DAġ DÖVRÜ alti cġlddə


Tağlar paleolit düĢərgəsinin fauna qalıqları



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix27.06.2017
ölçüsü2,13 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

Tağlar paleolit düĢərgəsinin fauna qalıqları 

 

110 

 

     Çoxtəbəqəli  Tağlar  paleolit  mağara  düşərgəsində  aparılan 



arxeoloji qazıntılar  zamanı daş  məmulatı  ilə  yanaşı,  zəngin  fauna 

qalıqları aşkar olunmuşdur. Tağlar paleolit düşərgəsindən tapılmış 

heyvan  və  quş  sümüklərinin  sayı  500  mindən  artıqdır.  Sümük 

məmulatının  əksəriyyəti  çapılıb  doğranmış  vəziyyətdədir.  Ona 

görə də onların hansı heyvan növünə aid olmasını müəyyən etmək 

çox  çətindir.  Tağlar  düşərgəsindən    aşkar  olunmuş  sümük 

məmulatı  içərisində  yüzlərlə  çənə  və  ayrı-ayrı  heyvan  və  quş 

dişləri  qeydə  alınmışdır.  Məhz  tapılmış  çənə  və  dişlər  əsasında 

düşərgənin  heyvan  və  quşlar  aləmi  müəyyən  olunmuşdur.  Tağlar 

düşərgəsindən  olduqca  zəngin  fauna  qalıqlarının  aşkar  olunması 

burada Mustye  mədəniyyəti  zamanı  yaşamış sakinlərin ovçuluqla 

məşğul  olduqlarını  göstərir.  Maraqlıdır  ki,  düşərgədən  tapılmış 

sümük  məmulatı  içərisində  ayrı-ayrı  fauna  qalıqları  odda 

yandırılmışdır.  Bu  ovlanmış  heyvanların  ayrı-ayrı  hissələrinin 

odda bişirildiyini söyləməyə əsas verir. 

 

Tağlar  paleolit  düşərgəsində  aparılmış  arxeoloji  qazıntılar 



zamanı  düşərgənin  ayrı-ayrı  təbəqələrindən  500  mindən  artıq 

fauna  qalıqları  aşkar  olunmuşdur.  Tağlar  paleolit  düşərgəsindən 

aşkar  olunmuş  fauna  qalıqları  Qarabağın  Mustye  mədəniyyəti 

dövründə mövcud olmuş ovçuluq təsərrüfatı haqqında zəngin elmi 

məlumatlar əldə etməyə  imkan vermiş   və dövrün  heyvanat aləmi 

müəyyən  olunmuşdur.  Düşərgədən  tapılmış  fauna  qalıqlarının 



111 

 

elmi  tədqiqi  Mustye  mədəniyyəti  dövründə  qədim  insanların 



həyatında  ovçuluq  təsərrüfatının  əsas  yer  tutduğunu  söyləməyə 

əsas verir. 

 

Tağlar  paleolit  düşərgəsindən  tapılmış  fauna  qalıqlarının 



elmi tədqiqi ilə  Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 

biologiya  elmləri  doktoru,  professor  Dəmir  Hacıyev  məşğul 

olmuşdur.  Sümük  məmulatının  təyinatı  zamanı  aydın  olur  ki, 

Tağlar  paleolit  düşərgəsində  yaşayan  qədim  insanların  ovçuluq 

təsərrüfatında əsas yeri maral, at və mağara ayıları tutmuşdur. 

 

Tağlar  paleolit  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 



zamanı aşkar olunmuş  fauna qalıqları  içərisində aşağıdakı  heyvan 

növlərinin sümük qalıqları qeydə alınmışdır: 

1)

 

mağara  ayısı;  2)  mağara  pələngi;  3)  Qafqaz  maralı;  4) 



Mesopotamiya  maralı; 5) dağ keçisi; 6) vəhşi at; 7) bizon; 

8)  qaban;  9)  qonur  ayı;  10)  mağara  kaftarı;  11)  canavar; 

12)  tülkü;  13)  çaqqal;  14)  yaşıl  qurbağa;  15)  şelkovnikov 

qurbağası;  16)  şişqulaq  bayquş;  17)  natterer  bayquş;  18) 

böyük  nalburun yarasa; 19)  uzunqulaq  yarasa; 20) oxoton; 

21) dovşan-rusak və s. 

          Yuxarıda  qeyd  olunanlardan  aydın  olur  ki,  Azıx  və 

Tağlar  paleolit  düşərgələrində  ovlanmış  heyvanların  əsasını 

ayı,  maral,  dağ  keçisi,  at  və  qaban  təşkil  etmişdir.  Bu  qədim 

insanların  həyatında  ovçuluğun  əsas  yer  tutduğunu 



112 

 

göstərməklə  yanaşı, o dövrün  heyvanat aləmini  tədqiq etməyə 



şərait yaradır. 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 



olunmuşdur  ki,  orta  Paleolit  dövründə  qədim  insanların 

təsərrüfat  həyatında  ovçuluqla  yanaşı,  yığıcılıq  da  əsas  yer 

tutmuşdur.    İbtidai  insanlar  meşələrdə  olan  giləmeyvələri 

toplayıb öz düşərgələrinə gətirir  və  istifadə edirdilər.  Təbiətdə 

olan  meyvələr  yığıcılıq  təsərrüfatının  inkişaf  etməsinə  zəmin 

yaratmışdır. 

 

 Aparılan elmi araşdırmalar göstərir ki, ibtidai insanlar orta 



Paleolit  dövründə  yeməli  meyvə  bitkilərilə  yanaşı,  yabanı 

dənli  bitkilərdən  də  istifadə  etmişlər.  Bu  da  qədim  insanları 

torpağa  bağlamaqda  müəyyən  rol  oynamışdır.  Alimlər 

Azərbaycan  və  dünyanın  digər  ölkələrində  aparılan  elmi 

tədqiqatlar  zamanı  geniş  sahələrdə  yabanı  dənli  bitkilər 

(müxtəlif  taxıl  növləri)  müəyyən  etmişlər.  Elmi  araşdırmalar 

göstərir  ki,  hələ  orta  Paleolit  dövrünün  sonlarından 

Azərbaycan  ərazisində  yabanı dənli bitkilər  mövcud olmuş  və 

bu da qədim insanların diqqətini cəlb etmişdir. 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 



edilmişdir ki, Azərbaycan ərazisində 40 min il bundan əvvəllər 

orta  Paleolit,  üst  Paleolit  dövrü  ilə  əvəz  olunmuşdur. 

Aparılmış  geomorfoloji  tədqiqatlar  zamanı  məlum  olmuşdur 


113 

 

ki,  bu  dövrdən  başlayaraq  Azərbaycanın  dənizkənarı  və  çay 



vadilərində    yerin  üst  quruluşu  tamamilə  formalaşmış,  düzən 

sahələr  genişlənmişdir  (Məmmədov,  Ə ləsgərov,  1998).  Xəzər 

dənizinin  alt  Paleolit  dövründəki  hücumları  birdəfəlik 

dayanmış,  çay  şəbəkələri 

həmişəlik 

öz 


yataqlarını 

müəyyənləşdirmişdir. 

 

Azərbaycan 



ərazisində  çaylar  aşağıya  doğru  öz 

yataqlarında  möhkəmləndikcə  qədim  insanlar  yenicə  quruya 

çevrilmiş  çay  kənarlarında  olan  mağaralarda,  qaya 

sığınacaqlarında  və  terraslarda  məskunlaşmağa  başlayaraq  öz 

yaşayış məskənlərini genişləndirməyə başlamışlar. 

 

Üst  Paleolit  mədəniyyətinin  başlaması  ilə  əlaqədar  olaraq 



coğrafi  şəraitdə  də  dəyişikliklər  baş  verir  və  bu  da  heyvanat 

aləmində  də  özünü  göstərir.  Bəzi  heyvanların  nəsli  coğrafi 

şəraitin  dəyişməsilə  əlaqədar  olaraq  kəsilir  (Hacıyev,  1976). 

İqlim  şəraitinin  dəyişməsi  fauna  və  floraya  da  öz  təsirini 

göstərir. 

 

Qədim  və  orta  Paleolit  dövrlərində  ibtidai  insanların 



ovladıqları  heyvanlar  əsasən,  mağara  ayısı,  kərgədan,  nəhəng 

maral,  Mesopotamiya  maralı,  mağata  kaftarı,  zubr,  ibtidai 

öküz  və  digər  heyvanlar  üst  Paleolit  dövründə  artıq  nəsilləri 

kəsilmişdir. 



114 

 

 



Aparılan  paleontoloji  tədqiqatlar  zamanı  müəyyən 

edilmişdir ki, üst Paleolit dövrü insanları əsasən Qafqaz maralı, 

dağ keçisi, cüyür, ceyran və digər heyvanları ovlamışlar. 

 

Tağlar  paleolit  düşərgəsinin  üst  Paleolit  dövrünə  aid  II 



təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı əsasən Qafqaz 

maralı, cüyür, ceyrana məxsus sümük qalıqları tapılmışdır.  

 

Damcılı  mağara  düşərgəsinin  sümük  məmulatı  içərisində 



əsas  yeri  Qafqaz  maralı,  dağ  keçisi,  cüyür,  ceyran,  Dağıstan 

turuna məxsus heyvan sümükləri təşkil edir. 

 

Daş dövrünün ayrı-ayrı  inkişaf  mərhələlərində  ibtidai  icma 



cəmiyyətinin  mühüm  nailiyyətlərinə  baxmayaraq    qədim 

insanlar  istehlakçı olaraq qalır  və onların  təsərrüfat  həyatı sırf 

mənimsəmə  xüsusiyyəti  daşıyırdı.  Bununla  bərabər  istehlak 

bazasının  məhdud  olması,  ovçuluq  təsərrüfatının  təbii  coğrafi 

şəraitdən asılı olması, iqlim şəraitinin tez-tez dəyişməsi ibtidai 

icma  cəmiyyətinin  inkişafını  həddindən  artıq  ləngidən 

amillərdən biri idi. 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 



edilmişdir  ki,  üst  Paleolitdən  orta  Daş  dövrünə  -  Mezolitə 

keçid  prosesi  ilə  əlaqədar  olaraq  qədim  insanların  həyatında 

mühüm  inkişaf  dövrləri  başlanmışdır.  Mezolit  sözü  iki  yunan 

sözünün birləşməsindən əmələ  gələrək (mezos-orta,  lithos-daş 

deməkdir)  orta  Daş  dövrü  deməkdir.  Mezolit  dövrünün 


115 

 

başlaması  təxminən  son  buzlaşma  erasının  qurtarmasına 



təsadüf  edir  və  bu  da  müasir  geoloji  mərhələnin  holosenin 

bərqərar  olması  ilə  üst-üstə  düşür.  Holosen  geoloji  dövrünün 

başlanmasından etibarən müasir landşaftlar yaranır. 

 

Azərbaycan 



Respublikası  ərazisində  aparılan  elmi 

tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  e.ə.  XIII  

minillikdən etibarən Mezolit dövrü başlamışdır.  Aparılan elmi 

araşdırmalar  zamanı  məlum olmuşdur ki, bəşər tarixində onun 

bütün  sonrakı  inkişafını  müəyyən  edən  bu  mərhələ 

mənimsəmə  təsərrüfat  formasından  (ovçuluq,  yığıcılıq, 

balıqçılıq) istehsaledici təsərrüfat formasına keçid olmuşdur.  

 

Aparılan  elmi  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki, 



mezolit  dövründən  başlayaraq  ibtidai  icma  cəmiyyətinin 

yüksək  inkişafına  zəmin  yaranır,  cəmiyyətdə  və qədim  insan 

təsərrüfat 

həyatında  dönüş  əmələ  gəlir,  istehsaledici 

təsərrüfatın  əsas  sahələri  inkişafa  başlayır.  Məhz  mezolit 

dövründən  başlayaraq  ibtidai  icma  cəmiyyətinin  əsas  inkişaf 

xəttinin  təbiətdə  mövcud olan  hazır   nemətlərin  mənimsəməsi 

yox,  ərzaq  istehsal  etmək  yolu  müəyyən  edir.  Aparılan 

arxeoloji  tədqiqatlar  zamanı  aydın  olmuşdur  ki,  Mezolit 

dövründən  başlayaraq  ilkin  əkinçi–maldar  mədəniyyəti 

əsasında  yeni  təsərrrüfat  forması  meydana  gəlib  inkişaf 

etməyə  başlayır.  Yeni  meydana  çıxmış  təsərrüfat  forması 



116 

 

Neolit  –  yeni  Daş  dövründə  daha  yüksək  inkişaf  etməyə 



başlamışdır. 

 

Dünya  arxeoloqlarının  apardıqları  tədqiqatlar  zamanı 



müəyyən  olunmuşdur  ki,  Mezolit  dövrünün  başlanması  ilə 

əlaqədar olaraq dünyanın  müxtəlif  ərazilərində qədim  insanlar 

yeni  təsərrüfat  formalarının  axtarışına  başlamışlar.  Məhz  bu 

dövrdən başlayaraq, qədim  insanlar açıq sahələr əvəzinə  daha 

çox  meşə  sahələrində  ovçuluqla  məşğul  olmağa  başlamışlar. 

Eyni  zamanda  heyvanlar aləminin tərkibinin dəyişməsi, ox  və 

yayın  kəşf  edilməsi  kollektiv  ovdan  fərdi  ova  keçmək  üçün 

geniş  imkan  yaratmışdır.  Ox  və  yayın,  həmçinin  düzmə  dişli 

alətlərin  meydana  gəlməsi  mikrolit  texnikasının  güclü 

inkişafına zəmin yaratmışdır. 

 

Mezolit dövründə balıqçılıq da inkişaf etməyə başlamışdır. 



Qobustan  ərzisində  aparılan  arxeoloji  qazıntılar  zamanı 

yaşayış  düşərgələrində  balıq  sümükləri  də  tapılmışdır 

(Rüstəmov, 2003). 

 

Mezolit  dövründən  başlayaraq  dünyanın  müxtəlif 



ərazilərində, o cümlədən Yaxın Şərq və Azərbaycan ərazisində 

balıqçılıqda  qayıqdan  istifadə  olunmağa  başlanmışdır. 

Qobustan  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar  zamanı 

qaya daşları  üzərində qeydə alınmış qayıq şəkilləri bunu əyani 

surətdə sübut edir. 


117 

 

 



C.N.Rüstəmovun  Qobustan  ərazisində  apardığı  arxeoloji 

tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  burada  Mezolit 

dövrü ovçularının əsas silahı ox  və  yay olmuşdur (Rüstəmov, 

1998). Öz dövrünə  görə bu  mürəkkəb silah ət  məhsulları əldə 

etməyə  imkanlar  yaratmışdır.  Bununla  əlaqədar  olaraq  qeyd 

etmək  lazımdır  ki,  Qobustan  ərazisində  qeydə  alınmış  ən 

qədim  tarixə  malik  rəsmlər  yay  və  oxla  silahlanmış,  təbii 

böyüklükdə, siluetşəkilli adam təsvirləridir. Çoxlu kişi  və tək-

tək 

qadın 


təsvirlərinin 

ox-yayla 

silahlı 

verilməsi, 

kompozisiyanın  sabitliyi  Mezolit  dövründə  bu  tip  alətlərdən 

Qobustanda  geniş  surətdə  istifadə  olunduğunu  göstərir. 

Aparılan  elmi  araşdırmalar  zamanı  müəyyən  edilmişdir  ki, 

Qobustanda  oxlar  əsasən  yığma  olmuşdur,  yəni  oxun  ağac 

hissəsinin  ucuna  çaxmaqdaşından  iti  ucluq    bərkidilmişdir 

(Rüstəmov,  1998,  2003).  Bundan  başqa,    Qobustanda  kəsiyi 

dairəvi  şiş  uclu  sümük  ox  uclarından  da  istifadə  etmişlər. 

Qobustanın  Böyükdaş  dağı  zirvəsinin  cənub-qərb  hissəsində 

saxlanmış daş hasar qalığı  Mezolit dövründə Qobustanda təbii 

və süni tələ  və sürək  üsulu  ilə qədim  insanların ov  etmələrini 

göstərir  (Rüstəmov,  1998).  Qobustanın  Kiçikdaş  dağında  58 

saylı  qaya  üzərindəki  şəkil    isə  ovçuluqda  tələdən  istifadə 

olunduğuna əyani sübutdur (Rüstəmov, 1998). 


118 

 

 



Qobustan ərazisində əsas ovlanmış  heyvan obyekti  gur  və 

ceyran  olmuşdur.  C.N.Rüstəmov  və  F.M.Muradovanın  uzun 

illər  ərzində  Qobustan  ərazisində  apardıqları  tədqiqatlar 

nəticəsində    Mezolit,  Neolit  və  Tunc  dövrlərinə  aid  30-dan 

artıq  yaşayış  düşərgələri  qeydə  alınıb  tədqiq  olunmuşdur 

(Rüstəmov,  Muradova,  2003,  2004).  Onların  apardıqları  elmi 

araşdırmalar  zamanı  məlum  olmuşdur  ki,    Mezolit  dövründə 

Qobustan  ərazisində  yaşayan  insanların  təsərrüfatının  əsas 

sahələrindən  birini  balıqçılıq  təşkil  etmişdir.  Tədqiqatlar 

zamanı  müəyyən  edilmişdir  ki,  Mezolit  dövründən  etibarən  

balıqtutan  qarmaqlar,  balıqçı  toru  ağacdan,  qayıq  və  qayıq 

kürəkləri  qamışdan  hazırlanmağa  başlanır  (Rüstəmov,  1998, 

2003).  Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  Qobustan 

qayalarında  içərisində adam, bəzən də burun  hissəsində  günəş 

şəkli  çəkilmiş  qayıq  təsvirlərinə  rast  gəlmək  olur.  Üzərində 

qayıq  rəsmi  çəkilmiş  daş  arxeoloji  qazıntılar  zamanı    “Firuz” 

düşərgəsinin  mədəni  təbəqəsindən  də  tapılmışdır.  Qobustan 

ərazisində  qaya  daşları  üzərində  balıq  və  balıq  toru  təsvirləri, 

arxeoloji qazıntılardan  tor  üçün ağırlıq daşı  və  həmçinin balıq 

və  suiti  sümüklərinin  tapılması  Qobustan  ərazisində  Mezolit 

və  Neolit  dövrlərində  balıqçılığın  inkişafını  aydın  göstərir 

(Rüstəmov,  1998).  Rüstəmovun  apardığı  arxeoloji  tədqiqatlar 

zamanı  Qobustan  ərazisində  yaşayan  sakinlərin  tor  və 


119 

 

mizraqdan  istifadə  edərək,  balıq  və  hətta  nərə  balığı 



ovlamaları müəyyən edilmişdir. 

 

Qobustan  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar  zamanı 



burada  Mezolit  dövrü  sakinlərinin  təsərrüfatında  ovçuluq  və 

balıqçılıqla  yanaşı,  yığıcılığın da əhəmiyyət daşıdığı  müəyyən 

edilmişdir.  Qədim  Qobustan  sakinləri  ərazidə  bitən  göy-

göyərti,  göbələk,  yer  fındığı  və  digər  yabanı  bitkilərdən  də 

istifadə edirdilər. Qobustan ərazisində olan bitki  kökləri, ağac 

və  çaxmaq  daşlarından  hazırlanmış  alətlər  vasitəsilə  çıxarılır, 

dənli  bitkilər  isə  yığma  bıçaqlarla    toplanırdı  (Rüstəmov, 

1998). 


 

Eramızdan  əvvəl  IX  minillikdən  Mezoliti  Neolit  –  Yeni 

Daş  dövrü  əvəz  etmişdir.  Neolit  dövründən  başlayaraq 

iqtisadiyyatın  yeni  forması  olan  əkinçilik,  maldarlıq  bir 

tərəfdən, 

həmçinin 

istehsaledici  təsərrüfata  yiyələnmiş 

qəbilələrin  geri  qalmış  qəbilələrə  təsiri,  digər  tərəfdən  isə 

əkinçilik -  maldar qəbilələrin özlərinin  yeni ərazilərə köçməsi 

yolu ilə inkişaf etməyə başlayır. 

 

 

 



 

 


120 

 

 



 

 

 



 

 

 



 

 

 



 

V FƏSĠL 

 

QURUÇAY MƏDƏNĠYYƏTĠ VƏ ONUN 

TEXNĠKĠ-TĠPOLOJĠ XÜSUSĠYYƏTLƏRĠ 

 

           Azıx paleolit düşərgəsinin  tarixi dövrlə  bağlı ən qədim 

arxeoloji 

və 


paleontoloji  tapıntıları  abidənin  VII-X 

təbəqələrindən  aşkar  olunmuşdur.    Çoxtəbəqəli  Azıx  paleolit 

düşərgəsinin  ən  aşağı  VII-X  təbəqələrində  M.M.Hüseynovun 

rəhbərliyi altında arxeoloji qazıntılar 1974-1976,1980-1982 və 

1986-cı  illərdə  aparılmışdır.  Arxeoloji  qazıntılar  zamanı  Azıx 

düşərgəsində  VII-X  təbəqələrinin  32  kv.m  sahəsində 



121 

 

tədqiqatlar  aparılmış  və  212  ədəd  daş  məmulatı,  7  ədəd 



heyvan  sümükləri  və  minlərlə  xırda  gəmirici  sümükləri  

tapılmışdır. 

 

Çoxtəbəqəli 



Azıx 

paleolit 

düşərgəsinin 

VII-X 


təbəqələrindən  tapılmış  daş  məmulatı  içərisində  əsas  yeri 

əmək  alətləri  tutur.  Düşərgənin  əmək  alətləri  arasında 

çaydaşılarından  hazırlanmış  kobud  çapma  alətləri  çoxluq 

təşkil  edir.  VII-X  təbəqələrin  daş  məmulatı  içərisində  eyni 

zamanda  çapacaq  alətləri,  kubvari  alətlər,  kobud  qaşovlar, 

vurma  səthi  yaxşı  saxlanmış  qəlpələr  qeydə  alınmışdır.  Elmi 

araşdırmalar  zamanı  məlum  olmuşdur  ki,  Azıx  paleolit 

düşərgəsində  stratiqrafik  səviyyədən  asılı  olmayaraq 

düşərgənin  VII-X  təbəqələrinin  daş  məmulatı  texniki  və 

tipoloji 

xüsusiyyətlərinə 

görə 


eyni 

texniki 


üsulla 

hazırlanmışdır.  Bu  texniki-tipoloji  xüsusiyyətlər  əmək 

alətlərinin  tipologiyasında,  ümumi  görünüşlərdə,  çənglə 

örtülməsindən asılı olmayaraq  saxlanılma dərəcəsində, texniki 

hazırlanmalarında və digər cəhətlərdə özünü göstərir. 

 

Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin  ən  aşağı 



təbəqələrinin  daş  alətləri  əsasən  çaydaşılarının  kənar 

hissələrindən  mərkəzə  doğru  vurub  qoparma  üsulu  ilə  çox 

kobud  formada  hazırlanmışdır.  Xüsusilə,  düşərgənin  IX-X 

təbəqələrindən  tapılmış  daş  alətləri  olduqca  kobud    və  bəsit 



122 

 

formada  hazırlanmışdır.  Belə  texniki  üsulla  hazırlanmış  daş 



alətlər  daş  məmulatı  içərisində  çoxluq  təşkil  edir.  Təsvir 

olunan əmək alətləri əsasən  uzunsov çaydaşılarının bir  ucu  və 

ya  onun  uzununa  bir  kənar  hissəsini  qəlpələr  qoparmaq  yolu 

ilə  hazırlamışlar.  Qeyd  olunan  əmək  alətlərinin  meydana 

gəlməsi bir daha sübut edir ki, bu tip  əmək alətləri  iki  yuxarı 

üzü  işlənmiş protoçoppinqlərin  ilk  istehsal pilləsini  təşkil  edir. 

Azıx  paleolit  düşərgəsinin  VII-X  təbəqələrinin  daş  məmulatı 

arasında  qəlpələrdən  hazırlanmış  əmək  alətləri  də  qeydə 

alınmışdır.  Belə  alətlər  içərisində  əsas  yeri  qaşov  tipli  alətlər 

tutur  (bax  şəkil  22,  23,  28).  Çoxtəbəqəli  Azıx  paleolit 

düşərgəsinin  VII-X  təbəqələrindən  tapılmış  daş  məmulatı 

arasında 3-4 kq ağırlığında olan  nəhəng kobud çapma alətləri 

diqqəti daha çox cəlb edir.  Bunları  nəhəng çopper  tipli alətlər 

də adlandırmaq olar.  Hələlik, Qafqaz  və Yaxın Şərqin paleolit 

düşərgələrindən  bu  tip  əmək  alətləri  qeydə  alınmamışdır. 

Təsvir  olunan  alətləri  Azıx  tipli  kobud  çapma  alətləri 

adlandırmaq olar (bax şəkil 21, 2, 26). 

 

Azıx  paleolit  düşərgəsinin  VII-X    təbəqələrindən  tapılmış 



arxeoloji  tapıntıların  mühüm  elmi  əhəmiyyəti  vardır. Bu elmi 

materiallar  Azıx  paleolit  düşərgəsində  ibtidai  insanların  ilk 

məskunlaşdığını  söyləməyə  imkan  verir.  Aparılan  kompleks 

elmi  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  ibtidai 



123 

 

insanların  həyatında  Azıx  paleolit  düşərgəsinin  yaxınlığından 



axan  Quruçayın  mühüm  rolu  olmuşdur.  Çünki,  Qarabağın 

Quruçay  vadisi  ibtidai  insanların  əmək  alətləri  hazırlamaq, 

ovçuluq və  yığıcılıqla  məşğul olmaları  üçün  xammal  mənbəyi 

olmuşdur.  Quruçay  dərəsində  əmək  alətləri  hazırlamaq  üçün 

kvars,  kvarsit,  bazalt,  çaxmaq,  felzit,  yaşma  və  digər 

çaydaşıları  mövcud  olmuşdur.  Ona  görə  də  ən  qədim  Azıx 

düşərgəsinin  ibtidai  sakinləri daşdan əmək alətləri  hazırlamaq 

üçün  təbii  çaydaşılarını  Q uruçay  vadisindən  toplayıb  əmək 

alətləri  hazırlamış  və  müəyyən  vaxt  keçdikdən  sonra 

düşərgəyə gətirmişlər. 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  məlum 



olmuşdur 

ki, 


Quruçay 

vadisi 


ibtidai 

insanların 

məskunlaşmaları  üçün  zəruri olan bütün təbii  nemətlərə  malik 

olmuşdur.  Ona  görə  də  ibtidai  insanlar  bu  vadidə 

məskunlaşaraq  çaydaşılarından  əmək  alətləri  hazırlamış, 

özlərinin  iqtisadi  tələbatlarını  ödəmək  üçün  ovçuluq  və 

yığıcılıqla məşğul olmuşlar. 

 

Çoxtəbəqəli 



Azıx 

paleolit 

düşərgəsinin 

VII-X 


təbəqələrindən  tapılmış  daş  məmulatlarının  texniki- tipoloji 

xüsusiyyətləri,  kobud  çapma  alətlərinin  hazırlanma    cəhətləri 

və  dünyanın  heç  bir  paleolit  abidələrindən  belə  alətlər  qeydə 

alınmadığı  üçün  düşərgənin  ən  aşağı  təbəqələrindən  tapılmış 



124 

 

maddi  mədəniyyət  qalıqlarına  Quruçay  arxeoloji  mədəniyyəti 



adı verilmişdir (Hüseynov, Cəfərov, 1986). 

 

Azıx  paleolit  düşərgəsinin  VII-X  təbəqələrindən  tapılmış 



daş  məmulatının  elmi  tədqiqi  ilə  M.M.Hüseynov  və 

Ə.Q.Cəfərov  məşğul  olmuşlar.  Onların  apardıqları  elmi 

araşdırmalar  zamanı Quruçay  mədəniyyətinin bir  neçə  inkişaf 

mərhələsi  müəyyən  edilmişdir.  Aparılan  elmi  tədqiqatlar 

zamanı məlum olmuşdur ki, Quruçay arxeoloji mədəniyyətinin 

ilkin  inkişaf  mərhələsində  çaydaşılarından  hazırlanmış  əmək 

alətləri  olduqca  kobud  və  primitiv  hazırlandığı  halda,  sonrakı 

inkişaf  mərhələlərdə  isə əmək alətlərinin  hazırlanma texnikası 

təkmilləşmiş    və  yeni- yeni  əmək  alətləri  hazırlanıb  istifadə 

olunmağa başlanmışdır (Hüseynov, Cəfərov, 1986). 

 

Quruçay  arxeoloji  mədəniyyətinə  aid  daş  məmulatının 



elmi  tədqiqi  zamanı  məlum  olmuşdur  ki,  əmək  alətlərinin 

əksəriyyəti  mağara  düşərgəsindən  kənarda  hazırlanmış    və 

sonradan  Azıx  paleolit  düşərgəsinə  gətirilmişdir.    Çünki 

düşərgənin  VII-X  təbəqələrindən  əsasən  ancaq  hazır  əmək 

alətləri  tapılmışdır.  Aşağı  təbəqələrin  daş  məmulatı  arasında 

istehsal  tullantıları  olduqca  az  sayda  qeydə  alınmışdır. 

Tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  bir  əmək  aləti 

hazırlayarkən  5-7  tullantı  əmələ  gəlir.  Deməli,  qədim  Azıx 

düşərgəsinin sakinləri  mağarada  məskunlaşmamışdan çox-çox 


125 

 

əvvəllər  Quruçay  vadisində  yaşayıb  fəaliyyət  göstərmiş, 



burada  çaydaşılarından  əmək  alətləri  hazırlamış  və  müəyyən 

vaxtdan  sonra  Azıx  düşərgəsində  yaşamağa  başlamışlar.  Bu 

səbəbdən  də  VII-X  təbəqələrin  daş  məmulatları  arasında 

istehsal tullantıları olduqca azdır. 

 

Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin  X  təbəqəsində 



aparılan  arxeoloji  qazıntılar  zamanı  tapılmış  daş  məmulatını 

aşağıdakı tiplərə ayırmaq olar: 

1.

 

Kobud çapma alətləri – 3 ədəd 



2.

 

Limaca bənzər alət – 1 ədəd 



3.

 

Qaşov tipli alət – 3 ədəd 



4.

 

Üzərində ikinci işlənmə izi olmayan qəlpələr – 3 ədəd 



5.

 

İstehsal tullantıları – 4 ədəd 



6.

 

Çaydaşıları – 3 ədəd 



     Azıx  düşərgəsinin  X  təbəqəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  17  ədəd  daş  məmulatı    tapılmışdır.  Onların 

nümunələri şəkil 20-də göstərilmişdir. 

    Azıx  mağarasının  X  təbəqəsindən  aşkar  olunmuş  arxeoloji 

maddi  mədəniyyət  nümunələri  düşərgənin  ilk  sakinlərinin 

əmək  alətləridir.  Geoloji  tarix  nöqteyi-nəzərindən  X  təbəqə 

düşərgənin  ən  qədim  təbəqəsi  olub,  düşərgənin  ilk 

məskunlaşma tarixini tədqiq etməkdə mühüm elmi əhəmiyyətə 

malikdir.  Eyni  zamanda,  Azıx  düşərgəsinin  X  təbəqəsindən 


126 

 

aşkar olunmuş daş məmulatı qədim sakinlərin əmək alətlərinin 



bir  hissəsini  abidədə,  digər  hissəsini  isə  düşərgədən  kənarda 

hazırladıqlarını  göstərir.  X  təbəqənin  daş  məmulatı  həmçinin 

düşərgədə  və  Quruçay  sahillərində  qədim  insanların 

məskunlaşma  tarixini  müəyyən  etməyə  imkan  verir.  Lakin, 

hələlik Azıx düşərgəsinin  X təbəqəsindən ancaq daş  məmulatı 

əldə  olunmuş  və  onların  əsasında  burada  ibtidai  insanların 

məskunlaşma tarixi müəyyən edilmişdir. Daş məmulatı texniki 

və  tipoloji  cəhətcə  çaydaşı  alətləri  mədəniyyətinə  aid  olunur. 

Maraqlıdır  ki,  X  təbəqənin  kobud  çapma  alətləri  çaydaşıları 

üzərində  hazırlanmışdır.  Təbəqədən  kobud  çapma  alətləri  ilə 

yanaşı, kobud qəlpələr  üzərində  hazırlanmış qaşov tipli alətlər 

də  tapılmışdır.    Məhz  bu  cəhət  X  təbəqənin  daş  məmulatını 

çaydaşı mədəniyyətindən fərqləndirir. Bu fərqləndirici cəhət X 

təbəqənin  daş  məmulatının  yeni  arxeoloji  mədəniyyətə  aid 

olması  fikrini söyləməyə əsas  vermiş  və  nəticədə X  təbəqənin 

daş  məmulatının Quruçay  mədəniyyətinə aid olması  müəyyən 

olunmuşdur.  X  təbəqənin  sakinləri  əmək  alətləri  hazırlamaq 

üçün  çaydaşılarının  müəyyən  hissəsini  Quruçay  dərəsindən 

toplayıb Azıx düşərgəsinə gətirmişlər.  

 

Azıx  paleolit  düşərgəsinin  IX  təbəqəsində  aparılmış 



arxeoloji qazıntılar  zamanı 90  ədəd daş  məmulatı tapılmışdır. 

Onları aşağıdakı qruplara ayırmaq olar: 



127 

 

1.



 

Kobud çapma alətləri – 8 ədəd 

2.

 

Kubşəkilli alətlər – 5 ədəd 



3.

 

Nüvəşəkilli alətlər- 5 ədəd 



4.

 

Limasşəkilli alətlər- 1 ədəd 



5.

 

Qaşov tipli alətlər- 18 ədəd 



6.

 

Qəlpələr – 11 ədəd 



7.

 

İstehsal tullantıları – 8 ədəd 



8.

 

Çaydaşıları – 31 ədəd 



9.

 

Gəzli alətlər – 3  ədəd 



              Düşərgənin IX təbəqəsindən tapılmış əmək alətlərinin 

nümunələri    şəkil  22-23-də  təsvir  olunmuşdur.  IX  təbəqədən 

aşkar  olunmuş  kobud  çapma  alətləri  çaydaşılarından 

hazırlanmışdır.  Təbəqənin  daş  məmulatı  içərisində  kobud 

çapma alətləri  nisbətən çoxluq təşkil  edir. X təbəqənin kobud 

çapma  alətlərindən  fərqli  olaraq  IX  təbəqənin  kobud  çapma 

alətləri daha mükəmməl hazırlanmışdır. 

 

IX təbəqənin daş məmulatı arasında qaşov tipli alətlər daha 



çox  diqqəti  cəlb  edir.  Tipoloji  cəhətcə  qaşov  tipli  alətləri  bir 

neçə  qrupa  ayırmaq  olur.  Onların  içərisində  bir  və  iki  işlək 

ağıza malik olanlar çoxluq təşkil edir. 

 

IX təbəqədən tapılmış qəlpələrin üzərində zərbə düyünü və 



zərbə səthi olduqca yaxşı saxlanmışdır (bax şəkil 22, 1-2). 

128 

 

 



Maraqlıdır ki, IX təbəqənin daş məmulatı içərisində ən çox 

təbii  çay  daşları  qeydə  alınmışdır  (31  ədəd).  Onların 

bəzilərində  iş  zamanı  meydana  gəlmiş  əzilmələr  aydın 

görünür.  Düşərgənin  IX  təbəqəsindən  tapılmış  çaydaşılarının  

hamısı  Quruçaydan  toplanmış  və  düşərgəyə  gətirilmişdir.  IX 

təbəqənin  daş  məmulatının  bəzi  özünəməxsus  xüsusiyyətləri 

də müəyyən edilmişdir. 

 

Düşərgənin  VIII  təbəqəsində  aparılan  arxeoloji  qazıntılar 



zamanı  60  ədəd  daş  məmulatı  aşkar  olunmuşdur.  Həmin  daş 

məmulatını aşağıdakı qruplara ayırmaq olar: 

1.

 

Kobud çapma alətləri – 8 ədəd 



2.

 

Çoppinq-qiqantollit – 3 ədəd 



3.

 

Nüvəşəkilli alətlər – 5 ədəd 



4.

 

Qaşov tipli alətlər – 3 ədəd 



5.

 

Qəlpələr- 9 ədəd  



6.

 

İstehsal tullantıları – 11 ədəd 



7.

 

Təbii çaydaşıları – 15 ədəd 



8.

 

Kubşəkilli alətlər – 6 ədəd 



         IX-X  təbəqələrdən  aşkar  olunmuş  kobud  çapma 

alətlərinə  nisbətən  VIII təbəqənin  həmin qrupuna aid olan alətləri 

daha  mükəmməl  hazırlanmışdır.  VIII  təbəqənin  kobud  çapma 

alətlərinin  nümunələri şəkil 24, 25, 26-da  göstərilmişdir.  Tipoloji 

cəhətcə  VIII  təbəqədən  aşkar  olunmuş  kobud  çapma  alətlərini  üç 


129 

 

qrupa ayırmaq olur. Ən maraqlı cəhətlərdən biri təbəqədə bir neçə 



ədəd iki əllə yaxşı tutub istifadə etmək üçün çoppinq tipli alətlərin 

qeydə  alınmasıdır.  Həmin  alətlərə  1976-cı  ildə  Leninqrad 

şəhərində  yerləşən  Arxeologiya  İstitutunun  arxeoloji-texnoloji 

laboratoriyasında professor S.A.Semyonov  xüsusi diqqət  yetirmiş 

və Paleolit dövrü  üçün ən  nadir  və  maraqlı əmək alətləri olmasını 

qeyd  etmişdir.  Maraqlıdır  ki,  Azıx  düşərgəsinin  ən  aşağı 

təbəqələrindən  hələlik  3  ədəd  çoppinq  -  qiqantollit  tipli  alətlər 

aşkar  olunmuşdur.  Onların 

nümunələri  şəkil  25-26-da 

göstərilmişdir. 

     VIII  təbəqənin  daş  məmulatı  içərisində  5  ədəd  nüvəşəkilli 

alətlər  qeydə  alınmışdır.  O nların  əksəriyyəti  çaydaşı  üzərində 

hazırlanmışdır. 

 

VIII  təbəqənin  qaşov  tipli  alətləri  kvarsit  daşından 



hazırlanmışdır.  Tipoloji  cəhətcə  onların  içərisində  bir  işlək  ağızlı 

və iki işlək ağızlı alətlər müəyyən olunmuşdur. 

 

          Azıx  düşərgəsinin  VIII  təbəqəsindən  9  ədəd  qəlpə  qeydə 



alınmışdır.  Onların  üzərində  zərbə  səthi  və  zərbə  düyünü  yaxşı 

saxlanmışdır.  

 

Düşərgənin  VIII  təbəqəsindən  əmək  alətləri  ilə  yanaşı 



üzərində  işlənmə  izi olmayan 15 ədəd çaydaşı  tapılmışdır. Həmin 

çaydaşılarını  qədim  sakinlər  Quruçay  vadisindən  toplayıb 

düşərgəyə gətirmişlər. 


130 

 

 



Azıx  düşərgəsinin  VII  təbəqəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  45  ədəd  daş  məmulatı  tapılmışdır.  Onları 

aşağıdakı qruplara ayırmaq olar: 

1.

 



Kobud çapma alətləri – 2 ədəd 

2.

 



Çoppinq  -  iki  tərəfdən  işlənmiş  kobud  çapma  alətləri  –  4 

ədəd 


3.

 

Kubşəkilli alətlər – 2 ədəd 



4.

 

Nüvəşəkilli alətlər – 8 ədəd 



5.

 

Qaşov tipli alətlər – 4 ədəd 



6.

 

Qəlpələr – 8 ədəd 



7.

 

İstehsal tullantıları – 9 ədəd 



8.

 

Təbii çaydaşı – 8 ədəd 



      VII 

təbəqənin 

daş 

məmulatı 



düşərgənin 

Q uruçay 

mədəniyyətinə 

aid 


ən 

sonuncu 


təbəqəsinin 

arxeoloji 

materiallarıdır. 

 

Azıx  mağarasının  VII  təbəqəsindən  aşkar  olunmuş  kobud 



çapma alətləri, istər çopper, istərsə də çoppinq tipli alətlər olduqca 

klassik  üsulda  hazırlanmışdır.  Bir  neçəsinin  düz  işlək ağzı  vardır. 

Eyni  zamanda  tutacaq  hissəsi  olduqca  əlverişli  formaya  salınmış 

və  əldə  yaxşı  tutub  istifadə  etmək  üçün  yararlıdır.  Təsvir  olunan 

kobud  çapma  alətlərinin  nümunələri  şəkil  27,  7,  8,  29,  3-də 

göstərilmişdir. 



131 

 

 



VII  təbəqədən  aşkar  olunmuş  kub  və  nüvəşəkilli  alətlər 

əsasən  kvars  və  kvarsit  daşlarından  hazırlanmışdır.  Həmin 

alətlərin bir hissəsi birüzlü, digər hissəsi isə ikiüzlü işlənmişdir. 

 

 VII  təbəqədən  qeydə  alınmış  qaşov  tipli  alətlər  bir  neçə 



tipə  bölünür.  Onların  içərisində  sadə  birağızlı,  iki  işlək  ağızlı  və 

gəzli qaşovlar müəyyən olunmuşdur. 

 

VII  təbəqədən  tapılmış  qəlpələr  kvars  və  kvarsit 



daşlarından  hazırlanmışdır. Onların  üzərində  zərbə  səthi  və  zərbə 

düyünü yaxşı saxlanmışdır. 

 

Azıx  düşərgəsinin  VII  təbəqəsindən  8  ədəd  təbii 



çaydaşıları  qeydə  alınmışdır.  Onların  üzərində  qopuq  izləri 

yoxdur.  Quruçay  sahillərindən  toplanıb  Azıx  düşərgəsinə 

gətirilmişdir. 

 

VII  təbəqədən  aşkar  olunmuş  daş  məmulatının  texniki  və 



topoloji  cəhətcə  təhlil  olunarkən  onların  VIII-X  təbəqələrin  daş 

məmulatına  nisbətən  daha  təkmilləşmiş  və  yeni  tipli  əmək 

alətlərinin  meydana  çıxması  müəyyən  olunmuşdur.  Hətta  VII 

təbəqənin  əmək  alətləri  içərisindən  qədim  Aşel  dövrü  üçün 

xarakterik olan bir neçə alətlər qeydə alınmışdır. 

 

Cədvəl 1-dən aydın olur ki, Azıx paleolit düşərgəsinin VII-



X  təbəqələrinin  daş  məmulatı  içərisində  əsas  yeri  kobud  çapma 

alətlər  –  çopper  və  çoppinqlər  (29  ədəd),  qaşov  tipli  alətlər  (28 

ədəd),  nukleus şəkilli  alətlər ( 21 ədəd)  və kubşəkilli  alətlər  tutur 


132 

 

(13  ədəd).  Aşağı  təbəqələrin  daş  məmulatı  içərisində  56  ədəd 



çaydaşı  qeydə  alınmışdır.  Onların  əksəriyyətindən  iş  zamanı 

ibtidai  insanlar  istifadə  etmişlər.  Çünki  həmin  çaydaşılarının 

üzərində əzilmələr və qopuqlar aydın nəzərə çarpır. 

 

Çoxtəbəqəli 



Azıx  paleolit  düşərgəsinin   

VII-X 


təbəqələrindən  tapılmış  əmək  alətlərinin  bir  sıra  özünəməxsus 

xüsusiyyətləri müəyyən edilmişdir. 

 

Azıx qədim  insan düşərgəsində aparılan arxeoloji tədqiqat 



işlərində  əvvvəllər  ancaq  Azərbaycan  alimləri  iştirak  edirdilər. 

Lakin  sonralar  abidədə  aşkar  olunmuş  elmi  materialların 

zənginliyi 

burada 


kompleks 

şəkildə 


tədqiqat 

işlərinin 

aparılmasının  zəruriliyini  meydana  çıxardı.  O na  görə  də 

çoxtəbəqəli  Azıx    düşərgəsinin  kompleks  şəkildə  elmi  tədqiq 

olunmasında  Azərbaycan alimləri  ilə birlikdə Moskva, Leninqrad 

və Fransanın  mütəxəssisləri də  iştirak  etməyə başladılar.  Abidədə 

elmi  tədqiqat  aparan  M.Hüseynov,  Ə.Cəfərov,  D.Hacıyev, 

Ə.Məmmədov,  N.Şirinov,  A.Veliçko,  V.Hacıyev,  S.Əliyev, 

M.Süleymanov  və  başqa  alimlərin  işləri  nəticəsində  uzaq 

keçmişimizə  aid  zəngin  elmi  məlumatlar  əldə  olunmuşdur 

(Veliçko və b. 1980; Hacıyev,1979; Cəfərov, 2004, 2006). 

 

Çoxtəbəqəli 



Azıx 

paleolit 

düşərgəsinin 

VII-X 


təbəqələrindən  aşkar  olunmuş  arxeoloji  materialların  olduqca 

mühüm  əhəmiyyəti  vardır.  Aşağı  təbəqələrin  maddi  mədəniyyət 



133 

 

nümunələri  mağarada  ibtidai  insanların  ilk  məskunlaşmasından 



xəbər  verir. Qədim  insanların  həyatında düşərgənin  yaxınlığından 

axan Quruçayın mühüm fəaliyyəti olmuşdur. 

 

Çoxtəbəqəli 



qədim 

insan 


düşərgəsinin 

VII-X 


təbəqələrindən  aşkar  olunmuş  Q uruçay  mədəniyyətinin  əmək 

alətləri  Şərqi  Afrikanın  Olduvay  mədəniyyəti  kompleksi  ilə 

yaxınlıq  təşkil  edir.  Lakin  Azıx  düşərgəsinin  ən  aşağı 

təbəqələrinin  əmək  alətlərinin  texniki  hazırlanmasında  və 

tipologiyasında  fərqli  cəhətlər  vardır  ki,bu  da  VII-X  təbəqələrin 

elmi  materialları  əsasında  yeni  arxeoloji  mədəniyyətin  müəyyən 

edilməsinə səbəb olmuşdur. Azıx düşərgəsində aparılan kompleks 

elmi tədqiqatlar nəticəsində Q uruçay mədəniyyətinin 2-2,5 milyon 

il  bundan  qabaqlar  başlayıb  və  700  min  il  əvvəllər  sona  çatması 

müəyyən olunmuşdur. 

 

Ə.Q.Cəfərovun  2001-2005-ci  illərdə  Avropa  alimləri  ilə 



birgə  apardığı  elmi  tədqiqatlar  nəticəsində  Quruçay  arxeoloji 

mədəniyyətinin  2,5  milyon  il  bundan  əvvəl  başlanması  və  ibtidai 

insanların  Azıx  düşərgəsində  həmin  tarixdən  məskunlaşması 

müəyyən  edilmişdir  (Cəfərov,  2006).  Eyni  zamanda  Azərbaycan 

ərazisində  ibtidai  icma  quruluşunun  ilk  mərhələsinin  Quruçay 

arxeoloji  mədəniyyəti  dövründən  başlaması  arxeoloji  mənbələr 

əsasında  sübuta  yetirilmişdir.  Hələlik,  bu  vaxta  qədər  Qafqaz  və 

Yaxın  Şərqin  paleolit  düşərgələrində  aparılan  arxeoloji  qazıntılar 



134 

 

zamanı  Quruçay  mədəniyyətinə  aid  əmək  alətləri  qeydə 



alınmamışdır (Cəfərov, 2004). 

        Aparılan kompleks tədqiqatlar  zamanı  müəyyən edilmişdir ki, 

ilk  ibtidai  insanlar  əvvəlcə  Q uruçay  dərəsində  məskunlaşmış    və 

müəyyən  vaxt  keçdikdən  sonra  təbii  coğrafi  şəraitlə  bağlı  olaraq 

dərədən  Azıx  mağarasına  köçüb  burada  yaşamağa  başlamışlar. 

Quruçay  mədəniyyətinin  sakinləri  ayrı-ayrı  dəstələr  halında 

yaşamış  və  öz  iqtisadi  tələbatlarını  təmin  etmək  üçün  ovçuluq  və 

yığıcılıqla  məşğul  olmuşlar.  Aparılan  elmi  araşdırmalar  zamanı 

məlum olmuşdur ki, Quruçay  mədəniyyəti dövründə  havalar  isti  və 

savanna  iqlim şəraitində olmuşdur (Məmmədov, Ələsgərov, 1988). 

İsti  iqlim  şəraitində  Azıx  mağarasında  yaşamaq  daha  əlverişli 

olduğu    üçün  ibtidai  insanlar  Q uruçayın  sahillərindən  düşərgəyə 

köçmüşlər. Onlar Azıx düşərgəsinə gələrkən Quruçayın sahillərində 

topladıqları çaydaşılarını  və  hazırladıqları əmək alətlərini də özləri 

ilə birlikdə Azıx mağarasına gətirmişlər 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  müəyyən 



edilmişdir ki, Quruçay arxeoloji mədəniyyəti uzun bir tarixi dövrü 

əhatə edir. Aparılan arxeoloji tədqiqatlar  zamanı  məlum olmuşdur 

ki,  Quruçay  arxeoloji  mədəniyyyətinin  başlanmasından  1,5 

milyon  il  keçdikdən  sonra  qədim  Aşel  mədəniyyəti  öz  inkişafına 

başlamışdır.  Quruçay  mədəniyyətinin  uzun  müddət  davam 

etməsinə  baxmayaraq,  çaydaşılarından  hazırlanmış  alətlərin 



135 

 

hazırlanma  texnikasının  inkişafı  nisbətən  zəif  olmuşdur.  Quruçay 



arxeoloji  mədəniyyətinin  tədricən  təkmilləşməsini  VIII-VII 

təbəqələrin  əmək  alətlərinin  tipologiyasında  aydın  izləmək  olur. 

Lakin  Azıx  paleolit  düşərgəsində  Quruçay  arxeoloji  mədəniyyəti 

başa çatdıqdan  sonra  yeni bir arxeoloji  mədəniyyət – qədim  Aşel 

mədəniyyəti  inkişafa  başlamışdır.  Qədim  Aşel  mədəniyyəti 

inkişafa  başlaması  ilə  əlaqədar  olaraq  Azıx  paleolit  düşərgəsində 

tapılmış  əmək  alətlərinin  texniki-tipoloji  xüsusiyyətləri  demək 

olar  ki,  tamamilə  yeniləşir,  90%-dən  artıq  əmək  alətləri  yeni 

texniki  üsullarla  hazırlandığından  yeni-yeni  əmək  alətlərinin 

tipləri  meydana  gəlməyə  başlayır.  Qədim  Aşel  mədəniyyəti 

dövründə  əmək  alətlərinin  hazırlanma  texnikasının  təkmilləşməsi 

göstərir  ki,  artıq  ibtidai  insanların  fiziki  quruluşunda  da 

dəyişikliklər  baş  verir.  Şərqi  Afrikanın  Olduvay  düşərgəsindən 

tapılmış  maddi  mədəniyyət  qalıqlarının  tədqiqi  zamanı 

arxeoloqlar    və  paleoantropoloqlar  müəyyən  etmişlər  ki,  Homo 

habilis  tipli  insanlardan bir  milyon  il keçdikdən sonra qədim  Aşel 

dövrü  başlamış  və  bu  mədəniyyətin  ibtidai  insanları  pitikantrop 

tipli  adamlardan  ibarət  olmuşlar  (Lümley,  1998,  2003;  Cəfərov, 

2004). 

 

     Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin Quruçay mədəniyyətinə 



aid  əmək  alətlərinin  elmi  tədqiqi  zamanı  məlum  olmuşdur  ki,  bu 

dövrün  ibtidai  insanları  Homo  erektus  tipli  adamlar  olmuşlar. 



136 

 

Azıx  düşərgəsində  qədim  Aşel  dövrünün  ibtidai  insanları  isə 



pitikantrop,  sinantrop  və  azıxantrop  tipli  adamlardan  ibarət 

olmuşlar. 

 

Quruçay  mədəniyyətinə  aid  olan  madi  mədəniyyət 



qalıqlarının  elmi  tədqiqi  zamanı  müəyyən  edilmiş  maraqlı 

xüsusiyyətlərdən  biri  də  əmək  alətlərinin  inkişafında  baş  verən 

inkişafın  izlənməsi  ilə  yanaşı  bu  mədəniyyətə  xas  olan  texniki-

tipoloji  ənənələrin  sonrakı  dövrlərdə  saxlanmasının  müşahidə 

edilməsidir 

(Hüseynov,  1981,  1985).  Əmək  alətlərinin 

hazırlanmasında  texniki  inkişaf  heç  də  əvvəlki  ənənələri  aradan 

qaldırmamışdır.  Əmək  alətlərinin  hazırlanmasında  olan  ən  qədim 

ənənə  sonrakı  inkişaf  mərhələlərində  də  qalmaqda  davam 

etmişdir. Əmək alətlərinin hazırlanmasında əsas texniki ənənələrin 

qalması  göstərir ki, Quruçay arxeoloji  mədəniyyəti burada  inkişaf 

etmiş olan sonrakı mədəniyyətlərin əsasını təşkil etmişdir. 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  göstərir  ki,  nəinki 



Azərbaycanda,  eyni  zamanda  Qafqaz  və  Yaxın  Şərqdə  Q uruçay 

arxeoloji  mədəniyyəti  qədim  paleolitin  ən  ilkin  mədəniyyəti 

olmaqla yanaşı onun özülünü təşkil edir. 

 

Son 10 ildə Azıx paleolit düşərgəsinin daş məmulatının  və 



Dmanisi  paleolit  abidələrində  aparılan  kompleks  elmi  tədqiqatlar 

nəticəsində  məlum  olmuşdur  ki,  bu  ərazilərdə  ibtidai  insanlar  – 

Homo  erektus  tipli  insanlar  2-2,5  milyon  il  bundan  əvvəllərdən 


137 

 

məskunlaşmağa başlamışlar. Azərbaycan, Dmanisi, Kudaro I,  III,  



Soni  və digər paleolit düşərgələrindən  tapılmış ayrı-ayrı  arxeoloji 

mədəniyyətlərin  maddi  mədəniyyət  qalıqlarının  tədqiqi  bu 

arxeoloji  mədəniyyətlər  arasında  varisliyin  olduğunu  söyləməyə 

imkan  verir. Həmçinin,  iki  milyon  il bundan  əvvəllərdən başlamış 

Homo  erektus  tipli  insanların  inkişaf  edib,  Azərbaycan  və 

Qafqazın  digər  ərazilərində  kamil  insanlara  –  Homo  sapiens  tipli 

insanlara çevrilməsinin baş verdiyini arxeoloji və paleoantropoloji 

tapıntılar  əsasında  sübuta  yetirir.  Aparılan  kompleks  arxeoloji 

tədqiqatlar  zamanı  qədim,  orta  və  üst  Paleolit  dövrlərinin  bütün 

inkişaf mərhələlərinə aid çoxtəbəqəli  düşərgələr qeydə alınmış və 

arxeologiyanın  müasir  metodları  əsasında  tədqiq  olunmuşdur 

(Lümley, Lordkipanidze və b. 1998) 

 

Aparılan  kompleks  elmi  tədqiqatlar  göstərir  ki,  qədim 



Paleolit  dövründə  ibtidai  insanların  çaydaşılarından  hazırladıqları 

əmək  alətləri  olduqca  bəsit  və  primitiv  olmuşdur.  Bu  ibtidai 

insanların  inkişaf  səviyyəsi  ilə  əlaqədar  idi.  Zaman  keçdikcə 

ibtidai  insanların  hazırladıqları  əmək  alətləri  təkmillləşməyə 

başlamış  və  yeni-yeni  çaydaşılarından  hazırlanmış  alətlər 

meydana  gəlmişdir.    Çaydaşılarından  olan  əmək  alətləri  öz-

özlüyündə  inkişaf  edə  bilməz.  İbtidai  insanların  şüuru,  təfəkkürü 

inkişaf 


etdikcə, 

bu 


inkişaf 

özünü 


əmək 

alətlərinin 

təkmilləşdirilməsində göstərmişdir. 


138 

 

 



Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  məlum 

olmuşdur  ki,  bəşər  tarixində  qədim  paleolit  olduqca  uzun  bir 

inkişaf  dövrü  keçmişdir.  Eyni  zamanda,  bu  inkişafla  yanaşı, 

ibtidai  insanların  da  təkamül  inkişafı  getmişdir.  1994-cü  ildən 

başlayaraq  Şərqi  Afrikanın  Tanzaniya,  Keniya  və  Efiopiya 

ərazilərində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı  yaşı 6 

milyon  ilə bərabər olan arxeoloji, paleontoloji  və paleoantropoloji 

tapıntılar aşkar edilmişdir (Lümley, 2003; Cəfərov, 2004). 

 

2003-cü  il  fevralın  21-23-də  Fransanın  Totavel  şəhərində 



keçirilən  beynəlxalq  elmi  konfransda  Şərqi  Afrika  ərazisində 

tapılmış  yeni  arxeoloji  tapıntılar  geniş  müzakirə  olunmuş  və 

ibtidai  insanların  bəşər  tarixində  ilk  dəfə  olaraq  çaydaşılarından 

məhz  bu  ərazidə  əmək  alətləri  hazırlamaları  yekdilliklə  təsdiq 

edilmişdir.  Beynəlxalq  elmi  konfransda  Fransa,  İtaliya,  İspaniya, 

Hollandiya,  Almaniya,  Rusiya,  Gürcüstan,  Tanzaniya,  Keniya  və 

digər 

ölkələrin 



arxeoloqları, 

paleontoloqları 

və 

paleoantropoloqları  və digər elm sahələrinin  mütəxəssisləri  iştirak 



etmişlər.  Professor  Anri  dö  Lümleyin  sədrliyi  altında  keçən  

beynəlxalq  konfransda  Azərbaycan  Milli  Elmlər  Akademiyası 

Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Ə.Q.Cəfərov 

da  iştirak  etmişdir.  Elmi  konfrans  iştirakçılarının  Keniyanın 

Türkanə  gölü  ətrafında  tapılmış  arxeoloji,  paleontoloji  və 


139 

 

paleoantropoloji  tapıntılar  xüsusi  marağına  səbəb  olmuşdur 



(Cəfərov, 2004, 2006). 

 

Azərbaycan  və  Qafqaz  ərazilərində  hazırda  ibtidai 



insanların  qədim  Paleolit  dövründə  məskunlaşmasına  aid  maddi 

mədəniyyət 

qalıqları  Azıx  paleolit  düşərgəsinin  VII-X 

təbəqələrindən    və  Dmanisi  paleolit  abidəsindən  tapılmışdır.  Ona 

görə də bu  gün dünyanın arxeoloq, paleontoloq, paleoantropoloq, 

paleogeoloq,  paleogeomorfoloq  və  digər  alimlərinin  diqqəti  Azıx 

və 

Dmanisidən 



tapılmış  maddi  mədəniyyət  qalıqlarına 

yönəlmişdir. 

 

Dmanisi  paleolit  düşərgəsində  aparılan  arxeoloji  tədqiqat 



işlərini  iki  mərhələyə  ayırmaq  olar:  birinci  mərhələdəki  arxeoloji 

qazıntı  işləri  1982-1990-cı  illəri  əhatə  edir.  1982-ci  ilə  qədər 

aparılan  arxeoloji  qazıntılar  zamanı  isə  Dmanisi  arxeologiya 

elminə  orta  əsr  şəhər  yeri  kimi  məlum  olmuş    və  tədqiqatlar 

zamanı  orta  əsrlərə  aid    qala  divarları,  saxsı  qab  nümunələri  və 

digər  maddi  mədəniyyət  nümunələri  tapılmışdır.  1982-ci  ildə 

Gürcüstan  arxeoloqları  Dmanisi  orta  əsr  şəhər  yerində  olan  taxıl 

saxlanılan  çalada  apardıqları  arxeoloji  qazıntılar  zamanı 

pleystosen  çöküntüsünə  rast  gəlmiş  və  oradan  heyvan  sümükləri 

tapmışlar.  Aparılan  paleontoloji  tədqiqatlar  zamanı  həmin 

sümüklərin cənub  fili, etrus kərgədanı  və ən qədim ata aid olması 

müəyyən  edilmişdir  (Vekua,  1991).  İlk  vaxtlar  bu  tapıntı  yerini 



140 

 

arxeoloqlar  eopleystosenin  axırı  -  ən  qədim  Pleystosen  dövrünə 



aid heyvan sümüklərinin tapıldığı yer kimi göstərmişlər. Lakin bir 

neçə  ildən  sonra  aparılan  arxeoloji  qazıntılar  zamanı  heyvan 

sümükləri ilə bərabər Paleolit dövrünə aid daş alətlər də tapılmağa 

başlamışdır (Lübin, 1998; Lübin, Belyayeva, 2006). 

 

1991-ci  ildən  başlayaraq  Gürcüstan,  Almaniya  və  digər 



Avropa  alimlərinin  arxeoloqları  Dmanisi  paleolit  düşərgəsində 

yaxşı  təşkil  olunmuş  arxeoloji  qazıntı  işlərinə  başlamışlar  ki, 

bununla  da  düşərgədə  elmi  tədqiqatların    II  mərhələsinin  təməli 

qoyulmuşdur.  1991-ci  il  sentyabrın  24-də  Dmanisi  paleolit 

düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  ibtidai  insana 

məxsus  olan  alt  çənə  tapılmışdır.  Bununla  əlaqədar  olaraq 

Dmanisi  paleolit  düşərgəsinin  maddi  mədəniyyət  qalıqları 

arxeoloq,  paleontoloq,  paleoantropoloq  və  digər  mütəxəssislərin 

diqqətini  cəlb  etmişdir.  1991-ci  ildə  tapılmış  çənə  üzərində 

aparılan  elmi  tədqiqatlar  zamanı  onun  Homo  erektus  tipli  ibtidai 

insana  məxsus  olması  müəyyən  edilmişdir  (Vişnyavski,  2002). 

Homo erektusa məxsus olan çənə Dmanisi paleolit düşərgəsinin V 

təbəqəsində  tapılmışdır.  Bu  tapıntı  paleoantropoloqlar  tərəfindən 

bütün  Avrasiya  məkanında  mühüm  elmi  tapıntı  kimi 

qiymətləndirilmişdir  (Qobunya,  1991).  Bu  tapıntıya  qədər  Homo 

erektus  tipli  ibtidai  insan  qalıqları  Şərqi  Afrikanın  Olduvay 



141 

 

düşərgəsində tapılmış  və onun  mütləq  yaşı 1,8  milyon  ilə bərabər 



olması müəyyən edilmişdir (Lübin, Belyayeva, 2006). 

 

1991-2007-ci  illərdə  Dmanisi  paleolit  düşərgəsində 



kompleks şəkildə arxeoloji qazıntı işləri aparılmışdır. Nəticədə, bu 

vaxta qədər düşərgənin 400 kv.m sahəsi qazılıb tədqiq olunmuşdur 

(Nioradze,  Lübin,  1998).  Dmanisi  paleolit  düşərgəsində  aparılan 

arxeoloji  qazıntılar  zamanı  6  təbəqə  müəyyən  edilmişdir. 

Düşərgədə çöküntünün ümumi qalınlığı 4 m-dən bir qədər artıqdır 

(Lordkipanidze,  1998).  Ən  aşağı  təbəqə  olan  VI  təbəqə  vulkan 

külündən  ibarətdir.  Aparılan  arxeoloji  qazıntılar  zamanı  arxeoloji  

və  paleontoloji  tapıntılar  düşərgənin  II,  III  və  V  təbəqələrindən 

əldə olunmuşdur. İbtidai  insanlara  məxsus kəllə qalıqları, çənələr 

və  dişlər    isə  V  təbəqədən  tapılmışdır.    Dmanisi  paleolit 

düşərgəsində  ibtidai  insanların  məskunlaşdıqları ərazinin sahəsi 5 

min kv.m-dən bir qədər artıq olmuşdur (Lübin, Belyayeva, 2006). 

Dmanisi  paleolit  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 

zamanı  6  ibtidai  insana  məxsus  kəllə,  4  alt  çənə,  12  diş  və  digər 

sümük  qalıqları  tapılmışdır  (Lübin,  Belyayeva,  2006). 

Paleoantropoloji  tapıntılar  Qobunya  tərəfindən  təyin  olunmuşdur. 

Gürcü  antropoloqu  Qobunyanın  fikrinə  görə,    Dmanisidən 

tapılmış    qədim  insana  məxsus  kəllə  və  çənələr  analoji  cəhətcə 

Şərqi  Afrikanın  Olduvay  dərəsindən  tapılmış  Homo  habilis  tipli 

insanlara  yaxınlıq  təşkil  edir.  Antropoloq  Qobunyaya  görə 



142 

 

Dmanisinin  paleoantropoloji  tapıntıları    Homo  habilisdən  Homo 



erektus  tipli  insanlara  keçid  mərhələsindədir.  Dmanisi  paleolit 

düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  minlərlə  daş 

məmulatı və fauna qalıqları tapılmışdır.  

Fauna  qalıqları  Dmanisi  düşərgəsinin  IV  və  V  təbəqələrində 

daha çox tapılmışdır. Sümük məmulatı içərisində əsas yeri heyvan 

kəllələri,  çənələri,  dişləri  və  ayaq  sümükləri  təşkil  edir.  Dmanisi 

paleolit  düşərgəsinin  fauna  qalıqlarının  elmi  tədqiqi  ilə 

A.K.Vekua  məşğul  olmuşdur.  Onun  təyinatına  görə,  düşərgənin 

sümük məmulatı içərisində əsas yeri cənub fili, etrus kərgədanı və 

maral  sümüklərinin  qalıqları  təşkil  edir  (Qobunya,  Vekua,  1993, 

1998, 2001). 

1991-2007-ci  illərdə  Dmanisi  paleolit  düşərgəsində 

aparılan  arxeoloji  qazıntılar  zamanı  minlərlə  daş  məmulatı 

tapılmışdır.  Düşərgənin  daş  məmulatı,  əsasən,  kvars,  kvarsit,  tuf 

və  digər  daşlardan    hazırlanmışdır.  Daş  məmulatı  içərisində  əsas 

yeri  çaydaşılarından  hazırlanmış  kobud  çapma  alətləri,  bəsit 

qəlpələr,  üzərində  qopuq  izləri  olan  çaydaşıları,  nüvələr  və  digər 

alətlər təşkil  edir (Lübin, 1998; Lübin, Belyayeva, 2006).  

Aparılan arxeoloji qazıntılar  zamanı düşərgənin  II  təbəqəsinin 

alt  qatından,  IV  və  V  təbəqələrdən  daha  çox  daş  məmulatı 

tapılmışdır. 


143 

 

Dmanisi  paleolit  düşərgəsinin  daş  məmulatının  elmi 



tədqiqi  ilə  məşğul  olan  M.Nioradze  və  Lübinin  mülahizələrinə 

görə,  düşərgənin  daş  məmulatı  qədim  Aşeldən  çox  əvvəl 

hazırlanmasını  qeyd  edirlər.  Lakin,  Fransa  arxeoloqları  Anri  dö 

Lümley  başda  olmaqla  qeyd  edirlər  ki,  Dmanisi  paleolit 

düşərgəsinin  daş  məmulatını  Şərqi  Afrikanın  Keniya  və  Efiopiya 

ərazilərindəın  tapılmış  Olduvay  mədəniyyətinə  aid  əmək  alətləri 

ilə  müqayisə  oluna  bilər.  Çünki  Dmanisinin  əmək  alətləri 

içərisində  Olduvay  mədəniyyətinə  oxşar  alətlər  qeydə  alınmışdır 

(Lümley,  2002).  Keniya  və  Efiopiya  ərazilərində  olan  paleolit 

düşərgələrində  tapılmış  əmək  alətlərinin  hazırlanma  tarixi  2 

milyon ilə bərabərdir. 

Dmanisi  paleolit  düşərgəsinin  V-VI  təbəqələrindən 

tapılmış  kobud  çapma  alətləri  daş  məmulatı  içərisində  çoxluq 

təşkil  edir.  Lakin  düşərgənin  II  təbəqəsindən  tapılmış  alətlər 

nisbətən  inkişaf  etmiş  texniki  üsullarla  hazırlanmışdır.  Eyni 

zamanda  II  təbəqənin  daş  məmulatı  içərisində  qəlpələrdən  kiçik 

alətlər də  hazırlanmışdır. Onların  içərisində qaşovlar, qaşovcuqlar 

və  gəzli  alətlər çoxluq təşkil  edir (Lübin, 1998). Dmanisi paleolit 

düşərgəsində  təbəqədən-təbəqəyə  əmək  alətlərinin  inkişaf 

texnikası  və  tipologiyasının  dəyişməsi  burada  ibtidai  insanların 

uzun müddət yaşadıqlarını göstərir. 


144 

 

 Beləliklə,  hazırda  Azərbaycan  və  Qafqaz  ərazilərində  ibtidai 



insanların 2-2,5 milyon il bundan əvvəl məskunlaşmasını göstərən 

maddi  mədəniyyət  qalıqları  Azıx  paleolit  düşərgəsinin  VII-X 

təbəqələrindən  və  Dmanisinin  V-VI  təbəqələrindən  tapılmış 

arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılardan ibarətdir. 

Beynəlxalq  İNTAS-2000  proqramı  üzrə  Ə.Q.Cəfərovun 

Avropa alimləri  ilə birgə apardığı  elmi tədqiqatlar  zamanı  Azıxda 

aşkar olunmuş Quruçay arxeoloji  mədəniyyətinin  Azərbaycan  və 

Qafqazda  ən  qədim  arxeoloji  mədəniyyət  olması  və  ibtidai 

insanların 2-2,5  milyon  ildən artıq bir  zamanda burada  yaşamağa 

başlamaları elmi əsaslarla sübuta yetirilmişdir (Cəfərov, 2006). 

 

 

 



 

 



Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə