DAŞ yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix08.12.2016
ölçüsü0,61 Mb.
1   2   3   4   5   6

ÜÇÜNCÜ  
HİSSӘ 
 
 
Gәnc müәllifin  
pyesindә heç vaxt rol almayan  
Saday Sadıqlı ölkәnin
 
keçmiş Xozeyinini öz xalqına qarşı  
törәtmiş olduğu mәnәvi-әxlaqi 
soyqrımda ittiham edir. 
 
  
 

DAŞ YUXULAR 
91
Bәlkә  dә Saday Sadıqlı yenә  dә yuxusunda doktor 
Abasәliyevlә  Әylisdә keçirdiyi o gözәl yay günlәrindәn 
birini görürdü. Ola bilәr ki, aktyorun qulağında 
qayınatasının Mәrdәkandan telefondaca dediyi sözlәr 
sәslәnirdi. Hәr halda yuxudan oyandığı  hәmin sәhәr 
Sadaya elә  gәldi ki, bütün dünya professor Abasәliyevin 
cingiltili, gümrah sәsiylә dolub. O gümrah, cingiltili sәsi 
yenidәn dinlәyir, özünü hәmişәkindәn daha gümrah vә 
sakit hiss edirdi. Sanki doktor Abasәliyevin sәsi ona güc 
verirdi ki, ağrılara dözә bilsin. 
1989-cu ilin axırıncı  şәnbәsi idi. Tәqribәn saat birdә 
Azadә xanım işә getdi. O, evdәn çıxandan azca sonra 
telefon zәng çaldı. Tәqribәn on dәqiqәlik fasilәlәrlә beş 
saata yaxın zәng-zәngә calandı, amma Saday dәstәyi 
qaldırmadı. Telefonun susduğu dәqiqәlәrdә artistin 
qulağına süni, şirin dilini işә salan birisinin danışığı gәlir vә 
o anda da Mopassan Mirәlәmovun siması gözünün 
qabağında canlanırdı. Teatrın drektoru mәşhur Xalq 
şairinin misralarını deyirdi: 
Böyük sәnәtkara salamlar olsun, 
Bu dünya durduqca o da var olsun! 
Bir hәftәdәn artıq idi ki, direktor hәr gün zәng çalıb 
salamlaşmağın  әvәzinә bu murdar misraları  tәkrarlayırdı 
vә hәr dәfә dә Saday Sadıqlı o murdar misraları eşidәndә 
az qalırdı bütün içalatını qussun. 
Nәhayәt Sadayın telefonun dәstәyini qaldırmaqdan 
ayrı bir çarәsi qalmadı. Bu dәfә  zәng elәyәn Mopassan 
Mirәlәmov deyildi, Nuvariş Qarabağlı idi. 
- Qardaş, telefonu niyә götürmürsәn? - o, sakit, 
xışıltılı  sәsiylә soruşdu. – Azı  әlli dәfә  zәng elәmişәm. 

DAŞ YUXULAR 
92
Ağlıma yüz fikir gәlir, görәsәn nә olub. Bura sәnin bir 
yerlin gәlib, hәmkәndlin...Uşqalıq dostun ,Camal! 
- Hara gәlib? - Saday elә heyrәtlә soruşdu ki, özü öz 
sәsindәn diksindi. 
- O, burdadı, teatrda. Tez gәl, sәni gözlәyir. - Nuvariş 
Qarabağlı azca fasilә verib әlavә elәdi: - Mopassan 
müәllimin kabinetindәdi. 
Әgәr Nuvariş Qarabağlı "Mopassan müәllim" deyirsә, 
demәli, yüz faiz drektorun kabinetindәn zәng çalır.  Әks 
halda başqa cür demәliydi: direktorun özü olmayanda 
hamı ona Mopoş dayı deyirdi. 
-  İndi gәlirәm, - Saday Sadıqlı dedi. Di gәl ki, 
yerindәn qalxmağa heyi yox idi. Camal yeddinci sinifdәn 
çobanlara qoşulandan bәri Saday onu bircә dәfә dә olsun 
görmәmişdi. Amma hәmişә xatırlamışdı. Hәlә bu heç, son 
zamanlar onun başına belә bir fikir gәlmişdi ki, kәndә 
getsin, gedib çıxa bilmәdiyi dağlara qalxsın, Camalı axtarıb 
tapsın, axır ondan soruşsun ki, hәmәn gün Haykanuş 
kilsәnin hәyәtindә Camalın başını sabunlayıb yuyanda 
hәqiqәtәnmi dünya hansısa mәxmәr kimi yumşaq sarımtıl-
narıncı  rәngdәydi, yoxsa yalnız Sadaya elә görünüb. 
Amma indi Camalla görüşmәk üçün gerçәk imkan 
yarandığı bir vaxtda ondan belә bir sözü soruşmaq әmәlli-
başlı  ağır bir yük idi. Nәhayәt, o, evdәn çıxıb taksiyә 
minәndәn sonra qәfil ağlına belә bir fikir gәldi ki, Camalın 
Bakıya gәlmәk mәsәlәsi, sadәcә, uydurmadır, diribaş 
Mopassan Mirәlәmovun növbәti kәlәyidir. Axı  nә vaxtdan 
bәri direktor hansı yolla olur-olsun onu aldadıb teatra 
gәtirmәk, günlәrlә telefonda tәriflәdiyi pyesi Sadaya 
oxutmaq istәyirdi. Ola bilәr ki, Mopoş әsәrdәki baş rolun 

DAŞ YUXULAR 
93
mәhz Saday üçün yazıldığını uydurmurdu. Başqa bir 
ehtimal hәqiqәtә daha yaxındı: bәlkә  dә heç zaman 
ruhdan düşmәyәn, işgüzar, uzaqgörәn direktor baş rolu 
Saday Sadıqlı oynayacağı tәqdirdә meyit kimi döşәli qalan 
teatrın ayağa duracağını hәdәfә alırdı. Onun xasiyyәti belә 
idi: kәsmәsә yapışdığını buraxmazdı.  Әgәr o, bilsәydi ki, 
Sadayın haçansa Camal adında uşaqlıq dostu olub, heç bir 
çәtinlik çәkmәdәn bunu hәtta artistin özündәn öyrәnәr vә 
ömürlük yadında saxlayardı.  İndi isә ortada olan hәqiqәt 
belә idi: O, taksidәydi vә o uzaq illәrdәn, o uzaq yerdәn 
tәşrif buyuran Camalla görüşmәk indiki halda onun üçün 
elә dә böyük әhәmiyyәt kәsb elәmirdi. 
Camal isә  hәqiqәtәn gәlmişdi. O, ucuz, amma tәzә 
kostyum geyinmişdi, başında bahalı buxara papaq vardı, 
tam ciddi görkәmlә alaraq Mopassan Mirәlәmovun isti, 
rahat otağında oturub gözlәyirdi. Bәlkә  dә öyrәşmәdiyi 
mühitә düşdüyünә görә onun hәyәcanlı, qaynayan gözlәri 
dağlarda mis kimi yanıb qaralmış sifәtindә  qәribә bir 
parıltı verirdi. 
Nuvariş Qarabağlı Sadayın gözünә  dәymәdi, o, 
kabinetdә yox idi. Belә başa düşdü, ya mәşqdәdir, ya da 
hardasa televiziya çәkilişindә. (Saday hardan bilәydi ki, 
Nuvariş haçandandı pistolet әldә etmәk üçün böyük-
büyük adamların qapısı ağzında N qәdәr vaxt itirir.) 
Mopassan Mirәlәmov Sadayı görәn dәqiqә yaşına 
uyuşmayan bir qıvraqlıqla kreslodan sıçrayıb artistә sarı 
şığıdı, onuqapının ağzındaca qucaqlayıb bağrına basdı. 
Hәtta bu görüşdәn nә  qәdәr mütәәssir olduğunu 
anlatmaq naminә ağlamsındı. Camal sinif yoldaşını öpmәk 
niyyәti ilә dodağını uşaq kimi dodağını büzüb irәli uzatdı. 

DAŞ YUXULAR 
94
Saday dostunun başını bahalı papağıyla bir yerdә sinәsinә 
sıxdı. Onlar bir neçә  dәqiqә dinib-danışmadan biri-birinә 
baxdılar. O qısa zaman kәsiyi Camalın özünü әlә almasına, 
nә söylәmәk istәdiyini kәsdirmәyinә kifayәt elәdi. Lap 
әvvәl bir qәdәr hәyәcanlandı, sonda isә doluxsunub 
hıçqırdı. 
- Zibilә düşmüşәm, qardaş, - sözә başladı. - Kömәyin 
lazımdı. Oğlumu tutub salıblar türmәyә. Rayonda 
döymәdiyim qapı qalmayıb. Sözümә baxan yoxdu. Durub 
gәldim, bәlkә burda kimsә kömәk elәyә. 
- Nә üstündә tutublar oğlunu? - Artist әsәbi halda 
soruşdu. - Camalın belә ağlamsınmağını heç istәmirdi. 
Camal cavab vermәdi. Cibindәn dәsmal çıxarıb 
aramla gözündәn, burnundan axıb ağzına dolan seli-suyu 
sildi. Yalnız bundan sonra özünü әlә alıb artıq sakit, 
arxayın sәslә dәrdini açdı. 
- Eşit, Sarı, başımın boşluğuna görә Allah cәzalandırıb 
mәni. Adam nә  qәdәr sәfeh olar ki, gedib qәssab 
Mәmmәdağanın nәvәsin gәlin deyib gәtirәr ocağının 
başına, qanını it qanına  calayar.  Bu  da  axırı. Mәni adam 
saymır, qayınanasını it kimi tutur. Qandığı döymәkdi, 
söymәkdi, lәnәt yağdırmaqdı. Bizi bütün kәnddә biabır 
eliyib. Tutması tutanda bir әli olr, bir başı - özünü döyüb 
qana qәltan elәyir. Sonra da atası Cingöz Şabanın 
öyrәtmәsi ilә qaçır şәhәrә, xәstәxanaya, ay camaat, baxın 
deyir, әrim mәni öldürmәk istәyir. Bax belә, uşağı şәrlәyib 
basdılar içәri.  İyirmi gündü onun-bunun qapısında 
yatıram. Rayonda kimin yanına gedirәm heç üzümә  dә 
baxmır. Gümanım kәsilib. Ümidim bircә sәnә qalıb, Saday. 
Sәn kömәk elәyә bilәrsәn mәnә. Hörmәtli adamsan, hamı 

DAŞ YUXULAR 
95
sәni tanıyır. - Camal diqqәtlә Sadayın üzünә baxaraq 
susdu. Sadayın Camala yazığı  gәldi. O, eyni zamanda 
özünün,  Әylisin, Cingöz Şabanın kәmağıl qızının halına 
yandı. Saralıb solan Әylisin, bozarıb dәrd çәkәn dağların, 
üşüyәn, soyuqdan nәfәsi buz bağlayan, baharın gәlişinә 
hәsrәt qalan daşların, küçәlәrin, evlәrin halına yandı. Daş 
kilsә. Onun altından çağlayıb axan çeşmә, indi buz 
bağlayan, o çeşmәnin axıb töküldüyü çayın rәngi bir az 
qaramtıldı, elә bil nәdәnsә qorxub vә  qәfil, haradansa 
peyda olan, bәlkә  dә  әcәlin dartıb buralara gәtirdiyi 
möcüzәli dәrәcәdә qara tülkü - Allahın yaratdığı  xırda 
canlı...vә bir dә o bulağın yanında qәdimlәrdә tikilәn, 
üstündәki qıpqırmızı qan lәkәsi pozulmayan daş hasar... 
Cingöz  Şaban bu hasarın dibindә güllәlәmişdi o yazıq 
mәxluqu. Artist Әylisin belәcә, boz vә yazıq sifәtini gözü 
önünә gәtirir vә Camaldan hәmәn o sarımtıl - narıncı işıq 
barәdә soruşmaq xәyalına görә utanıb xәcalәt çәkirdi. 
- Baxaq görәk. Nәsә fikirlәşәrik, - Saday Sadıqlı 
inmasız, heç bir ümid yeri qoymadan cavab verdi vә bir 
qәdәr ucadan әlavә etdi: - Hә, danış görüm Әylisdә  nә 
var, nә yox? 
- Nә olasıdı  Әylisdә? Necә görmüsәn, elә - köhnә 
hamam, köhnә tas, - Camal tam könülsüz dilini sürüdü. 
- Bilirsәn axırıncı dәfә Әylisdәn çıxdığım neçә ildir? 
- Lap olsun yüz il. Lap yüz il dә olmasan, Әylisdә heç 
zad dәyişәn deyil, - Camal cavab verdi vә  nәdәnsә 
tәәssüflә Mopassanın üzünә gülümsündü. - Amma sonra 
nә düşündüsә Sadaya Әylis barәdә azdan-çoxdan 
danışmaq qәrarına gәlib, könülsüz-könülsüz dillәndi. - Bu 
il yaz girәndә Mirәli kişi öldü, mәn bilәn xәbәrin var 

DAŞ YUXULAR 
96
bundan. Tәzәlikcә Anıx da canını  Әzrailә tapşırdı. Qoca 
qarı  nә  tәhәr hikkәliymiş, son nәfәsi üzülәnәcәn 
ermәniliyini danmadı. Bizim arvadlar vidalaşmağa 
gedәndә, hamıya üz tutub nә desә yaxşıdı? Deyib, eşidin, 
mәn dinimi dәyişә, inandığım Allaha dönük çıxa bilmәrәm. 
İndiyә  qәdәr mәn sizin, mәdәni dildә desәm, başınızı 
tәllәyirdim... Hә, ermәnilәr belә alçaqdılar! - Camal mәzәli 
bir tәrzdә üz-gözünü әyişdirib, bu dәfә dә ani vә ehtiyatla 
Mopassan Mirәlәmova baxdı. Sonra isә çaşqın halda 
Sadaya nәzәr yetirib hansı sәbәbdәnsә başını aşağı saldı. 
- Hәdi, hәlә  dә  Әylisdә ermәnilәr barәdә  hәdyan 
söylәmәk dәbdәrir? – Saday güclә eşidilәn sәslә soruşdu 
vә özünü әylisli müsәlman arvadlar dövrәlәyәn, ölüm 
yatağında can verәn sonuncu Әylis ermәnisi Anikonun 
yerindә  tәsәvvür elәmәyә çalışdı. Onun ölüm sәhnәsini 
tәsәvvürünә  gәtirә bilmirdi. Әvәzinә gözlәri önünә 
Әylisdәki әn gözәl, böyük, ikimәrtәbәli ev gәlirdi. Hündür 
artırmasınada  әlә  gәtirmәk mümkün olan hәr növ güllәr 
düzülmüşdü. Tәmizlik vә sәliqә-sahman evә tәrәf uzanan 
daş döşәnmiş  cığırla gedәn adamın gözlәrini dincәldirdi. 
Anikonun Vәng kilsәsindә  әkdiyi vә  hәvәslә qulluq etdiyi 
güllәr Sadayın ruhunu çox oxşamış, ona zövq vermişdi. 
Artist Camalın başındakı bahalı papağa baxır vә xatırlayırdı 
ki, neçә müddәtdәn bәri çıxarmadığı kirli, qartmax 
bağlamış kepkanı onun başından Haykanuş ölüm-zülüm 
dartıb qopara bilmişdi. 
-  Әgәr Allahın olsaydı, sәn dә ona qarşı satqınçılıq 
elәmәzdin. - Artist heç nәdәn ehtiyatlanmadan uca sәslә 
dedi. Vә  dәrhal (dediyi sözlәrә görә  tәәssüf hissi 
keçirdiyinә görәmi, yaxud hansısa başqa bir sәbәbdәn) 

DAŞ YUXULAR 
97
içindә uçurum kimi boşluq duydu, elә qaranlıq, nәhayәtsiz 
boşluq ki, nә başlanğıcı vardı, nә  dә sonu, hәyatsız vә 
havasız bir boşluq idi. Onun sözlәrindәn sonra ortaya 
çökmüş ani sükut arasında o, Mopassan Mirәlәmovun 
gözlәrindәki  şübhәli-hiylәgәr vә soyuq tәbәssümü tuta 
bildi. Amma direktorun tәrtәmiz tәraş edilәn kök sifәti bir 
anda ciddilәşdi. İşә bax ki, Sadayın tikanlı sözlәri Camalın 
halına tәvavüd elәmirdi. 
- Düz deyirsәn, - cavab verdi, ermәnilәr öz 
Allahlarından heç vaxt üz döndәrmirlәr. 
Saday bu sözü elә bil әvvәllәr dә  eşitmişdi. Artistә 
görә, eşitdiyi sadәcә söz deyildi, bu sözlәr hәm dә  nә 
zamansa bu dünyada var olan, sonra izsiz-tozsuz yoxa 
çıxan, unudulan sәs, yumşaq, xeyirxah işıq idi. Saday 
Sadıqlı bu sözlәri eşidәndә sakitlik tapmış, özünü әlә 
almışdı. O, bu saat bütün yaddaşını geri çevirib әlәk-vәlәk 
elәmәyә hazır idi ki, o sözü ilk dәfә kimdәn, nә zaman, 
harada eşitdiyini xatırlasın. O, bütün Әylisi hamıya mәxsus 
olan tәk bircә ev kimi qucaqlayıb bağrına basmaq, cavan 
ağac kimi silkәlәmәk, bir ovuc su kimi başına çәkib içmәk 
istәyirdi, tәki bilsin, xatırlasın ki, Camalın indicә dediyi 
sadә, amma inanılmaz dәrәcәdә  dәrin mәnaya malik 
cümlәnin ilk әylisli müәllifi kim olub. Ey ucalardan uca 
Allah! Mәgәr bu sözlәr deyilәndә  Әylis o ulu, әlçatmaz 
yaradanın yanında deyildimi? Әylis dә  mәgәr böyük 
yaradan qәdәr  әlçatmaz olanda deyilmәyibmi bu sözlәr: 
"Allahın nәzәri hәmişә ermәnilәrin üstündәdir." 
Ürәkdәn sevinәn Saday Camalın boynunu qucaqladı. 
- Ay Cambul, elә Cambulsan ki, durmusan. Nә qәdәr 
tәmiz ürәklisәn, xәtrinә dәysәm dә incimәdin. 

DAŞ YUXULAR 
98
- Tәmiz adam tәmiz sözdәn incimәz. - Camal müdrik 
sözlәri muncuq kimi ipә-sapa düzdü. - Yalanın ağası 
olmaqdansa, doğrunun qulu olmaq yaxşıdı. 
- Sәn Bakıya birinci dәfә gәlirsәn? 
- Yox, ikinci dәfәdi, bir dәfә  dә  qızımı  әrә verәndә 
gәlmişәm. 
- Sәfәrә  çıxanda dağları kimә tapşırırsan? - Saday 
zarafat elәdi. 
- Dağların yiyәsinә kim yaxın düşә bilәr - Camal 
ehtimal ki, Allahı nәzәrdә tutub cavab verdi. 
- Qoyun otarmırsan daha? 
- Niyә otarmıram, otarıram.  Әylisdә bir sürü nәvәm 
var. Onlar mәnsiz dә hәr işi yoluna qoyurlar. 
Saday ayağa durub kabinetdә gәzişmәyә başladı. 
- Hә, indi biz neylәyәk? 
- Nә barәdә? 
- Türmә barәdә, nәtәhәr yoluna qoyaq bu işi? 
Mopassan Mirәlәmov sanki bayaqdan söhbәtin bu 
yerini gözlәyirmiş kimi ayağa durdu. 
- Burda çәtin nә  iş var ki? Sәn rayon prokrorunun 
adına mәktub yazırsan, qardaşınız da aparıb verir ona. 
Prokror sәnin sözünü yerә salmaz. Oğlanı açıb buraxar, 
bununla da iş bitәr. - Direktor xәlvәtcә Saday Sadıqlıya 
göz vurdu vә  әvvәlcәdәn hazır elәdiyi qәlәm-kağızı ona 
uzatdı. - Prokurorun nә  hәddi var ki, sәnin kimi qüdrәtli 
xalq artistinin sözünә qulaq asmasın? ( qeyri-rәsmi 
görüşlәrdә direktor Saday Sadıqlıya hәmişә "xalq artisti" 
deyirdi) Üstәlik ortada ölüm yox, itim yox. Hadisәdir, baş 
verib, söz-sözә  gәliblәr, dalaşıblar.  İndi dә barışırlar, 
vәssalam. - Direktor yenә  xәlvәtcә Sadaya göz basdı  vә 

DAŞ YUXULAR 
99
yalnız bundan sonra artist anladı ki, Mopoşun fikri 
mümkün qәdәr tez bir zamanda Camaldan yaxa 
qurtarmaqdır. 
- Yox, heylә olmaz. Prokuror pulu qoyub mәnim 
sözümü tutmaz. Artist qәtiyyәtlә kağızı geri itәlәmәklә, 
direktoru başa salmaq istәdi ki, onun fırıldaq oyununa 
şәrik ola bilmәz. Sonra o, Camalın dәrd yağan sifәtinә 
baxdı, bu dәfә  dә  qәlbinin dәrinliklәrindә zülmәtә 
bürünәn, gün işığı  qәhәtә  çıxan, üzü gülmәyәn, ölü, 
kәdәrli  Әylisi gördü. O Әylisi ki, dağlarını itirmişdi, 
mәbәdlәrini itirmişdi, o sayaq möhtәşәmliyini itirmişdi. 
İnsansız bomboz küçәlәr. Hәyәtlәrdә son payızın ölü 
sükutu. Nәfәsi dayanmış  ağacların üstündә bircә yarpaq 
da qalmayıb, yiyәsiz dağların nә sürüsü var, nә çobanı. 
Yalnız ala qarğalar bomboz müsәlman qәbristanlığının 
üstündә dövrә vurur. Bütün düşüncәlәri çıxılmazlığa 
dirәnәn Saday uzun düşüncәlәrdәn sonra dedi: 
- Bәlkә Babaşı tapaq? 
Camal sevindi vә sanki bu sözә bәnd imiş kimi dirilib 
özünә gәldi. 
- Hә! - Hәyәcanla dillәndi. - Onu tapaq! Mütlәq 
kömәk edәr. Vәzifәsi, adı-sanı, hörmәti... - Güclü adamdı 
Babaş. - O, stolun arxasından qalxdı. Mәni apar onun 
yanına. Qalanı mәnlikdi. 
Saday Sadıqlı Babaşın vәzifә yüksәlişindәn kifayәt 
qәdәr xәbәrdar idi. Az müddәt komsomolun Mәrkәzi 
Komitәsindә  işlәyәndәn sonra onu Bakının böyük 
rayonlarından birinә icraiyyә komitәsinin sәdri 
qoymuşdular. Rayon partiya komitәsinin birinci katibi 
olmuşdu, xeyli müddәt nazir kürsüsündә  әylәşmişdi. Axır 

DAŞ YUXULAR 
100 
macallarda Mәrkәzi Komitәnin şöbә müdiri idi. Cәmi iki ay 
әvvәl "Xalqsevәrlәr Cәmiyyәti" yaranmışdı  vә Babaş 
Ziyadov indi orda sәdr vәzifәsini tuturdu. 
Saday illәr boyu Babaşla görüşmәkdәn qaçmışdı, 
amma indi Camalın xәtrinә  hәr  şeyә hazır idi. Ancaq o, 
Babaşın rәhbәrlik elәdiyi tәşkilatın harada yerlәşdiyini 
bilmirdi. Buna baxmayaraq tәrәddüd etmәdәn onu 
axtarmağa qәrar verdi. Sadayın qәti qәrarı direktoru 
tәlaşa saldı, o, stoldan aralandı, onların qabağına yeriyib, 
kabinetdәn çıxmalarına mane olmaq istәdi. 
- Hara?! - Mopoş qapının ağzını  kәsdirib bağırdı. - 
Yerliniz Babaş Ziyadovun yanına getmәk fikrindәsiniz? 
Hövsәlәnizi basın. Hәlә bir qoyun zәng çalaq, soruşaq. 
Bәlkә heç yerindә deyil. 
Direktorun masasının üstündә görünüşünә görә bir-
birinin eyni olan üç telefon aparatı vardı - daxili, şәhәr vә 
hökumәt telefonu. O, telefonlardan әn mötәbәrinin 
dәstәyini qaldırdı. Hәmәn dәqiqә sifәti ciddilәşdi. Aparatın 
әhәmiyyәtini nәzәrә çarpdırmaq üçün nümayişkaranә 
tәrzdә üç dәnә  rәqәm yığdı. Babaş Ziyadovun sәsini 
eşidәndә isә karıxdığını ört-basdır elәyә bilmәdi. 
- Salam, Babaş Bilaloviç! Mirәlәmovdu...Hә, 
teatrdan...Allah kömәyiniz olsun...Yerdәn göyә razıyam 
sizdәn...Olacaq.  Әla pyes gәlib. Özü?..Әlbәttә, bilir. Bәli, 
bәli, mәlumat verilib. Pyeslә şәxsәn tanış olub...Bәyәnib. 
Çox xoşuna gәlib. Bәli mövzu olduqca aktualdı... Onun 
obrazı?..Var, var. Pyes on üç il әrzindә onun burda 
törәtdiyi biabrçılıqdan bәhs elәyir. Baş rolda kimdiii? Bәli, 
bәli odu. Sizin yerliniz, o, bizim fәxrimizdi. Әslinә qalanda 
müәllif bu rolu yazanda Saday müәllimi nәzәrdә tutub, o, 

DAŞ YUXULAR 
101 
özü dә deyib ki, bu rolda Saday Sadıqlını görmәk istәyir. 
Bәli, bәli, özü! 
Saday Sadıqlı bilirdi ki, hakimiyyәt başına gәlәn tәzә 
Birinci bütün diqqәti keçmiş Rәhbәrin ifşasına yönәldib vә 
indi o, tamam gözdәn salınıb. İndi direktor qәfil yerindәn 
sıçrayıb artistә dil tökәndә o, anlayırdı ki, Babaş Ziyadov 
şübhәsiz, teatra nәsә  vәd elәyir. Sadayın bu saat 
direktorun kabinetindә olmağı Babaşa da gün kimi aydın 
idi. Direktor isә hәlәlik bu barәdә susur, Ziyadovun artistlә 
danışmaq tәklifini bir mәmur tәmkini ilә  lәngidirdi. 
Nәhayәt, bayaqdan davam edәn gözlәnti sona yetdi. 
- Bәli, o buradadı, mәnim yanımda, sizә minnәtdarlıq 
elәmәk istәyir. - Mopoş az qala sevincindәn oynaya-
oynaya dәstәyi Sadaya uzatdı. 
Artist Babaşla salamlaşıb birbaşa mәtlәbә keçdi. 
- Camal gәlib, - quru danışdı, - sәnә işi düşüb. 
- Yәni elә çәtin işdi? - Babaş zarafat elәmәk istәdi. 
- Sәnin әlindә heç nәdi. 
- Tanınmış artistsәn, sәnin üçün dә  çәtin olmaz. 
İnanmıram ki, camaat sәni bizdәn az istәyir. 
- Әgәr gücüm çatsaydı sәnә zәng elәmәzdim.- Saday 
xoş danışmağa çalışdı. Yaxşı, onu qәbul elәmәyә imkanın 
var, ya yox? 
Görünür, Babaş Ziyadov artistlә zarafat elәmәyin 
sәmәrәsiz olduğunu anlayıb ciddilәşdi: 
- Noolar, qoy gәlsin, qәbul elәyәrәm - deyib bir 
müddәt susdu, incikliyini birtәhәr boğub  әlavә elәdi: - 
Mәn dә elә bilirәm tәbrik üçün zәng çalmısan... 

DAŞ YUXULAR 
102 
Bu sözdәn sonra Babaş o başda telefonu qapadı, bu 
başda telefonun dәstәyi  әlindә qalan artist gözlәrini 
Mopassan Mirәlәmova dikdi: 
- Eşitdin? Deyir, mәni tәbrik elәmәmisәn. Nәyә görә 
onu tәbrik elәmәliyәm? 
- Bilmirәm. - Direktor gözünü telefon aparatından 
ayırmadan mızıldandı. 
- Dünәnki "Kommunist" qәzetindә yekә bir mәqalәsi 
çıxıb. Yәqin onu deyir. 
- O da yazıçı olub? - Artist deyinә-deyinә kabinetdәn 
çıxmaq üçün qapıya yönәldi. 
- Hara? - Mopassan cod sәslә soruşdu. 
- Bunu aparın, özü yolu çәtin yolu tapa. 
- Otur. Sürücüm aparar. 
Camalı kabinetdәn qovub çıxarmadan özünü güclә 
saxlayan Mirәlәmov Sadayın  әlini qamarlayıb özünә sarı 
dartdı vә onu kresloya oturtdu. - Qulaq as, sәnә nә olub? 
- açıq-aşkar artistin halına acıyan Mopassan kәdәrlә dedi. 
- Bilmirәm nә olub? 
- Nә olacaq bir aydır ki, sәni evdәn çıxara bilmirәm. 
- Şişirtmә, ay yoxdu - Saday Sadıqlı etiraz elәdi. 
- Axırıncı  sәfәr nә vaxt burda olmusan? Әgәr dәqiq 
desәn, bir xaş qonaqlığı mәndә. 
- Sözün düzü, Mopoş, yorulmuşam, hәr  şeyә nifrәt 
elәyirәm. - Artist sәmimiyyәtlә etiraf elәdi. 
- Nәdәn yorulmusan axı? Kimdi sәni yoran? Burda 
sәnә güldәn ağır söz deyәn var? Özünә qapanıb evdәn 
bayıra çıxmırsan. Başa düşmürәm bütün günü evin içindә 
necә boş-bekar oturmaq olar? 

DAŞ YUXULAR 
103 
Mirәlәmov cibindәn açar çıxarıb açılıb örtülәn  şkafın 
arxasındakı gizli, köhnә seyfi açdı - teatrda kabinetin bu 
hәssas nöqtәsinә "Mopoşun sirri dağarcığı" deyirdilәr. 
Oradan  әn hörmәtli qonaqlar üçün saxladığı bir şüşә 
fransız konyakı, "moskovski" şkolad qutusu, iki bullür 
qәdәh çıxarıb stolun üstünә qoydu. 
- Yaxşı, gәl oturaq, - qәdәhlәrә konyak süzәrәk dedi. 
- Bir az qırışığımız açılsın. 
Neçә ay idi Saday Sadıqlı dilinә sipirtli içki vurmurdu. 
Tam әmin olmuşdu ki, nәsә dilinә dәysә, mütlәq bir zibil 
çıxardacaq. Ona görә  dә içmәkdәn qorxurdu. Amma 
indicә içdiyi konyak onun canındakı qorxunu bir anda silib 
apardı. Bәdәnindә xoş  vә  әtirli hәrarәt bәdәninә yayıldı, 
ürәyi sakitlәşdi, qanı duruldu. Bir anın içindә dörd tәrәf 
geniş azad vә çox rahat oldu. 
Ey mәnim Allahım, sәbәb nәydi? Birdәn-birә necә 
oldu ki, çoxdan unudulmuş Әylisindә dağlar, daşlar dirilib 
cana gәldi. Ay Allah, nә tәhәr oldu ki, Anikonun boğulan, 
qәhr olan sәsi durduğu yerdә, lap elә heç nәdәn  Әylis 
sәhәrinin yaxasında gül kimi açılıb yenidәn parladı, dirildi. 
Nә üçün, İlahi, Saday bütün varlığı ilә istәdi ki, 
Mopossanın qarşısında Anikonu әzizlәsin, Әylisin vicdanlı, 
zәhmәtsevәr ermәni  әhalisi haqqında danışsın, onları 
tәriflәsin. 
O, coşğun bir istәklә  Әylis ermәnilәrinin möcüzә 
yaratmağa qadir әmәksevәrliyi vә Allaha bәslәdiklәri 
nәhayәtsiz sevgi barәsindә teatrın drektoruna tәkrar-
tәkrar danışmaq istәyirdi. Ancaq, o, belә elәmәdi. Başa 
düşdü ki, Әylis ermәnilәri barәsindә Әylisdә doğulmayan, 
on iki Әylis kilsәsinin eyni anda yüksәlәn zәng sәslәrini 

DAŞ YUXULAR 
104 
dinlәmәyәn,  Әdif bәyin qara atından, qәssab 
Mәmmәdağanın xançalından xәbәrsiz, kilsәnin günbәzindә 
sirli bir parıltıyla  әks olunub hansısa bir әylisli oğlan 
uşağının qәlbinә axan o sarımtıl-narıncı  işığı ömründә 
bircә yol görmәyәn bir adama Әylis ermәnilәri barәdә 
nәsә demәyin heç bir mәnası yoxdur. 
- Yox, Mapossan Mirәlәmova ümumiyyәtlә  Әylis 
barәdә bircә  kәlmә  dә demәdi, bunun әvәzinә konyakı 
tәriflәdi. Mopoşa xoş sözlәr söylәdi vә ürәyindә 
insanlardan aralı qaçdığına görә özünü qınadı. Tәklik, indi 
belә düşünürdü, ölümün özüdür, bәlkә ölümdәn 
dәbetәrdir. Yaxşı ki, hәrdәnbir içmәk var, yoxsa adam 
gәbәrәr, üstünә tökülәn dәrdin  әlindәn yaxa qurtara 
bilmәz.  
Elә birinci qәdәhdәn sonra Mopassan Mirәlәmovun 
keyfi duruldu, üzü tәravәtlәndi, gözlәrinә  işıq gәldi. Yeni 
pyesdәn danışmaqdan üçün hövsәlәsi daralıb bir tikә olsa 
da "Mopoş dayı"  әsas mәtlәbә keçmәyә  tәlәsmirdi. 
Görünür işin әvvәlindә o ( razılaşdırılmış plan üzrә) artistin 
әhvalını yüksәltmәk istәyirdi ki, sonra onun başını 
bişirmәk asan olsun. Ola bilәr, xasiyyәtinә yaxşı  bәlәd 
olduğu Saday Sadıqlının rәdd cavabı verә bilәcәyindәn 
ehtiyatlandığı üçün vaxtı uzadırdı. Yaxud da direktor 
teatra Mәrkәzi Komitәdәn göndәrilәn  әsәrin bәdii 
cәhәtdәn heç bir dәyәrә malik olmadığını anlayır, amma 
dәfәlәrlә telefonda tәriflәmәyinin  әksinә olaraq indi, 
dostyana  şәraitdә pyesin yaxşılığına danışmağı özünә 
sığışdıra bilmirdi. Mopassan Mirәlәmov yenә  qәdәhlәrә 
konyak süzdü. Bir-iki qurtum içib xoşbәxtcәsinә 
gülümsündü. 

DAŞ YUXULAR 
105 
- Fikir verirsen, ustad, necә gözәl alındı.  Әn yaxın 
dostum Saday Sadıqlı qәdәr tәmiz adam olmasam da, heç 
demә, qardaş, mәnim dә üstümdә Allahın nәzәri varmış. 
Bunun hamısı Allahın hökmüdür. Sәnin o çobanını da bura 
Allah hәrlәyib gәtirib.  Әgәr o peyda olmasaydı, hәlә 
bundan sonra sәrasәr bir ay sәni evdәn dartıb çıxara 
bilmәyәcәkdim. Ziyadovla danışmağımız da әla oldu. 
Uşaqlıq dostun öz ayaqıyla durub bura gәlmәsәydi, hansı 
sәbәbә görә Ziyadova zәng elәyәrdim. Eşitdin dә, tәzә 
Rәhbәrin adını  çәkmәklә onu nә  tәhәr umsuğa saldım? 
İndi Ziyadov teatrın üç-dörd tәzә tamaşasına maya 
buraxmağa hazırdı. Yüz faiz әminәm ki, maliyyәlәşdirәcәk. 
Bәxti gәtirib, yenә köhlәn belindәdi.  İndiki Birinci ilә 
komsomoldan dostluq elәyirlәr. 
- Yaxşı, bәs Babaş keçmiş Rәhbәrin adamı deyildi? - 
Fikri-zikri Camalın yanında qalan Saday Sadıqlı laqeyd 
halda soruşdu. 
-  İç - direktor әlindә  qәdәh Saday Sadıqlının 
qarşısında dayanıb bir növ tәlәb elәdi. Әla çayım da var, 
indi dәmlәyәrik. - O, elektrik somavarınnı su ilә doldurub 
cәrәyana qoşdu. 
- Boşla getsin. Heç indiyә  qәdәr keçmiş  Rәhbәr, 
yanında bircә nәfәr dә olsun diri adam saxlayıb ki? Onun 
qabağında kimin hünәri çatırdı desin, mәn dә adamam
atam filankәsdi, anam filankәsdi? Az-maz adamlığı olan 
bir paralarını isә  mәxsusi jandarm metodunu işә salıb 
dinmәzcә xidmәt elәyәn idbar mәxluqlara çevirib, istinasız 
olaraq hamısını maskalanmağa mәcbur edib. İndi biz nә 
tәhәr deyә bilәrik ki, kim onun adamı olub, kim olmayıb. 

DAŞ YUXULAR 
106 
Bax elә bu kabinetdә on il әvvәl Rәhbәrin qabağında 
Mopoşun necә yaltaqlanıb dörd qat büküldüyünü xatırlayır 
vә yağlı ana söyüşü söymәkdәn özünü güclә saxlayırdı. O, 
konyakı birnәfәsә başına çәkib qәdәhi stolun üstünә 
qoydu. 
- Dayan, dayan , vicdanın olsun! - O, qışqırdı. - Bunu 
mәnә sәn deyirsәn? - 
Artist belәcә  qәfil qızışanda yekә-yekә danışan 
Mopassan özünü yığışdırıb, quzu balasına döndü. 
- Yaxşı, indi bәs mәn neylәyim, dәrdimi sәndәn 
başqa kimә deyim? - O, gileyli-gileyli dedi. - Bәlkә yalan 
deyirәm. Әgәr bu әclafların biri olun adamı olsaydı, yanına 
gedib baş  çәkәrdi. Hanı, bir köpәk oğlu qapısını açmır. 
Odu ey, oturub bağ evindә yalquzaq kimi ulayır. 
-  Әlbәttә ulayar, sәn dә baş  çәkmәmisәn? - Artist 
yerindәn durub otaqda gәzişmәyә başladı. - Dünәn onun 
üzünә tüpürdüyü adamlar üzünün tüpürcәyi qurumamış 
yeni Rәhbәrin qapısında növbәyә durublar. İndi buna nә 
ad verirsәn, nәdәndi bu, sevgidәn, yoxsa qorxudan? 
Mopassanın sarsıntısı  hәlә  dә ötüb keçmәmişidi, 
bununla belә cavab vermәk üçün özünü әlә almağa 
çalışırdı. 
- Bәli, belәdi. Sәn tam haqlısan. Biz belәyik dә, mәn 
dә, Babaş Ziyadov da. Amma, qardaş, bu onun yetirib 
bitirdiyidi dә! Kim elәyib? O elәyib dә, Rәhbәr olduğu on 
üç il әrzindә bütün ölkәni qula çevirib. Zibil elәyib 
hәyatımızı. İndi yeni rәhbәr neylәsin, iki ilin içindә nәyisә 
dәyişә bilәrmi? - Mopassan hәyacandan qızarmışdı, - 
tәlәsmәk lazım deyi, görәcәksәn hәr  şey tәdricәn 
düzәlәcәk. 

DAŞ YUXULAR 
107 
- Yox, heç nә düzәlmәyәcәk. - Saday Sadıqlı  tәlaş 
içindә dedi. - Siz xalqın arasında böyük nüfuzunu qoruyub 
saxlayan Rәhbәri bundan sonra daha bәrkdәn söysәniz 
belә, yenә ona heç nә elәyә bilmәyәcәksiniz.  İndi siz 
birlәşib onun bütün günahlarını, özünün yetişdirdiyi 
itaәtkar kölәlәrin çiyninә yüklәmәk istәyirsiniz ki, yenә dә 
bu zibili tәmizә  çıxarasınız.  İki daşın arasında qırğın 
salmaq istәyirsiniz, deyirsiniz heç bir enerji, ağıl sәrf 
etmәdәn her şey sizin olsun. O isә ayağının altındakı 
yüsәkliyә  ağıl hesabına qalxıb. Anadangәlmә hakimiyyәt 
hәrisliyindәn enerji alıb. Qulların himnini o düzüb-qoşub, 
siz isә onu xorla oxumusunuz. İndi adamlarda bir damcı 
vicdanın, hәyanın qalamdığı, hamının nifrәt vә zalımlıqla 
nәfәs aldığı, yalanın ayaq tutub yeridiyi çaşqın bir vaxtda, 
lәnәtә  gәlmiş bu alverxanada siz cәsarәtlәnmisiniz, 
gözdәn düşmüş Xozeyini üzә  çıxartmaq istәyirsiniz. - 
Sinәsini boşaldıb bir qәdәr susdu, sonra isә  әvvәlki 
qaydada sәrt vә qәtiyyәtlә danışmağa davam etdi. - Zora 
arxalansa da onun aydın mәqsәdi var. Lap pis halda elә 
buna görә hörmәtә laiqdir. Dәrin ağılı, ayıq başı var, 
inanılmaz dәrәcәdә  fәrasәtlidir. Bu adam ona nә lazım 
olduğunu dәqiq bilir. Şeytan onun әlinә su tökmәyә 
yaramaz. - Artist ucadan danışırdı  vә hirsi sovuşub 
getmişdi, hәtta kefi kökәlmişdi. 
Mopassan Mirәlәmov dinib-tәrpәnmirdi. Artisti 
çoxdan vә dәrindәn tanıyan bir adam kimi çox güman, elә 
indidәn ona aydın idi ki, Saday Sadıqlı gözdәn düşmüş 
köhnә Rәhbәrin әlehinә getmәyәcәk, ona düşmәn kәsilәn 
yeni rәhbәrliyin xoruna da qoşulmayacaq . Artistin tәbiәti 

DAŞ YUXULAR 
108 
belәydi. Onun söylәdiklәri direktoru әmәlli-başlı  tәlaşa 
salırdı. 
- Demәli belә. - O çaşqın halda deyindi. - Sözün 
düzü, mәn dә bu fikirdәydim. Bilirdim ki, axına qarşı 
durmaq mümkün deyil. - Mopassan hәlim, dostyana 
danışır, özünü necә lazımdı elә aparmağa çalışırdı. - Sәn 
ondan çox pislik görmüsәn, amma yamanlığa yamanlıq 
elәmәk istәmirsәn.  Әslindә  işin qәnbәrqulusu sәnin 
vicdanlı olmağındı.  Әgәr söhbәt adi adamdan getsәydi, 
dilxor olmağa dәymәzdi. Biz dövlәt xadimi barәsindә 
danışırıq. Ona görә dә şübhәlәnirәm, hislәrin sәni aldatmır 
ki? Axı  sәn hәftәdә bir dәfә teatra gәlib-gedәndә, iki-üç 
ay bundan qabaqkı görüşlәrimizdә belә düşünmürdün. 
- Saday Sadıqlı  dәrd çәkәn, qızarmış gözünü qıyıb 
cavab verdi. 
- Hә, iki-üç ay әvvәl görüşәndә... o iki-üç ay mәnә 
artıqlaması ilә  bәs elәdi ki, bu yenidәnqurma deyib 
hürüşәnlәrin, siyasi qışqırıqçıların ölkәni uçuruma 
sürüyürlәrin mәqsәdindәn xәbәrdar olum. Әmin oldum ki, 
yalnız nadan adamlar olkәni belә biabırçı  şәkildә dağıda 
bilәrlәr. Yәni sәn görmürsәn ki, bunların heç bir 
hәrәkәtindә aydın fikir yoxdu? Yenidәnqurma hakimiyyәtә 
can atanların  әlindә bir növ yeni silahdır. Xalq tәlaş 
içindәdir. Heç kim bilmir ki, sabah başına nә gәlәcәk. Hәr 
şey çat verir, dağılır. Ölkә üfunәt iyi verәn bataqlığa 
dönüb. Aradan nә  qәdәr sular axmalıdır ki, bu acgöz 
çәrәnçilәr heç olmasa bir-birlәrini dinlәmәyә  hәvәs 
göztәrsinlәr. 
Artist ehtirasla danışırdı. Elә bil sәhnәdәydi vә sözünü 
әn axır sırada oturan tamaşaçıya çatdırmaq istәyirdi. 

DAŞ YUXULAR 
109 
- Sәnin yeni Rәhbәrin vә onun gәnclik vaxtından 
komsomolda dostluq elәdiyi  şәxslәr cәmiyyәtdә  nәlәrin 
baş verdiyini yaxşı bilir, dәrk edirlәr. Amma bununla belә 
keçmiş Rәhbәrin caynağına hәr hansı bir bayağı, mәnasız 
bәhanә vermirlәr. Çünki onlar o Rәhbәrin vaxtında 
hakimiyyәtin quyruğunda әsir olublar, üstәlik dövlәti onun 
әlindәn qәbul ediblәr. - Artist yenә  qәzәblәndi, hәyacan 
hirs yığıldı. - Hә, o, әtrafına yaltaqları  yığmışdı  vә 
camaatın gözü qabağında hәmәn yaltaqları  әlә salıb 
dolayırdı. Anlayırdı ki, hәr yaltaqın içindә  gәlәcәyin bir 
tiranı yatır vә  hәmin o balaca tiranlarda özünün kәdәrli 
oxşarını görürdü. Bunlar dünәndә qalıb. Guya bu gün 
vәziyyәt yaxşıdı, hәr  şey bitib? Ölkә  nәhәng dәlixanaya 
dönüb. Hәtta Kreml gәrәksiz kontor kimi nәzarәtsizdi, 
әldәqayırma siyasәt vunderkindlәri öz xeyirlәri üçün ölkәni 
dalana dirәyiblәr. Xalqa yalançı yenidәnqurma möcüzәsi 
vәd ediblәr, amma әsl hәqiqәt başqadır. Hamı vәhşilәşib, 
yabanı olub insanlar. Alәm od tutub yanır, bu yandan da 
bir topa pisniyyәt gәdәlәr mәhsulyyәtsizcәsinә adamları 
daha fәal olmağa çağrışırlar. Belә siyasәtbazlarla 
müqayisәdә keçmiş  Rәhbәrin adını dahilәrin cәrgәsinә 
qoymağa hazıram. 
Saday Sadıqlı  sәhnәdә sürәkli alqışlara bürünәn 
onlarla monoloqu әzbәr bilirdi, Mopassan Mirәlәmov isә 
vaxtında tәcrübәli teatr adamı olaraq bu monoloqlara 
heyrәt içindә qulaq asmışdı. O, әvvәlәr dә bilirdi ki, Saday 
Sadıqlı çoxdan artisliyin fövqündәdir.  İndi isә içini qorxu 
bürüdü. Sadaya etiraz elәmәk fikri yox idi, amma elә bil 
birdәn onu arı sancdı. Qәzәblә әlini ovuşdurub, aktyorun 
sözünü kәsdi: 

DAŞ YUXULAR 
110 
- Dayan, dayan! Sözündәn belә  çıxır, Sumqayıt 
hadisәlәrini dә o törәdib ki, Kremldәn qisas alsın... 
- Yox, mәn bu fikirdә deyilәm, - Saday tәrәddüd 
elәmәdәn bildirdi. - Әslindә tam әminәm, başıboş adamlar 
sarsaq başçıların tәhriki ilә Sumqayıt faciyәsini törәdәndә, 
o, bağda televizorun qarşısında oturub acı göz yaşları 
tökürdü. Sovet Sosialist Respublikalarının heç birindә baş 
vermәyәn bu hadisәyә görә dәhşәtә gәlirdi ki, gör nadan 
siyasәtçilәr mәsәlәni nә yerә çatdırdılar. 
- Bәsdi sәn Allah! Onun necә әlçatmaz olduğu, guya, 
yadından çıxıb.  Әslindә öz yerlilәrinin  әlindәn 
qәzәblәnmisәn, indi hamısı, dil boğaza qoymadan 
ermәnilәri söyürlәr. Axı  sәn bilirsәn ki, ermәnilәr onun 
hiylәgәr vә qanlı siyasәti nәticәsindә bizdәn üz 
döndәriblәr. Özünü elә aparırsan, guya bu boyda 
hәngamә baş verib, sәn dә bütün bunlardan xәbәrsizsәn. 
Tәriflәyirsәn onu, nәdi-nәdi vәzifә borcu vә qaydalar belә 
tәlәb edirmiş. Axı onun sәni görmәyә gözü yox idi, bunu 
hamı bilir. 
Artist Mopassanın saxta vә gecikmiş  cәsarәtindәn 
tәngә gәldi. 
- Özün kömәk ol, Allah, özün kömәk ol! - Demәk olar 
bağırdı. - Yenә  dә yalan deyirsәn, Mopoş , o, hәrdәn 
mәnә  rәğbәt göstәrirdi. Etiraf edirәm, amma hәr zaman 
öz maraqlarını güdüb. O da var ki, xalqın dәyәr verdiyi 
adamları bir kәnara tullamayıb. Bu mәnada keçmiş 
Rәhbәr mәnә diqqәt yetirib, işin belә alınmağında isә 
bizim tәqsirimiz eyni dәrәcәdәdir. Kiflәnmiş sistemә nifrәt 
hissi mәnim canımdadır.  İndi ağlıma gәlir, o hansısa bir 
hissiyatla donkixotluğumu duyubmuş. Çünki o, istedadlı 

DAŞ YUXULAR 
111 
idi, Mopoş! - Artist çılğınlığını boğub bir qәdәr düşündü, 
sonra özünü әlә aldı: - O, dövlәt tәltiflәrini vә ucuz söhrәti 
mәnә vermәdi. O, mәni öz üstünә gәlәn tufanın qarşısına 
itәlәdi. Bu qәrәzsiz faciә vә komediyada mәnim rolumu öz 
әli ilә bölmüşdü. Hәmişә o fikirdә olmuşam ki, içimdәki 
azadlığı qoruyub saxlamaq üçün davamlı olaraq dövlәtlә 
münasibәtlәri korlamaq gәrәkdi. Bu mәnada mәn onu 
özümә xaç atası sayıram. 
-  Әzizim, sәnә elә  gәlmir ki, davamlı olaraq özün-
özünü tәkzib edirsәn? 
Hirsindәn od tutub yanan Saday Sadıqlı onun son 
atmacasını ya eşitmәdi, ya da qәsdәn qulaq ardına vurdu. 
- Elә o vaxtdan güc topladım ki, istәnilәn zәrbәdәn 
sonra ayağa dura bilim. Daha indi, gücüm yoxdu, 
qalmayıb. Mopoş, anamın qәbrinә and olsun, heç nәyi 
başa düşә bilmirәm. Boynuma alıram, Mapoş, qorxuram. 
Canım biri bitmәmiş o biri başlayan dәhşәtli yuxuların 
caynağına keçib. Nә vaxtan bәri çalışıram  әtrafla bütün 
әlaqәlәri üzüm. Dünya ilә tәmasın hәr anı mәni zibilә salır, 
başıma bәla gәlir. Adamlar tanınmaz dәrәcәdә dәyişiblәr. 
Mopoş, sәncә bu dәhşәtli deyilmi, ölkәdә bircә nәfәr Allah 
adamı yoxdur ki, öz dәrisindәn qorxmayıb xalqa hәqiqәti 
desin. Hanı bizim mәrhәmәtli millәtimiz? Hanı bizim nur 
saçan ziyalımız? Çoxdan hiss etmişәm, Mopoş, bu barәdә 
әvvәllәr dә fikirlәşmişәm: bizim keçmiş "millәt atası"nın 
mәnim kimi tәk-tәk asilәrin boğazına bağladığı  zәncir, o 
bu dünyada yaşasa da, yaşamasa da bәdbәxt ziyalıları 
boğub öldürәcәk, mәhv edәcәk. - Artist susub dediyi 
sözlәrdәn sonra boşalmış içinin dәrinliyinә çökdü. 
Mopassan tәlaş içindә kreslodan sıçrayıb qışqırdı. 

DAŞ YUXULAR 
112 
- Qardaş, sәn dahisәn, Allah haqqı, dahisәn! Necә 
möhtәşәm monoloq söylәdin. Bәs axı  mәn nә deyirәm? 
Mәn dә sәn dediyini deyirәm dә... 
- Yox, sәn ölkәdә yeni bir, Xozeyin yaratmağımı 
istәyirsәn. elә bir Xozeyin ki, işi-gücü qurtaranda gәlib 
burda bizimlә  mәzәlәnsin. Axı keçmiş Xozeyinin yerinin 
boş qalmağı gözümün qabağındadır. Bu gün xalq o boş 
qalan yerdәn gözünü çәkmir vә şeytan xislәti ilә xәlvәtcә 
o yerin yiyәsinin - keçmiş xozeyinin xiffәtini elәyir. Onun 
qüdrәti bax bundadır. Ölәndәn sonra elә bir boşluq qoyub 
ki, hәmәn boşluğu özündәn sonra heç kim doldura bilmәz. 
- Bu dәfә özü titrәyәn  әllәri ilә  qәdәhinә konyak 
süzdü, dәrhal içdi. Başının hansı hissәsindәsә әmәlә gәlәn 
dәyişikliyin nәdәn ibarәt olduğunu anlamağa çalışdı. 
- Nәsә soruşmaq istәyirәm, yadımdan çıxır. Dedin ki, 
Babaş Ziyadov mәqalә yazıb. Nә yazıb? Yoxsa o şeytan da 
Köhnәnin bostanına daş atır? - istehza ilә soruşdu. 
- Yox, mәn bilәn orda Köhnәdәn söhbәt getmir. 
Hәmyerlin  әsasәn ermәnilәrdәn danışır. - Mopassan 
gülümsümәyә çalışdı. - İndi taparam, harasa qoymuşam. 
- Ayağa qalxıb qalın qovluğun arasındakı qәzeti çıxartdı. 
Mәqalә "Kommunist" qәzetinin tam bir sәhifәsini 
tuturdu. Tәn ortada qara hәriflәrlә başlıq yazılmışdı: 
"Ermәnilәrin alçaq hәrәkәtlәri" sonda müәllifin imzası 
qoyulmuşdu: "Babaxan Ziyadxanlı". 
Saday Sadıqlı  mәtnin içindә qara şiriflәrlә verilmiş 
"nankor", "hiylәgәr", "qatı düşmәn" sözlәrini eynәksiz dә 
seçirdi. Qәzeti kәnara qoymaq anında gözünә  "İstazn" 
sözü sataşdı  vә bundan sonra eynәyi çıxarıb yazını 
başdan-ayağa oxudu. 

DAŞ YUXULAR 
113 
Bәlkә  dә artist әvvәllәr belә bayağı, yolverilmәz, 
populist sayıqlamalara tәzә-tәzә cükküldüyәn tarixçi 
alimciyәzlәrin mәqalәlәrindә  vә  xәstә  tәxәyüllü roman 
yazanlarda rast gәlmişdi. 
Babaşın mәqalәsindәn dәrhal bilinirdi ki, onun 
fikirlәrinin mәnbәyi hәmәn uydurmalardır. 
Babaş Ziyadova görә  "İstazn" sözünün ilkin mәnası 
"usta ozan" demәkdir vә guya ermәnilәr bu yerin qәdim 
sakinlәrinin izini itirmәk mәqsәdi ilә  sözü  öz  dillәrinә 
çeviriblәr. Guya hәmәn "usta ozanlar" bizim eradan üç 
min il әvvәl  İkiçayarasına aid (Dәclә  vә  Fәrat)  Әylis 
dağlarında mәskunlaşan  Şumerә  bәnzәr bir tayfa olub, 
"Şumer" dövlәtini dә bir başqası deyil, onlar yaratmışlar, 
sonra da bu hesaba qәdim dünya mәdәniyyәti "Şumer" 
adıyla intişar tapmışdır. 
Babaxan Ziyadxanlıya görә  Әylis sözünün mәnası 
adamların gәlib-gәlib dayandıqları yer - "Әylәnmәk" 
demәkdir. Guya Әylisdә heç vaxt ermәni yaşamayıb. 
Oradakı kilsәlәr, mәzarlar "OdӘrlәrә" mәxsusdur. "OdӘr" 
sözünün dә  mәnası "Gur od" demәkdir. Alov saçan bu 
torpaqlar nә  sәbәbdәnsә "Alban" adlandırılan türklәrә 
mәzsusdur. Müәllif dәridәn-qabıqdan çıxıb sübut elәyir ki, 
"namәrd qonşular" tәdricәn bütün tarixi hәqiqәtlәri tәhrif 
edib, Azәrbaycan әrazisindәki bütün toponimlәri dәyişәrәk 
ermәnilәşdirmişlәr. Mәsәlәn, onlar "OdӘr Mәn"i Girdiman, 
"Gur su"yu Gorus, "Qurbağ"ı Qarabağ, "Әlvәnd"i Erevan 
elәmәklә tarixi özlәrinә  sәrf edәn  şәkilә salmışlar. Guya 
OdӘrlәrin dilindәki "Qapıağzı" kәlmәsi nankor qonşuların 
sәyi nәticәsindә "Qafqaz" olub. Vaxtı ilә yenilmәz türk 

DAŞ YUXULAR 
114 
kişilәrinin adını bildirәn "Әrmәn" sözü Qafqaza heç bir 
aidiyyatı olmayan bir xalqın - ermәnilәrin adına çıxılıb.rkl 
Babaşın palaz boyda mәqalәsi  şair Uluruh 
Türkmәnmәkanın yeni zamanın himninә çevrilәn bu 
misraları ilә birtirdi: 
Azәrbaycan - mәn qәhr olum, sәn yaşa. 
Sәn dirisәn, demәk oğlun diridi. 
Can istәsәn kim vermәsә birbaşa, 
Demәk, o şәxs şәrәfsizin biridi. 
Babaşın bu cәfәngiyatını oxuyanda artist xәyalәn 
Әylisi küçә-küçә, ev-ev dolaşdı. İstazınadan (Astvasduna) 
Vuraqırda - Vardaketә qәdәr keçib getdi, mәqalәni oxuyub 
bitirәndә isә, nәdәnsә  ağlına gәldi ki, o bir daha Әylisi 
görmәyәcәk, Әylisin bağlarına, küçәlәrinә ömürlük hәsrәt 
qalacaq. 
Gözünün qabağında  Әylisdә anasının müsәlman 
qәbristanlığındakı  tәnha mәzarı canlandı. Bir hәftә idi ki, 
hәr axşam anası Sadayın yuxusuna girirdi. Gәlib otururdu 
çarpayısının böyründә, istәyirdi onunla danışsın vә  hәr 
dәfә  dә bir kәlmә  kәsmәdәn qeyb olurdu. Niyә susurdu, 
nәdәn narazı idi? Saday bu susqunluğun sәbәbini ondan 
soruşa bilmirdi. Lap düzü, bacarmırdı, dili batırdı. Yuxudan 
oyananda isә  ağlına gәlәn bu olurdu ki, bәlkә anasının 
narazılığının, nigaran qalmağının vә dinib danışmamağının 
sәbәbi oğlunun Eçmiәdzinә getmәk fikri ilә bağlı idi. Yalnız 
buna görә ola bilәrdi, axı bundan ayrı elә bir hәrәkәti yox 
idi ki, anası onu dindirmәsin. 
Birdәn ona elә  gәldi ki, ümumiyyәtlә  işıqlı dünyada 
Әylis adlı bir yer yoxdu vә heç zaman olmayıb. Nә Babaş 
olub, nә Camal, nә Lüsik...Nә o kilsә, nә  dә onun 

DAŞ YUXULAR 
115 
günbәzindәn yayılıb dörd bir yana nur saçan hәmәn o 
sarımtıl-narıncı ilahi işıq olub. Lap axırda boğazını 
dolduran qәhәri udub, bәlklkә Allah da uydurmadı - deyә 
düşündü. Bәlkә o, yoxdu vә heç zaman olmayıb. 
- Babaş Ziyadov nә vaxtdan Babaxan Ziyadxanlı 
olub? - Rәngi boğulmuş halda 
Soruşdu? - onun bir babası  Әylisdә  әldәqayırma 
molla idi, o birisi çayxana qumarbazı. 
Mopassanı gülmәk tutdu, çaşqın halda üzünü yana 
çevirdi. 
- Bax hәlә, alçaq nә  tәhәr çönüb, - Saday Sadıqlı 
davam elәdi. - Nә abrı var, nә hәyası. Hakimiyyәt hәrisliyi 
adamı hansı  şәkilә desәn salar. Öz el-obasına böhtan 
demәk üçün bu Götxan Amcıqxanlının ehtiyatında hansı 
söz desәn tapılar, di gәl xaç atasının xәtrinә dәyәn bircә 
kәlmә tapıb deyә bilmәz. Mopoş, axı bu Götxanı, Allah 
gildәn yoğurmayıb, onu da o yaradıb, bizim Rәhbәr. İndi, 
әzizim, mәnә de görüm Babaş Ziyadova kim ixtiyar verib 
ki, rәsmi partiya qәzetindә ağzına gәlәni yazsın vә altına 
da Babaş Ziyadov yox, Babaxan Ziyadxanlı imzasını 
qoysun. Halbuki bu tulanın nәsil-nәcabәtindә nә bәy olub, 
nә xan. 
- Nә deyә bilәrәm, - uzun sükutdan sonra Mopoş dilә 
gәldi. - Yәqin, qәrar belә olub. 
- Kim qәrar verib? 
- Yuxarı. Belә mәsәlәlәr harda hәll olunur ki? 
- Yoxsa yuxarıda müharibәyә başlamağa hazırlaşırlar? 
Әgәr Babaş onların öz adamıdırsa, niyә belә düşüncәsiz, 
mәsuliyyәtsiz "meydan qәhrәmanı"na demirlәr ki, odun 
üstünә yağ tökmәsin. 

DAŞ YUXULAR 
116 
Direktor açıq-aşkar qәrara gәldi ki, artistә öz ağlını 
nümayiş etdirmәyin vә  mәsәlәyә dövlәt yanaşmasının 
nәdәn ibarәt olduğunu bildirmәyin münasib mәqamı 
yetişib. 
- Sәnin sәfehliyin, vicdan haqqı, mәni mәhv edәcәk. 
Görürsәn ki, bu sehrbaz cәbhәçilәr "Qarabağ, Qarabağ" 
deyib bağıra-bağıra nә әmәllәr törәdirlәr? Qarabağ onların 
qozuna da deyil. Onların fikri iqtidarı yıxıb hakimiyyәti әlә 
keçirmәkdi. Küçәdә ermәnini söymәyәnә qulaq asan 
yoxdu. Belә  vәziyyәtdә dövlәt neylәmәlidi? Onlar da öz 
mәqsәdlәrinә görә ermәni kartından istifadә elәmәyә 
mәcburdular. Bu siyasәtdi, ustad. Siyasәtin isә min sifәti 
olur. - Mopasan gülümsәdi, görünür bu dәrәcәdә  dәrin 
ağıla malik olması şәxsәn özzünün dә xoşuna gәlmişdi. 
- Bәli, bәli, böyük siyasәtdi. Allah haqqı dahiyanәdi. 
Demәli, qaraguruhun bәxti 
bu dәfә dә gәtirdi, alçaqlıq üçün geniş üfüqlәr açılıb. 
İndi istәnilәn iyrәncliyi elәyib günahı ermәninin üstünә 
atmaq olar. - Artist direktorun yanına gәlib düz onun 
gözünün içinә baxdı. - İndi, Mopoş, kişi kimi danışaq: әgәr 
sәnin bu pyesin belә "dahi siyasәtçi"yә  hәsr olunubsa, 
bәri başdan hesab elә ki, mәn orda oynamayacağam. O 
yaşım deyil ki, sәhnәyә tullanıb büsbütün bayağı  vә 
cәfәng bir şeyi tәbliğ elәyim. 
Pyesdәki baş qәhrәman obrazının uğur qazanacağına 
böyük ümid bәslәyәn Mopassan Mirәlәmov bu rolun ifası 
üçün başqa bir aktyoru tәsәvvürünә gәtirә bilsәydi, elә bu 
saat müәllifin üstünә minnәtә qaçar, rәhbәrliyin icazәsini 
alar vә elә indicә bu haqq-әdalәt carçısıyla hesab çәkәrdi. 

DAŞ YUXULAR 
117 
İş burasında idi ki, idi o özü dә bu rolda bir başqasını yox, 
yalnız Sadayı görürdü. 
- Qәribә şeylәr danışırsan, - o dedi - Mәgәr belә işdә 
sәni aldatmaq yaraşar mәnә? - O, stolun gözündәn bir 
qovluq çıxarıb artistә uzatdı. - Budur pyes "Cәnnәtә 
cәhәnnәm dedik". Adındanca bilinir ki, söhbәt burada 
nәdәn gedir. Axı bunları vaxtilә  sәn özün deyirdin, bizim 
ağlımız kәsmirdi ki, anlayaq. İndi cavan bir müәllif çıxıb bu 
pyesi yazıb. Keçmiş Rәhbәrin, siyasi avantüristin obrazını 
yaradıb. - Direktor susub, bir az düşündü. - Sәnin kimi 
nәhәng artist bu vaxta qәdәr "Xalq" almamısan. Niyә? 
Çünki hәmişә  hәqiqәti demisәn. Bu siyasi әjdahanın 
qarşısında heç zaman әyilmәmisәn. Allaha min şükür, indi 
hәr  şey tәdricәn yerini alır. Yeni Rәhbәr dә  sәni yaxşı 
tanıyır. Bilir ki, sәn köhnә Rәhbәrә tәrif demәyәn tәk-tük 
ziyalılardan birisәn. Demәli, ilk tamaşadan dәrhal sonra 
çoxdan layiq olduğun adı alacaqsan. Bütün mәsәlәlәr 
danışılıb. 
, Mopassan Mirәlәmov Saday Sadıqlını tilsimlәmәk 
istәyirdi. Mәsәlәyә onun nöqteyi-nәzәrindәn baxan hәr 
kәs düşünә bilәrdi ki, direktor istәyinә nail olacaq. Çünki 
artist sakit, sanki qismәti ilә barışmış bir tәrzdә susub 
Mopassana qulaq asırdı. Әslindә isә Saday Sadıqlı sadәcә, 
yorulmuşdu.  İndi onun nәzәrindә köhnә  Rәhbәrlә  tәzә 
Rәhbәrin, Mopoşla Babaşın, Cambul Camalla Cingöz 
Şabanın, yalanla hәqiqәtin, sәmimiyyәtlә süniliyin 
arasında heç bir fәrq yoxdu. Bütün әtraf gözündә 
saxtakarlıq vә satqınlıqdan ibarәt idi. Bunlar bir tәrәfә, 
hansısa izah olunmayan xәcalәt, tәәssüf hissi yaxasından 
yapışıb artisdәn qopmaq bilmirdi. Ona әzab verәn bu acı 

DAŞ YUXULAR 
118 
tәәssüf duyğusu nә idi? Bәlkә bu acı hisiyyat bu qәdәr 
danışandan, çәnә vurandan sonra da Mopassanın 
qartımış, partiya teatrının hәyat  әlamәti olmayan 
devorasiyaları arasında dәyişmәz qalmağına görә idi. 
Bәlkә zahirәn yazıq, diribaş amma kilsәnin günbәzindә 
bәrq vuran sarımtıl-narıncı işıqla, Әylisdә birgә keçirdiklәri 
uşaqlıq illәri ilә heç bir bağlılığı olmayan Camalın bayaq 
durub gedәndәn sonra artistin qәlbindә yaranan 
nәhayәsiz boşluq sәbәnindәn idi. Bәlkә bu ağır, tәlaşlı 
duyğuların  әsl baiskarı  xәyalәn  Әbәdi  Şәrin yeni sifәtini 
görmüş, indi Babaxan Ziyadxanlı kimi sәslәnәn yeni adını 
eşitmişdi? Fәrq etmir sәbәb nәdir, ortada olan bu idi ki, 
1989-cu ilin faciyәvi dekabr günü o Mopassan Mirәlәmovla 
uzun, ağır danışıqlardan sonra Saday Sadıqlı alçaq bir 
boşluğun dibinә düşmüşdü.  Әn dәhşәtlisi isә indi Saday 
Sadıqlının düşdüyü o boşluqda hәtta Eçmiәdzin kilsәnin 
müqәddәs sәcdәgahı da onun işlәdiyi teatrın sәhnәsi kimi 
mәnasız vә cansıxıcı idi. 
O, qanı qaralmış, beyni donmuş halda teatrdan çıxdı. 
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə