Dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri



Yüklə 56,82 Kb.
Pdf görüntüsü
tarix20.11.2019
ölçüsü56,82 Kb.

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq

edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün

tələb  və  çağırışlarına  uyğun  inkişafı  ilə  bağlı  müəyyənləşdirilmiş  hədəflərdən  irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsi  daim

diqqətdə saxlanmış, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirilmişdir.

İlk öncə minnətdarlıq hissi ilə qeyd edilməlidir ki, dövlət başçısının müntəzəm dəstəyi və qayğısının nəticəsi olaraq,

yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş azkomplektli məktəblər üçün

modul  tipli  binaların  quraşdırılması,  eləcə  də  ümumtəhsil  məktəblərinin  əsaslı  təmiri  və  maddi-tədris  bazasının

möhkəmləndirilməsi  sahəsində  aparılan  işlərin  ardıcıl  davam  etdirilməsi  bütövlükdə  ümumi  təhsilin  infrastrukturunun

yenidənqurulmasına,  təlim-tərbiyə  şəraitinin,  təhsilin  keyfiyyətinin  yaxşılaşmasına,  pedaqoji  kollektivlərdə  iş  əzminin

yüksəlməsinə  müstəsna  dərəcədə  əhəmiyyətli  təsir  göstərmişdir.

Ötən müddət ərzində ümumtəhsil məktəblərinin 142 mindən artıq müəlliminin bilik və bacarıqlarının diaqnostik

qiymətləndirilməsi başa çatdırılaraq əməkhaqları artırılmış, bölgələrdəki məktəblərə 2015-2017-ci illərdə 11 mindən çox

müəllimin göndərilməsi pedaqoji kadrlara olan ehtiyacın ödənilməsində mühüm rol oynamışdır.

Görülmüş tədbirlərlə əlaqədar vaxtilə təhsilin keyfiyyəti baxımından fərqlənməyən bir sıra rayon və şəhərlərdə son

illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas

müəssisələrinə qəbulda müəyyən müsbət dəyişikliklər müşahidə olunmaqdadır.

Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması, tam orta təhsilin təmayülləşdirilməsi,

eləcə də fənlərin məzmununun təkmilləşdirilməsi, şagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün

genişləndirilməsi, milli mənəvi dəyərlər zəminində tərbiyəsi istiqamətində pilot layihə və müsabiqələrin təşkili, məktəb-

valideyn, məktəb-ali məktəb əlaqələrinin möhkəmləndirilməsi, yerli təhsil orqanları və ümumi təhsil müəssisələri arasında

əməkdaşlığın  gücləndirilməsi  sahəsində  məqsədyönlü  işlərin  aparılması,  ölkədaxili  fənn  olimpiadaları  sisteminin

yenidənqurulması  sayəsində  uğurların  yüksəlməsi,  dünya  fənn  olimpiadalarında  və  digər  beynəlxalq  bilik  yarışlarında

şagirdlərimizin davamlı olaraq mükafata layiq yerlər tutması, beynəlxalq qiymətləndirmələrdə müsbət göstəricilərin ilbəil

artması, yaradıcı fəaliyyətin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübələrin üzə

çıxarılmasına xidmət edən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin, həmçinin pedaqoji mühazirələrin

keçirilməsi, eləcə də 2017-2018-ci dərs ilinin təhsildə keyfiyyət ili elan edilməsi ümumi təhsilin keyfiyyətinin daim diqqətdə

saxlanmasının real nümunəsidir.

Bütün  bunlarla  yanaşı,  həmçinin  qeyd  edilməlidir  ki,  ümumi  təhsilin  keyfiyyətinin  müasir  çağırışlara

uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik,

milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəb pedaqoji kollektivləri qarşısında

daha ciddi vəzifələr irəli sürülür və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsi tələb olunur.

Qeyd olunanları nəzərə alaraq, 2018-2019-cu dərs ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərinin davamlı

surətdə  yaxşılaşdırılması,  təhsilalanların  milli  ideologiyamız  olan  azərbaycançılıq  məfkurəsi  əsasında  tərbiyə  edilməsi

istiqamətində  çevik  fəaliyyət  mexanizmi  yaratmaq  məqsədilə  “Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  haqqında

Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Təhsil Nazirliyinin 2017-ci il 28 avqust tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı



Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam

etdirilməsi məqsədəuyğun hesab olunsun.



2. 2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri nümunəvi olaraq aşağıdakı kimi

müəyyən edilsin:

2.1.  Fənlər  üzrə  şagirdlərin  təlim  nəticələrinin  təhlili  əsasında  mövcud  vəziyyətin,  xüsusilə  də  buraxılış  sinif

şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, şagirdləri davamlı olaraq zəif

nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi.

2.2.  Məktəblərdə  şagird  kontingentinin  tam  optimallaşdırılması,  yaşayış  ərazisi  daxilində  yaşayan  məktəbyaşlı

uşaqların təhsildən kənarda qalması hallarına yol verilməməsi, bununla əlaqədar valideynlərlə, eləcə də aidiyyəti təşkilatlarla

əməkdaşlığın gücləndirilməsi.

2.3. Məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə

təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodik

köməklik göstərilməsi.

2.4. İbtidai sinif müəllimlərinin tərkibinin peşəkarlıq baxımından təhlil olunması, onlar haqqında ictimai rəyin ətraflı

öyrənilməsi və siniflərə təyinatda ciddi surətdə nəzərə alınması, “İnformatika” və “Xarici dil” fənləri istisna edilməklə digər

fənlər üzrə dərs saatlarının başqa müəllimlər arasında bölüşdürülməsi hallarının aradan qaldırılması.

2.5. Şagirdlərin seçilmiş tədris dili, dövlət dili kimi Azərbaycan dili, Azərbaycan tarixi və coğrafiyası üzrə praktik bilik

və bacarıqlarının, məlumatlılıq səviyyəsinin təkmilləşdirilməsi və genişləndirilməsi. Şagirdlər tərəfindən yaşadıqları ərazinin

tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi

işinin təşkili.

2.6. Yerlərdə yaradılmış “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi, “Hər bir uşaq istedadlıdır” devizi ilə

ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara,

müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması,

mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu

“Mütaliə aylığı”nın keçirilməsi.

2.7. Azərbaycançılıq ideologiyasının mahiyyətinin izahı və təbliği, müstəqilliyimizin simvolu olan dövlət rəmzlərinin

hər  bir  şagird  tərəfindən  dərindən  dərk  olunması  istiqamətində  məqsədyönlü  işlərin  davam  etdirilməsi,  esse,  inşa,  bədii

qiraət, rəsm və mahnı müsabiqələrinin, şagird təqdimatlarının, müzakirələrin təşkili.

2.8. Məktəblərdə Azərbaycan dövlətinin, ölkə prezidentinin ictimai-siyasi, sosial-iqtisadi sahələrdə dinamik inkişafı

ehtiva edən fəaliyyəti, ölkəmizdə aparılan quruculuq işləri, o cümlədən ordu quruculuğu barədə şagirdlərə yaş səviyyələrinə

uyğun davamlı məlumatların çatdırılması.

2.9.Tədris  prosesində  və  dərsdənkənar  vaxtlarda  “Unutsaq  unudularıq”  başlığı  üzrə  Azərbaycan  elminin,

ədəbiyyatının,  incəsənətinin,  dövlətçiliyinin  inkişafında  böyük  xidmətləri  olan  tarixi  şəxsiyyətlər,  o  cümlədən  qüdrətli

Azərbaycan hökmdarları və sərkərdələri, vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş

şəxslər haqqında şagirdlərin məlumatlandırılması və onların anım günlərinin keçirilməsi, müasir dövrümüzün tanınmış elm,

incəsənət, ədəbiyyat, təhsil xadimləri, əmək adamları, müharibə iştirakçıları və qəhrəmanları ilə görüşlərin təşkili.

2.10. Hüquq-mühafizə və səhiyyə orqanlarının məsul işçiləri, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri

tərəfindən hüquq pozuntularının qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması, reproduktiv sağlamlıq, insan

alverinin qurbanları, alkoqollu içkilərə və psixotrop maddələrə meyilliyin acı nəticələri, erkən nikahların fəsadları, internetdən

təhkükəsiz  istifadə  və  zərərli  məlumatlardan  mühafizə  və  sair  bu  kimi  mövzularda  şagirdlərlə  maarifləndirici  tədbirlərin

təşkilinin  təmin  edilməsi.

3. Ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-

IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin

bayraqdarı” mövzularına həsr olunsun.

4. Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət

Himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilsin.

5. 2018-2019-cu dərs ilində Pedaqoji mühazirələr “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna


həsr edilsin.

Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) pedaqoji mühazirələrin təşkili, keçirilməsi və yekunlaşdırılması

ilə bağlı aidiyyəti sənədlərin vaxtında hazırlanıb yerlərə çatdırılmasını təmin etsin.

6. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər)

təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın ki:

6.1. Təhsil şöbələri (idarələri) və ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid fəaliyyət planlarına qeyd

edilən istiqamətlər üzrə tədbirlərin daxil olunmasını və həyata keçirilməsini təmin etsinlər.

6.2. Ümumtəhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün

zəruri təşkilati işləri vaxtında başa çatdırsınlar, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək

veteranlarının, məktəbin sabiq məzunlarının iştirakını nəzərdə tutsunlar.

6.3. Təsdiq olunmuş qrafik əsasında şura iclaslarında məktəb rəhbərlərinin həmin istiqamətlər üzrə nəzərdə tutulan

tədbirlərin yerinə yetirilməsi vəziyyəti barədə hesabatlarını dinləyib müvafiq qərarlar qəbul etsinlər.

6.4. 2019-cu ilin fevral-mart ayları ərzində müəyyən edilmiş proqram üzrə məktəb rəhbərlərinin, tanınmış təhsil

mütəxəssisləri  və  qabaqcıl  müəllimlərin  iştirakı  ilə  “Uşaq  və  gənclərin  azərbaycançılıq  ideologiyası  ruhunda  tərbiyəsi”

mövzusunda ümumrayon (ümumşəhər) konfransı keçirib ən yaxşı məruzə və çıxışların yerli KİV-lərdə işıqlandırılmasını,

müsbət təcrübələrin məktəblərdə yayılmasını təmin etsinlər.

6.5.  Əmrin  icrası  ilə  əlaqədar  2018-ci  ilin  dekabr,  2019-cu  ilin  may  aylarında  Nazirliyə  müvafiq  tədbirlərin  yerinə

yetirilməsini təsdiq edən materiallar əlavə olunmuş arayış göndərsinlər.

7.Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) bu əmrlə

nəzərdə tutulan istiqamətlər üzrə tədbirlərin yerinə yetirilməsi sahəsində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə

əməli köməklik göstərsinlər, dərs ili ərzində seçmə yolla onların hesabatlarını dinləyib müvafiq təkliflər hazırlasınlar.

8.İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet

saytında yerləşdirilməsini, həmçinin həyata keçirilən tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

9.Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.



 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

14 avqsut 2018-ci il

F-550

Yüklə 56,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə