Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq

Suda-quruda  yaşayanların  əhəmiy-

Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix04.05.2017
ölçüsü2,02 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23

Suda-quruda  yaşayanların  əhəmiy-
yəti  və  qorunması.  Yetkin  suda-quruda 
yaşayanlar  həşəratlar  və  ya  onların  sür-
fələri,  müxtəlif  ilbizlərlə  qidalanmaqla 
kənd  təsərrüfatı  zərərvericilərini  məhv 
edir. Onların özləri də digər heyvanların 
qidasını  təşkil  edir.  Quru  və  ya    su  mü-
hitinin çirklənməsi ilk növbədə bu mühit-
lərin sakini olan suda-quruda yaşayanla-
ra təsir edir.  
Həlqəvi ayaqsız
Ekoloji  vəziyyətin  getdikcə  pisləşməsi  onların  növ  saylarının 
azalmasına səbəb olur.  
Azərbaycanın  “Qırmızı  kitab”ına  quru  qurbağası,  sarımsaqiyli  qur-
bağa, Qafqaz xaçlıcası, adi və Karelin tritonları və s. növlər düşmüşdür.
46. 
Sürünənlər sinfi
Əsrlər boyu ilanlar barədə olan əfsanələrdə onlar  xeyir və şər, həyat və 
ölüm, yaranma və məhvolma rəmzi kimi təsvir olunurdu.  
·Hansı xüsusiyyətlərinə görə ilanları bu cür rəmzi mənada təsəvvür
edirlər?
Suda-quruda yaşayanlara 
aid əlamətləri seçin. Digər 
əlamətlər sürünənlər 
sinfinin nümayəndələrinə 
aiddir. 
Nəticəni müzakirə edin: 
Hansı əlamətləri  bu 
siyahıya əlavə edə 
bilərsiniz?
Fäaliyyät
Fäaliyyät
1. Dəri nəm və çılpaqdır. 
2. Dəri qurudur və buynuz maddədəndir. 
3. Tənəffüs yalnız ağciyərlərlədir.  
4. Quruda dəri və ağciyərlərlə, suda isə yalnız 
dəri vasitəsilə tənəffüs. 
5. Üçkameralı ürək. 
6. Üçkameralı ürəyin mədəciyində tam 
olmayan arakəsmə var. 
7. Xarici mayalanma. 
8. Daxili mayalanma. 
9. Düzünə inkişaf. 
10. Dolayı inkişaf. 
Sürünənlərin hazırkı dövrdə 9400 növü məlumdur. Onların əksəriy-
yəti  quruda  yaşayır.  Çoxalmaları  su  mühitindən  asılı  olmur.  Sürü-
nənlərin hamısı atmosfer havası ilə tənəffüs edir. Əksəriyyətinin dəriləri 
quru və vəzisiz olur, üzəri buynuz mənşəli pulcuqlarla örtülür. Quruda 
çoxalmaları  ilə  əlaqədar  sarılıqla  zəngin  və  qalın  qabıqla  örtülmüş 
yumurta  qoyur.  Sürünənlər  sinfinin  nümayəndələrindən  biri  zolaqlı 
kərtənkələdir.
Zolaqlı kərtənkələnin quruluşu
Bədəni baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir. Boyun hissəsi suda-
quruda  yaşayanlarla  müqayisədə  daha  yaxşı  inkişaf  etmişdir  və  çox  hərə-
kətlidir.  Kərtənkələnin  ətrafları  beşbarmaqlıdır.  Barmaqlar  arasında  üzmə 
pərdəsi yoxdur. Onların ucunda caynaqlar yerləşir.
Hərəkəti.  Ətraflar  bədənin  yanlarına  birləşir.  Hərəkət  zamanı  kərtənkələnin 
təkcə ətrafları deyil, gövdənin qarın və quyruq hissələri də yerə toxunur. 
Dəri örtüyü. Pulcuqlu quru dərisi bədəni artıq su buxarlandırmaqdan qoruyur.  
Kərtənkələ böyüdükcə köhnə dərisi vaxtaşırı dəyişir və yenisi ilə əvəz olunur. 
Kərtənkələnin xarici quruluşu
Arxa ətraflar
Quyruq
Gövdə
Baş
Boyun
Ön ətraflar

3
3
115
114
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Əzələsi.  Sürünənlərdə  döş  qəfəsinin  yaranması  ilə  əlaqədar  qabırğaarası 
əzələlər inkişaf etmişdir.
Həzm  sistemi.  Ağızda  eyniölçülü  dişlər  və  ucu  haçalanmış  əzələli  dili  olur. 
Həzm sistemi qurbağada olduğu kimidir.
Tənəffüs  sistemi. Ağciyərlərlə  tənəffüs  edir.  Qurbağalarla  müqayisədə  ağci-
yərlər daha çoxbüküşlüdür.
Qan damar sistemi. Kərtənkələnin ürəyi üçkameralı olub, bir mədəcik və iki 
qulaqcıqdan  ibarətdir.  Qulaqcıqlar  tam  arakəsmə  ilə  bir-birindən  ayrılsa  da, 
mədəcikdə belə arakəsmə tam deyil. Bu səbəbdən arterial və venoz qan mədə-
cikdə qarışır. Böyük və kiçik qan dövranı var. 
İfrazat  sistemi.  Sürünənlərdə  onurğanın  hər  iki  tərəfində  yerləşən  bir  cüt 
böyrək olur. Qurbağada olduğu kimi, sidik axarları kloakaya açılır.
Sinir  sistemi.  Ön  beyin  və  beyincik  suda-quruda  yaşayanlara  nisbətən  yaxşı 
inkişaf etmişdir. Beyində ilk dəfə  beyin qabığı rüşeym halında əmələ gəlmişdir.
 
Hiss orqanları. Görmə, eşitmə, qoxubilmə və dadbilmə orqanlarından ibarətdir. 
Gözdə üst və alt göz qapaqlarından başqa üçüncü göz qapağı – qırpma pərdəsi 
yaxşı inkişaf etmişdir. 
Həzm, ifrazat, cinsiyyət və tənəffüs sistemləri
Baş beyin
Sinirlər
Onurğa beyin
Ön beyin 
Aralıq 
beyin
Orta beyin
Uzunsov 
beyin
Beyincik
Sinir sistemi 
Qan-damar sistemi 
Sol qulaqcıq
Sağ qulaqcıq
Mədəcik
Tam olmayan 
arakəsmə
Kiçik 
qan dövranı
Böyük 
qan dövranı
Skeleti. Sürünənlər və suda-quruda yaşayanların skeletləri arasında bəzi ox-
şarlıqlar vardır. Lakin sürünənlərdə qabırğalardan, döş sümüyündən və fəqərə-
lərdən ibarət döş qəfəsi yaranmışdır. Onurğa boyun, döş, bel, oma, quyruq şöbə-
lərinə bölünmüşdür.  
Ön 
pəncə
Said 
sümükləri
Baldır 
sümükləri
Arxa 
pəncə
Bud
Bazu
Onurğa 
Arxa ətraf 
qurşağı
Ön ətraf 
qurşağı
Kəllə
Kərtənkələnin skeleti
Çoxalması və inkişafı. Ayrıcinslidir. Mayalanması daxilidir. Yumurta hücey-
rənin mayalanması dişinin yumurta borusunda gedir. Qabıqla örtülü sarılıqla 
zəngin  yumurtaları  quruya  qoyur.  Rüşeymin  inkişafı  yumurta  sarısının 
hesabına gedir. Yumurtadan yetkin fərdə oxşar kiçik kərtənkələ çıxır. 
Regenerasiya.  Kərtənkələlərin  düşməni  çoxdur.  Əgər  onlar  kərtənkələni 
tutarkən  onun  quyruğundan  yapışsalar,  bu  zaman  quyruğun  həmin  hissəsi 
qırılır və kərtənkələ düşməndən qaça bilir. Sonralar regenerasiya hesabına bu 
hissədən yeni quyruq əmələ gəlir. 
1) dəri buynuz pulcuqlarla örtülmüşdür  
2) tənəffüs yalnız ağciyərlər vasitəsilə gedir  
3) dərisi çılpaqdır 
4) ağciyərlər və dəri tənəffüsü var  
5) inkişafı quru mühitdə gedir 
6) ətraflar beşbarmaqlıdır 
7) yumurtaları qalın qabıqla örtülmüşdür 
8) bədən temperaturu ətraf mühitdən asılıdır  
9) inkişaf tam çevrilmə ilə gedir 
10) iki qan dövranı var 
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Suda-quruda yaşayanlar 
və sürünənlər üçün səciyyəvi 
və ümumi əlamətləri seçin: 

47. 
Sürünənlərin müxtəlifliyi və əhəmiyyəti
Uzun  illər  ərzində  sürünənlərin  bəzi  nümayəndələrini  qiymətli  dərisinə  görə 
kütləvi ovlayırdılar. Bu dəridən müxtəlif məmulatlar hazırlanırdı. 
· Sürünənlərin kütləvi məhv edilməsi təbiətdə hansı nəticələrə gətirib çıxara bilər? 
Şəkillərə əsasən kərtənkələ, ilan, timsah 
və tısbağanı müqayisə edin. Onların hər 
birinə xas olan xüsusiyyətləri sadalayın. 
 
Fäaliyyät
Fäaliyyät
Nəticəni müzakirə edin: Onların hansı 
ümumi xüsusiyyətləri var? 
Sürünənlərin müxtəlifliyi. Sürünənlərə pulcuqlular, tısbağa-
lar, timsahlar və dimdikbaşlılar dəstələri aiddir. 
Pulcuqluların nümayəndələri kərtənkələlər, ilanlar və buqələ-
munlardır. Kərtənkələlərin bəzilərində, məsələn, koramalda ət-
raflar olmur.  Ətraflar ilanlarda da yoxdur. Onların göz qapaqları 
qovuşmuş və şəffaflaşmışdır. İlanlarda döş qəfəsi olmur. Çənələri 
elastik  bağlara  malik  olduğundan  geniş  açılır  və  ovunu  bütöv 
uda bilir. Bəzi ilanlar zəhərli olur. Onlara kobra, gürzə, qalxan-
sifət aiddir. Zəhərli ilanların tüpürcək vəziləri şəklini dəyişərək 
zəhər vəzilərinə çevrilmişdir. Zəhər vəzilərinin axarları zəhər 
dişlərinin içərisinə açılır. 
Zəhərsiz  ilanlar  da  vardır.  Onların  bəziləri  ovlarını  boğub 
3
3
117
116
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Alliqator
Dəniz 
iquanası
Qulaqlı
girdəbaş
kərtənkələ
Hatteriya
Dəniz tısbağası
Buqələmun
Orta Asiya 
kobrası
Zəhər 
dişi
Dil
Zəhər vəzisi
Gürzə
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Düzgün cavabı seçin: 
1. Sürünənlərdə yumurta qabığı rüşeymi qurumaqdan qoruyur. 
2. Kərtənkələnin ağciyərlərinin səthi qurbağanın ağciyərlərindəkindən 
çoxdur. 
3. Bütün sürünənlərin dördkameralı ürəyi var. 
4. Bütün sürünənlər quruda yumurta qoyur. 
5. Sürünənlərin dərisi quru və vəzisiz olur. 
6. Sürünənlərdə xarici mayalanma olur.
2. Şəkildə rəqəmlərlə hansı hissələr qeyd olunub? 
1
2
3
4
5
6
7
8

10
öldürməklə  bütöv  udur.  Zəhərsiz 
ilanlara  yatağanlar,  təlxələr,  suilan-
ları, kələz ilanlar aiddir. Buqələmun-
lar ağaclarda yaşayır və mühitdən ası-
lı olaraq rəngini dəyişə bilir.
Tısbağalar dəstəsinin nümayəndə-
lərində çanaq olur. Çənələrində dişlər 
olmur. Suda və ya quruda yaşayan nü-
mayəndələri var. Quru tısbağalarının 
çanaqları hündür, suda yaşayanlarda 
isə  yastı  olur.  Bəzi  dəniz  tısbağala-
rında ətraflar pərlərə çevrilmişdir. 
Timsahlar  yırtıcıdır,  həyatlarının 
çox hissəsini suda keçirir. Barmaqları 
arasında  üzmə  pərdəsi  olur.  Üzmədə 
həm də quyruq iştirak edir. Digər sü-
rünənlərdən fərqli olaraq, timsahlar-
da ürək dördkameralıdır. Lakin ürək-
dən  çıxan  zaman  arterial  qan  venoz 
qanla qismən qarışır. 
Sürünənlərin  qədim  nümayəndə-
lərindən biri dimdikbaşlılar dəstəsinə 
aid olan hatteriyadır. Görünüşcə kər-
tənkələyə  oxşar  olan  bu  canlıya Yeni 
Zelandiyada rast gəlinir. 
 Qədim sürünənlər. Bunlara dino-
zavrlar, ixtiozavrlar, pterozavrlar və 
teriodontlar aiddir. Dinozavrlar (mə-
nası: dəhşətli kələz) nəhəng sürünən-
lər olmuşlar. Bu heyvanlar kiçik başa, 

119
118
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
uzun, yoğun 
, iri quyruğa malik idi. Yırtıcı və otyeyən formaları 
mövcud idi. 
Sürünənlərin ixtiozavr adlanan suda yaşayan, balığabənzər və ptero-
zavr kimi uçan formaları   ağciyərlərlə tənəffüs etmiş və diri bala doğ-
muşdur. Uçan kələzlərin ön ətraflarının uzanmış barmaqları və bədənləri 
arasında dəri pərdələri olmuşdur. Qədim sürünənlərin teriodontlar adla-
nan qrupunda dişlər ilk dəfə kəsici, köpək və azı dişlərinə bölünmüş və 
sürünənlərdən fərqli olaraq, ayaqları gövdənin alt tərəfində yerləşmiş-
dir.
Sürünənlərin qədim nümayəndələri hazırda məhv olmuşdur. Onların 
məhv olmasının əsas səbəbi kimi yeni meydana gələn quru onurğalıları ilə 
rəqabətə davam gətirməmələri ehtimal olunur.
boyuna
1. Göz qapaqları qovuşmuş və şəffaflaşmışdır. 
2. Çənədə dişlər olmur.
3. Ürək dördkameralıdır.
4. Döş qəfəsi olmur.
5. Ətrafları yoxdur.
6. Barmaqlar arasında üzmə pərdəsi olur.
7. Çanağı olur.
Uyğunluğu müəyyən edin:
A. İlanlar
B. Tısbağalar
C. Timsahlar
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
1. Sırada göstərilənlərdən hansı “artıqdır”? Cavabınızı əsaslandırın.
А)  Gürzə, timsah, kobra, eskulap ilanı 
B)  Kərtənkələ, timsah, triton, hatteriya 
C)  Qızılı mabuya, koramal, zolaqlı kərtənkələ, qalxansifət 
D)  Təlxə, kələz, suilanı, gürzə  
 
a) Tısbağaların bədəni möhkəm çanaqla mühafizə olunur. Onlar çanaqdan 
müvəqqəti azad ola bilirlərmi? 
b) Nə üçün dinozavrları dəhşətli kələzlər adlandırırlar? 
c) Qədim sürünənlər digər mühit şəraitində yaşamaq üçün hansı uyğun-
laşmalar qazanmışdı?
2. Suala cavab verin:
 
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Sürünənlərin  əhəmiyyəti  və  qorunması.  Yırtıcı  sürünənlər  digər 
heyvanlarla qidalanaraq onların sayının sürətlə artmasına imkan vermir. 
Kərtənkələlər  həşəratlarla,  ilanlar  gəmiricilərlə  qidalanmaqla  zərərve-
ricilərin və xəstəliklərin qarşısını alır. İlan zəhərindən təbabətdə istifadə 
edilir. 
İnsanın fəaliyyəti nəticəsində mühit şəraitinin dəyişməsi sürünənlərə 
də  öz  təsirini  göstərmişdir.  Belə  ki,  kərtənkələlərdən  –  qızılı  mabuya, 
ilanlardan – Kiçik Asiya gürzəsi, eskulap ilanı, tısbağalardan – Aralıq də-
nizi  tısbağası  və  s.  növlərin  adı Azərbaycanın  “Qırmızı  kitab”ına  düş-
müşdür.
ÜMUMÌLÄÅDÌRÌCÌ TAPÅIRIQLAR
1. 
1. Neştərçənin ürəyi ikikameralıdır; 2. Xor-
dalıların  bədəni  ikitərəfli  simmetriyaya  malikdir; 
4.  Xordalıların  sinir  sistemi  xor-
danın  altında  yerləşir;  5. Bütün  xordalıların  nümayəndələrində  xorda 
bütün ömrü boyu saxlanılır; 
2. 
a)  Xorda  sinir/dayaq  sisteminə 
aiddir; b) Neştərçə qəlsəmələrlə/ağciyərlərlə tənəffüs edir; c) Balıqların 
əksəriyyəti  sümüklü/qığırdaqlı  balıqlar  sinfinə  aiddir;  d)  Balıqların 
ürəyi  iki/üçkameralıdır;  e)  Balıqların  ifrazat  orqanı  malpigi  boru-
larıdır/böyrəklərdir.
3.  Suda-quruda  yaşayanların  səciyyəvi  xüsusiyyətlərini  dəftərinizdə 
qeyd edin: 1. Mədəciyində arakəsməsi olmayan üçkameralı ürək; 2. Mə-
dəciyində arakəsməsi olan üçkameralı ürək; 3. İki qan dövranı; 4. Qa-
palı qan-damar sistemi; 5. Çılpaq və nəm dəri; 6. Buynuz pulcuqlarla ör-
tülmüş quru dəri; 7. Xarici mayalanma; 8. Daxili mayalanma; 9. Tə-
nəffüs orqanı ağciyərlərdir; 10. Tənəffüs orqanı ağciyərlər və dəridir; 
11. Kürü tökür; 12. Yumurta qoyur; 13. Döş fəqərələrinə yaxşı inkişaf 
etmiş  qabırğalar  birləşir;  14.  Göz  qapaqları  var;  15.  Düzünə  inkişaf;                         
16. Dolayı inkişaf.
4. Suallara cavab verin:
a) Qurbağalar sudan çıxmadan həm atmosfer havası ilə tənəffüs edir 
və  ətraf  mühitdə  səmtlərini  müəyyənləşdirə    bilirlər.  Onların 
hansı quruluş xüsusiyyətləri buna imkan verir? 
b) Kərtənkələlər isti günlərdə çox hərəkətli və fəal, soyuq havada isə 
əksinə, azhərəkətli olur. Bunun səbəbi nədir?
Düzgün ifadələri seçin: 
Düzgün  cavab  variantını  seçin: 
3.  Neştərçənin  hə-
rəkəti  əzələlərin  hesabına  baş  verir; 
6. Neştərçənin qan-damar sistemi qapalıdır. 
 İxtiozavr
Pterozavr
(uçan kələz)
Tiranozavr
Teriodont
 Qədim sürünənlər

3
3
119
118
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
uzun, yoğun 
, iri quyruğa malik idi. Yırtıcı və otyeyən formaları 
mövcud idi. 
Sürünənlərin ixtiozavr adlanan suda yaşayan, balığabənzər və ptero-
zavr kimi uçan formaları   ağciyərlərlə tənəffüs etmiş və diri bala doğ-
muşdur. Uçan kələzlərin ön ətraflarının uzanmış barmaqları və bədənləri 
arasında dəri pərdələri olmuşdur. Qədim sürünənlərin teriodontlar adla-
nan qrupunda dişlər ilk dəfə kəsici, köpək və azı dişlərinə bölünmüş və 
sürünənlərdən fərqli olaraq, ayaqları gövdənin alt tərəfində yerləşmiş-
dir.
Sürünənlərin qədim nümayəndələri hazırda məhv olmuşdur. Onların 
məhv olmasının əsas səbəbi kimi yeni meydana gələn quru onurğalıları ilə 
rəqabətə davam gətirməmələri ehtimal olunur.
boyuna
1. Göz qapaqları qovuşmuş və şəffaflaşmışdır. 
2. Çənədə dişlər olmur.
3. Ürək dördkameralıdır.
4. Döş qəfəsi olmur.
5. Ətrafları yoxdur.
6. Barmaqlar arasında üzmə pərdəsi olur.
7. Çanağı olur.
Uyğunluğu müəyyən edin:
A. İlanlar
B. Tısbağalar
C. Timsahlar
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
1. Sırada göstərilənlərdən hansı “artıqdır”? Cavabınızı əsaslandırın.
А)  Gürzə, timsah, kobra, eskulap ilanı 
B)  Kərtənkələ, timsah, triton, hatteriya 
C)  Qızılı mabuya, koramal, zolaqlı kərtənkələ, qalxansifət 
D)  Təlxə, kələz, suilanı, gürzə  
 
a) Tısbağaların bədəni möhkəm çanaqla mühafizə olunur. Onlar çanaqdan 
müvəqqəti azad ola bilirlərmi? 
b) Nə üçün dinozavrları dəhşətli kələzlər adlandırırlar? 
c) Qədim sürünənlər digər mühit şəraitində yaşamaq üçün hansı uyğun-
laşmalar qazanmışdı?
2. Suala cavab verin:
 
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın

Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə