DAġ DÖVRÜ alti cġlddə


Azıx düĢərgəsi orta AĢel mədəniyyətinin  daĢ mə mulatı



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix27.06.2017
ölçüsü2,13 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

Azıx düĢərgəsi orta AĢel mədəniyyətinin  daĢ mə mulatı 

və onların texniki-tipoloji xüsusiyyətləri 

 

                   Azıx  qədim  insan  düşərgəsinin  V  təbəqəsində  aparılan 

arxeoloji  tədqiqatlar  zamanı  orta  Aşel  mədəniyyətinə  aid  maddi 


160 

 

mədəniyyət  nümunələri  tapılmışdır.  Bu  Azıx  düşərgəsində  qədim 



Aşel  dövrünün  sonralar  orta  Aşel  mədəniyyəti  ilə  əvəz 

olunduğunu göstərir. Elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, 

orta  Aşel  mədəniyyəti  400  min  il  bundan  qabaq  başlamış  və  200 

min il əvvəllər sona çatmışdır. 

                Arxeoloji  qazıntılar  zamanı  Azıx  düşərgəsində  tapılmış  daş 

alətlərin  əsasını  çapma  alətləri  və  əl  çapacaqları  təşkil  edir.  Daş 

məmulatı  arasında  müxtəlif  klekton  tipli  əmək  alətləri    və  kobud 

hazırlanmış  itiuclu alətlər də qeydə alınmışdır.  Azıx düşərgəsinin 

V  təbəqəsinin  daş  məmulatının  texniki- tipoloji  xüsusiyyətlərinə 

görə  özündən  aşağıda  yerləşən  VI  təbəqənin  daş  məmulatı  ilə 

yaxınlıq  təşkil  edir.  Eyni  zamanda  V  təbəqənin  əmək  alətləri 

qədim Aşel dövrü  daş  məmulatlarının bəzi oxşar  xüsusiyyətlərini 

özündə birləşdirir.  

                   Uzun  illər  ərzində  Azıx  mağarasının  V  təbəqəsində  aparılan 

kompleks  arxeoloji  tədqiqatlar  nəticəsində  daş  məmulatı  ilə 

yanaşı, 10 minlərlə ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. 

Fauna  qalıqları  sübut  edir  ki,  orta  Aşel  mədəniyyəti  dövründə 

Azıx  paleolit  düşərgəsində  yaşayan  sakinlərin  məşğuliyyətində 

əsas yeri ovçuluq tutmuşdur. Azıx paleolit düşərgəsindən tapılmış 

fauna  qalıqlarının  elmi  tədqiqi  ilə  professor  Dəmir  Hacıyev 

məşğul olmuşdur. 


161 

 

                   İbtidai  insanların  orta  Aşel  mədəniyyəti  dövründə  ovçuluqla 



məşğul olması, əsasən,  maral  və  mağara ayılarını ovlaması  həmin 

ərazidə maral və mağara ayılarının çox olması ilə əlaqədardır. 

                    Azıx  paleolit  düşərgəsində  aşkar  olunmuş  fauna  qalıqları 

göstərir  ki,  orta  Aşel  mədəniyyəti  dövründə  ovçuluq  təsərrüfatı 

özünün  ən  yüksək  inkişaf  zirvəsinə  çatmışdır.  Əgər  qədim  Aşel 

dövründə  Azıx  düşərgəsində  yaşayan  qədim  insanlar  11  növ  iri 

heyvan  ovlamışlarsa,  orta  Aşeldə  isə  45  növ  heyvan  və  quş 

ovlamışlar. 

                   Azıx  paleolit  düşərgəsinin  orta  Aşel  mədəniyyətinə  aid  V 

təbəqəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  ancaq  ovç uluq 

təsərrüfatı  üçün  yararlı  olan  əmək  alətləri  tapılmışdır.  Azıx 

paleolit düşərgəsinin  V  təbəqəsindən 300-dən artıq daş  məmulatı 

qeydə  alınmışdır.  Düşərgənin  daş  məmulatı  içərisində  istehsal 

tullantıları  bir  neçə  ədəd  qeydə  alınmışdır.  Bu  fakt  paleolit 

düşərgəsinin  V  təbəqəsindən  aşkar  olunmuş  əmək  alətlərinin 

düşərgədən kənarda hazırlanmasını göstərir. 

                   Azıx 

çoxtəbəqəli 

paleolit 

düşərgəsinin 

orta 

Aşel 


mədəniyyətinə aid təbəqəsindən tapılmış əmək alətlərini aşağıdakı 

qruplara bölmək olar: 

1.

 

nüvələr (6 ədəd); 



2.

 

əl çapacaqları (5 ədəd); 



3.

 

kobud çapma alətləri (12 ədəd); 



162 

 

4.



 

üzərində işlənmə izləri olmayan çaydaşıları (14 ədəd); 

5.

 

mustye tipli itiuclular (2 ədəd); 



6.

 

sadə bir işlək ağızlı qaşovlar (5 ədəd); 



7.

 

sadə qabarıq işlək ağızlı qaşovlar (3 ədəd); 



8.

 

iki işlək ağızlı düz qaşovlar (2 ədəd); 



9.

 

iki işlək ağızlı qabarıq qaşovlar (2 ədəd); 



10.

 

iki işlək ağızlı batıq qaşovlar (2 ədəd); 



11.

 

künclü qaşovlar (6 ədəd); 



12.

 

enli düz ağızlı qaşovlar (1 ədəd); 



13.

 

enli qabarıq ağızlı qaşovlar 92 ədəd); 



14.

 

tipik qaşovcuqlar (2 ədəd); 



15.

 

atipik qaşovcuqlar (3 ədəd); 



16.

 

bıçaq tipli alətlər (3 ədəd); 



17.

 

dişli alətlər (3 ədəd); 



18.

 

fraqment şəkilli alətlər (17 ədəd); 



19.

 

üzərində ikinci dəfə işlənmə izi olmayan qəlpələr (81 ədəd); 



20.

 

istehsal tullantıları (32 ədəd). 



        Düşərgənin  V  təbəqəsindən  aşkar  olunmuş  daş  məmulatının 

əksəriyyəti  çaxmaq  (143  ədəd)  və  slanes    (124  ədəd)  daşlarından 

hazırlanmışdır. Daş  məmulatı  içərisində bazalt  (2 ədəd), pesçanik 

(3  ədəd)  və  3  ədəd  dəvəgözü  daşından  hazırlanmış  alətlər  qeydə 

alınmışdır. 


163 

 

        Düşərgənin V təbəqəsindən aşkar olunmuş nüvələri aşağıdakı 



qruplara  ayırmaq  olar:  birzərbəsəthli,  ikizərbəsəthli  və  diskşəkilli 

nüvələr. 

       Orta  Aşel  mədəniyyətinə  aid  təbəqənin  daş  məmulatı 

içərisində 2 ədəd mustye itiuclusu qeydə alınmışdır. Maraqlıdır ki, 

Qafqaz  və  Yaxın  Şərqin  paleolit  düşərgələri  içərisində  ilk  dəfə 

olaraq  orta  Aşel  mədəniyyətinə  aid  təbəqədən  mustye  itiucluları 

aşkar  olunmuşdur.  Buradan  tapılmış  mustye  itiucluları  üçbucaqlı 

qəlpə  üzərində  hazırlanmışdır.  Təsvir  olunan  mustye  itiucluları 

dik və yarımdik dişəklə işlənmişdir. 

     Sadə  bir  işlək  ağızlı  qaşovlar  (5  ədəd).  Onların  4  ədədi 

çaxmaqdaşından,  biri  isə  slanes  daşından  hazırlanmışdır. 

Qaşovların  3  ədədi    qəlpə,  2  ədədi  isə  üçbucaqlı  qəlpə  üzərində 

hazırlanmışdır. Qaşovların işlək ağızları dik, yarımdik və bəzən də 

itiləyici  dişəklə  işlənmişdir.  Alətlərin  hamısında  zərbə  səthi  və 

zərbə düyünü yaxşı saxlanmışdır. 

     Sadə  qabarıq  ağızlı  qaşovlar  (3  ədəd).  Onların  2  ədədi 

çaxmaq,  biri  isə  slanes  daşlarından  hazırlanmışdır.  Alətlərin  ikisi 

lövhə,  digəri  isə  qəlpə  üzərində  hazırlanmışdır.  Alətlərin  işlək 

ağızları, əsasən, yarımdik və itiləyici dişəklə işlənmişdir. 

       İki  düz  işlək  ağızlı  qaşovlar  (2  ədəd).  Alət  slanes  daşından 

hazırlanmışdır.  Hər  iki  qaşov  lövhədən  ibarətdir.  Maraqlıdır  ki, 

hər  iki qaşovun  üstü ərplə örtülmüşdür.  Bu  göstərir ki,  alətlər bir 


164 

 

neçə  dəfə  iş  prosesində  istifadə  olunduqdan  sonra  yenidən 



dişəklənmişdir.  Təsvir  olunan  hər  iki  qaşov  subparalel  dişəklə 

işlənmişlər. 



       İki  işlək  ağızlı  qabarıq  qaşovlar  (2  ədəd).  Alətlərin  ikisi  də 

çaxmaqdaşından  hazırlanmışlar.  Alətlərin  işlək  ağızları  olduqca 

incə işlənmişdir.  

      İki  işlək  ağızlı  batıq  qaşovlar  (3  ədəd).  Alətlərin  ikisi 

çaxmaqdaşından,  üçüncüsü  isə  dəvəgözü  daşından  hazırlanmışdır 

(bax şəkil 47, 3). 

      Künclü  qaşovlar  (6  ədəd).  Alətlər  çaxmaqdaşı  üzərində 

hazırlanmışdır.  Təsvir  olunan  alətlərin  hamısı  üçbucaqlı  qəlpələr 

üzərində  hazırlanmışdır.  Təsvir  olunan  alətləri  ölçülərinə  görə  3 

qrupa ayırmaq olar: kiçik, orta və böyük ölçülü qaşovlar. 

      Azıx  düşərgəsinin  daş  məmulatı  içərisində  tez-tez  künclü 

qaşovlara rast gəlmək olur. 

      Enli  qaşovlar  (3  ədəd).  O nların  2  ədədi  çaxmaq,  1  ədədi  isə 

slanes daşından hazırlanmışdır. Alətlərin  hamısında zərbə səthi  və 

zərbə  düyünü  yaxşı  saxlanılmışdır.  Təsvir  olunan  enli  qaşovların 

işlək ağızları pilləli dişəklə  işlənmişdir (bax şəkil 49, 1). 

       Əks ağızlı qaşovlar (3 ədəd). Alətlərin ikisi çaxmaq, digəri isə 

slanes  daşından  hazırlanmışdır.  Təsvir  olunan  qaşovların  zərbə 

səthi və zərbə düyünü olduqca yaxşı saxlanılmışdır. Təsvir olunan 

qaşovların işlək ağızları subparalel və itiləyici  dişəklə işlənmişdir. 



165 

 

    Tipik  qaşovlar  (4  ədəd).  Alətlərin  ikisi  çaxmaq,  üçüncüsü 



slanes,  dördüncüsü  isə    dəvəgözü  daşından  hazırlanmışdır. 

Alətlərin  işlək  ağızları  olduqca  incə  və  itiləyici  dişəklə 

hazırlanmışdır.  Təsvir  olunan  tipik  qaşovların  nümunələri  şəkil 

49, 2, 5-də göstərilmişdir. 



    Atipik  qaşovlar  (2  ədəd).  Bu  alətlər  çaxmaq  və  slanes 

daşlarından 

hazırlanmışdır. 

Alətlərin 

hazırlıq 

məmulatı 

qəlpələrdən  ibarətdir.  İşlək  ağızları  incə  itiləyici  dişəklə 

işlənmişdir. 



     Bıçaqlar    (3  ədəd).  Onların  2  ədədi  slanes,  üçüncüsü  isə 

çaxmaqdaşından  hazırlanmışdır.  Maraqlıdır  ki,  bıçaq  tipli  alətlər 

təbii  belə  malikdir.  Bu  da  onların  əldə  yaxşı  tutub,  işləməyə 

əlverişli şərait yaradır.  Alətlərin işlək ağızları olduqca iti formaya 

salınmışdır.  Təsvir  olunan  alətlərin  nümunələri  şəkil  49,  2-də 

göstərilmişdir. 



     Dişli  alətlər  (2  ədəd).  Alətlər  slanes  daşı  üzərində 

hazırlanmışdır.  Alətlərin  bir  hissəsində  təbii  qabıq  saxlanmışdır. 

Alətlərin  işlək  ağızları  dişli  olduqları  üçün  onlara  dişli  alətlər 

deyilir. 



     Kiçikölçülü alətlər (14 ədəd). Bunların 9-u slanes daşından, 5- i 

isə  çaxmaqdaşından  hazırlanmışdır.  Kiçikölçülü  alətləri  iki 

hissəyə  ayırmaq  olar:  1)  bilərəkdən  fraqment  halına  salınmış 

alətlər; 2) təbii surətdə fraqment halına düşmüş alətlər. 



166 

 

      Tipoloji  cəhətcə  fraqment  şəkilli  alətlər  içərisində  itiuclu  və 



qaşov  tipli  alətlər  müəyyən  olunmuşdur.  Fraqment  şəkilli  alətlər 

əsasən  dik,  yarımdik  və  incə  dişəklə  işlənmişdir.  Təsvir  olunan 

alətlərin nümunələri şəkil 49, 7-də göstərilmişdir. 

     Kobud  çapma  alətləri  (12  ədəd).  Maraqlıdır  ki,  V  təbəqədən 

aşkar olunmuş kobud çapma alətləri VI təbəqənin həmin alətlərinə 

nisbətən  klassik  formada  hazırlanmışdır.  V  təbəqənin  kobud 

çapma  alətləri  vasitəsilə  qeyd  olunan  alətlərin  inkişaf 

xüsusiyyətlərini  müəyyən  etmək  olur.  Daş  məmulatı  tədqiq 

olunduqca    Azıx  düşərgəsinin  ayrı-ayrı  təbəqələri  üzrə  alətlərin 

inkişaf  dinamikasını  müəyyən  etmək  olur.  Təsvir  olunan  kobud 

çapma alətlərinin nümunələri şəkil 47, 1, 2-də göstərilmişdir. 

      Əl  çapacaqları    (7  ədəd).  O nlar  hamısı  çaxmaqdaşından 

hazırlanmışdır.  Tipoloji  cəhətcə  əl  çapacaqları  ürəkşəkilli, 

badamşəkilli  və  lanset  formalara  bölünür.  V  təbəqədən  aşkar 

olunmuş  əl  çapacaqları    VI    təbəqədən  müəyyən  olunmuş  əl 

çapacaqları  kimi  hazırlansalar  da,  onların  müəyyən  fərqli 

xüsusiyyətləri  nəzərə çarpır.  Alətlərin  işlək ağızları olduqca  yaxşı 

hazırlanmışdır.  Təsvir  olunan  əl  çapacaqlarının  nümunələri  şəkil 

50, 1, 2; 53, 1; 55, 2-də göstərilmişdir. 



      Azıx  düşərgəsinin  V  təbəqəsindən  tapılan  daş  məmulatı 

içərisində  üzərində  ikinci dəfə  işlənmə  izləri olmayan qəlpələr  də 



167 

 

qeydə  alınmışdır.  Bunların  23  ədədi  çaxmaq,  32  ədədi  isə  slanes 



daşlardan hazırlanmışdır. 

     Azıx düşərgəsinin  V təbəqəsinin daş  məmulatının elmi  tədqiqi 

zamanı  müəyyən  etmək  olur  ki,  daş  məmulatı  içərisində  əmək 

alətləri  çoxluq  təşkil  edir  və  aşağıdakı  nəticəyə  gəlməyə  əsas 

verir:  

1.

 



Azıx  düşərgəsində  orta  Aşel  dövründə  sakin  olan  qədim 

insanlar düşərgəyə ancaq hazır alətləri gətirmişlər; 

2.

 

Düşərgəyə  hazır  gətirilən  əmək  alətləri  Quruçay  dərəsində 



hazırlanmışdır; 

3.

 



 Düşərgənin  qədim  sakinləri  təsadüfi  hallarda  bəzi  əmək 

alətlərinin  işlək  ağızlarını  əlverişli  formaya  salmaq  üçün 

dişəkləmişlər;  

4.

 



Orta  Aşel  dövründə  insanlar  düşərgədə  daimi  yaşamış  və 

oddan istifadə etmişlər. 

       Yuxarıdakı  cədvəldən  göründüyü  kimi,  V  təbəqənin  əmək 

alətləri içərisində əsas yeri kobud çapma alətləri, əl çapacaqları və 

qaşov tipli alətlər tutur. 

       Azıx  qədim  insan  düşərgəsindən  aşkar  olunmuş  elmi 

materialların  təhlili  ibtidai  insanların  dini  təsəvvürləri  haqqında 

yeni- yeni  elmi  fikirlər  söyləməyə  şərait  yaratmışdır.  1972-ci  ilin 

arxeoloji  tədqiqatları  zamanı  Azıx  düşərgəsinin  V  təbəqəsinin 

yerləşdiyi sağ divarında qaranlıq bir  yerdə 3 ədəd  mağara ayısının 



168 

 

kəlləsi  aşkar  olunmuşdur.  Bu  sahə  mağaranın  içərisində  olduqca 



möcüzəli  bir  guşədə  qabarıq  formada  irəliyə  uzanaraq,  orta 

hissəyə  işıq  düşməsinə  mane  olur  və  nəticədə  bura  zülmətə  qərq 

olur. Bu  hissədə qaya rəfi təbii  surətdə əmələ  gəlmişdir. Məhz bu 

rəfdə  yuxarıda  qeyd  olunan  mağara  ayılarının  kəlləsi  və  çənəsi 

qoyulmuşdur.  Tədqiqatlar  zamanı  müəyyən  olundu  ki,  mağara 

ayılarının  kəllə  və  çənələri  buraya  ibtidai  insanlar  tərəfindən 

qoyulmuşdur. Bu proses qədim insanların ilk dini görüşləri barədə 

məlumat  verir,  həm də qədim Azıx sakinlərinin  mağara ayılarının 

kəllələrinə  bir  növ  sitayiş  etdiklərini  göstərir.  Tədqiqatlar  zamanı 

müəyyən  olundu  ki,  düşərgənin  məhz  bu  sahəsi  müqəddəs  yer 

sayılmışdır.  Qeyd  olunan  proses  ibtidai  insanlarda  ilk  dini 

təsəvvürlərin meydana çıxdığını göstərir. Məhz, Azıx mağarasının 

materialları əsasında ibtidai insanlarda ilk dini görüşlərin meydana 

çıxmasını  orta  Aşel  mədəniyyəti  dövründən,  yəni  400  min  il 

bundan  əvvəl  başlandığını  söyləmək  daha  dəqiq  olar.    Bəlkə  də 

qədim  Azıx  sakinləri  bu  gizli  yeri  özlərinə  müqəddəs  yer  hesab 

etmiş,  ayı  kəllələrinə  də  bu  sahədə  sitayiş  etmişlər.  Beləliklə, 

qədim  insanlarda  dini  görüşlərin  ilk  əlamətləri  orta  Aşel 

mədəniyyətindən başlandığını söyləmək olar. 

       Son  illərdə  aparılan  arxeoloji  kəşfiyyat  və  tədqiqat  işləri 

nəticəsində  dünyanın  bir  sıra  qədim  insan  düşərgələrindən  də  ilk 

dini  etiqadların  və  görüşlərin  meydana  çıxmasına  aid  zəngin 



169 

 

maddi  mədəniyyət  nümunələri  aşkar  olunmuşdur.  Həmin  maddi 



mədəniyyət  nümunələri  ilk  dini  təsəvvürlərin  orta  Aşel 

mədəniyyəti  zamanı  meydana  çıxmasını  bir  daha  təsdiq  edir  

(Hüseynov, 1982, 1985; Cəfərov, 2004). 

        Azıx  mağara  düşərgəsinin  V  təbəqəsinin  xəlvət  yerindən 

tapılmış  ayı  kəllələri  daha  çox  maraq  doğurur.  Maraqlıdır  ki,  bu 

ayı  kəllələrinin  birinin  üzərində  8  əyri  xətt  çəkilmişdir.  Xətlərin 

ayrı-ayrılıqda  uzunluğu 15, 18, 20, 24, 30, 36, 45,  və 47 mm-dir. 

Bu  ölçülərdən  müəyyən  etmək  olur  ki,  xətlərin  uzunluğu  və 

onların  arasında  qoyulmuş  məsafələr  bərabər  deyildir.  Göstərilən 

xətlərin  hamısı dişli daş alətlə çəkilmişdir.  Güman etmək olur ki, 

kəllə  üzərinə  çəkilmiş  xətlər  azıxantropların  ideoloji  təsəvvürləri 

ilə bağlı olmuşdur. Bu da qədim insanların mənəvi aləmi haqqında 

müəyyən  fikir  söyləməyə  imkan  verir.  Azıx  düşərgəsindən 

tapılmış  ayı  kəlləsi  üzərində  xətlər  hələlik  dünya  paleolit 

düşərgələri  arasında  nadir  tapıntı  olsa  da,  buna  bənzər  tapıntı 

Almaniyanın  Turingi  ərazisində  olan  Bilsinsibendən  də  aşkar 

olunmuşdur. 

      Azıx düşərgəsinin mədəni təbəqələrindən ocaq yerlərinin aşkar 

olunmasının  xüsusi  elmi  əhəmiyyəti  vardır.  Bu  odun  yaranma 

tarixi  və  ondan  insanların  istifadə  etmələri  barədə  xüsusi  fikirlər 

söyləməyə  şərait  yaratmışdır.  Azıx  düşərgəsində  aparılan 

tədqiqatlar  nəticəsində  ilk  dəfə  insanların  oddan  istifadə  etməyə 



170 

 

başlamaları  qədim  Aşel  mədəniyyətində  olması  qənaətinə 



gəlinmişdir. 

      Azıx  düşərgəsinin  qədim  və  orta  aşel  təbəqələrində  aparılan 

arxeoloji qazıntılar zamanı ocaq yerlərinin aşkar olunması düşərgə 

sakinlərinin  hələ qədim  Aşel  mədəniyyəti  zamanı odla tanış olub, 

ondan istifadə etmələrini əyani surətdə sübut edir. 

     Aparılan arxeoloji  tədqiqatlar  zamanı  müəyyən olunmuşdur ki, 

qədim  Azıx  düşərgəsinin  sakinləri  torpaqda  qazma  üsulu  ilə 

ocaqlar  qurmuşlar.  Azıx  düşərgəsinin  orta  aşel  təbəqəsindən  3 

ocaq  yeri  qeydə  alınmışdır.  Ocaqlardan  biri  4  kv.m  sahəni  əhatə 

edir.  Ocağın  hər  tərəfinə  yandırılmış  ağac  külündən  qalın  sədd 

çəkilmişdir.  Ən  maraqlı  cəhət  ocağın  yanında  əhəngdaşılarından 

qurulmuş  divar  qalığının  qeydə  alınmasıdır.  Divar  qalığının 

hündürlüyü 40 sm-ə bərabərdir. Maraqlıdır ki, qeyd olunan divarın 

yanında daha bir kiçik ocaq yeri aşkar olunmuşdur. Ocağın hər iki 

tərəfi yastı əhəngdaşıları ilə əhatə olunmuşdur (Hüseynov, 1985). 

      Azıx  düşərgəsinin  orta  Aşel  dövrünə  aid  təbəqəsindən  ocaq 

yerlərinin  aşkar  olunması  qədim  sakinlərin  həyatında  ocağın 

mühüm yer tutduğunu göstərir. 

     Maraqlıdır  ki,  professor  Lübinin  Cənubi  Osetiya  ərazisindəki 

Kudaro  mağaralarında  apardığı  arxeoloji  qazıntılar  zamanı  Aşel 

mədəniyyətinə  aid  zəngin  maddi  mədəniyyət  qalıqları  aşkar 

olunmuşdur.  Kudaro  mağara  düşərgələrində  tapılmış    əl 



171 

 

çapacaqları  xüsusi  maraq  doğurmuşdur.  Qədim  Kudaro 



sakinlərinin  ovçuluq  təsərrüfatında  əsas  yeri  mağara  ayıları 

tutmuşdur. Bunu düşərgədə tapılmış heyvan sümükləri  sübut edir. 

Kudaro  düşərgəsində  ovlanmış  heyvan  sümüklərinin  95%-ni 

mağara ayılarının sümükləri təşkil edir (Lübin, 1998). 

     Avropa  ölkələri  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar 

zamanı  qədim  və  orta  Aşel  mədəniyyətinə  aid  zəngin  paleolit 

düşərgələri aşkar olunmuşdur.  Avropa ölkələri ərazisində Paleolit 

dövrü  üzrə aparılan arxeoloji  tədqiqat  işlərinin tarixi 100  ildən bir 

qədər  artıqdır.  Paleolitşünaslığın  tədqiqi  tarixində  bu  ölkələrin 

ərazisində  aşkar  olunmuş  arxeoloji  abidələrin  özünəməxsus 

xüsusiyyətləri  vardır.  Heç  də  təsadüfi  deyildir  ki,  Fransa 

ərazilərində tapılmış qədim insan məskənləri bu dövrün tədqiqinin 

təməl  daşını  qoymuşdur.  Məhz  buna  görə  də  Paleolit  dövrünün 

əsas  mədəniyyət  ocaqları  Fransa  ərazisində  ilk  dəfə  tapıldığına 

görə  həmin  yerin  adı  ilə  adlandırılmışdır.  Artıq  dünya  şöhrəti 

qazanmış  şell,  aşel,  mustye,  orinyak,  solyutre,  madlen  və  başqa  

arxeoloji 

mədəniyyətlər  Fransa  düşərgələrinin 

adları  ilə 

adlandırılmışdır.  Bu  ölkənin  ərazisində  aşkar  olunmuş  qədim 

insan  düşərgələri  içərisində  Ballone,  Terra-Amata,  Kondel-Araqo 

və  Lazaret  xüsusi  maraq  doğurur  və  tapılmış  maddi  mədəniyyət 

qalıqlarının zənginliyi ilə diqqəti cəlb edir. 


172 

 

       Fransanın  Ballone  qədim  insan  düşərgəsində  aparılan 



arxeoloji  tədqiqat  işləri  zamanı  ən  qədin  Daş  dövrünə  aid  maddi 

mədəniyyət  nümunələri  tapılmışdır.  Ballone  düşərgəsindən  aşkar 

olunmuş  maddi  mədəniyyət  nümunələrinin  yaşı  milyon  ilə 

bərabərdir. Hələlik Avropa ölkələri ərazisində bu tarixə malik olan 

ikinci bir düşərgə qeydə alınmamışdır.  Ballone düşərgəsindən daş 

məmulatı  ilə  yanaşı  ovlanmış  heyvan  sümükləri  də  tapılmışdır 

(Lümley, 1971, 1998). 

      Fransa ərazisində aşkar olunmuş ən  maraqlı  və zəngin paleolit 

düşərgələrindən  biri  də  Terra-Amata  düşərgəsidir.  Düşərgə 

Fransanın  cənub-şərqində  olub,  Nitsa  şəhəri  ərazisində  yerləşir. 

Burada  arxeoloji  tədqiqat  işlərini professor A.Lümley aparmışdır. 

Tədqiqatlar  zamanı  düşərgədən  qədim  Aşel  dövrünə  aid 

çoppinqlər,  əl  çapacaqları  və  başqa  əmək  alətləri  aşkar 

olunmuşdur. Terra-Amata düşərgəsindən daş məmulatı ilə birlikdə 

ovlanmış  heyvan  sümükləri  də  tapılmışdır.  Sümük  məmulatı 

içərisində  Merka  kərgədanı,  nəhəng  maral,  vəhşi  öküz  və  başqa 

heyvan  sümükləri  çoxluq  təşkil  edir.  Düşərgədən  çoxlu  heyvan 

sümüklərinin  tapılması  burada  yaşayan  qədim  sakinlərin 

həyatında  ovçuluğun  mühüm  yer  tutduğunu    göstərir  (Lümley, 

1969, 1971). 

                    Maraqlıdır  ki,  Terra-Amata  düşərgəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  ibtidai  tikili  yeri  qeydə  alınmışdır.  Professor 



173 

 

A.Lümleyin  fikrincə,  qədim  tikili  yerində  ibtidai  insanlar 



müvəqqəti yaşamışlar. Bu sahədə onlar əmək alətləri hazırlamaqla 

məşğul  olmuşlar.  Qeyd  etdiklərimizi  tikinti  yerindən  aşkar 

olunmuş çoxlu istehsal tullantıları bir daha sübut edir. İbtidai tikili 

yerinin  eni  4-6  m,  uzunluğu  8-15  m-ə  yaxın  olmuşdur.  Tikili 

yerinin  sahəsi  daşlarla  örtülü  olmuşdur.  Müəyyən  edilmişdir  ki, 

tikili  yerinin  ortasında  ocaq  yandırılmış,  hətta  ocağın  küləkdən 

sönməməsi  üçün ətrafına daşdan sədd çəkilmişdir  (Lümley, 1998, 

2000). 


                  Terra-Amata  düşərgəsində  ən  maraqlı  tapıntılardan  biri 

Paleolit  dövrü  adamının  ayaq  izinin  mədəni  təbəqədə  qalmasıdır. 

Onun  ölçülərinə  əsasən  müəyyən  edilmişdir  ki,  həmin  dövrün 

adamının boyu 1,56 m olmuşdur. 

                     Fransanın  cənubunda  Totavel  şəhərinin  2  kilometrliyində 

yerləşən Kondel- Araqo düşərgəsində aparılan arxeoloji tədqiqatlar 

zamanı    aşkar  olunmuş  maddi  mədəniyyət  qalıqları  özünün 

zənginliyinə  görə  xüsusi  maraq  doğurur.  Araqo  qədim  insan 

düşərgəsində  aparılan  tədqiqatlar  zamanı  qədim  Daş  dövrünə  aid 

əmək  alətləri  tapılmışdır.  Aşkar  olunmuş  əmək  alətləri  içərisində 

əsas  yeri kobud çapma alətləri   (çopper,  çoppinq), əl  çapacaqları, 

qaşov  tipli  alətlər  və  itiuclular  təşkil  edir.  Araqo  düşərgəsindən 

aşkar olunmuş kobud çapma alətləri klassik  üsulda hazırlanmış və  

tipologiyasına  əsasən  qədim  Aşel  dövrünə  aid  olunur.  Araqo 



174 

 

düşərgəsindən  daş  məmulatı  ilə  yanaşı,  ovlanmış  heyvan 



sümükləri  də  aşkar  olunmuşdur.  Bu  qədim  Araqo  düşərgəsi 

sakinlərinin həyatında ovçuluğun əsas yer tutduğunu göstərir. 

                  Totavelin  Kondel- Araqo  düşərgəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  insan  kəllələri  və  çənələri  aşkar  olunmuşdur. 

Xüsusilə,  düşərgədə  1969-cu  il  iyulun  21-də  aparılan  arxeoloji 

qazıntılar  zamanı  qədim  insanın  alt  çənəsi  tapılmışdır.  Çənə 

üzərində 5 ədəd diş tam şəkildə qalmışdır. 1970-ci  il  iyulun 16-da 

aparılan  arxeoloji  qazıntılar  zamanı  üzərində  5  diş  olan  qadın 

çənəsi  tapılmışdır.  1971-ci  il  iyulun  22-də  aparılan  arxeoloji 

qazıntılar  zamanı  qədim  insan  kəlləsi  və  üst  çənə  aşkar 

olunmuşdur.  Üst  çənə  kəllə  ilə  birlikdə  tapılmış  və  20-25  yaşlı 

qadına məxsusdur. 

                     1979-cu il iyulun 27-də Kondel-Araqo düşərgəsində aparılan 

arxeoloji qazıntılar  zamanı qədim  insanın kəllə qapağı tapılmışdır 

(Lümley, 1998). 

                      Araqo düşərgəsindən  tapılmış paleoantropoloji qalıqlar ona 

dünya şöhrəti qazandırdı. Mən 2001-ci il iyulun 3-dən avqustun 2-

dək  və  2003-cü  il  fevral- mart  aylarında  Fransada  elmi 

ezamiyyətdə  olarkən  Araqo  düşərgəsindən  tapılmış  maddi 

mədəniyyət qalıqları ilə Totavel şəhərində olan Avropa tədqiqatlar 

mərkəzində  yaxından  tanış  olmuşam.  Araqo  düşərgəsindən 

tapılmış  paleoantropoloji  qalıqlar  Avropanın  ilk  sakinlərinə  aid 



175 

 

olub, qədim  Aşel dövründə 600-450  min  il bundan əvvəl  yaşamış 



qədim  Araqo  və  Totavel  adamlarının  sümük  qalıqlarıdır. 

Maraqlıdır  ki,  Kondel-Araqo  düşərgəsindən  tapılmış  çənə  Azıx 

düşərgəsinin  aşel  təbəqəsindən  aşkar  olunmuş    çənə  ilə  dövr 

etibarı  ilə  yaxınlıq təşkil  edir.  Hər  iki düşərgədən  tapılmış qədim 

insan  çənəsi  yaş  etibarı  ilə  müqayisə  oluna  bilər  və  qədim 

insanların antropoloji  xüsusiyyətlərini öyrənmək  üçün ən  mühüm 

tapıntılardır (Cəfərov, 2004). 

                   Araqo  düşərgəsindən  tapılmış  paleoantropoloji  tapıntıların 

hamısı  Aşel  mədəniyyətinə  aid  təbəqələrdən  aşkar  olunmuş  və 

həmin qədim insanlara aid kəllə və çənələr 450-500 min il bundan 

əvvəllər Fransanın cənubunda Totavel-Araqo ərazilərində yaşamış 

və ovçuluqla məşğul olmuşlar (Lümley, 1998). 

                      2001-ci  ilin  iyul ayında Fransada elmi ezamiyyətdə olarkən 

Totavel  şəhərində  olan  Avropa  tədqiqatlar  mərkəzində  saxlanılan 

Araqo  düşərgəsinin  daş  və  fauna  məmulatı  ilə  yaxından  tanış 

oldum.  Araqo  düşərgəsi  Totavel  şəhərində  2,5  km  aralıda  Enge 

çayının  sol  sahilində  dağın  döşündə  yerləşir  (bax  şəkil  124,  128, 

129).  Araqo  düşərgəsinin  və  Totavel  şəhərinin  yerləşdiyi  ərazi 

bizim  Qarabağı  xatırladır.  Hər  tərəf  dağlarla  əhatə  olunmuş, 

Totavel  çökəkliyinin  arasından  Enge  çayı  axır  və  şəhəri  iki 

hissəyə ayırır (bax şəkil 124). 


176 

 

                  Araqo  düşərgəsinin  ən  aşağı  təbəqəsində  aparılan  kompleks 



elmi  tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  düşərgəyə  ən 

qədim  insan  730  min  il  bundan  əvvəllərdən  gəlmiş  və  ərazidə 

məskunlaşmağa  başlamışdır.  Araqo  düşərgəsinin  üst  təbəqəsinin 

yaşı 300 min il müəyyən olunmuşdur. 

                   Araqo düşərgəsinin bütün təbəqələri daş  və  fauna qalıqları  ilə 

zəngindir.  Ə.Cəfərov  2001-ci  il  iyul  ayında  Fransada  elmi 

ezamiyyətdə  olarkən  professor  A.Lümleyin  rəhbərliyi  altında 

Araqo  düşərgəsində  aparılan  arxeoloji  qazıntı  işlərində  iştirak 

etmiş  və  düşərgənin  olduqca  zəngin  maddi  mədəniyyət 

nümunələrinə  malik  olmasının  şahidi  olmuşdur.  Araqo  düşərgəsi 

özünün  maddi  mədəniyyət  qalıqlarının  zənginliyinə  və 

paleoantropoloji  tapıntılarına  görə  Avropa  əarzisində  ən 

möhtəşəm paleolit düşərgəsi hesab olunur (Lümley, 1998). 

                         Avropa  ölkələri  ərazisində  (Almaniya,  Fransa,  İtaliya, 

İspaniya, Macarıstan) aparılan arxeoloji tədqiqatlar  zamanı qədim 

Daş  dövrünə  aid  zəngin  maddi  mədəniyyət  qalıqları  ilə  yanaşı, 

paleoantropoloji tapıntılar  - qədim insan kəllələri və çənələr aşkar 

olunmuşdur. 

                     Hazırda  Avropa  ölkələri  və  Azərbaycan  ərazisində  aparılan 

paleolit  problemi  üzrə  elmi  tədqiqat  işləri  beynəlxalq  xarakter 

almışdır. Çünki, bu ölkələrin ərazilərində olan paleolit düşərgələri 

dünyada elə abidədir ki, bu düşərgələrin çöküntülərində təbəqələr 



177 

 

tarixi  ardıcıllıqla  yatmış  və  arxeoloji  tapıntıların  biri  digərini  



tamamlayır.  Bu  da  qədim  insanların  həyat  tərzini,  alət  hazırlama 

mexanikasını,  onların  inkişaf  xüsusiyyətlərini    və  o  dövrün  təbii 

coğrafi şəraitini öyrənmək üçün zəngin materiallar verir. 

                    2001-ci  ilin  İNTAS-2000  proqramına  əsasən  2001-2005-ci 

illərdə  “Qafqazın  Mustye  mədəniyyətləri”  adlı  mövzu  üzərində 

Azərbaycan,  Fransa,  İtaliya,  Rusiya,  İspaniya  və  Gürcüstan 

alimləri  elmi tədqiqat  işləri aparmışlar.  Belə ki,  ilk  mərhələdə son 

50  ildə  Azərbaycan,  Fransa,  İtaliya,  Rusiya,  İspaniya  və 

Gürcüstan  ərazilərindən  aşkar  olunmuş  maddi  mədəniyyət 

qalıqları  laboratoriya  şəraitində  tədqiq  olunmuşdur  (Cəfərov, 

2006). 

                  Bütün  yuxarıda  qeyd  olunan  düşərgələrdən  tapılmış  zəngin 



arxeoloji  materiallar  bəşəriyyətin  maddi  və  mənəvi  sərvəti  olub, 

ilk  əmək  alətlərinin  hazırlanmasından,  ilk  ibtidai  tikililərin 

yaranmasından,  odun  kəşf  edilməsindən    və  ulu  sakinlərin  uzun 

təkamül  inkişaf  yolu  keçib  formalaşmasından  xəbər  verir.  Lakin 

təəssüf  ki,  bu  dövrün  tarixini,  maddi  mədəniyyət  qalıqlarını 

saxtalaşdırmağa cəhd edən bəzi üzdəniraq “müəlliflər” də vardır. 

   Azıx  düşərgəsinin  II  ən  böyük  salonunda  nəhəg  stalaqnat 

dirək əhəngli suyun qarışığından təbii  yolla  təxminən 2-3  milyon 

il bundan əvvəl əmələ  gəlmişdir (bax  şəkil 10).  Bütün  təbii  yolla 

əmələ  gəlmiş  karst  mağaralarında  belə  dirəklərə    və  ayrı-ayrı 



178 

 

stalaqnat  daşlara  rast  gəlmək  olur.  Azıx  düşərgəsinin  ayrı-ayrı 



salonlarında  belə  dirəklər  çoxdur.  Arxeologiya  və  geologiyaya 

dair   ədəbiyyatlarda  mağaraların əmələ  gəlmə  xüsusiyyətləri şərh 

olunur  və  orada  stalaqnat  dirəklərin  formalaşmasının  təbii  yolları 

ətraflı  izah  olunur.  Lakin  bəzi  “alimlər”,  Azıx  qədim  insan 

düşərgəsində  təbii  yolla  əmələ  gələn  stalaqnat  dirəyin  yanlış 

olaraq  qadın  heykəli  olduğunu  qeyd  edirlər.  Şaqen  Mıkrtıçyan  

özünün  “Dağlıq  Qarabağın  tarixi  və  memarlıq  abidələri”  adlı 

əsərində  qeyd  edir  ki,  guya  Azıx  mağarasında  Aşel  dövrünə  aid 

erməni  qadınının  heykəli  var  və  onun  hətta  paltarı  da  müasir 

erməni  qadınının  paltarına  bənzəyir  (Yerevan,  1988).  Bu  heç  bir 

elmi əsası olmayan cəfəngiyat fikir olmaqla bərabər tarixin əsassız 

olaraq  saxtalaşdırılmasıdır.  Şaqen  Mıkrtıçyan  belə  bir  fikir 

söyləməklə erməni xalqının tarixini  Aşel dövründə axtarmağa can 

atır (700-450  min  il bundan  əvvəl).  Lakin,  həqiqətdə Azıx qədim 

insan düşərgəsində qadına bənzər  heykəl  yoxdur  və bu dirək təbii 

yolla  əmələ  gəlmiş  stalaqnat  dirəkdən  ibarətdir.  İkincisi  isə  Aşel 

dövründə  heç  bir  yerdə  müasir  insanın  əcdadı  yaşamamışdır.  Bu 

dövrdə ancaq pitikantrop,  sinantrop  tipli  ibtidai adamlar  yaşamış, 

heç bir xalq və millət həmin dövrdə olmamışdır. 

Maraqlıdır 

ki, 

yazıçı 


Sero 

Xanzadyan 

tarixi 

saxtalaşdırmaqda  daha  da  irəli  getmişdir.  O,  Ş.Mıkrtıçyanın 



kitabına rəy yazmışdır (“Avanqard” jurnalı,Yerevan, 1988, №5). 

179 

 

Həmin  rəyi  S.Xanzadyan  ikinci  dəfə  1989-cu  ilin  aprelində 



Ermənistanda  çıxan  “Kommunist”  qəzetində  çap  etdirmişdir. 

Rəydə deyilir ki,  guya  Azərbaycan alimlərinin  Azıx  mağarasında 

apardıqları  tədqiqatlar  göstərmişdir  ki,  düşərgənin  II  salonunda 

olan  həqiqətən  Aşel  dövründə  yaşamış  erməni  qadınının 

heykəlidir  və  geyimi  də  müasir  erməni  qadınının  geyiminə 

yaxındır.  Lakin,  Azərbaycan  alimlərinin  düşərgədə  apardıqları 

arxeoloji  tədqiqat  işləri  nəticəsində  yazılmış  əsərlərdə  belə 

cəfəngiyat olmamışdır. Əgər onlar Azərbaycan alimlərinin əsərləri 

ilə  tanış  olsaydılar,  bəlkə  də  belə  yanlış  və  əsassız  fikir 

söyləməzdilər.  Çünki,  Azərbaycan  alimlərinin  əsərlərində  Azıx 

qədim  insan  düşərgəsinin  maddi  mədəniyyət  qalıqlarının  və  o 

cümlədən  mağaranın  ikinci  salonunda  təbii  yolla  əmələ  gələn 

stalaqnat  dirəklər  haqqında  da  məlumatlar  vardır.  Belə  təbii 

dirəklər  əhəngli  suyun  qarışığından  əmələ  gələrək,  bütün  karst 

mağaralarında  qeydə  alınır.  Bu  cür  elmi  əsası  olmayan  yanlış 

məlumatları  yazanlar  dağların,  qayaların,  stalaqtit,  stalaqmit  və 

stalaqnat  dirəklərin  əmələgəlmə  xüsusiyyətlərini  ya  bilmir  və  ya 

da  bilərəkdən  süni  yolla  tarixi  saxtalaşdırmağa  çalışırlar.  Bu  isə 

geniş  xalq  kütləsində  əsl  tarixi  və  təbii  proseslərin  qanunauyğun 

şəkildə  formalaşma  xüsusiyyətləri  haqqında  yanlış,  elmi  əsası 

olmayan  fikirlərin  əmələ  gəlməsinə  səbəb  olur.  Bu  yolla  tarixi 


180 

 

saxtalaşdırmağa  çalışanlar  əvvəl-axır  gülünc  vəziyyətə  düşmüş 



olurlar. 

2003-cü 


ilin 

avqustunda 

ermənilərin 

www.arminfo.am/newsru, 

www.artsathtaet.com 

 

 



internet 

saytlarının  bir  neçəsində  “Dağlıq  Qarabağın  Azıx  mağarasında 

qazıntılar  davam  edir”  sərlövhəli  məlumatı  verilmişdir.  Həmin 

məlumat  tamamilə  saxta,  cəfəng  və  elmdən  uzaq  fikirlərdən 

ibarətdir. 

Orada  bildirilir  ki,  guya  Azıx  mağarasında 

paleontoloqlar qazıntı aparmışlar. Halbuki, arxeoloji düşərgələrdə 

yalnız  arxeoloqlar  qazıntı  işləri  aparır,  paleontoloqlar  isə  yalnız 

qazıntı  zamanı  tapılmış  heyvan  sümüklərini  tədqiq  edirlər. 

Məlumatda  1968-ci 

ildə  Məmmədəli  Hüseynovun 

Azıx 


mağarasında  tapılan  çənə  sümüyünün  yaşının  50-100  min  il 

olduğu bildirilir. Bu da cəfəngiyatdır. Çünki,  Azərbaycan alimləri 

onun 350-400  min  il əvvəllərə aid olduğunu elmi əsaslarla sübuta 

yetirmiş  və  bu  tarix  beynəlxalq  elmi  konfranslarda  öz  təsdiqini 

çoxdan tapmışdır. 

Bütün  dünya  alimlərinə  məlumdur  ki,  Azıx  paleolit 

düşərgəsində  Azərbaycan  alimlərinin  rəhbərliyi  altında  kompleks 

arxeoloji  tədqiqat  işləri  aparılmış  və  onların  nəticələri  dünyanın 

görkəmli  alimləri  tərəfindən  yüksək  qiymətləndirilmişdir 

(Hüseynov, 1985; Boriskovski, 1979; Lübin, 1998; Lümley, 1998; 

Cəfərov, 2004). 


181 

 

Azərbaycan 



alimlərinin 

Azıx  paleolit  düşərgəsində 

apardıqları  uzunmüddətli  arxeoloji  qazıntılar  nəticəsində  oradakı 

mədəni təbəqələrin 80%-i tədqiq olunmuşdur. Ona görə də hazırda 

orada  nəinki  qazıntı,  eyni  zamanda  kəşfiyyat  işləri  aparmaq 

bəşəriyyətə  qarşı  ən  böyük  cinayət  kimi  qiymətləndirilməlidir. 

Bəlkə  100  ildən  sonra  yeni  elmi  tədqiqat  metodu  meydana  çıxa 

bilər,  onda  Azıx  düşərgəsinin  çöküntülərindən  nümunə  götürüb 

istifadə  oluna  bilər.  Ona  görə  də  hazırda  orada  qazıntı  işləri 

aparmaq  bəşər  sivilizasiyasına  qarşı  ən  böyük  təxribat  hesab 

olunmalıdır.  İkincisi  isə,  Azıxda  aparılan  arxeoloji  qazıntılar 

zamanı  tapılmış  100  minlərlə  maddi  mədəniyyət  qalıqları  Bakıda 

saxlanılır və istənilən alim onlarla tanış ola bilər. 

Erməni  mafiyasına  xidmət  edənlər  bu  gün  də  nəinki 

Qarabağın,  eyni  zamanda  Azıx  paleolit  düşərgəsinin  də  tarixini 

saxtalaşdırmaqda davam edirlər. 

Zara  Çıvorkyan  2006-cı  il  18  aprel  tarixli  “Ermənistan 

yenilikləri” adlı jurnalda yazır ki, Ermənistan Elmlər Akademiyası 

Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun arxeoloji ekspedisiyası 3 

ildir ki, Qarabağın Arsax ərazisində arxeoloji tədqiqat işləri aparır. 

O,  aparılan  arxeoloji  tədqiqatlar  zamanı  Qarabağın  Şuşa,  Ağdərə 

və  digər  ərazilərindən  “erməni  mədəniyyəti”nə  aid  abidələrin 

tapıldığını  iddia  edir.  Zara  Çıvorkyan  eyni  zamanda  bildirir  ki, 

guya 


Böyük 

Britaniya, 

İspaniya 

və 


digər 

ölkələrin 



182 

 

“mütəxəssislər”i  Azıx  mağarasında  arxeoloji  qazıntılar  zamanı 



yaşı  40  min  ilə  bərabər  olan  qədim  insan  çənəsi  tapmışlar. 

Tamamilə  yalan  və  əsassız  bir  məlumat  və  tarixin  yenidən 

saxtalaşdırılması.  1968-ci  ildə  Azıx  paleolit  düşərgəsindən 

tapılmış  qədim  insana  məxsus  olan  çənənin  yaşı  400  min  ilə 

bərabər olub, 18-22 yaşlı qadına məxsusdur. 

2000-ci  ildə  Samvel  Karapetyanın  “Qarabağın  dağlıq 

ərazisində  erməni  mədəniyyətinə  aid  abidələr”  adlı  kitabı 

Yerevanda  çap  olunmuşdur.  Ancaq  kitabın  adının  əksinə  olaraq 

Qarabağ  ərazisindən  kənar  Azərbaycan  rayonlarının  arxeoloji, 

memarlıq  və  digər  abidələri  kitabda  çap  olunmuş  və  tamamilə 

saxta  məlumatlar  verilmişdir.  Ermənilərə  aid  olmayan  abidələrin, 

guya onlara məxsus olması haqqında saxta fikirlər söylənilir.                                      

2001-ci  ildə  Amerika  Birləşmiş  Ştatları  Kolumbiya    

Universitetinin  erməni  mərkəzi  tərəfindən  professor  Robert 

Hauzenin  “Ermənistanın  tarixi  atlası”  adlı  1139  səhifəlik  kitabı 

çap  olunmuşdur.  Kitaba  həmçinin  279  saxta  xəritə  əlavə 

olunmuşdur (Hauzen, 2001). 

Kitab  tamamilə  Azərbaycan  tarixinin  saxtalaşdırılmasına 

həsr  olunmuş    və  hətta  1958  və  1964-cü  illərdə  çap  olunmuş 

üçcildlik  Azərbaycan  tarixi  erməni  tarixi  kimi  şərh  olunmuşdur. 

Bununla  yanaşı,  qonşu  İran  və  Türkiyənin  də  müəyyən  əraziləri 

“tarixi  Ermənistan”  ərazisi  olması  iddia  olunmuşdur.  Həmçinin 



183 

 

Qafqazın  və  Azərbaycanın  ibtidai  icma  düşərgələrinin  tarixi 



saxtalaşdırılaraq  qeyd  olunur  ki,  SSRİ  ərazisində  Satanidar  və 

Arzni ən qədim  insan  məskənləridir. Bu  tamamilə  yanlış  və  saxta 

bir  xülyadır.  Çünki  keçmiş  SSRİ-nin  görkəmli  paleolitşünas 

alimləri  P.İ.Boriskovski,  V.P.Lübin,  İ.İ.Korobko v  və  başqaları 

Satanidar və Arznidən tapılmış daş məmulatını tədqiq edərək qeyd 

etmişlər ki, bu düşərgənin  maddi  mədəniyyət qalıqlarını orta  Aşel 

mədəniyyətinə  aid  etmək  olar.  O nların  elmi  tədqiqatlarına  görə 

keçmiş  SSRİ  və  Qafqaz  ərazisində  ən  qədim  paleolit  düşərgəsi 

çoxtəbəqəli Azıx paleolit düşərgəsidir (Lübin, 1984, 1988). 

Kitabda  həmçinin  Qafqaz  Albaniyasına  məxsus  olan 

məbədlər    və  tarixi  abidələrin  ermənilərə  məxsus  olması  iddia 

olunur (Hauzen, 2001). 

Ümumiyyətlə,  Robert  Hauzenin  tərtib  etdiyi  “Ermənistanın 

tarixi  atlası”  tamamilə  saxta  məlumatlardan  ibarət  olub,  nəinki 

Azərbaycanın  tarixini,  eyni  zamanda  Qafqazın,    İranın  və 

Türkiyənin tarixini saxtalaşdırmağa yönəlmişdir. 

Aparılan  kompleks  elmi  tədqiqatlar  zamanı  Azərbaycan  və 

Qafqaz  ərazilərində  Aşel  mədəniyyətinin  müxtəlif  inkişaf 

mərhələlərinə  aid  çoxtəbəqəli  paleolit  düşərgələri  qeydə  alınıb 

tədqiq  olunmuşdur.  Azərbaycan  və  Qafqaz  ərazilərində  qeydə 

alınmış  qədim  Aşel  mədəniyyətinin  xarakterik  xüsusiyyəti  ondan 

ibarətdir  ki,  burada  əsasən  çaydaşılarından  hazırlanmış  kobud 



184 

 

çapma alətləri, əl çapacaqları  ilə  yanaşı, qaşov tipli alətlər çoxluq 



təşkil edir. 

Azərbaycan  və  Qafqaz  ərazilərində  Aşel  mədəniyyətinə  aid 

6  mağara  düşərgəsi  müəyyən  edilmişdir.  Həmin  mağara 

düşərgələri  Azıx,  Kudaro  I,  Kudaro  III,  Soni,  Axştır  və  Üçbucaq 

mağara 

düşərgələrindən 



ibarətdir. 

Qeyd 


olunan 

Aşel 


mədəniyyətinə 

aid 


mağara  düşərgələrindən  ən 

zəngin 


stratiqrafiyaya,  arxeoloji  və  paleontoloji  tapıntılara  malik  abidə 

Azıx  düşərgəsi  hesab  olunur.  Azıx  paleolit  düşərgəsi  nəinki 

Azərbaycan  və Qafqazda, eyni  zamanda dünyada  yeganə paleolit 

düşərgəsidir  ki,  burada  mədəni  təbəqələr  tarixi  ardıcıllıqla 

formalaşmış,  əmək  alətlərinin  uzun  zamanlar  ərzində  hazırlanıb 

istifadə  olunmasını,  yeni- yeni  əmək  alətlərinin  texniki- tipoloji 

xüsusiyyətlərini    tədqiq  etməyə,  həmçinin  Paleolit  dövrünün 

heyvanat  aləmini  öyrənmək  üçün  ən  zəngin  tapıntılara  malik 

düşərgədir. 

V.P.Lübinin  rəhbərliyi  altında  Cənubi  Osetiyanın  Kudaro  I 

paleolit  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  5732 

ədəd  daş  məmulatı  və  100  minlərlə  ovlanmış  heyvan  sümük 

məmulatı 

tapılmışdır 

(Lübin, 

Belyayeva, 

2006). 

Aşel 


mədəniyyətinə aid Kudaro I düşərgəsinin daş  məmulatı  içərisində 

əsas  yeri  əmək  alətləri  təşkil  edir.  Düşərgənin  əmək  alətləri 



185 

 

arasında kobud çapma alətləri, əl çapacaqları  və qaşov tipli alətlər 



çoxluq təşkil edir (Lübin, 1998). 

 S.N.Kalandadzenin 

rəhbərliyi 

altında  Soni  mağara 

düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  150  ədəd  daş 

məmulatı  və  on  minlərlə  ovlanmış  heyvan  sümükləri  tapılmışdır 

(Kalandadze,  1965).  Soni  düşərgəsinin  daş  məmulatı  içərisində 

əsas  yeri  əmək  alətləri  tutur.  Soni  düşərgəsinin  daş  məmulatı 

arasında əl çapacaqları və qaşov tipli alətlər çoxluq təşkil edir. 

Qafqaz  və  Azərbaycan  ərazisində  müəyyən  olunmuş 

çoxtəbəqəli  Aşel  mədəniyyətinə  aid  düşərgələr  onların  xarakterik 

xüsusiyyətini, 

alət 

hazırlama 



texnikasını, 

tipologiyasını 

öyrənməyə  imkan  verməklə  bərabər,  həmin  dövrün  təbii  coğrafi 

şəraitini  və  heyvanat  aləmini,  bitki  örtüyünü  tədqiq  etmək  üçün 

zəngin elmi tapıntılara malik arxeoloji abidələrdir. 

Azərbaycan  və  Qafqaz  ərazilərində  aparılan  arxeoloji 

tədqiqatlar  zamanı  mağara  düşərgələri  ilə  bərabər,  Aşel 

mədəniyyətinə  aid  olan  yerüstü  abidələr  də  qeydə  alınıb  tədqiq 

olunmuşdur (Mənsurov, 1978; Lübin, 1984). 

  

 




Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə