Lаbоrаtоriyа iĢi 23.
Elektrokardioqrafiya (EKQ).
Ürəkdə elektrik onun oyanmış və oynmamış sahəsi аrasındakı
potensial fərqinə əsasən baş verir. Oyanmış sahə müsbət, oyan-
mamış sahə isə mənfi yüklü olur. İki sahə arasındakı potensiallar
fərqi - bioloji cərəyanın baş verməsinə səbəb olur. Orqan oyanan
zaman onda əmələ qələn cərəyan fəaliyyət cərəyanı adlanır.
Ürəkdə oyanma sinus düyünündə əmələ gəlir, sonra qulaqcıqlara
və mədəciklərə yayılır.
59
ĠĢ üçün lazımdır: Təcrübə heyvanı (laboratoriyа və ya kənd
təsərrüfаtı heyvanı), elektrokardioqraf EKPS-3 və ya EKQ-02M,
yerə birləşdirmək üçün məftil, lövhəvari, iynəvari elektrodlar,
fizioloji məhlul, qayçı, tənzif.
ĠĢin gediĢi. At, yaxud inək dəzgaha sаlınır. İt isə xaltasından
tutularaq stolun üstə saxlanır. Elektrodun yeri hazırlanır (еlektrod
lövhəvaridirsə onun bağlanаcağı yer qırxılır).
Sonra elektrokardioqrafın elektrodları bədənə bağlanır.
Elektrod bədənin üç standart nahiyyəsinə bağlana bilər:
I - sağ və sol bilək;
II - sağ bilək və sol baldır;
III - sol bilək və sol baldır.
Əvvəl heyvan sakit ikən elektrokardioqram yazılır. Sonra
heyvana funksional yük verilir (heyvan 3-5 dəqiqə qaçırılır) və
EKQ təkrar yazılır. Hər iki yazı müqayisə olunaraq təhlil edilir.
MÖVZU: ÜRƏK TONLARININ MÜAYINƏSI.
Ürək işləyən vaxt iki səs eşidilir. Həmin səslər ürək tonları
adlanır. Ürək tonları bir növ ürək fəaliyyətinin xarici əlamətidir.
Ürək adi qulaq və yaxud fonendoskop vasitəsilə dinlənilən
zaman iki ton eşidilir. Bu tonlar bir-birindən yüksəkliyi və
uzunluğu ilə fərqlənirlər.
Birinci ton mədəciklərin sistolası dövrünə düşdüyündən
sistolik ton adlanır. Sistоlik ton yаvаş, tutqun və uzun оlur. Bu
tоn tаylı (аtriоvеntrikulyаr) klаpаnlаrın qаpаnmаsındаn və mədə-
ciklərin əzələsinin yığılmаsındаn аlınır. Bu səsə sistоlа dövründə
qаnın аоrtаnı gərginləşdirməsindən аlınаn küy də qоşulur.
Ikinci tоn mədəciklərin diаstоlаsı zаmаnı еşidildiyi üçün –
diаstоlik tоn аdlаnır. Diаstоlik tоn birinci tonun əksinə olaraq
yüksək və qısa olur. Diastоlik ton ancaq aorta və ağciyər arteriyası
aypara klapanlarının qapanmasından alınır. Ona görə də ikinci
tona klapan tonu dа deyilir.
60
Müxtəlif ürək xəstəlikləri zamanı tonlara əlavə küylər qarışır
və onlar təmiz eşidilmir.
Ürək tonlarının müayinəsi çox mühüm diaqnostik əhəmiyyətə
malikdir.
Ürək tonlarına adətən stetoskop və ya tonendokop vasitəsilə
qulaq asılır. Stetoskop taxta və ya metaldan düzəldilmiş borudan
ibarətdir. Onun nazik ucu ürək nahiyyəsinə enli ucu isə müayinə
aparan şəxsin qulağına qoyulur.
Fonendoskop üstü memran ilə örtülmüş kapsuladan ibarətdir.
Kapsuladan ucluqları olan iki rezin boru ayrılır. Bəzi fonendos-
koplarda kapsuladan çoxlu rezin ayrılır. Bu da eyni vaxtda iki və
ya dörd nəfərin eyni vaxtda birlikdə ürək tonlarını dinləməsinə
imkan verir.
Atlar və iri buynuzlu heyvanlar dəzgahda təsbit edilir. Sol
qabaq ayaq bir qədər irəli çəkilir. Fonendoskop vasitəsilə 4-5
qabırğa arası nahiyyədə ürək tonları dinlənilir. Döş boşluğunun
sol dirsəkaltı nahiyyəsində əl ilə ürək vurğularını saymaq da olar.
Təcrübənin nəticəsi təhlil edilərək qeyd olunur.
Mədəciklərin sistolası zamanı ürəyin zirvəsinin döş qəfəsinə
dəyməsi ürək təkanı adlanır. Bunu rentgenoskopiya və yа
еxоkаrdiоqrаfiyа üsulu vаsitəsilə müayinə etmək olar.
Ürəyin bir iş dövründə (tsiklində) qulaqcıqlar 0,1 saniyə
işləyir, 0,7 saniyə istirahət edir. Mədəciklər isə 0,3 saniyə işləyir
0,5 saniyə istirahət edir. Ürəyin hər bir iş dövrü (tsikli) üç fazadan
ibarətdir.
1 - qulaqcıqların yığılması- 0,1 saniyə vaxt sərf olunur.
2 - mədəciklərin yığılması - 0,3 saniyə vaxt sərf olunur
3 - qulaqcıqların və mədəciklərin eyni vaxtda boşalması
(diastola) -0,4 saniyə vaxt olunur. Bu faza pauza adlanır.
Deməli ürəyin bir iş dövrü (ürək tsikli) cəmi 0,8 saniyə
davam edir. Qulaqcıqların, mədəciklərin sistolasi və ümumi pauza
ürəyin bir iş dövrünü (ürək tsiklini) əmələ gətirir.
61
Qanın sistolik və dəqiqəlik həcmi ürəyin işi ilə əlaqədardır.
Mədəciklərin sistolası zamanı aorta və ağciyər arteriyasına
qovulan qan sistolik həcm adlanır.
Qanın sistolik həcmi müxtəlif heyvanlarda müxtəlifdir. 500
kq çəkisi olan atda sistolik həcm - 850 ml, 500 kq çəkisi olan iri
buynuzlu heyvanda - 580 ml olur. Qoyunda sistolik həcm - 55 ml,
çəkisi 10 kq olan itdə - 14 ml olur.
Ürəyin bir dəqiqədə damarlara qovduğu qanın miqdarı də-
qiqəlik həcm adlanır. Sistolik həcmi bir dəqiqədəki ürək vurğu-
larının sayına vursaq dəqiqəlik həcmi tapmaq olar.
Insanlarda sistolik həcm 60-70 ml olur. Əgər ürək vurğu-
larının bir dəqiqədəki miqdari 70 olarsa dəqiqəlik həcm
70x70=4900 ml və ya 4,9 litr olar. Insanda dəqiqəlik həcm 4,5-5
litr olur. Iş zamanı sistolik və dəqiqəlik həcm artır.
MÖVZU: ÜRƏK FƏLĠYYƏTĠNĠN TƏNZĠMĠ
Ürək faəliyyəti iki sistem ilə tənzim olunur.
1.
Sinir sistemi,
2.
Humoral sistem.
Itdə ürəyə gələn simpatik və azan sinirlər kəsilərsə heyvan
ölmür. Ancaq heç bir iş görə bilmir. Buradan belə bir nəticə çıxır
ki, orqanizmin hər an dəyişən tələbatını ödəmək üçün ürəyin
fəaliyyəti mərkəzi sinir sistemi ilə nizamlanır.
Skelet əzələsinin yığılma qüvvəsi qıcığın qüvvəsindən asılı
olaraq artır. Bu onunla əlaqədardır ki, çoxlu liflərə malik skelet
əzələsinin lifləri müxtəlif oyanma qüvvəsinə malikdir. Ürək
əzələsi isə minimum qıcığa maksimum cavаb verir.
Mərkəzi sinir sistemi simpatik və parasimpatik sinir lifləri
vasitəsilə ürəyin işini tənzim edir. Simpatik və parasimpatik
sinirlər ürəyə 5 təsir göstərir.
1. Ürək vurğularının sayına
62
2. Ürək əzələsinin yığılma qüvvəsinə
3. Ürəkdə oyanmanın nəql olunma sürətinə
4. Ürəkdə oyanma astanasına
5. Ürək əzələsinin tonusuna
Simpatik sinir qeyd olunmuş göstəriciləri, yəni ürəyin işini
qüvvətləndirir. Parasimpatik sinir isə zəiflədir. Hər iki sinir ürək
avtomatizminə qüvvətli təsir göstərir.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1. Ürəyin fəaliyyətinin mərkəzi
2. Azan və simpatik sinirin ürəyin işinə təsiri
3. Ürək fəaliyyətinin reflektor və humoral tənzimi
4. Ürəyin işinin fаzаlаrı
5. Dаmаr rеflеksоgеn zоnаlаr və qаn dövrаnının tənzimində
оnlаrın rоlu.
Laboratoriya iĢi 24.
Ürək fəаliyyətinin humоrаl tənzimi
ĠĢ üçün lazımdır: dovşan, narkotik maddə, təsbit üçün stol,
alətlər, ucunda bayraqcıq olan uzun iynə, induksion cihaz və ya
elektrostimulyator, fizioloji məhlul, tənzif, sap.
IĢin gediĢi. Dovşan cərrahi stol üzərində təsbit edilir. Boyun
nahiyyəsində dəri kəsilir. Azan sinir toxumalardan aralanır, sapa
götürülüb kəsilir, lakin sapda sinirin periferik-ürək ucu qalmalıdır.
Döş boşluğunun sol tərəfində 7-ci və 8-ci qabırğaların arasın-
dan, ucunda bayraqcıq olan uzun iynə ürəyin zirvəsinə batırılır.
Bayraqcığın hərəkətinə əsasən ürək vurğusunun qüvvəsi və miq-
darı müşahidə edilməlidir. Sonra azan sinirin periferik ucu qıcıq-
landırılır və ürək fəaliyyətində əmələ gələn dəyişiklik müşahidə
edilir (şəkil 18, 19). Nəticə analiz olunaraq dəftərə qeyd olunur.
63
Şəkil 18. Аzаn sinirin ürək fəаliyyətinə təsiri:
А-qulаqcıqlаrın yаzısının аlınmаsı; B-mədəciklərin yаzısının аlınmаsı;
V-аzаn sinirin qıcıqlаndırılmаsı.
Şəkil 19. Simpаtik sinirin ürək fəаliyyətinə təsiri:
I-qıcığın vеrilməsi; II-qıcığın dаyаndırılmаsı
Lаbоrаtоriyа iĢi 25.
Ürək fəaliyyətinin sinir tənzimi.
Ürək fəaliyyəti tənziminin təlimi I.I.Pavlov tərəfindən yara-
dılmışdır. О, müəyyən etmişdir ki, ürəyin ritmik (ürək vurğu-
larının sayına təsir edən) sinirlərdən başqa, dinamik (ürəyin
qüvvəsinə təsir edən) sinirlər, yəni mərkəzdənqaçan sinirlərdə
ürəyin vurğularını qüvvətləndirən və zəifləndirən liflər vardir.
I.I.Pavlov bu sinirləri kəşf etməklə, sinir trofik təliminin əsa-
sını qoymuşdur. Bu o deməkdir ki, sinir sistemi, toxuma və üzvlə-
64
rin maddələr mübadiləsini tənzim edir və şəraitdən asılı olaraq
onu dəyişdirir.
Ürək fəaliyyətinin sinir tənzimi, mərkəzi sinir sistemindən
ürəyə gələn azan və simpatik sinirlər vasitsilə təmin olunur (şəkil
20).
Azan və simpatik sinirlər ürək yığılmаlarının ancaq sayına
(xronotrop) deyil, eyni zamanda ürək yığılmаlаrının qüvvəsinə
(inotrop), ürəkdə oyanmanın nəql olunma sürətinə (dromortop),
oyanma astanasına (batmotrop) və ürək əzələsinin tonusuna
(tonotrop) da təsirlər göstərir.
Şəkil 20. Ürəyin öz-özünü tənzimi:
1-qаbıq mərkəzi; 2-uzunsоv bеyin mərkəz; 3-dil-udlаq siniri;
4-sinеkаrаtid və yа Qеrinqа siniri; 5-аzаn sinirin vidаci düyünü;
6-bоyunun ön simpаtik siniri; 7-ulduzvаri düyün; 8-pаrаsimpаtik sinir;
9-dеprеssоr sinir; 10-kаrоtid sinusu; 11-аоrtа qövsü rеsеptоrlаrı;
12-bоş vеnаlаrın rеsеptоrlаrı.
Azan və simpatik sinirlərin qıcıqlаndırılmаsı ürək fəaliyyətinə
bir-birinin əksinə olaraq təsir göstərir. Azan sinir ürək fəaliyyətini
ləngidir, simpatik sinir isə əksinə ürək fəaliyyətini qüvvətləndirir.
Qıcığın qüvvəsindən asılı olaraq, azan sinirin ürəyin işinə
təsiri bir qədər dəyişir.
65
Azan sinir qüvvətli elektrik cərəyanı ilə qıcıqlаndırıldıqda
ürək dərhal diastola fazasında dayanır. Qıcıq dayandırıldıqdan
sonra ürəyin əvvəlki fəaliyyəti tez bir zamanda bərpa olunur.
Azan və simpatik sinirlər istiqanlıların ürəyinə müstəqil
şaxələr şəklində, qurbağada isə bir sinir sütünu ilə gəlir. Həmin
sütün vaqo-simpatik sütun adlanır.
Qurbağanın vaqo-simpatik sütununu qıcıqlаndırdıqda ürəyin
fəaliyyəti zəifləyir. Bu, ürək fəaliyyətinə azan sinirin təsirinin üs-
tünlüyünü göstərir. Qıcıqlanma dayandırıldıqdan sonra ürək bir
müddət (vaqo-simpatik sütünun qıcıqlanmasına qədər olduğun-
dan) daha tez-tez və nisbətən qüvvətli işləyir. Bu, simpatik sinirin
təsiri ilə əlaqədardır.
Buradan belə nəticəyə gəlmək olur ki, simpatik sinirə nisbə-
tən azan sinir yüksək oyanma xassəsinə malikdir və təsirdən
sonrakı dövrü də qısadır.
ĠĢ üçün lazımdır: kimoqraf, induksion cihaz və ya elektrosti-
mulyator, Ringer məlulu, elektrod, ştativ, alətlər, sap və qurbağa.
IĢin gediĢi. Qurbağa adi qaydada hərəkətsizləşdirilir. Döş və
qarın boşluğu yarılır, ürəyin üzəri açılır, perikard kasılır və ürəyin
yüyəninə sap bağlanır. Arxası üstə təsbit edilmiş, qurbağada azan
sinir axtarılır. Siniri axtarmazdan qabaq, ayrı-ayrı sinirlərin
yerlərini öyrənmək lazımdır.
Əvvəlcə sağ tərəfdə qabaq ətraf kənara və aşağı çəkilir. Ürə-
yin arasındakı əzələ və fassiya çənə bucağı üzrə nazik qayçı ilə
kəsilir. Kəsik davam etdirilərək qoltuqaltı nahiyyənin sığallı
səthinə qədər aparılır.
Bu əzələnin üzərində onun aşağı kənarına yaxın damar-sinir
dəstəsi yerləşir. Bu dəstə yuxu arteriyası, vidaci vena, qırtlaq siniri
və vaqo-simpatik sinirlərdən ibarətdir.
Ön tərəfdə daha aydın iki sinir kələfi görünür. Bunlardan biri
dilkökü siniri, o biri dil və udlaq siniridir. Dilkökü siniri sinir-da-
mar dəstəsini köndələn kəsir. Dil-udlaq siniri isə onların üzərində
ilgək əmələ gətirir. Göstərilən sinirlərin arxasından azan və qırtlaq
sinirləri keçir.
66
Vaqo–simpatik sinir sütünu ətraf toxumalardan ayrılır, ürəklə
bilavasitə əlaqəsi olan sinirlər kəsilir və sinir-damar kələfinin al-
tından sap salınır. Ürək zirvəsindən serfinlə tutularaq lingə birləş-
dirilir.
Ürəyin fəaliyyəti 1-2 dəqiqə müddətində kimoqrafda yazılır.
Sonra azan sinir qıcıqlаndırılır və bu zаmаn ürək fəаliyyəti zəif-
ləyir və yığımlаrın amplitudları qısаlır. Bu da da azan sinirin ürək
fəaliyyətinə xarakterik təsirini göstərir. Qıcıq verilməsi dayan-
dırılır və kardioqram üzərində aparılan müşahidə davam etdirilir.
Təcrübə bir neçə dəfə təkrar edilir və hər dəfə sinirin
qıcıqlаndırılması ürək fəaliyyətinin ləngiməsi ilə nəticələnir.
Azan sinirin qıcıqlаndırılmаsı dayandırılan kimi ürək fəaliy-
yəti bərpa olunur və bu dəfə ürək əvvəlkindən də bir qədər sürətlə
işləyir. Bu isə simpatik sinirin təsirinin nəticəsidir. Sonra ürəyə
verilən cərəyan qüvvətləndirilir, ürək dərhal diastolа fazasında
dayanır. Qıcıqlanma dayanadırıldıqda ürək yenidən işləməyə
başlayır.
Azan sinirin ürək fəaliyyətinə təsirinin müşahidəsi 1-2 dəqiqə
davam etdirilir. Nəticədə aydın olur ki, azan sinir qıcıqlаndırı-
landa ürək fəaliyyəti ləngiyir, qıcıqlanma dayandırılanda isə ürək
fəaliyyəti yenidən bərpa olunur. Bundan sonra ürəyin fəaliyyəti
əvvəl yavaş, sonra bir qədər sürətlə, ondan sonra daha sürətlə və
nəhayət güclənərək tədricən normaya çatır. Alınmış kardioqram
analiz edilərək nəticə dəftərə yazılır.
Lаbоrаtоriyа iĢi 26.
Ürəyə reflektor təsir (Qols təcrübəsi).
Ürək fəaliyyətinin reflektor tənzimi, onurğa və uzunsov beyin
mərkəzləri, yarımkürələrın qabığı, həmçinin aralıq beyinin hipota-
lamus nahiyyəsi ilə təmin olunur. Ürəyin reflektor təmzimi mər-
kəzə qaçan sinirlərin və müxtəlif refleksogen zonaların qıcıqlan-
ması zamanı müşahidə olunur. Refleksogen-refleks əmələ gətirən
67
deməkdir. Aorta qövsündə yuxu arteriyasında, boş venalarda ürə-
yin özündə yerləşən baroreseptorlar və xemoreseptorlar reflekso-
gen zonaları əmələ gətirir. Refleksogen zonaların qıcıqlanması
ürəyin işini və qan damarlarının mənfəzini dəyişir. Xemoreseptor-
lar qanın kimyəvi tərkibi dəyişəndə qıcıqlanır. Isti, soyuq, qorxu,
həyəcan sevinc, kədər və s. reflektor olaraq ürək fəaliyyətinə təsir
edir.
IĢ üçün lazımdır: qurbağa, alətlər, saniyə ölçənlər, mantar
lövhə, sancaqlar, üç göz pipeti, soyuqqanlilar üçün Ringer məhlu-
lu, 0,5%-li sulfat turşusu və 0,1%-li atropin məhlulu, sücgəc
kağızı.
IĢin gediĢi. Qurbağa arxası üstə mantar lövhəyə təsbit olunur.
Ürəyin üzəri açılır, ürək perikarddan azad edilərək Ringer məhlulu
ilə isladılır və onun vurğuları bir dəqiqə müddətində sayılır.
Pinsetlə qurbağanın qarnına bərk vurulur və ürək vurğuları
yenidən sayılır.
Sonra qurbağanın baş və onurğa beyni pozularaq yenidən
qarnına bərk vurulur və ürək vurğuları yenidən sayılır. Təcrü-
bədən nəticə çıxаrılır dəftərə yazılır.
MÖVZU: QAN DAMARLARINDA QANIN TƏZYIQI
VƏ HƏRƏKƏTI.
Qan damarlarının daxilindəki təzyiq qan təzyiqi adlanır. Qan
təzyiqinin yüksəlməsi və aşağı düşməsi ürəyin işinin fazalari ilə
əlaqədardır. Müxtəlif faktorlar qan təzyiqinə təsir edir.
Qan damarlarda fasiləsiz hərəkət edir. Baş beyində qan döv-
ranının bir neçə dəqiqə müddətinə dayanması heyvanın ölməsinə
səbəb olur. Müxtəlif damarlarda qanın hərəkət sürəti müxtəlifdir.
Aortada 400-500 mm/san, arteriyalarda 150-200 mm/san olur.
Kapilyarlarda isə qanın hərəkət sürəti 0,5 mm/san olur. Belə zəif
sürət isə qan ilə hüceyrə və toxumalar arasında mübadilə prosesini
68
təmin edir. Qan təzyiqi ürəyə yaxın olan damarlarda daha yüksək
olur. Sistolik (maksimal) və diastolik (minimal) təzyiq vardır.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1.
Qan təzyiqini yaradan faktorlar. Müxtəlif damarlarda
qanın təzyiqi.
2.
Damar refleksogen sahələr və onların qan təzyiqinin
nizamlanmasında rolu.
3.
Qan damarlarında qanın hərəkətini təmin edən faktorlar.
4.
Müxtəlif damarlarda qanın hərəkət sürəti.
5.
Nəbz, onun mənşəyi və təyini.
6.
Arteriya və vena nəbzi.
7.
Nəbz dalğasının qrafik qeydi.
8.
Qanın damarlarda fasiləsiz axmasının səbəbi.
9.
Hipertoniya, hipotoniya haqqında anlayış və qan təzyiqinin
tənzimi.
10.
Müxtəlif heyvanlarda (atda, inəkdə, camışda, qoyunda,
donuzda) nəbzin miqdarı.
Lаbоrаtоriyа iĢi 27.
Qan təzyiqinin təyini (vasitəli üsul).
IĢ üçün lazımdır: sfiqmomanometr və ya tonometr, fonen-
doskop, spirt, pamqbıq.
IĢin gediĢi. Sfiqmomanometrin, eləcə də tonometrin boş
manjeti, müayinə olunan insаnın bazu arteriyasi üzərinə bağlanır.
Fonendoskop isə manjetdən aşağıda dirsəyin bükücü səthində
arteriyanın üzərinə qoyulur. Monometrin rezin balonunu sıxmaqla
manjetə, bazu arteriyasının sıxılması nəticəsində nəbz itənə qədər
hava örtülür. Sonra monometrin vintlini (klapanını) açaraq
manjetdən havanı tədricən xaricə buraxmaqla damara olan təzyiq
tədricən azaldılır. Bu zaman həmin damara olan təzyiqi göstərən
civə sütununun enmə səviyyəsi və həm də dinlənən damarda
fasiləli “tup” səsi baş verməsi izlənir. Ilk “tup” səsi eşidilən anda
civə sütununun göstəricisi qanın ən yüksək - maksimal təzyiqidir.
69
Civə sütunu enməkdə davam etdikcə eşidilən səs getdikcə
güclənir və nəhayət birdən yox olur və ya kəskin sürətdə zəifləyir.
Bu zaman monometrin göstəricisi qanın ən aşağı- minimal təzyiqi
olur.
Maksimal təzyiq ürək fəaliyyətinin sistola dövründə olduğuna
görə ona həm də sistolik təzyiq deyilir. Minimal təzyiq isə ürəyin
diastola dövründə olduğundan buna diastolik təzyiq də deyilir.
Atda və inəkdə qan təzyiqini təyin etmək üçün quyruq arteriya-
sından istifadə olunur.
Lаbоrаtоriyа iĢi 28.
Nəbz dalğasının qrafik qeydi.
Ürəyin hər sistolası zamanı qan damarlarının divarının ritmik
dəyişməsinə nəbz deyilir. Nəbz əhəmiyyətli dərəcədə ürəyin işini
əks etdirir. Nəbzi müayinə etməklə ürəyin işi və bütün ürək-damar
sisteminin vəziyyəti hаqqında müəyyən təsəvvür əldə etmək olar.
Arteriya nəbzi bədən səthinə yaxın keçən arteriyalarda müayinə
edilir. Atda xarici çənə arteriyasında, inəkdə uz arteriyasında,
xırda heyvanlarda bud (qasıq) nahiyyəsində müayinə etmək olar.
Atlarda, dəvələrdə və iri buynuzlu heyvanlarda nəbzi quyruq
arteriyasında daha yaxşı müayinə etmək olur. Bu arteriyadan qan
təzyiqini müayinə üçün də istifadə edilir.
Insanlarda nəbz biləkdə, mil arteriyasında (gicgahda da
müayinə etmək olur) müayinə edilir. Nəbzin miqdarı bir dəqiqədə
təyin olunur.
IĢ üçün lazımdır: sfiqmoqraf, hislənmiş sığallı kağız lenti,
rəngli karandaş.
IĢin gediĢi. Yoxlanan şəxs sol qolunu arxası üstə stol üzərinə
qoyur. Bilək arteriyasının ən yaxşı vuran nahiyyəsi rəngli
karandaşla işarə edilir. Sfiqmoqrafin həssas düyməciyi damarın
nişanlanmış yerinə qoyulur.
70
Düyməciklə əlaqədar olan link hərəkətə gələndə sfiqmoqraf
qaytanla və ya xüsusi manjetlə biləyə bağlanır. Cihazin valı ilə
lingin yazan hissəsinin arasına hislənmiş kağız lenti qoyulur.
Ling hərəkət edən kimi sfiqmoqrafın saat mexanizmi işə
salınır və hərəkət edən kağız lenti üzərində nəbzin əyrisi yazılır.
Alınan yazı sfiqmoqram adlanır. Sonra alınmış sfiqmoqram
təhlil edilir. Sifiqmo - dalğa, qramma - yazmaq deməkdir. Sаğlam
orqanizmdə nəbz ritmik olmaqlа nəbz vurğularının arasındakı vaxt
eyni olur. Ürək xəstəlikləri zamanı nəbzin ritmikliyi pozulur.
Lаbоrаtоriyа iĢi 29.
Kapillyar qan dövranının müĢahidəsi.
Kapillarlarda qanın hərəkət sürəti çox zəifdir (0,5 mm/san).
Bunun fiziolji əhəmiyyəti vardir. Belə ki, hüceyrə və toxumalar
arasında mübadilə prosesləri kapillyarlarda gedir. Onların divarı
nazik оlmаqlа bir qаt endoteli hüceyrələrindən əmələ gəlmişdir.
Qanin tərkibində olan oksigen və qida maddələri kapillyarlardan
hüceyrə və toxumalara keçir. Əksinə, karbon qazı (CO
2
) və
parçalanma məhsullari isə toxumalardan qana keçir.
IĢ üçün lazımdır: kapillyaroskop, qurbağa, üzərində deşik
olan mantar lövhə, sancaqlar, mikroskop, tənzif, salfet.
IĢin gediĢi. Qurbağa bir neçə dəqiqə müddətində içərisində
10%-li etil spirti olan bankaya salınaraq narkoz edilir.
Qurbağanın hərəkəti dayandıqdan sonra bankadan çıxarılır və
mantar lövhə üzərinə qoyulur, sonra qurbağanın üzgənc pərdəsi və
ya dili sancaq vasitəsilə mantar lövhədə olan deşik üzərinə çəkilib
təsbit olunur.
Üzgənc pərdəsi su ilə isladılır və mikroskopun kiçik böyüdü-
cüsü altında qanın axma istiqamətilə arteriolalar, kapillyarlar və
venalar tapılır (şəkil 21). Qan damarlarının müxtəlif hissələrində
qanın hərəkət fərqinə (sürətinə, axımına və s.) fikir verilir. Nəticə
analiz olunur.
71
Şəkil 21 . Qаnın dаmаrlаrdа hərəkəti
MÖVZU: QAN DAMARLARININ MƏNFƏZININ
TƏNZIMI.
Qan damarlarının mənfəzi iki sistem vasitəsilə tənzim olunur:
1.
Sinir sistemi;
2.
Humoral sistem.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1.
Damar tonusu, vazokonstriktorlar və vazodilatаtorlar.
2.
Damarların mənfəzinin sinir tənzimi.
3.
Damarların mənfəzinin humoral tənzimi.
4.
Qаnın dаmаrlаrda hərəkətinin fiziоlоji qаnunаuyğunluğu.
5.
Qаnın dаmаrlаrdа hərəkətini təmin еdən fаktоrlаr.
6.
Аrtеriyаlаrdа, vеnаlаrdа və kаpilyаrlаrdа qаnın hərəkət
sürəti.
7.
Qаnın dаmаrlаrdа fаsiləsiz аxmаsının səbəbi.
72
8.
Kаpilyаrlаrdа qаnın hərəkət sürətinin zəif оlmаsının
əhəmiyyəti.
Damarlarda onların mənfəzini daraldan sinir lifləri vardır.
Həmin sinir lifləri simpatik sinir sisteminə aid olmaqla- vazo-
Dostları ilə paylaş: |