

üzlülər 14 ədəddir.  Bu  müşahidələrdə  nüvələrin  forma  və  işlənmə 

üsulları  ilə  düz  mütənasib  gəlir.  Burada  disk  və  şar  şəkilli 

nüvələrin  (çoxüzlü)  azlıq  təşkil  etməsinə  baxmayaraq  qarışıq 

səmtli  üzləməyə  malik  qəlpə  həddən  artıq  çoxdur.  Belə 

uyğunsuzluq,  görünür,  nüvələrin  bir  şəkildən  başqasına  keçməsi, 

forma dəyişikliyinə  uğraması  ilə  izah edilə bilər. Q ısa,  iri,  hündür 

qəlpələr Kəmərli abidəsində başlıca yer tutur.  Eyni  zamanda onun 


299 

 

xarakterini  müəyyənləşdirir.  Bir  neçə  halda  alət  hazırlamaq  üçün 



əl qalınlığında təbii yastı daş parçalarından istifadə olunmuşdur.     

 İkinci  işləmə  üsulları  əsasən  dişək  və  kiçik  qəlpəciklər 

qoparmaqla  aparılmışdır.  Dişəklənmədə  arxaik  məmulata  xas 

şaquli  və  diş  dişəklə  yanaşı  novça  şəkilli  qopuqlarla  işlənmələr 

qabarıq  nəzərə çarpır. Bəzi  halda  hələ başlanğıc şəklində olsa da, 

kəsərcik qopuqlarından istifadə olunmuşdur. 

      Hər  şeydən  əvvəl  qeyd  etmək  lazımdır  ki,  qalın  massiv 

qəlpələrdə  hazırlanmış  hündür  formalı  alətlər  –  çopperşəkilli 

vurma  alətləri,  qaşov-qaşovcuq  tipli  ikili  alətlər  abidədə  əsas  yer 

tutur.  Qalın  buruncuqlu  və  nukleusa  bənzər  alətlər  müxtəlif  növ 

qaşovlar,  sivri  uclu,  dimdikvari,  uclu  qaşov,  biz,  kəsərcik  və 

iskənə  şəkilli  alətlər  bu  abidənin  texniki  və  təsərrüfat  yönümünü 

göstərir. 

      Kəmərli abidəsində qəlpələnmə texnikası Kəkil (Qayalı), 

Çaxmaqlı,  Damcılı  (mustye  kompleksi)  düşərgələri  xəttinə 

uyğundur.  Materialı  təhlilə  çəkilən  yaşayış  yerində  düzgün 

formalı  hazırlıq  materialı  və  nüvələr  olduğu  halda,  alətlər  amorf 

qəlpələr  üzərindədir.  Deməli,  yenə  də  simmetrik,  yararlı 

hazırlıqlar  müəyyən  məqsədlər  üçün  başqa  yerə  istifadəyə 

götürülmüşdür. 

      Texniki- tipoloji  təhlildən  müəyyənləşdirmək  olur  ki, 

Kəmərli  paleolit  tapıntı  yerində  yaşayış  Mustye  dövrünün  birinci 



300 

 

yarısında  mövcud olmuşdur.  Geoloji bölgü  ilə  Xəzər-Xvalın  (ris-



vyurm)  əsrinin  üstü  xvalın  (vyurm)  dövrünün  əvvəlinə  uyğun 

gəlir. 


       Qayalı  (Kəkildağ)  mustye  düşərgəsi.  Qeyd  etdiyimiz 

Qayalı  paleolit  abidəsi  son  Aşel-Mustye  dövründə  qədim 

insanların emal, qismən də  istehsal  məskəni olmuşdur.  Bu qədim 

yaşayış  yeri Kəkildağın 2 km cənubunda sıldırım qayalığın  üstünə 

yaxın  yerdə  salınmışdır.  Düşərgənin  şərqindən  yuxarı  hissədə 

Göyvəlli,  aşağı  sahələrdə  Acı  dərə  kimi  tanınan  qıfvari  çökəklik 

keçir. Qərbindən  isə başlanğıcda Çömçəli, orta  hissədə  Ağ bulaq, 

aşağılarda  İncilli  bulaqları  axan  dərin,  qayalı  dərə  keçir.  Hər  iki 

dərə  şimal-şərq  və  şimal-qərb  istiqamətlərində  davam  edərək 

dağətəyi  maili düzənliyi kəsib keçdikdən sonra terras düzənliyinə 

çıxır. Məhz belə dərələrin orta  terrasla qovuşduğu  zolaq boyunda 

bir sıra mustye tapıntı yeri qeydə alınmışdır. 

       Qayalının  inkişaf  etmiş  kompleksində  daş  məmulatının 

yan  və  üst  tilləri  iti,  patinası  isə  zəifdir.  Nüvələrin  qalınlığı  və 

ölçüləri  kiçilir.  Qoparmaların  izləri,  hazırlıqların  özləri  yastı  və 

düzgün  biçimlidir.  Hazırlıq  növlərinin  alınmasında,  ikinci 

işləmədə  və  tipologiyada  müəyyən  fərqlər  gözə  dəyir.  Belə  ki, 

materialın  ölçüsü  qısalır,  en  kəsiyi  nazilir  və  vurma  səthi  kiçilir. 

Bir  neçə  qədim  ikinci  işləmə    (iri  dişli  dişək)  və  bir  sıra  bəsit 


301 

 

alətlər  (çoppinq,  iri dişli alətlər,  massiv kəsərlər, klekton tipli dik 



gəzlər) aradan çıxır. 

        Nüvələr  aşağıdakı  növlərə  bölünür:  şarşəkilli  –  5,  disk 

formalı – 8, bir vurma səthli aşel nüvəsi – 4, çaydaşından nüvə - 2, 

uzunsov  oval  –  3,  düzbucaqlı  uzunsov  –  7,  düzbucaqlı  iki  üzdən 

də qabarıq düzbucaqlı bir, iki və üç vurma səthli – 14, üçbucaqlı – 

3, prizmaşəkilli – 4 və piramida formalı alət tərkibi bir neçə qrupa 

bölünür. Qaşovlar: bir yanı qabarıq belli – 7, sadə qabarıq ağızlı – 

5,  küplü  -    2,  xırda  dişli  qaşov  –  5,  eninə  ağızlı  –  3,  iki  ağızlı 

qabarıq – 4, alt üzdən dişəkli – 2 ədəddir. 

      Uc qaşovları: künclü qabarıq – 9, yuxarı ucda düz ağızlı – 

5, kiçik buruncuqlu – 8, uc qaşov tipli çıxıntılı alət – 5 ədəd. 

      Başqa  tip  alətlər  seriya  təşkil  etmişdir.  Bunlar 

aşağıdakılardır:  iskənə şəkilli – 9, tutacaqlı bıçaqlar,  ikiüzlü-bıçaq 

tipli alət – 2, küncdə kəsərşəkilli çıxıntılı – 9, bizlər – 6,  gəzli -5, 

dişli -12, dimdikli alətlər -10. 

      Daş  məmulatının təhlili  göstərir ki, Qayalı abidəsi başlıca 

olaraq  nüvələr  və  yarımfabrikat  istehsalı  üçün  emalatxana-

düşərgrə  rolunu  oynamışdır.  Tapıntı  yeri  materialların  texniki-

tipoloji  inkişafı  abidədə  müəyyən  kollektivin  bir  neçə  nəslinin 

Mustye  dövründə  məskunlaşmasını  göstərir.  Tipologiya  və  ikinci 

işləmədə  istər  Qərbi  Azərbaycanın,  istərsə  də  qonşu  ərazilərin 


302 

 

abidələri  ilə  ümumilik  çoxdur.  Təxmini  olaraq  Qayalının  ikinci 



kompleksini Mustye dövrünün ikinci yarısına aid etmək olar. 

       İncəsu-Təvədöy  çayı  hövzələri  arasında  qeydə  alınan 

Mustye  abidələrindən  biri  də  Çaxmaqlıdır.  Bu,  Kiçik  Qafqazın 

aşağı  dağlıq  qurşağının  ətəyində  -  II  Şıxlı  kəndindən  7  km 

cənubda  yerləşir.  Daş  məmulatı  uçurum  qayalıq  dərənin  üstündə 

yerləşmişdir.  Məmulat  yayılan  sahə  60x40  m  ölçüdədir.  Daş 

məmulatı arasında 365 əşya  vardır. Bundan 58-i  nüvə, 153-ü alət, 

30-u  qəlpə  və  tullantılardır.  Düşərgədə  boz  çaxmaqdaşından 

istifadə  olunmuşdur.  Xammalın  yatağı  yaşayış  yerinə  bitişik 

təpədə  yumrular  və  lay  şəklində  əhəng  çöküntüsündən  üzə 

çıxmışdır. 

     A l ə t l ər i n  i l k i n  i ş l ə n m ə s i. Nüvələrin abidədə 

çox  işlənməsi  ümumən  xarakterik  xüsusiyyətdir.  Digər 

fərqləndirici  cəhət  axıradək  işlənmiş  nüvələrin  qaşov,  iskənə,  uc 

qaşovu kimi  yenidən  istifadəyə  gətirilməsidir. Nukleusların əksəri 

qəlpələmə  üçün  xüsusi  hazırlanmış,  arxa  üzləri  yastılanmışdır. 

Onlar  levallua  (9)  və  qeyri- levallua  (39)  növlərinə  ayrılır. 

Sonuncu qrup nüvələrdə - disşəkilli (20), yarımdisk (3), bir, iki və 

üç  vurma  səthli  üçbucaq,  dördbucaq  formalı  bir  üzü  işlənənlər 

(13), şarşəkilli (2), prizma formalı (4) tiplərə ayrılırlar. 

      Levallua 

nüvələri 

qəlpələməyə 

qədər 

xüsusi 


hazırlanmaları  və  işlək  səthdə  yastı  neqativlərin  olması  ilə 

303 

 

fərqlənir.  Vurma  səthi  bunlarda  dəqiq  seçilmiş  yerlərdədir. 



Onların tərkibində bir vurma səthi (5) 9 (üçbucaq, oval, dördbucaq 

formalı) və iki vurma səthi (4) nüvələr vardır. 

     Qəlpələmə  texnikasında kənardan ortaya  vurulub qoparma 

üsulu  üstünlük  təşkil  etmişdir.  Levallua  texnikası  Çaxmaqlıda 

mövcud  olmuşdursa  da,  onun  ikinci  dərəcəli  rol  oynadığı 

müəyyən  olunur.  Tək-tək  son  Paleolit  üsulunda  qoparmalar  da 

aparılmışdır.  

       Qəlpə 

və 

lövhələrin 



təhlilində 

qeyri- levallua 

hazırlıqlarının, bura atipik levallua qoparmalarının daş məmulatını 

daxil  etsək,  xüsusi  çəkisi  levallua  nüvələrindən  bir  qədər  artıq 

alınır.  Levallua  indeksi  18,7%,  lövhə  indeksi  10,4%  təşkil  edir. 

Vurma  səthlərinin  işlənmə  göstəriciləri  çox  aşağıdır:arıtlama 

indeksi (ümumən) 45,3%, incə işləmə 16,3%-dir. 

      İkinci  işləmə  üsullarına  gəldikdə,  əksər  vaxtı  xırda  dişək  

(62  halda)  və  iri  fasetlə  dişəkləmə  (71  halda)  tətbiq  olunmuşdur. 

Bu dişək  növləri alət tərkibinə öz  təsirini  göstərmişdir. Alətlərdə 

yonma-sığallama  və  kəsmə-deşmə  elementli  iş  hissələri  qabarıq 

nəzərə çarpır. 

       Tipoloji  tədqiqdən  aydın  olur  ki,  qəlpələrin  demək  olar 

ki, hamısı dişəklənmişdir. Alətlər sırasında kiçik mustye formaları 

cüzidir.  Qalan  daş  məmulatı  atipikdir  –  qaşovlar    itiuclular 

yoxdur. 


304 

 

       Alətlər aşağıdakı tiplərdən: belli  qaşovlar 10,  iri,  hündür 



qaşovlar  6,  batıq  qaşovlar  10,  narın  dişəkli  qaşov  4,  tutacaqlı 

bıçaqlar  5,  gəzli  alətlər  10,  dişlilər  25,  uc  qaşovları  39  ədəddən 

ibarət  olmuşdur.  Uc  qaşovları  tip  dəyişkənliyi,  kamil  işlənmələri 

və aydın seriyaları ilə seçilir. 

      Uclu  qaşovların  tipləri:  yuxarı  ucda  olanlar  –  15,  qaşov 

ağızlı  yanlarla  birləşənlər  –  4,  hündür  tiplər  –  6,  buruncuqlu  – 

2,iki başlı, dimdik çıxıntılı – 6,  vurma səthi  üstdə olan – 1. Başqa 

alət  növləri:  iskənşəkilli  –  6,  yarpaqşəkilli  itiuclu,  iti  ucu  küncdə 

olan – 7,deşici – 5, qısa iti çıxıntılar (şiplər) -11, dimdikşəkilli alət 

– 19, çoxvəzifəli alətlər – 3 və kəsərdən ibarətdir. 

      Çaxmaqlı  düşərgəsinin  xarakter  əlamətləri:  1.  Böyük 

miqdarda  ikinci  işlənməyə  məruz  qalmış  daş  məmulatının 

mövcudluğu;  2.  Alətlərin  ara-sıra  dişəklənməsi,  bəzən  müxtəlif 

ölçülü  dişəklənmə,  ikinci  dişəklənmənin  gah  alt,  gah  da  üst  üzə 

keçməsi  mütləq çoxluq, düzgün, aramsız pullu dişəklənmə və çox 

azlığı  təşkil  edir;  3.  Tam  tipik  mustye  alətlərin  (qaşov,  itiuclu) 

təmsil  olunmaması;  4.  Bütün  alət  tiplərində  xüsusi  və  ya  təbii 

tutacaqlı  varlığı;  5.  Hazırlıqların  küncündə  işlənmələrlə  xüsusi  iş 

(iti uc, dimdik, biz, sıyırma, kəsmə və s.) elementlərinin ayrılması; 

6.  İkili  və  dəyişkən  formaların,  xüsusilə  uclu  qaşovun  iti  uclu 

çıxıntısı  ilə  birləşməsi,  iti  çıxıntının  kəsərlə,  dişli  dimdik  və  s. 

birgə  çıxış  etmələri;  7.  İskənəşəkilli  alətlərin  açıq-aydın 



305 

 

mənimsənilməsidir.  Çox  güman  ki,  Çaxmaqlı  sakinləri  mövsümi 



oturaq həyat keçirmişlər. Alət tərkibinin yüksək faizi, çoxnövlüyü, 

onların  cürbəcür  əlavə  iş  elementləri  ilə  yüklənməsi  sakinlərin 

bura  yalnız  yüksək  keyfiyyətli  çaxmaqdaşı  üçün  gəlməsini 

göstərmir. Əksinə, onların burada uzun müddət çoxsahəli fəaliyyət 

göstərdiklərini  bildirir.  Ona  görə  də  Çaxmaqlı  abidəsində  təbaşir 

dövrünün çöküntüsündən aşınmış  xammala emal etmək kimi  yox, 

yuyulub dağılmış düşərgə qalığı kimi baxmalıyıq. 

     Həsənsu  hövzəsinin  digər  maraqlı  paleolit  tapıntı  yeri 

(ġiĢquzeydən  sonra)  Köçəsgərdir.  Abidə Köçəsgər kəndindən 6 

km  cənubda  dağın  döşündə  yerləşir.  Daş  məmulatı  ətək  uzunu 

zolaq  sahədə  yerləşirdi.  Geomorfoloqun  fikrincə,  material  dağ 

döşündəki  çıxıntılı  yüksək  terras  üzərində  mövcud  olmuşdur. 

Qədim  insanlar  burada  yayılmış  müxtəlif  ölçülü  yastı  lay  daş 

parçalarından  istifadə  etmişlər.  Belə  xammal  hissələrinin  yan  və 

baş  tərəflərində  yüngül  arıtlama  aparmaqla  yastı  düzgün  nüvələr 

almışlar. 

    Daşın  ilkin  işləməsində,  yəni  nüvələr  hazırlamaq, onlardan 

qəlpə-lövhə 

qoparmaq 

bütövlükdə 

levallua 

prinsipində 

aparılmışdır.  Amma  tək-tək  Mustye  dövrünə  uyğun  radial 

qəlpələmə  sistemində  işlənmişdir.  Kolleksiyada  bir,  iki  vurma 

səthi  birüzlü  işlənmiş  nüvələr  üstünlük  təşkil  edir.  Bunlar  forma 

və  texniki əlamətlərinə  görə aşağıdakı qruplara ayrılır:  diskşəkilli 



306 

 

bir  və  iki  üzlülər,  eninə  qəlpələnmiş  nüvələr,  bir  və  iki  vurma 



səthlilər, bir üzlü dördbucaqlı; qeyri- levallua diski – 5 ədəd. Qalan 

tiplər qeyri- levallua üsulundadır – 23 ədəd.  

    Qəlpə və lövhələrdə təyin oluna bilən vurma səthlərinin 2/3 

hissəsi  hamardır –  iki aşırımlı  qabarıq  vurma səthində aparıcı rol 

oynayır.  Levallua  qoparma  layında  vurma  səthi  nazik  olub  bəzi 

hallarda  fasetlidir.  Hazırlıqların  əsas  hissəsini  (155-dən  97-ni) 

lövhələr  tutur.  Onlar  müxtəlif  ölçülü  seriyalar  təşkil  edir. 

Üçbucaqlı  qoparmalar  incə  nümunələrlə  təmsil  olunmuşdur. 

Bunların  vurma  səthləri  çox  halda  xırda  işlənib  qabarıq 

şəkildədirlər  və  bəzən  gərilmiş  qanadı  xatırladır.  Hazırlıq 

materiallarının  texniki  göstəriciləri  aşağıdakı  kimidir:    levallua 

indeksi  –  31,8%;  lövhə  indeksi  –  22,8%;  narın  işləmə  indeksi  – 

17,7%;  səthlərinin  ümumi  işlənməsi  –  34,4%-dir.  Göründüyü 

kimi,  levallua  texniki  göstəricisi  olduqca  yüksəkdir.  Həmçinin 

lövhə  indeksi  böyükdür.  Köçəsgər  kompleksi,  sözsüz  ki,  lövhə 

texniki  yönümlü,  levallua  biçimlidir.  Bunlar  daş  məmmulatında 

incə  işləmə  aşağı  həddədir.  Hazırlıqların  üzəri  ilkin  işləmədən 

paralel  və  paralelə  yaxın  izlərlə  örtülüdür.  Bu  nisbət  üzləmədə 

nüvələrin  formalarına  uyğun  gəlir.  Daş  məmulatı  tullantıları 

qabarıq  görünür (kiçik qopuqlar, pulçuq  və qırıqlar 223 ədəddir). 

Alətlərin  dişəklənməsində  üç-dörd  üsuldan  istifadə  olunması 

nəzərə  çarpır.  Bunlar  dik,  pullu  dişli  retuş    və  bir  də  yonma 



307 

 

fasetlərdən  ibarətdir.  Köçəsgərə  bitişik  yerləşən  Şişquzey 



abidəsindən  fərqli  olaraq  burada  alt  üzdən  dişəklənməyə  tez-tez 

müraciət  olunub.  Düşərgədə  həmçinin  qoparmaların  kəsilərək 

ucları  iş  elementi  kimi  dişəyə  çəkilməsi  bəlkə  də  bütöv  Qərbi 

Azərbaycan abidələri üçün yeganə haldır. 

       Kompleksin  tipoloji  təhlilinə  gəldikdə  alət  tərkibində: 

qaşovlar (düz yanlı – 7, qabarıq – 11, altdan işlənən - 5, küncvari) 

itiuclular  –  5,  unifas  –  2,  uc  qaşovlar  –  12,  iskənə  şəkilli    -  6, 

bıçaqlar – 11, kəsərlər – 4, kəsilmiş qəlpə və lövhələr – 7, gəzlər – 

5,  dişli  alətlər  –  4,  çopper  –  2.  Düşərgədə  ən  çox  istifadə  olunan 

alət itiuclu, qaşov və bıçaqlardır. 

      Lövhəvari  hazırlıq  texnikası  bu  zonada  Qədirdərə 

abidəsində də  mövcud olmuşdur. Amma sonuncuda  lövhələr daha 

qalın  və  daha  çox  uzunsov  üçbucaqlıdır.  Köçəsgərdə  isə 

qoparmalar  1,5  dəfə  nazikdir.  Texniki  və  alət  tipləri  baxımından 

hər  abidə  özünəməxsus  texniki  ənənəyə    və  təsərrüfat  yönümünə 

malik  olmuşdur.  Köçəsgər  və  Qədirdərədə  daş  işləmənin  bütün 

mərhələləri əks olunur.   

   Levallua  mustye  xarakterli  paleolit  kompleksləri  İranda 

Kirman  vilayətinin  Bisitun  (Skinner,  1965;  Smith,  1971)  və 

Türkiyənin  Şərqi  Anadoludakı  Tikəli  mağaralarında    (Şenyurek, 

Bostançı,  1958)  aşkar  olunmuşdur.  Bu  qonşu  ərazilərin  daş 

məmulatı  dövrü  abidələrində  texniki,  tipoloji  göstəricilər  Qərbi 



308 

 

Azərbaycanın  Daşsalahlı,  Köçəsgər  və  Qədirdərə  düşərgələri  ilə 



yaxınlıq  təşkil  edir.  Tikəlidə  uzunsov,  orta  və  kiçik  ölçülü 

itiuclular dəsti  yuxarı  ucu sivri birləşən qaşovlar,  qaşov-bıçaqlar, 

tutacaqlı  qaşovlar,  lövhəvari  müxtəlif  hazırlıqlar  öz  ölçüləri, 

formaları  və  tərkib  hissələrinə  görə  Qədirdərə  ilə  həmahəng 

səsləşirlər. 

       Ağ  göl  qrupu  mustye  abidələri  silsiləsindən  Qarabığ 

paleolit tapıntı  yeri Kür çayının sol sahilində  Böyük Kəsik dəmir 

yolu stansiyası yaxınlığında, Ağ gölün şimal-şərqində yerləşir. 

Geomorfoloqun  fikrincə,  Qarabığ  paleolit  abidəsi  Bakı 

terrasının  üzərində  salınmışdır.  Görünür  ibtidai  insan  dəstələri 

təbii  bükülümün  güney  səmtində  məskən  salmışlar.  Qarabığ 

yaşayış  yerində  relyefdən  çıxış  edərək  iki  yerdə  qazıntı 

aparılmışdır.  Kəsikdə  üç  çöküntünün  qatı  qeydə  alınmışdır.              

1. Xırlı, tünd qara rəngli torpaq qatı – 20 sm

 2. Müxtəlif ölçülü çaxrac daşı qarışıq boz rəngli gillicə - 10 

sm

 3. Xır daşı qarışıq Sarı qumluca – 30 sm

       Daş  məmulatı  nümunələri  üst  çürüntülü  qat  və  orta 

çöküntü  layının  yuxarı  hissəsi  ilə  bağlı  idi.  İbtidai  insan 

fəaliyyətindən  qalmış  nümunələr  patina,  ərp  və  əhəng  qabığı  ilə 

örtülmüşdür.  Qarabığ  mustye  yaşayış  sahəsində  iki  mövsüm 

tədqiqat  işi  aparılmışdır.  Nəticədə  164  daş  məmulatı  tapılmışdır. 


309 

 

Nüvələr  (44  ədəd)  forma  və  qəlpələnmə  istiqamətlərinə  görə 



müxtəlif  tiplərə bölünür. Disk  formalı  nüvələr  (9 ədəd).  Bir  üzlü 

işlənmişlər  –  qəlpə  qoparılma  dərəcələrinə  görə  əksəri  orta 

işlənmə  vəziyyətində  qalmışdır.  Bir  qismində  işlək  üz  yastı, 

digərlərində  iki  səthdə  də  qabarıqdır.  Nukleusların  son  həddədək 

istifadə olunanları da vardır. 

       İkiqütblü  nüvələrin  (5 ədəd)  həm  vurma səthləri,  həm də 

yanları  boyu  xırda  arıtlamalar  qalmışdır.  Düzbucaq  formalı 

nüvələrin  işlənməsi,  qoparılması  yandan  aparılmışdır.  Bir  vurma 

səthli  (11)  nüvələr  müxtəlif  formalarda  qalmışdır.  N üvələrin 

demək  olar  ki,  2/3  hissəsi  lövhə  almaqda  işlənmişdir.  Üçbucaq 

biçimli  nüvələr  maraqlı  seriya  təşkil  edirlər.    Onların  üzərində 

üçbucaq  qoparma  izləri  qalmışdır.  Daş  məmulatının  nümunələri 

şəkil 154-157-də göstərilmişdir. 

       Ümumiyyətlə,  üçbucaq  tipli  nüvə  Qərbi  Azərbaycanın 

paleolit abidələrində nadir hallarda özünü göstərir. 

        Çoppinqlər  (2) dairəvi  formada olub  miniatür ölçüdədir.  

Küp hissəsi qalın olub təbii qabıqdadır. Ağız  tərəfi qövsvari olub, 

üçpilləli  işlənərək  iki  üzdən  də  nazildilmişdir.  Sıyrıcı-yonucu 

alətlər  (4)  yelpikşəkillidir.  Qəlpə  üzərində  hazırlanmışdır.  İki 

ədədi  üst,  ikisi  isə  alt  üzdən  yonma  qopuqlarla  işlənmişdir. 

Görünür, iri, bərk material üzərində istifadə olunmuşdur.  


310 

 

      Qaşovlar  (16  ədəd)  biri  alt,  digəri  üst  üzdən,  ağızları 



yalnız  alt  üzdən  dişəkli,  enli  lövhəvari  qəlpədə  düzəldilib. 

Küncvari  uc  qaşovu  kimi  işləkli,  tutacaqlı,  qabarıq  yanlı,  ərsin 

formalı  və çox ağızlı-  müxtəlif  funksiyalı  nümunələrdə  gəlib bizə 

çatmışdır.  Ola  bilsin  ki,  kamil  retuşlu  alətlər  axtarış  və  qısa 

dayanacaq  yerlərində  qalmışdır.  Dişli  (5),  gəzli  (9)  alətlər  qalın 

qəlpələr  üzərində  formaya salınmışdır.  Bəzisi küt, başqa qismi  iti 

iş elementlidir. 

       İskənə və yonucu tipli alətlər xüsusi seriya təşkil edir. 

        Uc qaşovları (14) böyük qrupda birləşirlər. Onlar lövhə 

və  qəlpələr  üzərində  hazırlanmışdır.  Kəsər  və  bıçaqlar  daş 

məmulatı içərisində xüsusi seriya təşkil edir. 

        Ceyrançöl abidələrində kamil işlənmiş iri ağızlı alətlərə 

arabir  rast  gəlinir.  Kiçik  iş  elementli  alətlər  bu  kompleksdə 

qabarıq  təmsil  olunmuşdur.  Paleolit  dövründə  əksər  abidələrdə 

təsadüf edilən  xarakterik, klassik alətlər bu qurşağın abidələrində 

demək  olar  ki,  cüzi  miqdardadır.  Ona  görə  də  Ceyrançöl  paleolit 

yaşayış  yerlərində qısa  iş elementli alətlər aparıcı rol oynayır. Bu 

abidələrdəki  alət  tərkibi  göstərir  ki,  Ceyrançöl  ibtidai  insanların 

texniki  ənənəsi,  təsərrüfat  məşğuliyyəti,  Azərbaycanın  qalan 

zonalarındakı  yaşayış  yerlərinin  alət  növləri  və  təsərrüfat 

sahələrindən  köklü  surətdə  fərqlənir.  Qara  düz  emalatxana 

düşərgəsində  və  Sarı  burun  qədim  paleolit  yaşayış  yerlərindən 



311 

 

fərqli  olaraq  Qarabığ  abidəsində  orta  ölçülü  hazırlıqlar  üstün  yer 



tutur.  O,  tam  mənada  düşərgə  olmuş  və  burada  qədim  insanın 

bütün  iş  mərhələləri  izlənir.  Qəlpələnmə  sisteminin  səviyyəsi, 

alətlərdə  dişəyin  xüsusiyyəti  Qarabığ  abidəsini  qədim  mustye 

dövrünə  aid  etməyə  əsas  verir.  Kür  hövzəsinin  yuxarı  axarında 

qeydə  alınmış  paleolit  tapıntı  yerləri  və  Qaxet  yaylası  mustye 

yaşayış  məntəqələrinin  materialları  ilə  müqayisə  oluna  bilər 

(Buqianişvili,  2004).  Geoloji  baxımdan  düşərgə  Xəzər-Xvalın  

(Ris-vyurm)  və  Xvalın  (Vyurm)  dövrünün  ara  istiləşmə 

mərhələsində mövcud olmuşdur. 

     Mustye dövrü yaşayış yerlərinin digər qrupu Tərtərçayı 

hövzəsində  qeydə  alınmışdır.  Burada  həmin  çay  hövzəsinin 

axarında  Bəzirxana  suyu  ilə  Zar  kəndi  arasındakı  sıldırım  qaya 

altında təsadüfi  torpaq  işləri  vaxtı  mədəni təbəqələrdən dəvəgözü 

daşından hazırlanmış alətlər təsadüf edilmişdir. 

 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə