Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/128
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1058
1   ...   13   14   15   16   17   18   19   20   ...   128
DAŞ YUXULAR 
20
parçalanmış vücudu hәlә böyük qan gölmәçәsindә 
üzәrkәn  şәhәrә daha bir şaiyyә  çıxdı ki, guya özünü 
eyvandan atan ermәni qadın ölüm qabağı tövbә mәktubu 
yazıb qoyub. "Mәn ermәnilәrin törәtdiklәri bütün bu 
cinayyәtlәrә görә özümә nifrәt edirәm. Mәn öz xalqıma 
nifrәt edirәm, ona gorә  dә bundan sonra bu dunyada 
yaşamaq istәmirәm. Qarabağ Azәrbaycanındır. Yaşasın 
Azәrbaycan". 
Nuvariş onda da, elә indi dә  zәrrә  qәdәr  şübhә 
etmirdi ki, bu intihar başqa bir kәsin yox, hәmin o şuşalı 
heyvәrәnin "әl işidir". Tamamilә mümkündür ki, Şahqacar 
Әrmağanov  şәxsәn özü, şәxsәn öz әli ilә Qreta 
Sәrkisovnanı eyvandan tullayıb aşağı.  İndiki zaman belә 
zamandır.  İstәsәn eyvandan gündә yüz ermәni tullaya 
bilәrsәn. Fәrq etmәz, lap müsәlman at, bir kimsә gözün 
üstә qaşın var demәyәcәk. Arxasi-kömәyi olmayan hәr 
hansı bır insanı bir göz qırpımında yer üzündәn silmәk heç 
nәdi. Bәlkә bu duruma görә artist şuşalı heyvәrәdәn hәr 
gün bir az da artıq qorxub üşәnmәyә başlayırdı. Nә qanun 
var, nә mәhkәmә, bir günlü-günәvәrli göyçәk gündә onu, 
Nuvarişi eyvandan tula kimi tullayarlar aşağı, adını da 
qoyarlar intihar, özünәqәsd! Kimdi onun әmәlini 
araşdıran, kim sübut edәcәk ki, Baksavetin soyuqqanlı, 
allahsız, insafsız mәmuru әmәlli başlı quldurdur?.. 
Yaşanan gәrginlik, laqeydlik vә zalımlıqdan aldığı 
zәrbәlәr hәlә ki, onun ürәyini üzüb bitirmәmişdi, amma 
bununla belә artistin emosianal vә  zәrif tәbiәti sarsılmış, 
içi nifrәt vә ikrahla dolmuşdu. Axı gündә neçә  dәfә 
milisioneri, sahә müvәkkilini dәng elәmәk olar adam 
balasısan, vicdanın olsun bu bardeli yığışdır, yoxsa bir 

1   ...   13   14   15   16   17   18   19   20   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə