Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix06.05.2017
ölçüsü1,15 Mb.
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   18

TƏFSİR ÜSULU VƏ TARİXİ
166
... ْ ُتْع َطَتْسسا اَم  َ َّاللا اوُقَّاتاَف  
  “O  zaman  gücünüz  çatdığı  qədər  Alahdan  qorxun...”
248
  ayəsini 
endirərək Ali-İmran surəsinin 102-ci ayəsini nəsx etmişdir. Ancaq 
müfəssirlərin əksəriyyətinə görə burada heç bir nəsx hadisəsindən 
söhbət gedə bilməz. Hər iki ayə də eyni mənanı ifadə edir. 
6. Sələfdən gələn fərqli rəvayətlər
Hər  hansı  bir  mövzuda  sələfdən  gələn  fərqli  rəvayətlər  də 
müfəssirlərin fərqli nəticələrə gəlməsinə səbəb olmuşdur. Məsələn,
... ْمِ ِّبَر  ِف اوُم َصَتْخا  ِناَم ْصَخ  ِناَذَه  
 “Bunlar öz Rəbbi barəsində (bir-birilə) münaqişədə olan iki düş mən-
dir...
249
  ayəsində  keçən  iki  qrupun  kimliyi  barəsində  sələf  alim-
lərinin fərqli rəvayətləri vardır. İbn Abbasdan gələn bir rəvayətdə 
ayədəki  iki  zümrədən  “mömin  və  kafirlərin”  qəsd  olunduğu  bildi-
rilir.  Başqa  bir  rəvayətdə  isə  bu  ayənin  “müsəmanlarla  əhli-kitab” 
arasındakı  Allaha  onlardan  hansının  daha  çox  qul  olmağa  layiq 
olması  barədəki  münaqişəyə  dair  endiyi  zikr  olunur.  Həmçinin 
Əbu Hüreyrə və İkrimə ayədəki iki qrupdan məqsədin “cənnət” və 
cəhənnəm” olduğunu söyləmişlər.
II. TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
Hz. Peyğəmbər, bir tərəfdən ona vəhy olunan Quran ayələrini 
təbliğ  edir,  digər  tərəfdən  də  mənası  başa  düşülməyən  mövzu-
ları  açıqlayırdı.  Hər  nə  qədər  ilk  dövrdəki  müsəlmanlar  ərəb  di-
lini  bildikləri  üçün  Quranı  ümumi  mənada  anlama  imkanına 
sahib  olsalar  da,  eyni  zamanda  “ümmi”  bir  cəmiyyət  olduqları 
üçün mütəşabeh ayələri və bəzi məsələləri başa düşmədə çətinlik 
248  Təğabun, 64/16.
249  Həcc, 22/19.

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
167
çəkirdilər. Onlar bu cür şeylərlə qarşılaşdıqda Hz. Peyğəmbərə mü-
raciət edirdilər. 
Təfsirin bu ilkin mərhələsini Peyğəmbər mərhələsi, yaxud təf-
sirin əzbərdən ötürülməsi mərhələsi adlandırmaq olar. Bu mərhələ 
Hz. Peyğəmbərin vəfatına qədər davam etmişdir. Bu vaxt təfsir şi-
fa hi şəkildə olmuş, dildən-dilə ötürülmüşdür. Əs-Süyuti müxtəlif 
hə dis və təfsir kitablarında Hz. Peyğəmbərə aid edilən təfsir rəva-
yətlərini toplamış, onların Quran surələrinin tərtibi əsasında yer-
ləşdirmiş və təqribən 250 belə hədis olduğunu göstərmişdir.
250
Hz. Peyğəmbər vəfat etdikdən sonra isə səhabilər Quranı anla-
mada çətinlik çəkdikləri zaman, təfsir sahəsində şöhrət tapmış şəxs-
lərə üz tuturdular. Ancaq bu dövrdə təfsir fəaliyyətləri əsa sən şifahi 
şəkildə idi və bu fəaliyyətlər də Qurandakı bəzi qərib kəlmə lərin 
izahından ibarət idi. Təfsirin təbliği mərhələsi adlanan bu mər hələ 
təqribən hicrətin II əsrinin əvvəllərinə qədər davam etmişdir.
Təfsirin  təşəkkülündə  üçüncü  mərhələ  yazılı  təfsir  topluları 
(əl-müsənnəfat əl-camiə) mərhələsi adlandırıla bilər. Buna “təfsirin 
tədvini dövrü” də deyilir. Bu mərhələdən daha sonra bəhs edəcəyik. 
Əlbəttə  təfsirə  aid  bütün  bu  fəaliyyətlərin  təməlində  Hz. 
Peyğəmbərin təfsiri dururdu. Buna görə də təfsirin meydana çıx-
masından bəhs edərkən əvvəlcə onun təfsirini ələ almamız lazım-
dır. 
250  Süyuti, əl-İtqan, IV/214-257; Şeyxülislam Allahşükür Paşazadə
Quranın Təfsiri və Tərcüməsi Tarixi, s. 167.

TƏFSİR ÜSULU VƏ TARİXİ
168
A. Təfsirin Meydana Çıxması
1. Hz. Peyğəmbərin təfsiri
Hz. Peyğəmbərin Quranı insanların ehtiyacına görə təfsir etdi-
yini daha öncə qeyd etmişdik. Bu təfsirlərə hədis məcmuələrində və 
Rəsulullaha (s. ə. s) qədər gedib çıxan rəvayətlərdə rastlamaq olar. 
Onun  səhabilərə  açıqladığı  Quran  həqiqətləri  onları  irşad  etmək 
məqsədi daşıyırdı. Rəsulullah (s.ə.s) ya hər hansı bir ayəni oxuya-
raq təfsir edər, yaxud da səhabilərin verdiyi suallar əsasında ayələri 
təfsir edərdi. Bəzən də o öz sözünü dəlilləndirmək üçün bir ayəni 
oxuyub onu izah edərdi. Ancaq Hz. Peyğəmbərin təfsirinin funksi-
yasını, hansı şərtlərdə təfsir etməsini və onun təfsirinin miqdarını 
təsbit etmək lazımdır. 
a. Sünnənin Quran təfsirindəki rolu
Qurani-kərimin təfsirinin inkişafı sünnənin təşəkkülü ilə bağlı-
dır. “Sünnə Quranı təfsir edir” prinsipi öz təcəssümünü miladı VIII 
əsrin ikinci yarısında Quranın mətninin təfsiri ilə bağlı hədis toplu-
larında, məsələn, “əs-Səhih əl-Buxari”də xüsusi fəsillərin meydana 
çıxmasında tapır.
Qurtubi (vəfatı-671/1273) sünnənin Quran təfsirində iki funk-
siyanı  yerinə  yetirdiyini  bildirir.  Bunlardan  biri  izah  edilməsi  la-
zım  olan  Quran  nəsslərini  təfsir  etməsidir  ki,  buna  “bəyan”  deyi-
lir. Digər funksiyaya gəlincə bu da Quranda olmayan bir hökmü 
gətirməsidir  ki,  buna  da  “təşri”  (hökm  qoyma)  deyilir.  Sünnənin 
Quranı təfsiri etməsi deyildikdə onun Qurandakı mütləqi təqyid, 
mübhəmi  bəyan,  mücməli  təfsil,  müşkili  təvzih  və  ümümi  olanı 
xüsusiləşdirməsi  qəsd  olunur.  “Təşri”  (hökm  qoyma)  funksiyası 
Hz. Peyğəmbərə Allah tərəfindən verilmişdir. Yəni mütləq mənada 
şari (hökm qoyan) Allahdır, Hz. Peyğəmbər də məcazi mənada şa-
ridir. Quran bu haqda belə deyir :

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
169
... ِرِخآلا ِمْوَيْلاَو ِ ّلل ِب  َنوُنِمْؤُت ْ ُتنُك نإِا ِلو ُسَّارلاَو ِ ّللا  َلإِا ُهوُّدُرَف ٍءْ َش  ِف ُْتْعَزاَنَت نإِاَف...
“ ... Əgər siz Allaha və axirət gününə inanırsınızsa, bir şey haqda 
mübahisə etsəniz , onu Allaha və Rəsuluna həvalə edin....”
251
Hz. Peyğəmbərə təşri vəzifəsinin verildiyini bu hədis-i şərif də 
dəstəkləyir : “Rəsulullahın haram etdiyi şeyin Allahın haram etdiyi şey 
kimi olduğunu bilin
252
 Onun hökm qoymasına misal olaraq beş na-
mazın vaxtının təyin olunmasını, vitr namazının vaciblyini, orucu 
pozan  və  pozmayan  şeylərin  nələr  olmasını,  aybaşı  olan  qadının 
na maz qılmaması və oruc tutmamasını və s. kimi hökmləri verə bi-
lərik.
b. Hz. Peyğəmbərin Quranı təfsir şəkilləri
Hz. Peyğəmbərə gələn vəhy, əshab tərəfindən anlaşıldığı üçün 
ayə lərin izahına çox da ehtiyac qalmırdı. Ancaq gələn hər mesajın 
əslinə uyğun olaraq anlaşıldığını söyləmək də doğru olmazdı. Belə 
bir vəziyyətdə Hz. Peyğəmbər ya əshabın suallarına cavab olaraq, 
ya da heç bir suala ehtiyac olmadan bəzi açıqlamalar vermişdir. Bu 
açıqlamalarda Hz. Peyğəmbrin istifadə etdiyi metodlardan bəziləri 
bunlardır: 
a) Mücməli təbyin etməsi (açıqlaması) 
Bilindiyi  kimi  mücməl,  nə  qəsd  edildiyi  anlaşılmayan 
nəss  deməkdir.  Bu  cür  ayələrin  bir  qismi  Allah,  bir  qismi  də 
Rəsulullah(s.ə.s) tərəfindən açıqlanmışdır. Hz. Peyğəmbərin açıq-
ladığı ayələrin başında əhkam, qeyb, yaradılış, qədər, qiyamət və 
əxlaqi mövzuları əhatə edən ayələr gəlir:
...  ُ ّللا َمَّارَح  ِتَّالا  َسْفَّانلا ْاوُلُتْقَت َلَو...
251  Nisa, 4/59.
252  İbn Macə , Müqəddimə, 2

TƏFSİR ÜSULU VƏ TARİXİ
170
Haqlı  olmadıqca  Allahın  haram  etdiyi  cana  qıymayın...”
253
 
ayəsindəki mücməlliyi Hz. Peyğəmbərin bu hədis-i şərifi açıqlamış-
dır: “Allahdan başqa tanrı olmadığına və mənim Allahın Rəsulu olduğu-
ma iman eden heç bir müsəlmanın qanı halal deyildir. Ancaq bu üç şeydən 
birini edərsə (o zaman halal olur) : Adam öldürmək , evliykən zina etmək 
və dindən çıxaraq müsəlmanlaradn ayrılmaq.”
254
b) Mübhəmi təfsil etməsi 
Ulumul-Quran bəhsində də ifadə edildiyi kimi mübhəm, bəzi 
varlıqların  açıq  olaraq  deyil,  ismi-işarə,  ismi-məvsul,  zamir,  cins 
ismi,  bilinməyən  zaman  zərfi  və  bilinməyən  məkan  zərfləri  ilə 
zikr edilməsi mənasına gəlir. Mübhəm ifadədə qeyri-müəyyənlik 
və  anlaşılmazlıq  vardır.  Quranda  yer  alan  mübhəm  ifadələr  Hz. 
Peyğəmbər tərəfindən açıqlanmışdır.
  َينِتِناَق ِ ّ ِلل ْاوُموُقَو ى َط ْسُوْلا ِةَل َّاصلاو  ِتاَوَل َّاصلا  َلَع ْاو ُظِفاَح 
Namazları (xüsusilə də) orta namazı hifz edin və Allaha itaətdə du-
run“ 
255
 ayəsində orta namazdan nəyin qəsd olunduğu aydın deyil-
dir. Burda “əs-salat əl-vusta” (orta namaz) sözü mübhəmdir. Lakin 
Hz. Peyğəmbərin “orta namaz ikindi namazıdır “
256
 hədisi bu mübhəm 
ifadəni təfsil etmişdir (açıqlamışdır). 
c) Mütləqi təqyid etməsi
Mütləq məna və məfhum baxımından hər hansı bir məhdudiyyəti 
olmayan  kəlmə  deməkdir.  Bu  cür  kəlmələrin  mənasının  təsbit 
edilməsi  onların  təqyid  edilməsini  zəruriləşdirir.  Hz.  Peyğəmbər 
Quranın  mütləq  şəkildə  ortaya  qoyduğu  ayələri  başa  düşüləcək 
vəziyyətə gətirmək üçün onları təqyid etmişdir:
253  Ənam, 6/151.
254  Buxari, əl-Qasamə, 6.
255  Bəqərə, 2/238.
256  Tirmizi, ət-Təfsir, surə, 2.

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
171
. ٌيمِكَح  ٌزيِزَع  ُ ّللاَو ِ ّللا َنِّم ًال َكَن اَبَسسَك اَمِب ءاَزَج اَمُ َيِدْيأَ� ْاوُع َطْقاَف ُةَقِرا َّاسلاَو  ُقِرا َّاسلاَو  
Tutduqları əməlin cəzası olaraq Allah tərəfindən bir ibrət olsun deyə, 
oğru kişi və qadının hər ikisinin əlini kəsin! Allah qüdrət və hikmət sa-
hibidir  ”
257
  ayəsindəki  mütləq  hökmü  Hz.  Peyğəmbər  (s.ə.s)  “əlin 
biləkdən kəsiləcəyini” bildirərək məhdudlaşdırmışdır.
258
 
d) Müşkili təvzih etməsi
Təfsir  üsulunda  aralarında  ziddiyət  (problem)  varmış  kimi 
görünən ayələrə müşkil ayələr deyilir. Halbuki, Quran ayələri ara-
sında belə bir ziddiyətin olması mümkün deyildir. Buna görə də 
Hz. Peyğəmbər bu cür ayələrin anlaşılması üçün bəzi açıqlamalar 
gətirmişdir:
. اًّي ِضْقَّام اًامْتَح  َكِّبَر  َلَع  َن َك اَهُدِراَو  َّالإِا ْ ُكنِّم نإِاَو  
Sizlərdən oraya girməyəni olmayacaqdır. Bu, sənin Rəbbin tərəfindən 
artıq  həll  olunmuş  bir  hökmdür  ”
259
  ayəsində  hər  kəsin  cəhənnəmə 
girəcəyi bildirilir. Başqa ayələrdə isə
…  ُراَ ْنأَ ْلا اَ ِتْ َت نِم يِرْ َت  ٍتاَّانَج  ِتاَحِلا َّاصلا اوُلِ َعَو اوُنَمآ� َنيِ َّالا ُلِخ ْدُي َ َّاللا َّانإِا  
Allah, inananvə əməlisaleh olanları dibindən çaylar axan cənnət bağ-
larına daxil edər...”
260
 buyurulur. Zahirən biz bu ayələrin bir-birinə 
zidd olduğunu görürük. Lakin Hz. Peyğəmbərin aşağıdakı hədisi 
bu  ziddiyəti  ortadan  qaldırır:  “(Ayədəki  )  vürud  sözü  girmək 
deməkdir. İstər günahsız olsun və istərsə də günahkar, cəhənnəmə 
girməyən heç kəs qalmayacaqdır. Ancaq cəhənnəm möminlərə Hz. 
İbrahimə olduğu kimi sərin və səlamətli olcaq. Hətta cəhənnəm atəşi 
257  Maidə, 5/38.
258  Şafei, ər-Risalə, s. 104.
259  Məryəm, 19/71.
260  Həcc, 22/14, 23.

TƏFSİR ÜSULU VƏ TARİXİ
172
onların sərinliyindən fəryad edəcəkdir. Sonra Allah müttəqiləri xi-
las edəcək, zalımları isə diz üstə çökmüş halda qoyacaqdır ”
261

c. Rəsulullahın etdiyi təfsirin miqdarı 
Müsəlman  alimləri  Hz.  Peyğəmbərin  (s.ə.s)  səhabilərə  açıqla-
dığı təfsirin miqdarı barədə müxtəlif fikirlər söyləmişlər. Onlardan 
bəziləri iddia etmişlər ki, Hz. Peyğəmbər (s.ə.s) öz səhabilərinə ol-
duqca məhdud miqdarda ayə təfsir etmişdir, bəziləri isə göstərmişlər 
ki,  Hz.  Peyğəmbər  (s.ə.s)  Quranın  bütün  mənalarını  və  sözlərini 
səhabilərə bəyan etmişdir. Bəzi alimlərə görə isə, Peyğəmbər (s.ə.s.) 
Quran ayələrini səhabilərə şifahi şəkildə izah etməklə yanaşı, həm 
də Quranın şəriət məsələləri, halal-haramla bağlı hökmlərini əməli 
olaraq, öz işlərində, davranış və hərəkətlərində onlara açıqlamışdır. 
Məsələn, Abdurrəhman əs-Süləmi yazırdı: “Bizə Quranı oxutduran-
lar rəvayət edirdilər ki Allahın Rəsulu (s.ə.s.) onlara on ayə oxutdu-
rarmış və onlar bu ayələrə dair əməli öyrənməmiş ikinci on ayəyə 
keçməzlərmiş. Beləliklə onlar, bütün Quranı və əməli öyrənmişlər”. 
262
Bu mövzudakı görüşləri iki başlıq altında ələ ala bilərik:
1) Rəsulullahın Quranın bir hissəsini təfsir etdiyi iddiası
Bu fikri ilk dəfə əl-Qəzzali (vəfatı-505/1111) səsləndirmişdir. Su-
yuti (vəfatı- 911/1505) də bu görüşü mənimsəmişdir. Bu alimlərin 
əsas aldığı dəlillərdən bir neçəsi belədir :
a.  Hz.  Aişə  belə  rəvayət  edir  :  “Hz.  Peyğəmbər  Cəbrayılın 
ona öyrətdiyi müəyyən ayələr istisna Qurandan heç bir şey təfsir 
etməzdi.”
263
261  Əhməd İbn Hənbəl, əl-Müsnəd, III , 328-329
262  Paşazadə, e.a.ə. s. 168
263  İbn Kəsir, Təfsir, I, 6.

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
173
b. Hz. Peyğəmbərin Quran haqqındakı bəyanları sadəcə mənası 
anlaşılmayan ayələrlə bağlıdır. Mənaları başa düşülən ayələrin Hz. 
Peyğəmbər tərəfindən təfsir edilməsinin heç bir mənası yoxdur.
c.  Günümüzə  qədər  gəlib  çatan  hədis  kitablarında  Hz. 
Peyğəmbərdən Quranın ancaq bir hissəsini təfsir edən rəvayətlərə 
rastlamaq mümkündür.
2) Rəsulullahın Quranı başdan sona qədər təfsir etdiyi iddiası
Bu iddianı ilk dəfə ortaya atan İbn Teymiyyədir (vəfatı-728/1328). 
Onun və tərəfdarlarının dəlilləri bunlardır:
a. “...İnsanlara nə nazil edildiyini onlara izah edəsən deyə sənə Qu-
ranı endirdik...”
264
 ayəsi Hz. Peyğəmbərin Quranı başdan sona qədər 
təfsir etməkdən məsul olduğunu göstərir. 
b. Səhabilərin Rəsulullahdan (s.ə.s) on ayə öyrəndikdən sonra 
o ayələrin mənalarını yaxşı qavrayıb əməl etmədikçə başqa ayələri 
öyrənmədikləri barədəki rəvayətlər də Hz. Peyğəmbərin Quranın 
bütün ayələrini səhabilərə izah etdiyini göstərir. 
c. Onlar bəşəriyyətə dünyada və axirətdə xoşbəxt olmanın yol-
larını göstərən bir kitabın başdan sona qədər təfsir edilməməsini 
qeyri-mümkün hesab edirlər. 
Lakin  bir  çox  İslam  aliminin  də  həmrəy  olduğu  kimi  Hz. 
Peyğəmbərin  Quranın  bir  hissəsini  təfsir  etdiyini  söyləmək  daha 
doğru olar. Çünki hədis kitablarına nəzər saldıqda görürük ki, Hz. 
Peyğəmbər daha çox şəriət məsələlərini və nisbətən çətin anlaşılan, 
yaxud müxtəlif mənalarda yozula bilən kəlamları təfsir etmişdir. 
264  Nəhl , 16/44.

TƏFSİR ÜSULU VƏ TARİXİ
174
2. Səhabi təfsiri
Təfsirin təşəkkülündə ikinci mərhələ səhabilər dövrünü əhatə 
edir. Səhabilər ərəb olduqları üçün ərəb dilinin üslubunu və incə-
liklərini yaxşı bilirdilər. Onlar Quranı bilavasitə Hz. Peyğəmbərin 
özündən almış, ona yaxın olmuş, onun işlərində iştirak etmiş, dav-
ranış və hərəkətlərinin şahidi olmuş, təfsirlərini eşitmişdilər. Odur 
ki, onlar Quranı başqalarına nisbətən daha yaxşı bilirdilər. 
Ancaq bu da bir həqiqətdir ki, səhabilərin hamısı Quranı eyni 
səviyyədə  anlamamışdılar.  Çünki  onlar  həm  zəka,  həm  də  elmə 
yiyələnmə imkanları baxımından bir- birindən fərqlənirdilər. 
a. Səhabilərin təfsir metodu
Səhabilər  hər  hansı  bir  ayəni  təfsir  edərkən  əvvəlcə  Qurana, 
sonra da sünnəyə müraciət edirdilər. Bu mənbələrdə heç nəyə rast 
gəlmədikdə isə özləri ictihad edirdilər. İctihadi təfsirlərində də ya 
dilə, ya da dinə çox əhəmiyyət verirdilər. Onlar etdikləri qarmma-
tik təhlillərlə sonrakı nəsillərə işıq tutmuşlar.
Səhabilər eyni zamanda nüzul səbəblərinə yer vermiş, Quranın 
nasix və mənsux ayələrini izah etmişlər. Onlar ayələri bəzən təxsis 
(xüsusiləşdirmə)  yolu  ilə,  bəzən  də  tarixi  metodla  təfsir  etməyə 
çalışmışlar.  Məsələn,  “(Ya  Rəsulum!)  Məgər  Allahın  nemətini  küfrə 
dəyişənləri (Allaha nankor olan Qüreyş kafirlərini) və ümmətini ölüm yur-
duna sövq edənləri görmürsənmi?” ayəsini İbn Abbas, “Onlar Məkkə 
kafirləridir”-deyə təxsis etmişdir.
Əhzab  surəsinin  10-cu  ayəsi  barədə  Hz.  Aişə:  “Bu  Xəndək 
günündə baş vermişdir” -deyərək ayədə bəhs olunan o şiddətli və 
qorxunc hadisənin baş verdiyi tarixi göstərərək ayəni açıqlamışdır.
Səhabilər  arasındakı  zəka,  anlayış,  elm  və  dünya  görüşü 
kimi  fərqliliklər,  eyni  zamanda  onların  bir  hissəsinin  daim  Hz. 

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
175
Peyğəmbərin  yanında  olması,  nüzul  səbəblərini,  adət-ənənəni 
yaxşı  bilənlərlə  bilməyənlər  arasındakı  fərqlər,  onlar  arasın-
da  bəzi  ixtilaflara  səbəb  olmuş  və  ayələrlə  bağlı  müxtəlif  fikirlər 
səsləndirmələrinə gətirib çıxarmışdır. 
b. Səhabi təfsirinin dəlil olması
Səhabilərin  təfsirə  dair  söylədikləri  sözlərin  bizi  nə  dərəcədə 
əlaqədar  etdiyini  ortaya  qoymaq  üçün  əvvəlcə  bu  sözlərin  hədis 
üsulu baxımından dəyərini incələməliyik. Hədis elminə görə səhabi 
sözləri ya mərfu hədis hökmündədir, ya da mövquf xəbər sayılır. 
Əgər  səhabilərin  təfsiri,  nüzul  səbəbləri,  mübhəmətul-Quran,  na-
six, mənsux və müğəyyəbatla əlaqəli olub, ictihad etmə və müstəqil 
düşüncə  yürütmə  sahəsinə  aid  deyilsə,  bunlar  mərfu  hökmündə 
qəbul olunur. Fikir yürüdülməsi və ictihad olunması mümkün olan 
sahələrlə bağlı olan, lakin sadəcə səhabilərin öz elminə əsaslanan 
xəbərlərə  isə  “mövquf  hədis”  deyilir.  Buna  görə  də  səhabilərdən 
nəql olunan mərfu rəvayətlərin sonrakı nəsillər üçün mütləq dəlil 
olması məsələsində ixtilaf yoxdur. İslam alimlərinin əksəriyyəti bu 
cür rəvayətləri hüccət olaraq qəbul etmişlər. Bu cür rəvayətləri son-
rakı nəsillərin əsas alması həm vacibdir, həm də bu xəbərlər onlar 
üçün dəlil sayılır.
Mövquf rəvayətlərə gəldikdə isə, bu mövzuda alimlər müxtləf 
görüşlərə  sahibdirlər.  Bəzi  İslam  alimlərinə  görə  səhabilərdən 
gələn  mövquf  xəbərləri  almaq  vacib  deyildir.  Çünki  onların  bu 
rəvayətləri ictihada əsaslanır. Müctəhid də doğru söyləyə biləcəyi 
kimi, xəta da edə bilər. Lakin bəzi alimlər mövquf xəbərlərin təfsirdə 
istifadəsini zəruri saymışlar. Onlara görə səhabilərin bu xəbərləri 
Hz. Peyğəmbərdən eşitmə və ya soruşub öyrənmə ehtimalı çoxdur. 
Həm də bu rəvayətlər səhabinin öz görüşünə əsaslansa belə, onla-
rın doğru söyləmə şansları yüksəkdir. Çünki Quran onların dilində 

TƏFSİR ÜSULU VƏ TARİXİ
176
nazil olmuş və onlar 23 il ərzində Hz. Peyğəmbərdən məlumat və 
feyz  almışlar.  Buna  görə  də  Hz.  Peyğəmbərdən  sonra  Quranı  ən 
yaxşı bilənlər onlardır. 
Nəticə  olaraq  alimlər,  ictihad  etmədikləri  mövzularda  səhabi 
təfsirini  dəlil  saymışlar,  onların  ictihad  etdikləri  məsələlərdə  isə 
Əbu Hənifə başda olmaqla əksər alimlər onun sonrakı nəsillər üçün 
mütləq dəlil olmadığını söyləmişlər. 
c. Səhabi təfsirinin xüsusiyyətləri
Səhabilərin təfsir metodlarını maddələr halında belə sıralamaq 
olar:
1. Səhabilərin təfsirdəki ən əsas xüsusiyyəti, ayəni ayə, nüzul 
səbəbləri və Hz. Peyğəmbərdən eşitdikləri açıqlamalar ilə təfsir et-
mələridir.
2. Onlar Quranı başdan-ayağa qədər təfsir etməmişlər. Çünki 
onlar  Quranı  başdan-ayağa  təfsir  etməyə  ehtiyac  hiss  etmirdilər. 
Buna  görə  də  daha  çox  mənası  gizli  olan  və  çətin  başa  düşülən 
sözləri izah edirdilər.
3. Aralarında  bəzən  ihtilaflar  çıxsa  da,  bu  ixtilaflar  bir-birinə 
təzad təşkil etməyib, təfsirdə müxtəliflik (zənginlik) sayılan fərqli 
rəylərdir.
4. Əhkam ayələrini çox təfərrüatı ilə şərh etmirdilər.
5. Bu dövrdə təfsir hələ şifahi şəkildə idi.
d. Təfsirdə məşhur olan səhabilər
Suyutinin göstərdiyinə görə, Hz. Peyğəmbərə ən yaxın səhabi-
lərdən on nəfəri Qurani-kərimin təfsir sahəsində məşhur olmuşlar: 
Əbu Bəkr, Ömər ibn əl-Xəttab, Osman ibn Əfvan, Əli ibn Əbi Talib, 

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
177
Abdullah ibn Məsud, ibn Abbas, Übeyy ibn Kəb, Zeyd ibn Sabit, 
Əbu Musa əl-Əşəri və Abdullah ibn əz-Zübeyr.
Rəşidi  xəlifələr  arasında  təfsir  sahəsində  ən  çox  şöhrət  tapan 
Hz. Əli olmuşdur. Onun bu sahədə nə qədər biliyə sahib olduğunu 
görmək üçün bu sözləri kifayətdir: “ Məndən Allahın kitab barədə 
soruşun. Allah and olsun ki, Qurandakı hər bir ayənin harda na-
zil  olduğunu,  gecəmi,  gündüzmü,  ovalıqdamı,  dağdamı  endiyini 
bilirəm”.
Səhabilər arasında təfsir elmində məşhur olanlardan biri də Ab-
dullah ibn Abbas olmuşdur. İbn Məsud ona “Tərcümanul-Quran” 
adını vermişdir. Hz. Ömər də ondan bir ayə barəsində soruşan Əmr 
b. Həbəşə: “Allahın Peyğəmbərinə endirdiyi Quranı ən yaxşı bilən 
İbn Abbasdır”-deyərək ondan soruşmağı tövsiyə etmişdir. İbn Ab-
basdan sonra təfsirdə ən məşhur səhabilər İbn Məsud və Übeyy ibn 
Kəb hesab olunur.
3. Tabeun təfsiri
Bildiyimiz  kimi  Hz.  Peyğəmbər  Mədinədə  İslam  dövlətinin 
tə məlini  qoymuş  və  bu  dövlətin  sərhədləri  onun  zamanında  ar-
tıq  Ərəbistan  yarımadasının  xarcinə  çıxmışdı.  Peyğəmbərin  vəfa-
tından sonra fəthlər sayəsində bu dövlətin sərhədləri bir xeyli ge-
nişlənmişdi.  Yeni  fəth  edilən  ölkələrdə  yaşayan  insanların  İslamı 
yaxşı bilən məmurlara, qazılara və müəllimlərə ehtiyacı vardı. Bu 
ehtiyac nəzərə alınaraq fəth olunan ölkələrə İslamı öyrətmək üçün 
müəllimlər  və  asayişi  təmin  etmək  üçün  məmurlar  göndərilirdi. 
Bu ölkələrə gedən səhabilər tədris mərkəzləri qurur və burada Qu-
ranı  və  Hz.  Peyğəmbərdən  öyrəndikləri  digər  bilgiləri  insanlara 
öyrədirdilər. Onların bu fəaliyyətləri nəticəsində getdikləri ölkə və 
şəhərlərdə müxtəlif məktəblər yarandı. Bu məktəblərin müəllimləri 
səhabilər, tələbələri isə tabeilər idi. Ancaq bu ölkələrdə ortaya çıxan 

TƏFSİR ÜSULU VƏ TARİXİ
178
ixtilafalar, bu ixtilafları haqlı göstərmək üçün hər qrupun Qurana 
sarılması və bəzən də səhv təvillər etməsi nəticəsində Quranın doğ-
ru şəkildə təfsir edilməsinə çox ehtiyac duyulurdu. Buna görə də 
bu məktəblərin bəziləri Quran təfsirinə geniş yer verirdilər. Bun-
lar arasında üç məktəb daha sonralar çox məşhur oldu. İndi isə bu 
təfsir məktəblərindən bəhs edək.
a. Təfsir məktəbləri
Məşhur səhabilərin qurduğu və məşhur tabii alimlərinin yetiş-
diyi bu məktəblər aşağıdakılardır:
1) Məkkə məktəbi
Bu məktəbin banisi “tərcümanu-l Quran” adını daşıyan Abdullah 
ibn Abbas (vəfatı-68/687) sayılır. Mücahid (vəfatı-103/721), İkrimə 
(vəfatı-104/722), Tavus ibn Kisan (vəfatı-106/724), Səid ibn Cübeyr 
(vəfatı-95/714), Ata  ibn  Əbi  Rəbbah  (vəfatı-  114/732)  kimi  alimlər 
bu məktəbdə yetişmişdilər. Onlar İbn Abbasdan aldıqları biliklərlə 
kifayətlənmir,  özləri  də  Qurani-kərimə  təfsirlər  yazırdılar.  Erkən 
Məkkə müfəssirlərindən yalnız Mücahidin təfsiri zəmanəmizədək 
gəlib  çatmışdır.  Bu  təfsir  Abdullah  İbn  Əbi  Nəcihin  (vəfatı-131) 
ötürməsi əsasında əs-Sərvəti tərəfindən 1396/1976-cı ildə çap edil-
mişdir.
Mücahidin  təfsirində  Quranın  bütün  ayələrinin  yox,  yalnız 
sıra ardıcıllığı ilə surələrdəki çətin sözlərin izahı verilir. Mücahid 
bəzən ayələrin nazil olması səbəblərini göstərir, bu ayələrlə bağlı 
hekayətləri açıqlayır, fiqh məsələlərinə, nasix və mənsux ayələrin 
müəyyən edilməsinə, qiraətlər arasındakı fərqlərə az yer ayırır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə