1
R.Ġ.Rzayev, V.Ġ.Fərzəliyev
HEYVANLARIN FĠZĠOLOGĠYASINDAN
PRAKTĠKUM
2
R.Ġ.Rzayev, V.Ġ.Fərzəliyev
HEYVANLARIN FĠZĠOLOGĠYASINDAN
PRAKTĠKUM
Dərs vəsaiti
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27
fevral 2013-cü il tarixli 322 saylı əmri ilə dərs vəsaiti
kimi təsdiq edilmiş və çapa icazə verilmişdir
Bakı - 2014
3
Müəlliflər: Rzayev Rza İsa oğlu,
Fərzəliyev Vamik İmamverdi oğlu
Azərbaycan Dövlət Aqrar Universitetinin dosentləri,
biologiya elmləri üzrə fəlsəfə doktorları
Elmi redaktor: F.N.Nəsibov Biologiya elmləri doktoru
Rəy verənlər: M.M.Əliyev ADAU- nun professoru,
biologiya elmləri doktoru
B.F.İsgəndərov AETH - institutunun şöbə müdiri,
biologiya elmləri üzrə fəlsəfə doktoru
V.F.Məmmədova
Gəncə
Dövlət
Universitetinin
anatomiya, fiziologiya və zoologiya
kafedrasının müdiri biologiya elmləri
üzrə fəlsəfə doktoru, dosent
Z.S.Əliyev GDU - nin dosenti, biologiya elmləri üzrə
fəlsəfə doktoru
4
R.Ġ.Rzayev, V.Ġ.Fərzəliyev Heyvanların fiziologiyasından
praktikum (dərs vəsaiti).
Bakı-2014
Dərs vəsitində sаğlаm tоxumаnın xаssələri, fiziоlоji
funksiyаlаrın sinir-humоrаl tənzimi, qаn sistеmi, qаnın fiziki-
kimyəvi xаssələri, ürəyin fiziоlоgiyаsı, həzmin, tənəffüsün, sidik
əmələgəlmənin fiziоlоgiyаsı müxtəlif lаbоrаtоriyа işləri misаlındа
gеniş şərh еdilmişdir.
Dərs vəsaiti baytarlıq, zootexniya, əczaçılıq, balıqçılıq, bio-
logiya ixtisasları üzrə ali təhsilin bakalavr və magistratura pillə-
sində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsai-
tindən həmçinin doktorantlar, elmi işçilər, praktik baytar həkim-
ləri, zootexniklər, əczaçılar, bioloqlar, ixtioloqlar, heyvandarlıq
sahəsində çalışan digər mütəxəssislər də istifadə edə bilərlər.
5
GIRIġ
Fiziologiya- insan və heyvan orqanizminin hüceyrə, toxuma,
orqan və sistemlərinin funksiyasını, onların bir-biri ilə, eləcə də
orqanizmin xarici mühitlə qarşılıqlı əlaqəsini, fizioloji proseslərin
səbəbini və tənzimi mexanizmini öyrənir.
Fiziologiya yunan sözü olub, Phusis – təbiət, loqos – еlm,
təlim deməkdir. Hər bir elm metodlarının nailiyyətindən asılı
olaraq inkişaf edir. Müasir dövrdə fiziologiyanın inkişafı onun
qarşısında orqanizmin quruluş və funksiyalarının əsas qanuna-
uyğunluqlarının mexanizmini, vəziyyətini molekula, subhüceyrə,
toxuma, üzv, üzvlər sistemi və tam orqanizm səviyyəsində
analitik-sintetik üsullarla öyrənilməsini qoyur.
Həkim xəstəni müayinə edir, pozulmuş fizioloji funksiyaların
dərəcəsini təyin edir, həmin funksiyaları normaya qaytarmağı
qarşısına məqsəd qoyur.
Hazırda suni böyrək (hemodializ üçün), süni ürək, süni qan
dövranı, süni tənəffüs (ən çox cərrahi əməliyyatlar zamanı istifadə
olunur) aparatları hazırlanıb və onlardan geniş istifadə olunur.
Bioloji membranın funksiyası haqqında elm – membrano-
logiya adlanır və həmin elm fiziologiyanın əsas sahələrindən
birinə çevrilib. Fiziologiya və texnika elmlərinin nailiyyətləri
sayəsində yeni elm - bionika elmi yaradılıb.
Fiziologiya tibbin və baytarlığın nəzəri əsasını təşkil edir,
sağlam orqanizmin və onun hissələrinin həyat prosesslərini
öyrənir. Insan və heyvan fiziologiyası bioloji elmdir. Onun əsas
metodu eksprementdir. Deməli, fiziologiya - ekspremental elmdir.
Fizioloji tədqiqatlar klinik diaqnostikanın, müalicə meto-
dunun effektliyinin qiymətləndirilməsinin və proqnozunun əsasını
təşkil edir.
Müasir dövrdə fiziologiyanın əsas sahələrindən olan idman
fiziologiyası, aviasiya fiziologiyası, kosmik fiziologiya, kosmetik
fiziologiya, hərbi əmək fiziologiyası, ekoloji fiziologiya, qidalan-
manın fiziologiyası, əmək fiziologiyası, təkamül fiziologiyası, yaş
6
fiziologiyası sahəsində dəyərli elmi-tədqiqat işləri aparılır və
alınmış müsbət nəticələr geniş istifadə olunur.
Оrqanizm –xarici mühitin təsirlərinə cavab verən, müstəqil
mövcud olan, vahid mürəkkəb sistemdir. Orqanizim daim xarici
mühit ilə qarşılıqlı əlaqədə olur. Bu baxımdan xarici mühit
orqanizmin varlığını təmin edir.
I.M.Seçenov və U.P.Pavlov orqanizmin xarici mühit ilə
qarşılıqlı əlaqəsinə böyük əhəmiyyət vermişlər.
I.M.Seçenov qeyd etmişdir ki, «orqanizm onun varlığını
təmin edən xarici mühitsiz yaşaya bilməz, ona görə də orqanizmin
elmi tərifinə ona təsir edən xarici mühit də əlavə edilməlidir».
Fiziologiya orqanizmin funksiyalarına yaşın, cinsin, məhsul-
darlığın, eləcə də saxlama texnologiyasının və istismarının təsirini
öyrənir. Fiziologiya biologiya elminin əsas sahələrindən biridir və
onun son naliyyətlərindən biologiyada, tibbdə, baytarlıqda,
əczaçılıqda geniş istifadə olunur.
Göstərilənlərə əsasən, gələcəkdə baytar həkimi, bioloq, ixtio-
loq, zootexnik və əczaçı olan tələbələr kənd təsərrüfatı heyvan-
larının fiziologiyasını dərindən öyrənməlidirlər.
Heyvanların fiziologiyasını öyrənərkən tələbələr fiziologiya-
nın əsasını təşkil edən anatomiyanı, histologiyanı, zoologiyanı,
bioloji kimyanı, fizikanı, kimyanı yaxşı bilməlidirlər. Belə ki,
orqanizmin quruluşunu və onda gedən fiziki, kimyəvi prosesləri
bilmədən həmin orqanizmin funksiyalarını öyrənmək və dərk
etmək qeyri-mümkündür.
Ümumiyyətlə, fiziologiya baytarlıq və zootexniklik ixtisası-
nın əsasını təşkil edir. Оna görə fiziologiya ərzaq proqramının
həyata keçirilməsində, heyvandarlığın inkişafına dair dövlət tərə-
findən qarşıya qoyulan mürəkkəb qərarları həll etməyə layiq olan
baytar həkimlərinin, zootexniklərin və əczaçıların, ixtioloqların və
bioloqların ümumi bioloji hazırlığında əsas yer tutur.
Hər bir baytar həkimi, zootexnik və əczaçı orqanizmdə gedən
fizioloji prosesləri dərindən bilməlidir.
7
Dahi fizioloq I.P.Pavlov demişdir: «Аlimlər üçün geniş im-
kanlar açılmışdır. Həm gənclər, həm də bizim üçün şərəf məsələsi
vətənin elmdən gözlədiyi böyük ümidləri doğrultmaqdır».
Fiziologiyanı öyrənərkən eyni zamanda tələbələrin dialektik-
materialist dünya görüşləri də formalaşır. Onlar heyvan orqaniz-
minin orqan və sistemlərinin funksiyalarını, fizioloji proseslərin
sinir-humoral tənzimi mexanizmini öyrənirlər. Heyvan orqanizmi-
nin dəyişkən saxlanma, yemləmə şəraitinə, mikroiqlimə uyğun-
laşması (adaptasiyası), heyvanların davranışı (etologiya), haqqın-
da nəzəri biliklər alırlar.
Canlı orqanizm özü-özünü qurma və özü-özünü qoruma xas-
səsinə malik olan bir sistemdir. Bu sistem özü-özünə nizamlanma
prinsipi üzrə orqanizmdə homeostaz və adapatasiya adlanan ən
optimal və ən davamlı hal yaradır.
Homeostaz - orqanizmin daxili mühitinin, kimyəvi tərkibinin
və fiziki-kimyəvi xassələrinin sabitliyidir.
Beləliklə, orqanizmin fizioloji göstəriciləri (bədən tempera-
turu, qan təzyiqi, qanın osmotik təzyiqi, pH-ı və s.) yaşayış şərai-
tinin dəyişməsinə baxmayaraq fizioloji sərhəddə sabit saxlanır.
Özü-özünə nizamlanma prosesləri- toxuma və orqanların
qarşılıqlı birgə fəaliyyətləri, orqanizmin xarici mühitə adaptasiyası
sinir-humoral sistemlərlə tənzimlənir. Humoral nizamlanmanı əsa-
sən hormanlar və maddələr mübadiləsinin məhsulları təmin edir.
Sinir sisteminin fəaliyyəti şərtsiz və şərti reflekslərlə icra
olunur. Оna görə də heyvan orqanizmində baş verən reflektor
reaksiyalar, mürəkkəb reflektor reaksiyalardır.
Оrqanizmdə həzm, ürək-damar, tənəffüs, endokrin və s.
sistemlərin fəaliyyətləri əks əlaqə prinsipləri üzrə nizamlanır.
Tələbələr hər-hansı bir sistemin fəaliyyətini öyrənərkən
həmin sistemin fəaliyyətinin orqanizmin tələbatına uyğun olaraq
necə nizamlanmasını, istiqamət almalarını, dəyişməsini və necə
normaya qayıtmasını aydınlaşdırmalıdırlar. Məsələn, ürək-damar
və tənəffüs sisteminə xarici mühitin müxtəlif temperaturu, nəmliyi
və orqanizmin stress halı necə təsir göstərir.
8
Fiziologiya - fundamental elmi fənn olmaqla ali zoobaytarlıq
təhsilinin nəzəri və ekspremental bazasını təşkil edir. Burada qan
dövranın, tənəffüs prosesinin nizamlanmasına, bədən temperatu-
runa, daxili sekresiya vəzilərinə, çoxalmaya, südün əmələ gəlmə-
sinə və xaric olunmasına, orqanizmin qidalanmasına əsas yer
verilir.
Heyvanların fizilogiyasını öyrənərkən aşağıda qeyd olunmuş
ədəbiyyatlardan dа istifadə etməyinizi məsləhət bilirik:
1.Əliyev A.I.- Kənd təsərrüfatı heyvanlarının fiziologiyası.
Bakı, 2008.
2. Cəfərov F.I. - Insan fizilogiyası. Bakı, 2001
3.Rəhimzadə X.I., Əliyev A.I., Rzayev R.I. - Heyvanların
fiziologiyasından laborator təcrübə məşğələlərinə aid metodik
göstəriş. Bakı, 1990.
4.Eyvazova X.S., Tahirova A.C.-Kənd təsərrüfatı heyvanla-
rının anatomiyası və fiziologiyası. Bakı, 1986
5.Əliyev Ə.H. – Azərbaycanda fiziologiya elminin inkişaf
tarixi. Bakı, 1999
6. Quliyev Z.M. - Azərbaycanda əmtəə balıqçılığı. Bakı, 2006
7.Голиков А.Н.-Физиология сельскохозяйственных жи-
вотных. Москва, 1990.
8.Георгиевский В.И. - Физиология сельскохозяйственных
животных. Москва, 1990.
9.Битюков И.Р., Лысов В.Ф., Сафаров Н.А.- Практикум
по физиологии сельскохозяйственных животных. Москва,
1990.
10. Иванов А.А. – Физиология рыб. Москва, 2003.
11.Современный
курс
классической
физиологии.
Избранные лекции под.ред. Ю.В.Наточина и В.А.Ткачука,
Москва, 2007.
9
MƏġĞƏLƏLƏRIN APARILMA PLANI
1.Laborator-təcrübə məşğələlərinin aparılmasına və tələbələ-
rin ona hazırlaşmasına aid ümumi göstəriş.
2. Laborator-təcrübə məşğələlərində tələbələri təhlükəsizlik
və əmək mühafizəsi texnikasi ilə tanış etmək.
3. Tələbələri laborator-təcrübə məşğələlərində istifadə edilən
cihazlar və alətlərlə tanış etmək. Onları təcrübəyə hazırlamaq və
normal hala salmaq.
4. Tələbələri təcrübə heyvanlarını (qurbağa, dovşan, it və s.)
təsbit etmək üsulu ilə tanış etmək.
5. Tələbələr fiziologiyanın əsas tədqiqat üsulları ilə (iti və
xroniki təcrübələr, mühşahidə, qrafiki qeyd üsulu, üzvlərin təcrid
olunması, çıxarılması, köçürülməsi, denervasiyası, liqatura və
kateter salmaq, perfuziya etmək və fistula qoymaq, bioloji
cərəyanın qeydi, şərti reflekslər üsulu və s.) tanış edilməlidir.
Tələbələri fizioloji proseslərin öyrənilməsində istifadə edilən
üsullar ilə tanış etdikdə, həmin üsulların bir neçəsini nümayiş
etdirmək lazımdır:
1. Sinir-əzələ preparatı hazırlamaq;
2.Orqanların təcrid edilməsi üsulu. Qurbağanın ürəyini
bədəndən ayırıb içərisində Rinker məhlulu olan saat şüşəsinə
qoyub onun işləməsini müşahidə etmək və ya Ştrauba üsulu ilə
təcrid edilmiş ürəyin işinin yazısını almaq;
3. Qıcıqlama və denervasiya üsulu. Qurbağanın pəncəsini
normada və onun oturaq sinirini kəsəndən sonra 1%-li sulfat
turşusuna salmaq və ona qarşı alınan reaksiyanı müşahidə etmək;
4. Qurbağada kapillyar qan dövranını müşahidə etmək (pəncə,
dil);
5.Sinir lifinin və əzələ toxumasının xassələrinin nümayiş
etdirilməsi;
6.Fiziolgiyanın başqa üsulları ilə tələbələri tanış etdikdə
müvafiq filmlər və cədvəllər nümayiş etdirilməlidir.
10
MÖVZU: CANLI TOXUMANIN ƏSAS XASSƏLƏRI.
FIZIOLOJI FUNKSIYALARIN SINIR-HUMORAL
TƏNZIMI
Canlı toxumanın müxtəlif qıcıq faktorlarının təsirinə qarşı
oyanma xassəsi vardır. Canlı toxumanın sakit haldan göz ilə
görünən fəaliyyət halına keçməsinə oyanma deyilir. Məsələn,
əzələ toxuması oyandıqda yığılır, vəzi toxuması oyandıqda şirə
ifraz edir. Fizioloji təcrübələrdə ən çox fiziki və kimyəvi
qıcıqlardan istifadə edilir.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1. Qıcıqların növləri;
2. Oyanma nəyə deyilir?
3.Fizioloji funksiyaların sinir tənzimi: refleks və refleks
qövsü haqqında anlayış;
4. Fizioloji funksiyaların humoral tənzimi;
5.Ləngimə nəyə deyilir? Fizioloji proseslərin koordinasiya-
sında ləngimənin rolu;
6. Homeostaz haqqında anlayış;
7. Fizioloji proseslərin öyrənilməsində istifadə edilən üsullar;
8. Sinir lifinin xassələri;
9. Əzələ toxumasının xassələri;
10. Əzələnin yığılması və onun növləri;
11. Parabioz və onun mərhələləri;
12. Əzələnin yığılmasının mexanizmi.
Laboratoriya iĢi 1.
Müxtəlif növ qıcıqların təsirinə qarĢı sinir-əzələ
preparatının reaksiyası.
Sinir və əzələ toxumasının bir sıra xassələri vardır. Həmin
xassələri öyrənmək üçün sinir-əzələ preparatından istifadə edilir.
Sinir və əzələ toxumasının oyanma, yığılma, oyanmanı nəql etmə
və sair xassələri vardır.
11
ĠĢ üçün lazımdır: qurbağa, elektrostimulyator və ya induk-
sion cihaz, natrium-xlor kristalı, soyuqqanlılаr üçün Ringer
məhlulu, petri fincanı, toxumaları aralamaq üçün alətlər.
ĠĢin gediĢi: Qurbağanın arxa pəncəsindən və oturaq sini-
rindən ibarət iki sinir pəncəsi (fizioloji reoskop) hazırlanır.
1.
Sinir induksion cihazın elektrodu üzərinə qoyulur və tək-
tək induksion cərayan impulsları ilə qıcıqlanır;
2.
Sinir anatomik pinsetlə sıxılır;
3.
Sinirin üzərinə natrium-xlor kristalı qoyulur. Hər bir
qıcıqlanmadan sonra pəncənin reaksiyası müşahidə edilir.
Sonra digər reoskop pəncə üzərində yuxarıda izah edilən
ardıcıllıqla təcrübə aparılır, lakin bu dəfə sinir deyil, əzələ
qıcıqlanmalıdır. Təcrübədən alınan reaksiyalar təhlil edilib
onlardan nəticə çıxarılır. Canlı toxumaların quruluşu müxtəlif
olduğu üçün, onların qıcığa cavab reaksiyaları da müxtəlifdir.
Müasir fiziologiya belə hesab edir ki, sinir və əzələ toxuması
əsas üç vəziyyətdə ola bilər: 1) Fizioloji sakit hal; 2) Oyanma;
3)Tormozlanma (ləngimə). Bir vəziyyət digərinə çox tez keçir.
Fizioloji sakit halda toxuma və orqanda onun fəaliyyətinə aid heç
bir əlamət görünmür. Oyanma canlı toxumanın fəaliyyətdə
olmasıdır.
Laboratoriya iĢi 2.
Onurğa beyin refleksləri.
Onurğa beyn onurğa kanalında yerləşir və onun reflektor və
keçirici funksiyaları vardır. Reseptorların qıcıqlanmasına qarşı
orqanizmin mərkəzi sinir sisteminin iştiraki ilə verdiyi cavab
reaksiyasına refleks deyilir. Mərkəzi sinir sisteminin əsas fəaliyyət
forması refleksdir. Reflekslər 2 növ olur:
1. Şərtsİz reflekslər - anadan gəlmə.
2. Şərti reflekslər - həyatda qazanılan.
Refleksin alınması üçün refleks qövsünün hissələri bütöv
olmalıdır.
12
ĠĢ üçün lazımdır: ştativ, tıxac, sancaq, sıxıcı, 1%-li sulfat
turşusu məhlulu olan stəkan, su olan stəkan, toxuma aralayan
alətlər, qurbağa, süzgəc kağızı.
ĠĢin gediĢi. Qurbağa dəsmala bükülür. Baş beyin kəsilib atılır
(bunun üçün qayçının bir tiyəsi köndələninə qurbağanın ağzına,
ikincisi isə iki gözün arxasına salınaraq üst çənə kəsilib atılır)
onurğa beyin isə saxlanılır. Belə qurbağaya s p i n a l q u r b a-
ğ a deyilir.
Spinal qurbağa alt çənəsindən tıxaca sancılmaqla ştativdən
asılır. Qurbağa 2-3 dəqiqədən sonra sakitləşir və bundan sonra
onun üzərində təcrübə aparılır.
Qurbağanın arxa ərtafında baldırın və ya pəncənin dərisi
üzərinə 1%-li sulfat turşusu məhlulu ilə islanmış süzgəc kağızı
yapışdırılır. Qurbağanın verilən qıcığa reaksiyası müşahidə edilir.
Qıcığa cavab alandan sonra pəncə su olan stəkana salınıb yuyulur.
Nəticə dəftərə qeyd olunur.
Laboratoriya iĢi 3.
Onurğa beyin refleksinin ləngiməsi.
ĠĢ üçün lazımdır: sıxıcı və tıxac ilə birlikdə ştativ, süzgəc
kağızı, 0,5%-li sulfat turşusu məhlulu olan stəkan, qalın sap,
toxuma aralayan alətlər, qurbağa.
ĠĢin gediĢi: Spinal qurbağa alt çənəsindən tıxaca sancılmaqla
ştativdən asılır. Arxa ətrafının birinin dərisi üzərinə 0,5%-li sulfat
turşusu ilə islanmış süzgəc kağızı qoyulur və refleksin vaxtı təyin
edilir.
Sonra o biri ətraf diz nahiyədən qalın sapla möhkəm bağlanır.
Bu sıxılmadan baş verən hərəkət sakitləşdikdən sonra yenə birinci
ətrafın pəncəsini yenidən qıcıqlandırıb refleks vaxtı yenidən təyin
edilir.
Axırda təcrübədən nəticə çıxarılır.
13
Laboratoriya iĢi 4.
Ürək fəaliyyətinin humoral tənzimi.
Müxtəlif humoral faktorların təsiri altında ürəyin işi də
dəyişir. Ürəyin işinin humoral tənzimi qana və limfaya daxil olan
kimyəvi, bioloji aktiv maddələrlə təmin olunur. H u m o r - maye
deməkdir. Ürək fəaliyyətinə təsir göstərən maddələr iki qrupa
ayrılır: 1) Ürək fəaliyyətini qüvvətləndirən maddələr (adrenalin,
tiroksin, simpatin, Ca-ionlari - CaCl
2
və s.); 2) Ürək fəaliyyətini
zəiflədən maddələr (asetilxolin, K-ionlari - KCl və s.).
Ürəyin işi 3 tarazdan ibarətdir:
1.
Qulaqcıqların yığılması.
2.
Mədəciklərin yığılması.
3.
Qulaqcıqların və mədəciklərin eyni vaxtda boşalması.
ĠĢ üçün lazımdır: 2 saat şüşəsi, mantar lövhə, sancaq,
soyuqqanlılar üçün Ringer məhlulu, adrenalin məhlulu (1:1000),
asetilxolin məhlulu (1:1000), 1%-li KCl məhlulu, üç ədəd göz
pipeti, toxuma aralayan alətlər, qurbağa.
ĠĢin gediĢi. Qurbağa tənzifə bükülür və üst çənəsi gözlərin
arxasından qayçı ilə köndələninə kəsilir. Onurğa beyin kanalına
iynə salınaraq onurğa beyin pozulur. Qurbağa arxası üstə mantar
lövhə üzərinə təsbit olunur, döş və qarın boşluğu açılır: ürəyin
üzəri açılaraq kəsilib götürülür.
Ürək saat şüşəsinə qoyulub, üzərinə Ringer məhlulu tökülür
və bir dəqiqədə ürək vurğularının miqdarı sayılır. Sonra Ringer
məhluluna 1-2 damcı (1:1000) adrenalin əlavə edilir, yenə ürək
vurğuları bir dəqiqə müddətində sayılır.
Ürək başqa saat şüşəsinə keçilir, Ringer məhlulu ilə yuyulur,
vurğuların miqdarı bir dəqiqədə sayılır. Ringer məhluluna 1-2
damcı (1:1000) asetilxolin və ya 1%-li KCl əlavə edib ürək
vurğuları yenidən sayılır. Nəticə qeyd olunur.
14
QAN SISTEMI
Qan sisteminə damarlarda dövran edən qan (periferik qan),
qan əmələ gətirən orqanlar, qan hüceyrələrinin parçalandığı or-
qanlar və qan sistemini tənzim edən neyro-humoral aparat
daxildir.
MÖVZU: QANIN TƏRKIBI
Qanın analizi diaqnostikanın əsas bölmələrindən biridir.
Qanın analizi üç istiqamətdə aparılır:
1. Bakterioloji və seroloji;
2. Biokimyəvi;
3. Morfoloji;
Atdan, inəkdən, camışdan, qoyundan, maraldan az miqdar
qan qulaqdan, çox miqdar qan isə vidaci venadan alınır.
Qan, limfa və toxuma mayesi ilə birlikdə orqanizmin daxili
mühitini təşkil edir. Qan plazma və formalı elementlərdən (erit-
rositlər, leykositlər, trombositlər) ibarətdir (şəkil 1).
Cədvəl 1.
Qаnın tərkibi və xаssələri
Qаnın tərkibi (оrtа
hеsаblа)
Qаrаmаl
Аt
Qоyun
Dоnuz
Tоyuq
Zülаl, q%
7,5
7,0
6,5
7,35
4,8
Şəkər, mq%
55,0
75,0
60,0
50,0
120,0
Xоlеstеrin, mq%
110,0
77,0
100,0
85,0
120,0
Duzlаr, mq% Nа
333,0
320,0
325,0
335,0
375,0
K
19,0
18,0
19,0
20,0
22,0
Cа
11,0
12,0
11,5
12,0
20,0
Mg
3,5
2,5
2,5
3,0
2,3
P
11,0
12,5
11,5
10,0
33,0
15
İnək qanının plazmasında 8%-ə qədər zülal (albumin, qlo-
bulin, fibrinogen) olur. Qlükoza 40-60 mq%, yağ 0,15%, duz
0,9%, həmçinin hormonlar, vitaminlər, fermentlər və antitellər
olur. Qanın plаzmаsının 90-92%-i su, 8-10%-i quru maddədir
(cədvəl 1). Qanı müayinə etməklə müxtəlif xəstəliklərə diaqnoz
qoyulur.
Məşğələni aparmaq üçün suallar:
1. Qanın orqanizm üçün əhəmiyyəti;
2. Qanın tərkibi və funksiyaları;
3. Qanın formalı elementləri, onların miqdarı və funksiyaları;
4. Faqositoz haqqında anlayış;
5. Depo qanı və onun əhəmiyyəti;
6. Qanın miqdarı və onun təyini üsulları;
7. Qan plazması, zərdabı və onların bir-birindən fərqi;
8. Qanın plazmasının tərkibi.
Şəkil 1. Qаnın tərkibi və xаssələri
16
Dostları ilə paylaş: |