Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88


Bu təfsir janrını məqbul sayanların dəlillərinə gəldikdə onlar



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix06.05.2017
ölçüsü1,15 Mb.
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   18

Bu təfsir janrını məqbul sayanların dəlillərinə gəldikdə onlar 
aşağıdakılardır:
a. Dirayət təfsirini qadağan edtiyi iddia edilən ayələr, hədislər 
və  sələf  alimlərindən  gələn  rəvayətlər  Quran  ayələri  haqqında 
273  İsra, 17/36.
274  Tirmizi, Təfsirul-Quran, 1.
275  Tirmizi, Təfsirul-Quran, 1.
276  Təbəri, Camiul-Bəyan, I/27.
277  Təbəri, Camiul-Bəyan, I/29.
278  İbn Kəsir, Təfsir, I/17.

TƏFSİR ÜSULU VƏ TARİXİ
192
heç  bir  bilgisi  olmadan  danışanlarla  əlaqədərdır.  Lüğəvi  və  dini 
biliklərə əsaslanan təfsirlərdə heç bir problem yoxdur.
b. Əgər bu təfsir növü qadağan olunsaydı o zaman səhabilər 
Quran təfsirində ictihad etməzdilər. Halbuki başda rəşidi xəlifələr 
olmaqla İbn Abbas kimi bəzi səhabilər ictihad etmişlər. İbn Məsud 
İraqda  qurduğu  təfsir  məktəbini  rəy/ictihad  təməli  üzərində 
qurmuşdur.  Hz.  Peyğəmbər  Quranı  başdan-sona  qədər  təfsir 
etməmişdi.  Buna  görə  də  o  vəfat  etdikdən  sonra  səhabilər  bəzən 
özləri də ictihad etmişlər. Məsələn, Hz. Əbu Bəkir, Nisa surəsinin 
176-cı  ayəsindəki  “kəlalə”  kəlməsini  öz  fikrinə  görə  açıqlamış  və 
belə  demişdir:  “Onu  öz  rəyimlə  təfsir  edirəm.  Əgər  doğrudursa 
Allahdan,  səhvdirsə  məndəndir.  Kəlalə,  uşaq  və  ata  xaricindəki 
(mirasçılardır)”.
279
c.  Hz.  Peyğəmbər  Muaz  ibn  Cəbəli  Yəmənə  vali  olaraq 
göndərdikdə ona Allahın kitabı və Rəsulullahın (s.ə.s) sünnəsində 
tapmadığı bir mövzuda özünün ictihad etməsinə izn vermişdir.
d. Hər hansı bir mövzuda şəri nəss və qəti bilgi varsa o möv-
zuda  zənn  ilə  əməl  etmək  doğru  deyildir. Ancaq  bunlar  yoxsa  o 
zaman zənn ilə əməl oluna bilər. Çünki zənn də, ictihad yolu ilə 
əldə olunan bilgi növüdür. 
e. Tabeun alimlərinin bir hissəsi dirayət təfsirini məqbul say-
masalar da, onların əksəriyyəti Quranı rəylə təfsir etmişlər. Hətta 
ictihad və rəylə təfsir tabeun dövründə sistemləşmişdir. Mücahid, 
İkrimə və s. müfəssirlər bir çox ictihadlar etmişlər. 
Nəticə olaraq deyə bilərik ki, dirayət təfsiri təfsirin ənənəvi me-
todlarından bir qədər uzaqlaşsa da, heç də müfəssirin öz yaradıcılıq 
fəaliyyətində tam sərbəstliyini nəzərdə tutmur. Təfsirin bu janrın-
279  İbn Küteybə, Təvilu-müxtəlifil-hədis, s.29.

TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
193
da yazan müfəssirlər Quran ayələrini istədikləri kimi, sıxılmadan, 
müstəqil mənalandıra bilməzlər.
2) Dirayət təfsirində yanılma səbəbləri
Dirayət təfsirindəki yanılma səbəblərini belə sadalaya bilərik:
a. Bu təfsir janrını işlədənlərin dil, sərf, nəhv, bəyan, bədi, məani, 
qiraət, kəlam, fiqh üsulu, səbəbi-nüzul, nəsx kimi elmləri bilmələri 
vacibdir. Əks halda Allahın qəsd etdiyi mənanı başqa tərzdə ifadə 
etmələri mümkündür.
b. Müfəssir hər hansı bir ayəni təfsir edərkən araşdırmadan o 
ayə barəsində əvvəlcədən hökm verərsə bu da onum səhv etməsi 
ilə nəticələnə bilər. Çünki bir müfəssirin öncədən hökm verməsinin 
təməlində həm keçmişdən gələn öz mədəniyyətinin, həm də sonra-
dan idxal olunan fikirlərin təsiri var. 
c. Dirayət təfsirində yanılmanın səbəblərindən biri də müfəssirin 
Quranı təfsir edərkən onun nazil olduğu dövrün dilini nəzərə al-
madan, müasir ərəb dili ilə təfsir etməyə cəhd etməsidir. Düzdür, 
ərəb  dili  dirayət  təfsirinin  mənbələrindən  biridir.  Lakin  unutma-
maq  lazımdır  ki,  ərəb  dili  də  Quranın  nüzul  dövrü  ilə  yaxından 
əlaqəlidir.  Belə  ki,  Quranın  ilk  nazil  olduğu  vaxtlarda  qazanmış 
olduğu mənalar, daha sonra ona yüklənəcək mənalar üçün təməl 
olmuşdur. 
ç. Səhih rəvayətləri nəzərə almadan şəxsi arzu və istəklərə görə 
təfsir etmək də dirayət təfsirində yanılma səbəblərindən biridir.
d. Qiyamətin vaxtı, ruh, sur, dəbbətul-ərz və qəza-qədər kimi 
mahiyyəti tam olaraq bilinməyən mövzularda Allahın nə qəsd etdi-
yini aydınlaşdırmağa çalışmaq da yanılmaya aparıb çıxardır.

TƏFSİR ÜSULU VƏ TARİXİ
194
Ən önəmli dirayət təfsirləri bunlardır:
1. əz-Zəməxşəri (vəfatı-538/949), əl-Kəşşaf an həqaiqit-tənzil.
2. ər-Razi (vəfatı-606/1209), Məfatihul-qeyb.
3. əl-Beydavi (vəfatı-685/1286), Ənvarut-tənzil və əsrarut-təvil.
4. ən-Nəsəfi (vəfatı-710/1300), Mədarukut-tənzil və həqaiqut-təvil.
5. əl-Xazin (vəfatı-741/1340), Lübabut-təvil fi məanit-tənzil.
6. əl-Əlusi (vəfatı-1270/1853), Ruhul-məani fi təfsiril-Quranil-əzim 
vəs-səbil məsani. 
7. Rəşid Rza (vəfatı-1354/1935), Təfsirul-mənar.
8. Əlmalılı Həmdi Yazır (vəfatı-1362/1942), Haq dini Quran dili.
9. Əbul-Əla əl-Məvdudi, Təfhimul-Quran.
B. Mövzui (Mövzulara görə) təfsir 
Mövzu”  kəlməsi  “tərk  etdi,  atdı,  doğdu,  iftira  etdi,  yaratdı,  iflas 
etdi, qoydu ” və s. kimi mənalar daşıyan “vədaə” sözündən törəyən 
mimli məsdərdir. Mövzui təfsir “hər hansı bir mövzunun Quran və 
ya surə bütünlüyü içərisində ələ alınıb həmin mövzu ilə əlaqəli məkki və 
mədəni ayələrin toplanması, bu ayələrin nüzul sırasına görə sıralanma-
sı və elmi metodlarla incələnərək Allahın o mövzudakı muradının ortaya 
çıxarılması” kimi tərif edilmişdir.
Mövzui  təfsir  metodunun  harda  və  nə  zaman  ortaya  çıxdığı 
ba rə də dəqiq məlumat yoxdur. Bəzi alimlər bu təfsir janrının XX 
əsrdə Misirdə, bəziləri isə Hz. Peyğəmbər dövründə meydana çıx-
dığını iddia edirlər. 
Bu təfsir janrı bir metod kimi ilk dəfə XX əsrdə ortaya çıxıb sür-
ətlə yayılsa da, əslində bir çox təfsir janrları kimi mövzui təfsir janrı 
nümunələrinə də Hz. Peyğəmbərin dövründə rast gəlirik. Quranın 

TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
195
Quranla təfsiri metodunda olduğu kimi mövzuyla əlaqəli ayələrin 
toplanması mövzui təfsirin ilk mərhələsi sayıla bilər. Səhabilərdən 
bəzilərinin, xüsusilə də İbn Abbasın ondan soruşulan suallara ver-
diyi cavablar mövzui təfsirin ilk nümunələrindəndir.
Mövzui təfsir, Quranın bütünlüyünü əsas alan və surə bütünlü-
yü ilə kifayətlənən təfsir olmaq üzrə iki yerə ayrılır:
1. Quranın bütünlüyünü əsas alan mözui təfsir
Quranın  bütünlüyünü  əsas  alan  müfəssir  əvvəlcə  Quranın 
müxtəlf  şəkillərdə  bəhs  və  analiz  etməsi  barədə  qənaətə  gəldiyi 
bir mövzu müəyyənləşdirir. Sonar isə bu mövzu ilə əlaqəli ayələri 
Quran surələri içərisindən seçir. Daha sonra o mövzunun əsasını 
təşkil  edən  maddələri  ayələr  işığında  müəyyən  etməyə  çalışır  və 
bu  maddələri  nizamlayır.  Bundan  sonra  mövzunu  fəsillərə  ayı-
rır  və  bütün  görüşlərinə  Quran  ayələri  ilə  dəlil  gətirir.  Müfəssir 
mövzunu  incələrkən  onu  cəmiyyətin  həqiqət  və  problemləri  ilə 
əlaqələndirərək onları Quran işığı ilə işıqlandırmağa çalışır.
2. Surə bütünlüyü ilə kifayətlənən mövzui təfsir
Bu  tərz  mövzui  təfsir  birinci  tərz  mövzui  təfsirə  bənzəsə 
də  bunun  çərçivəsi  daha  dardır.  Çünki,  mövzui  təfsirin  birinci 
növündə mövzu Quran çərçivəsində ələ alınarkən, ikinci növdə isə 
sadəcə bir surədəki əsas məqsəd araşdırılır. Yəni surə bütünlüyü 
içərisində ələ alınan mövzui təfsir janrında surənin xüsusi və ümu-
mi hədəfləri, məqsədləri və onun əhatə etdiyi mövzuların bir-biri 
ilə olan əlaqələri açıqlanır.
Müfəssirlər mövzui təfsir janrı üçün bəzi qaydalar qoymuşdur-
lar ki, Quranı bu təfsir janrına görə təfsir edən hər bir müfəssirin bu 
qaydaları bilməsi lazımdır. Həmin qaydalar aşağıdakılardır:

TƏFSİR ÜSULU VƏ TARİXİ
196
a. Qurani-kərimdən bir mövzu seçərək onun müəyyən bir adla 
adlandırması. Məsələn, “Quranda ədalət”, “Qurana görə qadın” və s.
b. Mövzu ilə əlaqəli bütün ayələri toplamaq.
c. Həmin ayələrin nüzul sırasına görə düzülməsi və ya ən azın-
dan bu ayələrdən məkki-mədəni olanları təsbit etmək.
ç. Toplanan ayələri təfsirlərdən araşdırmaq.
d. Ayələrin ilk olaraq nazil olduğu dövrün şəraiti çərçivəsində 
ələ almaq.
e.  Hər  hansı  bir  hökmə  varmadan  öncə  ayələrin  ciddi  olaraq 
araşdırılması.
ə. Elmi metodlara riayət etmək.
i. Kəlmə və məfhumları təfsir etmək.
IV. BAŞLANĞICDAN  GÜNÜMÜZƏ  QƏDƏR  TƏFSİR  CƏ-
RƏYANLARI
Təfsirin tədvin edilməsinə paralel olaraq onun inkişafı zaman 
keçdikcə  bir-birindən  fərqli  cərəyanların  ortaya  çıxmasına  zəmin 
hazırladı. Bunlar insanların ehtiyaclarına görə fiqhi, etiqadi, elmi, 
ictimai vs. təfsir anlayışları şəklində ortaya çıxdı. Bu şəkildə mey-
dana çıxan təfsir cərəyanlarından bəzilərini aşağıdakı kimi qruplaş-
dırmaq olar:
A. Filoloji (Lüğəvi) təfsir
Fəthlərdən  sonra  müxtəlif  irqlərə,  dinlərə,  dillərə  və 
mədəniyyətlərə  mənsub  insanlar  İslam  dövlətinin  tərkibinə  qa-
tıldı.  Bu  da  özü  ilə  bərabər  müxtəlif  problemlər  gətirirdi  ki,  bu 
problemlərədən biri də İslam dinini yeni qəbul edən bu insanların 
Quranı oxuyub anlama ehtiyaclarının qarşılanması idi. Bu dövrdə 

BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
197
ərəb  ədəbiyyatı  fars,  hind  və  yunan  ədəiyyatlarının  təsiri  altında 
idi. Bütün bunların nəticəsində ərəb dili və ədəbiyyatı qaydalarının 
təsbit edilməsi, o cümlədən Quranın filoloji təhlili məsələsi ortaya 
çıxdı. Quran mətni ərəb dili qaydaları üçün vazkeçilməz bir mənbə 
idi. Bununla yanaşı ərəb şeri də Qurandakı bəzi ifadələri anlamada 
müraciət olunan mənbələrdən biri idi. 
Hicri ikinci əsrdən etibarən dil sahəsindəki fəaliyyətlər daha da 
canlandı. Sibəveyh (vəfatı-180/796), Əxfəş (vəfatı-177/793) və Xəlil 
İbn Əhməd (vəfatı-170/786) kimi dilçilər bu sahədə əsərlər meyda-
na gətirdilər.
Quranı, filoloji yöndən təfsir edən alimlər öz əsərlərinə “Məa-
nil-Quran”,  “Erabul-Quran”,  “Qəribul-Quran”  və  “Məcazul-Quran” 
kimi  adlar  verirdilər.  Dil  baxımdan  edilən  təfsirlərə  misal  olaraq 
Fərranın  (vəfatı-207/822)  “Məanil-Quran”,  əl-Müsənnanın  (vəfatı- 
210-825) “Məcazul-Quran” adlı əsərlərini verə bilərik. Sadəcə dilçi 
müfəssirlər deyil, eyni zamanda bir çox müfəssir də Quranı təfsir 
edərkən filoloji təhlillərə yer vermişlər. Məsələn, Zəməxşəri “Kəş-
şaf” adlı təfsirində çoxlu filoloji təhlillərdən istifadə etmiş, Quranın 
ecazkarlığını və bəlağətini ortaya qoymağa çalışmışdır. Başqa bir 
müfəssir olan Beydavi öz təfsirində filoloji açıqlamalara və ədə bi 
izahlara geniş yer vermişdir. Nəsəfi və Əbu Həyyan kimi müfəs-
sirlər də Quranı filoloji yöndən açıqlayan müfəssirlər arasında xü-
susi yerə sahibdirlər. 
B. Məzhəbi təfsirlər
Bilindiyi kimi İslam dininin meydana çıxdığı ilk əsrlərdən eti-
ba rən müxtəlif din anlayışları ortaya çıxmışdır. Bu müxtəlif anla-
yışlar  ayrı-ayrı  məzhəblərin  zühur  etməsinə  səbəb  olmuşdur.  Bu 
məzhəblər,  mənimsədikləri  fikirləri  əsaslandırmaq  üçün  ilk  növ-
bədə  Qurani-kərimə  müraciət  edirdilər.  Quranı  təfsir  edən  alim-

TƏFSİR ÜSULU VƏ TARİXİ
198
lər mənimsədikləri məzhəblərin din anlayışını təfsirlərində əks et-
dirirdilər. Bu alimlərin bir hissəsi öz məzhəblərini ön plana çıxar-
madığı halda, digər bir hissəsi isə əksinə təfsirlərində öz məzhəb-
lərinin görüşlərinə daha çox yer vermişlər.
Əhli-sünnə  təfsiri  deyə  tək  anlayışa  sahib  təfsir  məktəbindən 
bəhs  etmək  çox  çətindir.  Əhli-sünnə  məzhəbinə  mənsub  bir  çox 
təfsir məktəbləri vardır. Əslində biz “Təfsirin Mənbələri və Növ-
ləri”  mövzusunda  bəhs  etdiyimiz  məsələlər  əsasən  əhli-sünnə 
məzhəbinin ümumi təfsir anlayışını da ortaya qoyur. İndi isə digər 
məzhəblərin təfsir anlayışlarına yer verək: 
1. Mötəzili təfsirləri
Ayrılanlar” mənasına gələn Mötəzili məzhəbinin qurucusu Hi-
şam ibn Abdulməlik zamanında yaşayan Vasıl ibn Atadır (vəfatı- 
80/131). Bu məzhəb Əməvilər dövründə ortaya çıxsa da, daha çox 
Abbasilər  zamanında  islam  düşüncəsi  fəaliyyətində  öz  yerini  al-
mışdır. 
Mötəzili məzhəbi Quranı təfsir edərkən hər şeydən öncə ağı-
la böyük əhəmiyyət vermişdir. Onlara görə ağıl ilə nəql bir-birinə 
zidd  olarsa  bu  zaman  ağıl  əsas  alınar.  Onlar  mütaəşabeh  ayələri 
təvil edərkən də ağıla çox önəm vermişlər.
Mötəzilə  məzhəbinə  görə  Qurandakı  bəzi  ayələrdə  simvolik 
ifa dələr mövcuddur. Bu cür ayələrə həqiqi məna vermək tamamilə 
səhvdir. Məsələn, onlar
 نأَ�  َن ْدِه َش  َلَب ْاوُلاَق ْ ُكِّبَرِب  َت ْسَلأَ� ْمِه ِسُفنأَ�  َلَع ْ ُهَدَه ْشأَ�َو ْمُ َتَّايِّرُذ ْ ِهِروُه ُظ نِم َمَدآ�  ِنَب نِم  َكُّبَر َذَخأَ� ْذ
إِ
اَو  
.  َينِلِفاَغ اَذَه  ْنَع اَّانُك  َّان
إِ
ا ِةَماَيِقْلا َمْوَي ْاوُلوُقَت
“O zaman sənin Rəbbin Adəm oğullarının belindən zürriyyətlərini 
çıxardı və onların özlərini şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?”- 

BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
199
demişdi. Onlar: “Bəli, biz şəhadət veririrk.”- demişdilər. (Bu ona görə idi 
ki,) siz qiyamət günü: “Bizim bundan xəbərimiz yox idi”- deməyəsiniz
280
 
ayəsini  simvolik  olaraq  təfsir  etmişlər.  Onlara  görə  Allah  Adəm 
oğlunun  soyunu  onların  sülbündən  çıxararaq  onunla  danışması 
tamamilə təmsil və təsvirdən ibarətdir. Burada qəsd olunan Allahın 
insana  rübubiyyətinin  və  üluhiyyətinin  dəlillərini  təqdim  etməsi 
və  insanların  özlərinə  nəzarət  etmə  mexanizmi  olan  ağılı  da  bu 
hadisəyə şahid tutmalarıdır.
Bəzən  mötəzili  müfəssirləri  ortaya  qoyduqları  qaydalara  əks 
olan səhih hədisləri inkar etmişlər. Bəzən də, “xəbəri-vahidə” qarşı 
çıxa raq onu qəbul etməmişlər. Onlar ağıla çox əhəmiyyət verdikləri 
üçün bəzi şeyləri inkar etmişlər. Məsələn, bu məzhəbə görə “sehr” 
və  “cadu”  əslində  cahil  insanlara  təsir  etmək  üçün  bir  vasitədir. 
Fələq  surəsindəki  “düyümlərə  üfürən  qadınlar”  ifadəsindən  qəsd 
olunan sehr edən qadınlar deyil, əksinə hiyləgər, nazları ilə kişiləri 
fitnətyə  salan  qadınlardır.  Mötəzili  məzhəbinə  mənsub  alimlərin 
bir çoxu eyni zamanda cinlərin varlığını da inkar etmişlər. Bundan 
başqa onlar “xəlqul-Quran”, “rüyətullah”, “şəfaət” və “kəramət” kimi 
mövzularda da bir çox məzhəblərədən fərqli düşünmüşlərdir. 
Məşhur mötəzili təfsirlərə gəlincə bunlar aşağıdakılardır:
1.  Əbu  Müslim  əl-İsfəhani  (vəfatı-322/934),  Camiut-təvil  li 
muhkəmit-tənzil.
2.  Qazı  Əbdülcəbbar  (vəfatı-415/1024),  Tənzihul-Quran  anil-
mətain. 
3.  Əbul-Qasim  əl-Mürtəza  (vəfatı-  436/1044),  Ğurəful-fəvaid  və 
dürərül-qəlaid.
4. əz-Zəməxşəri (vəfatı-538/1143), əl-Kəşşaf.
280  Əraf, 7/172.

TƏFSİR ÜSULU VƏ TARİXİ
200
2. Şiə təfsirləri
Şiəlik Hz. Peyğəmbərin vəfatından sonra xəlifəliyə Hz. Əli və 
onun əhli-beytinin daha layiq olduğunu müdafiə edən qrupa verilən 
addır. Bu məzhəbi digər məzhəblərdən ayıran əsas nöqtə “imamət” 
məsələsidir.  Bu  məzhəb  öz  içərisində  Zeydiyyə,  İsmailiyyə, 
İmamiyyə kimi bir çox qollara ayrılır. Lakin şiə məzhəbləri arasın-
da ən böyük məzhəb İmamiyyə (Cəfəri) məzhəbidir. Buna görə də 
biz bu məzhəbin təfsir anlayışını ələ alacağıq. 
İmamiyyə məzhəbinin təfsir anlayışını açıqlamadan əvvəl onun 
inanc əsasları üzərində durmaq lazımdır. Əhli-sünnə və şiə məz-
həbləri tövhid, nübüvvət və məad kimi inanc əsaslarında eyni gö-
rüşlərə sahibdirlər. Lakin bu məzhəblər arasında bəzi fərqli cəhətlər 
də vardır ki, bunların da başında imamət inancı gəlir. İmamət inan-
cı  ilə  əlaqədar  daha  dörd  məsələ  vardır.  Bunlar  ismət,  mehdilik, 
ricət və təqiyyədir.
a. İmamət: İmam dini və dünyəvi liderdir. Şəriətin qorunması 
məsələsində Hz. Peyğəmbərin vəkilidir.
b. İsmət: İmam Peyğəmbər (s.ə.s) kimi zahirdə və batində doğu-
luşundan vəfatına qədər bütün pis şeylərdən məsumdur.
c.  Mehdilik:  Yerüzünə  zülm  və  ədalətsizlik  hakim  olduqdan 
sonra Mehdi zühur edəcək və dünyaya ədalət gətirəcəkdir.
d. Ricət: Gözlənən imam gəldikdən sonra Allah-təala ölənlərin 
bir hissəsini öldükləri şəkildə yenidən dirildəcək, onların bəzilərini 
yüksəldəcək,  bəzilərini  isə  alçaldacaqdır.  Kimin  haqlı,  kimin  də 
haqsız olduğunu ortaya çıxaracaqdır.
e.Təqiyyə: Cəmiyyətdən və ya hər hansı bir fərddən müxtəlif 
şəkillərdə  qorunmaq,  mənsub  olduğu  məzhəbi,  o  məzhəbin  ma-

BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
201
lını, öz canını və inancını gələcək zərər və ziyanlardan mühafizə 
etməkdir.
İmamiyyə  məzhəbinə  görə  Quran  təfsirində  əsas  alınacaq 
rəvayətlər  imamalardan  nəql  olunan  rəvayətlərdir.  Quranın 
həm  zahiri,  həm  də  batini  mənası  vardır.  Quranın  zahiri  tövhid, 
nübüvvət və risalətə dəvət, batini isə imamət, vəlayət və bunlarla 
əlaqədar şeylərdir. Zahir və batin məsələsində imamiyyə məzhəbi 
sufilərlə  eyni  düşünməkdədir. Ancaq  sufilərə  görə  batini  mənanı 
rüsux sahibləri, imamiyyə məzhəbinə görə isə imamlar və onlardan 
feyz alanlar anlayar.
Bu məzhəbə mənsub müfəssirlər Quranda imam Mehdinin zü-
hur edəcəyinə işarə edildiyini və 
... ُهَّانُ ُصنَتَلَو ِهِب َّا ُنِمْؤُتَل...
“...Əlbətdə  ona  inanacaqsınız  və  ona  yardım  edəcəksiniz...
281
 
ayəsindən də bunun qəsd edildiyini söyləmişlər.
Kəlam mövzularında İmamiyyə məzhəbi Mötəzili məzhəbinə 
daha yaxındır. Məsələn, bu məzhəb alimləri
ُهُكِر ْدُت َّال  َرا َصْبأَلا  ُكِر ْدُي َوُهَو  ُرا َصْبأَلا
Gözlər Onu idrak etməz, O gözləri idrak edər
282
 ayəsini əsas ala-
raq “rüyətullah” (Allahın görülməsi) məsələsini qəbul etməmişlər. 
Bundan  başqa  imamiyyə  müfəssirləri  ٌةَر ِظاَن  اَهِّبَر  ىَلِإ  “...  öz  Rəbbinə 
baxacaqlar
283
  ayəsini  isə“Rəbbinin  səvabını  gözləyirlər”  deyə  təfsir 
etmişlər. 
Həmçinin İmamiyyə müfəssirləri Nisə surəsinin 
281  Ali İmran, 3/81.
282  Ənam, 6/103.
283  Qiyamə, 75/22-23.

TƏFSİR ÜSULU VƏ TARİXİ
202
 ِهِب  ُتْعَتْمَتْسسا اَمَف ّنُ ْنِم َّانُه َروُجأُ� َّانُهوُتآ�َف 
 “ ... Onlardan faydalandığınıza görə mehrlərini qayda üzrə özlərinə 
verin...”
284
  ayəsini  mütə  nikahına  dəlil  saymışlar.  Bundan  başqa 
bu  məzhəbə  görə  dəstəmazda  ayaqlar  məsh  edilməlidir.  Bəqərə 
surəsinin  
َّانِمْؤُي  َّاتَح  ِت َكِ ْشُمْلا ْاوُحِكنَت َل َو
“ ...iman etmədikcə bütpərəst qadınlar-
la evlənmyin
285
...” ayəsinə əsaslanaraq müşriklərlə və əhli-kitabdan 
olanlarla evlənməyin haram olduğu qənaətinə gəlmişlər.
İmamiyyə məzhəbinin əsas təfsirləri bunlardır: 
1. Hicri III əsrin sonu və IV əsrin əvvəllərində yaşayan Əli İbn 
İbrahim əl-Qumminin təfsiri. 
2.  Əbu  Cəfər  Məhəmməd  İbn  Həsən  İbn  Əli  ət-Tusi  (vəfatı- 
460/1068), ət-Tibyan.
Şiə fəqihi olan Tusinin qələmə aldığı bu əsər ilk şiə təfsirlərin-
dən hesab olunur. Təfsirdə rəvayət və dirayət metodundan istifa də 
olunmuşdur. Bu əsər 10 cilddən ibarətdir.
3.Əbu  Əli  əl-Fəzl  İbn  Həsən  ət-Təbrəssi  (vəfatı-538/1153), 
Məcməul-bəyan fi təfsiril-Quran.
Bu  təfsirin  müqəddiməsində  oxuyucuya  bəzi  Quran  elmləri 
barədə məlumatlar verilmişdir. Şiə təfsirləri arasında ən mükəmməl 
təfsirlərdən  biri  hesab  olunur.  Qrammatik  qaydalara  ciddi  əməl 
olunmuş, bəlağətə geniş yer ayrılmışdır.
4. Məhəmməd İbn Mürtəza (vəfatı-1091/1680), əs-Safi
5. Məhəmməd Hüseyn ət-Təbatəbai, əl-Mizan fi təfsiril-Quran.
Bu əsər 20 cilddən ibarətdir. Bu təfsir də ən məhşur təfsirlərdən 
hesab olunur.
284  Nisa, 4/24.
285  Bəqərə, 2/221.

BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
203
6.  Mir  Məhəmməd  Kərim  Bakuvi,  Kəşfül-Həqayiq  an  Nükətil 
Ayəti vəd Dəqayyiq
Daha  əvvəl  də  bəhs  etdiyimiz  bu  əsər  üç  cilddən  ibarət  olub 
həmyerlimiz Məhəmməd Kərim Bakuvi tərəfindən yazılmışdır. 
3. Xaricilərin təfsiri
Əvvəlcə  Hz.  Əliyə  yardım  edən,  daha  sonra  isə  “təhkim  hadi-
səsində” Əbu Musa əl-Əşərini hakim təyin etdiyi üçün küfrə düşdü-
yü qənaətinə gələrək ona müxalif olan qrupa “Xaricilər” deyilmşdir. 
Xaricilər Quranın zahirini əsas almışlar. Quran ifadələrindəki 
əsas  məqsədləri  gözardı  etmişlər.  Məsələn,  onlara  görə  bir  adam 
bir yetimin malından az miqdarda yesə belə Nisə surəsinin 10-cu 
ayəsində buyurulduğu kimi onun cəhənnəmdə yanması vacib olar. 
Ancaq o adam yetimi öldürər və ya qarnını yarasrsa o cəhənnəmdə 
yanmaz.  Çünki  bu  barədə  nəss  yoxdur.  Bundan  başqa  xaricilər 
əməlin  imanın  bir  parçası  olduğunu  söyləmişlər.  Buna  görə  də 
əməli tərk edən imanı da tərk etmişdir. 
Xarici məzhəbinə aid təfsirlər olduqca azdır. Bir də bu məzhə-
bin sadəcə İbadiyyə qolu günümüzə qədər gəlib çatmışdır. Ən məş-
hur İbadiiyyə təfsiri Məhəmməd İbn Yusif İftiyyeşin (vəfatı- 1332/ 
1914) “Himyənuz-zad ilə dəril-məad” təfsiridir. 
C. Elmi təfsir
Bu  təfsir  cərəyanı  Quranda  müxtəlif  elmlərə,  kəşf  və  icadla-
ra  işarə  olunduğu  fikrindən  meydana  çıxmışdır.  Mənbələrin  bil-
dirdiyinə görə elmi təfsir dirayət təfsirinin doğuşu ilə ortaya çıx-
mışdır  ki,  bu  da  daha  çox  Abbasilər  dövrünə  təsadüf  edir.  Elmi 
təfsiri  sistemli  olaraq  ilk  dəfə  ələ  alan  əl-Qəzali  (vəfatı-505/1111) 
olmuşdur.  O  bu  sahədə  “Cəvahirul-Quran”  adlı  əsər  meydana 
gətirmşdir.

TƏFSİR ÜSULU VƏ TARİXİ
204
Bu janrda təfsir yazan və bunu ən yaxşı tətbiq edən isə Fəxrəddin 
ər-Razidir  (vəfatı-606/1209).  Ondan  sonra  isə  bu  sahədə  bayrağı 
Məhəmməd əl-Mursi (vəfatı-655/1257) və Suyuti (vəfatı- 911/1505) 
almışdır.
XIX əsrdə Avropanın təsiri ilə İslam aləmində ortaya çıxan inti-
bah  hərəkatı  ilə  yanaşı  elmi  təfsir  hərəkatı  da  yenidən  canlandı. 
Məhz  bu  dövrdə  Məhəmməd  ibn  Əhməd  əl-İsgəndərani  (vəfatı- 
1306/1888) “Kəşfül-əsrarin-nuraniyyətul-Quraniyyə” adlı bir əsər yaz-
dı. Ondan sonra da bəzi alimlər bu janrda əsərlər meydana gətirdi. 
Ancaq elmi təfsir Tantavi Cövhərinin (vəfatı-1359/1940) yazmış ol-
duğu “əl-Cəvahir fi təfsiril-Quran” əsəri ilə öz zirvəsinə çatdı. Onun 
qələmə aldığı bu əsər iyirmi beş cilddən ibarətdir.
Bu təfsir janrına üstünlük verənlər bəzi dəllilər gətirərək bunu 
əsaslandırmaq istəmişlər ki, onların bu dəlilləri aşağıdaklardır:
1. Quranda fiqh elm ilə əlaqədar təxminən yüz əlli ayə vardır. 
Ancaq  fizika,  kimiya,  astronomiya,  biologiya,  tibb  və  s.  elmlərlə 
əlaqəli ayələrin sayı isə yeddi yüz əlliyə çatır.
2. Qurandakı “...Biz kitabda heç nəyi nəzərdən qaçırmamışıq...”
286

“...Hər şeyi açıqlasın deyə sənə kitabı Biz nazil etdik...”
287
 kimi ayələr də 
buna işarə edir.
3. Mütəşabeh ayələr də bu təfsir janrını zəruriliyini göstərir.
4. “Onda əvvəllər yaşayanlar kimi sonra gələcəklər haqqında 
da xəbərlər vardır. Aranızda ortaya çıxacaq məsələlərin (ixtilafların) 
hökmü  də  vardır.  Bundan  başqa  onun  bədii  mənaları  tükənməz, 
çox təkrar olunmaqla əskiməz”
 288
 hədisi-şərifi də bu təfsir anlayışı-
nı dəstəkləyir. 
286  Ənam, 6/38.
287  Nəhl, 16/89.
288  Tirmizi, Fəzailul-Quran, 14.
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə