Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) AŞ zamanı hamilə qadınlarda kaval kompressiyanın qarşısını almaq üçün aşağıdakı tədbirlərdən hansının keçirilməsi zəruridir?



Yüklə 1,49 Mb.
səhifə13/25
tarix10.12.2016
ölçüsü1,49 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

797) AŞ zamanı hamilə qadınlarda kaval kompressiyanın qarşısını almaq üçün aşağıdakı tədbirlərdən hansının keçirilməsi zəruridir?
A) xəstəni arxası üstə uzatmaq və ayaqlarını yuxarıya qaldırmaq

B) ayaqlarını yuxarıya qaldırmaq

C) sol böyrü üstə uzatmaq

D) xəstəni otuzdurmaq

E) xəstəni arxası üstə uzatmaq
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.156
798) Atopik dermatit üçün nə xarakter deyil?
A) dəri qaşınması

B) yanaşı atopik xəstəliyin olması

C) epidermal nekroliz

D) xroniki residivverən gediş

E) dəri elementlərinin yaşa uyğun lokalizasiyasının dəyişməsi
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 442
799) Layella sindromu hansı xəstəliyin ağır formasıdır:
A) Atopik dermatitin

B) Sklerodermiyanın

C) Psoriazın

D) Övrənin

E) Toksikodermiyanın
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
800) Hansı xəstəlikdə Nikolski simptomu müsbətdir?
A) Neyrodermitdə

B) Kontakt dermatitdə

C) Dermatomiozitdə

D) Toksik epidermal nekrolizdə

E) Çoxformalı eksudativ eritemada
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
801) Cell və Kumbsa görə allergik reaksiyaların neçə tipi ayırd edilir?
A) 1

B) 7


C) 3

D) 4


E) 2
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.9
802) Xəstə qadın, 51 yaşında 2 gündür ki davam edən, bədən hərarətinin artması, təngnəfəslik, öskürək, başağrıları, əzələ və oynaqlarında olan ağrılardan şikayət edir. Dediyinə görə bu əlamətlər onda evə saxlamaq üçün tutuquşu gətirəndən yarım gün sonra yaranıb. Quşu evdən kənarlaşdırdıqdan sonra xəstənin vəziyyəti bir qədər yaxşılaşıb. Sizin ehtimalınız :
A) miliar vərəm

B) ekzogen allergik alveolit

C) bronxektoziya

D) AXOX


E) bronxial astma
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 585
803) Aşağıda qeyd edilmiş hansı qrup preparatlar anafilaktoid reaksiyalar törədə bilər?
A) lateks, beta-laktam həlqəli antibiotiklər

B) insulin, asetisalisil turşusu

C) dekstranlar, heterogen zərdablar

D) yodtərkibli rentgenkontrast maddələr, qeyri-steroid iltihab əleyhinə preparatlar

E) allergen ekstratları, siprofloksasin
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 530
804) Uzuntəsirli dərman preparatlarından yaranmış anafilaktik şok üçün əsasən hansı klinik gedişat səciyyəvidir?
A) kəskin xoşxassəli gediş

B) kəskin bədxassəli gediş

C) abortiv gediş

D) heç biri

E) residivverən və uzanmış gediş
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 484
805) Hamiləlik rinitlərinin müalicəsində ən təhlükəsiz müalicə vasitəsi hansıdır?
A) nazal kromonlar

B) dekongestantlar

C) II nəsil antihistamin

D) nazal qlükokortlar

E) I nəsil antihistamin
Ədəbiyyat: Midletons allergy, 2010, səh.987
806) Hamiləlik rinitlərinin müalicəsində istifadəsinə icazə verilən antihistamin preparatları hansılardır?
A) loratadin və setirizin

B) astemizol

C) terfenadin

D) loratadin və terfenadin

E) feksofenadin və dezloratadin
Ədəbiyyat: Midletons allergy, 2010, səh.987
807) Atopik dermatitin kəskinləşməsinə səbəb ola bilən faktorlara nə aid deyil?
A) allergenlər

B) stress

C) havanın kəskin dəyişməsi

D) bəzi qida məhsulları

E) mikroorqanizmlər
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.231
808) Hamilələrdə BA müalicəsində hansı inhalyasion qlükokortikoid daha etibarlı hesab edilir?
A) triamsinolon

B) budesonid

C) seretid

D) flutikazon

E) mometazon
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.136
809) Hansı variant övrə qeyri immunoloji mexanizmə malikdir?
A) xolinergik övrə

B) dermoqrafizm, xolinergik

C) akvagen urtikariya

D) vibrasion urtikariya

E) övrə sadalananların hamısı
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.250
810) Virusun istehsalına maneə olan, və virus infeksiyasına cavab olaraq bir çox hüceyrə tərəfindən istehsal olunan protein:
A) lizosimdir

B) komplementdir

C) piy vəzlərinin sekretidir

D) interferondur

E) selikdir
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
811) Miokard infarktı və anafilaktik şokun əsas differensial diaqnostik fərqi nədir?
A) Sadalanların heç biri

B) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qanda kreatinkinazanın MB-fraksiyası və troponinin artması qeyd olunur

C) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı daha yüngül keçir

D) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı hemodinamik pozuntular ilə müşayət olunur

E) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qan zərdabında -triptazanın miqdarı yüksəlir
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 15
812) Bronxial astmanın patogenezində hansı amil iştirak etmir?
A) larinqospazm

B) bronxların spazm

C) bronxların selikli qişasının ödemi

D) bəlğəmin çətin xaric olması

E) selik ifrazının çoxalması
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
813) Bronxial astma üçün xarakter deyil.
A) beta-adrenoblokatorların mənfi təsiri

B) yayılmış quru vızıldayıcı və fitverici xırıltı

C) stridor tənəffüs

D) ekspirator təngnəfəslik

E) yapışqanlı,az miqdarda çətin ifraz olunan bəlğəm
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
814) Xəstəyə venadaxili immunoqlobulinin yeridilməsi:
A) patogenə qarşı anticismlərin əmələ gəlməsinə səbəb olur

B) Sadalananların hamısı

C) bir neçə il ərzində xəstəni qoruyur

D) anticismləri yaradan yaddaş B-hüceyrələrin aktivlənməsinə təkan verir

E) passiv immunitet hesabına spesifik xəstəlikdən müvəqqəti olaraq qoruyur
Ədəbiyyat: http://highered.mcgrawhill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
815) Hansı yaşdan sonra immun sistemin zəifləməsi daha qabarıqdır?
A) 30

B) 60


C) 80

D) 20


E) 40
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
816) Dərinin yaşa uyğun xarakter zədələnməsi, xəstəliyn erkən yaşlarda başlanması, xeylit, periorbital nahiyyədə dərinin hiperpiqmentasiyası, qan zərdabında ümumi və spesifik İqE-nin artması hansı xəstəlik üçün xarakterdir?
A) Qida allergiyası

B) Atopik dermatit

C) E hiperimmunoqlobulinemiya sindromu

D) Neyrodermit

E) Kontakt allergik dermatit
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
817) Bronxial astma:
A) ağciyərin birləşdirici toxumasının kəskin zədələnməsidir

B) boğulma tutması ilə xarakterizə olunan sporadik xəstəlikdir

C) ağciyərin interstisial toxumasının xroniki xəstəliyidir

D) tənəffüs yollarının kəskin iltihabi xəstəliyidir

E) tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
818) Hansı bronxial astma üçün xarakterdir?
A) beta-adrenoblokatorların müsbət təsiri

B) nəfəsalmanın çətinləşməsi(inspirator təngnəfəslik)

C) köpüklü, duru, asan ifraz olunan, bəzən çəhrayı rəng alan bəlğəm

D) yapışqanlı, az miqdarda çətin ifraz olunan bəlğəm

E) ağciyərin aşağı paylarında yaş xıırıltı
Ədəbiyyat: Ədəbiyyat
819) Autoimmun xəstəlikdə immun cavab nəyə qarşı yönəlir?
A) Sadalananların hamısı

B) Anticismlərə

C) Öz antigenlərinə

D) Yad antigenlərə

E) Viruslara
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
820) 1 ay - 1yaşı olan uşaqlarda arterial təzyiqin hansı göstəriciləri anafilaktik şok haqqında düşündürür?
A) Sistolik təzyiqin < 90 mm c süt qədər enmesi

B) Sistolik təzyiqin < 70 mm c süt + 2n, n-yaş göstəricisi

C) Sistolik təzyiqin < 70 mm c süt olması

D) Sistolik təzyiqin 120 mm c süt qədər enməsi

E) Bu yaşda olan uşaqlarda anafilaktik şok zamanı sistolik təzyiqdə heç bir dəyişikliklər qeyd olunmur
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA, 2010
821) Adrenalinə refrakter anafilaksiya zamanı hansı dərman preparatı istifadə olunur?
A) Aminofillin

B) Furosemid

C) Prednizolon

D) Qlükaqon

E) Verapamil
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 20
822) Aşağıda göstərilən dərman preparatlarından hansılar anafilaksiya zamanı adrenalinin yeridilməsinə baxmayaraq refrakter hipotoniyanın olmasının səbəbi ola bilər?
A) H2-blokatoları

B) Qlukokortikosteroidlər

C) Sadalanların heç biri

D) Antileykotrien preparatları

E) AÇF-inhibitorları
Ədəbiyyat: Middleton’s “Allergy Principles&Practise”, 2003, səh. 151
823) Limfanın tərkibi ən çox hansına bənzəyir?
A) Zərdaba

B) Qana


C) Sitozola

D) İnterstisial mayeyə

E) Südə
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
824) Anafilkasiyada üstünlük hansı venadaxili mayeyə verilməlidir?
A) Anafilkasiyada venadaxili mayenin yeridilməsinə ehtiyac yoxdur

B) Albiminə

C) Laktat-Ringer məhluluna

D) Fizioloji 0,9% məhlula

E) 5% qlukozaya
Ədəbiyyat: Up-to-date 2009
825) Uşaq vaxtı hansı qidaya qarşı allergiya böyük yaşlarda çox vaxt keçir?
A) Balığa qarşı

B) Qoza qarşı

C) Xərçəngə qarşı

D) Araxisə qarşı

E) Südə qarşı
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA
826) Uşaq vaxtı hansı qidaya qarşı allergiya böyük yaşlarda çox vaxt keçib gedir?
A) Araxisə qarşı

B) Qoza qarşı

C) Xərçəngə qarşı

D) Balığa qarşı

E) Yumurtaya qarşı
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA
827) Südün istifadəsindən sonra uşağı qarında köp, ağrı, və diareya narahat edir. Xəstədə nədir?
A) Südə qarşı allergiya

B) Saxarozaya qarşı dözülməzlik

C) Enterokolit

D) Helmintoz

E) Laktozaya qarşı dözülməzlik
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA
828) Pasiyentin qanında bəzi qidalara qarşı (şokolad, sitruslar) allergenspesifik İgE-lər aşkar olunur, amma həmin qidaların istifadəsi kliniki əlamətlər yaratmır. Pasiyentdə nədir?
A) Allergik sensibilizasiya

B) Enterokolit

C) Qluten xəstəliyi

D) Qida allergiyası

E) Qida dözülməzliyi
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA
829) Anafilkasiyada xəstəyə yardım göstərən zaman xəstənin vəziyyəti necə olmalıdır?
A) Xəstə düz yerdə yastıqsız uzandırılmalıdır

B) Xəstə uzanıb, ayaqlar qaldırılıb

C) Xəstə oturmalıdır

D) Xəstəni uzandırmaq olmaz

E) Anafilkasiyada təcili yardım göstərərkən xəstənin vəziyyətinin əhəmiyyəti yoxdur
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA
830) Planlı qaydada göz damcısı formasında ß-blokator istifadə edən xəstədə anafilaksiya baş verib. Xəstəyə adrenalin necə təsir edəcək?
A) Göz damcısı şəklində ß-blokator istifadəsi adrenalinin təsirini gücləndirir

B) Adrenalin kömək etməyə bilər

C) ß-blokatorların adrenalinlə əlaqəsi yoxdur

D) Belə xəstələrə anafilaksiyada dimedrol yeridilməlidir

E) Göz damcısı şəklində ß-blokator istifadəsi adrenalinin təsirini dəyişdirmir
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA, s. 63
831) Son il ərzində, 12 yaşlı oğlanda bir neçə epizod əllərin və ayaqların şişkinliyi olub, getdikcə pisləşir. Bu epizodlar fiziki məşğələdən və stressdən sonra əmələ gəlir, 2-3 gün davam edir, və öz-özünə keçib gedir. Son epizod abdominal ağrı, qusma, diareya ilə müşayiət olunub. Rutin laborator analizlər normal. Xəstənin böyük bacısı və dayısında eyni əlamətlər qeyd olunur, amma onlara diaqnoz qoyulmayıb.Diaqnoz nədir?
A) İrsi angionevrotik ödem

B) Qırmızı qurd eşənəyi

C) Şeynleyn-Henox purpurası

D) Anadangəlmə nefrotik sindrom

E) Fokal qlomeruloskleroz
Ədəbiyyat: Ədəbiyyat
832) Salbutamol hansı dərman qrupuna aiddir?
A) Xolinergik aqonistlərə

B) Beta-1 aqonistlərə

C) Antixolinergik

D) Beta-1 blokatorlara

E) Beta-2 aqonistlərə
Ədəbiyyat: USMLE STEP 2 QUİZ
833) Aşağıdakılardan hansı limfa düyünlərinin aqreqasiya/toplandığı yer deyil?
A) Boyunda

B) Nazik bağırsaq ətrafında

C) Ürəyin ətrafında

D) Aksillar bölmədə (qoltuqaltı)

E) Qasıqda
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
834) Allergik rinitin əsas simptomları hansılardır?
A) burunun ttutulması

B) simptomların soyuqda əmələ gəlməsi

C) burun qaşınması, burun tutulması, gecə öskürəyi

D) periodik olaraq burunun bir tərəfinin tutulması

E) rinoreya, asqırma, burun qaşınması, burun tutulması
Ədəbiyyat: L.İ. Allahverdiyeva “Uşaqlarda allergik xəstəliklər” . Bakı, 2011, səh.18
835) 1-10 yaşı olan uşaqlarda arterial təzyiqin hansı göstəriciləri anafilaktik şok haqqında düşündürür?
A) Sistolik təzyiqin < 70 mm c süt olması

B) Sistolik təzyiqin < 70 mm c süt + 2n, n-yaş göstəricisi

C) Bu yaşda olan uşaqlarda anafilaktik şok zamanı sistolik təzyiqdə heç bir dəyişikliklər qeyd olunmur

D) Sistolik təzyiqin 120 mm c süt qədər enməsi

E) Sistolik təzyiqin < 90 mm c süt qədər enmesi
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA, 2010
836) 11-17 yaşı olan uşaqlarda arterial təzyiqin hansı göstəriciləri anafilaktik şok haqqında düşündürür?
A) Sistolik təzyiqin < 70 mm c süt olması

B) Sistolik təzyiqin < 90 mm c süt qədər enməsi

C) Sistolik təzyiqin < 70 mm c süt + 2n, n-yaş göstəricisi

D) Sistolik təzyiqin 120 mm c süt qədər enməsi

E) Bu yaşda olan uşaqlarda anafilaktik şok zamanı sistolik təzyiqdə heç bir dəyişikliklər qeyd olunmur
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA, 2010
837) Anafilaktik şok zamanı uşaqlarda adrenalinin birdəfəlik ə/d yeridilmə dozası hansıdır?
A) 0.05 mq/kq

B) 0.03 mq/kqf

C) 0.3 mq/kq

D) 01 mq/kq

E) 0.1 mq/kq0
Ədəbiyyat: Middleton’s “Allergy Principles&Practise”, 2003, səh. 1516
838) Anafilaktik şok zamanı böyüklərdə adrenalinin birdəfəlik ə/d yeridilmə dozası hansıdır?
A) 0.5-0.7 mq

B) 0.1-0.3mq0

C) 0.05-0.1mq

D) 3-0.5 mq

E) 1-3 mq
Ədəbiyyat: Middleton’s “Allergy Principles&Practise”, 2003, səh. 1516
839) Bronxial astması olan xəstə hipertoniyadan,aritmiyadan əziyyət çəkirsə hansı preparatın verilməsi məqsədə uyğundur?
A) raunatin

B) lizinopril

C) bisoprolol

D) propranolol

E) verapamil
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
840) Bronxial astmanın ağır kəskinləşməsində xəstədə paradoksal nəbzin olması hansıdır?
A) 2 mm c. s.

B) 5 mm c. s.

C) 9 mm c. s.

D) 15 mm c. s.

E) Astmada paradoksal nəbzin əhəmiyyəti yoxdur
Ədəbiyyat: GİNA 2012
841) Qida məhsullarının tərkibində konservant kimi istifadə olunan sulfitlər birindən başqa hamısında mövcuddur:
A) Kartof yarımfabrikatları

B) Krevetka

C) Qəhvə (кофе)

D) Pivə və çaxır

E) Qurudulmuş meyvələr
Ədəbiyyat: GİNA
842) 5 yaş və daha az olan uşaqlarda təkrarlanan “wheezinq”ın (fitlər) səbəbləri birindən başqa hamısı ola bilər:
A) anadangəlmə ürək qüsuru

B) yad cismin aspirasiyası

C) pronxopulmonal displaziya

D) ikincili emfizema

E) xroniki rinosinusut
Ədəbiyyat: GİNA-2007
843) Atopik dermatitdə immunoloji reaksiyanın əsasən hansı növü durur?
A) İgE-vasitəli sürətli reaksiya;

B) Sitotoksik reaksiya;

C) T-dən asılı reaksiya;

D) Autoallergik reaksiyalar

E) İmmunokompleks reaksiyaları;
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
844) Anafilaktik şok zamanı adrenalin bədənin hansı nahiyyəsinə yeridilməlidir?
A) Bazu nahiyyəsinin aşağı 1/3 hissəsinin ön-yan səthinə d/a

B) Bud nahiyyəsinin yuxarı 1/3 hissəsinin ön-yan səthinə ə/d

C) Bud nahiyyəsinin aşağı 1/3 hissəsinin arxa-yan səthinə ə/d

D) Bud nahiyyəsinin aşağı 1/3 hissəsinin ön-yan səthinə ə/d

E) Bazu nahiyyəsinin yuxarı 1/3 hissəsinin ön-yan səthinə d/a
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 21
845) 37-yaşlı xəstə öskürək şikayəti ilə həkimə gəlib. Öskürək 3 ay əvvəl başlanıb, hazırda xəstəni rahatsız edir. Öskürək bəlğəmsizdir və gecələr, bir də fiziki məşqlərdən sonra, pisləşir. Xəstə oturaq həyat tərzi keçirir,amma yaxında məşqlərə başlayıb, piyada tez-tez gəzmələrlə. Qeyd edir ki, fiziki məşqlərdə çətinlik çəkir.- təngnəfəslik həmişəkindən tez başlayır, və çoxlu öskürür. Hərarətin artması, bəlğəmdə qan izləri, ya çəkinin azalmasını qeyd etmir. Burunda tutqunluq ya baş ağrıları olmayıb.Siqaret çəkmir,anamnezində heç bir önəmli xəstəlik olmayıb. Müayinədə AT 134/78 mm c.s.,ağciyərlər auskultasiyada hər iki tərəfdən təmiz, forsirə edilmiş nəfəs vermədə tək-tək ekspirator fitləri istisna etməklə. Döş qəfəsi rentgenoqramı normaldır. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) Bronxial astma

B) XOAX


C) ) Ağciyər xərçəngi

D) Bronxoektaziya

E) Ürək astması
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.
846) Aşağıda göstərilən dərman preparatlarından hansılar anafilaksiya zamanı adrenalinin yeridilməsinə baxmayaraq refrakter hipotoniyanın olmasının səbəbi ola bilər?
A) b-adrenoblokatorları

B) Qlükaqon

C) Sadalanların heç biri

D) Qlukokortikosteroidlər

E) H1-blokatorları
Ədəbiyyat: Middleton’s “Allergy Principles&Practise”, 2003, səh. 151
847) Aşağıdakılardan hansı atelektazlara aid deyil?
A) Ağrı, təngnəfəslik, sianoz qeyd olunur

B) Çox vaxt cərrahi əməliyyatdan sonrakı ağırlaşmadır

C) Xroniki öskürək, pis qoxulu bəlğəm qeyd olunur

D) Sadalananların hamısı

E) Bronxial obstruksiya səbəbindən havasız sahələr olur
Ədəbiyyat: USMLE STEP 2 QUİZ
848) Anafilaktoid reaksiyalar anafilaktik reaksiyalardan nə ilə fərqlənir?
A) Anafilaktoid reaksiyalar bronxospazmla təzahür etmir

B) Anafilaktoid reaksiyalarda tosqun hüceyrələr deqranulasiya olmur

C) Anafilaktoid reaksiyalar övrə ilə təzahür etmir

D) Anafilaktoid reaksiyalar Kvinke ödemi ilə təzahür etmir

E) Anafilaktoid reaksiyalar dərmanın ilk qəbulunda baş verə bilər
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 214
849) Limfa düyünləri qruplaşmış şəkildə bütün bədəndə rast gəlir, birindən başqa:
A) Ağciyərlərdə

B) Mərkəzi sinir sistemdə

C) Mezenterial

D) Qasıq nahiyəsinin birləşdirici toxumasında

E) Sadalananların heç biri
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
850) Medikamentoz rinitin əsas müalicəsi
A) Sistem kortikosteroidlər

B) Kromonlar

C) Duz məhlulları

D) Nazal kortikosteroidlər

E) Antileykotriyenlər
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 113
851) Hipo və anosmiyanın əsas səbəbləri?
A) Burun çəpərinin əyriliyi

B) Sinusitlər və burun polipləri

C) Medikamentoz rinit

D) Allergik rinit

E) Vazomotor rinit
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 113
852) Timus vəzi hansı şəxsdə ən böyük olacaq?
A) 25-yaşlıda

B) 45-yaşlıda

C) Üçüncü trimestrdə olan döldə

D) İki-yaşlıda

E) 12-yaşlıda
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
853) İkincili soyuqluq övrənin səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Sinusit

B) Hipotireoz

C) Emosional gərginlik

D) Allergik rinit

E) Astma
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 119
854) Anticismlər:
A) B- limfositlərdi

B) Qeyd olunanların hamısı yanlışdır

C) Qamma qlobulin proteinləridir

D) T- limfositlərdi

E) Plazmatik hüceyrələrdir
Ədəbiyyat: http://highered.mcgrawhill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
855) Prozerinin işlədilməsinə əks göstəriş hansıdır?
A) Qlaukoma

B) Miasteniya

C) Görmə sinirinin atrofiyası

D) Stenokardiya

E) Miopatiya
Ədəbiyyat: М.Д.Машковский. «Лекарственные средства» Медицина . Москва, 2001
856) Hansı terminal vəziyyətin dövrüdür?
A) Kollaps

B) Stupor

C) Koma

D) Preaqonal



E) Sopor
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
857) Hiperkaliemiyanın kliniki əlamətlərinə aid olmayan hansıdır?
A) Taxikardiya

B) Süst ifliclər

C) Ətrafların paresteziyası

D) Adinamiya

E) Bradikardiya
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
858) Gərginlik pnevmotoraksı zamanı həkimin taktikası necə olmalıdır?
A) 7 - 8 - ci qabırğa arasında punksiya

B) 2 - ci qabırğa arasında punksiya

C) 4 - cü qabırğa arasında punksiya

D) Sol körpücüküstü nahiyədə punksiya

E) Sağ körpücüküstü nahiyədə punksiya
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
859) Hansı zəhərlənmədə mioz xarakterikdir?
A) Belloid

B) Atropin

C) Tizersin

D) Aminazin

E) Opiatlar
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007.
860) Hansı maddə ilə zəhərlənmə zamanı üz qırmızı rəng alır?
A) Xlorlu karbohidratlar

B) Dəm qazı

C) Anilin

D) Fosforun üzvi birləşmələri

E) Barbituratlar
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə