Dərsin təşkilinin psixoloji əsasları baki 2021 p L a n: Dərs təlimin təşkilat forması kimi



Yüklə 93,05 Kb.
tarix29.12.2021
ölçüsü93,05 Kb.
#48426
növüDərs
FİDAN Dərsin təşkilinin psixoloji əsasları.
CfakepathT qdimat m�vzular , CfakepathT qdimat m�vzular

Sərbəst iş

Fakültə: Məktəbəqədər

İxtisas: Təhsildə sosial-psixoloji xidmət

Qrup: 2104B

Fənn: Pedaqoji psixologiya

Tələbə: Qurbanlı Fidan

Müəllim: Nuriyeva Sveta

Sərbəst işin adı: Dərsin təşkilinin psixoloji əsasları

BAKI 2021

P L A N:

1. Dərs təlimin təşkilat forması kimi

2. Dərsə verilən psixoloji tələblər

3. Dərsin funksiyaları

4. Dərsin xüsusiyyətləri

1. Təlim və tərbiyənin əsas təşkilat forması dərsdir. Dərs müəllimin bütün fikir və hisslərini əks etdirir. Dərs Pedaqoji prosesin həllediji hissəsidir. Dərs qarşılıqlı təsir prosesidir. Dərs təlim-tərbiyə prosesində müəllim və şagirdlərin qarşılıqlı təsiri ilə şərtlənən Pedaqoji hadisədir. Dərsə verilən təriflər çoxdur. Həmin təriflərdən belə nətijəyə gəlmək olur ki, hər jür məşğələyə dərs demək düzgün deyildir. Məşğələnin məhz dərs adlandırılması üçün onun aşağıdakı əlamətləri daşıması çox vacibdir: 1/ Dərs müəllimin rəhbərliyi altında keçirilir; 2/ sabit cədvəl üzrə təşkil edilir; 3/ bütün sinif şagirdlərinin iştirakı ilə keçirilən məcburi məşğələdir; 4/ dərs sinif şəraitində keçirilir. Təlim işində dərsin daha yaxşı səmərə verməsi, yəni şagirdlərin bilik, bacarıq və vərdişlərlə silahlandırılması, müstəqil işləmək bajarığına yiyələnməsi və tərbiyəvi imkanların həyata keçirilməsi üçün onun Pedaqoji tələblərə uyğun qurulması çox vacibdir. Bu tələblər iki qrupa ayrılır:

1/ ənənəvi tələblər;

2/ müasir tələblər. Dərsə verilən ənənəvi tələblər aşağıdakılardır:

1/ hər bir dərs məntiqi və psixoloji jəhətdən tam olmalıdır;

2/ dərsdə şagirdlərin fəallığı təmin olmalıdır;

3/ dərsdə müxtəlif üsul və vasitələrdən istifadə edilməlidir;

4/ dərsdə kollektiv iş fərdi işlə uzlaşdırılmalıdır;

5/ dərsdə vaxtdan səmərəli istifadə olunmalıdır.

Dərsə verilən müasir tələblər aşağıdakı kimi müəyyənləşdirilir:

1/ elmin ən yeni nailiyyətlərindən, qabaqjıl Pedaqoji praktikadan istifadə etməklə, dərsi təlim və təhsil tərbiyə prosesinin qanunauyğunluqları əsasında qurmaq;

2/ dərsdə bütün didaktik prinsip və qaydaları optimal nisbətdə həyata keçirmək;

3/ şagirdlərin maraq, meyl və tələbatlarını nəzərə almaqla onların produktiv (məhsuldar) idraki fəaliyyəti üçün lazımi şəraiti təmin etmək; 4/ fənlərarası əlaqəni təmin etmək;

5/ əvvəl öyrənilmiş bilik və bajarıqlarla əlaqə yaratmaq, şagirdlərin nail olduqları inkişaf səviyyəsinə istinad etmək;

6/ şəxsiyyətin bütün sferalarının inkişafını motivasiya və aktivizasiyalaşdırmaq;

7/ təlim-tərbiyə fəaliyyətinin bütün mərhələlərinin ardıjıllığını və emosionallığını təmin etmək;

8/ həyatla, istehsalat fəaliyyəti ilə, şagirdlərin şəxsi təjrübəsi ilə əlaqə yaratmaq;

9/ Pedaqoji vasitələrdən səmərəli istifadə etmək;

10/ praktik jəhətdən zəruri olan bilik, bajarıq, vərdiş, təfəkkür və fəaliyyətin priyomlarını formalaşdırmaq;

11/ hər bir dərsi diqqətlə diaqnozlaşdırmaq, proqnozlaşdırmaq, layihələşdirmək və planlaşdırmaq.

12/ dərsdə şagirdərin fəallığı təmin etmək;

13/ dərsdə problemli situasiya yaratmaq;

14/ mənimsəməyə təsir edən xariji amillərdən düzgün və səmərəli istifadə etmək;

15/ dərsdə müəllim-şagird əməkdaşlığına şərait yaratmaq və s.



Hər bir dərs üç məqsədə (funksiyaya): öyrətməyə, tərbiyə eiməyə və inkişaf etdirməyə xidmət edir.Bunu nəzərə alaraq dərsə təhsilveriji, tərbiyəediji və inkişafetdiriji tələblər verilir. Dərsə verilən təhsilveriji tələblərə aşağıdakılar aiddir: - hər bir dərsin təhsilveriji vəzifələrini dəqiq müəyyənləşdirmək; - dərsdə idrak fəaliyyətinin ən yeni texnologiyalarını tətbiq etmək; - təlimin müxtəlif növlərini, formalarını və metodlarını rasional əla- qələndirmək; - dərsin strukturunun formalaşmasına yaradıjı yanaşmaq;

- dərsdə şagirdlərin kollektiv fəaliyyətinin müxtəlif formalarını onlarını müstəqil fəaliyyəti ilə uyğunlaşdırmaq; - dərsdə operativ əks əlaqəni, nəzarəti və idarəni təmin etmək. Dərsə verilən tərbiyəediji tələblərə aşağıdakılar daxildir: - tədris materialının tərbiyəediji imkanlarını, nail olunajaq real tərbiyə məqsədlərini müəyyənləşdirmək; - tədris işinin məqsəd və məzmunundan üzvi surətdə irəli gələn tərbiyə vəzifələrini qoymaq; - şagirdləri ümumbəşəri dəyərlər əsasında tərbiyə etmək, onlarda səliqəlilik, məsuliyyətlilik, icraçılıq, müstəqillik, işgüzarlıq, diqqətlilik, doğruçuluq, kollektivçilik kimi həyati əhəmiyyəti olan keyfiyyətləri formalaşdırmaq; - şagirdlərə diqqət və qayğıkeş münasibət göstərmək, Pedaqoji taktın tələblərinə riayət etmək, şagirdlərlə əməkdaşlıq etmək, onların müvəffəqiyyət qazanmasında maraqlı olmaq. Bütün dərslərdə müntəzəm olaraq həyata keçirilən inkişafetdiriji tələblərə aşağıdakılar daxildir: - şagirdlərdə müsbət təlim-tərbiyə motivlərini, maraqlarını, yaradıjı təşəbbüskarlığı və fəallığı formalaşdırıb inkişaf etdirmək; - şagirdlərin inkişaf səviyyəsini və psixoloji xüsusiyyətlərini öyrənib nəzərə almaq, onların «yaxın inkişaf zonası»nı layihələşdirmək; - tədris məşğələlərini «qabaqlama» səviyyəsində keçmək, inkişafda yeni keyfiyyət dəyişikliklərinin başlanmasını stimullaşdıvrmaq; - şagirdlərin intellektual, emosional, eləjə də sosial inkişafında «sıçrayışları» proqnozlaşdırmaq və baş verəjək dəyişiklikləri nəzərə almaqla tədris məşğələlərini operativ surətdə yenidən qurmaq. Müəllimin və şagirdlərin arasındakı əlaqənin xarakteri dərsin keyfiyyətinə güclü təsir göstərir.Dərs zamanı müəllimin şagirdlərin qayğısına qalması, onlara güzəştə gedə bilməsi, onlarla birlikdə işləməsi uşaqlarda yüksək əhval-ruhiyyə əmələ gətirir, təlimə marağı, müəllimə münasibəti düzgün istiqamət alır. Dərsin nə demək olduğunu anlamaq üçün onun başlıja xüsusiyyətlərini bilmək vajibdir: Birinji xüsusiyyət. Dərs müəyyən siniflə əlaqədar təşkil edilir. Sinif deyəndə sinif otağı deyil, eyni yaşlı və sabit tərkibli şagirdlər qrupu nəzərdə tutulur. Dərs anlayışı sinif anlayışından ayrılmazdır. Odur ki, eyni yaşlı və tədris ili ərzində sabit tərkibli şagirdlər qrupuna sinif deyilir. Dərs bu cür başa düşülən sinifdə təşkil edilir. İkinci xüsusiyyət. Dərs tədris proqram ilə əlaqədar olur. Bu zaman tədris proqramının müəyyən mövzusu və ya mövzunun bir hissəsi dərsdə öyrədilir. Üçüncü xüsusiyyət. Dərs təsdiq olunmuş jədvəl üzrə təşkil edilir. Dərs cədvəli üzrə keçirilməyən məşğələ dərs hesab edilmir. Dördüncü xüsusiyyət. Dərsdə vaxta ciddi əməl edilir: zənglə başlayır və zənglə qurtarır: adətən 45 dəqiqə davam edir. Deməli, dərs- müvafiq sinifdə jədvəl üzrə müəyyən vaxt ərzində tədris proqramına uyğun təşkil edilən məşğələdir. Tərbiyə işinin təşkilinin əsas forması olan dərsin xüsusiyyətləri ilə dərindən tanış olmadan, müasir dərsə verilən tələbləri nəzərə almadan yaxşı müəllim olmaq, şagirdlərə bilik, bajarıq və vərdişlər aşılamaq, dərsdə onların şəxsiyyətinin formalaşmasına təkan vermək mümkün deyildir.

İstifadə olunmuş ədəbiyyat:

1. Əlizadə Ə.Ə., Əlizadə H.Ə. Əsrin meqameylləri: psixoPedaqoji prob- lemlər. 3 hissəli. III hissə.Bakı, 2008

2. Həmzəyev M. Ə. Pedaqoji psixologiya. Bakı,1991



3. Həmzəyev M.Ə. Yaş və Pedaqoji psixologiyanın əsasları.bakı, 2003

4. Məmmədov A. Təlimin psixoloji əsasları. Bakı, 1993
Yüklə 93,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə