Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/128
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1058
1   ...   5   6   7   8   9   10   11   12   ...   128
DAŞ YUXULAR 
12
qardaşımız sakitlәşdi. Sonradan onları tanıdıqlarını etiraf 
edәn tibb bacılarının  әvvәl-әvvәl özlәrini bilmәzliyә 
vurmalarını Nuvariş Qarabağlı belә yozdu ki, onlar doktora 
görә ehtiyyat elәyiblәr. Qorxublar ki, qabaqdangәlmişlik 
hәkimin xәtrinә dәyәr. Nuvariş Qarabağlıya elә gәlirdi ki, 
bayaqdan bәri söylәdiklәri hәkimә çatmayıb. Ya hәkim 
çox-çox fikirli olub, ya da Nuvariş Qarabağlı  әsәb 
gәrginliyi sәbәbindәn lazım olan sözlәri tapıb deyә 
bilmәyib. Ona görә  dә  nә  qәdәr mümkündürsә fikrini 
cәmlәmәk, Parapetdә baş verәn müsibәti daha sadә  vә 
aydın şәkildә çatdırmaq qәrarına gәldi: 
-  Әhvalat belә oldu, doktor; mәn sәhәr tezdәn 
şәhәrә  çıxdım.  İndi dәqiq yadımda qalmayıb, saat on 
olardı, bәlkә  dә on bir olardı. Parapetdә  Fәvvarәlәr 
deyilәn yer var, görmәmiş olmazsınız. Bax orda qәfil 
qışqır-bağır qopdu. Elә bil kiminsә  әtini kәsirdilәr. Heç 
demә, bir qoca ermәniymiş ordakı. Bәdbәxt çörәk almaq 
üçün evdәn çıxıb vә elә  hәmin dәqiqә keçib yerazların 
әlinә. Ev paltarındaymış, çәkәlәkdә... 
Mәn ora çatanda bәdbәxti öldürüb hovuza 
tullamışdılar. Gözlәri açıq idi, doktor, dübbәdüz mәnә 
baxırdı. Açığı, mәn onun necә qәtlә yetirildiyini görmәdim. 
Әvvәldәn orda olanların söylәdiklәrinә görә, lap siftә 
ermәnini hovuza tullayıblar, buzlu suyun içinә. Bu da qoca 
kişii, soyuğa dözmәz, istәyәr sürünüb sudan çıxsın. 
Hәmәn cavan oğlanlar hovuzun başında dayanıb yazıq 
kişini tәpiklәyә-tәpiklәyә  tәzәdәn salıblar hovuza, ta canı 
çıxana qәdәr. Allah saxlamış bu Saday Sadıqlının da ki, 
başından ömür-billah qada-bala әskik deyil. Yoxsa ki, 
heylә  zıppıltıda sәnin nә itin azıb. Sadәcә, arına gәlib, 

1   ...   5   6   7   8   9   10   11   12   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə