Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix06.05.2017
ölçüsü1,15 Mb.
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

QURAN ELMLƏRİ
111
Qazi  Abdulcəbbarın  (vəfatı-415/1024)  “Mütəşabihul-Quran”, 
Suyu tinin  (vəfatı-911/  1505)  ”Mütəşabihul-Quran”  adlı  əsərləri  bu 
sa hədə yazılmış önəmli əsərlərdəndir.
D. Hüruful-müqəttəə
Qurani-kərimdə bəzi surələrin baş hissəsində yerləşən hərflərə 
“müqəttəə hərfləri” (kəsik hərflər) deyilir. Bu hərflər iyirmi doqquz 
surədə yer alır. On dörd fərqli hərfdən ibarət olub, on üç şəkildə 
gəlir. Bu hərflərin müstəqil ayə olduğunu söləyənlər kimi, bunla-
rı müstəqil ayə hesab etməyənlər də vardır. Kufə alimlərinə görə 
bu hərflər bəzi yerlərdə müstəqil ayə, bəzi yerlərdə isə ayənin bir 
hissəsidir. Bəsrəlilər isə bu hərflərin heç birini mütəqil ayə sayma-
mışlar.
Müqəttəə  hərflərinin  şərh  edilib  edilməyəcəyi  haqqında  iki 
fərqli  görüş  vardır.  Bunlardan  birincisi  sələf  alimlərinin  görüşü-
dür ki, onlara görə bu hərflər Quranın sirlərindəndir və bunların 
mənası  insanlardan  gizlədilmişdir.  Məsələn,  Hz.  Əbu  Bəkir  bu 
barədə belə deyir: “Hər kitabın bir sirri vardır. Allahın Quranda-
kı sirri də surələrin əvvəlindəki hərflərdir”. Hz. Əli də bu hərflər 
haqqında belə demişdir: “Hər kitabın özəyi vardır. Bu kitabın da 
özəyi hürufu-müqəttəədir”.
Razi, Əlmalılı və s. kimi bəzi müfəssirlər də bu hərflərin Qura-
nın sirri olduğunu söyləmişlər. Bu görüşü mənimsəyənlərə görə bu 
hərflərin mənaları var. Lakin bu mənaları sadəcə Hz. Peyğəmbər 
bilirdi. 
İkinci görüş sahibləri olan xələf alimləri isə bu hərfləri şərh etmək 
tərəfdarlarıdır. Onlar Allah-təalanın insanalara mənası bilinməyən 
şeyləri endirməyəcəyi qənaətindədirlər. Ancaq alimlər bu hərflərin 
mənası haqqında yekdil fikrə sahib deyillər. Bu mövzuda iyirmiyə 

TƏFSİR ÜSULU VƏ TARİXİ
112
qədər  görüş  ortaya  atılmışdır.  Bəzilərinə  görə  müqəttəə  hərfləri 
Allahın  ad  və  sifətlərindən  bir  qisminə  işarə  edir.  İbn Abbasdan 
gələn bir rəvayətə görə “əlifləmmim” hərfləri “Allah”, “Lətif” və “ 
Məcid” adlarını göstərir. Dəhhaka görə isə əlifdən “Allah”, ləmdən 
“ Cəbrayıl” , mim hərfindən isə “Mühəmməd” (s.ə.s) qəsd olunmuş-
dur. Bir qrup alimə görə isə bu hərflər olduqları surəlrin adlarıdır. 
Digər bir qrup alim isə bu hərflərlə and içməyin murad edildiyini 
söyləmişlər.  Bir  başqa  görüşə  görə  isə  bu  hərflər  inanmayanların 
diqqətini cəlb etmək üçündür.
Nəticə olaraq bu hərflər haqqında bunları demək mümkündür:
1. Ya Allah-təala bu hərflərin Özü ilə Rəsulu arasında sirr olaraq 
qalmasını istəmişdir.
2. Ya da səhabilər bunlar barədə Hz. Peyğəmbərdən bir şey so-
ruşmadıqları üçün Rəsulullah (s.ə.s.) bu hərflər haqqında heç bir 
söyləməmişdir.
3.  Və  yaxud  da,  səhabilər  bu  hərflərin  mənasını  bilirdilər, 
ona  görə  də  Peyğəmbər  (s.ə.s.  )  bu  hərfləri  izah  etməyə  ehtiyac 
görməmişdir.
E. Surələrin başlanğıcları (Fəvatihus-suvər)
Qurani-kərimdə surələrin başlanğıcları müxtəlif şəkillərdədir. 
Onları aşağşdakı kimi qruplaşdırmaq olar:
1.  Allah  Təalanın  öyülməsi  ilə  başlayan  surələr.  Bunlar  on 
dörd surə olub beş yerdə “əl-həmdu lilləh”, iki yerdə “təbarəkə”, yed-
di  yerdə  isə  “təsbeh”  ifadələri  ilə  başlayır.  Həmin  surələr  bunlar-
dır: Fatihə, Ənam, İsra, Kəhf, Furqan, Səbə, Fatir, Hədid, Həşr, Saff, 
Cümə, Təğabun, Mülk və Əla.

QURAN ELMLƏRİ
113
2. Heca hərfləri (müqəttəə hərfləri) ilə başlayan surələr. Daha 
əvvəldə qeyd etdiyimiz kimi bunlar iyirmi doqquz surədir: Bəqərə, 
Ali-İmran, Əraf, Yunus, Hud, Yusuf, Rəd, Ibrahim, Hicr, Məryəm, 
Taha, Şüəra, Nəml, Qəsəs, Ənkəbut, Yasin, Sad, Mömin, Fussilət, 
Şura, Zuxruf, Duxan, Casiyə, Əhqaf, Qaf və Qələm surələri.
3. Nida ilə başlayan surələr. Quranda on surə nida ilə başlayır. 
Bunların beşi Hz. Peyğəmbərə, digər beşi də onun ümmətinədir. Bu 
surələr isə belədir: Nisə, Maidə, Hac, Əhzab, Hucurat, Mumtəhinə, 
Talaq, Təhrim, Müzzəmmil və Müddəssir surələri.
4. Xəbər cümləsi ilə başlayan surələr. Bunlar iyirmi bir surə olub 
Ənfal, Tövbə, Nəhl, Ənbiya, Muminun, Nur, Zümər, Mühəmməd, 
Fəth,  Qəmər,  Rəhman,  Mücadələ,  Haqqə,  Məaric,  Nuh,  Əbəsə, 
Qədr, Bəyyinə, Qariə, Təkasur və Kövsər surələrindən ibarətdir.
5.  Qəsəm  (and)  ilə  başlayan  surələr.  Bunlar  da  on  yeddi 
surədən ibarət olub Saffat, Zariyat, Tur, Nəcm, Qiyamət, Mursəlat, 
Naziat, Buruc, Tariq, Fəcr, Bələd, Şəms, Leyl, Duha, Tin, Adiyat və 
Əsr surələridir.
F. Quranın ecazkarlığı
Yəqin ki, İslam düşüncəsi tarixində ilk nəzəri mübahisələr Qu-
ranın ecazkarlığı məsələsi ilə əlaqədar meydana çıxmışdır. Qurani-
kərimin  möcüzəli  və  bənzərsiz  olması,  onun  təqlidedilməzliyi 
haqqında təsəvvürlər hələ Hz. Peyğəmbərin sağlığında müşriklərlə 
kəskin əqidə ixtilafları şəraitində yaranmış və Quranda öz əksini 
tapmışdır.
Peyğəmbərlərin tarixinə dair mənbələr göstərir ki, hər bir risalə 
sahibi  müəyyən  əlamətlərlə,  onun  adi  insanlardan  fərqləndiyini, 
Allah tərəfindən seçilmiş olduğunu bildirən möcüzələrlə gəlmişdir: 
adi  şüur  insanın  Allahla  əlaqəsi  barədə  hər  iddianı  qəbul  et-

TƏFSİR ÜSULU VƏ TARİXİ
114
mir,  peyğəmbərlik  iddiasında  olanlardan  nə  isə  qeyri-adi,  amma 
görünən, duyulan, hiss edilən bir şey tələb edir. Allah-təala Musa-
ya (ə.s) ilana çevrilə bilən əsa vermişdi ki, o öz əsası ilə Nil çayını 
iki  yerə  ayırmışdı,  İsa  (ə.s)  xəstələrə  şəfa  verə  bilirdi,  ona  ölüləri 
diriltmək qabiliyyəti bəxşedilmişdi. Allah-təala istəmişdir ki, Onun 
sonuncu  Peyğəmbərinin  möcüzəsi  Quran  olsun.  Çunki  ərəblər 
öz bəlağətləri və fəsahətləri, natiqlik qabiliyyətləri ilə fərqlənmiş, 
gözəl şer nümunələri yaratmışdılar. Onlar öz dillərinin təmizliyi, 
səlisliyi, söz sənəti sahəsindəki məharətləri ilə fəxr edirdilər. Buna 
görə də onlar üçün ən böyük möcüzə dil cəhətindən olabilərdi. 
Ecaz”, lüğətdə “aciz qoymaq” mənasına gəlir. Bir şeyin bənzərini 
düzəltməkdən başqalarını aciz qoyan şeyə də “möcüzə” deyilir. Qu-
ranın  ecazkarlığı  deyildikdə  isə  “onun  bütün  insanları  öz  oxşarını 
meydana gətirməkdən aciz qoyması” nəzərdə tutulur. Quranın oxşarı-
nı meydana gətirmək bəşər qüdrətinin fövqündədir. Quran fəsahət 
və bəlağət baxımdan elə bir səviyyədədir ki, bir insanın ona nəzirə 
yazması qeyri-mümkündür. Ancaq mötəzili alimi olan Nəzzamın 
(vəfatı-231/845) bu mövzuda bir etirazı vardır. Onun bu mövzuda 
irəli sürdüyü iddia “sərfə” adını almışdır. Sərfə nəzəriyyəsinə görə 
Allah-təala ərəblərin Qurana nəzirə yazmalarına mane olmuşdur. 
Quranın möcüzəvi yönü də məhz bu maneədən qaynaqlanır. Əgər 
Allah mane olmasaydı insanlar Quranın oxşarını meydana gətirə 
bilərdilər. 
Lakin,  İslam  alimlərinin  əksəriyyəti  onun  bu  nəzəriyyəsini 
qəbul etməyərək onu bəzi yönlərdən tənqid etmişlər. Çünki sərfə 
nəzəriyyəsini  qəbul  etsək,  o  zaman  Quranın  meydan  oxumasına 
ecaz  deyil,  təciz  deyilərdi.  Həmçinin  Qurani-kərimin  aciz  qoyma 
vəsfi  olmasaydı  onun  möcüzə  olduğunu  söyləyə  bilməzdik.  Qu-
ran onun ilahi bir kitab olduğuna qarşı çıxanlara meydan oxuyaraq 
belə buyurur:

QURAN ELMLƏRİ
115
.  َينِقِدا َص ْ ُتنُك نإِا ُهْعِبَّاتأَ� اَمُ ْنِم ىَدْهأَ� َوُه ِ َّاللا ِدنِع ْنِّم  ٍباَتِكِب اوُتأْ�َف ْلُق  
Ey  Rəsulum!  Onlara  de:  “Əgər  düz  deyirsinizsə,  ondan  Allahın 
dərgahından elə bir kitab gətirin ki, bunların ikisindən (Tövrat və Quran) 
də daha doğru yol göstərici olsun. Mən də onun ardınca gedim”.
126
Bu mümkün olmadığı üçün heç olmasa özü kimi bir kitab mey-
dana gətirməklərini istəyərək belə buyurur:
 اًايِه َظ  ٍضْعَبِل ْمُه ُضْعَب  َن َك  ْوَلَو ِ ِلْثِمِب  َنوُتأْ�َي َل  ِنآ�ْرُقْلا اَذـَه ِلْثِمِب ْاوُتأْ�َي نأَ�  َلَع ُّنِجْلاَو  ُسنإِلا  ِتَعَمَتْجا ِ ِئَّال لُق
De:  “İnsanlarla  cinlər  bir  yerə  yığışaraq  bu  bənzərini  gətirmək 
istəsələr, bir-birlərinə arxa olsalar belə onun kimisini gətirə bilməzlər”.
127
Qurani-kərim insanlara meydan oxumağa davam edərək onla-
rın Qurandakı surələrə bənzər on surə, buna da gücləri çatmasa heç 
olmasa bir surə meydana gətirmələrini istəməkdədir:
  َينِقِدا َص ْ ُتنُك نإِا ِ ّللا ِنوُد نِّم  ُتْعَطَتْسسا ِنَم ْاوُعْداَو  ٍت َيََتْفُم ِ ِلْثِّم ٍرَو ُس ِ ْشَعِب ْاوُتأْ�َف ْلُق ُهاََتْفا َنوُلوُقَي ْمأَ�
“Yaxud da onlar deyərlər: “Bunu (Quranı) o, özündən uydurubdur”. 
De: “Əgər haqlısınızsa, onda Allahdan başqa kimi bacarırsınızsa, köməyə 
çağırın və buna bənzər uydurulmuş on surə də siz gətirin.”
128
 
“Yaxud da onlar deyərlər: “Onu o (Mühəmməd peyğəmbər) uydur-
muşdur”. De: “Əgər düz deyirsinizsə, onda Allahdan başqa kimi bacarır-
sınızsa, köməyə çağıraraq siz də ona bənzər surə bir gətirin!”
129
Qurani-kərimin  meydan  oxumasına  rəğmən  heç  kəs  onun 
bənzərini meydana gətirməyə müvəffəq olmamışdır. Mənbələr bizə 
bəzi inkarcıların ilk dövrlərdə Qurana nəzirə yazmağa çalışdıqla-
rını xəbər verir. Məsələn, Müseyləmə ibn Kəzzabın fili vəsf edən 
bu bənzətməsi çox məşhurdur: “əl-filu məl-filu və mə ədrakə məl-
126  Qəsəs, 28/49.
127  İsra, 17/88.
128  Hud, 11/13.
129  Yunus, 10/38.

TƏFSİR ÜSULU VƏ TARİXİ
116
filu, ləhə mişfərun tavilun və zənəbun əsilun / Fil, nədir o fil? Sən 
bilirsənmi o fil nədir? Onun uzun xortumu və böyük quyruğu var”.
  əl-Xəttabi  “Bəyanu  icazil-Quran”  adlı  əsərində  bu  nəzirə 
barədə belə deyir: “Ey aciz insan! Sən bilmirsənmi ki, belə bir üslub 
tərzi sadəcə çox əhəmiyyətli və mənalı bir məsələdən bəhs edərkən 
işlədilir?  Görmürsənmi  ki,  Allah-təala  sadəcə  insanları  dəhşətə 
salan  və  mahiyyətini  də  Özündən  başqa  heç  bir  kəsin  bilmədiyi 
qiyamətdən danışarkən :
ُةَّاقاَحْلا اَم  َكاَرْدأَ� اَمَو .ُةَّاقاَحْلا اَم . ُةَّاقاَحْلا .يمحرلا نحمرلا الله مسب
O  qiyamət!  Nədir  o  qiyamət?  Sən  bilirsənmi  qiyamət  nədir  ?
130
 
ayəsində olduğu kimi bu üslubu işlədir?”
Qurani-kərimin ecaz yönlərinə gəldikdə bunlar aşağıdakılar-
dır:
1. Nəzm və təlif
Nəzm” kəlməsi “tərtib etmək, düzmək”, “təlif” isə “sıraya düzmək” 
mənalarını daşıyır.
Quranın hərfləri, kəlmələri və ayələri elə tərtib edilmişdir ki, on-
lardan hər hansı birini yerindən tərpətmək qeyri-mümkündür. İyir-
mi üç ildə fasilələrlə nazil olmasına baxmayaraq bu şəkildə tərtib 
olunması onun ecazkarlığını göstərən nişanələrdən biridir. 
2. Dil və üslubu
Qurani-kərimin ən əsas ecazkarlığı onun dil və üslubundadır. 
Səs  nizamındakı  həmahənglik,  ləfz-məna  tarazlığı,  eyni  vaxtda 
müxtəlif  səviyyədə  olan  insanlara  xitab  etməsi,  müxtəlif  mövzu-
ların iç-içə olması və bəyan tərzindəki müxtəliflik Quranın dil və 
üslub cəhətlərindən ecazkarlığını göstərir.
3. Qeybdən xəbər verməsi
130  Həqqa, 69/1-3.

QURAN ELMLƏRİ
117
Quranda  keçmişə,  indiyə  və  gələcəyə  dair  xəbərlər  vardır. 
Məsələn, risalətin ilk illərində səsanilər tərəfindən məğlub edilən 
bizanslıların  çox  yaxın  bir  zamanda  onlara  qalib  gələcəyi  Rum 
surəsində bildirilmişdir ki, həqiqətən də yeddi il sonra bizanslılar 
səsanilərə qalib gəlmişlər.
131
4. Bəşəriyyətin ehtiyacını qarşılaması
Qurani-kərim  hər  əsrdə  və  hər  yerdə  insanlara  doğruluğu 
göstərərək onları həm bu dünyada, həm də axirətdə xoşbəxt etməyi 
özünə  bir  hədəf  etmşdir.  O  bəşəriyyətin  mənəvi,  ictimai,  əxlaqi 
və  iqtisadi  əsaslar  ilə  yanaşı  onun  ruh,  qəlb  və  vicdan  təmizliyi, 
sağlamlığı,  idarəçiliyi,  hüquq  və  axirət  həyatına  dair  prinsiplər 
gətirmişdir.
5. Elmi cəhətdən ecazkarlığı
Qurani-kərim  insanlar  ibrət  alsınlar  deyə  elmi  həqiqətlərdən 
də bəhs etmişdir. Müasir elmlərin kəşf etməyə çalışdığı bəzi elmi 
həqiqətlər əsrlər əvvəl Quran tərəfindən bildirilmişdir. Yer və gö-
yün hərəkəti və digər xüsusiyyətləri haqqındakı Qurani bilgilər
132
 
bunun ən bariz nümunələridir. 
6. Quranın Hz. Peyğəmbər tərəfindən dəyişdirilməməsi
Müşriklərin  Hz.  Peyğəmbərdən  Quranın  onlardan  istədiyi 
bəzi  şeyləri  dəyişdirməsini  tələb  etmələrinə  baxmayaraq,  Onun 
müşriklərin  bu  arzularını  yerinə  yetirməməsi  və  Quranın  da 
Rəsulullahı (s.ə.s) bu mövzuda xəbərdar etməsi də Quranın ilahi 
bir mənbədən gəldiyini və möcüzəvi bir kitab olduğunu göstərir. 
Onlara ayələrimiz açıq şəkildə oxunduğu zaman (öldükdən sonra) bizim 
görüşümüzə ümidi olmayanlar dedilər:”Ya bundan başqa bir Quran gətir, 
131  Rum, 30/1-5.
132  Ənbiya, 21/30, Zümər, 39/5, Naziat, 79/30, Yasin, 36/38.

TƏFSİR ÜSULU VƏ TARİXİ
118
ya  da  bunu  dəyişdir.”  De  ki,  “Mənim  onu  öz  tərəfimdən  dəyişdirməyə 
haqqım yoxdur. Mən mənə vəhy olunana tabeyəm...”
133
 
Quranın ecazkarlığına dair bir çox əsər qələmə alınmışdır ki, 
bunlardan bəziləri aşağıdakılardır:
1. Rummani (vəfatı-384/994), ən-Nükət fi icazil-Quran.
2. Əl-Xəttabi (vəfatı-388/998), Bəyanu icazil-Quran.
3. əl-Baqillani (vəfatı-403/1012), İcazil-Quran.
4.  Mustafa  Sadiq  ər-Rafii  (vəfatı-1357/1938),  İcazul-Quran  və 
bəlağatun-nəbəviyyə
G. Qəribul-Quran
Ərəb dilində “ğərib” sözü “yurdundan uzaq qalan, bənzəri olma-
yan, qapalı olan” deməkdir. Təfsir üsulunda isə, “Quranda olan, an-
caq ərəblər arasında çox işlənməyən kəlmələrə qərib kəlimələr” deyilir. Bu 
kəlmələri
 
açıqlayan Quran elmi də “Qəraibul-Quran” adını almışdır.
  Quranda əvvəlki dövrlərdə işlədilən, sonra isə unudulan və 
ya daha az istifadə olunan sözlər olduğu kimi Təbəri və Şafinin qarşı 
çıxmasına baxmayaraq bir çox alimin qəbul etdiyinə görə digər ərəb 
ləhcələrindən  və  başqa  dillərdən  alınıb  ərəbcələşdirilən  kəlmələr 
mövcuddur. Məsələn, “ər-raqim” rum dilində kitab, “tur” süryani 
dilində dağ, “əl-mühl” bərbər dilində qaynar yağ, “əl- yəmmu” isə 
qibti  dilində  dəniz  mənalarına  gəlir.  Bu  sözləri  ərəblər  ticarət  və 
başqa məqsədlərlə təmasda olduqları xalqlardan almışlar. Quran, 
nüzul edilərkən ərəblərin başqa xalqlardan alıb ərəbcələşdirdikləri 
bu kəlmələri eynilə qoruyub saxlamışdır. 
Hz. Peyğəmbərin Quranla bağlı izahları kəlmə izahlarından da-
ha çox ayələrdəki hökmlərlə əlaqədar olurdu. Bəlkə buna görə sə-
133  Yunus, 10/15.

QURAN ELMLƏRİ
119
habilərin bir qismi bu kəlmələrin mənalarını bilmədiklərini etiraf 
etmişlər. Məsələn, “tərcümanul-Quran” adlanan və səhabilər arasın-
da təfsir sahəsində ən məşhur olan İbn Abbas belə altı ayədə keçən 
“fatir” kəlməsinin mənasını əvvəllər bilmədiyini, bunları iki ərəb 
kəndli bir-biriylə mübahisə edərkən onlardan eşidərək öyrəndiyini 
söyləmişdir. Bundan başqa o, “qislin”
134
, “hənanən”
135
, “əvvah”
136
 
və “ər-raqim”
137
 kəlmələrinin mənalarını daha sonralar öyrəndiyini 
etiraf etmişdir. Lakin unutmamaq lazımdır ki, Qurandakı istər Qü-
reyş  və  digər  ərəb  ləhcələrində  verilən  sözlərin,  istərsə  də  başqa 
dillərdən ərəb dilinə keçən kəlmələrin izahında ən böyük pay İbn 
Abbasa düşür. O, bu kəlmələri izah edərkən ərəbcə şeirlərdən çox 
istifadə etmişdir. Buradan belə bir nəticəyə gələ bilərik ki, qəribul-
Quranla əlaqədar ilk fəaliyyətlər səhabi dövründə başlamışdı.
Lakin bu dövrdə islami elmlər yazılı hala gəlmədiyi üçün bu 
sahədəki  məlumatlar  əsasən  şifahi  yolla  nəql  olunurdu.  Hicri  II 
əsrdə təfsir və digər elmlərlə yanaşı qəribul-Quran mövzusundakı 
məlumatlar da yazılı hala gətirilməyə başlandı.
İbn  Abbasla  başqa  Əbu  Übeyd  əl-Qasım  ibn  Səllam  (vəfatı 
200/815), əl-Fərra (vəfatı-207/822), Əxfəş əl-Əvsad (vəfa tı-221/835), 
əz-Zəccac (vəfatı-311/923), Mamər əl-Müsənna (vəfa tı-210/825), İbn 
Qüteybə (vəfatı-276/889) və Rağıb əl-İsfəhani (vəfatı-502/1108) kimi 
alimlər qəribul-Qurana dair əsərlər yazmışlar.
H. Quranın mübhəmləri
“Mübhəm”
 
kəlməsi  lüğətdə  “çətin  anlaşılan,  çətin  başa  düşülən 
şey”,  “nəyin  qəsd  edildiyi  bilinməyən  söz”  mənalarına  gəlir.  Termin 
134 Haqqa, 69/36
135 Məryəm, 19/13
136 Tövbə, 9/114
137 Kəhf, 18/9

TƏFSİR ÜSULU VƏ TARİXİ
120
olaraq mübhəm “insan, mələk və cin kimi varlıqlar və ya bir qəbilə, ca-
maat  üçün  Quranda  ismi-məvsulların,  əvəzliklərin,  bilinməyən  zaman 
zərflərinin və bilinməyən məkan adlaının işlədilməsidir”. 
Mübhəmlərin Quranda işlədilməsinin bir çox səbəbləri vardır 
ki, onlardan bəziləri bunlardır:
1. İfadə zənginliyini qorumaq. 
Məsələn:
 “Bizə doğru yolu göstər. Nemət verdiyin kəslərin yolunu, qəzəbə dü-
çar olanların və azanların yolunu deyil
138
 ayəsindəki “əlləzi” sözü ilə 
mübhəm qalan “nemət verilənlər” ifadəsi, 
…  َينِحِلا َّاصلاَو ءاَدَه ُّشلاَو َينِقيِّد ِّصلاَو َينِّيِبَّانلا َنِّم مِ ْيَلَع  ُ ّللا َمَعْنأَ� َنيِ َّالا َعَم  َكِئـَلْوأُ�َف ...
“...Onlar Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və 
salehlərlə bərabərdir
139
 ayəsi ilə açıqlanmış və fərqli üslubda işlə di-
lərək ifadə zənginləşdirilmişdir.
2. Haqqında danışılan kəsin şəxsiyyətini ucaltmaq. 
Məsələn: Zümər surəsinin 33-cü ayəsi olan; 
  َنوُقَّاتُمْلا ُ ُه  َكِئَلْوأُ� ِهِب  َقَّاد َصَو  ِق ْد ِّصل ِب ءاَج يِ َّالاَو  
 “Doğrunu gətirən və onu təsdiq edənlər- bunlar Allahdan qorxan-
lardır”  ayəsindəki  “əlləzi”  həm  Hz.  Mühəmmədi,  həm  də  onun 
ümmətini ucaltmaqdadır. Çünki doğrunu gətirən Allahın Rəsulu, 
onu ilk təsdiq edən də onun ümmətidir.
3. Xoşa gəlməz bir ifadə ilə qarşıdakını təhqir etmək. 
Məsələn:
138  Fatihə, 1/6-7
139  Nisa, 4/69

QURAN ELMLƏRİ
121
  ُ َتْبأَ ْلا  َوُه  َكَئِنا َش َّانإِا 
 “Həqiqətən, Səni gözü götürməyənin özü zürriyətsizdir.
140
 ayəsində 
Hz. Peyğəmbərə “əbtər” (soyu kesik) deyən As İbn Vaili təhqir etmək 
üçün “huvə” zamiri işlədilmişdir.
4. Fail məşhur olduğu üçün açıqlamağa ehtiyacın olmaması. 
Məsələn:
 َ ةَّانَجْلا  َكُجْوَزَو  َتنأَ�  ْنُك ْسا ُمَدآ�  َي
“...Ey Adəm! Sən və zövcən cənnətə yerləşin...”
141
 ayəsindəki “zövcə” 
kəliməsindən qəsd olunan kəsin Həvva olduğu hər kəs tərəfindən 
bilinməkdədir.
5. Mühəmin açıqlanmasının heç bir faydası olmaması. 
Məsələn:
يِ َّال َك  ْوأَ�    َ ِهَو ٍةَيْرَق  َلَع  َّارَم اَه ِشو ُرُع  َلَع ٌةَيِواَخ 
 “Yaxud damları çökmüş bir kənddən keçən kəsi ( görmədinmi)?...”
142
 
ayəsində qeyd olunan “əlləzi” və “qaryə” sözləri mübhəmdir. Hər 
nə qədər “əlləzi” ilə Üzeyirin (ə.s), “qaryə” kəliməsi ilə də Beytul-
məqdisin qəsd olunduğu söylənsə də, nə bu izahların dəqiq oldu-
ğunu iddia edə bilmərik, nə də bunlardan nəyin qəsd olunduğunun 
bilinməsinin bizə heç bir faydası yoxdur. 
Mübhəmatın  açıqlanmasına  ağla  gələn  ilk  qaynaq  Qurandır. 
Lakin həm səhabi, həm də tabeun müfəssirlərdən israiliyyata meyl 
edənlər mübhəmatın izahında Tövratdan da istifadə etmişlər. Bun-
dan başqa bu cür ayələrin təfsirində müraciət olunan digər qaynaq 
tarixdir. Çünki mübhəmatla əlaqədar olan şeylərin bir çoxu tarixdə 
140  Kövsər, 108/3 
141  Bəqərə, 2/35
142  Bəqərə, 2/259

TƏFSİR ÜSULU VƏ TARİXİ
122
baş  verən  hadisələr,  o  hadisələrin  meydana  gəldiyi  məkanlar  və 
qəhrəmanlarıdır.  Səhabi  nəqlləri  və  tabeun  alimlərinin  şəxsi  gö-
rüşləri  də  mübhəmatın  izahında  müraciət  olunan  qaynaqlardan-
dırlar.
Lakin bu qaynaqların hamısı yuxarıda da qeyd etdiyimiz kimi 
ciddi araşdırılmalıdır. Çünki bunların əksəriyyəti başda Quran ol-
maqla, ağıla, məntiqə, ərəb dilinə və tarixə zidd olan məlumatlardır. 
Bu cür rəvayətlərə misal versək mövzunu daha yaxşı anlayarıq.
Məsələn, Hicr surəsinin 44-cü ayəsinə cəhənnəmin yeddi qapı-
sından bəhs olunur. Suyuti, Aməş və İbn Abbasdan gələn iki ayrı 
rəvayətdə bu qapıların Hütamə, Haviyə, Ləza, Səqar, Cəhim, Səir 
və  Cəhənnəm  olduğu  bildirilir.  Halbuki  bu  kəlmələrin  siyaq  və 
sibaqına baxdıqda görürük ki, bunlar Cəhənnəmin qapıları deyil, 
əksinə Cəhənnəmin digər adlarıdır.
Başqa  bir  misal  Yusif  surəsinin  26-cı  ayəsində  bəhs  olunan 
şahid  haqqında  söylənilənlərdir.  Belə  ki,  həmin  rəvayətdə,  şahi-
din qadının bibisi oğlu olan kiçik bir uşaq olduğu bildirilir. Lakin 
bunu qəbul etmək mümkün deyildir. Çünki beşikdəki bir uşağın 
bu  şəkildə  şahidlik  etməsi  ağıla  tərsdir.  Həm  də  Həsən  əl-Bəsri, 
İkrimə, Qəttadə, Dəhhak və Mücahid kimi alimlər, bu ayədki şahi-
din padişahın istişarə məsləhətləşdiyi hikmət sahibi bir vəzir oldu-
ğunu söyləmişlər. 
 Buna görə də mübhəmlərlə bağlı bizə gəlib çatan rəvayətlərin 
doğruluğuna  çox  diqqət  etməliyik.  Əks  təqdirdə  doğru  olma-
yan rəvayətlər həm izah zənginliyinə mane olar, həm də Quranın 
beynəlmiləl hədəflərini zədələyər.
Bu mövzuda yazılmış əsərlər arasında ən məşhur olanı Sühey-
linin (vəfatı-581/1185) “ət -Tərif vəl-ilam” adlı əsəridir.

QURAN ELMLƏRİ
123
I. Quranın müşkilləri
“Müşkil” kəlməsi lüğətdə “qarışıq olmaq” mənasına gələn “əş-
kələ”  felinin  ismi-  failidir.  Oxuyucuya  ziddiyətli  şəkildə  görünən 
ayələrə  müşkil  ayələr  deyilir.  Əslində  Quranda  zidd  mənada 
işlədilən ayələr yoxdur. Nisa surəsinin 82-ci ayəsində bu həqiqət 
belə dilə gətirilir:
“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) dü şün-
məzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu 
ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.”
Daha  yaxşı  incələdikdə  görərik  ki,  bu  ayələr  eyni  mövzudan 
bəhs  etmirlər,  eyni  şərtlərə  və  eyni  ehtiyaclara  cavab  vermirlər. 
Buna görə də fərqli zamanlarda ortaya çıxan, fərqli şəraitlərlə bağlı 
olan ifadələri tarixi və ictimai şərtlərə görə dəyərləndirmək lazım-
dır. Quranı cəmiyyətin və tarixin xaricindəki bir mətn kimi oxuyan-
lar onda zidd mənaların olduğu qənaətinə gəlirlər. Amma o iyirmi 
üç il ərzində müxtəlif ictimai hadisələri izləyərk meydana gələn bir 
mətndir. Quranın bu xüsusiyyətini diqqətdən qaçırmaq oxuyucunu 
belə yanlış bir qənaətə gəlməyə sövq edər. 
Quranda var olduğu zənn edilən müşkillərin səbəbləri aşağıda-
kılardır:

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə