DƏrslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix26.05.2017
ölçüsü3,91 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   28

Kitab ENPİ/FLEG - “Avropa İttifaqının Qonşuluq Siyasəti Şərq Ölkələri və Rusiyanın 
Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi” proqramı 
çərçivəsində dərc olunub.
 
AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEŞƏLƏRİNİN 
DAVAMLI İDARƏ EDİLMƏSİNİN 
ƏSASLARI
BİOEKOLOJİ TƏLƏBLƏR
DƏRSLIK
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
1078 №li 12.06.2012-ci il tarixli əmri ilə
təsdiq edilmişdir.
BAKI - 2012

This book was published in the framework of the ENPI/FLEG “Improving Law Enforcement 
and Forest Governance in the European Neighborhood East Countries and Russia”
MINISTRY OF ECOLOGY AND NATURAL RESOURCES OF AZERBAIJAN REPUBLIC 
MINISTRY OF EDUCATION OF AZERBAIJAN REPUBLIC
BASES OF SUSTAINABLE
MANAGEMENT OF AZERBAIJAN 
FORESTS
BIO ECOLOGICAL REQUIREMENTS
MANUAL
Was approved by Ministry of Education
of Azerbaijan Republic under
order of № 1078 on 12.06.2012
BAKU - 2012

Müəlliflər: 
Allahverdi Dolxanov,  kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
 
Lalə Dadaşova, 
biologiya üzrə fəlsəfə doktoru
 
Azər Qarayev, 
ENPİ-FLEG  proqramının  ölkə  əlaqə-
ləndiricisi
Elmi redaktor: 
Nərminə Sadıqova, 
Bakı  Dövlət  Universitetinin  Bio eko-
logiya  kafedrasının  müdiri,  professor, 
biologiya elmləri doktoru 
Rəyçilər: 
Telman Xəlilov
BDU-nun Coğrafi ekologiya kafedrası-
nın professoru, coğrafiya elmləri dok-
toru 
 
Vaqif Rəhimov, 
Gəncə  Dövlət  Universitetinin  Eko-
logiya və təbiəti mühafizə kafedrasının 
müdiri,  kənd  təsərrüfatı  üzrə  fəlsəfə 
doktoru
 
Hüseyn Bədəlov, 
ETNS  Elmi-Tədqiqat  Meşəçilik  İnsti-
tu tu nun direktor əvəzi, kənd təsərrüfatı 
üzrə fəlsəfə doktoru
 
Vaqif Məmmədov, 
AMEA  Elmi-Tədqiqat  Eroziya  və 
Suvarma  İnstitutunun  baş  elmi  işçisi, 
kənd təssərüfatı üzrə fəlsəfə doktoru 
 
Tariyel Pənahov, 
AR  KTN  Elmi-Tədqiqat  Üzümçülük 
və  Şərabçılıq  İnstitutunun  direktoru, 
kənd  təsrrüfatı  üzrə  fəlsəfə  doktoru, 
Beynəlxalq  Üzümçülük  və  Şərabçılıq 
Akademiyasının akademiki
Korrektor: 
Fəxriyyə Musayeva
Kompyuter tərtibatı:  Rüstəm Zamanov, Sevda İskəndərova
Tərcümə: 
Fidan Hüseynli
Dərslik  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 
İxtisasartırma və İxtisaslaşdırma İnstitutunun dinləyiciləri və ali məktəb tələbələri 
üçün nəzərdə tutulmuşdur. Dərslikdən ekologiya və ətraf mühif üzrə mütəxəssislər, 
geniş oxucular da yararlana bilərlər.

Autors: 
Allahverdi Dolkhanov,  PhD in Agriculture
 
Lala Dadashova, 
PhD in Biology
 
Azer Garayev, 
ENPI FLEG Country Program Coordi-
nator for Azerbaijan
Scientific editor: 
Narmina Sadigova, 
head of the Bio ecology department of 
the  Baku  State  University,  professor, 
Doctor in Biology
Scientific editor: 
Telman Khalilov, 
professor of Geographical ecology de-
partment of  the Baku State University, 
Doctor in Geography
 
Vagif Ragimov, 
head of Ecology and Nature Protection 
department of Ganja State University, 
PhD in Agriculture
 
Huseyn Badalov, 
deputy director of the Foresrty Scientif-
ic-research Institute under the MENR, 
PhD in Biology
 
Vagif Mammadov, 
senior  scholar  at  Errosion  and  Irriga-
tion Scientific-Research Institute, PhD 
in Agriculture
 
Tariel Panahov, 
director  of  Viticulture  and  Winemak-
ing  Scientific-Research  Institute,  PhD 
in  Agriculture,  academician  of  Inter-
national  Viticulture  and  Winemaking 
Academy
Corrector: 
Fakhriyya Musayeva
Computer design:  Rustam Zamanov, Sevda Iskandarova
Translation: 
Fidan Huseynli
The manual is intended for the audience of Improving of Qualifications and 
Specialization Institute under the Ministry of Environment and Natural Resources 
and for the students of the higher education institutions.

ÖN SÖZ
M
üasir  dövrdə  meşələrin  isti-
fa də sinə qarşı insanların get-
dikcə artmaqda olan iq tisadi 
və  sosial  tələbatı  bitki  örtüyünün  davamlı 
inkişafını pozaraq “yaşıl” sər vətin gələcəyini 
təhlükə  altına  alır.  Cəmiyyətdə  hər  bir 
vətəndaşın  sağlam  ətraf  mühitdə  yaşaması 
hüququnun təmin edilməsi ilk növbədə Yer 
üzərin də  həyatın  mənbəyi  hesab  olunan 
meşə lərin qorunub saxlanmasından ası lı dır. 
Meşə sərvətlərindən səmərəli isti fadə etmək 
üçün ixtisasından asılı olma ya raq hər kəsin 
meşənin  təbii  in kişaf  qanu nauyğunluqları 
barədə  bilik lərə  yiyələnməsi  önəmlidir. 
Meşə  eko logiya sı  -  meşəçilik  fəaliyyətinin 
əsasını  təş kil  edir.  Meşənin  quruluşunu  və 
inkişaf dinamikasını dərindən öyrənmədən, 
təbii  ehtiyatların  ekoloji  cəhətdən  qeyri-
səmərəli  istifadəsi  meşə  ekosisteminin  tə-
nəz zülünə  və  bioloji  müxtəlifliyin  itiril-
mə sinə  səbəb  olur.  Meşəçilik  ix tisası  üzrə 
təhsil  alan  gənclər  və  bu  sahədə  çalışan 
mütəxəssislər xüsu si təlimatları və qaydaları 
bilməklə  yanaşı,  meşənin  həyatına  və  in-
kişafı na  insan  fəaliiyyətinin  təsiri  barə də 
mükəmməl  ekoloji  biliklərə  yiyə lən məli-
dirlər.  Bu  biliklər  ekoloji  dünya görüşünün 
və  təfəkkürün,  yaradıcı  yanaş ma ların,  mə-
suliy yətli  münasibətin  forma laş dı rıl masın-
da,  o  cümlədən  müasir  elmi  və  praktik 
nailiyyətlərin  tətbiqi  nöq teyi  -  nəzərindən 
gələcəkdə  bir  çox  arzuolunmaz  nəticələrin 
qarşısının alınmasında yardımçı оla bilər.
Avropa  Komissiyasının  təşəbbüsü  ilə 
2005-ci  ildə  Sankt-Peterburq  şə hərin də 
dünyanın 44 ölkəsinin ətraf mühit nazirlərinin 
iştirakı ilə keçi rilən beynəlxalq konfransda 
“Avropa  İttifaqının  qonşuluq  siyasəti  şərq 
ölkə lərinin  və  Rusiyanın  meşə  sek torunda 
hüquq  tətbiqi  və  idarəetmə  sisteminin  tək-
milləşdirilməsi”  (ENPI  FLEG:  European 
FOREWORD
N
owadays  people’s  growing 
economic  and  social  demand 
in forest use destroys sustain-
able development of the forestland and pos-
es a threat to the “green” wealth. Ensuring 
a right of any citizen of the society to live 
in a healthy environment depends primarily 
on preservation of source of the life – the 
forests. In order to ensure sustainable use 
of  forest  resources  it  is  important  for  ev-
eryone regardless specialization to get the 
knowledge  on  legal  compliance  of  nature 
development.  Forest  ecology  constitutes 
the basis of forestry activity. Ecologically 
unsustainable use of the forest biodiversity 
without in-depth knowledge of forest struc-
ture  and  its  development  dynamics  leads 
to decline and deprivation of biodiversity. 
Students  studying  forestry  and  specialists 
working in this area alongside with special 
instructions and rules have to get complete 
ecological knowledge on human impact on 
life  and  development  of  the  forests.  This 
knowledge  will  help  to  form  ecological 
outlook and thinking, artistic approach, and 
responsible  attitude  as  well  as  to  support 
in prevention of undesirable results while 
applying  scientific  and  practical  achieve-
ments. 
In  2005  ministers  of  ecology  and  en-
vironment  of  44  countries  gathered  in 
Sankt-Petersburg  to  participate  at  the  in-
ternational  conference  devoted  to  modern 
ecological  problems.  With  the  active  par-
ticipation  of  the  European  Commission  a 
new  Program  “Improving  Forest  Law  En-
forcement and Governance in the European 
Neighborhood  Policy  East  Countries  and 
Russia”  was  unanimously  adopted  during 
the  conference.  In  the  framework  of  im-
plementation  of  the  ENPI/FLEG  Program 

Neighbourhood and Partnership Instrument- 
Forest  Law  Enforcement  and  Governance 
Program) proqramı qəbul edilmişdir. Meşə 
sektorunun müasir ekoloji prob lem lərini əks 
etdirən  bu  proqramda  meşə lərin  qanunsuz 
qırılmasının qarşı sı nın alınması və davamlı 
idarə olun ması kimi mürəkkəb məsələlərin 
həlli nəzərdə tutulmuşdur. Azərbaycan Res-
publikasının  da  iştirak  etdiyi  bu  proq rama 
meşə təhsili komponenti əsas tərkib hissəsi 
olaraq daxil edilmişdir.
Təqdim  olunan  dərslik  meşələrin  da-
vam lı  idarə  edilməsinin  əsaslarına  həsr 
olu nur.  “Meşələrin  davamlı  idarə  edil-
məsi”  anlayışının  bir  çox  onilliklər  ər-
zində  məlum  olmasına  baxmayaraq,  son 
dövrdə  antropogen  fəaiyyətin  təsiri  altında 
planetin  yaşıl  örtüyünün  sürətlə  tükənməsi 
səbəbindən  yeni  məzmun  və  əhəmiyyət 
kəsb  edir.  Bu  anlayış  meşəçilik  sahəsində 
nəzəri  və  praktik  fəaliyyətin  əsasını  təşkil 
edən yeni yanaşmalar konsepsiyasıdır. 
Dərslikdə meşələrin davamlı idarə edil-
məsi əsas üç istiqamətdə: eko loji, iqtisadi və 
sosial aspektdə nəzər dən keçirilir. Meşələrin 
bioekoloji inkişaf xüsusiyyətlərinə, iqtisadi 
sə mə rəli liyinə,  sosial  münasibətlərə  dair 
mü kəm məl  biliyə  malik,  xüsusi  səriştəli 
mütəxəssislərin  hazırlanması  meşə  sektoru 
üzrə  ekoloji  təhsilin  əsas  vəzifələrindən 
biridir.  Davamlı  idarəetmə  həm  iqtisadi, 
həm də sosial və ekoloji cəhətdən davamlılıq 
meyarlarına cavab verməlidir.
Giriş hissəsində meşələrin davamlı idarə 
edilməsi  prosesinin  yaranma  səbəb ləri, 
Azərbaycanda  və  xarici  ölkə lərdə  meşə-
çiliyin inkişaf tarixi əks etdirilir.
Birinci  fəsildə  meşələrin  da vam lı  idarə 
edilməsinin  ekoloji  əsas ları  təs vir  edilir. 
Son dövrdə ölkə miz də meşə ekologiyasına 
həsr  olun muş  müx təlif  dərsliklər  və  dərs 
vəsait lərinin nəşr olunmasını nəzərə almaq-
la  yanaşı,  davam lı lıq  nöqteyi-nəzərin dən 
bu  bölmənin  kitaba  daxil  edil məsi  məq-
in Azerbaijan activities with regard to pre-
vention of illegal logging and promotion of 
sustainable  forest  practices  will  be  carried 
out. As  a  participating  country Azerbaijan 
has included the educational component as 
a main component to its working plan. 
This  manual  is  dedicated  to  basics  of 
sustainable forest management. Despite ex-
istence  of  “sustainable  forest  governance” 
concept  during  the  many  decades  this  no-
tion got  new  content and value  due  to the 
depletion of forestland caused by increased 
anthropogenic activity. This notion is a con-
ception of new approaches comprising ba-
sics of supervision and practical activity in 
the forestry area. 
In  this  manual  sustainable  forest  man-
agement  is  reviewed  through  three  main 
directions: ecological, economic and social. 
Each of these aspects meets various require-
ments. Preparation of competent specialists 
possessing complete knowledge on particu-
larities of forest bio ecological development, 
economic effectiveness and social relations 
are main objectives of ecological education 
in the forest sector. Sustainable management 
has to meet economic, social and ecological 
development criteria. 
Introductory  part  includes  origins  of 
sustainable forest management and forestry 
history of Azerbaijan and foreign countries. 
First chapter describes ecological basics 
of sustainable forest management. Consid-
ering  various  manuals  on  ecology  of  the 
forests published during the last years from 
the  sustainability  standpoint  inclusion  of 
this part to the book is advisable. Ecological 
aspect has a special importance in preserva-
tion of forest’s ecosystem, biodiversity and 
globally valued functions in sustainable for-
est management. Here, alongside theoretical 
provisions, also practical recommendations 
implemented during the routine activity are 
described. 

Second  chapter  of  the  manual  is  ded-
icated  to  economic  basics  of  sustainable 
forest  management.  The  chapter  reflects 
main particularities of forest resources and 
forestry  necessary  for  proper  organization 
of sustainable management from economic 
standpoint. The chapter reviews sustainable 
use of forest plantations, green forest areas 
of settlements and fire-related needs of the 
forests.  Economically  sustainable  forest 
management assessed as a possibility to en-
sure profitability of the forestry which will 
be organized on such a level to provide re-
habilitation and to protect its needs.
Socially sustainable forest management 
and legal bases of forest use are widely re-
flected in the third and fourth chapters of the 
manual.  Alongside  enforcement  of  entire 
legislative  system  development  of  careful 
attitude  of  population  towards  the  forests 
from social standpoint was indicated as main 
principle of sustainability. In atmosphere of 
continuous  and  effective  use  of  the  forest 
resources creating opportunities for the fu-
ture generations to use from various forest 
resources  is  indicated  as  a  main  objective 
of sustainable management. The manual in-
vestigates possibilities of preservation of the 
forests in the long run in an atmosphere of 
compete ensuring of interests and rights of 
the  population.  Participation  of  population 
in sustainable management, preservation of 
national  values,  sustainable  use  of  forests’ 
non-fire and recreational possibilities, pop-
ulations’ “forest rights” and other issues are 
also analyzed in the manual. Special focus 
in the manual is paid to legislation-related 
organizational and normative ensuring and 
monitoring system of prevention of illegal 
logging and illegal supply of firewood; role 
of ecological awareness in sustainable forest 
management and to the issues of ecological 
education  and  training  of  younger  genera-
tion in the forestry realm. 
sədə uyğundur. Davamlı idarəetmədə meşə 
eko sisteminin  bioloji  müxtəlifliyinin  və 
qlobal  əhəmiyyətli  funksiyalarının  qoru-
nub saxlanmasında ekoloji aspektin xüsusi 
əhəmiyyəti  var dır.  Burada  nəzəri  müddə-
alarla  yanaşı  gündəlik  fəaliyyət  zamanı 
tətbiq olun ması məsləhət görülən əməli töv-
siyə lər də təsvir edilir.
Dərsliyin  ikinci  fəsli  meşələrin  davam-
lı idarə edilməsinin iqtisadi əsas larına həsr 
ounur.  Burada  iqtisadi  cəhət dən  davamlı 
idarəetməni düzgün təşkil etmək üçün meşə 
resurslarının və meşə təsərrüfatlarının diqqət 
mərkəzində  olan  əsas  xüsusiyyətlərindən 
bəhs edilir. Bu fəsildə meşə plantasiyalarının, 
yaşayış  məntəqələrinin  yaşıl  meşə  sahə-
lərinin,  meşənin  oduncaq  ehtiyatlarının 
davamlı istifadəsi nəzərdən keçirilir. İqtisadi 
cəhət dən meşələrin davamlı idarə edilməsi 
meşə təsərrüfatçılığının həm gəlirli, həm də 
ehtiyatların qorunmasını və bərpasını təmin 
edə biləcək səviyyədə təşkili kimi qiymət-
ləndirilir. 
Meşələrin  istifadəsinin  hüquqi  əsas ları 
və  sosial  cəhətdən  davamlı  idarə  edilməsi 
dərsliyin  üçüncü  və  dör dün cü  fəsillərində 
geniş şərh olunur. Mükəmməl qanunvericilik 
sisteminin tətbiq ounması ilə yanaşı, əhalidə 
meşəyə  qayğıkeş  münasibətin  yaradılması 
sosial  cəhətdən  davamlılığın  əsas  prinsipi 
kimi  göstərilir.  Meşə  ehtiyatlarının  fasilə-
siz  və  səmərəli  istifadəsi  şəraitində  müx-
təlif meşə resurslarından gələcək nəsil lərin 
istifadə  edə  bilməsinə  imkan  yaradılması 
davamlı  idarəetmənin  əsas  məqsədi  kimi 
qeyd  olunur.  Dərslikdə  əhalinin  maraq  və 
hüquqlarının tam təmin olunması şəraitində 
meşələrin uzunmüddətli persrektivdə qoru-
nub saxlanması imkanları təhlil edilir. İcti -
maiyyətin  meşələrin  davamlı  idarə  edil-
məsində  iştirakı,  milli-mənəvi  dəyər lərin 
qorunması, meşənin qeyri-odun caq ehtiyat-
larından  və  rekreasiya  imkan larından  da-
vamlı istifadə, əhalinin “meşə hüquqları” və 
s. məsələlər təsvir edilir.

Meşələrin  qanunsuz  qırılmasının  və 
qeyri-leqal odun caq tədarükünün qarşı sının 
alınmasının  qanun verici lik  üzrə,  normativ 
və təşkilati təminatı, nəzarət sistemi, əhali-
nin ekoloji maarifl əndirilməsinin meşələrin 
davam lı  idarə  edilməsində  əhəmiyyəti, 
meşə çilik  sahə sində  gənc  nəs lin  ekoloji 
təhs ili  və  tərbiyəsi  məsələlərinə  dərs likdə 
xüsusi  diqqət  yetirilir.  Meşələrin  davamlı 
idarə  edil məsinə  aid  beynəlxalq  sazişlər, 
əsas  kriteriyalar  və  milli  proqramlar,  bu 
sahədə  müasir  beynəlxalq  təcrübə,  əsas 
prin sip və qaydalar genış şərh olunur. 
Təqdim olunan dərslik meşəçilik üzrə ali 
təhsil və orta ixtisas təhsili müəssisələrinin 
tələbələri,  meşə  sektoru  mütəxəssislərinin 
ixtisaslaşdırma  və  ix tisas artırma  kursları 
üçün nəzərdə tutulur. Bununla yanaşı kitaba 
daxil  olan  bölmələr  digər  ixtisaslar  üzrə 
təhsil alan gənclərin meşələrin davamlı idarə 
edilməsi  sahəsində  biliklərinin  artırılması 
məqsədilə  istifadə  oluna  bilər.  Meşələrin 
davamlı  idarə  edilməsi  konsepsiyası  yeni 
bir  sahə  olduğuna  görə  dərsliyin  ayrı-ayrı 
mövzularının  müxtəlif  fənlərlə  inteqrativ 
olaraq  tədris  edilməsi  mümkündür.  Mü-
təxəssislərin  dərslik  barədə  bütün  rəy  və 
təklifləri xü susi əhəmiyyətə malik olduğuna 
görə  müəlliflər  tərəfindən  dərin  minnət-
darlıqla qəbul ediləcəkdir.
AMEA Coğrafiya İnstitutunun 
direktoru,
əməkdar elm xadimi,
akademik B.Ə.Budaqov
International treaties related to the sus-
tainable  forest  management,  basic  criteria 
and  national  programs,  respective  interna-
tional  practices,  main  principles  and  regu-
lations are being widely reviewed and com-
mented in the manual.
The  manual  is  envisaged  for  the  stu-
dents  of  high  and  mid-specialized  institu-
tions and for courses on specialization and 
professional improving for the forest sector 
specialists. In addition, for increasing of stu-
dents’ knowledge in the area of sustainable 
forest management some of book’s chapters 
can be used by students specialized in other 
disciplines.  Due  to  the  novelty  of  sustain-
able forest management concept it is possi-
ble to teach different topics of the manual 
integrative  within  the  various  disciplines. 
Authors  do  highly  appreciate  all  remarks 
and proposals put forward by experts.
Director of Geography Institute of 
Azerbaijan National Academy of 
Sciences, 
academician B.A.Budagov

9
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
Meşələrİn davaMlı İdarə edİlMəsİnİn 
İnkİşaf tarİxİ
Meşə - bərpa olunan təbii sərvətdir. Meşənin bərpaolunma xüsusiyyəti bəzən belə təsəv-
vür yaradır ki, Yer üzərində meşələrin sahəsi genişdir və istənilən qədər istifadə edilə bilər. 
Lakin əsrlər boyu bəşəriyyətin inkişaf tarixi göstərir ki, əkinçilik və maldarlığın meydana 
çıx dığı dövrdən başlayaraq, kənd təsərrüfatı sahələrinin genişlənməsi nəticəsində meşələrin 
kütləvi qırılmasına səbəb olmuşdur. Planetin yaşıl örtüyünün ümumi sahəsi xeyli azalmış, 
iqlim  dəyişmələri,  torpaqların  eroziyası,  səhralaşma  və  digər  ekoloji  problemlər  yaran-
mışdır. Bir çox regionların meşə ehtiyatları, bioloji müxtəlifliyi tükənmiş, meşələrin bioloji 
funksiyaları və qoruyucu rolu zəifləmişdir. Bütün bu poblemlər göstərir ki, dünya ölkələri-
nin əhalisi, o cümlədən, ilk növbədə meşəçilik üzrə mütəxəssislər mümkün qədər bu pros-
eslərin qarşısını almaq üçün meşənin ümumi vəziyyətinə dəyən zərəri azaltmaq məqsədilə 
təbii ehtiyatların davamlı istifadəsini və bərpa olunmasını təmin etməlidir.
Sənaye  təyinatlı  meşələrə  malik  olan  bəzi  ölkələrdə  belə  güman  edilir  ki,  meşələrin 
ekoloji - sosial cəhətdən davamlı istifadəsi məsələlərini həll etmək üçün meşə təsərrüfat-
larının gəlirini və iqtisadi səmərəliliyini artır maq lazımdır. Dünya təcrübəsi göstərir ki, belə 
yanaşma qısamüddətli iqtisadi səmərə versə də, son nəticədə eko loji və sosial tarazlığı bər-
pa etmək üçün külli miqdarda vəsait tələb edir. Meşəçilik üzrə mütəxəsislərin bu məsələləri 
dərindən bilməsi vacibdir. Müasir dövrdə ətraf mühitin, biomüxtəlifliyin qorunması, so-
sial  tələbatın  təmin  olunması  məsələlərini  ikinci  dərəcəli  hesab  et məklə,  gələcəkdə  itir-
ilmiş tarazlığın bərpasına daha çox insan, zaman və maliyyə resurslarının sərf edilməsi ilə 
qarşılaşmaq ehtimalı labüddür. Eyni zamanda nəzərə almalıyıq ki, bütün bu problemlərin 
həlli gələcək nəsillərin öhdəsinə düşə bilər. “Meşələrin davamlı idarə edilməsi” anlayışı çox 
vaxt  “davamlı  meşə  təsərrüfatı” 
anlayışı  ilə  əvəz  edilir.  Lakin 
“davamlı  meşə  təsərrüfatı”-nis-
bətən  məhdud  çərçivəlıi  anlayış 
olub,  meşə  təsərrüfatının  təşkili 
təcrübəsinə  (meşə  quruluşunun 
təşkili,  meşə  qırmaları,  meşənin 
bərpası,  mühafizəsi,  biomüx-
təlifliyin  qorunması,  monitorinq 
və  s.)  aid  edilir.  Meşələrin  da-
vamlı  idarə  edilməsinə  isə  yux-
arıda göstərilənlərdən əlavə meşə 
siyasəti,  qanunvericilik,  serti-
fikatlaşdırma  və  digər  məsələlər 
daxildir.

10

Каталог: 110
110 -> Ə. Q. Abbasov
110 -> Masarykova univerzita Filozofická fakulta Historický ústav Sionistické spolky v Brně Bakalářská diplomová práce Vedoucí práce: Vypracovala: Mgr. Tomáš Dvořák, Ph. D. Jana Karmazínová Brno 2007
110 -> Az ə rbaycan Respublika sı a dınd an q ə t n a m ə
110 -> Azərbaycan Respublikası adından q ə r a r d a d
110 -> Bratislava, slovakia tabuľka výsledkov / Table of results zbor / choir dirigent / conductor body / points
110 -> Конвенсийасынын 2-ъи маддясинин тятбигиня даир
110 -> İsa Musayev, Mətləb Əlizadə
110 -> Application Brief 129 Simultaneous Analysis of Norepinephrine, Dopamine, and Serotonin in Microdialysis Perfusates Using hplc-ecd
110 -> Monitorinq qrupu ilk növbədə Bakı şəhərinin Xətai rayonunda yerləşən qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsində monitorinq apardılar

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə