Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti
Elnur Sadıqov
BANK
ƏMƏLİYYATLARI
Dərs vəsaiti
Azərbaycan
Respublikası
təhsil
nazirinin 25 fevral 2010-cu il tarixli 235
saylı əmri ilə dərs vəsaiti kimi təsdiq
edilmişdir.
Azorbayoan Respublikss! Prezidentinin
İşiör idarəsi
PREZSDENT KİTABXÄNASI
Bakı - 2010
1
Müəllif:
Sadıqov Elnur Məhəmməd oğlu – iqtisad
elmləri doktoru, Azərbaycan Dövlət İqtisad
Universitetinin “Bank işi” kafedrasının
professoru
Rəyçilər:
i.e.n. ƏZİZOVA Ə.Ə. – KAPİTAL BANK
A.S.C.-nin “Xəzinədarlıq” departamentinin
direktor müavini.
i.e.n. BRAHİMOV Z.H. – Azərbaycan
Dövlət İqtisad Universitetinin “Bank
işi” kafedrasının dosenti.
Elnur Sadıqov. Bank əməliyyatları. Dərs vəsaiti.
Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2010.- 212 səh.
Kitabda bank əməliyyatlarının məzmunu ifadə edir və bank əmə-
liyyatlarının həyata keçirilməsinin hüquqi əsaslarının mahiyyəti açıqlanır.
Kommersiya bankının aktiv və passiv əməliyyatları kitabda öz izahını
tapmışdır. Eyni zamanda kommersiya bankının iqtisadi inkişaf dövründə yeni
məzmunu və əməliyyatları göstərilmiş, bank xidməti bazarının xüsusiyyətləri
verilmişdir. Kitab bank sisteminin işçiləri üçün, eyni zamanda bank işini
sərbəst öyrənənlər, həmçinin ali və orta ixtisas məktəblərinin tələbələri üçün
nəzərdə tutulmuşdur.
© Sadıqov E. - 2010
© “İqtisad Universiteti” - 2010
2
MÜNDƏRİCAT
GİRİŞ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
3
FƏSİL 1. Bank əməliyyatlarının mahiyyəti……. . .
1.1. Bankların mahiyyəti və növləri. . . . . . . . . . . . . . .
1.2. Bank kreditləşdirilməsinin hüquqi əsasları. . . . . .
1.3. Mərkəzi Bank, onun quruluşu və hüquqi mövqeyi.
1.4. Kommersiya bankları və digər kredit təşkilatları.
1.5. Bank nəzarətinin mahiyyəti. . . . . . . . . . . . . . . . .
1.6. Mərkəzi Bankın pul – kredit siyasətinin əsas alətləri
və metodları…………………………………. . . . .
FƏSİL 2. Kommersiya banklarının əməliyyatları…
2.1. Kommersiya banklarının əməliyyatlarının mahiyyəti..
2.2. Aktiv və passiv əməliyyatlar, onların növləri, iqtisadi
məzmunu……………………………………………….
2.3. Bank əməliyyatlarının təsnifatı. . . . . . . . . . . . . . .
2.4. Bank əməliyyatlarının gəlirliliyi, riskləri və sığorta-
lanması……………………………………………….
FƏSİL 3. Nağdsız və nağd hesablaşmalar. . . . . . .
3.1. Nağdsız hesablaşmarın mahiyyəti. . . . . . . . ... .
3.2. Banklarda pul emissiyası. . . . . . . . . . . . . . . . . .
3.3. Banklarda nağd pul emissiyası. . . . . . . . . . . . . .
3.4. Nağdsız hesablaşmaların mahiyyəti. . . . . . . . . .
3.5. Banklarda nağd pull dövrüyyəsi. . . . . . . . . . . . .
3.6. Müəsissələrdə kassa əməliyyatının təşkili . . . . .
FƏSİL 4. Bankların lizinq və faktorinq əməliyyatları.
4.1. Lizinq əməliyyatı. . . . . . . . . . . . . . . . . . . . . . . . .
4.2. Faktorinq əməliyyatı. . . . . . . . . . . . . . . . . . . . . .
FƏSİL 5. Bankların beynəlxalq əməliyyatları…….
5.1. Beynəlxalq hesablaşmalar üzrə bank əməliyyatları...
5.2. Beynəlxalq hesablaşmaların əsas formaları. . . .
7
7
9
11
13
22
22
31
31
39
55
57
61
61
68
70
74
96
101
108
108
110
114
114
115
3
5. 3. Valyuta əməliyyatlarının növləri. . . . . . . . . . . . .
5. 4.Forvard müqaviləsi. . . . . . . . . . . . . . . . . . . . . . . 5. 5.
Bankararası valyuta bazarında əməliyyatlar. . .
FƏSİL 6. Forfeytinq əməliyyatları………………….
6. 1. Forfeytinq əməliyyatlarının mahiyyəti. . . . . . . . .
6. 2. Forfeytinq kağızları. . . . . . . . . . . . . . . . . . . . . .
FƏSIL 7. Bankların qiymətli kağızlar bazarında fə-
aliyyət növləri………………………………………. .
7. 1. Bankların qiymətli kağızlar bazarında əməliyyatları..
7. 2. Bankların depozit və əmanət qiymətli kağızları. .
FƏSİL 8. Bankların veksellərlə əməliyyatları…. . . .
8. 1. Veksellərlə bank əməliyyatları. . . . . . . . . . . . . . .
8. 2. Sadə vekselin mahiyyəti. . . . . . . . . . . . . . . . . . .
8. 3. Köçürmə vekselinin mahiyyəti. . . . . . . . . . . . . .
8. 4. Vekselin aksepti üzrə əməliyyatlar. . . . . . . . . . .
8. 5. Veksel zaminliyi – aval. . . . . . . . . . . . . . . . . . .
8. 6. Veksel üzrə ödəniş müddəti. . . . . . . . . . . . . . . .
8. 7. Vekselin ödənilməməsi və qeyri – aksept əməliyyatı.
8. 8. Veksel dövriyyəsində iştirak edən şəxslərin hüquq
və vəzifələri. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
FƏSİL 9. Qiymətli metallar və qiymətli daşlarla bank
əməliyyatları…………………………………….
9. 1. Bankın qiymətli metallarla əməliyyatlarının növləri..
9. 2. Qiymətli metallarla bank əməliyyatlarının xüsusiy-
yətləri. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
9. 3. Banklarda metal hesabı. . . . . . . . . . . . . . . . . . .
9. 4. Təbii qiymətli daşlarla əməliyyatlar. . . . . . . . . . .
117
119
120
121
121
123
124
124
133
154
154
155
157
159
161
161
164
165
167
167
168
171
174
4
FƏSİL 10. İnternet – bank sisteminin mahiyyəti…
FƏSİL 11. Kommersiya banklarında müştərilərə
xidmətinin təşkili…………………. . . . . . . . . . . . . . .
11. 1. Kommersiya banklarında xidmətin təşkilinin mahiyyəti
11. 2. Bank marketinqinin üsulları……………………
11. 3. Fiziki şəxslərə fərdi bank xidmətlərinin təşkili. . .
11. 4. Banklarda kredit, məsləhət xidmətinin təşkili. . .
11. 5. Fərdi şəxslərə kredit verilməsi əməliyyatları. . . .
FƏSİL 12. Bankın investisiya və kredit siyasəti….
12. 1. Bankın investisiya siyasəti. . . . . . . . . . . . . . . .
12. 2. Birbaşa və portfel investisiyası. . . . . . . . . . . . .
12. 3. Bankın kredit siyasəti…………………………...
FƏSİL 13. Bank əməliyyatları üzrə risklər…………….
13. 1. Sənədli əməliyyatlar üzrə risklər. . . . . . . . . . . .
13. 2. Bank zəmanəti ilə risklərin sığortalanması. . . .
ƏDƏBİYYAT. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
177
178
180
183
186
191
197
197
200
201
206
206
208
210
5
GİRİŞ
Bank sisteminin fəaliyyəti qəbul olunmuş “Mərkəzi Bank
haqqında” və “Banklar və bank fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının
qanunları
ilə
nizamlanır.
Azərbaycan
Respublikasının ərazisində kommersiya banklarının açılması,
qeydə alınması və ləğvi həmin qanunlarla müəyyən olunur.
Azərbaycan ərazisində bu qanuna görə lisenziyalaşdırılmış bank
fəaliyyəti qaydası mövcuddur, yəni bank fəaliyyəti yalnız
Mərkəzi Bankın xüsusi lisenziyası əsasında aparıla bilər. Bank
fəaliyyətinə Mərkəzi Bank tərəfindən xüsusi icazə verilməsi bank
əməliyyatları üzrə yüksək dərəcəli risklə əlaqədardır. Bankın
nizamnaməsi Mərkəzi Bankdan qeydiyyatdan keçdikdən sonra
kommersiya bankı yaradılmış hesab edilir və hüquqi şəxs statusu
qazanır. Kommersiya banklarının yaradılması təşəbbüsünü onun
təsisçiləri irəli sürürlər.
Qanuna görə kommersiya bankları istənilən mülkiyyət
formasında yaradıla bilər. Onun təsisçiləri isə bankın nizamnamə
kapitalının formalaşmasında iştirak etməyə tam hazır olan hüquqi
və fiziki şəxslər ola bilərlərdir. Qanuna görə siyasi təşkilatlar və
ixtisaslaşmış ictimai fondlar müstəsna olmaqla bütün hüquqi və
fiziki şəxslər kommersiya banklarının təsisçiləri ola bilərlər.
Likvid balansı olmayan və eləcə də, ödəmə qabiliyyətsiz elan
olunmuş müəssisə və təşkilatlar bankın təsisçisi ola bilməzlər.
Təsisçilər bankın yaradılması üçün lazım olan bütün
sənədlərin hazırlanmasını öz üzərlərinə götürürlər. Təsisçilər, yəni
fiziki və hüquqi şəxlər təsis müqaviləsini hazırlayır və onu
imzalayırlar.
Təsis müqaviləsində bankın xarakteri (pay və ya səhm-
dar), nəzərdə tutulan nizamnamə kapitalının məbləği və
təsisçilərin həmin kapitalda olan payı, üzərlərinə götürdükləri
öhdəliklər üzrə tərəflərin cavabdehlik səviyyələri, mövcud ola
biləcək münaqişələrin həlli qaydası və s. öz əksini tapmalıdır.
Kommersiya banklarının yaradılmasında əsas sənəd kimi
onun nizamnaməsi qəbul edilir və nizamnamədə bankın adı, onun
hüquqi ünvanı, apara biləcəyi əməliyyatların siyahısı, nizamnamə
6
fondunun və bank tərəfindən yaradılacaq digər fondların məbləği,
təsisçilər haqqında məlumat və bankın idarəçiliyi haqqında
əsasnamə təqdim olunmalıdır.
Bazar iqtisadiyyatına keçid dövründə banklar iqtisadiy-
yatın daha sürətlə inkişaf edən sahəsinə çevrilmişdir. Güclü
maliyyə potensialına malik banklar olmasa iqtisadiyyatı inkişaf
etdirmək olmaz. Onlar ölkənin sosial – iqtisadi inkişafına maliyyə
təminatı yaratmaqla iqtisadi islahatların reallaşmasında böyük rol
oynaya bilərlər. Mahiyyət etibarilə bankların başlıca funksiyası
ölkənin iqtisadi inkişafına xidmət etməkdir.
Banklar yerinə yetirmiş olduqları əməliyyatların xarakte-
rinə görə üç əsas tipə bölünürlər: emissiya, səhmdar – kom-
mersiya və ixtisaslaşdırılmış banklar.
Mərkəzi Bank adətən ayrı-ayrı müəssisələr, firmalar və
sahibkarların kreditləşdirilməsi ilə məşğul olmur. Bu əməliyyat-
ların həyata keçirilməsi səhmdar – kommersiya banklarının
səlahiyyətlərinə aid edilir. Belə ki, səhmdar – kommersiya bank-
ları müəssisələr, firmalar və ayrı-ayrı vətəndaşların kredit-
ləşdirilməsini həyata keçirir.
Səhmdar – kommersiya bankları əmanətlərin kredit sis-
teminə cəlb edilməsi, müəssisələrə, firmalara, şirkətlərə kreditin
verilməsi, göstərilən strukturlar arasında haq – hesablar üzrə
yuxarıda göstərilən əməliyyatların mühüm kütləsini yerinə yetirir,
həmçinin də fond-komisyon və valyuta əməliyyatları ilə məşğul
olur.
Səhmdar – kommersiya banklarının şəbəkəsi bazar
iqtisadiyyatına keçidlə əlaqədar olaraq genişlənir. Lakin, eyni
zamanda maliyyə vəsaitinin çatışmazlığı və ölkə iqtisadiyyatının
böhran keçirməsi ilə əlaqədar olaraq tez bir zamanda iflasa
uğrayırlar. Bunlarla yanaşı bir sıra xarici özəl banklar güclü rəqabət
aparma qabiliyyətinə malik olduqlarına görə respublikanın maliyyə -
kredit sistemində aparıcı mövqe tuturlar.
7
FƏSİL 1. BANK ƏMƏLİYYATLARININ MAHİYYƏTİ
1. 1. Bankların mahiyyəti və növləri
Bank sistemi iqtisadi sistemin ən mühüm elementlərindən
biridir. İqtisadiyyatın digər sahələri kimi bank sistemi də hal-
hazırda struktur, eləcə də funksiyalarla əlaqədar olan köklü
dəyişikliklərə məruz qalmaqdadır. Dəyişikliklərin işlənib hazır-
lanması xarici təcrübə, keçirilən iqtisadi islahatların ilk illərinin
təcrübəsi, bank müəssisələrinin mahiyyəti və təyinatı haqqında
müasir təəssüratlar əsasında həyata keçirilən bank qanunvericiliyi
tərəfindən təsbit edilir.
Bankların iqtisadi təbiəti onların xüsusi funksiyasında özünü
büruzə verir: iqtisadi bazarda xüsusi maliyyə vasitəçiləri rolunu
yerinə yetirmə funksiyası. Bu əsasda banklar müəyyən
subyektlərin (dövlətin, fiziki şəxslərin, təsərrüfat strukturlarının)
təsərrüfat fəaliyyəti prosesində azad olan sərbəst pul vəsaitlərini
cəlb edir və həmin vəsaitləri müddətlilik, qaytarılma və başqası
tərəfindən istifadə olunduğu müddət üçün əvəzinin ödənilməsi
şərtləri ilə təklif edir. Bununla onlar bank kreditləşdirilməsini
həyata keçirir. Bank krediti maliyyə hüququnun mühüm
halqalarından biridir. Məhz bank sistemi həm nağd, həm də
nağdsız pul vəsaitləri fondunun toplanmasını həyata keçirir.
Beləliklə, kapitalın daim bölüşdürülməsi baş verir. Bank –
fəaliyyət məhsulu müxtəlif xidmət növündən (məsələn, kreditlərin
təklif edilməsi, yatırımların yerləşdirilməsi, zəmanətlərin və
zaminliyin verilməsi, məsləhət xidmətlərinin göstərilməsi və s. )
ibarət olan kommersiya müəssisəsidir.
Son illər ərzində bank sistemində baş verən dəyişikliklər
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində əks
olunmuş və onun ikimərhələli xüsusiyyətləri təsbit edilmişdir:
1)
Birinci mərhələ – Azərbaycan Respublikasının Mərkəzi
Bankı;
2)
İkinci mərhələ – kommersiya bankları və digər kredit
8
müəssisələri, eləcə də xarici bankların filial və nümayəndəlikləri.
İkinci qrupun kredit müəssisələri arasında xüsusi bankları
qeyd etmək lazımdır. Onlara korporativ qiymətli kağızların
buraxılması və yerləşdirilməsi üzrə əməliyyatların aparılması ilə
məşğul olan investisiya bankları; kreditləşməni daşınmaz əmlakın
girov qoyulması ilə aparan ipoteka bankları; yerli büdcənin yerinə
yetirilməsini təmin edən bələdiyyə bankları və s. aiddir. Bundan
əlavə bank şuraları, assosiasiyalar və digər birləşmələr fəaliyyət
göstərir.
Bank fəaliyyətinin hüquqi vasitəçiliyində mühüm yeri
maliyyə-hüquq tənzimlənməsi sistemi tutur. Bank sahəsinin
maliyyə-hüquq tənzimlənməsi spesifik xüsusiyyətlərə malikdir.
Onun predmeti müxtəlif maliyyə münasibətlərindən, eləcə də
maliyyə münasibətlərini hakim təlimatları metodundan ibarətdir.
Bank sistemi çərçivəsində maliyyə-hüquq tənzimlənməsini
həyata keçirən mühüm subyekt Azərbaycan Respublikasının
Mərkəzi Bankıdır. Bank tənzimlənməsi potensialı ilk növbədə
Mərkəzi Bankın funksiyalarında təcəssüm olunur.
Azərbaycan Respublikasının «Mərkəzi Bank haqqında»
Qanunun 2-ci maddəsində Mərkəzi Bankın funksiyaları öz əksini
tapmışdır.
1.
Manatın sabitliyinin müdafiəsi və təminatı, eləcə də
onun alınma qabiliyyəti və xarici valyutalara münasibətdə mə-
zənnəsi;
2.
Azərbaycan Respublikasının bank sisteminin inkişafı və
möhkəmləndirilməsi;
3.
Dövlət hakimiyyəti ilə müştərək olaraq manatın sabitliyinin
müdafiəsi və təminatına yönəldilmiş vahid dövlət pul-kredit
siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi;
4.
Nağd pulların emissiyasının monopoliya şəklində həyata
keçirilməsi və onların dövriyyəsinin təşkili;
5. Valyuta tənzimlənməsi və valyuta nəzarətinin həyata
keçirilməsi və s.
Bank tənzimlənməsinin ilkin funksiyası bankların maliyyə
9
strukturlarının formalaşdırılması və onların səlahiyyət müddətinin
müəyyən edilməsindən ibarətdir. Bu məsələlər həm yuxarıda qeyd
edilmiş qanunlarla (Azərbaycan Respublikasının “Banklar və
bank fəaliyyəti haqqında” qanunu, “Azərbaycan Respublikasının
Mərkəzi Bankı haqqında” qanunu), eləcə də digər qanunlarla
tənzimlənir.
Mərkəzi Bank qeyd edilmiş funksiyalarını həyata keçi-
rərək kommersiya banklarının fəaliyyətini lisenziyalaşdırır və
onların nizamnaməsini təsdiqləyir. Lisenziyada kommersiya
bankı tərəfindən həyata keçirilən əməliyyatlar nəzərdə tutulur,
bununla da konkret kredit müəssisəsinin real maliyyə imkanları
əvvəldən müəyyən olunur.
1. 2. Bank kreditləşdirilməsinin hüquqi əsasları
Müəssisələrin banklar tərəfindən kreditləşdirilməsi kre-
ditləşmə prinsiplərinə ciddi şəkildə riayət olunması şəraitində
həyata keçirilir. Banklar kreditləşdirmə sisteminin əsasını, əsas
elementini təşkil edir, belə ki, kreditin mahiyyətini və
məzmununu, eləcə də obyektiv iqtisadi qanunların (o cümlədən
kredit münasibətləri sahəsində) tələblərini əks etdirir.
Kreditləşdirmə prinsiplərinə aşağıdakılar aiddir:
1) Müddətlilik
2) Fərqlilik
3) Təminatlılıq
4) Ödənclik.
10
1. Kreditləşdirilmənin müddətli olması kreditin vaxtında
geri qaytarılmasından ibarətdir. Müddətlilik prinsipi o deməkdir
ki, kredit sadəcə qaytarılmalı deyil, ciddi şəkildə müəyyən-
ləşdirilmiş müddətə qaytarılmalıdır, daha doğrusu, burada zaman
amili konkret ifadə olunur.
2. Fərqli yanaşma bankın öz müştərilərinə kredit verilməsi
məsələsinə birmənalı olaraq yanaşmamalı olduğu deməkdir. Bu
səbəbdən
diferensial münasibət kreditvermə qabiliyyəti
göstəriciləri əsasında həyata keçirilməlidir. Kreditvermə
qabiliyyəti borc alanın krediti müəyyənləşdirilmiş müddətə
qaytarma qabiliyyəti və hazırlığına əminlik hissi verən
müəssisənin maliyyə vəziyyətidir.
3. Kreditin təminatlılıq prinsipi: «Banklar və bank fəaliy-
yəti haqqında» Qanunun qəbul edilməsi ilə kommersiya bankları
öz müştərilərinə müxtəlif formalı təminatlarla kredit vermək
imkanı əldə etdilər. Kredit təminatının xarici ölkələrdə geniş
şəkildə istifadə edilən və banklar tərəfindən götürülmüş mühüm
növləri aşağıdakılardan ibarətdir: girov, zəmanət, zaminlik, kredit
riskinin sığortalanması, bankın xeyrinə üçüncü şəxslərə satılma,
sessiya.
4. Kreditin ödənclik prinsipi kredit alan tərəfin pul və-
saitlərindən müvəqqəti olaraq öz ehtiyacları üçün istifadə etməsi
müqabilində banka müəyyən ödəniş həyata keçirməsidir. Bu
prinsipin təcrübədə həyata keçirilməsi bank faizi mexanizmi
vasitəsilə həyata keçirilir.
Bank kreditləşdirilməsinin bütün prinsiplərinin təcrübədə
həyata keçirilməsi həm ümumdövlət maraqlarına, həm də kredit
müqaviləsinin hər iki subyektinin (bank və kredit alanın)
maraqlarına səbəb olur.
11
1. 3. Mərkəzi Bank, onun quruluşu və hüquqi mövqeyi
Azərbaycan Respublikasının Mərkəzi Bankı – ölkənin
əsas bankıdır. Onun statusu Azərbaycan Respublikasının
Konstitusiyası, «Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında» Qanunla və digər qanunlarla tənzimlənir.
Mərkəzi Bank hüquqi şəxsdir və vergi orqanlarında qey-
diyyata alınmır. Gəlir əldə olunması Mərkəzi Bankın fəaliyyət
məqsədi deyildir.
Mərkəzi Banka rəhbərliyi Mərkəzi Bankın İdarə Heyəti
edir. İdarə Heyəti və onun digər stukturları aşağıdakı kimidir:
1. Mərkəzi Bankın sədri və onun müavinləri;
2. Əsas departament direktorları.
İdarə Heyəti və onun strukturları aşağıdakı funksiyaları
həyata keçirir:
1)
Azərbaycan Respublikasının hökuməti ilə birlikdə vahid
pul-kredit siyasətinin əsas istiqamətlərinin yerinə yetirilməsini
işləyib hazırlayır və təmin edir;
2)
Mərkəzi Bankın illik hesabatını təsdiq edir və onu
Azərbaycan Prezidentinə təqdim edir;
3)
Cari ilin (31 dekabr tarixindən gec olmayaraq) Mərkəzi
Bankın növbəti il üçün xərc smetasını, eləcə də smetada nəzərə
alınmamış xərcləri nəzərdən keçirir və təsdiq edir;
4)
Mərkəzi Bankın strukturunu müəyyən edir;
5)
Mərkəzi Bankın Sədrinin, Mərkəzi Bankın Sədr müa-
vinlərinin və Mərkəzi Bankın digər əməkdaşlarının əməkhaqlarının
forma və həcmini təsbit edir;
6)
Aşağıdakı qərarları qəbul edir:
Mərkəzi Bankın idarə və təşkilatlarının yaradılması və
ləğv olunması haqqında;
kredit təşkilatları üçün mütləq normativlərin təsbit edil-
məsi haqqında; ehtiyat tələblərinin həcmi haqqında;
Mərkəzi Bankın faizlərinin dəyişilməsi haqqında və s.
Mərkəzi Bankın idarələrinin, təşkilat və həmkarlarının
12
fəaliyyətini təmin etmək üçün daşınmaz əmlakın
alınması və satılması haqqında; birbaşa kəmiyyət
məhdudiyyətlərinin tətbiq edilməsi haqqında; banknot
və qəpiklərin dövriyyəyə buraxılması və dövriyyədən
çıxarılması haqqında; nağd pulların buraxılma həcmi
haqqında;
Kredit təşkilatları tərəfindən ehtiyatların yaradılması
qaydası haqqında.
7)
Milli Məclisə bankların nizamnamə kapitalına dəyişik-
liklər haqqında təkliflərin verilməsi;
8)
Struktur bölmələrinin işləmə qaydalarını təsdiq edir.
Beləliklə, Mərkəzi Bank ikili hüquqi istiqamətə malikdir və eyni
zamanda həm xüsusi səlahiyyətli dövlət idarə orqanı, həm də
təsərrüfat fəaliyyətini həyata keçirən hüquqi şəxs kimi çıxış edir.
Mərkəzi Bank Azərbaycan Respublikasının pul-kredit
sisteminin idarə edilməsini iki vasitə ilə, birincisi, hakim təli-
matlar vasitəsilə, ikincisi, iqtisadi metodlarla, daha doğrusu, kom-
mersiya bankları və digər təşkilatlarla müxtəlif müqavilələrin
bağlanması vasitəsilə həyata keçirir.
Mərkəzi Bankın hüquqi mövqeyinin hal-hazırkı əsas xü-
susiyyəti ondan ibarətdir ki, onun inzibati-hüquqi və təsərrüfat
fəaliyyətinin həyata keçirilməsi eyni bir məsələnin həllinə – kredit
sisteminin idarə olunmasına təhkim edilmişdir.
Mərkəzi bankın inzibati funksiyalarını şərti olaraq aşa-
ğıdakılara bölmək olar: təşkilati (pul dövriyyəsinin təşkili və idarə
edilməsi) və mülki dövriyyənin (investorların və kommersiya
banklarının
digər
kreditorlarının
maraqlarının)
müdafiə
funksiyası. Mərkəzi Bank bu iki səlahiyyət çərçivəsində normativ
aktlar nəşr etmək hüququna malikdir, daha doğrusu, normativ
funksiyası bilavasitə bu səlahiyyətlərlə əlaqədardır.
13
Mülki dövriyyənin müdafiəsi funksiyası və kredit siste-
minə inamın möhkəmlənməsi Mərkəzi Bank fəaliyyətinin əsas
məzmununu təşkil edir. Bu, yalnız Azərbaycan Respublikasının
maliyyə-kredit
sisteminin
xüsusiyyəti
deyildir.
Bazar
iqtisadiyyatında olan istənilən müasir dövlətin Mərkəzi Bankı
həmin məsələləri həll etmək məcburiyyətindədir. Ölkənin bütün
kredit
sistemi
funksiyalarının
yerinə
yetirilməsinin
müvəffəqiyyəti əsasən cəmiyyətin bu sistemə inamını təmin edən
müvafiq hüquqi və institusional şəraitlərin olmasından ibarətdir.
Əgər bu cür inam itirilmişsə, vətəndaşlar, təşkilatlar və firmalar
öz vəsaitlərini başqa yerə yatırmağa çalışar. Bu isə mütləq surətdə
bankın müflis olmasına və bankdan vəsaitlərin müsadirə
olunmasına gətirib çıxaracaqdır. Bu səbəbdən vəsaitlərin
təhlükəsizliyinə zəmanət verən maliyyə strukturları sistemi
mövcud olmalıdır.
Mərkəzi bank sistemli bank çətinliklərinin yaranmamasına
xüsusi diqqət yetirir. Bu məqsədlə problemli bankların ilk
mərhələdə aşkar edilməsi qaydası tətbiq edilmişdir. Bu isə kredit
təşkilatlarının maliyyə sabitliyinin müntəzəm olaraq sistemli
təhlilini aparmağa və daha operativ şəkildə təsir tədbirlərini tətbiq
etməyə imkan yaradır.
Dostları ilə paylaş: |