Dərs vəsaiti Bakı Dövlət Universiteti



Yüklə 11,29 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix28.07.2020
ölçüsü11,29 Mb.
#32325
  1   2   3   4   5   6   7   8   9   ...   24
Turizm-ekskursiya ishinin teshkili

32325

Sabir  R əh im o v
turizm
-
ekskursiya
 
işinin
 
təşkili
(dərs vəsaiti)
Bakı Dövlət  Universiteti 
Coğrafiya fakültəsi Elmi Şurasının 
01 saylı 22 sentyabr2004-cü il 
tarixli qərarı ilə çapa tövsiyə 
olunmuşdur.
Bakı - 2004

Elmi redaktor:
Elmi məsləhətçi:
Rəyçilər:
Bakı Dövlət Universitetinin 
"Xarici ölkələrin iqtisadi-siyasi 
coğrafiyası və turizm" kafedrasının 
müdiri, dosent Soltanova H.B.
Bakı Dövlət Universitetinin 
"Xarici ölkələrin iqtisadi-siyasi 
coğrafiyası və turizm" kafedrasının 
professoru  Məmmədov C.A.
Azərbaycan Respublikası Turizm 
və Ekskursiyalar şurasının sədri 
Nuriyev F.L.
Bakı Dövlət Universitetinin 
"İqtisadi və sosial coğrafiya" 
kafedrasının müdiri, 
dosent  Həsənov T.G.
Rəhimov S.H, Turizm-ekskursiya işinin təşkili. Dərs vəsaiti. 
Bakı: Mütərcim, 2004. -  312 səh.: ili.
Azərbaycanda  ilk  dəfə  qələmə  alınmış  bu  dərs  vəsaitində  turizm 
nəzəriyyəsinin  əsaslan,  Ümümdünya  Turizm  Təşkilatının  tövsiyələri, 
beynəlxalq  konvensiyalar,  milli  hüquqi  aktların  prinsip  və  ənənələri 
aspektlərində turizmin əsas termin və anlayışları şərh edilir.
Azərbaycan və beynəlxalq turizm qanunvericiliyinə, həmçinin  for­
malaşmış  turist xidmətinin  beynəlxalq  standartlarına,  turizm  firmaları­
nın  turlar  və  transturlar  biznesi  sahəsində  beynəlxalq  və  milli  turizm 
təşkilatlarının çoxillik təcrübəsinə əsaslanan işin təşkili prinsipləri izah 
edilir.
Turizm-ekskursiya işinin təşkili  fənnini  öyrənən  turizm  təhsili  sis­
temi  üzrə ixtisaslaşmış  orta və ali təhsil  müəssisələrinin  tələbələri  və 
müəllimləri,  turizm sahəsində çalışan mütəxəssislər, turizm ilə maraq­
lanan oxucular kitabdan faydalana bilərlər.
R 4202010000 57 _ 04 
026
© Mütərcim, 2004
MÜƏLLİFDƏN
Dünyanın  bir  çox  ölkələrində  milyonlarla  insanın  məş­
ğulluğunu  təmin edən  və  təsərrüfatın bütün sahələri  ilə əlaqə­
də  fəaliyyət  göstərən,  geniş  maddi  bazaya  malik  olan,  forma­
laşmış  və  sabit  inkişaf edən  turizm  sənayesi  mövcuddur.  Bu 
gün  dünya  üzrə ümumdaxili məhsulun 4,4%-i turizmin payma 
düşür.  Turizm  sahəsində  200  milyona  yaxm  insan  çalışır. 
Dünya  ölkələrinin  80%-dən  çoxunda  turizm  icracatda  aparıcı 
beşliyin maddələrinə daxildir.
Turizm dünya ölkələrinin 40%-də xarici valyutaların da­
xil olduğu əsas mənbədir.
2002-ci  ildə  dünya  üzrə  ümumi  turist  gəlişinin  miqdarı 
715  mln.  nəfərə  yaxın,  turizmdən  əldə  edilən  gəlir  isə  500 
mlrd. ABŞ dolları olmuşdur.
M ütəxəssislər  2010-cu  ildə  965  mln,  2020-ci  illər  üçün 
1,6 mlrd insanın xarici səyahətlərdə  iştirak edəcəyini proqnoz­
laşdırırlar.
Beynəlxalq  turist  mübadiləsi  Azərbaycan  Respublikası­
nın xarici iqtisadi fəaliyyətinin və onun beynəlxalq münasibət­
lərinin tərkib hissəsidir.
Azərbaycanda  və  onun  xaricində  turizmin  inkişafı,  bu 
prosesdə  m üxtəlif təşkilatların  fəal  və  qanuna  uyğun  iştirakı, 
ölkəm izdə  nəinki  müxtəlif turizm  təşkili  formalarının  yaran­
masına,  təşəkkül  tapmasına  və  təkmilləşməsinin  zəruriliyinə, 
h ətta  qarşılıqlı  mübadiləyə,  ünsiyyətə  və  səfərlərə  diqqətin 
artması,  ikitərəfli  əməkdaşlıq  əlaqələrinin  genişlənməsinə  və 
turist  proqramları  ilə  beynəlxalq  səviyyədə  həyata  keçirilmə­
sinə səbəb olmuşdur.
Milli  və  beynəlxalq  turizmin  qarşılıqlı  əlaqəsi,  onların 
iqtisadi  və  sosial  aspektləri  öz  əksini  Ümümdünya  Turizm 
Konfransının  (Manila,  1980-ci  il)  sənədlərində  tapıb.  Bu  sə­
nədlərdə  qeyd  olunur ki,  turizm  (onun  milli  iqtisadiyyatda  və
3

beynəlxalq ticarətdə payı)  dünya miqyasında inkişafın  m ühüm  
göstəricisinə  çevrilib.  Milli  iqtisadi  fəaliyyətdə  turizmin  rolu 
daim artır.
Turizm  biznesi  iş  adamlarım,  o  qədər  də  çox  vəsait  tə ­
ləb  etməyən  başlanğıc  kapitalı,  çəkilən  xərclərin  tez  m üddət 
ərzində  qaytarılması,  qoyulan  vəsaitin  yüksək  rentabellik  sə­
viyyəsi,  turizm  xidmətlərinə  olan  tələbatın  daim  artması  ilə 
cəlb edir.
Azərbaycanda  turizm  bazarının  inkişafı  ilə  yeni  tip  tə ­
fəkkür  və  davranışı  olan kadrlara  tələbat da artır.  Zamanm  tə ­
ləblərinə cavab olaraq respublikanın bir çox təhsil m üəssisələ­
ri  turizm  biznesi  üçün  kadrların  hazırlanmasına  başlayıb.  Son 
zamanlar respublikamızda turizmə  aid bir neçə dərs ədəbiyyatı 
nəşr  olunsa  da,  bunlar  əsasən turizmin  müxtəlif istiqam ətləri­
nə  aid  olan  kitablardır.  Ona  görə  də  ümumi,  özündə  n ə zə ­
riyyəni  və  turizm biznesinin aparılması  təcrübəsini  birləşdirən 
kompleks  tipli  dərs  vəsaitinin nəşr olunması  zərurəti  m eydana 
çıxır.
Turizmi  real  aləmdə  istiqamtələndirmək üçün  m ütəxəs­
sisə  turizm  bilikləri  lazımdır.  Hazırkı  kitab  da  bu  cür nəşrlər- 
dəndir.
Kitab  müəllifinin  məqsədi  XX  əsrin  fenomeni  olan  tu­
rizmin  -   turist  komplekslərinin,  turizm  hərəkatının,  turizm  
fəaliyyəti və  turizm bazarı inkişafının əsasmı təşkil edən prin­
siplərini,  tendensiyalarmı,  xarakterini,  mahiyyətini  açıqlayan 
sistemli izahım verməkdir.
Buradakı  nəzəriyyə,  beynəlxalq  turizmin  inkişafının 
konkret  faktlarına  əsaslanaraq  turizmin  təcrübəsini  dərk  et­
məyə,  turizm sahəsində dövlətin siyasətini əsaslandırmağı  im ­
kan verəcək.
Kitabın m üxtəlif fəsillərində turizmin tarixi,  əsas prinsi­
pləri,  turizm səyahətlərinin motivasiyası,  turizmin iqtisadiyya­
tı,  turizm  marketinqinin  özünəməxsus  xüsusiyyətləri,  turizm  
müəssisəsinin yaranma prinsipləri v ə strukturu, turizm m əh su ­
lunun  hazırlanma proseduru və  irəliləməsi,  xidmət tədarükçü­
ləri  və  partnoyrlarla  qarşılıqlı  əlaqə  qaydaları,  turistlərə  xid­
m ət göstərilməsi qaydaları, ekskursiyaların təşkili və keçirilm ə
4
metodikası,  turizmin  statistikası,  turizmin  ətraf mühitlə  qarşı­
lıqlı təsiri problemləri,  səyahət zamanı  təhlükəsizlik,  risklərin 
qarşısmm  alınması,  turoperatorlarm  peşə  məsuliyyəti  və  s. 
işıqlandırılır.
Kitabda  Azərbaycan  Respublikasında  turizmin  yaranma 
tarixinə,  müasir vəziyyətinə  və  inkişaf perspektivlərinə böyük 
yer ayrılıb.
Kitab çoxsaylı  cədvəl,  qrafik,  diaqram şəklində olan əy­
ani materiallarla təchiz olunub.
Kitabm  sonunda  istifadə  olunan  və  m əsləhət  bilinən 
ədəbiyyat siyahısı və rast gəlinən termin və anlayışların göstə­
ricisi verilir.
Dərs vəsaiti həm  müəllifin, həm  də Bakı Dövlət Univer­
sitetində,  Gənclər,  İdman və  Turizm nazirliyində,  Azərbaycan 
Turizm  Sənayesi İnkişafı  İttifaqında, Azərbaycan Respublikası 
Turizm  və  Ekskursiyalar  Şurasında,  respublikamın  aparıcı  tu­
rizm  şirkətlərində  çalışan çoxsaylı mütəxəssisələrin təcrübəsi­
ni,  düşüncələrini və mülahizələrini özündə cəmləşdirir.
Beynəlxalq  rəsmi  sənədlər  və  ölkəmizdə  qəbul  olunan 
müvafiq  sənədlər,  jüm al  və  qəzet  məqalələri  mühüm  mənbə 
kimi istifadə olunub.
İlk  dəfə  qələm ə  alman  bu  böyük  həcmli  işdə  müəyyən 
qüsur  v ə  çatışmamazlıqlar  olmasmı  m üəllif yaxşı  dərk  edir. 
Ona  görə  də bunları  görən  həmkarlarım  və  oxuculardan xahiş 
edirəm  ki,  öz  fikir  və  rəylərini  Bakı  Dövlət  Universitetinin 
"Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm" kafedra­
sına bildirsinlər.
5

FƏSİL 1
TURİZMİN İNKİŞAFININ TARİXİ ASPEKTLƏRİ 
VƏ MÜASİR VƏZİYYƏTİ
1 . 1 .   T U R İZ M İN  YARANM ASI,  İN K İŞA FIN IN  
T A R İX İ ZƏ M İN İ VƏ  İLK İN  ŞƏRTLƏRİ
İnsanlar  həmişə  səyahət  ediblər.  Öz  qəbiləsinin  yaşadığı 
məskənlərin ətrafından başlanan ibtidai  səyahətlər daha sonralar 
uzaq  səfərlər,  dəniz  və  çaylarla  edilən  səyahətlərlə  əvəz  olun­
muşdur.
Qədim  səyyahlar  Şimali Avropaya,  sirli  Britaniya adasma, 
Misirə yollar açırdılar. Bu səyahətlər haqqında m if və əfsanələr 
yazılırdı.  İgidlik  göstərmək və  bəxtlərini  smamaq üçün  orta  əsr 
cəngavərləri də səyahət edirdilər. Cəsarətli və məşhur səyyahlar 
-   Xristafor  Kolumb  (1451-1506),  Vasko  da  Qama  (1469-1524), 
Feman  Magellan  (1480-1524),  Ceyms  Kuk  (1728-1779),  Jan 
Fransua Laperuz  (1741-1788) və bir çox başqaları böyük coğrafi 
kəşflər etmişdilər. Amma bu, müasir dünyagörüşü baxımından nə 
turizm,  nə  də  səyahətlərin  təşkili  və  turistlərə  xidmət  edən  tu­
rizm sənayesi deyildi.
Hazırda dünyanın əksər dövlətlərində  müasir turizm hərə­
katı XX əsrin fenomeni adlandırılır. Həqiqətən də belədir, bu gün 
şahidi olduğumuz turizm, texnikanın, insanlar arasmdakı humani­
tar  münasibətlərin,  təhlükəsizlik  prinsiplərinə  riayət  etməklə, 
dünyanın  hər  yerinə  səyahət  etmək  imkanın  yaranmasının  nə­
ticəsidir.
Kütləvi turizm və səyahət ənənələri hələ  XVIII əsrdə ya­
ranmağa  başlanmışdır.  Ayrı-ayrı  adamların  diqqətəlayiq  yerləri 
seyr etməklə yanaşı, mineral sularla müalicəyə, dəniz sahillərinə, *
*  Mif (yunan mənşəli  sözdür,  rəvayət,  dastan  mənalarında  işlədilir,  bizim 
dilimizdə əsatir sözünə uyğun gəlir) -  dünyanın və həyatın mənşəyi, təbiət 
hadisələri, allahlar, əfsanəvi qəhrəmanlar və ruhlar haqqında insanların ən 
qədim təsəvvür və etiqadlarından ibarət rəvayətlər.
6
dünyanın məşhur paytaxt şəhərlərinə səyahətləri -  müasir turiz­
min  bünövrəsi  hesab  edilir.  Amma  o  dövrdə  insanlar  müstəqil, 
hər hansı bir təşkilat və firmaların köməyi olmadan səyahət edir­
dilər.
Müasir  turizmin  bünövrəsi  və  başlanğıcı  barədə  m üxtəlif 
fikir  və  rəylər  mövcuddur.  Bir  sıra  müəlliflər  (M.Nemolyayeva 
və  L.Xodorkov)  ingilis  ədəbiyyatına  isstinad  edərək,  turizmin 
əsasının  1841-ci ildə qoyulduğunu və ilk xarici səyahətin  1855-ci 
ildə  Parisdə  keçirilən  Ümumdünya  sərgisinə  təşkil  olunduğunu 
qeyd edirlər.  Digər müəlliflər (R.Zaçinyayev və N.Falkoviç)  xa­
rici  turistlərdən  təşkil  edilmiş  ilk  mütəşəkkil  turist  qrupunun 
1863-cü  ildə  İsveçrəyə 
səyahət  etdiyini, 
üçüncü  qism 
(M.Birjakov və b.) isə İngiltərədən Fransaya ilk mütəşəkkil turla­
rın hələ  1815-ci ildə  təşkil olunduğunu qeyd edirlər.  Geniş kütlə 
üçün nəzərdə tutulan və Londondan Parisə təşkil olunan belə tur­
ların təşəbbüskarı, yazıçı və səyyah D.Qalinyani olmuşdur.  Artıq 
1829-cu ildə dünyada  ilk dəfə olaraq K.Baydeker tərəfindən h a­
zırlanmış  və  nəşr  olunmuş  «səyahətçilərin  soraq  kitabçası»  işıq 
üzü görmüşdür.
Bütün  bunlara  baxmayaraq,  səyahətlərin  mütəşəkkil  və 
kütləvi  şəkildə  yerdəyişməsinin  səmərəsini  və  mahiyyətini  ilk 
olaraq  anlayan  ingilis  keşişi  Tomas  Kuk  müasir  turizmin  banisi 
hesab olunur.  O,  1841-ci ildə Lankasterdən Dolnqboruq şəhərinə 
dəmir yolu vasitəsilə  ilk kütləvi  gəzinti təşkil etmişdir.  Bu  səya­
hətdə  600-ə  yaxm  adam  iştirak  etmişdir.  Tomas  Kuk  «Midlend 
rcylucy» şirkətinin sahibləri ilə ünsiyyət yaradaraq,  şirkətdən ya­
rı  qiymətə  (topdan satış kimi)  580 bilet almağa nail  olmuş,  sonra 
isə  biletləri  səyahət  arzusunda  olanlara  satmışdır.  Bu,  onun  tu­
rizm  fəaliyyətinin,  həmçinin  müasir  turizmin,  turizm  sahəsinin 
başlanğıcı idi.
1847- 
ci  ildən  «Kuk»  cəmiyyəti  xarici  səyahət  və  ekskur­
siyalara  xüsusi  biletlərin  yayılması  ilə  məşğul  olmağa  başlamış, 
bilet  satışını  mənimsəməkdən  sonra,  Kuk  kilsə  işlərini  atıb  öz 
fərdi işini qurmuşdur.
1848- 
ci  ildə  Kukun  agentliyi  Britaniya  dövlət  şirkətinə 
çevrilmişdir.
1852-ci  ildə T.Kuk Londonu daimi yaşayış yeri seçərək bu 
şəhərə  köçmüş  və  burada  tarixdə  ilk  dəfə  turizm  bürosu  yarat­
mışdır.  O bir neçə nəqliyyat şirkətləri ilə müqavilə bağlayıb,  on-
7

lara komissiyon* haqqı verməyə başlamışdır.
1863-cü  ildə  T.Kuk İsveçrəyə  ilk  turist qrupu  göndərmiş­
dir.  Bununla da mütəşəkkil beynəlxalq turizmin təşkilinə başlan­
dı.
1889-cu ildə Parisdə keçirilən birinci Ümumdünya sərgisi­
nə  Kukun şirkəti, bu günün dili ilə desək 400 min turist yollayışı 
(putyovkası) satmışdı.  O zamanlar ən məşhur turist marşrutların­
dan  biri  İngiltərənin  müstəmləkəsi  olan  Misir  idi.  Nil  çayı  ilə 
səyahət  üçün  T.Kuk  27 paraxod  və  800  kiçik  həcmli  yelkənli 
gəmi əldə etmişdir.
XIX  əsrin  sonlarında  Beynəlxalq  Yataq  Vaqonları  Cə­
miyyəti  ilə  birləşən T.Rukun firması,  dünyanın  53  ölkəsində  12 
min əməkdaşın çalışdığı  324 filialı olan konsernə*
 ** çevrilmişdi.
Amerikalılar İngilislərdən heç də  geri  qalmaq istəmirdilər. 
T.Kukun  beynəlxalq  turizm  ideyası  əsasında  «Ameriken  eks­
press» («Amekso») şirkəti yaradılır.
Birləşmiş  ştatların  dilicanlarla***  sərnişin daşıyan  üç  şirkə­
tinin  birləşməsindən  yaranan  «Amekso»  öncə  qarışıq  agentlik 
kimi  fəaliyyət göstərmiş,  1918-ci ildən isə bütün qitələrdə  filial­
ları olan sırf turist şirkətinə çevrilmişdi.
1869-cu  ildə Avropada yaradılan «Mehmanxana işçilərinin 
beynəlxalq assosiasiyası» ilk turizm  təşkilatlan birliyi idi.  Bu as­
sosiasiya,  1921-ci  ildə  təşkil  olunmuş  Beynəlxalq  mehmanxana­
lar ittifaqı ilə birləşərək,  1946-cı ildə Beynəlxalq mehmanxanalar 
assosiasiyasına çevrildi.
O  zamanlar,  əsasən  zəngin  insanlara  xidmət  göstərən  tu­
rizm yalnız nəqliyyat və yerləşmə xidmətləri təklif edirdi. Bu hə­
lə  müasir «XX əsrin fenomeni» olan qonaqpərvərlik sənayesi ol­
masa da tədricən inkişaf edirdi.
Turizmin  beynəlxalq  səviyyədə  olması,  yalnız  ictimai 
münasibətlərin  müəyyən  inkişaf  pilləsində,  millətlər  arasında 
yüksək inkişaf etmiş və davamlı iqtisadi, siyasi və mədəni əlaqə­
* Komissiyon -  razılaşmanın icra edilməsinin bir tərəfin digər tərəfə həva­
lə etmək qaydası ilə kommersiya əməliyyatı.
** Konsern -  adətən formal müstəqilliyini  saxlayan,  amma mürəkkəb ida­
rəetmə  sistemi  ilə  nəzarət  olunan  bir-birilə  sıx  əlaqədə  olan  müəssisələr 
qrupu.
*** Dilican (fransız mənşəli sözdür) -  sərnişin və yük daşımaq məqsədilə 
istifadə olunan at qoşulmuş dörd təkərli üstüörtülü nəqliyyat vasitəsi.
8
lərin olması əsasmda mümkün olmuşdur.  Bu da beynəlxalq baza­
rın  formalaşma  dövri,  beynəlxalq  ticarətin  artması  və  yeni  nəq­
liyyat vasitəlrin meydana çıxması ilə üst-üstə düşür.
Bu  gün  də  on  seçilən  turizm  regionu,  beynəlxalq  turizm 
əlaqələrinin  əsas  rayonu  olan  Avropa 
turizmin  beşiyi  sayılır. 
Avropada turist mehmanxanalarının inşası, dəmir yol təşkilatları­
nın təşəbbüsü ilə həyata keçirilmişdir. Mehmanxanalırm tikilmə­
sinin əsas səbəbi dəmir yollan ilə sərnişin axınının artması idi.
Hər bir turizm rayonu üçün, yəni müəyyən təbii şəraiti olan 
(əlverişli iqlimi,  dəniz və  günəş,  isti və müalicəvi su mənbələri, 
cəzbedici  mənzərə,  memarlıq  və  mədəniyyət  abidələri)  ərazidə 
sərnişin -  turistlərin qəbulu, yerləşməsi və qidalanmasının təmin 
edilməsi  zəruri  idi.  Beləcə  də  turizm  obyektlərinin  tikilməsinə 
tələbat yaranırdı.
Dəmir yolları  həmçinin  beynəlxalq turizmin  gələcək  inki­
şafı ilə bağlı bütün tədbirlərin və reklamm müəyyənləşdirilməsi- 
ni də öz üzərinə götürmüşdü.
Turizm böyük gəlir gətirdiyinə  görə, bütün yerli  təsərrüfat 
sahələri  onun inkişafına maraq göstərməyə başladılar.  Amma tu­
rist təlobatmm  mürəkkəbliyi  və  özünəməxsusluğu  onların  qarşı­
sında  yeni, 
daha 
mürəkkəb  problemlər  qoydu. 
Turist 
mövsümündə  turizm  rayonunun  bütün  təsərrüfat,  kommunal 
məişət xidmətlərin  həcmi  artan tələbatla uyğun olmurdu.  Turist­
lərin  istək və  arzularını  yerinə  yetirmək üçün  xidmət  sahələrini 
genişləndirmək zərurəti  ortaya çıxırdı. Bu da öz növbəsində  rek­
lam və  informasiya xidmətlərinin, mədəni  -  əyləncə obyektləri­
nin inkişafına səbəb oldu.
Turizmin  inkişafı ilə əlaqədar bu problemlər daha da artır, 
onlarm  həlli  isə  çətinləşirdi.  Belə  çətinliklərlə  üzləşən  adi  yerli 
təsərrüfat təşkilatlan və yerli hakimiyyət orqanları yeni funksiya­
ların  öhtəsindən  gələ  bilmirdilər.  Ona  görə  də  müstəqil  turizm 
sahəsində  ixtisaslaşmış  təşkilatların yaradılması  məsələsi  günün 
tələbi  idi.  Onlarm  funksiyaları  və  fəaliyyəti  müasir  turist agent­
liklərinə və turoperatorlara uyğun idi.
İlk öncə bu təşkilatlar «abadlaşdırma cəmiyyəti», «xaricilə­
ri qəbul edən cəmiyyət» və s.  adlanırdı. Onlarm təşkili XIX əsrin 
ortalarına  təsadüf edirdi,  amma  XIX  əsrin  70-ci  illərində Alma­
niya, İsveçrədə,  Avstriyada,  Fransada və b.  ölkələrdə daha geniş 
vüsət  almışdı.  Bu  təşkilatlar  kompleks  turist  xidmətinin  forma-
9

laşması ilə məşğul olan müasir turoperatorların timsalı idi.
Analoji  cəmiyyətlərin yaradılmasında yerli  hakimiyyət or­
qanları da maraqlı idi və onlara hərtərəfli yardım edirdilər. Çünki 
bu cəmiyyətlər yerli hakimiyyət orqanlarının həll etməli olduqla­
rı məsələlərin icrasmı (gələn turist axınının kordinasiyasını, onla­
rın  yerləşmə,  qidalanma,  asudə  vaxt  və  s.  təşkili  qayğısını)  öz 
üzərinə götürdülər.
Turist firmalarının fəaliyyətinin ixtisaslaşma prosesi davam 
edirdi.  Bir  sıra  firmalar öz qüvvələrini  xidmətlər  paketi  istehsa­
lında  cəmləşdirir,  yeni  regionlarm  mənimsənilməsi  ilə  məşğul 
olur,  turizmin  yeni  növlərini  işləyib  hazırlayırdılar,  digərləri  isə 
daha çox  xidmət məhsulunun  satışına  diqqət yetirir və  turagent- 
liklər kimi inkişaf edirdilər.
Uzun  müddət  turizmdə  hər  hansı bir  təşkilatı  forma  (yəni 
dövlət, ictimai və s.) olmamışdır.
Turizm  rayonlarmda  turizmin  yaradılması  və  inkişafının 
ümumi  prosesi  gedirdi.  Amma bu proses  bütün ölkələr üçün xa­
rakterik deyildi və hər regionda özünə məxsus inkişaf yolu keçir­
di.  Elə ona görə də  hazırda,  ölkələr və regionlardakı  turzmin  in­
kişafında,  həmçinin  turizm müəssisələrin təşkili formalarında və 
idarəetmə strukturlarında  müxtəliflik müşahidə olunur. Turizmin 
daha sonrakı və mürəkkəb inkişaf səviyyəsində, müxtəlif turizm 
təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi zərurəti yaranır. Bu 
da  öz növbəsində  müxtəlif səviyyəli dövlət idarəetmə  orqanları­
nın, həmçinin beynəlxalq cəmiyyətlər və ittifaqların yaradılması­
nın vacibliyini ön plana çəkirdi.
1931-ci  ildə  yaradılan  və  bu  gün  də  fəaliyyət  göstərən, 
Amerika turist agentliklər cəmiyyəti  (ASTA),  Amerikada  turizm 
fəaliyyətini dövlət səviyyəsinə qaldırmışdır.
XX  əsrin  birinci  yarısında  milli  və  beynəlxalq  turizm  öz 
dairəsinə yeni ölkələr cəlb edərək,  inkişafını yeni istiqamətlərdə 
davam etdirirdi.  Amma hələ o vaxtlarda  turizm və ekskursiyalar 
əsasən  əhalinin  imkanlı  təbəqələri  üçün  əlçatan  idi.  Onlar  əy­
ləncə,  istirahət və  müalicə məqsədli  bahalı  səyahətlərdə  tez-tez 
iştirak  edərdilər.  Həmin  dövrdə  Fransa,  İtaliya,  Çexiya,  Slova­
kiya  və  İsveçrənin  dağlıq rayonlarmda  yerləşən,  beynəlxalq  ku­
rortlar kimi milli turizm mərkəzləri formalaşır.
Birinci  və  ikinci dünya müharibələri  arasındakı  dövrdə  öl- 
kədaxili  və xaricə turizm səyahətləri keyfiyyətcə yeni bir xarak-
10
ter  alır.  Onlar  nəinki  əyləncə  və  sağlamlıq,  həmçinin  sırf dər­
ketmə  məqsədlərilə  unudulmaz  xatirə  (yaddaş)  yerlərinə  baş 
çəkməyə və diqqətəlayiq tarixi-memarlıq abidələrini seyr etməyə 
can atırlar.
Beynəlxalq  turizm hərəkatının  əksər hissəsi  Avropa  ölkə­
lərinin payma düşürdü.  Səyahətlər əsasən Avropa və digər  qitə­
lərin əhalisi arasında olan qohumluq əlaqələri ilə stimullaşırdı.  O 
zamanlar xarici turizm əsasən tək-tək fərdlərin səyahəti xarakteri 
daşıyırdı.  Qrup  şəklində  gəzintilər,  yürüşlər  və  səyahətlər  təd­
ricən milli turizm təcrübəsinə tətbiq olunur,  turizm və ekskursiy­
aların  inkişafı üçün  maddi  şəraitin yaradılması üçün iş aparılırdı. 
İkinci dünya müharibəsi  zamanı beynəlxalq turizmin həcmi  kəs­
kin  surətdə  azalır.  Müharibədən  əvvəlki  turizmin  səviyyəsi  XX 
əsrin 40-cı illərinin sonunda bərpa olunur. Bu dövr, Avropa ölkə­
ləri,  ABŞ  və  Kanada arasmdakı turizm  səyahətlərinin və müba- 
diloləlorin canlanması ilə xarakterizə olunur. Əsasən ABŞ turist­
lərinin  hesabına -   Meksika,  Panama və  Kubada  turizm  müvəfə- 
qiyyətlə inkişaf edir.  Yaponiya və bir çox başqa ölkələr xarici tu­
rizm üçün öz sərhədlərini açır.
Bu  dövrü 
beynəlxalq  turizmin  kütləvi  inkişaf  tarixində 
dönüş  dövrü adlandırmaq olar.  1958-ci  ildə ilk transatlantik avia- 
səmişin reysi həyata keçirilmişdir. Bu mühüm hadisə ilə turizmin 
imkanları,  ənənələr  və  səyahətlərin  məsafələri  anlayışlarında 
mühüm dönüş yarandı və uzaq məsafələrə olan səyahətlərə,  qısa 
müddətli  gəzintilərə  və  kruiz  biznesinin  inkişafına  böyük  təsir 
göstərdi.  Bütün  dünya praktiki  olaraq  hər  bir turist üçün  əlçatan 
oldu.
Hava  nəqliyyatı  insanlara  daha  tez  zaman  çərçivəsində 
uzaq  məsafələrə  səyahət etməyə  imkan verir və turizmi  beynəl­
miləl,  demokratik və kütləvi edirdi. Həmin dövrdə kruiz sənayesi 
(bu gün on millionlarla turisti cəlb edən) formalaşmağa başladı.
XX  əsrin  50-ci  illərinin  əvvəllərindən  başlayaraq  turizm 
əlaqələri,  səyahətlər  və  mübadilələr  daha  da  möhkəmlənir  və 
genişlənirdi.  Qərbi  Avropa  ölkələri  arasında  bağlanmış  xüsusi 
müqavilələr  turizmin  inkişafına  yeni  təkan  vermişdi.  Bu  müqa­
vilələr  ölkələr  arasında  çoxsaylı  turist  qrupları mübadiləsini  nə­
zərdə tuturdu.
Əsasən  imkanlı,  zəngin  insanlara xidmət üzərində  qurulan 
turizmini,  əhalinin  orta təbəqələrini (qulluqçular, tələbə gənclər,
11

elmi-texniki  sahələrin  ziyalıları)  daha  çox  əhatə  edən  turizm 
əvəz etməyə başladı.
Turizm  biznesinin  iri  müəssisə  sahibləri,  daha  çox  gəlir 
götürmək məqsədilə,  turizmin daha kütləvi  formalarına üstünlük 
verirdilər.  Nəqliyyatda,  yerləşmə  vasitələrində,  qidalanmada  və 
xidmətin başqa növlərində texniki tərəqqinin inkişafı buna imkan 
verirdi.
Beynəlxalq  turizm  əlaqələrində  səyahətlərin  və  turist 
mübadiləsinin  hüquqi  bazasmm  formalaşmasının  böyük  əh ə­
miyyəti var idi. Ötən əsrin 50-ci illərində bu işə başlandı.
Hələ  1954-cü  ildə  «turist»  anlayışı  haqqında qaldırılmış  mə­
sələ  1963-cü ildə BMT-nin turizm və ekskursiyalar üzrə Roma kon­
fransında  müzakirəyə  çıxarılaraq,  qəbul  edilmiş  və  təsdiq  olun­
muşdur. Buna qədər ayrı-ayn ölkələrdə «turist» anlayışının müxtəlif 
formada izahı verilirdi.
Vahid  «turist»  anlayışı  -   beynəlxalq  statistik  uçotun  apa­
rılması,  turistlər  üçün  gömrük  qaydalarının,  müxtəlif nəqliyyat 
güzəştlərinin (endirimlərin) tətbiq olunmasmda əsas götürülür.
«Turist»  anlayışı  belə  səslənir:  Öz  daimi  yaşayış  yerindən 
kənarda  24  saatdan  az  olmamaq  şərtilə,  hər  hansı  bir məqsədlə 
(getdiyi yerdə ödəniş mənbəyi olan məşğuliyyəti olmadan) səya­
hət edən şəxs.
Bu anlayışa  əsasən,  istirahət,  məzuniyyət,  müalicə,  təhsil, 
din,  idman,  qohumlarla görüş,  konqres  və  simpoziumda  iştirak 
etmək, əyləncə məqsədləri ilə səyahət edənlər -  «turist» adlanır.
Hazırda ən böyük nüfuza malik olan qeyri-hökumət təşkila­
tı -  Rəsmi turizm təşkilatlarmm beynəlxalq ittifaqı (IUOTO) əsa- 
srnda  1975-ci  ildə  yaradılan  Ümumdünya  Turizm  Təşkilatıdır 
(ÜTT).  Bu  təşkilat BMT-nin  himayəsi  altmda  fəaliyyət  göstərir. 
Bu gün  141  ölkə (həmçinin Azerbaycan) və ərazi, öz milli turizm 
nazirlikləri,  dövlət və  şəxsi turizm strukturları ilə ÜTT-də təmsil 
olunur.  ÜTT-nin ən mühüm tədbirləri -  onun  iki ildən bir keçiri­
lən assambleyasıdır.
27  sentyabr  1975-ci  ildə  ÜTT-nin  nizamnaməsi  qəbul 
olunmuşdur.  1979-cu  ildə  İspaniyanın  Torremolinos  şəhərində 
keçirilən  ÜTT-nin  Baş  assambleyasının  III  sessiyasmda 
27 
sentyabrın  Ümumdünya  Turizm  Günü  kimi  təntənəli  surətdə 
qeyd  olunması  haqqında  qərar  qəbul  olundu.  İlk  dəfə 
Ümumdünya  turizm  günü  1980-ci  ildə  qeyd olundu.  1980-ci  ilin
12
10 oktyabr tarixində Filippinin paytaxtı Manila şəhərində  keçiri­
lən  turizm üzrə  Ümumdünya  konfransında  Manila  deklarasiyası*
 * 
qəbul  olundu.  Bu  deklarasiya,  turizmin  bir  fəaliyyət  növü  kimi 
millətlərin həyatmda  mühüm rolu  olan,  sosial,  mədəni,  ümum- 
təhsil və iqtisadi sahələrə, dövlətlərarası münasibətlərə öz təsiri­
ni göstərən sahə olduğunu bəyan etdi.
ÜTT-nin  17-26  sentyabr  1985-ci  il  tarixində  Bolqarıstanın 
paytaxtı  Sofiyada  keçirilən  Baş  assambleyasının  VI  sessiyası 
beynəlxalq turizmin hüquqi bazasmm təkmilləşmə  məsələlərinə 
həsr olunmuşdur. Bu sessiyada qəbul olunmuş Turizm Xartiyası 
və Turistin Kodeksində  beynəlxalq turizm  prinsipləri  təntənə 
ilə öz əksini tapdı.  ÜTT-nin ekspertləri  bu sənədləri hazırlayar­
kən,  BMT-nin Nizamnaməsinə (mad.  3, §  1),  1948-ci ildə BMT- 
nin  Baş  assambleyasında  qəbul  olunmuş  İnsan  hüquqlarının 
Ümumdünya  deklarasiyasına  (mad.  24)  və  1966-cı  ildə  BMT- 
nin Baş assambleyasında  qəbul olunmuş İqtisadi, sosial və  mə­
dəni hüquqlar haqqında Beynəlxalq pakta** əsaslanıblar.
Dünya  turizminin  inkişafmda  adı  çəkilən  bu  iki  sənədin 
mühüm  rolu  var.  Sənədlər hümanitar və proqressiv xarakter da­
şımaqla yanaşı,  eyni  zamanda turizm hərəkatının  bütün subyekt­
lərinin  turist  mübadiləsi  və  səyahətlərinin  təşkilində  normal 
münasibətlərin yaranmasına imkan yaradır, həmçinin xalqlar ara­
sında həmrəyliyi, bir-birinə hörmətlə yanaşmanı ön plana çəkir.
14 noyabr  1994-cü il tarixində Yaponiyada keçirilən turizm 
nazirlərinin  Ümumdünya  konfransında  turizm  sahəsi  üçün  çox 
önəmli olan və müasir dövrdə dövlətlərarası münasibətlərin inki­
şafı  üçün  turizmin  vacibliyini  bəyan  edən  daha  bir  sənəd  «Tu­
rizm deklarasiyası» qəbul olundu.
XX əsrin  70-ci illərində  turizmin ən yüksək inkişafı Avro­
pada  (turizm xidmətlərinin ürriumi  həcminin -  72,6%)  və  Şimali 
Amerikada  (18,3%)  qeydə  alınmışdı.  Dünyanın  digər  regionları­
nın payına isə turizm xidmətlərinin 9,1%-i düşürdü.
* Deklarasiya (latın mənşəli sözdür,  bəyanət, məlumat mənalarını daşıyır) 
-  dövlətin,  siyasi partiyanın, beynəlxalq və dövlətlərarası  təşkilatların  əsas 
prinsiplərinin rəsmi surətdə elan edilməsi.
* Pakt  - beynəlxalq müqavilə, əsasən böyük siyasi əhəmiyyətli; hər hansı
bir təşkilatlar arasındakı razılaşma.
13

Bu  tendensiya  80-ci  illərdə  də  saxlanılmışdır.  1985-ci  ildə 
səyahət edən xarici turistlərin 70,3%-i Avropa ölkələrinin payına 
düşürdü.  Onlara xidmətdən Avropa ölkələri 58,9 mlrd.  ABŞ  dol­
ları əldə etmişdilər.
90-cı illərdə Avropa turizminin inkişafı stabil qalmış, Asiya 
və Cənubi Amerika kontinentində, Avstraliya və Yaponiyada tu­
rizm fəal inkişaf etməyə başlamışdı.
90-cı illərdə  gəlmə  turizminin payı  bu cür bölünürdü:  Av­
ropa  -   58,7%,  Amerika  -   19,5%,  qalan  regionlar  -   21,8%  (o 
cümlədən Şərqi  Asiya -  Sakit Okean regionu -   15,2%,  Afrika  - 
3,3%, Yaxın şərq -  2,5% və Cənubi Asiya -  0,8%).
1999-cu  ildə  dünya  üzrə  turizmdən  əldə  olunan  gəlirlər 
455,0  mlrd.  ABŞ  dolları  təşkil  etmişdir,  o  cümlədən:  Avropa  -
231,2,  Amerika  -   125,3,  Şərqi  Asiya  -   Sakit  Okean  regionu  -
73,4,  Afrika -  9,8,  Yaxın şərq -   10,4,  Cənubi Asiya -  3,9  mlrd. 
ABŞ dolları.
Son  statistik  göstəricilər  dünya  turizm  hərəkatının  ardıcıl 
artımını göstərir. Xarici ölkələrdə  səyahət edənlərin sayı 2001-ci 
ildə 692,9 mln. nəfər, turizmdən əldə edilən gəlir 464 mlrd. ABŞ 
dolları təşkil etmişdir  (Şok.  1,  2).
1.2. 
T U R İ Z M   S A H Ə SİN Ə  T Ə S İR  E D Ə N  A M İL L Ə R
Dünyanın bir  çox  ölkələrində  milyonlarla  insanın  məşğul­
luğunu təmin edən və təsərrüfatın bütün sahələri ilə əlaqədə fəa­
liyyət  göstərən,  geniş  maddi  bazaya malik  olan,  formalaşmış  və 
sabit inkişaf edən turizm sənayesi mövcuddur. Bu gün dünya üzrə 
ümumdaxili  məhsulunun  4,4%-i  turizmin  payına  düşür.  Turizm 
sahəsində 200 mln.-a yaxm insan çalışır. Dünya ölkələrinin 80%- 
dən çoxunda turizm ixracatda aparıcı beşliyin maddələrinə daxil­
dir. Dünya ölkələrinin 40%-də turizm xarici valyutaların daxil ol­
duğu əsas mənbədir.
XX  əsrin  ikinci  yarısında  və  hazırda  turizmin  inkişafının 
əsas səbəbləri aşağıdakılardır:
Siyasi.  Planetimizin  əsas  hissəsində  dinc  münasibətlərin 
bərqərar olması.  Sülh -  turizmin inkişafı üçün mühüm şərtdir.
İqtisadi. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin 
gəlirlərinin  artımı  onlara  səyahət  üçün  imkan  yaradır.  Hazırda 
oxşar proseslər inkişaf edən ölkələrdə də baş verir.
14
Beynəlxalq turizmin 1995-2002-ci illər ərzində 
inkişafının yekun göstəriciləri
Beynəlxalq turist gəlişi
Şəkil 1
Beynəlxalq turizmdən daxilolmalar
Şəkil 2
15

Sosial.  Əmək proseslərinin  intensivləşməsi  nəticəsində  iş­
ləyən  əhalinin,  həmçinin  urbanizasiya*  və  texniki  tərəqqi  səbə­
bindən bütün insanların üzərinə düşən psixoloji təzyiq artır.  İnki­
şaf etmiş ölkələrdə orta məzuniyyət müddəti, tətil vaxtı və insan­
ların  orta  ömür  müddəti  il-ildən  artır.  Birlikdə  bunlar  istirahətə 
və səyahətlərə  artan tələbatm ödənilməsinə imkan yaradır.
M ədəniyyət  və  təhsilin  yayılması.  Mədəniyyət  səviyyə­
sinin  yüksəldilməsi,  həmişə  doğma diyarın və yurdun,  həmçinin 
başqa  xalqların  və  sivilizasiyaların  dərkedilməsinə  marağın  art­
masına gətirib çıxarır.
Nəqliyyatın  inkişafındakı  uğurlar  uzaq  məsafələrə  qısa 
müddətli  səfər  etmək  imkanlarını  artırır.  Nəqliyyatda  göstərilən 
xidmət  standartlarının  təkmilləşməsi  nəticəsində  turist  və  sərni­
şinlər üçün daha komfortlu, rahat şərait yaradılır.
İnformasiya  vasitələrinin  inkişafı.  Öz  xüsusiyyətlərinə 
görə turizmin inkişafı, istirahət yerləri və səyahətlər haqqında tu­
ristlərə  verilən informasiyanın imkanlarından çox asılıdır.  Kütlə­
vi  çap  informasiya  vasitələrinin,  radio,  televiziya,  kompüter  sis­
temlərinin inkişafı, turizmdə təklifin imkanlarını xeyli genişləndi­
rir  və  səyahətlərin  təşkili  ilə  bağlı  məsələlərin  operativ  həllinə 
imkan yaradır. Bundan əlavə marketinq əsasında təkmilləşən rek­
lam texnologiyaları da turizmin inkişafına müsbət təsir göstərir.
Hazırda mütəxəssislər turist tələbatının formalaşmasına, tu­
rizm mərkəzlərinin və turizmdə sahibkarlığın uğurlu fəaliyyətinə 
təsir göstərən amilləri beş qrupa ayırırlar:
1.  Təbiət amilləri. Turistlərə əlçatan olan təbii sərvətlərin 
olması  (istirahət  yerlərinin  coğrafi  vəziyyəti,  iqlim,  flora,  fauna, 
su  hövzəsinə  yaxınlıq,  komfortluluq  və  cəlbedici  gözəl  təbiət 
abidələri və s.).
2.  Sosial-iqtisadi  amillər.  İstirahət  yerlərinin  inkişaf  sə­
viyyəsi (dil, ölkənin iqtisadi və mədəni inkişafının səviyyəsi).
3.  Turizm  sənayesinin  maddi  bazası.  Estetik  qavrama və 
rahatlıq  baxımından  turistlərin  tələbatının  ödənilməsi  üçün  əsas 
yerüstü  tikililər  (mehmanxanalar,  qidalanma və  əyləncə müəssi­
sələri,  idman-kurort  qurğuları  və  s.).  Maddi  bazanın  komfortluq 
səviyyəsi,  maddi  baza  obyektlərinin  memarlıq  görünüşü,  onların
*  Urbanizasiya 
(la tın   m ə n ş ə li  sö z d ü r,  ş ə h ə r lə   b a ğ lılıq   m ə n a sın ı  bildirir)  -  
c ə m iy y ə tin  in k iş a fın d a  ş ə h ə r lə r in  ro lu n u n  a rtm asm ı g ö s tə rə n  tarixi proses.
16
milli  xüsusiyyətlərinə,  ətraf memarlıq  və  təbiət  mədəniyyətinə, 
həmçinin turizmin növlərinə (istirahət, idman, işgüzar səfərlər və 
s.) uyğun olması çox mühüm məsələlərdəndir.
4.  İstirahət  yerlərinin  infrastrukturu.  Turizm  sənayesi­
nin  tələbatının  ödənilməsi  üçün  vacib  olan  yerüstü  və  yeraltı 
qurğular  (kommunikasiyalar,  yollar,  işıqlandırma  sistemi,  çimər­
liklər, avtomobil dayanacaqları, bağ-park təsərrüfatı və s.).
5.  Turizm  təklifi  (qonaqpərvərlik  resursları)  -   turizm 
mərkəzinin  mədəni 
zənginliyi. 
Turizmdə 
qonaqpərvərlik 
məsələlərinə  çox  əhəmiyyət  verilir.  Turizm  mərkəzində  olan 
incəsənət,  ədəbiyyat,  müsiqi,  teatr,  turizmin  müvəfəqiyyətinə 
imkan  yaradır.  Turistləri  maraqlandıra  və  cəlb  edə  bilən  folklor 
bayramları,  milli  incəsənət  qalereyaları,  festivallar,  həmçinin 
ekskursiya,  dərketmə,  idman,  əyləncə,  kurort,  rekreasiya 
təkliflərindən qonaqpərvərlik resursları kimi istifadə oluna bilər.
Dünya turizmi  çox  intensiv inkişaf edir.  Ona görə də turiz­
mdə yüksək rəqabətin olması labüddür.
Sahibkarlığın  inkişafı  və  uğurları  da  bütün  turizm  müəssi­
sələrini  riqqətə  gətirir.  Mütəxəssislər turizm  xidmətinin  rəqabət 
davamlığına təsir göstərən yeddi amili qeyd edirlər:
^  
1.  Keyfiyyət;  2.  Etibarlılıq;  3.  Təhlükəsizlik;  4.  Qiymətin
^   inandırıcı olması;  5.  İstehlakçıların  senqmentləşməsi;  6.  Qiymət­
lərin  mövsümü  differensasiyası;  7.  Endirimlərin  differensasiya 
sistemi.
Keyfiyyət  -   turizm  xidmətində  əsas  amillərdən  biridir.  On­
suz tələb və müştəri yoxdur.  Keyfiyyət turizmdə kompleks xarak­
terli çox mürəkkəb kəmiyyətdir. Turizm məhsuluna (tura) aid olan 
keyfiyyət  anlayışına:  hər  bir  ayrıca  xidmətin  istehlak  keyfiyyəti, 
səyahətin tipinə  və növünə uyğun olan  xidmətlər toplusu,  xidmə­
tin  proqram  və  texnologiyasının  optimal  olması,  bütün  göstərilən 
xidmətlərin yüksək səviyyəyə uyğunluğu və s. daxil edilir.
Etibarlılıq.  Real  xidmətin  reklamlara  və  yayılan məlumat­
lara  uyğunluğu.  Müştəri  sifariş  etdiyi  və  pulunu  ödədiyi  xidməti 
mütləq  olacağına  əmin  olmalıdır.  Səyahət proqrammda müxtəlif 
səbəblərə  görə  dəyişikliklər  baş  verdiyi  halda  ona  uyğun  olan 
xidmət göstərilməli və ya kompensasiya* qaytarılmasına zəmanət
*  Kompensasiya 
m ü q a b il  tic a rə tin   m ü x tə lif  n ö v lə ri,  y ə n i  h ə r   h a n s ı  b ir 
alıcı tə r ə f in d ə n  ə l d ə   e d ilə n  m a lla rın  q is m ə n  p u l ilə   ö d ə n ilm ə si.
17

verilməlidir.
Təhlükəsizlik.  Səyahətin və ya istirahətin istiqamətinin se­
çiminə  böyük  təsir  göstərən  mühüm  faktordur.  Turizmdə  təhlü­
kəsizlik bir çox amillərdən asılıdır (siyasi vəziyyət, ətraf mühitin 
durumu  və  s.).  Turizm  səyahətini  planlaşdırarkən  turistin  təhlü­
kəsizliyi mütləq nəzərə alınmalıdır.
Turistlərin təhlükəsizliyinin  qorunması  üçün nəzərdə  tutu­
lan  tədbirlərə,  turizm  mərkəzlərində  baş  verə  biləcək  təbii  və 
texnogen  qəzalar  zamanı  turistlərin  təhlükəsizliyinin  təmin 
olunması,  epidemioloji,  bakterioloji  və  başqa  tibbi  təhlükələrin 
qarşısının alınması və müəyyən rəsmiyyətə riayət olunması; turi­
stlərin daşınması zamanı onlarm təhlükəsizliyinin təşkili; turistlə­
rin  səyahət  zamanı  sığortalanması,  həmçinin  turizm  təşkilatları­
nın məsuliyyətinin sığortalanması;  xüsusi  turizm polisi  və sekyu- 
riti* xidmətinin yaradılması daxildir.
Yarana biləcək təhlükələr,  onlarm qarşısının alınması qay­
daları, həmçinin turistlərin təhlükəsizliyinin zəmanəti barədə on­
larm tam məlumatlandırılması ikinci dərəcəli məsələ deyildir.
Qiymətin  inandırıcı  olması.  Qiymət xidmətə  və  onun sə­
viyyəsinə uyğun olmalıdır.  Qiymətin yaranması, müəssisənin ba­
zar siyasətinin ən mühüm tərkib hissəsidir.  Çünki turizmdə təklif 
olunan  məhsulun seçimi  əsasən  qiymətə  görə təyin olunur.  Qiy­
mətlərin  rəqabəti,  istehlakçıların  qiymət  məsələlərinə  olan  diq­
qətini artırır.
İstehlakçıların  seqmentləşməsi.  Turist  xidmətləri  müəy­
yən  məqsədli  turist  qruplarına  (gənclər,  ahıl  yaşlılar,  imkanlı  və 
məhdud imkanlı insanlar, uşaqlı valideynlər,  idmançılar və s.) is­
tiqamətlənməli  və  müəyyən  qrupların  tələbatmın  ödənilməsinə 
yönəlməlidir.
Ayrı-ayrı  qrupların  tələbatı  müxtəlif olduğu  üçün,  turizm 
məhsulu  da vahid  şəkilə  salınmış  ola bilməz.  Əksinə  o xidmətin 
tərkibinə  və  səviyyəsinə  görə  fərqli  və  müxtəlif olmalı  və  kon­
kret istehlakçı qrupuna ünvanlanmalıdır.
Qiymətlərin  mövsümü  differensasiyası  turizmdə  vacib 
məsələlərdəndir,  çünki  bu  fəaliyyət  sahəsi  üçün  tələbin 
mövsümü  artıb  enməsi  xarakterikdir.  Qeyri-mövsüm  vaxtı  isteh­
*  S e k y u r iti  x id m ə ti 
-   təhlükəsizlik  xidməti.  Otellərdə  qaydaların  və  təh­
lükəsizliyin keşiyində duran xidmət sahəsi.
18
lakçıları cəlb etmək məqsədilə və ilin müxtəlif dövrlərində turist 
axınının  sabitləşməsi  üçün  mövsümi  tələbata  görə  qiymətlərin 
differensasiyası  olmalıdır.  Yüksək  mövsümdə  qiymətlər  arta  bi­
lər,  qeyri-mövsümdə  isə  enə  bilər.  Bu  da  turistlər  üçün  əlavə 
cəlbedici amillərdən biridir.
Endirim  differensasiya  sistemi  turların  alınması  üçün  ol­
duqca cəlbedici  amildir.  Uşaqlarla  səyahət edən ailələr üçün nə­
zərdə tutulan endirimlər daha geniş yayılmışdır. Bundan əlavə tu­
rizmdə  bir  sıra  müxtəlif kombinə  edilmiş  və  ya  differensasiya- 
laşmış  şəkildə  tətbiq  olunan endirimlər:  qrup turları,  əvvəlcədən 
bronlaşdırma,  təkrar  müraciət,  həmçinin  daimi  müştərilər  üçün 
və s. mövcuddur.
Bu amillərin nəzərə  alınması,  turizm  müəssisəsinə  öz  fəa­
liyyətini  planlaşdırarkən,  onun  məhsuluna  turistlərin  marağının 
olmasına və  bu  məhsulun  rəqabətə  davamlı  olmasına  imkan  ya­
radır.
1 .3 .  R E C İO N L A R   ÜZRƏ BEYNƏLXALQ TU RİZM İN  
M Ü A SİR VƏZİYYƏTİ VƏ  İN K İŞA FI
Turizm  tarixində  ilk  dəfə  olaraq  beynəlxalq  turist  gəlişi 
2002-ci  ildə ən yüksək zirvəyə çataraq, 700 mln.  aşmışdır.  Bütün 
ümidsiz  gözləmələrə  və  böhran  haqqında  gəzən  söz-söhbətlərə 
baxmayaraq  2002-ci  ildə  artım  3,1%  olmuşdur.  Turizm  yenə  öz 
davamlılığını və ardıcıl inkişafda olduğunu sübut etdi.
ÜTT-nin məlumatlarına görə 2002-ci  ildə ümumi turist gə­
lişinin  miqdarı  715  mln.  nəfərə  yaxm  olmuşdur.  Bu  da,  2001-ci 
ilə  nisbətən  22  mln.  nəfər  çoxdur və  ya bir çox  mütəxəssislərin 
fikrincə  rekord  ili  sayılan  2000-ci  ilin -  «Minillik  İlinin»  göstə­
ricilərindən  19 mln. nəfər artıqdır.
Qeyd etmək lazımdır ki, beynəlxalq turizm gəlişi dünya tu­
rizminin  yalnız bir hissəsini  təşkil edir.  Bura daxili turizm bazarı 
(hətta  turizmin  ən  dərin  böhranı  zamanı  əlverişli  vəziyyətdə 
olan) daxil olunmur.
2002-ci  ilin ilkin nəticələri dünya turizm xəritəsində böyük 
dəyişikliklərin olduğunu göstərir (cədvəl  1).
Avropa  davamlı  olaraq  lider  mövqeyini  saxlayır.  Amma 
Asiya-Sakit  Okean  regionu  Amerika  regionunu  ikinci  yerdən  sı­
xışdırıb çıxarmağa nail olmuşdur.  Afrika və  Yaxm  Şərq ölkələri-
19

no  beynəlxalq  turist gəlişi  ümumdünya  tempini  az  olsa da üstə­
ləməsinə  baxmayaraq  qeyd  etmək  lazımdır  ki,  onların  baza  sə­
viyyəsi aşağı olaraq qalmaqda davam edir.
Avropanın  bütün  subregionları  2002-ci  ili  müsbət  nəticə­
lərlə  başa  vurmuşlar.  Avropanın  subregionları  arasmda İspaniya, 
İtaliya  və  Yunanıstanın daxil olduğu Cənubi Aralıq dənizi  subre- 
gionu liderdir.  Ümumdünya turizm bazarmm 20%-dən çoxu onun 
payına düşür.  Qərbi Avropa bu subregiondan  cəmi  0,5% geri  qa­
lır.  Almaniya  2001-ci  il  ilə  müqayisədə  öz  mövqeyini  qoruyub 
saxlaya bilmişdir. Benilüks dövlətləri və Avstriyada  azacıq artım 
qeydə  alınmış,  Böyük  Britaniyaya  gələn  turistlərin  həcmi  3%- 
dən çox artmışdır. Amma Qərbi Avropada artım surəti orta göstə­
ricilərdən aşağıdır.  Mərkəzi və Şərqi Avropada  beynəlxalq turist 
gəlişinin artımı Polşa və Çexiya Respublikası  istisna olmaqla, or­
ta hesabla 3,9% təşkil  edir.  Polşa və Çexiya respublikasında gəl­
mələrin sayı  5%-dən çox azalmışdır.
Asiya  -   Sakit  Okean  regionunda  130  mln.  nəfərdən  çox 
beynəlxalq turist gəlişi  qeydə alınmışdır.  Mütəxəssislər bu regi­
onu «gələcəyin turizm istiqaməti» adlandırırlar.  Subregionlar ara­
smda  Şimal-Şərqi Asiya xüsusilə seçilir.  Burada artım  12%-ə ya­
xın  olmuşdur.  Cənub-Şərqi  Asiya  (artım 4%-ə yaxm)  və  Cənubi 
Asiya  (artım  2%)  sonrakı  yerləri  tuturlar.  Bu  isə  o  deməkdir ki, 
ÜTT-nin bir neçə il bundan əvvəlki proqnozları gerçəkləşir (Çin, 
Honkonq və  Makaonun daha  əhəmiyyətli  turizm  dövləti  olacağı 
vurğulan ırdı).
İranda,  Maldiv  adalarında  və  Şri-Lankada artım  surəti  orta 
göstəricilərdən  yüksək  olduğu  halda,  Hindistanda  -   6,6%  enmə 
qeydə  alınmışdır.  Bu  da  yuxarıda  adı  çəkilən  ölkələrin  düzgün 
seçdiyi strategiyasının bəhrəsidir.
Amerika regionu yeganə regiondur ki,  ili mənfi nəticələrlə 
başa  vurmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  dramatik  2001-ci  illə 
müqayisədə,  enmə təxminən  1% təşkil etmişdir.  Şimali Amerika 
(ABŞ,  Kanada,  Meksika)  subregionu  öz  göstəricilərini  yaxşılaş­
dıra  bilmişdir.  Kanadada  artımın  2001-ci  illə  müqayisədə  0,4% 
yüksək olmuşdur.
Dünya  turizm  bazarının  12%-i  Şimali  Amerikanın  payına 
düşsə  də,  bu göstərici  1995-ci  ildəkinə nisbətən  (14,6%)  çox az­
dır.
Karib  adalarında  son  iki  ildə  enmə  müşahidə  olunmuş,
20
2002-ci  ildə enmə  3% təşkil  etmişdir.  Bu da 2001-ci  ildəki  1,9% 
enmədən  daha  təsirlidir.  Yəqin  ki,  ABŞ  aviaşirkətlərinin  üzləş­
diyi əlavə problemlərinin nəticəsinin təsiri də az olmamışdır.
Bu  ziyan,  Cənubi  Amerikaya  beynəlxalq  gəlişin  7%  azal­
ması  ilə  müqayisədə  o  qədər  də  böyük  deyil.  Mərkəzi  Amerika 
subregionu  yeganə  subregiondur  ki,  artım  10%  təşkil  etmişdir. 
Amma  onu  da  qeyd  etmək  lazımdır  ki,  başqa  subregionlarla 
müqayisədə bu subregionun turizm payı o qədər də böyük deyil.
Afrikada  mənzərə  tam başqadır.  Şimali Afrikada 4% enmə 
qeydə  alınmış,  tropik  Afrikada  isə  göstəricilər  orta  rəqəmləri 
üstələmişdir (artım 8,5%).
Yaxm  Şərq 2001-ci  ili  4% enmə  ilə  başa vursa da,  2002-ci 
ildə bu regionda yüksəliş nəzərə çarpmış və gözəl nəticələr əldə 
olunmuşdur (artım  11%).
Qeyd etməliyik ki, 2001-ci ilin  11  seyntyabr sindromu hələ 
də  hiss  olunmaqdadır.  Əgər  ABŞ-m  iqtisadiyyatı  da  yaxşı  fəa­
liyyət  göstərsəydi  və  bəzi  iri  aviaşirkətlər  və  turopcratorlar  eh­
tiyat  edərək  öz  istehsalat  həcmlərini  azaltmasaydı  ABŞ  turiz­
minin  mənzərəsi  daha pozitiv ola bilərdi.  2002-ci  ildə terror akt­
larının  turizmə  mənfi  təsiri  yerli  miqyasda  və  qısamüddətli 
müşahidə olunmuşdur.
Şimali  Afrikanın  Cərba  (Tunis)  adasındakı  Sinaqoqda  baş 
verən  terror  aktı  nəinki  Tunisin  bütün  turizm  sahəsinə,  hətta 
regionun  digər  ölkələrinə  də  öz  mənfi  təsirini  göstərmişdir.  Bu 
terror aktı yazda  olduğu üçün illik statistikaya və xüsusilə də yay 
mövsümünün statistikasına güclü təsir etməmişdir.
Mombasa  şəhərindəki  (Keniya)  partlayış  payızın  sonunda 
olduğundan, onun təsiri çox məhdud yerli xarakter daşımışdır.
Məlumatlara  görə  turoperatorlar  Keniya  ilə  və  ətraf sub- 
regionla əməkdaşlıqdan imtina etmişdir.
Bali  adasındakı  faciənin  İndoneziyanm  2002-ci  turizm  ili­
nin  yekun  göstəricilərinə  o  qədər də  mənfi  təsiri  olmasa  da,  öl­
kəyə beynəlxalq turist gəlişi 2,2% azalmışdır. Bali adası və bütün 
İndoneziya  dünyanın  şəfqətini  və  dəstəyini  hiss  etmiş,  İndone­
ziya  hökumətinin  təcili  və  peşəkarlıqla  bu  hadisəyə  reaksiya 
verməsi, vəziyyətin sabitləşməsinə səbəb olmuşdur.
Bu  faktlar  onu  göstərir  ki,  terrorizm  qorxusuna  nisbətən, 
dünyanın  iqtisadi  durumu  beynəlxalq  turizm  gəlişinə  daha  ciddi 
təhlükə yarada bilər.
21

C
ə
d
v
ə

1
cd
ex

s
я
*
75
e
>1
0)
J3
CD
b<
N
b
Я
a
о
’So
u
ja
s
СЛ
O
rt
a
 i
ll
ik
 
a
rt
ım
(%
)
1
9
9
0
/
2
0
0
0
’ЧГ
3
,6
со
^fr"
CN
r f
5,8
Tf"
A
rt
ım
 s
u

ti
 (
%
)
0
2
/0
1
r f
■"T
r f
m
r f
oo^
cn"
CN
r f

0
1
/0
0
-0
,5
-0
,3
ın
1
vo
t
—< 
1
ЧО
vo
6
6
/0
0
6
,8
5
,8 CN
4
,0
4
,1
10
,4
D
ü
n
y
a
 t
u
ri
z
m
 
b
a
z
a

n
d
a
 p
a
y
ı
(%
)
2
0
0
2
1
0
0
5
7
,5
5
,9
19,8
1
1
,3
2
0
,4
19
95
1
0
0
5
8
,8
6
,8
2
1
,2
1
2
,2
1
8
,6
B
e
y
n
ə
lx
a
lq
 t
u
ri
s

g
ə
li
ş

(m
il
li
o
n
 n
ə

r)
2
0
0
2
7
1
4
,6
4
1
1
,0
c f
1
4
1
,4
00
1
46
,1
2
0
0
1
6
9
2
,9
•4
O
4
1
,5
1
3
8
,9
oo"
r -
1
4
3
,0
2
0
0
0
6
9
6
,1
4
0
2
,8
4
4
,1
1
4
1
,2
7
6
,8
1
4
0
,7
19
95
5
5
1
,7
3
2
4
,2
3
7
,6
1
1
6
,7
r f
VO
1
0
2
,7
1
9
9
0
4
5
6
,8
2
8
2
,2
2
9
,1
11
3,8
4
3
,8
9
5
,5
D
ü
n
y
a
d
a
A
v
r
o
p
a
Ş
im
a
li
 A
v
ro
p
a
Q
ə
r
b

A
v
ro
p
a
M
ə
r
k
ə
z

v
ə
 Ş
ə
rq

A
v
ro
p
a
C
ə
n
u
b
 A
ra

q
 
d
ə
n
iz

A
v
ro
p
a
22

Ü
T
T
-n
in
 2003-cü 
ilin 
ya
nv
ar ay
ına 
olan 
məlumatları.
N
r f
Tf
00
5
,6
6
,5
6
,8
3
,3
2
,4
4
,2 ©^
of
©^
r f
fH
VO
00
1
  ■
<
©^
©"
y—i
r^
o\
o ı
rf
o \
r—
« o \
r f
T—
H
©^
rf
-0
,6
©"
-3
,0 r^
oC
©^
r f
r^
r f
©^
8,5 o '
5
,0
5
,0 C*N
oo*'
-2,1
«O
I
-6
,8
 
|
OV
1
1,6
-5,1
«Л
r f
ООл 

< «?
1
2
,3
1
3
,2
13,0
r
oo"
vrT
5
,0 o \

i
ON
oo" r f
CN
c*T
6,8
CN
г
 
I
13
,1
n
00
T*
ıo
,3
 
|
J
s
L
J
m

 
i
OO
©"
00

*■4
cn
rf
r^
©"
©^

 
*
2
,6 Tf
rf
1
5
,5
8
,0
 
1
5
,3 1Л
r—
<
00
©"
1
9
,7
İ
1
4
,6
 
1
rf ©" rf
3
,6 c^
2
,3
rf
1
3
0
,6
7
3
,4
4
1
,7
9
,6
5
,9
1
2
0
,2
8
5
,3
 
1
1
6
,4
00
1
3
,6
2
8
,7
»—<
©"
r-H
1
8
,6
2
4
,1
1
2
1
,0
6
5
,6
•-H
©
r f
ON
5
,8
1
2
1
,0
8
5
,0
1
6
,9
14
,7
2
7
,7
1
0
,6
17
,1
2
1
,8
1
1
5
,3
6
2
,5
O
'L
Z
9
’6
6
,1
1
2
8
,3

9
1
,2
1
7,
2
4
,3
15
,5
2
7
,0
o '
1
7
,0
2
2
,7
8
5
,6
4
4
,1
CN
ON
(N
oo'
4
,2
1
0
8
,9
8
0
,5
©^
n
*4
«—
H
vo
r f
11,8
2
0
,0
ro
r f
12
,7
1
3
,1
5
7
,7
©
OO
CN CN
CN (N
9
2
,9
 
1
r-r
-ef
г—
4
00
OV
r f
1
5
,0
8
,4
9
‘9
oT
A
s
iy
a
 v
ə
 S
a
k
it
 
O
k
e
a
n
 r
e
g
io
n
u

Yüklə 11,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin