DAġ DÖVRÜ alti cġlddə


AZƏRBAYCANIN NEOLĠT DÜġƏRGƏLƏRĠ



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix27.06.2017
ölçüsü2,13 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

AZƏRBAYCANIN NEOLĠT DÜġƏRGƏLƏRĠ 

 

     Neolit  bəşər  tarixində  Daş  dövrünün  son  mərhələsi, 

cəmiyyətin  təsərrüfat  həyatında  əsaslı  dəyişikliklər  dövrü,  maddi 

mədəniyyətin  inkişaf  səviyyəsinin,  dini  və  dünyəvi  görüşlərin 

dəyişməsi ilə səciyyələnən tarixi mərhələdir. Bu dövrdən əkinçilik 

və  maldarlıq  ərzaq  təchizatının  əsas  mənbəyinə  çevrilir,  istehsal 

təsərrüfatı  sürətlə  inkişaf  edir.  Yeni  istehsal  formasına  keçid 

insanların  maddi  həyatı  ilə  yanaşı  mənəvi  mədəniyyətində  də 

dəyişikliklərə  səbəb  olur  ki,  bu,  arxeoloji  ədəbiyyatda  “Neolit 

inqilabı”  kimi  qiymətləndirilir.  Istehsaledici  təsərrüfat  formasının 

inkişafı  daimi  ilkin  əkinçi  məskənlərinin  meydana  gəlməsinə 

səbəb  olur.  Möhrə  və  çiy  kərpicdən  dairəvi  evlər  tikilir,  gil  qab 

yaranır.  Bütün  bunlar  Neolit  dövrünün  başlıca  əlamətləridir. 

Qədim yaşayış yerlərində torpaq işlərində daşdan, sümükdən (lülə, 



336 

 

kürək  və  buynuz)  düzəldilmiş  toxalar,  çaxmaq  və  dəvəgözü  daşı 



lövhələrindən dişləri olan biçin bıçaqları, sürtgəc, dən əzən daşları 

və s. adi əmək alətinə çevrilir. 

    Neolit  dövrünün  daş  materialının  işlənməsində  özündən 

əvvəlki  Mezolit  dövründən  qalma  əmək  alətlərinin  daha  da 

təkmilləşməsi,  insanların  həyat  tələbatının  daim  ödənilməsini 

təmin  edəcək  ilkin  maldarlıq  və  əkinçilik  kimi  istehsaledici 

təsərrüfat  sahələrinin  yaranması  toxa  və  yığım  üçün  oraq  kimi 

əkinçilik alətlərinin,  su yığmaq üçün ibtidai tərpənməz daş qablar 

–  yalaqların  və  bir  qədər  gil  qabın,  daş  alətlərin  yonma  üsulu  ilə 

kiçik hissəciklər qoparmaqla hazırlanması, cilalama, burama üsulu 

ilə  oyuq  açma  texnikası  və  s.  kimi  yeniliklərin  meydana 

gəlməsiylə  fərqlənir.  Balta, kərki,  iskənə kimi ağac  işləmə alətləri 

işə  düşür,  sümükdən  harpun  və  qarmaq  kimi  alətlər  çoxalır.  Bu 

cür  əlamətlərin  və  gil  qabın  meydana  çıxması,  istehsaledici 

təsərrüfatın  yaranması,  Neolit  dövrünün  başlanmasının  əsas 

göstəricisidir. 

     Mezolit  dövrünün  sonunda  başlanmış  balıqçılıqda 

istifadə olunmaq üçün qayıq düzəldilməsi  işi  genişlənir.  Arxeoloji 

tədqiqatlar  zamanı  məlum olmuşdur ki, dünyada Neolit dövrünün 

həyat  səviyyəsi  müxtəlif  ərazilərdə  müxtəlif  xronoloji  çərçivədə 

keçmişdir. 


337 

 

       Hazırda  aparılmış  tədqiqatların  nəticələrinə  görə 



Azərbaycanda  Neolit  dövrünün  e.ə.  VIII  minilliyin  sonundan  VI 

minilliyin  III  rübünə  kimi  davam  etdiyini  demək  mümkündür. 

Göstərilən  tarixdən  Ön  Asiyanın  bir  çox  vilayət  və  rayonları,  o 

cümlədən  Cənubi  Azərbaycanda  da  tam  məskunlaşma  başlanır. 

Bu  dövrdən  başlayaraq  möhrədən  birotaqlı  evləri  olan  yaşayış 

yerləri  yaranır.  Ilk  əkinçi  məskənləri  qalıqları    Cənubi 

Azərbaycanda  Urmiya  gölü  hövzəsində  Həsənli,  Hacı  Firuz, 

Yanıqtəpə  və  s.  kimi  qədim  yaşayış  yerləri  və  qonşu  Zaqros 

ərazisindən məlumdur. 

      Şimali  Azərbaycanda  Neolit  dövrünün  əkinçi- maldar 

əhalisinin  yaşayış  yerləri  hələlik  az  öyrənilmişdir.  Bunun  başlıca 

səbəbi onların gec aşkarlanması və həm də bu dövr materiallarının 

özündən  sonrakı  dövrə  (Eneolit  dövrünə,  Kültəpə,  Şomutəpə)  və 

gec  dövrü  materiallarının  Eneolitə  şamil  edilməməsidir. 

Azərbaycanda  Neolit  dövrü  qalığı  ilk  dəfə  1938-1941-ci  illərdə 

Gəncəçay 

rayonunda  Gillikdağda  78  saylı  çaxmaqdaşı 

emalatxanasında    (Hümmel,  1941),  Qazax  rayonunda  Damcılı 

mağarasında  (Hüseynov,  1959),  bu  dövrün  son  mərhələsinə  aid 

abidələr 

Ağstafa  rayonunun  Aşağı  Göycəli  kəndindəki 

Töyrətəpənin  alt  təbəqəsində    (Rüstəmov,  1965,  Nərimanov, 

1960), Şomutəpədə, Qarğalar təpəsinin alt təbəqəsində, Qarabağda 

Çalağantəpədə  (  Nərimanov,  1965),  Naxçıvanda  Kültəpənin  (1a) 



338 

 

qatında  (Həbibullayev,  1959)  qeydə  alınmışdır.    Neolit  dövrünün 



bu  mərhələsi  təsərrüfatda  toxa  əkinçiliyinin  vüsət  alması, 

maldarlığın 

bərqərar 

olması 


ilə 

səciyyələnir. 

Qəbilə 

birləşmələrinin yaranması, oturaq həyat tərzinə keçmək prosesinin 



başa çatmasıyla qurtarır.  Azərbaycanın bir  sıra Neolit düşərgələri 

səhv  olaraq  Eneolit  abidələri  kimi  tədqiq  edilmiş  və  çap 

olunmuşdur. 

   Qobustanda  Neolit  dövrünün  ilk  mərhələsinə  aid  qalıqlar 

“Ana  zağa” nın orta  təbəqəsində, “Ovçular  zağa”sında üst  layda, 

Kənizədə I kamerada Mezolit təbəqəsinin üstündə, II kamerada və 

düşərgədə  (Daşaltı sığınacağı) giriş yolunun qarşısında 134, 134a, 

116a, 134 №-li daşların arxasındakı sahədə “Firuz-2”, “Qayaarası-

2”,  “Öküzlər”də  və  s.  qeydə  alınmışdır  (Rüstəmov,  Muradova, 

1975). 


     Neolit  dövrü  burma  üsulu  ilə  alətlərdə  oyuq  açma, 

alətlərin  cilalanması,  kobud  daş  toxalar  (  yer  qazanlar)  və  hələ 

yabanı  dənli  bitkilərin  sünbülünü  yığmaq  üçün  yığma  bıçaqların 

meydana  gəlməsi,  balıqçılıqla  bağlı  sümükdən  qırmaq  və  balıq 

toru  toxumaq  üçün  xüsusi  alətlərin  hazırlanması,  təsərrüfatda 

heyvanların  əhliləşdirilməyə,  bitkilərin  mədəniləşdirilməyə 

başlanması istehsal təsərrüfatının inkişafı ilə başlanır. 


339 

 

     Qobustanda qayaüstü təsvirlər arasında özünəməxsus  yer 



tutan  qayıq  təsvirlərinin  də  şübhəsiz  ki,  müəyyən  qismini  Neolit 

dövrünə aid etmək olar. 

  Qobustanın  qədim  qayaüstü  təsvirləri  arasında  Böyükdaş 

dağı  yuxarı  səki  üzrə  33  və  45,  aşağı  səki  sahəsində  9  №-li 

daşlarda qazılmış  tor təsvirlərindən ,  heyvan ovunda tələ kimi  və 

balıq  toru  kimi  bu  tor  və  qayıq  təsvirləri,  eləcə  də  qazıntılardan 

tapılmış  balıqçılıq  toru  üçün  çoxlu  ağırlıq  daşlar  (pərsənglər), 

“Firuz-1” düşərgəsində son Mezolit dövrünə aid qəbir  materialları 

arasında  tor  toxumaq  və  həmçinin  balıq  sümüyünün  tapılması  və  

s.  balıqçılığın  qədim  qobustanlıların  həyatında  böyük  rol 

oynadığını göstərir. 

     Pribaltika  abidələrindən    Latviyada  Sernat,  Litvada 

Şvanqoyidən,  Severtis  kimi  Mezolit-Neolit  dövrünə  aid  23  

uzunluğunda balıq toru tapılmışdır. Bu yerlərdə balıq tutmaq üçün 

çubuqdan  hörülmüş  müxtəlif  qurğulardan  da  istifadə  olunmuşdur 

(Qurina, 1970).  

      Qobustanın qədim balıqçılarının da balıq ovunda bu cür 

müxtəlif  qamış  qurğulardan  və  bir  sıra  bizə  məlum  olmayan 

üsullardan istifadə olunduğunu söyləmək olar. 

     Ilkin Neolit dövründə Qobustanda ovçuluq, balıqçılıq  və 

yığıcılıq  hələ də  üst Paleolit dövründə olduğu kimi  əsas təsərrüfat 

sahələri  olaraq  qalırdı.  O  dövrdə  yerli  sakinlərin  ov  etməsi  üçün 



340 

 

ətraf  ərazidə  çoxlu  öküz,  ceyran  və  gur  sürüləri  otlayırdı.  “Ana 



zağa”da  Mezolit  və  Neolit  dövrü  təbəqələrindən  tapılmış  heyvan 

sümüyünün 40%-i ceyrana, 40%-ə qədəri gura aiddir. 

    Qobustanın  yuxarıda  adı  çəkilən  düşərgələrinin  erkən 

Neolit  dövrü  təbəqələrindən  tapılmış  çaxmaqdaşı  və  çaydaşından 

hazırlanmış  daş  məmulatı  nümunələri  Mezolit  dövrünün  eyni  tip 

alətlərinin  oxşarı,  onun  böyük  dəyişikliyə  malik  olmayan 

davamıdır.  Mezolit  və  Neolit  dövründə  daş  məmulatındakı  bu 

oxşarlıq qabarıq  nəzərə çarpır. Neolit dövründə Mezolitdə olduğu 

kimi  karandaşvari,  konusvari  və  silindr  formalı  nüvələr  daş 

məmulatı arasında çox, pazşəkillilər  isə  azdır. Çəp  vurma səthinə 

malik  bir  üzlü  nüvələr  aradan  çıxır,  qəlpələrdən  düzəldilmiş 

qaşovlar, ucu yonulmuş alətlər azalır. Iynəvari itiuclular (ox uclar) 

və  digər  lövhədən  olan  alətlər  çoxluq  təşkil  edir.  Simmetrik 

itiləyici  dişəklə  işlənmiş  və  bəzən  yuxarı  uzun  alt  üzündən 

qopuqlar  alınmış  trapeslər  azalır.  Kiçikölçülü  hündür  qövsvari 

tərəfi  qarşılıqlı  küt  dişəklə  işlənmiş  seqmentlərə  təsadüf  olunur. 

Qobustanda Neolit dövrü  təbəqələrinin çaydaşı  materiallarında az 

dəyişikliklə  bir  növ  Mezolit  dövrü  tipləri  saxlanılır,  toxa  tipli 

alətlər az da olsa, əvvəlki dövrdəkinə  nisbətən  iri  və  yöndəmlidir. 

Kiçikölçülü  sürtgəclər,  dən  əzən  daşlardan  yenə  istifadə  olunur, 

daş qablar, ağzı  cilalı alətlər  və s.  meydana  gəlir. Oxun çubuğunu 

hamarlayan,  novçalı  daşların  sayı  xeyli  artır.  Üstü  naxışlı 



341 

 

nüsxələrin  sayı  çoxalır.  Qobustanın  Mezolit  və  Neolit  dövrü  daş 



məmulatında  olan  yaxın  oxşarlıq  qədim  qobustanlıların  tarixi 

mədəni  inkişaf  ənənələrindəki  varislik  və  minilliklərlə  burada 

yaşamış  qəbilələrin  eyni  etnik  qrupa  daxil  olduğuna  əyani 

sübutdur.  Qobustanda  daş  toxaların,  sürtgəclərin,  dənəzən 

daşların,  bıçaqvari  lövhədən  biçin  bıçağı  tipli  alət  nümunələrinin 

tapılması  əkinçiliyin  yaranacağından  xəbər  verir.  Bu  alətlərdən 

yabanı  dənli  bitkilərin  biçilməsi,  döyülməsi,  əzilməsində  istifadə 

olunurdu.  Burada  bəzi  heyvanların  əhliləşdirilməsinə  doğru  ilk 

addımlar  atılır.  İ.M.Cəfərzadə  Qobustanda  Böyükdaş  dağı  yuxarı 

səki sahəsində 45 №-li daşın cənub  üzündə boynuna  ip bağlanmış 

öküz  təsvirinin  olduğunu  əsas  tutaraq  burada  heyvan 

əhliləşdirilməsini 

iribuynuzlu 

heyvandan 

başlandığını 

göstərmişdir.  Ancaq  bu  daşın  arxa  üzündə  eyni  texniki  üslubda 

işlənmiş  öküz  ovu  səhnəsinin  təsvir  olunması    Qobustanda 

qaramalın  əhliləşdirilməsinin  onun  hələ  ovlandığı  dövrdə  -  e.ə. 

VIII minilliyin sonlarında baş verdiyini söyləməyə əsas verir. 

    Neolit  dövründə  Qobustanda  ovçuluq,  balıqçılıq  və 

yığıcılıq təsərrüfatı hələ də aparıcı sahələr olaraq qalır və fəaliyyət 

göstərirdi. 

    Qobustanda  “Ana  zağa”  və  “Kənizə”  düşərgələrində  və 

onların  yaxınlığındakı  daşlarda  çoxlu  kasavari  yalaqlara  rast 

gəlinmişdir. Onlar daş alətlə qazılmış əsl tərpənməz qablardandır. 


342 

 

Bu  formaca  konusvari  yalaqlardan  yağış  suyu,  qurban  qanının 



yığılması  və şübhəsiz, duru  xörəklərin  hazırlanması  üçün  istifadə 

edilirdi.  Bunun  üçün  ocaqda  qızarıncaya  qədər  qızdırılmış 

çaydaşıları  yalağa atılır  və alınan  hərarət oradakı  mayeni bişirirdi. 

Düşərgələrdə  odda  yanıb  qızarmış  çox  sayda  çaydaşı  qırıqlarının 

ocaq və yalaqlar ətrafında tapılması deyilənləri təsdiq edir. 

   Qobustan Neoliti gil qaba qədərki ilk mərhələyə aiddir. Bu 

abidələrdə hələ gil qab yoxdur. 

   Burada Neolit dövrünün inkişaf etmiş – gil qabın meydana 

gəldiyi və son mərhələsi zəif və çətin izlənir. 

  Görünür, 

Neolitə  keçid  dövrünün  ilk  çağlarında 

Qobustanda  baş  vermiş  təbii  hadisələr  (qayaların  uçması,  yerinin 

dəyişməsi,  bəlkə  də  güclü  zəlzələ)  nəticəsində,  “Ana  zağa”, 

“Kənizə”də  müəyyən  müddətə  həyat kəsilmiş , sonrakı dövrlərdə, 

təxminən 

Eneolitin  sonu,  ilk  Tunc  dövründə  yenidən 

canlanmışdır.  

    Qobustanda  “Kənizə”  düşərgəsində  Neolit  dövrünün  gil 

qaba  qədərki  mərhələsinə  aid  qəbir  aşkar  edilmişdir.  Burada  1 

yaşlı  qadın,  2  kişi  sıx  bükülü  vəziyyətdə,  ikisi  başı  cənuba  sağ 

böyrü  üstə, biri başı şimala, sol böyrü  üstə,  ikinci skelet  isə ayaq-

ayağa dəfn olunmuşdur. Skeletlərin  təyinatına görə nisbətən  yaxşı 

saxlanılmış qadın kəlləsinin Qafqazda ən qədim  insan tipi sayılan 

kaspi tayfalarının dəniz sahilində yaşayan tayfalar olub, bir vaxtlar 



343 

 

hətta  dəniz  də  bu  tayfaların  adı  ilə  Kaspi  dənizi  adlandırılmışdır. 



Bunlar qədim qobustanlılardır. 

     Qəbirdən  ağ  rəngdə  mərmərdən  daş  toppuz  -  əsa  başı, 

çaxmaqlaşmış  çaydaşından    ağzı  cilalanmış  balta,  sümük  bizlər, 

sümükdən  bəzək  əşyası,  daş  asma,  çaydaşı  və  qumdaşından 

sürtgəclər  (onların  birində  qırmızı  oxra  əzilmişdir),  iskənə  tipli 

alət,  dəvəgözündən  uclu  qaşov,  çaydaşından  şəkil  döymək  üçün 

alətlər, qumdaşından bıçaq kimi  işlədilə bilən  seqment  formalı  iri  

alət,  bir  parça  bərkidici  qara  maddə  (qır)  tapılmışdır.  Gil  qabın 

ixtirası Neolit dövrü adamının  təbiəti dərk etməsi  və onun ehtiyat 

mənbələrinə yiyələnməsi yolunda əhəmiyyətli addım sayılır. 

      Neolitin  gil  qabın  meydana  çıxdığı  orta  və  Eneolitə 

keçid  təşkil  edən  inkişaf  etmiş  mərhələsinə  aid  maddi  qalıqlar 

Ağstafa  rayonunda,  Töyrətəpə  (alt  təbəqə),  Şomutəpə,  Qarğalar 

təpəsi  (alt  təbəqə),  Qazaxda  Qiyaməttəpədə,  Naxçıvanda 

Kültəpənin alt təbəqəsində aşkar edilmiş, inkişaf etmiş Neolitə aid 

qalıqlar  Azərbaycanda  Gəncəçay  rayonunda,  Xanlar  şəhərindən 

qərbdə  Gilikdağda  da  tapılmışdır.  Bu  abidənin  məmulatına  bir 

üzlü  işlənmiş  yastı,  vurma  səthli  saxlanılmış  hündürlüyü  4,  5-9 

sm-ə  çatan  nüvələr,  iri  bıçaqvari  lövhələrdən  hündür  dişəklə 

işlənmiş  uclu  qaşovlar,  burğular,  çaxmaqdaşından  zərb  alətləri, 

tiyəsində  istifadə  olunma  parıltısı  saxlanmış  yığma  oraq  dişləri, 


344 

 

nüvə-qaşovlar, ağ rəngli keyfiyyətli çaxmaqdaşı  və dəvəgözündən 



qəlpə və lövhələr daxildir. 

      Damcılı  mağarasının  daş  materialı  arasında  da  Neolit 

materialı  vardır.  Bunlar  kəsərlər,  biz  kimi  deşmək  üçün  işlədə 

biləcək  alətlər,  Neolitin  əvvəllərinə  aid  qədim  tipli  sapalqlı  xırda 

ox ucları, cilalı əşya və s. ibarətdir (Hüseynov, 1975). 

     Qazax-Ağstafa 

Neolit  abidələrinin  daş  məmulatı 

prizmatik  və  karandaşvari  nüvələr  çaxmaqdaşı  və  dəvəgözündən 

çoxlu  qəlpə  və  bıçaqvari  lövhələr,  qaşov,  dəndaşları,  dəstəklər, 

üstündə bərkidici qara  maddə saxlanmış,  yığma oraq dişlər,  maral 

buynuzlu  və  qaramalın  kürək  və  lülə  sümüyündən  toxalar  və  s. 

ibarətdir. Bəzi daş alətlərin tiyəsi artıq cilalanmış, bəziləri dəstək 

üçün hazırlanmışdır. 

     VII  minillikdə  Zaqros  ərazisində  dulusçuluq  mərkəzləri 

yaranır.  Urmiya  gölü  ətrafından  da  Neolit  dövrü  qabları 

tapılmışdır. 

     Azərbaycanda  Kürün  orta  axarı  boyunda  yerləşən, 

Şomutəpə  mədəniyyəti  adı  altında  tanınan  (Nərimanov,  1987) 

abidələrdə  təsadüf  olunan  az  sayda  Neolit  dövrü  gil  qablar 

tərkibinə  daş  əziyi  qatılmış,  kobud  hazırlanmış,  gen  və  düz 

oturacaqlı, altında bitki  liflərindən  hörmə  izi  olan,  zəif bişirilmiş, 

qırmızıya bənzər rəngdə, qulpsuz  və  naxışsız qablardan  ibarətdir. 

Çox az faiz qabın gilinə doğranmış saman qatılmışdır. 


345 

 

   Şomutəpənin  və  Töyrətəpənin alt qatının  gil qabları  Aşağı 



Şilovdan düz oturacaqlı, bankavari keramika ilə (Formozov, 1962, 

şəkil  27)  oxşardır.  Gürcüstanın  Borçalı  ərazisindəki  Şulaveri 

abidəsindən  tapılmış  gil  qablar  da  Şomutəpə,  Töyrətəpənin  alt 

təbəqəsinin  gil  qabları  ilə  oxşardır  və  onlar  tədqiqatçı  tərəfindən 

Neolit  dövrünə  aid  edilmişdir  (Kiquradze,  1976).  Şomutəpədən 

C14  analizi  e.ə.  VI  minilliyin  II  yarısı  (5560+701E-631)  tarixi 

vermiş  və  Şomutəpə-Şulaveri  mədəniyyəti  kimi  tanınmışdır. 

Şomutəpə  mədəniyyəti  üçün  səciyyəvi  əlamətlərdən  biri  sümük 

toxalar  əgər  doğrudan  daş  məmulatı  toxadırsa,  onda  onlar  yalnız 

elə  Neolit  dövrünün  əkinçiliyi  üçün  yararlı  ola  bilməz.  Bu  cür 

toxalar  vasitəsilə  əkin  üçün  işlənmiş  torpaqdan  alınan  məhsulun 

az  olub,  il  boyu  qəbilənin  taxıl  məhsuluna  olan  tələbatını  ödəyə 

bilməz, onunla izafi məhsul ehtiyatı əldə etmək mümkün olmazdı. 

Qab  istehsalında  saman  qarışıqlı  qab  nümunələrinin  azlığı  daş 

məmulatı  əkinçiliyin  ilk  meydana  çıxdığı  mərhələ  -  Neolit  dövrü 

olmasıyla  izah  oluna  bilər.  Eyni  fikri  Şomutəpə  orağına  da  aid 

etmək olar (Nərimanov, 1964, 1965). 

    Şomutəpə orağı tipli əsası maral buynuzundan yığma dişli 

oraq  (uzunluğu  25  sm)  Kültəpədə  22,1  m  dərinlikdən  və 

Anadolunun  cənubundakı  Hacılardan  tapılmışdır.  Hacılar  abidəsi 

e.ə. VI  minilliyin  ikinci  yarısına aiddir. Kültəpənin 1a təbəqəsinin 

Ön Asiyanın  göstərilən abidəsiylə xronoloji  yaxınlığı  həmçinin də 



346 

 

ilkin  Kültəpənin  alt  təbəqəsindən  Xələfli  boyalı  qabın  olmasıyla 



daş  məmulatı  təsdiqlənir  (Nərimanov,  1987).  Son  vaxtlar  bəzi 

tədqiqatçılar Xələf mədəniyyətinin ilkin inkişaf mərhələsini e.ə.VI 

minilliyin ortalarına aid  edirlər. Kültəpənin 1a təbəqəsinin də e.ə. 

VI  minilliyin  ikinci    yarısına,  inkişaf  etmiş  Neolit  dövrünə  aid 

olduğunun  mümkünlüyünü  əsas  tutan  İ.H.Nərimanov  Kürün  orta 

axarı  boyundakı  ən  qədim  yaşayış  yerlərinin  də  olduğunu 

göstərmiş  və  onların,  bəlk  də  daha  qədimə  aid  olduğunu  qeyd 

etmişdir  (Nərimanov  1987).”Ana  zağa”  düşərgəsi:  Qobustanda 

Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü 

təsvirlər  qeydə  alınmış  29,  30,  31,  32  qayaların    arasında  əmələ 

gəlmiş  kiçik  iriölçülü  iki  gözdən  ibarət  qayaaltı  boşluqda  aşkar 

edilmişdir.  Yarıaçıq  mağaranı  xatırlayan  bu  boşluğun  divarlarını 

təşkil  edən  qayalar  üzərində  tarixin  müxtəlif  dövrlərində  yüzlərlə 

qayaüstü  təsvirlər  məmulatının  qədim  nümunələri  saxlanmış 

şəkilli qayaların  yarıya qədərinin olduğu kiçik sahədə  mərkəzi  yer 

tutmasına,  divarları  və  onlara  bitişik  daşlarda  çoxsaylı  qədim 

təsvirlərin  saxlandığına  görə    Qobustan  qayaüstü  təsvirlərinin  ilk 

tədqiqatçısı  İ.M.Cəfərzadə  tərəfindən  çox  yerdə  “Ana  zağa”nın 

iriölçülü  100  kv.km  sahəyə  malik  qərb  kamerası  arxeoloji  qazıntı 

işləri aparmaqla tədqiq edilib öyrənilmişdir.   

     Arxeoloji 

qazıntılar 

nəticəsində 

“Ana 


zağa”nın 

çöküntülərində  litoloji  cəhətdən  fərqlənən  üç  əsas  mədəni  təbəqə 



347 

 

aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta  hissəsində aşkar 



edilmiş  alt  (Mezolit)  və  orta  (Neolit)  mədəni  təbəqələr  üst  son 

(son  Neolitdən  ilk  orta  əsrlərə  qədərki  dövrlərə  aid  az  və  ya  çox 

miqdarda  material  verən)  qarışıq  təbəqədən,  10  sm  lal  həyat  izi 

olmayan təbəqə  ilə ayrılırdı. Mezolit dövrü  materialları  saxlanmış 

alt  təbəqənin  qalınlığı  1,0  m,bəzən  1,2  m-ə  qədər  idi.  Bu  təbəqə 

rəngi boza çalan, sementləşmiş kimi olduqca bərk, içərisində qaya 

- əhəngdaşı qırıqlarına rast gəlinən  gillicədən  ibarət  idi. Mezolitin 

sonu  ilə  ilk  Neolit  dövrünə  aid  orta  təbəqə  ilə  alt,  Mezolit  dövrü 

təbəqəsi  arasında  lal  təbəqə  yoxdur.  O nlar  bir-birindən  torpağın 

rəngi,  materialları arasında  fərq-onların tiplərə  görə bir-birinə çox 

yaxın və eyni olması, ümumi səciyyəsiylə seçilir. 

         Orta  təbəqə  alt  təbəqəyə  nisbətən  yumşaq,  qəhvəyi 

rəngə çalan 0,2-0,6 qalınlığında torpaq qatından ibarətdir. 

        “Ana  zağa”  düşərgəsində  Daş  dövrünə  aid  mədəni 

təbəqələr  (alt  və  orta)  düşərgənin  əsasən  orta  hissəsində,  onun 

şimal divarını təşkil edən 30 №-li qayanın cənub dibində, 1965 və 

1966-cı  illərdə qazılmış sahədə aşkar edilmişdir.  Düşərgəni əhatə 

etmiş  qayaların  təxminən  e.ə.  VII-VI  minilliklərdə  baş  vermiş 

yerdəyişməsi  nəticəsində  yaranmış  təhlükəli  vəziyyət  qazıntı 

sahələrinin  hər  yerində  qazıntını  alt  (Mezolit)  mədəni  təbəqə 

səviyyəsinə çatdırmağa imkan verməmişdir. 


348 

 

    “Ana  zağa”  daş  məmulatının  alt  təbəqənin  dövrü  üst 



Paleolitdən  Mezolitə  keçid  və  Mezolitin  ilk  mərhələsinə,  orta 

təbəqənin  dövrü  isə  əsasən    Mezolit  və  Mezolitdən  Neolit  keçid 

mərhələsinə  aiddir.  Burada alt  və orta təbəqələr arasında  lal qatın 

olmaması  onların  yaranma  dövrü  arasında  bir  elə  fasilənin 

olmamasıyla  bağlıdır.  Təbəqələrin  litoloji  tərkibi  və  rəngi 

arasındakı  fərq  çox  güman  ki,  təbii  iqlim  dəyişikliyi  ilə  bağlıdır. 

Bunu hər vaxt təbəqənin əsas arxeoloji materialları – daş alətlər və 

fauna  qalıqları  arasındakı  yaxınlıq,  eynilik  və  bir-birini 

tamamlaması halı da təsdiq edir. 

    “Ana  zağa”nın  alt  və  orta  təbəqənin  materiallarının 

oxşarlığı,  dövr  fərqin  qəti  göstəricisi  olan  nümunələrin  azlığı 

üzündən  düşərgənin  Neolitlə  bağlı  məmulatların  çox  hissəsi 

Mezolit dövrü məmulatları içərisində verilir. 

      Bütün  Qobustan  düşərgələrində  və  eləcə  də  “Ana 

zağa”nın daş məmulatı əsasən çaxmaqdaşı və çaydaşındandır. 

      Qobustanın  Daş  dövrü  düşərgələrinin  sakinləri  əmək 

aləti,  silah  hazırlamaq  üçün  çaxmaqdaşını  çox  qədim  geoloji 

dövrlərə  aid  açlmış  süxurları  və  palçıq  vulkanlarının  püskürmə 

zamanı  ətrafa  atmış  olduqları  tullantılar  arasından  çay  və  dəniz 

sahilindən  tapıb  istifadə  etmişlər.  Yəqin  elə  bu  səbəbdən  də 

Qobustanda  bir  dənə  də  olsun  diametri  5-7  sm-dən  artıq 

çaxmaqdaşı  parçası  və  ya  iri  çaxmaqdaşı  parçasından  nüvə-qəlpə 



349 

 

və  bıçaqvari  lövhəyə  təsadüf  olunmamışdır.  “Ana  zağa”dan 



tapılmış  nüvələrdən  çoxunun  bir  üzündə  saxlanmış  təbii  qabıq 

qalığı 


əsasında 

onların 


kiçikölçülü 

çaxmaqdaşılarından 

hazırlandığı məlum olur. 

     Qobustan  sakinlərinin  əmək  alətləri,  silah  və  s. 

hazırlanması 

üçün 


xammalın 

haradan 


tapdıqlarını 

müəyyənləşdirmək  məqsədilə  Böyük  Qobustanın  başlıca  çayları 

olan  Pirsaatçay,  Ceyrankeçməz  və  Sumqayıtçay  yataqlarında 

aparılan  xüsusi  axtarışlar  nəticə  verməmişdir.  Görünür,  qədim 

qobustanlılar  çaxmaqdaşı  və  çaydaşını  Abşeron  geoloji  dövrünə 

qədərki  qədim  çayların  axıdıb  gətirdiyi,  yüz  min  illər  ərzində 

dənizin  yuyub  hamarladığı  qədim  çayların  itməsi,  dənizin 

çəkilməsiylə  geoloji  qatlarda    saxlanmış  yataqlardan  seçib 

götürmüşlər. 

    “Ana  zağa”da  aparılmış  arxeoloji  qazıntılar  burada  üst 

Paleolitin  sonlarından  ilkin  Mezolit  dövrünün  əvvəllərindən 

başlayaraq,  bütün  sonrakı  tarixi  mərhələlərdə  də  uzun  və  ya  qısa 

müddətli yaşayışın olduğunu göstərmişdir.  

    “Ana  zağa”da  arxeoloji  qazıntılarla  əldə  edilmiş 

materialların  iki  mindən  çoxu  çaxmaqdaşı,  çaydaşı  və  az  hissəsi 

sümükdən  və  başqa  materiallardan  hazırlanmış  əmək  alətləri  və 

eləcə də başqa  məqsədli tapıntılardan  ibarətdir. Müəyyən  formaya 

salınmış  və  ya  üzərində  məqsədli  düzəlmiş  –  dişəkləmə 



350 

 

aparılmaqla  istifadə  edilmiş  bu  materiallar  (əmək  alətləri,  silah 



nümunələri,  məişət  əşyaları, bəzək  vasitələri  və s.)  “Ana  zağa”da 

orta  və  yeni  Daş  dövründə  insanların  həyat  tərzi,  məşğuliyyəti, 

dünyagörüşü  və  s.  haqqında  məlumat  verir.  Düşərgənin  (orta  və 

alt)  hər  iki  təbəqəsinin  materiallarının  tipoloji  və  nisbi  çoxluğu 

cəhətdən  o  qədər  də  fərqlənmədiyi  xüsusi  qeyd  olunmalıdır. 

Yalnız  orta  təbəqənin  üst  səviyyəsindən  tapılmış    qaşov  tipli 

alətlərin  qəlpə  və  ya  bıçaqvari  lövhədən  hazırlanma  fərqi,  dövrü 

etibarilə daha qədim  mədəniyyətə aid  alət tiplərinin alt  təbəqədən 

orta təbəqəyə  nisbətən çoxluğu  və  ya əksinə, digər  xırda, az  gözə 

çarpan  fərqlərə  əsasən  “Ana  zağa”da  alt  mədəni  təbəqənin  üst 

Paleolitin  sonu  -  Mezolitin  əvvəllərinə,  orta  təbəqənin  isə 

Mezolitin sonu – Neolit dövrünün ilk gil qaba qədərki mərhələsinə 

aid etməyə əsas verir. 

“Ana  zağa”da  çaxmaqdaşından  hazırlanmış  600-dən  çox 

kiçikölçülü  (hündürlüyü əsasən 1,5 – 3,0  sm;  nadir  hallarda 5 sm 

arasında) nüvə tapılmışdır. 

   Onların  bir  qismi,  eləcə  də”Ana  zağa”da  Mezolit  üçün 

səciyyəvi  iynəvi  itiuclar,  mikro  lövhələrdən  müxtəlif  alət tiplərini 

müəyyən  hissəsinə  düşərgənin  üst  təbəqəsi  səviyyəsində  də 

təsadüf  olunmuşdur.  Alt  və  orta  təbəqələr  üçün  səciyyəvi  daş 

alətlərin  üst  təbəqə  səviyyəsində  tapılmasının  başlıca  səbəbi 

sonrakı  dövrlərdə  alt  təbəqələrə  toxunması,  düşərgənin  qərb 



351 

 

hissəsindəki  qayaların  yerdəyişməsi,  təbəqələrin  qarışması 



nəticəsində  hazırda  qayaların  altında  qalmış,  qazılması  mümkün 

olmayan  yerlərdən  axan  yağış  sularının  buranın  materialını 

vaxtaşırı yuyub gətirməsidir. 

     “Ana zağa”da hər iki Daş dövrü təbəqəsindən eyni tipli – 

karandaşvari,  konusvari,  prizma,  silindr  və  yiv  şəkilli,  onların 

müxtəlif  görkəminə  məxsus  formada  hazırlanmış  nüvələr  əldə 

edilmişdir.  Prizma,  konus  və  yiv  şəkilli  nüvələr  alt  təbəqədə, 

karandaşvari  və  silindrik  nüvələr  isə  orta  təbəqədə  çoxluq  təşkil 

edir. 

    Çaxmaqdaşı 



qəlpəsindən 

hazırlanmış, 

formaca 

fərqlənməyən  qaşovlar,  alt  təbəqədə  bıçaqvari  lövhələrdən 

düzəldilmiş qaşovlardan çoxdur,  makroölçülü,  xüsusən  itiuclar  və 

gəzli lövhələr orta təbəqədə üstünlük təşkil edir. Həndəsi formnalı 

(trapes,  seqment  şəkilli)  alətlərə  və  ox  uclarına  “Ana  zağa”da 

olduqca az olanlarda əsas orta təbəqədə təsadüf edilmişdir. 

  “Ana  zağa”nın  Daş  dövrü  məmulatının  2/3  hissəsini 

çaxmaqdaşından  olan  alətlər  təşkil  edir.  Onlar  əsasən  orta  və 

mikroölçülü  lövhələrdən  düzəldilmiş  iynəvari  itiuclar,  bir  ucu 

dişəklənməklə  çəpləşdirilmiş,  gəzvari  və  ya  qövsvari  edilmiş, 

yanlarında bir,  iki  və  ya bir  neçə  gəz açılmış alətlərdən  ibarətdir. 

“Ana  zağa”nın  çaxmaqdaşından  hazırlanmış  materialları  bizlər, 

burğular,  kəsər  və  kəsərciklər,  bir  yanı  dişəkləmə  vasitəsilə 


352 

 

kütləşdirilmiş  lövhələr,  ucunda  xüsusi  çıxıntı  düzəldilmiş  və  s. 



alət  tipləri  daxildir.  Qədim  düşərgələrin  sakinləri  çaxmaqdaşıyla 

yanaşı,  çaydaşından  da  geniş  istifadə  etmişlər.  Ölçücə  iri  ölçü 

tələb  olunan  sürtgəc,  zərb  və  döymə  aləti,  ağırlıq  daşı  –  pərsəng, 

dişəkləyici,  eləcə  də  balta  və  kərki  tipli    və  s.  kimi  alətlər 

çaydaşından hazırlanmışdır. 

    Çaydaşından  qopardılmış  ilk  qəlpələr  birbaşa  bıçaq  və 

yüngülcə  dişəklənməklə  qaşov  kimi  istifadə  edilmişdir.  “Ana 

zağa”nın  alt  və  orta  təbəqəsinin  çaydaşı  materialları  da 

çaxmaqdaşında olduğu kimi, alət  tiplərinin  işlənmə  xüsusiyyətinə 

görə az fərqlidir. Alt təbəqə materialının oxşar nümunələrinin orta 

təbəqədə  rast  gəlinməsi    (həyatda  iş  tələbinə  uyğun  meydana 

gəlməsi)  dövrü  xüsusiyyətiylə  fərqlənir.  Məsələn,  sütrgəc  və 

ağırlıq  daşları  orta  təbəqədə  alt  təbəqədəkindən  çoxdur.  Bütün 

bunlar  “Ana  zağa”da  alt  və  orta  mədəni  təbəqələrin  genetik 

baxımdan bir-birinin davamı olduğunu  göstərməklə, onların tarixi 

dövrü haqqında yuxarıda qeyd olunanları digərləri də təsdiq edir. 

    Qobustanda  iri  ölçülü,  lakin  möhkəmliyi  vacib  olmayan 

alət  və  əşyaların  hazırlanması  üçün  yerli  əhəngdaşından  da 

istifadə olunmuşdur. 

   “Ana zağa”da başqa materiallardan – sümük, buynuz, ağac, 

balıqqulağından,  dəvəgözü  daşından  və  başqa  minerallardan 

oxradan  bəzək  və  müxtəlif  əşyalar  hazırlamaq  üçün  istifadə 



353 

 

olunmuşdur.  Bunların  arasında  oxun  çubuğunu  hazırlamaq  üçün 



işlədilmiş  “düzləndiricilər”  diqqəti  cəlb  edir.  Onlar  yastı  təbii 

mineral  dəvəgözü  daşından  bir  üzündə  daşın  eninə  açılmaqla 

hazırlanmış alətlərdir. 

    Qaşovun  içi  işlənib  hamarlanmışdır.  Düşərgənin  alt 

təbəqəsində tək-tək  rast  gəlinən bu  tip  alətlər orta təbəqədə sayca 

artır  və  onların  naxışlanmış  nümunələrinə  təsadüf  olunur.  Bu  cür 

alətlərdən birinin alt, düz  üzündə ceyran şəkli çəkilmişdir.  Bu  tip 

alətlərə,  şübhəsiz  ki,  “Ana  zağa”  Mezolit  dövrü  təbəqəsindən 

tapılmış  sümükdən  hazırlanmış  ox  uclarının  tapılması  da  buna 

sübutdur.  “Ana  zağa”dan  sürtülmüş  balıqqulağından  hazırlanmış 

muncuqlar,  tropik  sularda  yaşayan  balıqqulağından  boyunbağı 

tapılmışdır. 

    “Ana zağa”dan üstündə  yay-oxlu, döymə kişi  və ceyran, 

öküz  təsvirləri  olan  kiçikölçülü  daşlar,  düşərgənin  şimal  divarını 

təşkil  edən  30  №- li  daşda  mədəni  təbəqənin  altında  şərq-qərb 

istiqamətdə uzanan şux qamətli, yay-oxlu, kəmərli ovçu kişilərdən 

ibarət  səhnə  aşkar  edilmişdir.  Düşərgənin  içindəki  kiçik, 

tərpənməyən daşlarda da kişi təsvirləri həkk olunmuşdur. 





Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə