Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix06.05.2017
ölçüsü1,15 Mb.
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

1. Mövzu ixtilafı
Bəzən Quranda eyni mövzuyla bağlı ayələr arasında ixtilaf ol-
duğu zənn edilir. Məsələn:
Elçi göndərilən kəsləri də, elçiləri də mütləq hesaba çəkəcəyik
143
 ayəsi 
ilə “Rəbbinə and olsun ki, mütləq onların hamısını hesaba çəkəcəyik
144
 
ayəsində insanların mütləq sorğu-suala tutulacağı bildirildiyi halda 
143  Əraf, 7/6
144  Hicr, 15/92

TƏFSİR ÜSULU VƏ TARİXİ
124
başqa bir surədə “O gün nə insanlar, nə də cinlər (etdiyi) günaha görə 
sorğuya çəkilməz
145
 deyilərək hesaba çəkilmə mövzusunda Quran-
da bir-birinə zidd xəbərlərin olduğu fikrinə qapıla bilərik. Ancaq 
İbn Qüteybə və Suyuti ziddiyətli görünən bu ayələri belə yorumla-
yırlar: “Qiyamətdə fərqli səhnələr vardır. Bunların bəzisində insan-
lar hesaba çəkiləcək, bəzisində isə hesaba çəkilməyəcəklər. Yaxud 
da bu ayələr insanların etdikləri əməllərin bir hissəsindən sorğuya 
çəkilib bir hissəsindən də çəkilməyəcəklərini bildirir.”
146
2. Həqiqi və məcazi mənada işlənməsi
Quranda bəzi ayələr vardır ki, bunlar bəzən həqiqi, bəzən də 
məcazi mənalarda işlədilmişdir. Elə ayələr də vardır ki, onlar da 
eyni vaxtda həm həqiqi, həm də məcazi məna daşıyırlar. Məsələn, 
َساَّانلا ىَرَتَو ىَر َك ُسِب  ُه اَمَو ىَر َك ُس
“...İnsanlarını sərxoş olaraq görürsən, ancaq onlar sərxoş deyildirlər...” 
147
 ayəsinə nəzər saldıqda ilk anda burada bir ziddiyətin var oldu-
ğu  zənn  edilə  bilər.  Ancaq  ayədə  qiyamətin  dəhşətindən  insan-
ların  məcazən  sərxoş  vəziyyətə  düşəcəkləri  ifadə  edilmiş,  ancaq 
sərxoşluğun səbəbi şərab olduğu üçün də həqiqətə nisbətlə də on-
ların sərxoş olmadıqları bildirilmişdir.
3. Felin isnadından qaynaqlanan ixtilaf
Onları siz öldürmədiniz, ancaq Allah öldürdü onları
148
 ayəsində 
öldürmə və atma hadisəsində “kəsb” qullara, “xəlq  təqdir” isə Al-
laha aiddir.
145  Rəhman, 55/39.
146  İbn Qüteybə, Təvili müşkilil Quran, s. 65; Suyuti, əl-İtqan, II, s. 76.
147  Həcc, 22/2.
148  Ənfal, 8/17.

QURAN ELMLƏRİ
125
Bildiyimiz  kimi  bu  ayə  Bədir  döyüşündən  bəhs  edir.  Qüreyş 
ordusu Bədir günü döyüş meydanına gəldikdə Hz. Peyğəmbər belə 
buyurur:” Budur Qüreyş, qürur və iftixar hissi ilə gəldi. Allahım 
bunlar sənin Rəsulunu inkar edirlər. Mənə verdiyin vədi Səndən 
istəyirəm ey Rəbbim!”. Bu əsnada Cəbrail (ə.s.) gəldi və Rəsulullaha 
(s.ə.s.): “Bir ovuc torpaq götür və onlara at”-dedi. İki tərəf qarşı-
qarşıya gəldikdə Hz. Peyğəmbər bir ovuc torpaq götürdü, düşmən 
əsgərlərinin  üzünə  atdı  və  “üzləri  qurusun”-dedi.  Bu  sözlərdən 
sonra düşmən əsgərləri arasında gözlərini ovuşdurmayan heç bir 
müşrik qalmadı. Və düşmənlər qaçmağa başladı, möminlər də on-
ları təqib edirdilər. Onlar düşmən əsgərlərini öldürür və ya əsir alır-
dılar. Döyüş başa çatdıqda müsəlmanlar “ belə vurdum, elə əsir al-
dım” deyə danışmağa başladılar. Yuxarıdakı ayə məhz bu hadisəyə 
görə nazil olmuşdu. Bu rəvayət göstərir ki, hər nə qədər zahirdə bu 
işi görənlər möminlər zənn edilsə də, həqiqətdə isə Allahdır. 
4. Zidd mənadan qaynaqlanan ixtilaf
ُّ ِئَم ْطَتَو ْاوُنَمآ�  َنيِ َّالا ِ ِ ّللا ِرْكِذِب مُ ُبوُلُق
 “Bunlar, iman edənlər və könülləri Allahı zikr etməklə rahatlıq tapan-
lardır...” 
149
 ayəsi ilə 
  ْتَلِجَو  ُ ّللا  َرِكُذ اَذإِا َنيَِّالا َنوُنِمْؤُمْلا اَمَّانإِا مُُبوُلُق
Möminlər  o  kəslərdir  ki, Allah  adı  çəkiləndə  qəlbləri  titrəyər...”
150
 
ayəsində keçən “qəlblərin sükunəti” ilə “qəlblərin titrəməsi” ifadələri 
arasında sanki bir ziddiyət olduğu zənn edilir. Ancaq burada Allah 
adının zikri ilə bir tərəfdən möminin qəlbinin sükunətə qovuşması, 
digər tərəfdən də haqdan və həqiqətdən sapma qorxusu ilə onun 
qəlbinin titrəməsi nəzərdə tutulur.
149  Rəd, 13/28
150  Ənfal, 8/2

TƏFSİR ÜSULU VƏ TARİXİ
126
5. Bir həqiqətin fərqli şəkillərdə gəlməsi
Quran  Hz.  Adəmin  yaradılışından  bəhs  edərkən  fərqli-fərqli 
ifa dələr işlədir. Belə ki bir ayədə insanın “torpaqdan
151
, başqa bir 
ayədə “qurumuş palçıqdan
152
, Saffat surəsinin 1-ci ayəsində isə “ya-
pışqan kimi palçıqdan”, Rəhman surəsinin 14-cü ayəsində “qupquru 
palçıqdan” yaratıldığı söylənir. Bu da ilk baxışda insanı çaşdırır. Qu-
ranın bu ayələri arasında təzad olduğu fikri oyanır. Ancaq burada 
Hz. Adəmin yaradılış səhnələri göstərilir. “Hamə”, “tin” və “salsal” 
eyni şey deyildir, amma bunların hamısının mənşəyi torpaq olub 
bu ifadələr də torpağın fərqli şəkilləri üçün işlədilmişdir.
Ayələr arasında var olduğu zənn edilən müşkilatı ortadan qal-
dırmaq  üçün  bəzi  elmi  metodlardan  istifadə  etmək,  ayələri  daha 
doğru anlamğa çalışmaq lazımdır. Alimlər müşkilləri ortadan qal-
dırmaq üçün iki yoldan istifadə etmişlər:
1) Təvil və təlif yolu
Bu  metoda  dair  məlumatlara  müşkillərin  səbəblərindən  bəhs 
edərkən yer verdik. 
2) Nəsx yolu
Nəsx  mövzusundan bəhs  edərkən  müfəssirlərin və  fəqihlərin 
ziddiyətli görünən bəzi ayələri uzlaşdıra bilmədikləri zaman nəsxə 
müraciət etdiklərini söyləmişdik. Nəsxi qəbul etməyənlər bu teori-
yanın ortaya çıxmasında əsas səbəbin məhz müşkil ayələrlə bağlı 
olduğunu söyləyirlər. 
İbn  Qüteybənin  (vəfatı-276/889)  “Təvilu  Müşkili-Quran”  adlı 
əsəri bu sahədə yazılmış ən məşhur əsərdir. Bundan başqa Məkki 
b.  Əbi  Talib  (vəfatı-437-1045)  “Müşkilatul-Quran”  və  Məhəmməd 
151  Ali İmran, 3/59
152  Hicr, 15/26

QURAN ELMLƏRİ
127
Abduh da “Müşkilatul-Quranil-Kərim” adlı əsərlərini bu mövzuya 
həsr etmişlər.
J. Mücməl və mübəyyən
“Mücməl” kəlməsi “dağınıq halda olan şeyləri bir yerə toplamaq”, 
qısa şəkildə ifadə etmək” mənasına gələn “icmal” məsdərindən törəyən 
ismi-məfuldur.  Termin  olaraq  “nə  qəsd  edildiyi  başa  düşülməyəcək 
dərəcədə qapalı olan, ancaq Allah tərəfindən izahı ilə anlaşılan söz və ya 
ayə” deməkdir.
“Mübəyyən” kəlməsi isə “açıqlamaq, izah etmək” mənasına gələn 
bəyan” kökündən törəmiş bir sözdür. “Açıqlanmış və bəyan edilmiş” 
demək olan mübəyyən, termin olaraq da “Quran ayələrindəki mücməl 
və gizli olan mənaların açıqlanması” deməkdir. 
Mücməl bir ayəni açıqlayan söz və ya ifadə ya eyni ayədə, ya da 
başqa bir ayədə olur. 
“...Sübh  çağı  ağ  sap  qara  sapdan  seçilənə  qədər  yeyib-için...” 
ayəsindəki  “minəl  fəcr/sübh  çağı”  ifadəsi  deyilənə  görə  ilk  endiyi 
vaxtlarda ayənin içərisində mövcud deyildi. Buna görə də bəzi sə-
habələr “sübh çağı ağ sap qara sapdan seçilənə qədər” ifadəsindəki “sap” 
sözünü  həqiqi  mənada  anlayıb  ağ  sapla  qara  sapı  yanaşdırır  və 
onları bir-birindən ayırana qədər yeyib içirdilər. Bu yanlış anlama-
dan sonra “minəl fəcr” ifadəsi nazil oldu. Beləliklə də həmin səhabi-
lər ayədəki sapın həqiqi mənada olmayıb gündüzün aydınlığı ilə 
gecənin  qaranlığını  məcazi  olaraq  anladan  ifadə  tərzi  olduğunu 
bildilər.
“And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!) 
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
153
 
ayəsindəki “tariq” sözü də mücməldir. Ancaq eyni surənin üçüncü 
153 Tariq, 86/1-2

TƏFSİR ÜSULU VƏ TARİXİ
128
ayəsi olan “(O, zülməti yaran) parlaq ulduzdur!” ayəsi bu mücməlliyi 
ortadan qaldırır.
Qurani-kərimdəki  mücməllərin  səbəblərini  belə  sıralamaq 
mümkündür:
1. Bir sözün iki zidd məna ifadə etməsi
Boşanan qadınlar üş təmizlənmə halını gözləyərlər...”
154
 ayəsindəki 
quru”  sözü  müştərk  mənada  işlədilən  bir  söz  olub  həm  aybaşı, 
həm də aybaşıdan təmizlənmə mənalarına gəlir.
2. Əvəzliyin istinadından qaynaqlanan ixtilaf
“...  Ona  ancaq  gözəl  sözlər  yüksəlir.  Gözəl  sözləri  də  gözəl  əməllər 
yüksəldir...”
155
  ayəsindəki  “yərfəu”  felindəki  əvəzliyin  istinadında 
mücməllik vardır. Çünki bu əvəzliyin həm Allah kəliməsinə, həm 
də “əl-kəlimut tayyibgözəl sözlər” ifadəsinə istinad edilməsi müm-
kündür.
3. Ətf və istinaf ehtimalının olması
ُ َليِوأْ�َت َُلْعَي اَمَو  ُ ّللا َّالإِا اَنِّبَر ِدنِع ْنِّم ٌّ ُك ِهِب اَّانَمآ� َنوُلوُقَي ِْلِعْلا  ِف َنوُ ِساَّارلاَو
“...Allahdan  başqa  onun  izahını  heç  kəs  bilməz.  Elmdə  yüksək 
səviyyəyə çatanlar deyərlər:“Biz Ona inandıq, hamısı Rəbbimizdəndir”...”
156
 
ayəsindəki “vər-rasixun” kəlməsindəki “vav” hərfinin həm ətf, həm 
də istinaf olma ehtimalı vardır. Bu hərfi istinaf olaraq ələ alanlar 
ayəni belə tərcümə etmişlər:
“...Mütəşabehlərin izahını yalnız Allah bilir. Elmdə yüksək səviyyəyə 
gələnlər  isə  deyərlər:  “Biz  Ona  inandıq,  hamısı  Rəbbimizdəndir”...”. 
Yəni onlara görə mütəşabehlərin mənasını yalnız Allah bilir, Onun 
xaricində heç kim bunları bilməz. “Vav” hərfini ətf hesab edənlər 
154  Bəqərə, 2/228.
155  Fatir, 35/10.
156  Ali İmran, 3/7.

QURAN ELMLƏRİ
129
isə “elmdə yüksək səviyyəyə gələnlərin” də mütəşabihlərin mənasını 
biləcəyini söyləyirlər.
4. Ləfzin qərib olması
Buna misal olaraq “Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar 
və  kəmhövsələ)  yaradılmışdır”!
157
  ayəsindəki  “həlu”  sözünü  göstərə 
bilərik. “Çox həris və səbirsiz” mənalarına gələn bu kəlmə sonrakı 
ayədə bu şəkildə açıqlanır: “Ona bir pislik üz verdikdə fəryad qoparar. 
Ona bir xeyir nəsib olduqda isə xəsis olar
158
Qurani-kərimdəki  mücməllərin  bir  hissəsi  Allah  tərəfindən 
açıqlanmış,  bir  hissəsini  sünnə  açıqlamış,  digər  bir  hissəsini  də 
səhabilər ictihad yolu ilə izah etmişlər. Yuxarıdakı misallarda Al-
lah tərəfindən açıqlanan mücməllərə yer verdik. Hz. Peyğəmbərin 
mücməlləri  təfsirinə  gəldikdə,  “salat”,  “zəkat”  və  “həcc”  kimi 
ifadələri buna misal vermək olar. Belə ki, ərəblər əvvəllər bu sözləri 
fərqli mənalarda işlədirdilər. Lakin İslam dini gəldikdən sonra bu 
kəlmələr xüsusi mənalarda işlənməyə başladı və bu kəlmələr həm 
qövli sünnə, həm də feli sünnə tərəfindən açıqlanaraq mücməllikləri 
ortadan qaldırıldı.
Yuxarıda mücməllərin bir hissəsinin də ictihadla izah edildiyini 
söylədik. Bu cür mücməllər Hz. Peyğəmbər tərəfindən açıqlanma-
yan mücməllərdir. 
Nəticə olaraq deyə bilərik ki, əgər mücməl söz Allah tərəfindən 
açıqlanmışsa  o  alınmalıdır.  Əgər  bu  kəlmə  barədə  verilən  izah 
kifayət deyilsə və ya onun haqqında hər hansı bir izah yoxdursa, o 
zaman o sözdən nəyin qəsd olunduğu araşdırılmalıdır. 
157  Məaric, 70/19.
158  Məaric, 70/20-21.

TƏFSİR ÜSULU VƏ TARİXİ
130
K. Vücuh və nəzair
“Vücuh” sözü “vəch” kəlməsinin cəm formasıdır. “Vəch” lüğətdə 
bir şeyin ön tərəfi, üz, bir qövmün ağası, məqam, mövqe, cəhət, oxşar, qəlb, 
məzhəb, yol, şəkil, ruzi və bir məsələnin bilinən yönü” kimi mənalara gəlir. 
Termin olaraq vücüh “bir sözün Quranda fərqli mənalarda işlədilməsi” 
deməkdir. Bu terminin dilimizdəki qarşılığı omonimdir. Buna misal 
olaraq “əl-hüda” sözünün Qurandakı fərqli mənalarda işlədilməsini 
verə bilərik. Zərkəşi, “Əl-Burhan fi ulumil-Quran” adlı əsərində bu 
kəlmənin Quranda 17 mənada işlədildiyini söyləyir. Belə ki, bu söz 
bəyan
159
, din
160
, iman
161
, dəvətçi
162
, peyğəmbər
163
, yol tapmaq
164
, Hz. 
Mühəmməd 
165
, Quran
166
 və s. kimi mənalara da gəlir. 
Görürük  ki,  bu  kəlmələr  arasında  məna  cəhətdən  münasibət 
vardır.  Buna  görə  də  vücuha  “əl-əlfəzul-müştərəkə/müştərək 
sözlər” də deyilir.
Vücuha misal olaraq “ət-Tağut” kəlməsini də verə bilərik. Çün-
ki bu söz eyni zamanda şeytan,
167
 büt,
168
 hər bir pis şey deməkdir. 
Bundan başqa “salat”, “ruh”, “zur”, “ümmət” və “ayn” kəlmələri də 
vücuh elmi çərçivəsində ələ alına bilər. 
“Nəzair” sözü isə “nəzirə” kəlməsinin cəm forması olub “şəkil, 
təbiət,  davrnış  və  sözlərdəki  oxşarlıq”  deməkdir.  Temin  olaraq  da 
Qurandakı fərqli sözlərin eyni məna ifadə etməsinə” deyilir. Məsələn 
159  Bəqərə, 2/5.
160  Ali İmran, 3/73.
161  Məryəm, 19/76.
162  Rəd, 13/7.
163  Bəqərə, 2/38.
164  Nəhl, 16/16.
165  Bəqərə, 2/159.
166  Nəcm, 53/23.
167  Bəqərə, 2/256; Nisa, 4/76; Maidə, 5/60.
168  Nəhl, 16/36.

QURAN ELMLƏRİ
131
cəhənnəm”, “nar”, “səqar”, “hüdamə” və “cahim” kəlmələri Quranda 
əzab mənasını bildirir.
Buraya qədər söylənənlərdən yola çıxıb deyə bilərik ki, vücuh 
da təaddüd/çox mənalılıq, nəzair də isə, təşabüh və ittifaq vardır. 
Başqa cür ifadə etsək, vücuh mənalarda, nəzair isə ləfzlərdə olur.
Bu  sahədə  Müqatil  ibn  Süleymanın  (vəfatı-150/767)  “əl-Vücuh 
vən-nəzair”, Yəhya ibn Səllamın (vəfatı-200/815) “ət-Təsarif”, Hakim 
ət-Tirmizinin  (vəfatı-285/898)  “Təhsilu  nəzairil-Quranil-Kərim”,  İb-
nul-Cövzinin (vəfatı-597/1200) “Nüzhətul-ayunin-nəvazir fi ilmil-vü-
cuh vən-nəzair” adlı əsərləri vardır.
L. Quran qissələri
Qissə”  kəlməsi  lüğətdə  “bir  adamın  izini  addım  addım  təqib 
etmək”, “bir sözü bəyan etmək”, “anlatmaqhekayə etmək” kimi anlam-
lara gəlir.
Quranda keçmişdə yaşamış peyğəmbərlərdən və onların üm-
mət lərindən bəhs edən qissələr vardır. Bu qissələrin arxa planı və 
hikmətləri vardır. Tarixin dərinliklərində qeyb olmuş, unudulmuş 
və ya sadəcə bəzi izləri insanların hafizələrində qalmış, hər zaman 
üçün keçərli olan mütləq həqiqətləri, yüksək dini dəyərləri başqa 
qissələrdə olmayan bir üsulla anladan Quran qissələri, hadisələri 
sanki canlandırırmışcasına ortaya qoyur. Məhz Quranda bəhs olu-
nan tarixi hadisələrə qissə deyilməsinin səbəbi də budur. Qissələr 
sadəcə  rəvayət  və  nəql  deyillər,  onlar  eyni  zamanda  ictimai 
dəyişikliklərə paralel olaraq ələ alınmalı və üzərində dərin şəkildə 
düşünülərək bəzi izahlar gətirilməlidir. 

TƏFSİR ÜSULU VƏ TARİXİ
132
1. Qissələrin qayəsi
Qissələrin  əsas  məqsədi  “Quranın  nüzul  məqsədlərini  həyata 
keçirməkdir”. Bundan başqa bu qissələrin başqa bir çox qayələri də 
vardır ki, bunları aşağıdakı kimi sıralaya bilərik:
a. Hz. Mühəmmədin nübüvvətini isbat etmək.
Bilirik ki, nə Hz. Peyğəmbər, nə də onun qövmü keçmiş pey-
ğəmbərlər və millətlər haqqında çox şey bilmirdilər.
“(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb 
xə bərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gör dük-
ləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyil din!”
169
“(Ya Rəsulum!) Biz Musaya vəhy etdiyimiz (peyğəmbərlik bəxş edib 
Firon  əhlinin  yanına  getməsini  buyurduğumuz)  zaman  sən  (Tur  dağı-
nın)  qərb  tərəfində  (Musanı  gözləyənlər  arasında)  deyildin.  Sən  (buna) 
şahid olanlardan da deyildin! (Sənin yəhudilərə və ərəb müşriklərinə bu 
xəbərləri doğru söyləməyin yalnız Allahdan nazil olan vəhylərdir!)”
170
“Lakin Biz (Musadan sonra) neçə-neçə nəsillər yaratdıq. Onlar uzun 
ömür  sürdülər.  (Vəhy  kəsildi;  bir  çox  xəbərlər  unudulub  getdi,  şəriət 
təhrif  olundu).  Sən ayələrimizi onlara oxuyarkən  Mədyən  əhli arasında 
deyildin. (Sən Mədyəndə deyildin ki, onların əhvalını bilib Məkkə əhlinə 
xəbər verəsən. Buna görə də onlar sənin bu xəbərləri Mədyən camaatından 
öyrəndiyini deyə bilməzlər). Lakin Biz (bu əhvalatları onlara olduğu kimi 
xəbər vermək üçün səni) peyğəmbər göndərdik. [Və ya: Ancaq (bu xəbərləri 
sənə) göndərən Bizik].”
171
 ayələrində bu xüsusiyyət açıq şəkildə dilə 
gətirilmişdir. Hz. Mühəmmədin bu qisssələri bilmədiyi halda Qu-
ran vasitəsilə onları doğru şəkildə anlatması, onun Allahdan vəhy 
aldığının ən əsas dəlillərindəndir.
169 Yusuf, 12/102.
170 Qəsəs, 28/44.
171 Qəsəs, 28/45.

QURAN ELMLƏRİ
133
b. Hz. Peyğəmbəri və möminləri təsəlli etmək.
Haqqa  dəvət  çətin  bir  işdir.  Bütün  peyğəmbərlər  bu  yolda 
müxtəlif  problemlərlə  qarşılaşmışlar.  Hz.  Mühəmməd  də  bəzən 
müxaliflərinin hücumlarına, işgəncələrinə və təxribatlarına məruz 
qalmışdır. Belə vəziyyətlərdə Allah-Təala əvvəlki peyğəmbərlərin 
qissələrini inzal edərək onların da bu cür problemlərlə qarşılaşdıq-
larını  bildirmiş,  onlara  təsəlli  verərək  iradəli  olmağa  çağırmışdır. 
Rəsulullaha (s.ə.s) təsəlli verən bu qissələr eyni zamanda yurdların-
dan qovulan möminlər üçün də təsəlli qaynağı olmuşdur.
c. İnsanrı düşündürmək və onların ibrət almalarına vəsilə ol-
maq
Qissələrin qayələrindən biri də insanların bu qissələr üzərində 
düşünüb ibrət almalarıdır.
Məsələn:
  َبْلأَلا  ِل ْوأُ ِّل ٌةَ ْبِع ْمِه ِص َصَق  ِف  َن َك  ْدَقَل  
And  olsun,  onların  (keçmiş  peyğəmbərlərin  və  ümmətlərinin) 
qissələrində ağıl sahibləri üçün bir çox ibrətlər vardır....”
172
 ayəsi də buna 
işarə edir. Hicr, 15/75, Həcc, 22/46 ayələrində də bu məsələyə təmas 
edilmişdir.
Quran  qissələri  əsasən  yaxşı  ilə  pis  arasındakı  mübarizədən 
bəhs edir. Bu mübarizədə qissələr həm yaxşıların, həm də pislərin 
duyğu  və  düşüncələrini  ortaya  qoyaraq,  yaxşının  haqq,  pisin  isə 
batil olduğunu göstərir. Hər bir insan Quran qissələrindən özünə 
görə bir nümunə ala bilər. 
172  Yusuf, 12/111.

TƏFSİR ÜSULU VƏ TARİXİ
134
d. Bütün peyğəmbərlərin eyni şeyi təbliğ etdiklərini, İslamın 
beynəlmiləliyini göstərmək.
Tarix  boyu  bütün  peyğəmbərlər Allahın  varlığını  və  birliyini 
təbliğ edib bəşəriyyəti şirkdən uzaqlaşdırmağa çalışmışlar. Ənbiya 
surəsinin  48-92-ci  ayələri  buna  ən  gözəl  nümunədir.  Bu  ayələrdə 
Ona ortaq qoşulan tanrıların, başqa cür ifadə etsək, haqq və batilin 
mücadiləsinə yer verilmiş, son ayədə də bu bəhs olunan şeylərin 
qayəsinə toxunulmuşdur:
“(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din ola-
raq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə 
ibadət edin!
173
e. Səmavi dinlərin əsasının bir olduğunu, hamısının bir Al-
lahdan gəldiyini bəyan etmək.
Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaa-
tım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən 
(müsibəti)  böyük  günün  (qiyamət  gününün)  sizə  üz  verəcək  əzabından 
qorxuram!”
174
Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey 
camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. 
Məgər (Allahın əzabından) qorxmursunuz?”
175
“Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: 
“Ey  camaatım! Allaha  ibadət  edin.  Sizin  Ondan  başqa  heç  bir  tanrınız 
yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi (maya) 
dəvəsi sizin üçün (peyğəmbərliyimi təsdiq edən) bir möcüzədir. Buraxın 
173 Ənbiya, 21/92.
174 Əraf, 7/59.
175 Əraf, 7/65.

QURAN ELMLƏRİ
135
Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba 
düçar olarsınız!
176
2. Qissələrin xüsusiyyətləri
Qurani-kərim ilahi mesajı insanlara çatdırmaq üçün tarixi ha-
disələrdən vasitə kimi istifadə etmişdir. Buna görə də bu qissələr 
mü əyyən  xüsusiyyətləri  özlərində  cəmləşdirmişlər  ki,  onları  belə 
sı ralamaq olar:
a. Qurani-kərim hadisəlrin çox təfərrüatına girməmiş, şəxs, za-
man və məkan adlarına çox yer verməmişdir.
b. “Yusif” qissəsi xaric digər heç bir qissə tam olaraq verilməmiş, 
digər bütün qissələr hissə-hissə qeyd olunmuşdur.
c.  Quran  qissədən  hansı  məqsədlə  istifadə  edirsə  hadisənin 
sadəcə o məqsədlə bağlı olan hissəsini vermişdir.
ç. Quran ərəblər arasında bilinən qissələri zikr etmişdir. Çünki 
bilinən qissələr olmasaydı insanları qəsd olunan yola yönləndirmək 
çox çətin olardı. 
d. Qissələr çox təkrar edilmişdir. Ancaq hər dəfə işləndiyi su-
rə lərin ümümi mətninə görə bəzi dəyişikliklər edilərək tək rar lan-
mış dır. 
Qissələrin tarixdə baş verən həqiqi hadisələr olmadığını, bun-
larin  məsəllər  olduğunu  söyləyənlər  olsa  da  Qurani-kərimin  özü 
onların iddialarını rədd edərək belə buyurur:
  ِف  َّا ِّسلا َُلْعَي يِ َّالا ُ َل َزنأَ� ْلُق   . ًالي ِصأَ�َو ًاةَرْكُب ِهْيَلَع  َلْمُت  َي�ِهَف اَ َبَتَتْكا َينِلَّاوأَ ْلا ُيِطا َسأَ� اوُلاَقَو   
. اًايمِحَّار ا ًاروُفَغ  َن َك ُهَّانإِا  ِضْرأَ ْلاَو  ِتاَواَمَّاسلا
176 Əraf, 7/73.

TƏFSİR ÜSULU VƏ TARİXİ
136
Onlar dedilər:”Bu, əvvəlkilərin əfsanələridir. O isə onların üzünü kö-
çürtmüş və onlar səhər-axşam onun üçün oxunur”. De: “Onu göylərdə və 
yerdə olan sirləri bilən nazil etmişdir. O bağışlayandır, rəhmlidir.”
177
 Bu 
ayələr sadəcə Quranın başqaları tərəfindən Hz. Peyğəmbərə yazdı-
rıldığı iddiasını deyil, eyni zamanda onun “əvvəlkilərin əfsanələri” 
olması şəklindəki iddiaları da rədd edir.
M. Qurandakı andlar (Əqsamul-Quran)
1. Andın mahiyyəti
“Qəsəm” kəlməsi, “əqsəmə” felindən törəyən isim olub “andyə-
min” mənalarına gəlir. Dini bir termin olaraq and “bir kəsin bir işi 
edib etməyəcəyi və ya bir hadisənin doğru olub olmaması haqqındakı sözü-
nü Allahın adını ve ya sifətlərini zikr edərək qüvvətləndirməsidir.
Qurani-kərimdəki  andların  bir  çoxu Allah-təalaya  aid  olmaq-
la yanaşı bəzi ayələrdə Hz. Peyğmbərə (s.ə.s.) də and içməsi əmr 
edil mişdir. Allah-təala bəzən öz adına, bəzən Qurana, mələklərə, 
qi yamət  gününə,  peyğəmbərlərə  və  kainatdakı  günəş,  ay,  ulduz, 
gecə, gündüz və s. kimi şeylərə and içir.
Quranın bir çox surəsində andlar olmaqla bərabər onun on yed-
di surəsi andla başlayır. Bu da xitab olunan insanların diqqətini cəlb 
etmək üçündür. Bu andları aşağıdakı kimi sistemləşdirmək olar:

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə