Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə5/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
10
soyundan  gəldiyi,  digərlərinin  isə  sonradan  ərəbləşdikləri  qəbul 
olunur. Şimalda yaşayan Övs, Xəzrəc və Qəssan kimi bir çox ərəb 
qəbilələri əslən cənublu olub sonradan şimala köç etmişlər. Məkkə 
və onun ətrafında yaşayan Rəsulullahın qəbiləsi Qüreyş isə şimal-
dakı Adnan soyundan gəlirdi. Ərəb dili də kökü akkad dilinə gedib 
çıxan  sami  dil  qrupuna  aiddir.  İbrani,  süryani,  həbəş,  finikiya  və 
Cənubi Ərəbistan dilləri də bu dil qrupuna mənsub dillərdir.
Quraq iqlimə sahib olan Ərəbistan yarımadasının orta hissəsi 
səhralıqdır. Ancaq yarımadanın şimal və cənub bölgələri əkinçiliyə 
əlverişli iqlimə sahibdir. Xüsusilə Yəməndə ta qədimdən ədviyyat 
bitkilərinin  becərildiyi  və  onların  ticarəti  olduğu,  bundan  başqa 
e.ə.  2000-ci  ildən  Marib  vahəsinin  süni  suvarma  sistemi  ilə  suva-
rıldığı və ildə iki dəfə taxıl götürüldüyü tarixə məlumdur. Cənubi 
Ərəbistan, əkinçiliklə yanaşı Hindistan və Afrikadan gələn malların 
ticarətindən də böyük gəlir əldə edirdi.
Məhz bu xüsusiyyətlərinə görə Yəmən, Rəsuli-Əkrəmin doğul-
masından əvvəlki əsrlərdə iranlıların və romalıların ələ keçirmək 
üçün mübarizə apardıqları, lakin tez-tez əldən-ələ keçən bir ərazi 
idi. Romanın Qırmızı dənizin o tərəfindəki xristian Həbəşistan uğ-
runda apardığı bu mübarizə, Rəsulullahın dünyaya gəlməsindən bir 
müddət əvvəl Hicaza da sıçramışdı. Rəsulullahın anadan olduğu və 
İslam tarixində “Fil ili” deyə bilinən 571-ci ildə əslən Roma tacirinin 
köləsi olan Yəmən hökmdarı Əbrəhə (Abramus) ordusu ilə Hicaza 
səfər etmişdi. Əbərəhədən əvvəl xristianlar burada (Yəməndə) İra-
nın müttəfiqi olan yəhudi sərkərdə Zu Nuvasın hakimiyyəti altında 
yaşayırdılar.  525-ci  ildə  həbəşlər  Zu  Nuvası  öldürüb  hakimiyyəti 
ələ keçirdilər və onların hakimiyyəti 570-ci ildə Əbrəhənin ölümünə 
qədər davam etdi. Əbrəhədən sonra İslam fəthlərinə qədər Yəmən 
İranın bir vilayəti olaraq qaldı.

1   2   3   4   5   6   7   8   9   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə