DAġ DÖVRÜ alti cġlddə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix27.06.2017
ölçüsü2,13 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 

 

 

II FƏSĠL 

ANTROPOGENDƏ AZƏRBAYCANIN 

TƏBĠĠ COĞRAFĠ ġƏRAĠTĠ 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 

edilmişdir  ki,  ibtidai  insanların  həyatında  təbii  coğrafi  şəraitin 

mühüm  əhəmiyyəti  olmuşdur.  Alimlər  müəyyən  etmişlər  ki, 

ibtidai  insanların  və  ibtidai  icma  cəmiyyətinin  formalaşması  və 


55 

 

ayrı-ayrı  inkişaf  mərhələləri  təbii  coğrafi  şəraitin  inkişafı  ilə 



yanaşı  qarşılıqlı  əlaqədə  getmişdir.  Aparılan  elmi  araşdırmalar 

zamanı  məlum  olmuşdur  ki,  harada  əlverişli  təbii  coğrafi  şərait 

olmuşsa,  məhz,  ibtidai  insanlar  həmin ərazilərdə  məskunlaşmışlar 

(Məmmədov, 1998, Lümley, 2001, Cəfərov, 2004). 

Azərbaycanın tarixi ərazisi Cənubi Qafqaz və İranın şimal-

qərb  hissəsində  yerləşir.  Sahəsi  221,6  min  kv.km,  əhalisinin  sayı 

isə 40 milyon nəfərdən artıqdır (Məmmədov, 1998). 

Müasir  zamanda  bu  tarixi  ərazinin  bir  hissəsini  tutan 

Azərbaycan  Respublikasının  sahəsi  86,6  min  kv.km,  əhalisi  isə  8 

milyondan  artıqdır.    Cənubi  Azərbaycanın  ərazisi  isə  135  min 



kv.km, əhalisi isə 30 milyondan artıqdır (Məmmədov, 1998). 

Azərbaycan ərazisi düzənlik  və dağlıq relyefə  malik olub, 

mütləq  hündürlüyü  28  m-dən  (Xəzər  sahili  düzənlik)  4821  m-ə 

qədərdir (Savalan dağı). 

Azərbaycan  Respublikasının  ərazisi  beş  vilayətə  bölünür: 

onlardan dördü (  Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan Muxtar 

Respublikası,  Lənkəran) dağlıq, biri  isə (Kür-Araz  və  ya Mərkəzi 

Aran) ovalıqdır. 

Böyük  Qafqazın  Azərbaycan  ərazisi  hissəsində  iki  əsas 

dağ silsiləsi – Baş Qafqaz (Bazardüzü dağı 4462 m) və Yan silsilə 

(Şahdağ  4450  m)  uzanır.  Dağlıq  Şirvan,  Qobustan  və  Abşeron 

yarımadası cənub-şərqi Qafqazda yerləşir. 



56 

 

Baş Qafqaz dağı silsiləsinin cənub  yamacı ətəyi boyuunca 



Qanıx-Əyriçay  dağarası  çökəkliyi,  ondan  cənuba  isə  geniş 

Ceyrançöl və Acınohur öndağlığı uzanır (Məmmədov, 1998). 

Azərbaycan  ərazisində  dağlıq  relyef  şəraitində  geniş 

yayılmış  sürüşmələr,  uçqunlar,  sellər  və  vaxtaşırı  baş  verən 

zəlzələlər  yaşayış  məntəqələrini dağıdır,  təsərrüfatlara ciddi  ziyan 

vurur və insan tələfatına səbəb olur (Məmmədov, 1998). 

Azərbaycanın  coğrafi  yerləşməsi,  dağlıq  və  düzənlik 

relyefini  atmosfer  prosesləri  ilə  qarşılıqlı  əlaqə  və  təsiri 

nəticəsində bir neçə iqlim tipləri yaranmışdır. 

Azərbaycan  Respublikasının  iqlimi  Kür-Araz  ovalığının 

mərkəz  və şərq  hissələrində, Qobustanda, Abşeron  yarımadasında 

və  Samur-Dəvəçi  ovalığında  yayı  quraq  keçən  mülayim- isti 

yarımsəhra  və  quruçöl  iqliminə  malikdir.  Eyni  iqlim  tipi  Talış 

silsiləsinin  şimal  yamacı  boyu  da  müşahidə  olunur  (Məmmədov, 

1998). 

Qışı  quraq  keçən  mülayim  iqlim  yarımsəhra  və  quruçöl 



iqlimi  Kür-Araz  ovalığının  Ağdaş-Qarqarçayın  aşağı  axını 

istiqamətindən qərbə uzanan Qarabağ düzünün bir qismini, Gəncə, 

Qazax  düzünü,  Boz  dağı,  Ceyrançölü  və  Acınohur  öndağının 

cənub-qərbdəki ucqar hissəsini əhatə edir. 

Yuxarıda adı  çəkilən  hər  iki  iqlim daxilində qarlı  günlərin 

sayı 20 günə qədər olduğundan və həmin müddətdə qarın qalınlığı 



57 

 

10  santimetrdən  artıq  olmadığından  bu  ərazilər  yüksək 



məhsuldarlığa malik olan qış otlaqlarıdır.  

Bu ərazidə  iyulun orta aylıq  temperaturu 27

0

C-dən  yüksək 



olduğundan  ərazidə  pambıqçılıq,  bağçılıq,  üzümçülük,  taxılçılıq 

geniş  yayılmışdır. Kiçik Qafqazın dağətəyi  və qismən orta dağlıq 

hissəsində,  eləcə  də  Acınohur  öndağlığında  və  Qanıx-Əyriçay 

çökəkliyi  daxilində  qışı  quraq  keçən  mülayim-isti  iqlim 

mövcuddur.  Kiçik  Qafqazın  və  eləcə  də  Cənub-Şərqi  Qafqazın 

şimal  yamacının  orta  dağlıq  ərazisində  qışı  quraq  keçən  soyuq 

iqlim  hökm sürür. Böyük Qafqazın cənub  yamacının alçaq  hissəsi 

üçün yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti, orta 

dağlıq ərazisi üçün isə qışı rütubətli keçən soyuq iqlim mövcuddur 

(Məmmədov, 1998). 

Talış dağlarında  və Lənkəran ovalığında əsasən  yayı quraq 

keçən mülayim-isti iqlim vardır (Antonov, 1973). 

Azərbaycanda  rütubətli  subtropik  bitkilər  (çay,  limon, 

portağal,  feyxua  və  s.)  bu  iqlim  tipinin  əhatə  etdiyi  Lənkəran 

ovalığı  və  ona  qovuşan  alçaq  dağlıq  ərazinin  şərq  yamacında 

inkişaf etmişdir. 

Talış  dağlarının  alçaq  dağlığı  ilə  orta  dağlığın  qovuşduğu 

dar  bir  zolaqda  yağıntısı  demək  olar  ki,  bərabər  paylanmış 

mülayim-isti iqlim yaranmışdır. 


58 

 

 Naxçıvan  MR- in  və  Cənubi  Azərbaycanın  dağarası 



çökəkliklərində  yayı  quraq  keçən  soyuq  yarımsəhra    və  quruçöl 

iqlimi  hakimdir.  Kontinental  iqlimə  malik  olan  bu  iqlim  tipi 

daxilində  illik  minimum  temperatur  mənfi  32

0

C,  illik  maksimum 



temperatur  isə  43

0

C  olur.  Hər  iki  ərazinin  orta  və  yüksək  dağlıq 



hissəsində yayı quraq keçən soyuq iqlim tipi mövcuddur. Bu iq lim 

şəraitində  istər  Naxçıvan  MR,  istərsə  də  Cənubi  Azərbaycan 

ərazisində  meşə  örtüyü  çox  məhdud  yaranmış  və  əsasən  yox 

dərəcəsindədir.  Dağ  yamaclarının  meşədən  məhrum  olması 

ariddenudasiya  proseslərinin  güclənməsinə,  eroziyanın  intensiv 

getməsinə,  sellərin  tez-tez  baş  verməsinə  səbəb  olur.  Bu  iqlim 

tipinə daxil olan ərazilərdə yay otlaqları az məhsuldardır. 

Azərbaycanın  mütləq  yüksəkliyi  2600-2800  m-dən  artıq 

olan  yüksək  dağlıq  ərazilər  üçün  soyuq  və  tundra  tipli  iqlim 

xasdır.  Belə  iqlim  olan  ərazilərdə  qismən  daimi  buzlaqlar  və 

yayda əriməyən qar talaları müşahidə edilir. 

Azərbaycan  Respublikasının  ən  iri  çayları  –  Kür,  Araz, 

Samur,  Tərtər,  Naxçıvançay,  Viləş,  Zuvandçay  və  başqalarıdır. 

Cənubi  Azərbaycanda    Qarasu,  Hacılar,  Sərdəzurd,  Qazançay 

(Ağsu),  Zərrinərud,  Nazlıçay  və  başqa  çaylardır  (Məmmədov, 

1998).  Azərbaycanın  çayları  dağ  çaylarıdır.  Bunlar  əsasən  ilin 

soyuq  yarısı  çox  sulu,  isti  yarısı  isə  az  sulu  olur.  Bu  da  qismən 

quraq  iqlimə  malik  olan  dağarası  çökəkliklərdə,  dağ  ətəklərində, 



59 

 

düzənlik  və  otlaqlarda  suvarma  əkinçiliyi  üçün  ciddi  maneə 



törədir. Buna  görə də tarixən ən  intensiv əkinçilik  və bağçılıq çay 

dərələri,  çay  yataqları  boyu  və  çayların  dağlıq  ərazilərdən 

düzənliyə qovuşduğu zolaqlarda yaranmışdır. 

Yüksək  dağlıq  ərazilərdə    dağ-çəmən    torpaqları  inkişaf 

etmişdir.  Dağlıq  tundra  iqlimi  şəraitində    (3000  m-dən 

yüksəklikdə)  dağ-çəmən  torflu  torpaqlar  formalaşır.  Sıra  dağların 

suayırıcı  sahəsi  boyunca  yay  otlaqları  kimi  istifadə  edilən  dağ 

çəmənləri geniş sahəni tutur. 

Cənubi  Azərbaycanın  torpaq  örtüyü  arid  iqlim  və  kəskin 

parçalanmış  relyef  şəraitində  formalaşmışdır.  Alçaq  dağlıq 

ərazilərdə  tipik  və  alçaq  sarı,  əksər  hallarda  skeletli  torpaqlar 

əmələ  gəlmişdir.  Tipik  boz  torpaqlar  yüksək  dağarası 

çökəkliklərin  allüvial-prolüvial  mənşəli  çöküntüləri  üzərində 

yayılmışdır. Cənubi Azərbaycanda qəhvəyi torpaqlar geniş ərazini 

örtür.  Maqmatik  vulkanların  püskürməsi  nəticəsində  yaranan 

effuziv  və  intruziv  süxurlar  üzərində  əmələ  gəlmiş  torpaqlar 

mikroelementlərlə  zəngin  olduqlarından  onların  məhsuldarlığı 

yüksək  olur.  Qarabağ  vulkanik  yaylasını,  Savalan  və  Səhənd 

dağlarının  yamaclarını  buna  misal  göstərmək  olar  (Əliyev, 

Məmmədov, 1998). 

İqlim  şəraitinin  kontinentallığı  və  quraq  keçməsilə 

əlaqədar  Cənubi  Azərbaycandakı  dağ  yamaclarında  seyrək 



60 

 

kserofit kolluqları  və  yarımkol  friqonoid bitkiləri  geniş sahə tutur. 



Dağarası  çökəkliklərdə  və  maili  düzənliklərdə  quru  çöl  və 

yarımsəhra  bitkiləri  inkişaf  etmişdir.  Qotur-Musalan  dağ 

silsiləsinin  şərq  yamaclarında  enliyarpaqlı  meşələr,  bozqır  və 

friqonoid bitkilərdən  ibarət kolluqlar  yayılmışdır. Xəzər dənizinin 

sahili boyu III dövrün dəmirağacı, şabalıdyarpaq palıd, dzelkva və 

bu  kimi  relikt  bitkilərdən  ibarət  subtropik  meşələri  inkişaf 

etmişdir.  

Yüksək  dağlığın  qayalıq  hissələrində  bezuar  keçiləri, 

muflonlar  məskunlaşıb.  Dağ-meşə qurşağında daşlıq dələsi,  meşə 

dələsi, ayı, vaşaq, meşə pişiyi, bəbir, muflon (dağ qoyunu), cüyür, 

çöl donuzu (qaban), tetra quşu,  göyərçin,  ular  və başqaları  vardır. 

Yarımsəhra  şəraitində  qırmızıquyruq  siçan,  oxlu  kirpi,  qunduz, 

gürzə,  turac,  kəklik,  köçəri  quşlar  və  bir  çox  başqa  heyvanlar 

yaşayır (Əliyev, Məmmədov, 1998). 

Azərbaycan  ərazisində  müxtəlif  yüksəklik diapazonlarında 

yaranmış  mürəkkəb  təbii  şərait,  ayrı-ayrı  təbii  coğrafi 

komponentlər  arasında  baş  verən  qarşılıqlı  əlaqə  və  təsir 

nəticəsində on bir landşaft tipi və yarımtipi  yaranmışdır. 

Dağlıq  ərazilərdə  şiddətli  parçalanmış  yüksək  dağlığın 

subnival, qismən  nival-buzlaq, yüksək dağlığın çəmənlik  landşaftı 

vardır.  Orta  dağlığın  enliyarpaqlı  meşə  və  meşədən  sonrakı 

çəmən-çöl, orta dağlığın dağ-kserofit landşaftları mövcuddur. Dağ 



61 

 

ətəklərinin  enliyarpaqlı  meşə,  alçaq  dağlığın  kserofit,  quruçöl  və 



arid  meşə  alçaq  dağlığın  çöl  və  yarımsəhra  landşafları  geniş 

sahəni əhatə edir (Məmmədov, 1998). 

Dünyanın  müxtəlif  ərazilərində  qeydə  alınmış  paleolit 

düşərgələrinin elmi  tədqiqi  nəticəsində  təbiətin,  ibtidai  insanın  və 

onun  maddi  mədəniyyətinin  inkişafında  müşahidə  olunan  əsas 

hadisələr  arasında  sıx  qarşılıqlı  əlaqələrin  mövcud  olması 

müəyyən  edilmişdir.  Təbiət  ibtidai  insanların  məskəni  və  qida 

mənbəyi  olmaqla  bərabər,  demək  olar  ki,  onların  bütün  həyat 

sahələrinə,  hətta  antropogenez  prosesinə,  yayılmasına,  təsərrüfat 

xüsusiyyətlərinə,  məişətinə,  əmək  alətləri  hazırlamasına  və 

geyiminə  belə  ciddi  təsir  göstərmişdir.  Antropogenezdə  təbiətin 

rolu  əsasən  hominidlərin  bioloji  potensialına  stimulvermə  və 

seleksiyaetmə təsirindən ibarət olmuşdur. 

Alimlərin  kompleks  elmi  tədqiqatları  zamanı  müəyyən 

edilmişdir  ki,  ibtidai  icma  cəmiyyətinin  başlanğıc  mərhələsində 

təbii  amillərin  insanlara  təsiri  daha  güclü    olmuşdur.  Təbiətlə 

insanlar  arasında  qarşılıqlı  münasibətlərin  inkişafı  təbiətin  ibtidai 

cəmiyyətin  inkişafına  təsirinin  tədricən  zəifləməsi  istiqamətində 

getmişdir.  Sosial  inkişaf  nəticəsində  insanın  təbiətə  təcavüzü 

tədricən  artmış,  mütərəqqi  hal  almış  və  mürəkkəbləşmişdir 

(Məmmədov, Ələsgərov, 1988). 


62 

 

Planetimizin  digər  bölgələrində  olduğu  kimi,  Azərbaycan 



ərazisində  də  təbii  coğrafi  şərait  sabit  qalmamışdır.  Xüsusilə, 

ibtidai  insanların  yaşadığı  dövrdə  -  Paleolit  dövründə  təbiət 

dəyişmələri daha kəskin xarakter almışdır. 

Qərbi  Azərbaycanın  üst  miosen  –  erkən  pliosen  yaşlı 

çöküntü  qatlarında  tapılmış  fauna  və  flora  qalıqları  göstərir  ki, 

həmin  geoloji  dövrlərdə  (7  milyon  il  bundan  əvvəldən  3,2  il 

bundan  qabaqlaradək)  ərazidə  isti  iqlim  şəraiti  hökm  sürmüşdür. 

Burada savanna tipli meşə-çöl landşaftı olmuşdur. Böyük və Kiçik 

Qafqaz  dağlarının  yamacları  həmişəyaşıl  ağaclarla,  zəngin 

enliyarpaqlı  meşələrlə  örtülü  olmuşdur.  Ərazinin  heyvanat  aləmi 

də  olduqca  zəngin  olmuşdur.  Dağətəyi  və  düzənlik  ərazilərdə 

insanabənzər meymun, kərgədan, zürafə, dəvəquşu və digər tropik 

və  subtropik  iqlim  şəraitinə  xas  olan  heyvan  sürüləri  mövcud 

olmuşdur.  Meşələrdə  müasir  dövrdə  yaşayan  ağac  növlərilə 

yanaşı,  həmişəyaşıl ağaclar, o cümlədən palma, dəfnə,  maqnoliya, 

həmişəyaşıl  palıd,  azat,  darçın  ağacı,  nissa,  araliya  və  s.  geniş 

yayılmışdır.  Bu  da  həmin  dövrlərdə  iqlimin  kifayət  dərəcədə  isti 

və  rütubətli olduğunu olduğunu  göstərir. Elmi tədqiqatlara əsasən 

dağətəyi  və  düzənliklərdə  orta  illik  temperatur  17-19

0

C,  yanvar 



ayının  temperaturu  6-8

0

C,  iyul  ayınınkı  26-28



0

C,  yağıntının 

miqdarı isə 1100-1200 mm təşkil etmişdir. 


63 

 

3,2  milyon  il  bundan  əvvəldən  0,7  milyon  il  bundan 



əvvələdək  olan  dövrə  aid  təbəqələrdən  tapılmış  heyvan  və  bitki 

qalıqları  bu  dövrdə  Azərbaycanda  və  qonşu  ərazilərdə  iqlimin 

xeyli  soyuqlaşmasını  və  quraqlaşmasını  göstərir.  Düzən  və 

dağətəyi  ərazilərdə  meşə  sahələri  xeyli  azalır,  həmişəyaşıl 

bitkilərin  bir  çoxu  məhv  olur,  açıq  sahələr  genişlənir.  Heyvanat 

aləminin  növ tərkibi kasıblaşır. Ərazidə  hipparion  fauna  üstünlük 

təşkil  edir.  Bununla  belə  bitki  tərkibində  rütubətli  subtropik 

şəraitdə  yaşayan  həmişəyaşıl  və  yayda  yaşıl  bitki  növlərinin, 

gərməşov,  çiyələk,  darçın  ağacı,  həmişəyaşıl  palıd  və  s. 

heyvanlardan  isə dəvəquşu, kərgədan  və  fillərin azalması  göstərir 

ki,  iqlim  sərt  olmamışdır.  Belə  vəziyyət  Azərbaycan  ərazisində 

ibtidai  insanın  meydana  gəlməsi  və  yaşaması  üçün əlverişli şərait 

yaratmışdır (Hacıyev, 1991). 

Azərbaycan  ərazisində  bütün  IV  dövrü  əhatə  edən  və 

bəşəriyyətin  bütün  əsas  inkişaf  mərhələlərini  səciyyələndirən 

maddi mədəniyyət qalıqları aşkar edilmişdir.  

Ümumi  qəbul  olunmuş  geoxronoloji  bölgüyə  əsasən  IV 

dövr üç epoxaya: eopleystosen, pleystosen və holosen epoxalarına 

bölünür (Məmmədov, 1998). 

Azərbaycan  ərazilərində  eopleystosen  epoxası  1,8  milyon 

il bundan əvvəl başlanan  Abşeron əsrinə  müvafiq  gəlir. Təxminən 

700  min  il  əvvəl  eopleystosen  epoxası  başa  çatır,  onu  pleystosen 



64 

 

epoxası əvəz edir. Pleystosen epoxası  üç yerə bölünür: erkən, orta 



və üst pleystosen. Azərbaycanda erkən pleystosenə Bakı əsri (700-

400 min il bundan əvvəl), orta pleystosenə alt Xəzər əsri (400-130 

min  il  əvvəl),  üst  pleystosenə  üst  Xəzər  və  erkən  Xvalin  əsri 

müvafiq  gəlir.  Holosen  son  10  min  ili  əhatə  edir  (Məmmədov, 

1998). 

Azərbaycan  ərazisində  paleolitin  ömrü  2,5  milyon  ildən 



artıq olub, erkən eopleystosendən  holosenədək davam edən dövrü 

əhatə edir (Cəfərov, 2007). 

Çaydaşı  mədəniyyətinin  sahibləri  olan  ən  qədim  ibtidai 

insanlar  Azərbaycanda    alt  eopleystosendə  (Abşeron  əsrində),  

erkən  Aşel  mədəniyyətinin  sahibləri  erkən  Pleystosendə  (Bakı 

əsrində), orta Aşel  mədəniyyətini  yaradanlar  isə orta Pleystosendə  

(alt  Xəzər  əsri)  və  üst  Pleystosenin  əvvəllərində  yaşamışlar 

(Məmmədov, 1998). 

Mustye 

və  son  Paleolit 



mədəniyyətinin  sahibləri 

Azərbaycan 

ərazisində 

Pleystosen 

dövrünün 

axırlarında 

məskunlaşmışlar.  Azərbaycanın  və  ona  qonşu  olan  Qafqaz  və 

Yaxın  Şərq  regionlarının  Paleolit  düşərgələrindən  və  IV  dövrün 

çöküntü  qalıqlarından  tapılmış  bitki  və  heyvan  qalıqlarının 

öyrənilməsi  bu  ərazilərin  ibtidai  insanlar  yaşadığı  dövrlərdə 

mövcud olmuş təbii şəraitini bərpa etməyə imkan verir. 


65 

 

Eopleystosen epoxası – çaydaşı mədəniyyəti dövrü iqlimdə 



soyuqlaşma  və  quraqlaşma  prosesinin  güclənməsi,  vulkanların 

fəallaşması, dağların hündürlüyünün artması, dəniz örtən sahələrin 

azalması,  fauna  və  flora tərkibinin kasıblaşması,  meşə sahələrinin 

azalması,  açıq  və  çöl  sahələrinin  genişlənməsi  və  ilk  dağ-dərə 

buzlaqlarının  yaranması  kimi  hadisələrlə  səciyyələnir  (Əliyev, 

Məmmədov, 1998). 

Çaydaşı 

mədəniyyəti 

dövrünün 

birinci 


yarısında 

Azərbaycan  ərazisinin  əksər  hissəsi  hələ  Xəzər  suları  altında  idi. 

Ərazidə Böyük  və Kiçik Qafqaz,  Talış, Savalan  və başqa dağların 

zirvələri  yüksəlirdi.    O nların  ən  hündürlərinin  yüksəkliyi  2000-

3000  m-ə  çatırdı.  Dağ  massivləri  vadilər,  dərələr  və  qobulara 

parçalanmışdır. 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  məlum 

olmuşdur  ki,  dövrün  iqlimi  indikindən  isti  və  rütubətli  olmuşdur. 

Heyvanat aləmi cənub  fili, kərgədan,  vəhşi at, dəvə, cüyür,  maral, 

öküz,  qılıncdişli  pələng,  dəvəquşu  və  başqalarından  ibarət 

olmuşdur.  Onların  içərisində  savanna  nümayəndələri  üstünlük 

təşkil edir. Ərazinin bitki aləmi də zəngin tərkibə malik olmuşdur. 

Alçaq dağlıq  və dağönü rayonlarda orta  illik temperatur 13-15

0

C, 



yanvarın  orta  temperaturu  5-6

0

C,  iyul  ayınınkı  22-23



0

C  dərəcəyə 

çatmışdır. 


66 

 

Çaydaşı  mədəniyyəti  dövrünün  II  yarısında  təbii  şərait 



ciddi şəkildə dəyişir.  Böyük  və Kiçik Qafqaz dağlarının qalxması 

sürətlənir. Qarabağ yaylasında və qonşu ərazilərdə  (İran, Türkiyə) 

vulkanlar  canlanır,  Xəzərin  Kür  körfəzi  xeyli  kiçilir,  dağönü 

sahələrdə  və  Kür  çökəkliyində  düzənlər  xeyli  genişlənir,  çay 

vadiləri dərinləşir və uzanır (Məmmədov, 1998). 

Dağların  qalxması  iqlimdə  ümumi  qlobal  soyuqlaşma  ilə 

yanaşı  gedir,  bu  da  Böyük  və  kiçik  Qafqazın  yüksək  dağlıq 

zonalarında  buzlaqların  yaranmasına  səbəb  olur  (Məmmədov, 

1998). 

İqlimin  soyuqlaşması  və  atmosferin  quraqlaşması  isti  və 



rütubətdən  heyvanların  və  bitkilərin  məhv  olmasına,  yerini 

dəyişməsinə səbəb olur. Dağətəyi və düzənlik sahələrdə meşələrin 

ərazisi  xeyli  azalır,  seyrək  arid  meşələr,  çöl  və  yarımsəhra 

landşaftlarının  sahəsi  genişlənir.  Aşağı  dağlıq  qurşaqda 

enliyarpaq, əsasən palıd və vələs ağaclarından ibarət işıqlı meşələr 

üstünlük təşkil edir. Orta dağlıq qurşaqda enliyarpaq, əsasən palıd, 

vələs,  fıstıq  və  digər  ağaclardan  ibarət  qarışıq  meşələr  çoxluq 

təşkil  etmişdir.  Yuxarı  meşə  qurşağının  iynəyarpaqlı  meşələr, 

daha yüksəklikləri isə seyrək qoz ağacı meşələri, subalp çəmənləri 

tutmuşdur. 

Orta  və  yüksək  dağ  yamaclarında  müvafiq  olaraq  qara 

gülgün  və  seyrək  qoz  ağacı  meşələri,  Quruçay  vadisində  isə  qoz, 



67 

 

yalanqoz  və  digər  isti  rütubətsevən  bitkilər  üstünlük  təşkil 



etmişdir.  Dağətəyi  sahələrdə  seyrək  arid  meşələri  yayılmışdır. 

Düzənlərdə  onları  tuqay  meşələri,  çöl  və  yarımçöl  landşaftları 

əvəz  etmişdir.  Belə  şərait  ibtidai  insanların  müxtəlif  heyvanları 

ovlaması  və  yem  bitkiləri  toplaması  üçün  əlverişli  imkan 

yaradırdı. O dövrdə Azıx paleolit düşərgəsi  yerləşən ərazidə  iqlim 

indikindən  isti  və  rütubətli  olmuşdur.  Yanvarda  orta  illik 

temperatur  4-6

0

C-yə,  iyulda  25-28



0

c-yə,  illik  yağıntının  miqdarı 

isə 1000-1800 mm-ə çatmışdır. 

Çaydaşı  mədəniyyəti  dövründən  erkən  Aşel  mədəniyyətinə 

keçid  ərəfəsində,  landşaftın  regional  xüsusiyyətləri  saxlanmaqla 

yanaşı,  qurunun  və  dənizin  yerləşməsində  və  iqlimdə  bəzi 

dəyişikliklər  getmişdir. Kür körfəzi  geri - cənub-şərqi Şirvanadək 

çəkilir  və  bütün  Kür-Araz  ovalığı  Şirvandan  qərbə,  dəniz 

sularından  azad  olur  və  düzənliyə  çevrilir.  İqlim  quru  və  soyuq 

olur. İqlimin soyuqlaşması və yüksək dağlıq zonalarda buzlaqların 

əmələ  gəlməsi  nəticəsində  meşələrin  sürətlə  dağ  ətəklərinə  doğru 

enməsi baş  verir. Əvvəllər orta  və  yüksək dağlıq qurşaqları  tutan 

meşələr  indi  1000-1200  m-ə  qədər  enir  və  Azıx  paleolit 

düşərgəsini əhatəyə alır. 

Qədim,  orta,  son  Aşel,  Mustye  və  üst  Paleolit  dövrlərini 

əhatə  edən  pleystosen  dövrü  Yer  kürəsi  tarixində  buzlaşma  kimi 

məlumdur.  Bu  dövrdə  Qafqaz  və  Avrasiya  dağlarında  üç  dəfə 


68 

 

buzlaşma gedir. Çaydaşı mədəniyyətinin sonunda formalaşan təbii 



şərait  hələ pleystosenin başlanğıcında Aşel  mədəniyyəti dövründə 

saxlanmaqda davam etmişdir (Məmmədov, 1998). 

Erkən Aşel  mədəniyyəti dövründə  (700-400  min  il bundan 

əvvəl)  iqlimin  istiləşməsi,  Şərqi  Avropa  düzənliyi  və  Qafqaz 

buzlaqlarının əriməsi  nəticəsində  Xəzər dənizinin səviyyəsi qalxır 

və  yenidən K ür-Araz çökəkliyi   Gəncə  meridianınadək su altında 

qalır. Çaydaşı  mədəniyyətinin  isti dövründə olduğu kimi,  landşaft 

qurşaqları  öz  əvvəlki  vəziyyətini  bərpa  edir.  Dağ  ətəklərində  və 

sahilyanı  düzənliklərdə  yenidən  çöl  və  yarımsəhra  landşaftları 

hakim  olur.  Düzənliklərin  çaykənarı  sahələrində  tuqay  tipli 

meşələr  yerləşir.  Aşağı  və  orta  dağlıq  qurşaqlarda  enliyarpaqlı 

meşələr  üstün  mövqe  tutur.    Bu  dövrdə  Azıx  paleolit  düşərgəsi 

enliyarpaqlı  meşələrin  əhatəsində  yerləşmişdir.  Yanvarda 

temperatur  4-7

0

C,  iyulda  22-25



0

C,  illik  yağıntı  1200-1600  mm 

olmuşdur (Məmmədov, 1998). 

Erkən  aşeldən  orta  aşelə  keçid  dövründə  yenidən  soyuq 

iqlim  düşür.  Talış,  Böyük  və  Kiçik  Qafqaz  dağ  massivlərində 

qalxma sürətlənir. Onların ən  yüksək silsilələri buzlaşmaya  məruz 

qalır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşür və sahəsi kiçilir. 

Kür-Araz  ovalığı  yenidən  quruya,  hamar  düzənliyə  çevrilir. 

İqlimin  soyuması  dağlarda  meşələrin  yuxarı  sərhədlərinin  aşağı 

düşməsi ilə müşayiət olunur. Azıx mağarası yerləşən ərazidə meşə 



69 

 

qurşağının  yuxarı  sahəsi  1000-1200  m  aşağı  enir,  bu  da  orta  illik 



temperaturun  5-6

0

C  aşağı  düşməsinə  səbəb  olur.  Göstərmək 



lazımdır ki, Azıx  mağara düşərgəsində oddan  istifadə olunmasını 

göstərən  elmi  faktlar  (ocaq  yerləri,  kömür  qalıqları,  yanmış 

heyvan  sümükləri)  qədim  və  orta  Aşel  mədəniyyətinə  aid 

təbəqələrdən  aşkar  olunmuşdur  (Hüseynov,  1985).  Qədim  Azıx 

düşərgəsi  sakinlərinin  oddan  istifadə  etmələri,  şübhəsiz,  iqlimin 

soyuqlaşması  ilə  əlaqədardır.  Düşərgədən  tapılmış  heyvan 

sümüklərinə,  əsasən  Azıx  düşərgəsinin  ərazisində  Paleolit 

dövründə  meşə  heyvanlarından  mağara  ayısı,  Qafqaz  bəbiri, 

maral,  qaban,  vaşaq,  çöl  və  meşəçöl  heyvanlarından,  at, 

uzunqulaq, kərgədan,  uzunbuynuzlu öküz  və başqaları  yaşamışdır 

(Hacıyev, Əliyev, 1970). 

Orta  Aşel  dövrünün  əvvəllərində  (erkən  Xəzər  əsrinin 

birinci yarısı) iqlimdə yenidən istiləşmə prosesi gedir. Qitə və dağ 

buzlaqlarının  əriməsi  nəticəsində  Xəzər  dənizinin  səviyyəsi 

yenidən  qalxır  və  dəniz  indiki  Mingəçevir  şəhərinə  qədər  bütün 

Kür-Araz  ovalığını  tutur.  Araz  sahili  düzündə  yarımsəhra 

landşaftı,  dağətəyi  sahələrdə  çöl  və  seyrək  meşələr,  aşağı  orta 

dağlıq  qurşaqlarda  palıq,  vələs,  fıstıq  və  digər  enliyarpaqlı 

ağaclardan  ibarət  meşələr  üstünlük  təşkil  edirdi,  yüksək  dağlıq 

hissələr isə alp və subalp çəmənlikləri ilə örtülü idi. 



70 

 

Azıx paleolit düşərgəsinin orta aşel təbəqəsindən əldə edilən 



zəngin  fauna  qalıqlarının  öyrənilməsi  ətraf  ərazidə  müxtəlif  növ 

heyvanların,  o  cümlədən  cüyürün,  xallı  maralın,  nəhəng  maralın, 

qabanın,  vaşaqın,  ayının,  qamışlıq  pişiyinin,  kərgədanın,  ibtidai 

öküzün,  atın,  uzunqulağın  və  s.  heyvanların  yaşadığını  göstərir. 

Bitki  qalıqlarına  əsasən  aparılmış  hesablamalar  dövrün  iqliminə 

aid aşağıdakı  göstəriciləri  verir:   yanvarın orta  temperaturu 4-5

0

C, 


iyulun  orta  temperaturu  20-23

0

C,  yağıntının  miqdarı  1000-1200 



mm olmuşdur.  

Son Aşel  mədəniyyəti dövrünün (orta pleystosenin  II  yarısı) 

əvvəllərində  iqlim  yenidən  soyuqlaşır.  Məhz  belə  vəziyyət  Azıx 

paleolit  düşərgə  sakinlərinin  mağaranı  müvəqqəti  olaraq  tərk 

etməsinə  səbəb  olur.  Məhz  buna  görə  də  Azıx  mağara 

düşərgəsinin  IV  təbəqəsində  maddi  mədəniyyət  qalıqları 

tapılmamışdır (Hüseynov, 1975). 

Bu tarixi  mərhələdən sonra  gələn erkən Mustye dövrü (Orta 

Paleolit) iqlimin xeyli istiləşməsinə səbəb olur (üst Xəzər əsri). 

Bu  dövrdə  Azıx  paleolit  düşərgəsinin  yuxarı  sərhədi  2200-

2300  mm  mütləq  yüksəklikdə  yerləşən  meşə  qurşağının  ətəyində 

yerləşmişdi.  Bu  meşə  qurşağı  zəngin  heyvanat  aləminə  (cüyür, 

maral,  dağ  keçisi,  mağara  ayısı,  qonur  ayı  və  s.)  malik  olmuşdur 

(Əliyev, 1969). 



71 

 

 Mustye dövrünün  (erkən  Xvalin  əsri)  ikinci  yarısında  geniş 



miqdarda  soyuqlaşma    (vyurum  buzlaşma  dövrü)  ilə  əlaqədar 

olaraq Azərbaycan ərazisində, o cümlədən dağlıq bölgələrdə iqlim 

sərtləşir,  əvvəlki  dövrə  nisbətən  kəskin  soyuq  və  quru    iqlim 

vəziyyəti  yaranır.  Bu  dövrün  təbii  coğrafi  şəraiti  son  Aşel 

dövründən  fərqlənmirdi.  Lakin,  iqlimin  arid  olması  ilə  əlaqədar 

buzlaqların  ölçüsü  orta  pleystosenin  axırlarındakı  səviyyəyə 

çatmır.  Əgər  dağ  ətəklərində  və  düzənliklərdə  çöl  və  yarımsəhra 

landşaftlarının  sahəsinin  xeyli  genişlənməsini  nəzərə  almasaq, 

bütövlükdə  landşaft  qurşaqlarının  və  zonalarının  yayılması  son 

aşeldə olan  vəziyyəti təkrar edir. Bu dövrün ən əlamətdar  hadisəsi  

insanın  Azıx  paleolit  düşərgəsindən  150-160  m  aşağıda  və  3  km 

aralıda  Quruçay  sahilində  yerləşən  Tağlar  düşərgəsinə  köçüb 

məskunlaşması  olmuşdur.  İbtidai  insanların  Tağlar  düşərgəsində 

120  min  il  bundan  əvvəldən  başlayıb,  30  min  il  bundan 

qabaqlaradək  yaşaması  kompleks  elmi  tədqiqatlar  əsasında 

müəyyən  edilmişdir.  Düşərgədə  aparılmış  kompleks  arxeoloji 

qazıntılar  zamanı  bitki  qalıqlarına  görə,  bu  dövrdə  düşərgə 

ətrafındakı dağ yamacları palıddan, vələsdən və cökə ağaclarından 

ibarət  olan  meşələrlə  örtülü  olmuşdur.    Meşə  qurşağınınn  yuxarı 

hissəsində  qara  gülgün  və  seyrək  qoz  ağacı  meşələri  mövcud 

olmuşdur.  Bu  dövrdə  meşə  qurşağının  yuxarı  sərhədi  indikinə 

nisbətən  700-800  m  aşağıda  yerləşirdi. 

Tağlar  paleolit 


72 

 

düşərgəsində  insanların  yaşadığı  dövr  ərzində  üç  nisbi  istiləşmə 



fazası qeyd olunmuşdur. Onlardan biri 64-62 min il, ikincisi 58-56 

min  il,  üçüncüsü  isə  58-46  min  il  əvvəl  olmuşdur.  Bu 

qısamüddətli  istiləşmədən sonra  iqlimin  yeni qlobal soyuqlaşması 

dövrü  (son vyurum və ya son valday dövrü) başlayır. Şaquli iqlim 

və  landşaft  zonalarının  enməsi  baş  verir.  Bu,  onunla  sübuta 

yetirilir ki,  yüksək dağ qurşaqlarına  xas olan bitki  və  heyvanların 

qalıqları  Azərbaycanda,  Gürcüstanda  və  Qafqazın  başqa 

bölgələrində  olan  dağ  ətəklərində  yerləşən  üst  Paleolit  dövrlərinə 

aid düşərgələrdən tapılır. 

 Mezolit  və sonrakı dövrləri əhatə edən  holosen epoxası Yer 

kürəsində  iqlimin  qlobal  istiləşməsi,  dağ  və  qitə  buzlaqlarının 

tənəzzülə  uğraması  ilə  xarakterizə  olunur.  Bu  istiləşmə 

Azərbaycan ərazisində dağ buzlaqlarının  tam əriməsi, qar xəttinin 

və  landşaft  qurşaqlarının  yuxarı  qalxması  ilə  müşayiət  olunur. 

Palinoloji  faktlara  görə,  bu  dövrdə  meşə  qurşaqlarının  yuxarı 

sərhədi  2400-2500  m  yüksəkliyə  qalxır,  seyrək  arid  meşələri  isə 

dağətəyi düzənlikləri basır və Cənub-Şərqi Qafqazda Xəzər dənizi 

sahillərinə  yaxınlaşır.  Bu  dövrdə,  yəni  9-6  min  il  əvvəllər  Xəzər 

dənizinin  səviyyəsi  indikindən  6-7  m  yuxarıda  olmuşdur.  Bütün 

Kür-Araz  ovalığı  yarımsəhra  və  səhra  landşaftlarına  malik 

düzənlik  olmuşdur.  Şimal  və  cənubdan  Kür-Araz  ovalığı  geniş 

çölləri  əhatə  etmişdir.  Açıq  sahələrin  genişlənməsi  ilə  əlaqədar 



73 

 

olaraq  çöl  və  yarımsəhra  sakinlərinin  –  at,  dəvə,  öküz,  qulan, 



ceyran,  sayqak  və  başqa  iri  məməlilərin  sayı  artır.  Ümumiyyətlə, 

holosen dövrünün təbii coğrafi və iqlim şəraiti indiki zamanlardan 

az fərqlənirdi (Məmmədov, 1998). 

Dünya arxeoloqlarının apardıqları kompleks elmi tədqiqatlar 

zamanı  məlum  olmuşdur  ki,  planetimizin  ilk  sakinləri  ən  qədim 

zamanlardan  başlayaraq  bir  yerdə  yaşamış,  sığınacaq  axtarmağa 

başlamış,  vəhşi  heyvanlardan qorunmaq,  ilk əmək alətləri,  ibtidai 

tikili  yerləri  hazırlamaq    və  süni  od  əldə  etmək  üçün  birlikdə 

yaşamaq  məcburiyyətində  qalmışlar.  Birgə  yaşayış  tərzi  ulu 

sakinlərin  qarşısına  çıxan  çətinlikləri  aradan  qaldırmağa  kömək 

etmiş  və bu  günə qədər  gəlib çatmış  maddi  və  mənəvi sərvətlərin 

yaradılmasına səbəb olmuşdur. 

İstər  Afrikada,  Avropada,  Asiyada,  istərsə də  Azərbaycanda 

aparılmış  arxeoloji  tədqiqatlar  müəyyən  etmişdir  ki,  ilk  ibtidai 

insanların  məskunlaşmasında  mühüm  amil  təbii  coğrafi  şərait 

olmuşdur.  Məhz  buna  görə  də  ibtidai  sakinlər  məskunlaşma 

ərazilərdən  asılı  olmayaraq  bir  məskəndə  -  təbii  karst 

mağaralarında  yaşamış,  yeməkləri  də  bir  növ  –  mağara  ayıları, 

nəhəng  marallar  və  təbiətin  hazır  nemətləri  olmuşdur.  İbtidai 

insanların  əmək  alətləri  çaydaşılarından  hazırlanmış,  onlar 

özlərinin ilk incəsənət əsərlərini də bir yerə - qayalar üzərinə həkk 

etmişlər.  Afrika,  Asiya,  Avropa  ölkələri  ərazilərində  qeydə 



74 

 

alınmış  qayaüstü  rəsmlər  fikirlərimizi  əyani  şəkildə  təsdiq  edir 



(Cəfərov, 2004, 2006). 

Hazırda  planetimizin  müxtəlif  ərazilərində  ayrı-ayrı  xalqlar 

yaşayır.  Onların  dilləri, 

məşğuliyyətləri, 

ictimai- iqtisadi 

quruluşları  və dinləri  müxtəlifdir. Lakin, arxeoloqların apardıqları 

kompleks  elmi  tədqiqatlar  göstərir  ki,  ən  ibtidai  sakinlərimiz 

qədim 


Paleolit  dövründə  əmək 

fəaliyyəti, 

formalaşma 

xüsusiyyətləri,  çaydaşılarından  hazırladıqları  əmək  alətləri, 

ovladıqları  heyvanlar  6  milyon  il  bundan  əvvəldən  başlayaraq, 

orta  Paleolit  dövrünə  qədər  tamamilə  bir-birinə  yaxın  və  demək 

olar  ki,  oxşar  olmuşdur.  Ən  qədim  ibtidai  insanlar  ilk  zamanlar 

çaydaşılarından  özlərinə əmək alətləri  hazırlamış  və bu alətlərdən 

özlərinin  məşğuliyyəti  üçün  istifadə etməyə başlamışlar  (Lümley, 

1998; Cəfərov, 2004, 2006). 

İnsanın  özünü  də  məhz  əmək  yaratmışdır.  Əmək  fəaliyyəti 

nəticəsində  ibtidai  insanlar  heyvanat  aləmindən  birdəfəlik 

ayrılmışlar.  Təxminən  6  milyon  il  bundan  əvvəldən  başlayaraq 

ibtidai  insan  adi  çaydaşını  götürüb  ondan  şüurlu  surətdə  əmək 

alətləri  hazırlamağa  başlamışdır.  İbtidai  insanların  ilk  əmək 

alətləri,  ibtidai  tikili  yerləri  daşdan  olduğu  üçün  bəşəriyyətin 

keçdiyi  uzun  bir  inkişaf  dövrü  Daş  əsri  adlanır.  İbtidai  insanlar 

özlərinin  istək  və  arzularını  da  daşlar  üzərinə  həkk  etmişlər. 

Bəşəriyyətin  keçdiyi  6  milyonluq  bir  inkişaf  mərhələsi  daşlar 


75 

 

üzərinə yazılmışdır ki, bu daşları tədqiq edib insanın uzaq keçmişi 



haqqında  elmi  biliklər  əldə  etmək  olur.  Ona  görə  də  bu  dövrün 

tarixi  daş  alətlər  əsasında  öyrənilir  və  aradan  çıxmış  ictimai-

iqtisadi quruluş haqqında elmi faktlar əldə olunur. 

Dünya 


arxeoloqlarının 

apardıqları 

kompleks 

elmi 


araşdırmalar  zamanı  məlum  olmuşdur  ki,  insanlığın  ilk 

vaxtlarında  qədim  Paleolit  dövründə  ibtidai  insanların 

hazırladıqları  daş  alətlər  olduqca  kobud  və  bəsit  olmuşdur. 

Sonralar,  vaxt  keçdikcə  yeni-yeni  əmək  alətləri  meydana  çıxmış, 

təkmilləşmiş  və  inkişaf  etməyə  başlamışdır.  Arxeoloji  və 

paleoantropoloji elmi  tədqiqatlar  göstərir ki, çaydaşılarından olan 

əmək  alətləri  öz-özlüyündə  inkişaf  edə  bilməz.  Bu  inkişaf  insan 

beyninin 

və 

onun 


təfəkkürünün 

inkişaf 


məhsuludur. 

Çaydaşılarından 

hazırlanmış 

əmək 


alətlərinin 

inkişafı, 

təkmilləşməsi,  yeni-yeni  əmək  alətlərinin  yaranması  ibtidai 

insanların 

inkişaf  etməsi  və  ibtidai  icma  cəmiyyətinin 

formalaşmağa başlamağı ilə əlaqədardır. 

Qədim  Paleolit  dövrünün  ən  ilkin  inkişaf  mərhələsində 

ibtidai  insanlar  ancaq  təbiətin  hazır  nemətlərindən  istifadə  etmiş 

və  həyatlarını  ovçuluqla  keçirmişlər.  Coğrafi  şərait  ibtidai 

insanların  yaranmasında,  inkişafı  və  formalaşması  prosesində 

mühüm  amil  olmuşdur.  Arxeoloqların  aşkar  etdikləri  paleolit 

düşərgələri    və  oradan  tapılmış  maddi  mədəniyyət  qalıqları 



76 

 

göstərir ki,  ibtidai  insanların  yaşaması  üçün  əlverişli təbii coğrafi 



şərait  hansı  ərazidə  olmuşdursa,  məhz  həmin  ərazilərdə  ibtidai 

insanlar  əmək  fəaliyyətinə  başlamış,  oralarda  məskunlaşaraq 

bütün inkişaf və formalaşma mərhələlərini keçmişlər. 

Planetimizin  ilk  ibtidai sakinləri  yaşayış  üçün əlverişli olan 

yerlərdə  -  təbii  mağaralarda,  qaya  sığınacaqlarında,  yerüstü 

yaşayış  düşərgələrində  və  dərələrdə  olan  çay  kənarlarında 

məskunlaşmışlar.  İlk  vaxtlar  ibtidai  insanlara  təbiətdə  baş  verən 

hər  hansı  hadisə  -  göyün  guruldaması,  ildırım  çaxması,  şiddətli 

küləklərin  əsməsi,  zəlzələlərin  baş  verməsi  və  s.  tamamilə 

qaranlıq  və  möcüzəli  görünürdü.    İbtidai  insanlar  təbiət 

hadisələrinə  qeyri-adi  baxır  və  bunların  baş  vermə  səbəblərini 

dərk  edə  bilmir  və  bu  hadisələr  barədə  düşünməyə  məcbur 

olurdular. 

Qədim  paleolitin  əvvəllərində  coğrafi  şərait  olduqca  təmiz, 

mənzərəli  və  rəngarəng  idi.  Sanki  təbiət  cənnət  guşəsini 

xatırladırdı.  Hər  tərəf  yamyaşıl  idi,  dağların  ətəklərində  ceyran, 

cüyür, dağ keçisi, ibtidai öküz, maral və digər heyvanlar yaşayırdı. 

Meşələrdə isə quşların səsi ibtidai sakinləri valeh edirdi. 

Dərələrdən  axan  çayların  səsi,  bulaqların  şırıltısı  ətrafa 

yayılırdı. Qədim  Daş dövrünün  əvvəllərindən etibarən  su  insanlar 

üçün  həyat  mənbəyi  olmuşdu.  Buna  görə  də  ulu  sakinlər  əsasən, 


77 

 

çay  kənarlarında  olan  mağaralarda  məskən  salır,  əmək  alətləri 



hazırlamaq üçün çaydaşılarından istifadə etməyə başlamışlar. 

Qədim  daş  dövrü  sakinləri  iqtisadi  tələbatlarını  ödəmək, 

vəhşi  heyvanlardan  qorunmaq  və  özlərinin  təhlükəsiz  yaşamasını 

təmin  etmək  üçün  çıxış  yolları  axtarmaq  məcburiyyətində 

qalmışlar. Minilliklər ötür, planetimizin qədim sakinləri isə axtarış 

yollarında addımlayırdılar.  Uzun  zamanlar ərzindəki axtarışlardan 

sonra  qədim  Daş  dövrü  sakinləri  təbii  mağaralar  tapır  və  burada 

məskunlaşmağa başlayırlar. Müəyyən vaxt keçdikdən sonra ibtidai 

insanlar yenidən çay kənarlarına qayıdır, orada çaydaşılarını seçib, 

ondan  necə  istifadə etməyi düşünürdülər.  Təbiətdə  ilk dəfə olaraq 

çaydaşılarından əmək alətləri hazırlayıb, ondan öz tələbatları üçün 

istifadə  etməyə  çalışan  insanlar    çaydaşılarının  sirlərini  öyrənmiş 

və  uzun  zaman  ərzində  çaydaşılarından  əmək  alətləri  hazırlayıb 

istifadə  etmişlər.  Dünya  arxeoloqlarının  son  illərdə  apardıqları 

kompleks  elmi  tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki,  bu  tarixi 

hadisə  6  milyon  il  bundan  əvvəl  baş  vermişdir.  Məhz  bu  tarixi 

vaxtdan  başlayaraq  qədim  Daş  dövrü  insanları  əmək  fəaliyyətinə 

başlamış  və  tələbatlarını  ödəmək  üçün  ovçuluğa  başlamaq 

məqsədilə  təbii  çaydaşılarını  seçir,  əllərində  yaxşı  tutub  istifadə 

etmək, yararlı formaya salmaq üçün onu qəlpələməyə başlamışlar. 

Bu  dövrdən  başlayaraq  ibtidai  insanlar  ictimai  əməyin  təsiri 

altında  inkişaf  edir  və  formalaşır.  İbtidai  insanların  əmək 



78 

 

fəaliyyətinin  başlamasından  etibarən  insanlığın  tarixi,  artıq  təbiət 



tarixi  ilə deyil,  ilk dəfə olaraq  şüurlu surətdə  hazırlanmış çaydaşı 

alətlərinin 

inkişaf  tarixi  ilə  başlanmışdır  (Lümley,1998; 

Boriskovski, 1979; Cəfərov, 2004). 

1994-2006-cı illərdə Şərqi Afrikanın Keniya ərazisində olan 

Türkanə  gölü  ətrafında  aparılan  arxeoloji  qazıntılar  zamanı 

tapılmış arxeoloji və paleoantropoloji tapıntıların yaşının 6 milyon 

ilə  bərabər  olması  müəyyən  edilmişdir.  İbtidai  insanların 

çaydaşılarından  ilk  əmək  alətləri  hazırlaması    və  onların 

təkmilləşib  yeni- yeni alətlərin  meydana  gəlməsi  üçün  milyon  illər 

lazım olmuşdur (Boriskovski, 1979; Lümley, 1998; Cəfərov, 2004, 

2006). 


Qədim  Paleolit  dövrü  insanlarının  çaydaşılarından  əmək 

alətləri  hazırlamağa  başlamaları  onların  dünyagörüşünə  də 

mühüm  təsir  etmişdir.  Məhz  bu  vaxtdan  etibarən  ibtidai  insanlar 

təbiətdə  baş  verən  hadisələrin  sirlərini  öyrənməyə,  bu  sahədə 

təcrübə  toplamağa  başlamışlar.  İlk  zamanlar,  xüsusilə  qədim 

Paleolit  dövrünün  ilkin  inkişaf  mərhələlərində  təbiətin  hazır 

məhsulları  ibtidai  insanların  tələbatını  ödəyirdi.  Lakin,  müəyyən 

vaxt keçdikdən sonra,  ibtidai  insanların sayı artır  və bu da onların 

iqtisadi  tələbatlarını  ödəməyi  çətinləşdirirdi  Çünki  təbiətin  hazır 

məhsulları  onların  yeməyə  olan  ehtiyaclarını  ödəyə  bilmirdi.  Bu 

vəziyyətdən  çıxış  yolunu  ibtidai  insanlar  çaydaşılarından 


79 

 

hazırlanmış  əmək  alətlərini  təkmilləşdirməkdə  görürlər.  Bunun 



üçün  qədim  Aşel  mədəniyyəti  dövründə  ilk  dəfə  olaraq  kobud 

çapacaq  hazırlanmağa  başlanır.  Kobud  çapacaq  hazırlamaqla 

ibtidai  insanlar  özlərinin  həyat  fəaliyyətlərini  yaxşılaşdırmağa, 

iqtisadi  tələbatlarını  ödəmək  məqsədilə  intensiv  olaraq  ovçuluğa 

başlayırlar.  Bu  dövrdə  təbii  coğrafi  şərait  də  olduqca  sərt  idi. 

Ovçuluğun  meydana çıxması  ibtidai  insanların ayrı-ayrı qruplarda 

yaşamasına  səbəb  olur  və  bu  qrupları  bir-birinə  yaxınlaşdırır. 

Bundan başqa qida əldə  etmək,  vəhşi  heyvanların  hücumlarından 

qorunmaq,  təbiətdə  baş  verən  hadisələrin  sirlərini  öyrənmək 

məcburiyyəti  də  ibtidai  insanların  qrup  halında  yaşamasını  zəruri 

edir.  Qədim  Daş  dövründə  məskunlaşmış  ibtidai  insanların  

iqtisadi  tələbatı  həmişə  təbiətin  dərk  edilməsini  sürətləndirən 

başlıca  amil  olmuşdur  və  minilliklər  keçdikcə  bu  amilin 

əhəmiyyəti  daha  da  artmışdır.  Qədim  Paleolit  dövründən 

başlayaraq,  insanlar  təbiəti  onun  qeyri-adi  görünən  möcüzəli 

sirlərini    məhz  həyat  fəaliyyəti  nəticəsində  dərk  etməyə  və 

anlamağa başlamışlar. 

Coğrafi  aləmdə  baş  verən  hadisələrin  sirlərini  öyrənmək, 

onlardan  öz  mənafeləri  üçün  istifadə  etməkdən  ötrü  çəkilən  əzab 

və əziyyətlər  nə qədər ağır olsa da, bu  yolda atılan  hər bir addım 

ibtidai  insanların  məşğuliyyətində  əsas  rol  oynamış    və  onların 

təbiətə  qarşı  mübarizəsində  mühüm  vasitə  olmuşdur.  Zaman 



80 

 

keçdikcə  ibtidai  insanların  əmək  fəaliyyəti daha geniş  vüsət almış 



və  özünə  coğrafi  aləmdə  daimi  məskunlaşmaq  üçün  mağara 

düşərgələri  axtarmağa  başlamışdır.  Çünki,  artıq  daimi  yaşayış 

məskəni  olmadan  əmək  alətləri  hazırlamaq  və  ovçuluqla  məşğul 

olmaq  mümkün  deyildi.  Ona  görə  də  ibtidai  sakinlər  çay 

kənarlarına  yaxın  olan  mağaraları  özlərinə  daimi  məskən  seçmiş 

və məskunlaşmağa başlamışlar. 

Azərbaycan  Respublikası  ərazisində  Daş  dövrü  düşərgələri 

əsasən  Kiçik  Qafqazda,  Qarabağda,  Qazax,  Naxçıvan,  Kəlbəcər, 

Lerik,  Yardımlı,  Tovuz  və  Qobustan  ərazilərində    qeydə  alınmış 

və tədqiq olunmuşdur. 

 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə