Dərsin sualları: Fövqəladə Hallarda əhalinin mühafizəsinin əsas konsepsiyası



Yüklə 38,83 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü38,83 Kb.
#47245
növüDərs
1   2   3   4   5   6
Mövzu 1

I .Giriş hissə - 5 dəq.

Tələbələrin dərsə hazırlığını yoxlayıram.

Dərsin mövzusunu, məqsədini, sualları çatdırıram.

II. Əsas hissə - 70 dəq.

XXI ƏSRDƏ FÖVQƏLADƏ HALLARDA ƏHALİNİN, ƏRAZİNİN VƏ

İQTİSADİYYATIN MÜHAFİZƏSİNİN ƏSAS KONSEPSİYASI
Şəxsiyyət, cəmiyyət, dövlət və təbiət üçün daxildən və kənardan təhlükə potensialının mövcudluğu respublikada əhalisinin həyatının vә sağlamlığının, habelə ətraf mühitin mühafizəsi məqsədi ilə hər cür fövqaladə hadisələrin vaxtında proqnozlaşdırılmasının, eləcə də onların qarşısını almaq və nəticələrini operativ surətdə aradan qaldırmaqdan ötrü təsirli tədbirlər kompleksinin əvvəlcədən hazırlanıb həyata keçirilməsi üzrə bütün səylərin artırılmasını tələb edir.

Bu problemi yalnız texnogen qəzalar, təbii fəlakətlər və epidemiyalarla mübarizənin məqsədləri, xarakteri, prinsipləri və üsulları barədə, eləcə də eksterimal şəraitdə iqtisadiyyatın dayanıqlı fəaliyyətə əvvəlcədən hazırlanması uzrə elmi cəhətdən əsaslandınlmış və dövlət tərəfindən rəsmən qəbul edilmiş vahid baxışlar sisteminin işlənib hazırlanması və reallaşdırılması yolu ilə həll etmək mümkündür.

Digər sözlə, fövqaladə hallar şəraitində respublikada əhalinin, iqtisadiyyatın, təbii mühitin mühafızəsi sahəsində dövlətin siyasətinın və fəaliyyətinin nəzəri yə əməli əsaslarını təşkil edən, milli təhlükəsizlik doktirinasının ayrılmaz tərkib hissəsi olmaqla mülki mühafızə konsepsiyasının hazırlanması və qəbul edilməsinə ciddi ehtiyac vardır.

Mülki mühafizəyə əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində vahid dövlət siyasətini həyata kecirməklə nail olunur (bu məqsədlə: fövqaladə hadisələri vaxtında proqnozlaşdırmaq, aşkar etmək və qarşısını almaq, onların zədələyici, psixoloji təsirini neytrallaşdırmaq və zəiflətmək, iqtisadiyyat obyektlərinin sabit işləməsini təmin etmək, fəlakət rayonlarında xəsarət almış adamları təhlükəsiz yerlərə köçürmək və s. kimi tədbirlər görülür).

Mülki mühafızədə (MM) bütün hakimiyyət və idarəetmə orqanları, mülki müdafıənin ixtisaslı dəstələri, bütün əhali əməli olaraq, bütün nazirliklərin və sahələrin, sahə mənsubiyyətindən, mülkiyyət formasından asılı olmayaraq hər cür təşkilat və müəssisələrin qəza-xilasetmə qüvvələri, ictimai təşkilatlar iştirak etməlidirlər. Bu zaman əsas diqqət, hazırda olduğu kimi, ancaq hadisə nəticələrinin aradan qaldırılmasına deyil, həm də fövqəladə hal törədən səbəblərin aşkar edilməsinə və qarşısının alınmasına yönəldilməlidir, yəni hadisədən sonra fakt üzrə yox, ona yol verməmək məqsədilə ondan əvvəl fəaliyyət göstərməlidir.

Burada mülki mühafizə konsepsiyasma aid aşağıdakı problemləri bir qədər geniş şərh etmək məqsədəuyğımdur:




Yüklə 38,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə