Demokratik rejimlərdə siyasi hakimiyyət uğrunda mübarizənin yeganə legitim mexanizmi kimi seçkilərin şəffaflığı seçki prosesinin idarə olunması xüsusiyyətləri ilə birbaşa bağlıdır



Yüklə 17,33 Kb.
tarix02.01.2022
ölçüsü17,33 Kb.
#47250
Demokratik rejimlərdə siyasi hakimiyyət uğrunda mübarizənin yeganə legitim mexanizmi kimi seçkilərin şəffaflığı seçki prosesinin idarə olunması xüsusiyyətləri ilə birbaşa bağlıdır


Demokratik rejimlərdə siyasi hakimiyyət uğrunda mübarizənin yeganə legitim mexanizmi kimi seçkilərin şəffaflığı seçki prosesinin idarə olunması xüsusiyyətləri ilə birbaşa bağlıdır. Əgər dünənə qədər hesab olunurdusa ki, seçki prosesində saxtakarlıq, şəffaflığın pozulması və digər xoşagəlməz tendensiyalar yalnız tranzit dövrünü yaşayan demokratik rejimlər üçün xarakterik tendensiyadır, bu gün biz görürük ki, hətta ABŞ kimi “superdemokratiyalarda” da bu problem özünü ən yüksək səviyyədə büruzə verə bilər. Bu tendensiyalar son illərdə siyasi elm mütəxəssislərini seçki texnologiyaları, seçki kompaniyaları, səsvermənin idarə olunması kimi prosesləri yenidən nəzərdən keçirməyə vadar edir. Nəticə etibarı istər Qərb siyasi elmində, istər postsovet məkanında seçki proseslərinin idarə olunması problemi ilə bağlı yeni yanaşmaların ortaya çıxmasının şahidi oluruq. Bu yanaşmalarda seçki prosesində şəffaflığın təmin olunması problemi hər şeydən öncə prosesin idarə olunması, prosesə cəlb edilən subyektlərin differensasiyası, seçki prosesində maliyyələşmənin xarakteri ilə əlaqələndirilir.

Praktiki olaraq qeyd edilən problemlərin təhlili üzərində siyasi elmdə yeni tətbiqi bir istiqamətin-elektoral menecment kimi bir sahənin formalaşdığının şahidi oluruq. Qərb siyasi elmində bu sferanı ilk sistemləşdirən Şərqi İngiltərə universitetinin professoru Tobi Ceyms olmuşdur. Rusiyada bu problem ilk dəfə professor Qrişin tərəfindən qabardılmışdır. Professor Qrişinin qeyd etdiyi kimi T. Jeymsin prosesə gətirdiyi yeniliyin əsas cəhətlərindən biri seçki kampaniyalarının idarə olunması prosesinə şəbəkə modelinin tətbiq edilməsidir.1 Jeyms modelləşməsinin kökündə prosesin idarə olunmasında hakimiyyət strukturlarının iştirak səviyyəsinin müəyyən edilməsindən daha çox prosesin idarəedici subyektləri arasında əlaqələrin xüsusiyyətlərinin araşdırılması durur.

T. Ceymsin şəbəkə modelinə görə seçki kampaniyalarının təşkili və idarə olunması prosesində iştirak edən subyektlərin qarşılıqlı əlaqəsi şəbəkə sistemini xatırladır. Dayanıqlı demokratiyalarda subyektin tipindən asılı olaraq bu şəbəkənin üç forması ola bilər:

Seçki prosesinin keçirilməsi və idarə olunmasında digər subyektlərin minimum aktivliyi fonunda dövlətin əsas subyekt kimi çıxış etməsi-(Mature governmental network).

Assimetrik şəbəkə-seçki prosesinin keçirilməsində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən siyasi partiya təmsilçilərinin tam iştirakı və bununla belə dövlətin bu işdə əsas subyekt rolunda çıxış etməsi.

Pluralist əməkdaşlıq şəbəkəsi-burada seçki prosesinin idarə olunmasında əsasən vətəndaş cəmiyyəti institutları iştirak edir, icra hakimiyyəti orqanlarının iştirakı və səlahiyyətləri minimal xarakter daşıyır.

Qeyd edilən şəbəkə modellərinin hər biri sırf demokratik rejimlər üçün xarakterikdir və əsas diqqət prosesin idarə olunmasında dövlətlə vətəndaş cəmiyyəti institutlarının iştirak balansının müəyyən edilməsinə yönəlmişdir. T. Ceymsin qeyd edilən şəbəkə modeli təsnifatı R. Lopes-Pinterin təklif etdiyi elektoral menecment tiplogiyasından qaynaqlanır: müstəqil model, hökümət modeli və qarışıq model.2 2014-cü ildə İDEA təşkilatının elektoral menecmentlə bağlı Stokqolmda nəşr edilən kitabında da eyni model təsnifatı verilir.3

Mahiyyət etibarı ilə qeyd edilən model təsnifatı seçki prosesinin idarə edici subyektlərini bir birindən icra hakimiyyət strukturlarından asılılıq səviyyəsinə və maliyyə mənbələrinə görə fərqləndirir.

Seçki prosesinin idarə olunmasında subyektlərin müəyyən olunması və bu subyektlər arasında əlaqələrin xarakterinin müəyyən edilməsində yuxarıda qeyd edilən təsnifatların və xüsusən T. Ceymsin təklif etdiyi şəbəkə modelinin əhəmiyyətini anlamaq üçün seçki prosesinin mahiyyətinə fərqli rakursdan baxmaq lazımdır. Fikrimizcə seçki prosesini hər şeydən öncə geniş və dar mənada nəzərdən keçirmək olar.

Dar mənada artıq yuxarıda qeyd etdiyimiz kimi seçki prosesi siyasi hakimiyyətin qorunması yaxud ötürülməsi prosesinin legitim mexanizmidir. Bu proses zaman baxımından məhdud proses olub seçki təbliğat təşviqat kampaniyalarının və o cümlədən seçkinin keçirilməsi aktlarını əhatə edir. Prosesin işinə cəlb edilən subyektlərin əsas vəzifəsi seçki prosesinin monitorinqini apararaq düzgünlüyün və legitimliyin təmin olunmasına yardımçı olmaqdır.

Geniş mənada biz seçki prosesini bu və ya digər ölkə daxilində siyasi proseslərin aktivləşməsi fazası kimi nəzərdən keçiririk. Bu faza zamanı ölkənin əsas siyasi aktorlarının fəaliyyətində yüksək dinamika qiydə alınır. Seçki prosesi çərçivəsində siyasi proseslərdə üzə çıxan bütün siyasi aktorlar ilk baxışdan siyasi hakimiyyət uğrunda mübarizəyə qoşulsa da məqsədlər fərqli olur. Siyasi prosesin iştirakçısı olan bir sıra siyasi qüvvələrin bir qisminin məqsədi hakimiyyətin əldə edilməsi, digər bir qisminin isə əsas məqsədi sadəcə olaraq özünün geniş kütlələrə tanıdılması olur.

Formalaşan siyasi mühitdə ilk baxışdan seçkilərə siyasi proses olaraq qoşulan siyasi aktorların fərqli tipologiyası prosesin şəffaflığının, nəticələrin düzgünlüyünün və ümumiyyətlə demokratik abı havanın qarantı kimi təqdim edilə bilər. Burada hər şeydən öncə seçki prosesinin idarə olunmasında iştirak edən vətəndaş cəmiyyəti institutlarından, müxtəlif qeyri hökümət təşkilatlarından, beynəlxalq monitorinq qruplarından söhbət gedir.

Bununla belə məsələnin başqa tərəfi də var. Məsələ burasındadır ki, idarəetməsi mərkəzləşdirilməmiş seçkilər siyasi proses olaraq nəticələrdən asılı olaraq tamamilə gözlənilməz nəticələrə gətirib çıxara bilir. Bunun fəsadlarını postsovet məkanında Ukrayna, Gürcüstan və Ermənistan kimi ölkələrdə müşahidə edə bilmişik. Şəffaflıq naminə elektoral menecment prosesində tam sərbəstlik verilən vətəndaş cəmiyyəti institutlarının seçki nəticələri ilə barışmayan emosiyaları ölkələrdə siyasi sabitliyin pozulmasına gətirib çıxaran fəaliyyət formalarına keçidin başlanğıcına çevrilmişdir. Bu baxımdan T. Ceymsin seçki prosesinin idarə olunması ilə bağlı təklif etdiyi şəbəkə modellərinin bizim ölkələrdə tətbiq perspektivlərini diqqətlə öyrənməyə böyük zərurət duyulur.

Hesab edirik ki, bu və ya digər seçki prosesində dövlətlə yanaşı vətəndaş cəmiyyəti institutlarının, siyasi partiya nümayəndələrinin iştirakı demokratik və şəffaf seçkilər üçün xüsusi önəm daşıyır. Bununla belə adı çəkilən subyektlərin fəaliyyəti və monitorinqi prosesi birbaşa dövlətin nəzarəti altında həyata keçirilməlidir. Burada





1 Гришин Н. Первое комплексное исследование электорального менеджмента: рецензия на монографию Тоби Джеймса “Comparative electoral management: performance, networks and instruments” / Вестник Пермского университета. ПОЛИТОЛОГИЯ. Т. 14. №2. 2020. Стр 128-130

2 López-Pintor R. Electoral Management Bodies as Institutions of Governance. New York: Bureau for Development Policy, United Nations Development Programme, 2000. P. 17

3 Electoral Management Design. Электронный ресурс: https://www.idea.int/sites/default/files/publications/electoral-management-design-2014.pdf

Yüklə 17,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin