Dərslik -1 hissə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 oktyabr 2006-cı il tarixli 727 saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 41,48 Kb.
tarix22.04.2017
ölçüsü41,48 Kb.
#15576
CABBAR ƏLƏKBƏROV

QURBAN ƏLİYEV


AVTOMOBİLLƏRİN

TEXNİKİ

İSTİSMARI
(dərslik -1 hissə)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 oktyabr 2006-cı il tarixli 727 saylı əmri ilə təsdiq edilmişdir



UniPrint

Bakı şəhəri



Elmi redaktoru: t.e.n. dos. F.Ə.Namazov
Rəy verənlər: B.M.Bağırov,

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Traktor, avtomobil ve yol hərəkətinin təşkili kafedrasının professor əvəzi, t.e.d.


Q.B.Məmmədov,

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatı maşınları, heyvandarlığın və suçıxarmanın mexanikləşdirilməsi kafedrasının professor əvəzi, t.e.d.



C.Ələkbərov, Q.Əliyev. Avtomobillərin texniki istismarı

(I hissə), dərslik, Bakı, 2006.



«Avtomobillərin texniki istismarı» dərsliyinin birinci hissəsində aşağıdakı məsələlər geniş formada verilmisdir: avtomobillərin etibarlılığı, uzımömürlülüyü, təmirə yararlılığı; avtomobillərin dayunmadan işləməsinin paylanma qamınları və texniki vəziyyətinin proqnoz edilməsinin əsasları; purametrlarin dəyismə prosesinə təsir edən amillər; düyünlərin və hissələrin qalıq resursunun təyin edilmesi; etibarlılığa və uzuniimürlülüyə təsir edən amillər; sürtünmə, yeyilmə və nasazlıqlar haqqında anlayış; avtomobiliərə texniki xidmət və təmirin planlaşdırılması; avtomobillərin lexniki diaqnostikası və müvafiq avudanlıqlar; avtomobıl nəqliyyat müəssisəsinin istehsalat bazasının gücünün təyin edilməsi va s. Avtomobillərin texniki istismarına aid olan qalan masələlər dərsliyin ikinci hissəsində verilmisdir.

Dərslikdən yol hərəkətinin təskili, avtomobil nəqliyyatının istismarı və s. uyğun ixtisaslarda oxuyan bütün tələbələr, aspirantlar, magistrlar və avtomobil nəqliyyatının istismarı sahəsində çalısan mühəndis - texniki isçilər istifadə edə bilər.
ISBN 978-9952-440-13-3

© Bakı, 2006.


G İ Rİ Ş
Dünyada xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada avtomobil nəqliyyatından istifadə edilməsin. Avtomobil nəqliyyatı ilə daşınan yüklərin və sərnişinlərin miqdarı başqa nəqliyyat növlərinə (dəmir yolu, hava, su və s.) nisbətən xeyli çoxdur. Odur ki, avtomobil nəqliyyatı başqa nəqliyyat növləri içərisində ən kütləvi nəqliyyat növüdür.

Azərbaycanda 2004-cü ildə daşınan 96,9 milyon ton yükün 25,05%-i dəmir yolu, 13,83%-i su və və 65,12%-i isə avtomobil nəqliyyatı ilə daşınımşdır. Deməli, avtomobil nəqliyyatı ilə daşınan yüklərin miqdarı nəqliyyat sistemindəki başqa nəqliyyat növləri ilə birlikdə daşınan yüklərin miqdarından təxminən 2 dəfə çox olmuşdur. Sərnişin daşınmasında da avtomobil nəqliyyatı üzrə göstəricilər, başqa nəqliyyat növlərinə nisbətən daha yüksək olmuşdur. Belə ki, 2000-ci ildə respublikamızda ümumi sərnişin daşımalarının 85,30%-i avtomobil nəqliyyatı ilə həyata keçirilmişdir.

Avtomobillərin texniki istismarı avtomobil nəqliyyatının əsas sistemlərindən biridir. Onun inkişafı və təkmilləşdirilməsi aşağıda göstərilən səbəblərə görə vacibdir: Respublikamızın nəqliyyat sistemində avtomobil nəqliyyatının və onun rolunun intensiv inkişafı, yük və sərnişin daşımalarında əmək, material, yanacaq və energetika resurslarına qənaət edilməsinin labüdlüyü; nəqliyyat sisteminin etibarlı işləyən, yüksək keyfiyyətli hərəkət tərkibi (bütün tip avtomobillər, qoşqular və yarımqoşqular) ilə təmin edilməsi.

A

3
vtomobil nəqliyyatının qarşısında duran ən mühüm problemlərdən biri avtomobillərin istismar etibarlılığının yüksədilməsi və onların saxlanmasına xərclərin azaldılmasından ibarətdir. Bu problemin həlli bir tərəfdən yüksək etibarlılığa malik avtomobillər istehsal edən avtomobil sənayesindən və digər tərəfdən-texniki istismarın metodlarının təkmilləşdirilməsindən, əmək məhsuldarlığının yüksədilməsindən, təmirlər arası yürüşləri artırmaqla avtomobillərin texniki xidmət (TX) və təmirinə əmək və istismar xərclərini azaltmaqdan ibarətdir.



Başqa nəqliyyat növlərindən avtomobil nəqliyyatının üstünlüyü aşağıdakılardır:

  1. Manevrlilik - tələb edilən halda nəqliyyatın bir yerə toplanma imkanı. Avtomobil hərəkət edə biləcəyi bütün məntəqələrdə yüklərin və sərnişinlərin birbaşa yığılması və daşınması. Başqa nəqliyyat növlərinə nisbəton daxili daşınmalarda bu xarakteristika daha yüksək səviyyədə avtomobil nəqliyyatının üstünlüyünü sübut edir.

  2. Daşımaların təcili olması və müntəzəmliyi. Daşımalar sutkanın istənilən vaxtında həyata keçirilə bilər. Bu, xüsusən yüklərin yüklənməsi və boşaldılması üçün işçi qüvvəsinin və yükləyici maşınların istənilən vaxt iş yerində olmasını təmin etməyə imkan verir. Eyni zamanda sərnişinlərin də nəzərdə tutulan vaxtda daşınmasının təşkili mümkün olur.

  3. Daşımaların etibarlı olması. Başqa nəqliyyat növləri ilə müqayisədə daşınan yüklərin itkisi(itməsi), çirklənməsi, xarab olması və s. xeyli az olur, çünki sürücü daşınan yüklərə cavabdehlik daşıyır. Sərnişinlərin daşınmasında da xeyli müsbət göstəricilər mövcuddur. Belə ki, başqa nəqliyyat növləri ilə müqayisədə başlanğıc xərclər az olur, sərbəst hərəkət edə bilir, ətraf mühitə tez uyğunlaşır, istənilən vaxtda və yerdə dayanaraq sərnişinlərin dincəlməsinə şərait yaranır və s.

Dünyada avtomobil nəqliyyatı çox böyük sürətlə artır. Artım dinamikası aşağıdakı kimidir: 1900-cü ildə - 11.000., .1914-cü ildə - 1.826.000., .1921-ci ildə 10.922000., .1940-cı ildə-46.057000., 1950-ci ildə - 70.388000., 1960-cı ildə -126.955000., 1965-ci ildə - 177.902000 odəd. 1968-cı ildə dünyada 18 milyon avtomobil istehsal edilmişdir. 1975 və 1985-ci ildə istehsal müvafiq olaraq 315.000000 və 496.000000 ədəd olmuşdur.

A

4



4
vtomobillərin belə sürətlə artması istismar zamanı onun texniki vəziyyətinin hom nəqliyyat işinin yerinə yetirilməsi və həm də ətraf mühitə mənfi təsiri (havanın zəhərlənməsi, yol nəqliyyat hadisələrinin baş verməsi və s.) nöqteyi nəzərindən saz olmasını tələb edir. Avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanma probleminin həllini "Avtomobillərin texniki istismarı" fənni öyrədir. Bu fənn keçən əsrin 50-ci illərində yaranmışdır. Fənnin yaranmasında və inkişafında rus alimlərindən V.V.Yefremovun, Q.V.Kramarenkonun, L.L.Afanasyevin, L.İ.Davidoviçin, E.S.Kuznetsovun və başqalarının xidmoti çox böyükdür. Azorbaycanda bu sahədə A.C.Canmirzəyev tərəfındən yazılan dərslik də təqdirə layiqdir.

"Avtomobillərin texniki istismarı" aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilir: istismar prosesində avtomobilin texniki vəziyyətinin saz saxlanması üçün texniki istismarın metodları təkmilləşdirilir; istehsalat mütərəqqi texnika və texnologiya əsasında qurulur, kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələri tətbiq edilir, avtomobilin TX və təmirinə əmək sərfinin və xərclərin aşağı salmması üçün mütərəqqi texnologiya tətbiq edilməklo texniki diaqnostika vasitələrindən istıfadə edilir, avtomobil nəqliyyatı müəssisələrinin (ANM) layihələndirilməsində qabaqcıl iş üsulları və müvafiq əməli tədbirlər həyata keçirilir. Odur ki, avtomobillərin texniki istismarı düzgün təşkil edilməlidir.

"Avtomobillərin texniki istismarı" fənni Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqrama uyğun olaraq yazılmışdır. Dərslik iki hissədən ibarətdir.

B

5


irinci hissədə aşağıdakı məsolələr verilmişdir: avtomobillərin elibarlılığı, uzunömürlülüyü, təmirəyararlılığı; dayanmadan işləməsinin paylanma qanunları, texniki vəziy-yətinin proqnoz edilməsinin əsasları, parametrlərin dəyişmə prosesinə təsir edən amillər, düyünlərin və hissələrin qalıq resursunun təyin edilməsi, etibarlılığa və uzunömürlülüyə təsir edən amillər, sürtünmə, yeyilmə və nasazlıqlar haqqında anlayış, avtomobillərə texniki xidmət və təmirin planlaşdırılması; avtomobillərin texniki diaqnostikası, diaqnostikanın məqsəd və vəzifələri; diaqnoz qoymanın effektivliyi, diaqnostika parametrləri, normativləri, testləri, avadanlıqları və metodları; TX sistemində diaqnostikanın yeri və rolu və avtomobil nəqliyyatı müəssisəsinin istehsalat bazasının gücünün təyin edilməsi və s.

Avtomobillərin texniki istismarına aid olan qalan məsələlər dərsliyin ikinci hissəsində (Əliyev Q.İ. Avtomobillərin texniki istismarı - dərslik, II hissə) verilmişdir.

Bu gün elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq avtomobil nəqliyyatının istismarı üzrə yüksək ixtisaslı mütüxəssislərin hazırlanmasında azərbaycan dilində yazılan bu dərsliyə böyük ehtiyac var.

Kitabın hazirlanmasında yaxından kömək edən t.e.n., dosent F.Ə.Namazova və N.K.İsmayılova dərin təşəkkürümüzü bildiririk.

Dərslik barədə irad və təkliflərini göndərən şəxslərə əvvəlcədən təşəkkürümüzü bildiririk. Ünvan: Gəncə şəhəri, Çaxırçılar küçəsi lOa.


6

MÜNDƏRİCAT

GİRİŞ..............................................................................3
FƏSİL 1. AVTOMOBİLLƏRİN ETİBARLILIĞI, UZUN ÖMÜRLÜLÜYÜ VƏ TEXNİKİ HAZIRLIĞI 7

1.1.Avtomobillərin etibarlılıq göstəriciləri 7



  1. Avtomobillərin etibarlılığının kəmiyyət göstəriciləri..................................................................11

  2. Təmirəyararlılıq göstəriciləri 25

  3. Avtomobillərin uzun ömürlülüyü 28

FƏSİL2. ETİBARLILIQ NƏZƏRİYYƏSİNİN RİYAZİ ƏSASLARI 32

  1. Avtomobillərin dayanmadan işləmək vaxtının paylanma qanunları 32

  2. Avtomobillərin texniki vəziyyətinin proqnoz edilməsinin əsasları 39

  3. Parametrin dəyişmə prosesinə təsir edən amillər..41

  4. Avtomobillərin və onların düyünlərinin və hissələrinin qalıq resursunun təyin edilməsi 45

  5. Avtomobillərin etibarlılığına və uzun ömürlü olmasına təsir edən amillər 51

  6. Sürtünmə, yeyılmə və nasazlıqlar haqqında

Anlayış........................................................................59

FƏSİL 3. AVTOMOBİLLƏRƏ TEXNİKİ XİDMƏTİN VƏ TƏMİRİN (T) PLANLAŞDIRILMASI 63

3.1 .Texniki xidmətin (TX) növləri və vaxtaşırılığı 63

3.2.Avtomobillərə TX-in aparılma metodları 68

3.3.Xidmətin seçilmə metodu 71

3.4.TX-in və istismar təmirinin planlaşdırılması və uçotu............................................................................73


  1. A

    145
    NM-nin istehsalat bazasının gücü və texniki xidmət sahəsinin işinin keyfiyyət göstəriciləri 75



  2. ANM-nin istehsalat bölmələrinin rejimi və sutkalıq iş qrafiki 82

  3. Hərəkət tərkibinə texniki xidmət və təmirin istehsalat proqramı 84

FƏSİL 4. AVTOMOBİLLƏRİN TEXNİKİ
DİAQNOSTİKASI 88


  1. Diaqnostika haqqında əsas anlayış 88

  2. Diaqnostikanın məqsəd və vəzifələri 90

  3. Diaqnoz qoymanın tətbiqinin effektivlik şərtləri 95

  4. Diaqnostika parametrləri 99

  5. Diaqnostika normativləri 104

  6. Diaqnostika testləri 105

  7. Diaqnozun qoyulması 112

  8. Avtomobillərin diaqnostikasının metodları,

vasitələri və prosesləri 115

4.9.Avtomobillərin TX və təmir sistemində


diaqnostikanın yeri və rolu 119

  1. Diaqnostika və avtomobillərin texniki vəziyyətinin idarə edilməsi 120

  2. Texniki diaqnostika avadanlıqları 123

FƏSİL 5. AVTOMOBİL NƏQLİYYAT MÜƏSSİSƏLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ 127

  1. İstehsalat proqramının hesabatı 127

  2. Xidmət zonasının layihələndirilməsi 134

  3. Xidmətin axın üsulu 135

  4. Təmir zonasının layihələndirilməsi 141

  5. İstehsalat işçilərinin sayının hesabatı 143

Ə
146
DƏBİYYAT 144


Professor ƏLƏKBƏROV CABBAR QAFAR oğlu

Professor ƏLİYEV QURBAN İSA oğlu



AVTOMOBİLLƏRİN TEXNİKİ İSTİSMARI

(I hissə)

Nəşriyyat redaktoru Bəxtiyar Əli

( 493-21-92, 050-313-37-21, azunico(a)vahoo.com )

Kompüter tərtibatı Anar Babayev

Formatı 60x84 1/16. Tirajı 300.

Qiyməti müqavilə ilə


Kitab "Uniprint" nəşriyyat-poliqrafıya müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur.
Yüklə 41,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin