DÖRDÜNCÜ
HİSSӘ
Dokror Abdasәliyev tәsdiqlәyir,
әgәr qәtlә yetrilәn hәr ermәninin
adına bir şam yandırılsa,
o şamların işığı ayın işığını
kölgәdә qoyar.
DAŞ YUXULAR
120
Sıx duman dünyanı udub...
Elә bil dünya deyilәn yalnız dumandan ibarәtdir. Belә
bozluğun ardınca mütlәq nәsә olmalıdır. Qatı dumana
bürünәn dünya heç şübhәsiz ki, üzünü göstәrmәlidi.
Saday bunu bilir, huşu üstündә olmasa da yalnız hәmin
anı gözlәyir. Hәqiqәtәn dә duman get-gedә çәkilirdi, di gәl
artist indi harda olduğunu anlaya bilmirdi. Açıq-aşkar
gördrdü ki, buz kimi soyuq daş sәkinin üstündәdir. Guya
bura Әylisdi, Vuraqırd kilsәninә gedәn daş yolun tәn
ortasında oturub. Amma oturduğu yerdәn kilsә
görünmürdü, kilsәlәrin arxasından dikilәn qәlbi dağlar da
görünmürdü. Artisti tәlaş vә qorxu sıxırdı vә yenә dә dәrk
elәmәk istәyirdi ki, onun olduğu yer haradır. Әgәr bu
hәqiqәtәn dә Әylisdәki daş yoldursa, bәs onda dağlar
hanı, kilsәlәr niyә qeybә çәkilib?
Bax bu an artist şirin bir ümidlә başa düşdü ki, o artıq
dağlardan, kilsәlәrdәn, Vuraqırdın küçәlәrindәn çox, çox
aralıdadır vә elә indilәrdә Eçmiәdzinә çatacaq. Bu tәravәtli
xoşbәxt duyğular balzam kimi ürәyinin üstünә tökülәn
anda onu әmәliyyat otağından palataya aparırdılar, -
bәdәninin bütün hey-hәrәkәtini itirsә dә, huşsuz halda,
nәlәrin baş verdiyini anlamaq iqtidarında olmasa da Saday
Sadıqlı hansı bir әzasınınsa duyumu ilә yerinin
dәyişdirildiyini hiss edirdi.
Yalnız dördüncü gün, axşama yaxın xәstәnin
vәziyyәti nәzәrә çarpacaq dәrәcәdә yaxşılaşdı. Hәlәlik
danışa bilmirdi, amma görünür, sәslәri ayırd elәyir vә
hәtta, söhbәtin nәdәn getdiyini duyurdu. Üçüncü gün idi
ki, Azadә xanım әrinin yanından aralanmırdı. Münәvvәr
xanım da günün çox hissәsini Saday Sadıqlının
DAŞ YUXULAR
121
palatasında keçirirdi. Doktor Fәrzani sanki Azadә xanımın
timsalında çoxdan itirdiyi әziz adamını tapmışdı. Boş
vaxtlarında palatanı tәrk etmirdi. Yarı Azәrbaycan, yarı rus
dilindә ordan-burdan söhbәtlәşirdilәr. Cәmi dörd gün
әvvәl doktor Fәrzaninin xәstәni yerlәşdirmәk üçün ayırdığı
palata mehriban ailәnin yaşadığı evә bәnzәyirdi.
Azadә xanım әrinin düşdüyü ağır vәziyyәti hәlәlik
atasına bildirmәmәyә qәrar vermişdi. Doktor Fәrzani dә
xaiş etmişdi ki, nә qәdәr, xәstә komadan ayılmayıb atası
ilә telefonda danışanda heç zadı bildirmәsin, çünki xәbәr
professora pis tәsir edә bilәrdi. Amma bu mәsәlәdә
doktor Fәrzani üzәrinә düşәn hәkimlik borcunun da
fәrqindә idi. "Bir qәdәr kraniostenoza oxşayır. Nәrahat
olmayın, keçib gedәr." Axı, bir çox halda kraniostenoz -
beyin silkәlәnmәsi, özünü travmatik koma şәkilindә biruzә
verir.
Nuvariş Qarabağlıdan başqa, doktor Fәrzani bir
kimsәni xәstәnin yanına buraxmırdı. Münәvvәr xanim heç
Nuvarişi dә buraxmaq istәmirdi, çünki onun hәr dәfә
xәstәnin yanından göz yaşlarını axıda-axıda çıxması
xoşuna gәlmirdi. Tibb bacısının fikirincә Nuvarişin xәstәnin
yatağının yanında faciyәvi görkәmlә dayanıb ağlaması ölü
üstündә ağlamağa oxşayırdı. Xәstәxanaya gәtirilmәyinin
dördüncü günü Saday Sadıqlının vәziyyәtindә dәyişiklik
hiss olunmağa başladı. O, dilini tәrpәdib dodağını
yalamağa çalışdı. Artist bütün gücünü toplayıb aramsız
tәrpәnәn sağ әlini qaldırmağa cәhd elәdi vә bu Azadә
xanımı qorxuya saldı: sanki o, әlini qaldırıb, o dәqiqә dә
xaç çevirәcәkdi.
DAŞ YUXULAR
122
Münәvvәr xanım xәstәyә әt şorbası içirdirdi. Doktor
Fәrzani sәssiz addımlarla palatada gәzişir, arada bir
dayanır, gözünü televizordan ayırmadan nә barәdәsә
düşünürdü. Televizorun sәsini azaltmışdı, sıx saqqallı, iri
sifәtli bir kişi ekranda әl-qol ata-ata nәsә deyirdi. Yeri
gәlmişkәn, ekrandakı o idi, şair Xәlilullah Xәlilov. Lelin vә
partiyaya ithaf etdiyi şeirlәrin hesabına otuz ildәn artıq bir
müddәtdә orta mәkdәb dәrsliklәrindә yer almışdı. Ancaq
onun şeirlәri vә adı o dәrsi öyrәnәn uşaqların yaddaşında
heç bircә il duruş gәtirә bilmir, unudulurdu. İndi bu şair
dönüb olmuşdu Uluruh Türkmәnmәkan, yüz minlәrlә
insan nәinki Lelin meydanında, әn ucqar kәndlәrdә -
toyda, ölü yerindә şairin "Qarabağ - gözümdә çıraq"
poemasını әzbәr söylәyirdilәr.
Tәbii ki, doktor Fәrzani Xәlilullah Xәlilovdan tam
xәbәrsiz idi. İndiki halda isә bir hәkim olaraq bu adamın
aşıb-daşan enerjini hardan aldığını dәrk etmәk istәyirdi.
Nәhayәt belә nәticә çıxardı ki, bu mәsәlәni açmaq üçün
mәxsusi biliyә ehtiyac yoxdu. Çıxışının sonunda şairin
qışqıra-qışqıra söylәdiyi pafoslu iki misrası ona mәhz belә
düşünmәyә әsas verirdi:
Yurdumun ağası xay ola bilmәz!
Ona torpağımdan pay ola bilmәz!
- Ay malades, - doktor Fәrzani әlini yellәyib
televizordan aralandı vә yenidәn palata boyu gәzişmәyә
başladı.
- Mәn bilәn bu saqqallı uşaq Әzrayıldan da qorxmur.
Nә zamansa onun özünü dә bir pay torpağa basdıracaqları
xәyalına da gәlmir, uzaq başı uzunu iki metir, eni әlli-
altmış santimetr torpağa. Deyәsәn yox, - doktor
DAŞ YUXULAR
123
gülümsündü. - Mәncә, onun torpaq payı bir az çox olacaq
çünki çәnәsi çox iridi.
Doktor, belәcә xoş әhvalla xәstәyә yaxınlaşdı.
- Hәlә ki, tәyinat qüvvәdә qalır, - o dedi, - adamları
tanıyıb danışana qәdәr gözlәyәk. Nә yolla olur, olsun
insultun qarşısını almalıyıq. Әgәr insult olmasa Allahın
kömәyi ilә digәr fәsadlardan salamat çıxacaq. Bu barәdә
danışmaq hәlә tezdi. Bizi görmәk istәsә özünә gәlәcәk.
Әgәr istәmәsә... - doktor köks ötürüb gülümsündü, - Allah
qoysa istәyәr.
Saday Sadıqlı hәqiqәtәn uzaqlardaydı. Palatada
onların hamısından - doktordan, arvadından, hәtta
başındakı zәdәdәn, bәdәnindәki yaralardan çox uzaqda
idi. Әylisdә... Bәli, sözsüz ki, Әylisdә idi. Amma bu, gerçәk
hәyatda olan Әylis deyildi. Sadayın beş-altı yaşı olanda,
yazda, bax o Әylisdә bir gözәl qara tülkü balası hardansa
tәzib gәlmişdi. Saday onu cәmi bircә dәfә hәyәt hasarının
dibindә görmüşdü. O qara tülkü balası hasarın üstündәn
ağaca tullanıb, onu budaq-budaq gәzmiş, yaşıl yarpaqların
arasnda gizlәnmәk istәmişdi. Aradan bir neçә gün
keçәndәn sonra Cingöz Şabanın hәmәn o tülkünü bulağın
yanında, Daş kilsәnin divarı dibindә necә güllәlәdiyini dә
görmüşdü Saday. O hadisә indiyәcәn demәk olar hәr gecә
Sadayın yuxusuna girir.
Budur, o tülkü hәlә dә sağdır. Hasardan ağaca,
ağacdan hasara tullanır, Әylisin bu başından vurub o
başından çıxır. Vә bir Allah bilir ki, dörd-beş yaşında bir
oğlan uşağı nә zamandan bәri o gözәl qara tülkü balasının
dalınca addımbaaddım gedir. O heç vaxt belә gözәl
heyvan görmәmişdi. Heç vaxt Әylisdә heylә gözәl yaz da
DAŞ YUXULAR
124
olmayıb. İşıq. Hәr yan işiq. Dağlarda günәş işığı.
Ağaclarda gilas işığı. Budaqlardan körpә yarpaqlar indi-
indi dit verib çıxır. Yasәmәn yenicә aşıb-daşır. Hansı il idi,
Allah, o il, yazın hansı vaxtı idi? Axı gilasın yetişmәyi ilә
yasәmәnlәrin çiçәklәmәyi başqa-başqa vaxtlarda olurdu.
Deyәsәn, tülkünün üstündә oyun durğuzduğu o
hasar daşdan deyildi sarımtıl-narıncı işıqdan hörülmüşdü
vә divardan süzülәn işıq küçәlәrә, yollara yayılırdı. O işığa
qәrq olan Әylis sәliqәylә yığışdırılmışdı, hәr tәrәfinә güllәr
әkilmişdi, küçәlәr şüşә kimi tәr-tәmiz idi. O işığa boyanan
sular axıb qırağında bәnövşә, süsәn bitәn arxı doldururdu.
O qәşәng tülkü balası tullanır, sevinir, oynaqlayırdı,
hasarın üstüylә üzü yuxarı- günәş şәfәqlәri altında
günbәzi qızıl kimi parıldayan Daş kilsәyә can atırdı, onunla
birlikdә qoz ağacının açıq-yaşıl yarpaqları, alçalar, әriklәr,
hasar boyunca arxın üstündә bitib göyәrәn nә vardısa,
hamısı sevinir vә elә o sevinc içindә onlar da durduqları
yerdә oynaqlaşırdılar. Hәrdәn bala tülkü tünd yaşıl
yarpaqların arasında gözdәn itir, sonra yenә peyda
olurdu. Bax o vaxt - tülkü balasının görünüb, qәfil gözdәn
itdiyi hәmәn anlarda xәstәxana çarpayısında yatan Saday
Sadıqlı daha dәhşәtli ağrılara tab gәtirmәli olurdu.
Bir sözlә, doktor Fәrzani qәnaәtindә yanılmırdı, xәstә
hәqiqәtәn dә uzaqlardaydı. Doktor onu da düz deyirdi ki,
indi hәr şey onun özündәn asılıdır - yaşamaq da , ölmәk
dә, istәsә o uzaqlardan qayıdacaq, istәmәsә yox, elә
oralarda qalacaq.
Xәstә hәlә ki, geri dönmәk islәmirdi. Nağıllardakı kimi
qәşәng tülkünü qarabaqara izlәmәkdәydi. Oğlanın yeganә
arzusu onu tutmaq, bağrına basmaq, öpüşlәrә qәrq
DAŞ YUXULAR
125
etmәk, onun qәşәng başını, quyruğunu tumarlamaq idi.
Hәlә ki, o tülkü diriydi, sağlamdı. O nur saçan hasara
dazıyırdı, kefi istәyәndә yaşıl yarpaqların arasında
görünmәz olurdu vә bizim Saday Sadıqlının da nәfәsi
gedib-gәlirdi hәlәlik.
İlin sonuncu günü xәstәxanaya gәlәn Münәvvәr
xanımın ilk görәcәyi iş xәstәnin sarığını dәyişmәk oldu. O,
sevinc içindә hәkimә mәlumat verdi ki, xәstәnin çıxan iki
barmağı, dirsәyi vә bilәyi tam normaya düşüb. Yeganә
fiziki problem xәstәnin gipsә salınmış sağ ayağındakı
sınıqla bağlıydı. Xәstәnin huşunun özünә qayıtması isә
hәlә müşahidә olunmurdu - bilinmirdi ki, o әtrafda gedәn
danışıqlara reaksiya verir, ya yox.
Azadә xanım әvvәldәn planlaşdırmışdı ki, palatada
yeni il süfrәsi açsın. O, yeni il axşamını birlikdә qeyd
etmәk üçün Mәrdәkandan atasını gәtirmәyi dә nәzәrdә
tutmuşdu. Çünki doktorun da, Münәvvәr xanım da
bayram keçirmәk üçün özgә bir yerlәri yox idi.
Ancaq doktor Abasәliyev, gündüzdәn şәhәrә getmәyә
söz vermәyinә baxmayaraq axşamüstü fikirindәn daşındı.
Yeni il tәdbirinә xeyli qalmış zәng çalıb dedi: "Belә vaxtda
bağı nәzarәtsiz qoymaqdan qorxuram. Bütün ölkәni
quldur yığnağına döndәriblәr. Mәnim heç mәrdәkanlılara
da etibarım qalmayıb".
Azadә xanım ömründә ilk dәfә yeni ili atasından ayrı
qarşılayırdı. Xәstәxananın yaxınlığında yaşayan Münәvvәr
xanım tәzә ili Azadә xanımla birgә qarşıladı, sonra isә
çıxıb getdi evinә. Doktor Fәrzani Münәvvәr xanımı evinә
yola saldı, bir necә dәqiqәliyә palataya nәzәr salıb
kabnetinә çәkildi vә gözәldi ki, qızı Moskvadan nә zaman
DAŞ YUXULAR
126
zәng çalacaq. Azadә xanım әri ilә palatada tәkbәtәk
qalanda istәdi onu oyatsın, ona uzun illәrdәn bәri ürәyinin
әn dәrin guşәsindә saxladığı sözlәri desin, o sözlәrlә әrini
uşaq kimi sığallasın. Amma o gecә Saday Sadıqlı nә söz
dedi, nә söz eşitdi. Artistin yalnız gözlәri danışırdı. O bir
çüt göz elәcә gah gülürdü, gah ağlayırdı. Әksәr vaxtda isә
uzaq, çox uzaq bir nöqtәyә dikilib qalırdı, elә bil bir cüt
göz әlçatmaz-ünyetmәz uzaqlarda Allahın özünü görür vә
ona baxmaqdan doymurdu.
Saday Sadıqlının xәstәxanaya düşmәyinin onuncu
günü idi, doktor Abasәliyev sübh tezdәn gözlәnilmәdәn
palatanın qapısını açıb içәri girdi. Boğazlı yun köynәyin
üstündәn gödәkcә geymiş qocaman pisixiator qapının
ağzında dayananda doktor Fәrzani xәstәlәrin sәhәr
müayinәsini yenicә birtirmişdi, palatanın lap uzaq
küncündәki kranın qarşısında әlini yuyurdu. Münәvvәr
xanım doktor üçün sәhәr yemәyi hazırlayıb dәyirmi stolun
üstünә qoymuşdu. Azadә xanım pәncәrәnin qabağında
dayanıb hәyәtә baxır, ötәn hәftә baş çәkmәyә imkan
tapmadığı atası barәdә düşünürdü. Xәstә isә әvvәlki
qaydada yatırdı vә yatdığı yerdә dörd-beş yaşlı uşaq kimi
gülümsәyirdi. Fәqәt gözlәrindәki işıq qәmli, kәdәrli işıq idi.
Bayırda bәrk külәk әsmәyinә baxmayaraq hava aydın
vә günәşli idi. Palataya daxil olan kәnar adam çox güman,
dәrhal düşünәrdi ki, pәncәrәdәn içәri süzülәn gün işığı
burada hamıdan çox simasında bir parça tәbәssüm donan
xәstәnin ürәyincәdir.
Doktor Abasәliyev gödәkcәsini soyunmadan
kürәkәninin üstünә atılıb onu öpdü. Sonra doktor
Fәrzaninin әlini möhkәm sıxdı, dinmәzcә Münәvvәr
DAŞ YUXULAR
127
xanımın çal saçına toxundu. Yalnız bundan sonra
gödәkcәsini soyunub stullardan birinin üstünә atdı, qızının
alnından öpüb çarpayının yanında kresloya әylәşdi.
Doktor Fәrzani heyrәt elәyirdi, artıq yaşlaşmış
tanışının belә qıvraq qalması vә cavanlıq şövqünü
saxlaması inanılmaz gәlirdi ona vә bәlkә bundan daha çox
ağır xәstәnin çarpayısı yanında özünü bu qәdәr nikbin,
hәyatsevәr aparmağı, başqa sözlә, professorun psixoloji
möhkәmliyi tәcüblәndirirdi onu. Axır ki, professor
Abasәliyev imkan vermәdi, doktor bir kәlmә söz desin,
qızının gözünün dәrinliyindәki gizli tәlaşın da fәrqinә
varmadı. Әylisin vәtәnpәrvәr oğlu titrәyәn әllәri ilә dizinin
üstündә tutduğu çantanı açdı, topa yazılı kağızın
arasından bir vәrәq çıxardı, vәrәqi bayraqsayaq yellәyib
köksü atlan-atlana danışmağa başladı.
- Cavan oğlan, sәnә gözәl-göyçәk Әylis gәtirmişәm.
Demә nağıl danışır. Hamısı burda yazılıb. Yüz faiz
doğrudur. Axı sәnә bir әylisli tacirin gündәliyi barәdә
danışmışdım. Mәn o gündәliyi türklәr Әylisi dağıdandan
irәli Mirzә Vahabda görmüşdüm. Vәtәn müharibәsindәn
sonra dostum Erevandan hәmәn әlyazmanın rus dilinә
tәrcümәsini gәtirdi. Mәn dә bilmirdim hara qoymuşam,
çox axtardım. Budur, axır ki, köhnә kitabların arasından
çıxdı. Rusca adı belәdir: "Dnevnik Zakariya Akulusskoqo".
Mәncә, sonuncu söz Akulis yox, Aqulis olmalıdır. Çünki
әksәr qәdim kitablarda söz "k" ilә yox, "q" ilә yazılıb. Ola
bilәr, ruscaya tәrcümәdә "q" dönüb olub "k". Әylisdә o,
sәn dә bilirsәn, hәlә indiyәcәn Zәkәriyyә Әylisli kimi
xatırlanır. Mirzә Vahab da hәmişә elә deyirdi. Rәhmәtlik
atam bu tacir barәdә çox şey bilirdi. Doktor Abasәliyev
DAŞ YUXULAR
128
gözünü xәstәdәn ayırıb Fәrzaniyә baxdı. - Fәrid, onun
Әylisdә böyük hörmәti vardı, hәtta müsәlmanlar
uşaqlarına onun adını qoyurdular! - Tәzәdәn kürәkәninә
sarı çevrildi - Cavan oğlan, heç başqa bir yerdә
görmüsәnmi müsәlman öz uşağına Zәkәriyyә adı qoysun?
Әylisdә sәn dә zәkәriyyәlәrlә ilә qarşılaşmısan. Yadındadı,
biz orda olanda biri gәlmişdi, özünә patefon aldı. Onun
bircә valı vardı, Xan Şuşinskinin valıydı. Sәhәrdәn
axşamacan oxudurdu.
" Kim çәkәr nazın,
kim çәkәr nazın,
ay qadası?"
Doktor Fәrzaninin getmәyә hazırlaşdığını görәn
professor bir dәqiqә söhbәtinә ara verdi. - Sәn hara?
Otur, qulaq as! - Cәrrah keçib öz yerindә әylәşәndә,
davam elәdi. - Gündәlikdә 1630-cu ildә anadan olduğunu
yazıb. Fikir ver, әylisli ermәni anadan olduğu ili, ayı, günü
alman dәqiqliyi ilә әtraflı vә dürüst qeyd edib. ".. bazar
günü, müqәddәs Georgi günü, günortadan sonra". - o,
çantadan daha bir vәrәq çıxartdı. - Bu da onun ticarәtә
başlamağı barәdәdi. 5 mart 1647-ci ildә, on yeddi yaşında
ipәk yükü ilә Әylisdәn çıxıb. " Bu gün mәn Zakarı Әylisdәn
yola düşdüm. Müqәddәs ruhun kömәyi ilә! Әgәr harda
maraqlı bir әhvalat görsәm, bu dәftәrә yazacağam. Әgәr
kimsә mәnim yazdıqlarımda yalan axtarmağa başlasa qoy
Müqәddәs Ruh onun ağlına işıq salsın". Fikir verirsәn o,
"ağıl versin demir", "işıq salsın" deyir. Niyә? Keçib getdiyi
sәyahәt yoluna bircә-bircә nәzәr sal: Erevan, Kars,
Әrzurum, Toqat, Bursa, İzmir, nәhayәt Stanbul. Niyә o
hәr yerdә İstanbul әvәzinә Stanbol yazır? Onun birinci
DAŞ YUXULAR
129
sәyahәti on ay çәkib, dekabırın sonunda Әylisә dönüb.
Daha sonralar haralarda olmayıb: Yunanstan, Venesiya,
İspaniya, Portuqalya, Almanya, Polşa, Hollandiya...
Azadә xanım atasının qalıb soyumuş çayını tәzәlәdi.
- Heç olmasa bircә stakan çay iç, - dedi - sәnin
ermәni tacirin heç yerә qaçmır.
- İçmişәm. Axı bilirsәn gündә bircә dәfә çay içirәm. -
Doktor Abasәliyev hirslә qızına cavab verib, elә o hirsli
sәslә dә davam elәdi. - Bilirsәnmi şahlar, xanlar, sultanlar
Әylisin başına hansı müsübәtlәri açıblar: "1663, 10 iyul.
Әylis. Bu gün şah Abbasın canişini Әylisә gәldi. O on altı
yeniyetmә oğlanın vә qızın adını bir kağıza yazdı, amma
heç kimi özüylә aparmadı. Bu dәfә bizi Allah saxladı. Şah
Abbasın vәliәhdi Şah Süleymanın isә Әylisә gәtirdiyi
bәdbәxtlik nә yerә sığar, nә göyә. Sәfiqulu Xanın әmrinә
әsasәn bu gün Erevandan Әylisә Qağayız bәy adında
namәlum bir şәxs gәldi. Onun başında otuz atlı vardı.
Şahın әmri ilә onlar Әylis әhalisindәn 1000 tümәn
toplamalı idilәr. Rüşvәtxorluğun, zülmün, zorakılığın hәddi
bilinmirdi. Onlar yüzdәn çox adama işgәncә verdilәr, otuz
beş nәfәri asdılar. Amma bütün bu zülümdәn sonra
bәdbәxt әhalidәn cәmi 350 tümәn toplaya bildilәr. Doktor
Abasәliyev 340 il bundan irәli doğulan, bütün dünyanı
dolaşan ermәni tacirin rus dilinә tәrcümә olunmuş
gündәliyini nәinki oxumuşdu, hәtta başdan-ayağa
әzbәrlәmişdi. Yaşı sәksәni adlamış bu kişinin qeyri-adi
yaddaşı doktor Fәrzanini heyrәtә gәtirirdi.
- "Bu gün Әylisә Xosrov ağa gәlib caamata elan elәdi
ki, onu Qohman hakimi tәyin elәyiblәr. O, Meqrindәn,
Sorutdan, Lehramdan çox adam gәtirmişdi.- Sonuncuya
DAŞ YUXULAR
130
qabaqlar Nehrәm deyilirdi. - Әylis mәlәyi Ovanesin başına
oyun açdılar. Eşşәyin üstünә qoyub zurna çala-çala bütün
kәndi dolandırdılar. Axırda 100 tümәnini alıb boşladılar. -
Doktor Abasәliyev bir neçә dәqiqә çantadakı kağızları
qurdaladı. - Fikir ver, cavan oğlan, tәsәvvür edirsәn,
1669-cu ildә iyulun 22-dә Әylisә qar yağıb! 1677-ci il,
iyunun 3-dәn avqustun sonuna qәdәr bir damcı da yağış
düşmәyib. 1680-ci ildә elә leysan töküb ki, yatağından
çıxan çay evlәri yuyub aparıb. Ardınca elә quraqlıq
başlayıb Әylisdәn Tәbrizәcәn әhali hәtta içmәli su da
tapmayıb. 1667-ci ildә Әylisdә 200-dәn çox uşaq
qızılcadan tәlәf olub. 1679-cu ildә Erevanda elә zәlzәlә
qopub ki, hәtta Әylisdә evlәrin vә kilsәlәrin divarları çat
verib. Zakari Aqulis Әylisin bütün kilsәlәrini qeyd edir.
Vәng kilsәsi - Müqәddәs Foma kilsәsi. Sәn onu
tanıyırsan.Vuraqırd - Vardakert sözünün tәhrif olunmuş
şәklidir. Bizim gördüyümüz Vuraqırd kilsәsi Müqәddәs
Xristofor kilsәsidi. Bizim Daş kilsә dediyimiz Müqәddәs
Osip kilsәsidi, gәrәk ki, Zakari Aqulisin yaşadığı dövrdә
tikilib. Bәlkә dә bәrpa olunub vә 1665-ci il noyabrın 5-dә
yenidәn istifadәyә verilib. Gündәlikdә belә yazılıb. -
Doktor Abasәliyev bir müddәt yenә kağızları eşәlәdi. -
"1668-ci il. 4 yanvar. Bu gün Әylisdә zәlzәlә oldu. Bu gün
Әylinin qәrb sәmasında kometa göründü. O, bizә
günahlarımıza görә cәzanın olduğunu xatırladır.
1668-ci il.21 dekabr. Müqәddәs Foma kilsәsinin
rәhbәri Arximandrat Petros kilsәni dörd tәrәfdәn hündür
hasara saldırdı. Günbәzin vә zәng qüllәsinin tikintisindә
çay daşalarından vә bişmiş kәrpicdәn istifadә edildi.
Ustalar Kürdüstandan gәlmişdilәr... - O zaman türk
DAŞ YUXULAR
131
vilayәtlәrinә daxil olan Van, Bitlis, Diyarbәkr Kürdüstan
adlanırdı. - İç divarlar daşla üzlәndi. Kilsәyә su çәkildi.
Allah bütün ustalara güc-qüvvәt verdi."
Doktor Abasәliyev daha xәstә tәrәfә gözünün ucuyla
da baxmır, biri-birinin ardınca çantadan dartıb çıxardığı
vәrәqlәri elә boğuq sәslә oxuyurdu ki, sanki özü-özünә
mütaliә edirdi.
Münәvvәr xanım anladı ki, bu iş uzun çәkәcәk,
müdaxilә elәdi:
- Doktor, axı hәr yerdә onların ermәni yox, alban
olduqları yazılır.
Doktor Abasәliyev sanki bircә anı da olsun boş yerә
vaxt itirmәk istәmirdi. Amma bununla belә başını qaldırıb
tibb bacısına baxdı, gözünü kağızdan ayırmadan qışqırdı:
- Sәnin dediklәrin tam mәntiqsizdi! Әgәr kimsә özünü
ermәni adlandırırsa, mәn necә deyә bilәrәm ki, yox, sәn
ermәni deyilsәn? Sәn hansısa albansan, lәzgi, talışsan,
yaxud bütün bunların cәminin qarışığısan? Düzdü, bәzilәri
Әylis ermәnilәrini "zok" adlandırırlar. Onların dili dә
Erevan ermәnilәrinin dilindәn bir qәdәr seçilir. Yazılarında
da fәrqlәr tapmaq olar. Axı bizim Ordubadın müsәlman
kәndlәrinin dә hәrәsi öz lәhcәsindә danışır. Şәkilini bakılı
ilә qarışıq salmaq olmur - gör nә qәdәr dil, xarakter, adәt
fәrqlәri var. Ermәnilәrdә dә eyni haldır. Bilmirәm bu
albanlar kim imiş, harda yaşayıblar. Amma Әylisdәkilәrin
ermәni olduğu dәqiqdir. Ermәnini növlәrә bölmәyә nә
ehtiyac var. Bәli, - doktor bu dәfә dә Fәrid Fәzaniyә
müraciәtlә dedi. - VIII-XIII әsrlәrdә necә әrәb yürüşlәri
olub, elәcә dә türk, tatar-monqol, oğuz, sәlcuq yürüşlәri
olub. Sonralar üç yüz il bu torpaqlar İranın vә Türkiyәnin
DAŞ YUXULAR
132
qanlı döyüş meydanına çevrilmişdir. O gәlir qırır, bu gәlir
qırır. Әgәr işgәncә verilәrәk öldürülәn hәr ermәninin
üstündә bir şam yandırsaydılar, o şamların işığı Ayın
nurunu kölgәdә qoyardı. Ermәnilәr hәr әzaba qatlaşıblar,
amma heç zaman öz etiqadlarından dönmәyә razı
olmayıblar. Bu xalq işgәncәlәrdәn yorulub, zülümdәn cana
gәlib, amma yenә kilsә tikmәkdәn, kitab yazmaqdan,
Allahını sevmәkdәn usanmayıb.
- Bәs elәdirsә әlavә torpaq bu xalqın nәyinә lazımdı?
Nә qәdәr istәyirlәr göy üzü ilә danışsınlar. - Fәrid Fәrzani
yüngülcә gülüb, cavab verdi.
Doktor topa kağızların arasından bir vәrәq dә çıxardı.
- "1651-ci il. 7 oktyabr. Tәbriz. Qardaşım Simonla
Tәbrizә getmişdik. Tәbriz hakimi Әliqulu xan istәdi Simon
müsәlmanlığı qәbul elәsin. Bizi bu böyük bәdbәxtçilikdәn
Allah saxladı." Bizim qәhr edilәn aqulislilәr Allaha belә
bağlıydılar, Fәrid. Әgәr müsәlmanlığı qәbul etsәydi,
hәmәn o Әliqulu xan Simonu qızıla tutardı. - O, fasilәsiz
olaraq gülümsәyәn xәstәyә nәzәr saldı, özü dә ürәkdәn
güldü vә bayaqkı hәvәslә sözünün dalını gәtirdi:
- Onların bir әjdaha şairi var - Eqeşe Çarens - 37-dә
repressiyanın qurbanı olub. Deyib-gülәn, tut arağının
ölüsü olan bu şair bir dәfә zarafat elәdi: "vaxtında
әzamızın axmaq yerindәn bir tikә kәsmәyә qoymadıq, ona
görә dә müsәlmanlar bütün millәtimizin başını kәsmәyә
qәrar verdilәr."
Xәstәnin növbәti dәrman qәbuluna hәlә yarım saat
qalırdı. Ancaq Azadә xanım başa düşdü ki, atası
gündәliyin oxunuşunu davam etdirmәk fikrindәdir,
DAŞ YUXULAR
133
çarpayının yanına gәldi, işarә etdi ki, xәstәni rahat
buraxmaq lazımdı.
Ata bu dәfә dә qızının tәlaşını nәzәrә almadı.
Çantadan daha bir vәrәq çıxarıb әyiş-üyüşünü sağallayıb
düzәltdi:
- Burada isә belә yazılıb, cavan oğlan...Bax, Zakari
Aqulis 10 noyabr 1676-cı ildә yazıb: "Mәn, Zakari bu gün
Müqәddәs Ovanes kilsәsinin hәyәtinә qollu-budaqlı, iri bir
çinar basdırdım." Mәnә elә gәlir, Daş kilsәnin hәyәtindә
çinar ağacı olmayıb. Bәlkә var imiş, unutmuşam, düzünü
sәn bilәrsәn.
Bax elә bu an Saday Sadıqlının gözlәri qeyri-adi
dәrәcәdә geniş açıldı, qurumuş dodaqları tәrpәndi:
- Çeş - me - se - din! Eç - ma- eçmaz - za!
Xәstәxana çarpayısında döşәli qaldığı günlәrdәn bәri
onun dilindәn ayrılan ilk sәslәr idi ki, hansısa bir sözә
oxşayırdı.
"Eçmiәdzin"in nә demәk olduğunu isә yalnız Azadә
xanım başa düşә bilәrdi vә başa düşdü...özünü әlә ala
bilmәdi...bәrkdәn içini çәkdi...dәrdli-dәrdli hönkürüb
ağadı.
- Papa! Papa!.. - göz yaşları içindә danışmağa
başladı. - O, hәlә danışa bilmir, papa, O, heç nәyi tanımır.
Sәn isә ara vermәdәn danışırsan, danışırsan...
Doktor Abasәliyevin rәngi qәfil ağardı. Sanki sarsıntı
keçirmiş adam nә baş verdiyini, hara düşdüyünü anlamaq
istәyir, gah xәstәyә, gah Fәrzaniyә, gah Münәvvәr
xanıma, lap sonda isә onun düşünülmәz hәrәkәti
nәticәsindә göz yaşlarına qәrq olan yeganә qızına baxırdı.
DAŞ YUXULAR
134
- Axı o nәsә dedi - o, üzürxaqlıq vә qüssә ilә
Fәrzaniyә söylәdi.
- Hә, nәsә pıçıldadı. Әslindә xeyli müddәt әvvәl
danışmalı idi. Nәdәnsә yubanır.
- Görünür, amneziyanın ağır formasıdır. Niyә
әvvәlcәdәn mәnә bildirmәmisiniz?
- İmkan verirdin ki, ağzımızı açaq. - Doktor Fәrzani az
qala sәrt tәrzdә cavab verdi. - Uzaqda idin, Әylisә
getmişdin, üç yüz qırx il әvvәlә, heç kimi gözün görmürdü.
- Doktor Fәrzani güldü, sonra isә ciddi halda maraqlandı: -
Doktor, hәmin adamlar hәqiqәtәnmi Әylisdә olublar?
- Әlbәttә olublar! O zaman orada yaşayanların hamısı
Allahın nәzәrindә eyni insanlar idilәr. Onlar su çәkir, bağ
salır, daş hörürdülәr. İstәr sәnәtkar olsun, istәr tacir -
ermәnilәr yüzlәrlә yad şәhәrlәri, kәndlәri dolaşıb, yalnız
ona görә qәpik-qәpk pul toplayırdılar ki, özlәrinin balaca
Aqulisini hәqiqi cәnnәt guşәsinә döndәrsinlәr. On
doqquzuncu ildә türklәr gәlib Әylisdә xaraba qoyduqları
ermәni evlәrinin dağıntıları altından müsәlman әhali hәlә
dә qızıl axtarır. Hәtta әkin üçün yer şumlayanda elә bilirlәr
ki, bax indicә ayaqlarının altından qızıl çervonlar çıxacaq.
Axı onlar hәmin ermәnilәrin kömәyi ilә yerin dibindәn su
çıxarmışdılar, dağların arasıyla fayton yolları çәkmişdilәr.
Dәhnә qurmuşdular. Çay daşlarından keçәlәklәr
salmışdılar, bütün küçәlәrә çaylaq daşı döşәmişdilәr.
Hәmin o qızılın sayәsindә on iki möhtәşәm kilsә
yaradılmışdı, bәlkә dә hәrәsinә tonla qızıl xәrclәnmişdi.
Xәstә sonsuz bir heyrәt içindә indi qәrar tutduğu
uzaq diyardan doktor Abasәliyevә baxdı. Bu adam tanış
DAŞ YUXULAR
135
gәlirdi vә Saday Sadıqlı bütün gücünü toplayıb onu
xatırlamağa çalışdı. baxd
Qadınlar sәbirsizliklә kilsә, keşiş, Әylis söhbәtinin nә
zaman sona yetәcәyini gözlәyirdilәr.
Münәvvәr xanım xәstәnin vәziyyәti barәdә bilgi verdi:
- Yaraları sürәtlә sağalır, doktor, - Abasәliyevә
müraciәtlә bildirdi. - Bir әlindәsınıqlar vardı, barmaqları bir
neçә yerdәn sınmış, çıxmışdı, amma dörd-beş günә
hamısı bitişdi. Dizindәki sınıq qorxulu deyil. Ayaq
barmaqlarını rahat tәrpәdir. Orqanizm cavandır, Allah
elәsin, tez şәfa tapsın. Ola bilәr ki, beyin silkәlәnmәsi
vәziyyәti qәlizlәşdirsin. Bunu siz hamıdan yaxşı bilirsiniz.
Amma on gün az müddәt deyil, doktor. Xәstә bu vaxta
qәdәr heç olmasa gәrәk danışaydı. Bәlkә nә qәdәr gec
deyil onu Moskvaya göndәrmәk lazımdı? Fәrid Qasanoviç
dә, Azadә xanım da bu fikirdәdir.
- Bu amneziyanın konfabuleza formasıdır. Biz
psixiatorlar bunu hәm dә Korsanov sindromu adlandırırıq.
Anqioqrafiya olunub? - Abasәliyev doktor Fәrzanidәn
soruşdu.
- Dünәn kranioqrafiya olunub. Bizdә anqioqrafiya
aparatı yoxdu. - Doktor Fәrzani bir qәdәr susub әlavә
elәdi: - Münәvvәr xanım haqlıdı, әn yaxşısı budur ki,
Moskvaya aparılsın.
- Bәs kranioqrafiya nә göstәrir?
- Yaxşı heç nә - doktor Fәrzani cavab verdi, bir qәdәr
düşünüb әlavә elәdi. -
Onun beynindә balaca şiş müşahidә edilir. Ola bilәr
çoxdanın şişidi, indi demәk çәtindi. İndiki halda xәstәni
tәrpәtmәk çox tәhlükәlidi, bir az gözlәmәk lazımdır.
DAŞ YUXULAR
136
Düşünürәm ki, Moskvasız bu işin öhdәsindәn gәlә
bilmәrik. - Azadә xanıma baxıb günahkarcasına başını
aşağı әydi.
Bir neçә dәqiqә heç kәsin cınqırı çıxmadı. Sükutu
doktor Abasәliyev pozub daha bir bәd xәbәr verdi:
- Eşitmisәn, Aza, Nuvariş neylәyib?
- Yox, neylәyib ki?
- Deyirlәr özünü eyvandan atıb.
- Kim deyir? - Azadә hәyәcanlı, titrәk sәslә pıçıldadı.
- Mәrdәkanda çörәk dükanında arvadlar danışırdılar.
Mәn özüm dә üç-dörd gün әvvәl onun ölümü haqqında
radiodan eşitmişәm. Amma bilmirdim ki, özünә qәsd
elәyib.
- Ona görә bura gәlmirmiş, - doktor Fәrzani dillәndi.
- Allah rәhmәt elәsin, - Münәvvәr xanım bütün
bәdәnini әsdirә-әsdirә ümumi kәdәrә şәrik oldu.
Sәhәr tezdәn palataya uşa-uça girәn doktor
Abasәliyev günortaya yaxın xәstәxanadan çıxanda tamam
başqa halda Mәrdәkandakı evinә yollandı.
Saday isә hәlә dә özünün uzaq dünyasında idi. İndi
göyçәk tülkü balasını qovaraq tәpәnin üstünә qalxmışdı,
kәndin aşağı vә yuxarı mәhlәlәrini görürdü, qüruba
әyilmәkdә olan günәşin şәfәqlәri ilә işıqlanan havadan qoz
yarpaqlarının su qoxusu qarışmış acımtıl әtri bürümüşdü.
Qocaman qoz ağacının yaşıl budaqları onun durduğu
yüksәkliyә tәrәf әyilmişdi.
Uzaqlardan Daş kilsәnin divarlarını döyәclәyәn suyun
sәsi eşidilirdi.
Qara, göyçәk tülkü balası hәlә dә yaşıl badaqlar
arasında tullanıb düşür, oğlan onu gözdәn itirmәkdәn
DAŞ YUXULAR
137
qorxurdu vә hәm dә ürәyi su istәyirdi. Beyni susuzluqdan
yanırdı. Daşdan hörülmüş arxın içiylә şırıldayıb axan vә
axırda daş hovuza tökülәn sәrin suyun hәsrәti onu bir
maqnit gücüylә özünә sarı çәkirdi. Amma tülkü balasını
itirmәk qorxusu onu suyun üstünә qaçmağa qoymurdu.
Sonra o, tülkü balasının ağacdan daş hasarın üstünә
necә atıldığını vә öz yoluyla çıxıb getdiyini gördü. Oğlan
sevindi, indi o, şırıltıyla axan suyun yanına gedә bilәrdi.
Ovcunu suyun axarı qarşısına tutdu. Amma әli bircә
gilә dә yaş olmadı. Heç sәrinlik dә yox idi, әksinә isti hava
әlini qarsırdı.
Oğlan beyninin yanğısını soyutmaq üçün başını arxın
içinә tәrәf әydi. Yenә dә bir nәticә hasil olmadı, hәtta
gurultuyla axan su da onun beyninin yanğısını söndürә
bilmәdi. Yalnız bu anda oğlan dәhşәtә gәldi, burada başı
suya qarışanda qara tülkü balası әbәdi olaraq gözdәn itib
yox olmuşdu.
Bu an haradansa qәfil atәş açıldı. Güllәlәr vıyıltıyla
artistin qulağının dibindәn uçub getdi.
Heç olmasa atәşin hayandan açıldığını müәyyәn
elәmәk üçün bütün gücünü toplayıb başınnı qaldırdı vә
nurdan hörülmüş o hasarın yerindә indi Әylisdә olan adi
hasarlardan biri, üstü gillә palçıqlanmış daş hörgü
dayanırdı.
Vә o hasarın dibiylә qapqara, yumşaq tüklü gözәl
tülkü balasının al qırmızı qanı axıb gedirdi.
Vә elәcә axıb gedәn qan o qәdәr qalxırdı ki, hasarı
aşırdı. Axan qandan qorxunc bir uğultu qopurdu vә bu
uğultu Әylis kilsәlәrinin dәrin çatlarında pәtәk salan, bala
qoyan, bal qoyan sonra da qoyduqlarının yerini tapmaq
DAŞ YUXULAR
138
üçün zillәt çәkәn sürü-sürü çaşqın arı qanadlarından
qopan uğultuya oxşayır vә hәmin uğultu bir an öncә
açılan atәş sәsinә qarışıb qapqara bulud kimi göyün üzünә
yayılırdı.
Saday hәr şeyin bitib göz qapaqlarının әbәdi
yumulduğu, uca-uca göylәrin altındakı Әylis dağlarının әn
hündür dikindә qәrar tutduğu vaxt, qәfil Vuraqırd kilsәsini
apaydın gördü. - Yenә dә "Göyәrçin bazarı" idi ora. O, son
macalda anladı ki, daha getmәyә heç bir yeri yoxdur.
1990-cı il yanvar ayının 12-si, cümә günü
yaxınlaşırdı.
Uluruh Türkmәnmәkan...Bütün gün azadlıq,
müstәqillik, Qarabağ haqqında kiflәnmiş şüarları bağıra-
bağıra xәstә tәxәyyüllü, havalanmış kütlәni, әrindәn
yarımayan arvadları küçә-küçә gәzdirib dolandıran Uluruh
Türkmәnmәkan axşamtәrәfi mitinqini Paratetdә yerlәşәn
ermәni kilsәsinin qarşısına salmışdı. Xәlilullahın qulbeçәlәri
bir saatdan çox idi mәbәdә od vurmağa çalışırdılar. Heç
bir vәchlә kilsәni alışdırmaq mümkün olmurdu.
Elә buna görә dә dәn gәzәn dolaşa kimi şairin yan-
yörәsini bürüyәn vәtәnpәrvәr vә fәal qadınlar daha da
cinlәnirdilәr.
Azadә xanım Münәvvәr xanımla birgә Saday
Sadıqlının meyitini yudurtmaq üçün xәstәxana maşınında
mәscidә gәtirdilәr.
Xәstәni insultdan xilas etmәyә gücü çatmayan,
yorğun, peşimançılqdan üzülüәn doktor Fәrzani
kabinetindә çöküb qalmışdı. İlk dәfәydi ki, içindә yadlıq vә
gedәrginlik hiss elәyirdi. O, öz fikrindә Bakı ilә son dәfә
DAŞ YUXULAR
139
vidalaşdı vә mәxsusi bir hәyәcan, ümid, narahatlıq içindә
qızının Moskvadan zәng çalacağını gözlәyirdi.
Parapetin yaxınlığındakı kilsәdәn burum-burum
qalxan qara tüstülәr isә getdikcә hey sıxlaşır vә 1990-cı il
yanvarın on üçünün qan iyi gәlәn gecәsinin zülmәt
qaranlığına qarışırdı.
Doktor Abasәliyev Mәrdәkanda idi vә hәlә baş
verәnlәrdәn xәbәr tutmamışdı.
Әylis kilsәlәrinin damında gecәlәyәn göyәrçinlәr
sakitcә yatmışdılar vә göy üzünә bәnzәr dәrin, mavi
yuxular görürdülәr.
Әylis. İyul 2006
Bakı. İyun 2007.
Dostları ilə paylaş: |