Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə12/128
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1058
1   ...   8   9   10   11   12   13   14   15   ...   128
DAŞ YUXULAR 
15
bәla çәkir, yenә  dә özünә  yığışmır.  İki aydan sonra yaşı 
әlli olacaq, di gәl on yaşlı uşaq kimidi. Ürәyi dilindәdi. Belә 
qarışıq zamanda da dilini dinc qoymur. Ermәni yox ey, pis 
biz özümüzük, deyir. Qorxub çәkinmir. Hәr yerdә deyir 
bunu - teatrda, çayxanada. 
Doktor Fәrzani gözlәrini geniş açıb bu dәfә  xәstәnin 
sifәtinә  mәxsusi bir nәzәr yetirdi. Elә bil onu ilk dәfә 
görürdü. Bayaqdan başdaşı kimi tәrpәnmәz dayanıb, 
susan tibb bacıları da tәrpәşib xısınlaşdılar. Fәrzani 
Nuvariş Qarabağlının әlindәn möhkәm yapışıb onu qapıya 
sarı çәkәrәk dedi: 
- Hә, di tәrpәn, cavan oğlan, burda daha sәnlik bir iş 
qalmadı. Dәhlizdә әylәş, dincini al. Ya da get evә, necә ki, 
lazımdı dincәl, yüz vur bәdәnә, başını bastır yat. Әgәr 
istәsәn, sonra gәlәrsәn. Bu sәnin üçün apensit deyil ki
tezcәnәk kәsib atasan, kapitalnı remont telәb olunur 
burda,  әn azından üç-dörd saat çәkәcәk, fikir elәmә. 
Dostun yaşayacaq. Mәn ondan elә Otello düzәldәcәyәm, 
Dezdomona hayıl-mayıl olacaq, bircә  kәrә görәn kimi, 
ürәyi gedib yıxılacaq. 
Elә belә, danışa-danışa hәkim artisti dәhlizә ötürdü 
vә ardınca qapını bağladı. 
Hәmin an, yәni әmәliyyat otağının qapısı bağlananda, 
Nuvariş Qarabağlı dәşәtli tәnhalıq, tәklik hiss elәdi. Elә bil 
işıqlı dünya indicә üzünә örtülәn qoşatay qapının o 
üzündә qalmışdı. Uzun, yarıqaranlıq koridoru qәbirstanlıq 
sıxıntısı bürümüşdü.  İşıq yanmırdı.  Әtrafda ins-cins gözә 
dәymirdi. Koridorun әks tәrәfindә, başdakı iki lay 
pәncәrәnin  şüşәlәri kor gözlәr kimi qaralırdı. Bu, iki 

1   ...   8   9   10   11   12   13   14   15   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə