Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   45
 
 


24 
 
AORTA QÖVSÜNÜN ANEVRİZMASI 
 
 
 
Aorta  qövsünün  anevrizmaları  etioloji  olaraq  aortanın  digər 
sahələrindəki  anevrizmalardan  əsaslı  olaraq  fərqlənmir.Aorta 
qövsünün anevrizmaları aortanın digər bölmələrinin anevrizmaları 
ilə  (qalxan  aorta,  aorta  kökü,  döş  aortası,  torakoabdominal  aorta 
və ya abdominal aorta anevrizmaları) birlikdə rast gəlinə bilir.  
Aorta  qövsünün  anevrizmasının  ölçüsü  və  qonşuluğundakı 
normal  qalxan  aorta  və  ya  proksimal  enən  aorta  ölçüləri  ilə 
anevrizma  ölçüləri  nisbəti  cırılma  meydana  gəlməsi  üçün  ən 
önəmli aşkarlayıcıdır.  
Herose  həmkarları  ilə  birlikdə  döş  aortasının  anevriz-
malarında illik genişlənmə nisbətinin 0,42 sm olduğunu bildirirlər. 
Arterial  hipertenziya  şikayəti  və  siqaret  çəkmək  anevrizmanın 
meydana gəlməsi sürətini və cırılma riskini artırır.  
 Aorta  qövsünün  anevrizmaları  qonşuluğundakı  mediastinal 
orqanlara:  vena  kava  superior,  innominat  venalar,  pulmonar 
arteriya,  traxeya,  bronxlar,  ağciyər  və  sol  qayıdan  laringeal  sinirə 


25 
 
təzyiq  edə  bilir.  Simptomlar  isə  hava  çatmamazlığı,  stridor,  səs 
qısalığı,  hemoptiziya,  öskürək  və  sinə  ağrısı  olaraq  ortaya  çıxa 
bilir.  Ancaq,  xəstələrin  əksəriyyəti  asimptomatikdirlər,  aşkar-
lanması  rutin  müayinələrlə  və  ya  başqa  xəstəliklərin  araşdırılması 
zamanı  döş  qəfəsinin  rentgenoqrafiyası  və  komputer  tomoqrafiya 
ilə qoyulur.  
Torakal  aortaqrafiya  dəqiqləşdirmə  üçün  mühüm  müayinə 
hesab  olunur.  Aortaqrafiyada  aorta  ilə  birlikdə,  aorta  qapağı  və 
braxiosefalik  şaxələrdə  görüntülər  aşkarlanır.  Braxiosefalik  sis-
temdəki  anomaliyalar  bu  yolla  müəyyənləşir.  Komputer  tomo-
qrafiya  üç  ölçülü  tomoqrafiya  texnikaları  və  maqnetik  rezonans 
görüntüləmələr  xüsusilə  aorta  diseksiyonlu  xəstələrin  dəyərlən-
dirilməsində  son  dərəcə  faydalıdır.  Exokardioqrafiya  da  aorta 
qövsünün  anevrizmalarının  dəyərləndirilməsində  istifadə  olunan 
bir  görüntüləmə  metodudur.  Ayrıca  exokardioqrafiya  kardial 
funskyaların  və  qapaqcıkların  dəyərləndirilməsində  xüsusilə  aorta 
çatışmazlığının  aşkarlanmasında  faydalıdır.  Koronar  arteriyaların 
dəyərləndirilməsi lazım gəldikdə koronar angioqrafiya edilməlidir.  
 


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə