Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 35,92 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix18.05.2017
ölçüsü35,92 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14

AZƏRBAYCAN DİLİ 
7
Ümumtəhsil məktəblərinin 
7-ci sinfi üçün “Azərbaycan dili 
(tədris dili kimi)” fənni üzrə dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
24.07.2014-cü il tarixli, 842 №-li əmri ilə 
təsdiq edilmişdir.
Rafiq İsmayılov 
Aynur Rüstəmova
Hidayət Allahverdi
Sahibə Məmmədova
Bakı – 2016
Çap üçün deyil

Rafiq İsmayılov 
Aynur Rüstəmova
Hidayət Allahverdi
Sahibə Məmmədova
AZƏRBAYCAN DİLİ – 7. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün
“Azərbaycan dili (tədris dili kimi)” fənni üzrə dərslik.
Bakı: “Altun kitab”, 2016. 176 səh.
Elmi redaktor:
Dilrüba Cəfərova
Dil redaktoru:
Arzu Quliyeva
Rəssamlar:
Elçin Cabbarov
Şəlalə Rüstəmova
Dizayner:
Rəşad Nəbiyev
Korrektor:
Aqşin Məsimov
Dərsliklə bağlı rəy, irad və təkliflərin 
altunkitab2004@gmail.com
və 
derslik@edu.gov.az
e-mail ünvanlarına göndərilməsi xahiş olunur.
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
Yazıçı və şairlərin dərslikdə istifadə olunan bəzi əsərləri dərslik müəl lifləri tərə -
findən müvafiq yaş qrupu üçün uyğunlaşdırılmışdır.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər
han sı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informa siya
vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Çap üçün deyil

Çap üçün deyil

Çap üçün deyil

5
MÖVZULAR
səhifə
II BÖLMƏ. FƏRD VƏ CƏMİYYƏT
9-32
Hərənin öz imzası
10-12
Mübariz
Hərəkətin subyekti və obyekti
13-16
Son yarpaq 
Məlum, məchul və şəxssiz növ feillər
17-20
Səhv düşəndə yerimiz
Qayıdış növ
21-22
Polyanna 
Qarşılıq-birgəlik növ
23-27
Qayıqda dörd nəfər
İcbar növ
28-31
Ümumiləşdirici təkrar
32
II BÖLMƏ. HƏR SÖZÜN BİR TALEYİ VAR
33-54
Molla Nəsrəddin demişkən...
İdi, imiş hissəcikləri
34-37
Onlar kimdir
İsə hissəciyi
38-41
Bunu kim deyib
İdi, imiş hissəciklərinin yazılışı və tələffüzü
42-45
Ay adları və onların mənşəyi
İdi, imiş hissəcikləri və keçmiş zaman şəkilçiləri
46-49
Dini deyimlər
İsə hissəciyi və feilin şərt şəklinin əlaməti
50-53
Ümumiləşdirici təkrar
54
MÜNDƏRİCAT
Çap üçün deyil

6
MÖVZULAR
səhifə
IIII BÖLMƏ. ANA TƏBİƏT
55-76
Gürzə
Feilin təsriflənməyən formaları
56-60
İşgüzar təklif
Məsdər 
61-64
Təbiət “mühəndis”ləri
Feili sifət
Feili sifət və feildən düzələn sifət
65-68
Fəryad. Maşuk meşəsi
Feili bağlama  
69-71
Alternativ enerji
72-74
Ümumiləşdirici təkrar
75-76 
IV BÖLMƏ.  KAMİLLİYƏ DOĞRU
77-102 
Zamanın idarə olunması
Qoşma  
78-82
Uğura gedən yol 
Qoşmaların deyilişi və yazılışı 
83-86
Təqvim 
Bağlayıcı 
87-90
Yazı – piktoqramdan hərflərə 
Bağlayıcılarda vergülün işlənməsi 
91-94
Qədim yazı materialları 
Mürəkkəb bağlayıcılar
95-98
Eynşteyn dərslərindən «2» alırdı? 
99-101
Ümumiləşdirici təkrar
102
Çap üçün deyil

7
MÖVZULAR
səhifə
V
V BÖLMƏ.  DƏYƏRLƏRİMİZ
103-124       
Həsrət
Ədat və onun məna növləri
104-107
Gətir, oğlum, gətir
Ədatların orfoqrafiyası
108-110
Şəki xan sarayı
Modal sözlər
111-114
Dünya 20 Yanvardan necə xəbər tutdu
Modal sözlərdə durğu işarələrinin işlənməsi
115-117
Neft daşları
Nida
118-122
Ümumiləşdirici təkrar
123-124
VI BÖLMƏ.  İXTİRALAR VƏ KƏŞFLƏR
125- 146
İsaak Nyuton
Köməkçi və əsas nitq hissələrinin omonimliy

126-129
Avtomobil
Köməkçi nitq hissələrinin omonimliyi
130-133
Bumeranqı kim icad edib
Bağlayıcı, ədat, yoxsa şəkilçi?
134-137
Əl-Xarəzmi
Köməkçi nitq hissələrinin sinonimliyi
138-141
Kompüter oyunlarını kim ixtira edib
142-145
Ümumiləşdirici təkrar
146
Çap üçün deyil

8
MÖVZULAR
səhifə
V
VII BÖLMƏ.  KİTABIN TARİXİ
147-167
Qədimdə kitab işi
Cümlənin quruluşca növləri
148-151
Kitabxanalar
152-155
Kitab çapının ixtirası
156-158
Azərbaycanda ilk mətbəələr
159-162
Elektron kitab
163-165
Ümumiləşdirici təkrar
166-167
SÖZLÜK
168-175
Çap üçün deyil

FßRD 

CßMÈYYßT
I
BÞLMß
Çap üçün deyil

H
HƏRƏNİN ÖZ
İMZASI
Bu, adi bir supermarket idi –
nə böyük, nə də kiçik. Müştəriləri
o qə dər də çox deyildi. Buraya
gə lənlər, əsasən, ətraf binaların
sa kinləri idi. Üç ay əvvəl həmin
kü çədən iki tin yu xarıda daha iri
supermarket açıl dıqdan sonra
burada alış­veriş xeyli zəifləmişdi.
İş o həddə çatmış dı ki, satıcılar
günün çox hissəsini bir­biri ilə
söhbət etməklə keçirir dilər. Şayiə
gəzirdi ki, yaxınlarda supermar­
ket bağlanacaq. Lakin günlərin bir gü nü supermarketə yeni müdir təyin
olun du və tez bir zamanda hər şey dəyişdi. 
Həsən müəllim müdir təyin olunan günün səhəri supermarketdə divara
lövhə vuruldu:
“Müştərilərə hörmət və qayğı ilə yanaşın. Sizə maaş verən onlardır”.
Həmin gün axşam Həsən müəllim bütün işçiləri iclasa yığdı. Əvvəlcə
o hamı ilə tanış oldu. Söhbət zamanı hər kəsə öz adı ilə müraciət etməsi
işçiləri çox təəccübləndirdi. Bu qədər adamın adını ilk dəfədən yadda sax ­
laması istər­istəməz yeni müdirə qarşı rəğbət hissi yaratdı.
Həsən müəllim işçilərə dedi:
– Çalışın, marketimizə  gələn insanlarla ünsiyyətdə alıcı­satıcı mü ­
nasibətlərindən bir qədər kənara çıxasınız. Siz bu insanları, demək olar,
hər gün görürsünüz. Onların da, yəqin ki, bir xoş sözə, səmimi təbəssümə
ehtiyacı var. Hər bir işdə uğur gətirən əsas amillərdən biri də yaradıcı ya ­
naşmadır. Hər bir şəxs öz işini Səttar Bəhlulzadənin şəkil çəkdiyi, Üzeyir
bəyin musiqi bəstələdiyi, ya da Füzulinin şeir yazdığı kimi yerinə yetir ­
məlidir. 
Bu zaman cavan bir oğlan əlini qaldırıb söz istədi. Bu, supermarketdə
şən və zarafatcıl adam kimi tanınmış Səlim idi. O ayağa qalxıb dedi:
– Həsən müəllim, mənim işim kassanın yanında dayanıb müştərilərin
aldığı malı torbalara doldurmaqdır. Deyə bilərsinizmi, mən bu işi yaradıcı
şəkildə necə görə bilərəm?
1. Sizc , yeni müdir v ziyy ti düz ltm k üçün n  ed c k?

BÖLMƏ
10
Çap üçün deyil

Həsən müəllim gülümsündü:
– İclasdan sonra qalın, bir şey fikirləşərik.
Səlim iclasdan sonra Həsən müəllimə yaxınlaşdı. Maraq dolu nəzərlər ­
lə ona baxdı. Həsən müəllim soruşdu:
– Sən, deyəsən, tələbəsən?
– Bəli, qiyabi oxuyuram.
– Yəqin ki, evdə kompüterin var?
– Əlbəttə.
Həsən müəllim ayağa qalxıb kitab rəfinə yaxınlaşdı. Qalın bir kitabı
götürüb Səlimə uzatdı:
– Bu, aforizmlər kitabıdır. Xoşuna gələn aforizmləri seç, kompüterə
köçür. Sonra onları çap elə. Hər müştərinin torbasına bir aforizm qoy.
Yadında saxla: işə yaradıcı yanaşma ona öz imzanı atmaq deməkdir. 
...Bir həftə keçdi.
Həsən müəllim supermarketi gəzir, satıcılara göz qoyurdu. Ət şöbəsi ­
nin yanından keçəndə satıcı ilə alıcının söhbətini eşitdi:
– Zərifə xanım, bu gün xüsusilə gözəl görünürsünüz. Elə bil arıq la ­
mısınız.
– Doğrudan? – şişman qadın sevinclə soruşdu.
Həsən müəllim gül şöbəsinə yaxınlaşdı. Burada işləyən iki qız saplağı
qırılmış gülləri bir qaba yığırdı. 
– Qızlar, bunları nə edirsiniz? Birdən satarsınız ha!
– Yox, Həsən müəllim. Bunları müştərilərin uşaqlarının yaxalarına
taxırıq. Elə sevinirlər ki!
Bu zaman başqa bir işçi müdirə yaxınlaşdı:
– Həsən müəllim, qonşu binada bir qoca yaşayır. Heç kimi yoxdur.
Neçə gündür ki, xəstədir. İcazə verin, onun ərzağını evinə çatdırım. Pulunu
gətirib kassaya ödəyərəm.
– Əlbəttə, qızım, xeyirxah iş görmüş olarsan.
Bu zaman kassada işləyən qızlardan birinin səsi gəldi:
– Xahiş edirəm, o biri kassaya keçin. Axı orada növbə yoxdur.
Buna cavab olaraq növbədə duranlardan biri dilləndi:
– Kim istəyirsə, keçsin. Mən Səlimin kəlamlarından almaq istəyirəm.
Həsən müəllim razı halda kabinetinə sarı yollandı: “Hərənin öz imzası
var. Deməli, hər şey öz qaydasındadır...”
Rafiq Әlәkbәroğlu
2. t şöb sind ki satıcının alıcıya dediyi ifad ni n  adlandır maq
olar?
A) nitq etiketi
B) kompliment
C) muştuluq
FƏRD VƏ CƏMİYYƏT
11
Çap üçün deyil

Söz ehtiyatı
3
3. M tnd  “imza” sözü hansı  m nada işl nib? Bu sözü yerin  gör
hansı sözl   v z etm k olar: “qol”, yoxsa “d stx t”?
Düşün və cavab ver
4. Supermarketd   işl y nl r H s n mü llimin tövsiy sini yerin
yetirm k üçün daha n  ed  bil rl r?
5. Siz öz işiniz  yaradıcı yanaşmaq üçün n  edirsiniz?
Yazı
6. Verilmiş aforizml ri m tnin m zmunu il   laq l ndirin.  n çox
b y ndiyiniz aforizmi başlıq kimi seç r k kiçik esse yazın.
Kiçik işl rd  d  böyük olmaq lazımdır. 
(A.Morua)
Yoxdan vara çevril n h r bir şey yaradıcılıqdır. 
(Platon)
H r bir insan öz uğurunun memarıdır. 
(Sallüsti)
Dil qaydaları
7. M tnd altından x tt ç kilmiş “qonşu” v  “qoca” sözl rinin hansı
suala cavab verdiyini v  hansı nitq hiss sin  aid olduğunu mü y -
y nl şdirin.
8. M tnd  defisl  yazılmış mür kk b sözl ri seçin v  onların hansı
nitq hiss l rin  aid olduğunu mü yy nl şdirin.
9. Uyğunluğu mü yy n edin. Alınmış mür kk b sözl ri d ft riniz
yazın.
1)  ks
A) admiral
2) qeyri
B) arqument
3) anti
C) çempion
4) eks
) faşist
5) kontr
D) adi
*
10. Verilmiş sözl rd n mür kk b sözl r yaradın v  onların bitişik,
yoxsa defisl  yazıldığını mü yy nl şdirin.
1) qayda, qanun
2) qanun, verici
3) ara, bir
4) ara, sıra
5) beş, illik
6) beş, altı

BÖLMƏ
12
Çap üçün deyil

M
MÜBARİZ
2010­cu ilin qızmar yay günləri idi. Mübariz
hərbi hissədə, düşmənlə üz bə üz səngərdə dur ­
muşdu. Üzünü işğal olunmuş  kəndlərə, sakit­
sakit baxan dağlara tutub saatlarla seyr edir,
qəlbi od suz­ocaqsız yanırdı. Düşmən xani man ­
ları viran qoymuş, yüz minlərlə in sanı yurd­yu ­
va sın dan didərgin salmışdı. Hələ bu azmış kimi,
gəlib torpaq ları mız da səngər qur muş du. Mü ba ­
rizi yandı ran da elə bu idi.
O, gündüzlər bu hala birtəhər dözürdü. Dost ­
larıyla, əsgərləriylə başı qa rı şırdı. Amma gecə
düşəndə, illah da, sən gərdə olanda dünya ba ­
şına fırlanırdı. Ona elə gəlirdi ki, Xocalı hadisəsi
elə indicə baş verir. Qu lağına vay­şivən səsləri
gə lirdi. Telejurnalist Çingiz Mustafayevin Xocalı
fa ciəsindən çəkdiyi görüntülər gözləri önündən getmirdi. Qəh rəman jur ­
nalistin hönkürtüsü, “çək!” deyən ağlar səsi qu  laq   larında cingildəyirdi. 
Yox, yetər daha! Bu mənfurların dərsini vermək lazımdır. Dərəni xəlvət
görüb bəy olmaq istəyənlər gərək bilsinlər ki, bu dərələrin yiyəsi var, bəyi
var... Bu səngəri aşıb yetmişcə metr о tərəfə adlaya bilsə, düş mənin sən ­
gərində olacaqdı. Çətini о səngərə salamat çatmaqdı. 
Ölməyə nə var?!. Başını səngərdən qaldır, tuş gələcəksən snayper
gülləsinə. Bu, ca nına qəsd etmək kimi bir iş olardı. O isə qazilik edib şə ­
hidlik şərbə tini başına çəkmək istəyirdi.  
Səbirsizliklə axşamın düşməsini gözləyirdi. Fikirləşdi ki, valideynlərinə
məktub yazsın. Bir parça kağız tapıb yazmağa başladı:
“Canım atam vә anam. Mәndәn ötrü darıxmayın. İnşallah, cәnnәtdә
görüşәcәyik. Mәnim üçün bol­bol dua edin. Vәtәnin dar günündә artıq
ürәyim dözmür. Allaha xәtir bunu etmәliyәm. Әn azı, ürәyim sәrinlik tapar.
Şәhid olanadәk bu şәrәfsizlәrin üzәrinә gedәcәyәm. Şәhid olsam, ağ la ­
mayın. Әksinә, sevinin ki, о mәrtәbәyә yüksәldim. ...Allah böyükdür. Vәtәn
sağ olsun! Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Artıq gecə saat on ikinin yarısı idi. Xəlvətcə silahlandı. Azərbaycan
bayrağını götürüb bir göz qırpımında səngərdən çıxdı. Fikirləşirdi ki, təki
1. Altından x tt ç kilmiş ifad  hansı atalar sözü il   laq dardır?
2. Oxuduğunuz hiss d ki sonuncu cüml ni izah edin.
FƏRD VƏ CƏMİYYƏT
13
Çap üçün deyil

minaya düşməsin. Təsadüfi ölüm onun arzusunu gözündə qoyardı.
Ürəyində:
– Ya Allah, – dedi, – sən şahidsən ki, bu mənfurların əlindən millətim
nə çəkib.
Addımlarını inamla atırdı. Elə bil gözəgörünməz bir qüvvə onu mina ­
lanmış sahədən salamat keçirirdi. Susuzluqdan yanan kol­kosa, tez­tez
rast gəldiyi xırdaca təpəciklərə  sinә­sinә gedirdi. Düşmən səngəri lap
yaxınlıqda idi. 
On­on beş addım da irəli sürünüb düşmən səngərinə atıldı. İyirmi iki
ilin qəzəbi, nif rəti qollarına toplanmışdı. Səs olmasın deyə avtomatı işə
salmadı. İlk qar şısına çıxan altı nəfəri yalın əllə, döyüş bıçağı ilə məhv
etdi. “Саn Vətən!” – deyib Azərbaycan bayrağını torpağa sancdı və sən ­
gərdən çıxdı. Fikri düşmənin kazarmasına girib əs gər lərin arasında çax ­
naşma salmaq idi. Oraya tərəf irəlilədi. Birdən ona elə gəldi ki, iyirmi min
şəhid onun ardınca gedir. Qanlı köynəklərini bayraq kimi başlarının
üzərində yel ləyirlər. Bir əli ilə ağır pulemyotu qaldırıb düşmənin üstünə
güllə yağdırdı.
Düşmən çaşbaş qal mış  dı. Gecənin bir aləmində bu bəlanın haradan
gəldiyini hə lə də kәsdirә bilmirdi. Qəfil hücum onu karıxdırmışdı. Elə bilirdi
ki, üstünə böyük bir dəstə gəlib. Erməni əsgərlər təntiyib bir­biri ilə atışır ­
dılar. Sonra bəziləri özünü ələ ala bildi. Bərabər olmayan qüvvələr ara ­
sında döyüş bir neçə saat çəkdi. 
Qan­tər içində idi. Dayanmadan atəş açırdı. Yerini tez­tez dəyişirdi.
Güllə atmaqdan biləyi ağrıyırdı. Ovcunun içi də bərk göynəyirdi. Amma
indi bircə şey haqda düşünürdü. Düşünürdü ki, Allah onun səsini eşidib,
bu qədər döyüşmək, intiqam almaq üçün möhlət verib.
Saat beşdə Mübariz geri çəkildi. Düş mən onu tələyə salmaq istəyirdi. O
isə Allahdan çox yox, bir­iki dəqiqə də möh lət istəyirdi. İstəyirdi ki, xalqına
düşmən kəsilmiş bu mənfurlardan bir neçəsini də o dünyaya göndərsin.
Düşmən əsgərlərinin ayaq səslərini aydınca eşi dirdi. Yoldan çıxıb yerə
yıxılmış tənək dirəyinin yanında ayaq saxladı, əllərini Allahın dərgahına
açdı: “Bismillahir­rəhmanir­rəhim... Ey böyük Allah, bu günə şükür, arzumu
ürəyimdə qoy ma dın. Günahım varsa, bağışla, Tanrım! Allahım, şəhidliyimi
qəbul et! Və tən sağ olsun!”
Ayaq səsləri yaxınlaşırdı. O, diri tutulmağına imkan verə bilməzdi.
Mü ­
ba riz avtomatı bərk­bərk sinəsinə sıxdı.
Hələ bir­iki gülləsi vardı. Amma
bu an qəfildən atəş açıldı. Düşmən gülləsi onun sol böyründən və ba şın ­
dan dəydi. Arxası üstə çevrildi. Güclə: “Vətən sağ olsun!” – deyə bildi.
Dağlar əks­səda verdi: “Vətən sağ olsun!”

BÖLMƏ
14
Çap üçün deyil

İyirmi min şəhid Mübarizin bədənini tərk eləyən qəhrəman ruhunu gö ­
türüb göylərə çəkildi.
Mustafa Çәmәnli
Söz ehtiyatı
3
3. “Xaniman”, “illah”, “sinm k”, “kazarma”, “k sdir  bilm m k”,
“d r gah” söz v  ifad  l  rinin  m nasını kontekst  gör  izah et m y
çalışın.
Düşün və cavab ver
4. M tnd ki m lumatlardan istifad  ed r k cavab verin: Xocalı faci si
baş ver nd   Mübarizin neç  yaşı var idi?
5. İyirmi min ş hid dedikd  mü llif kiml ri n z rd  tutur?
Yazı
6.  ingiz Mustafayevin Xocalı faci sini  ks etdir n videoyazıdan
istifad  etm kl  2-ci abzası genişl ndirib m tn yazın. 
Dil qaydaları
7. M tnd  göy r ngl  verilmiş cüml d  hansı söz:
• h r k t bildirir?
• h r k ti icra ed ni bildirir?
• üz rind  h r k t icra olunanı bildirir?
8. Altından x tt ç kilmiş hansı cüml d :
• h r k tin subyekti v  obyekti m lumdur? 
• h r k tin subyekti m lum deyil?
• subyekt h r k ti öz üz rind  icra edir?
• h r k t qarşılıqlı icra olunur?
H r k tin, ad t n, subyekti v  obyekti olur. 
(subyekt)   (obyekt)     (h r k t)
Uşaq kitab oxuyur. 
Subyekt h r k ti icra ed ndir. H r k t obyekt üz rind  icra
olu nur. 
Subyekt v  obyektin cüml d ki xüsusiyy tl rind n asılı ola -
raq feil müxt lif qrammatik m nalar k sb edir. 
Yadda saxla!     
H R K TİN SUBYEKTİ V  OBYEKTİ
FƏRD VƏ CƏMİYYƏT
15
Çap üçün deyil

9
9. D ft rinizd  nümun y  uyğun c dv l qurun v  altından x tt ç kil -
miş sözl ri müvafiq xanalarda yazın.
1.  n uzun velosipedi Belçika müh ndisl ri düz ltmişl r. 
2. Göz llik göz lliyi c lb ed r.
3. Biz bütün yayı ağaclara qulluq etdik.
4. Suya batan cisim onun bir hiss sini sıxışdırıb çıxardır.
10. Uyğunluğu mü yy n edin.
A. Bu m ktub iki il bundan  vv l yazılıb.
B. Biz üç ildir ki, Elxanla yazışırıq.
C. Yazıda x taya yol verilib.
D. sg rl r ir li atıldılar.
E. Bu gün mü llim biz  imla yazdırdı.
1. Cüml nin mübt dası yoxdur v  h r k tin subyekti
m lum deyil. 
A B C D E
2. Cüml nin mübt dası var, lakin h r k tin subyekti
m lum deyil. 
A B C D E
3. Subyekt h r k ti öz üz rind  icra edir.       
A B C D E
4. Subyekt başqasını h r k ti icra etm y  m cbur edir.    A B C D E
5. H r k t bir neç  subyekt t r find n icra olunur.          A B C D E
11. Sözl ri cüml l rd  işl dib d ft riniz  köçürün. Eyni h r k td
subyektin d yişm sin   s b b olan morfoloji  la m ti (ş kilçini)
mü yy n edib altından x tt ç kin.
yazmaq, yazılmaq, yazışmaq
*
12. M tni oxuyun. Cüml l rin qrammatik  sasını t yin edin. F rql n -
di ril miş cüml l rd   h r k tin obyektini v  subyektini mü y -
y nl şdirin.
M şhur ixtiraçı Edisonun h y t qapısı çox ç tin açılırdı. Bunu
gör n bir tanışı t ccübl  alimd n soruşur:
– S nin kimi dahi ixtiraçı bundan yaxşısını düz ld  bilmirdi?
Edison cavabında deyir:
– M nc , qapı dahiyan  düz ldilib. M s l  burasındadır ki, o, su na-
sosu il  birl şdirilib. H r d f  qapı açılanda ç n  20 litr su vurulur.
H r k ti (işi) icra ed n
Üz rind  h r k t (iş) icra olunan

BÖLMƏ
16
Çap üçün deyil

SSON YARPAQ
Vaşinqton xiyabanından
qərb     də yerləşən kər pic binalar­
dan birində iki rəssam qızın –
Syu və Consinin studiyası
yerləşirdi. Qız ların xa siyyət və
zövq lə rindəki ox şarlıq onları ya ­
xın rəfiqəyə çe virmişdi. 
Bu hadisə noyabr ayında
baş ver mişdi. Şəhər böyük bir
na ra hat lıq içində idi. Həkimlərin
pnevmoniya adlandırdıqları xəs ­
təlik bir çox evləri matəmə bü ­
rümüşdü. Consi də bu xəstə liyə
tutulmuşdu. Həkimlərin müalicə ­
si heç bir nəticə vermirdi. On suz
da, zəif olan qız xəstəlikdən daha da solmuşdu. Hə yatdan tamamilə əlini
üzüb günlərlə sakitcə yerində uzanır, heç nə yemir, içmir, danışmırdı. Təng ­
nə fəs likdən boğulur, onu dünyaya bağlayan son ümidlərini də günbəgün
itirirdi. Syunun da qanı qara idi, rəfiqəsi üçün çox üzülürdü.
Bir səhər Consini müalicə edən həkim qayğılı halda Syuya yaxınlaşıb
dedi:
– Consinin vəziyyəti ağırdır. Bilirsinizmi, inam olmayan yerdə təbabət
acizdir. O özü sağalacağına ümid etmir. Bu ümidsizlik verdiyim dər man ­
ların təsirini ikiqat azaldır. Sizdən rica edirəm, əgər rəfiqənizin ya şamasını
istəyirsinizsə, onun həyata olan marağını geri qaytarın. Əgər bir gün rə ­
fiqəniz bu soyuq qış günündə sizdən nəyin dəbdə olması barədə so ruşsa,
hesab edin ki, vəzifənizi yerinə yetirməyə müvəffəq olmusunuz.
Həkim gedəndən sonra Syu emalatxanaya gedib bir xeyli ağladı. Sonra
göz yaşlarını sildi, molberti götürüb cəsarətlə Consinin otağına daxil oldu.
Consi yorğanın altında büzüşmüşdü. Xəstəlikdən də çox, ümidsizlikdən
solmuş gözlərini pəncərəyə zilləmişdi. Syunun ürəyi ağrıdı. Lakin büruzə
vermədi. Molbertini qurdu və şəkil çəkməyə başladı. 
1. H kimin sonuncu cüml sinin m nasını izah edin. Onun fikrin
münasib t bildirin. 
FƏRD VƏ CƏMİYYƏT
17
Çap üçün deyil

Birdən qulağına pıçıltı səsi gəldi. Tez çarpayıya yaxınlaşdı və diqqətlə
qulaq asmağa başladı. Consi gözlərini geniş açaraq pəncərəyə baxır və
tərsinə sayırdı:
– On iki, on bir...  – Bir qədər gözlədikdən sonra yenidən saymağa baş ­
ladı. – On, doqquz, səkkiz, yeddi…
Syu pəncərəyə baxdı. Orda sayılası nə var idi ki? Yalnız köhnə kərpic
binanın divarı və ona sarılmış, solmaqda olan sarmaşıq... 
– Nəyə baxırsan?
– Altı, – Consi zəif səslə dedi. – Getdikcə daha sürətlə azalır. Hələ üç
gün bundan əvvəl yüzdən çox idi. Bax, biri də düşdü. Artıq beş dənədir. 
– Axı sən nədən danışırsan? 
– O sarmaşığı görürsən? Onun axırıncı yarpağı düşəndə mən də ölə ­
cə yəm. 
– Bu nə mənasız söhbətdir? Sarmaşığın yarpaqlarının düşməsi ilə
sənin ölməyinin  nə əlaqəsi ola bilər?!  Əksinə, həkim mənə dedi ki, sən
tezliklə sağalacaqsan. 
– Bilirəm, bunların hamısını məni sakitləşdirmək üçün deyirsən.
– Boş­boş danışma. Yaxşısı budur, yat, dincəl. Mən Bermanı çağır ma ­
ğa gedirəm. Rəsmi tamamlamaq üçün onun köməyinə ehtiyacım var. 
Qoca Berman aşağı mərtəbədə yaşayırdı. Rəssam idi. Amma bütün
ömrü boyu heç bir diqqətəlayiq əsər yaratmamışdı. Həmişə bir gün şah
əsərini yaradacağından danışsa da, onu hələ çəkməyə belə başlamamışdı. 
Syu Bermanı tapıb ağlaya­ağlaya Consinin düşüncələri haqqında qo­
caya danışdı. Berman özündən çıxdı:
– Nə? Bu nə axmaqlıqdır belə? Lənətə gəlmiş sarmaşıqdan tökülən
yarpaqlar ölümə necə səbəb ola bilər? İlk dəfədir, eşidirəm. Ah, zavallı
bala ca miss Consi!.. Buna son qoymaq lazımdır. Amma necə?!
Növbəti gün səhər qısamüddətli yuxudan sonra Syu gördü ki, Consi
göz lə rini pəncərədən çəkmir. Consi onun baxdığı istiqamətə diqqət ye ­
tirəndə təəc cüb  ləndi: çox şiddətli yağışdan və güclü kü  ləkdən sonra kərpic
divarda sarmaşığın yeganə – sonuncu yarpağı gö rünürdü!..
Üzücü günə bir gecə də əlavə olundu. 
Sanki yarpaq ağaca yapışdırıl ­
mış dı
. Onlar hətta alaqaranlıqda belə yeganə yarpağın kərpic divara toxu ­
nan saplağının üstündə olduğunu görürdülər. 
Ertəsi gün Consi uzanmış halda uzun müddət yarpağı seyr etdi
. Sonra
Syunu çağırdı və onun üçün toyuq bulyonu bişirməsini xahiş etdi. 
– Mən düz eləmirəm,  – Consi dedi. – Öz ölümünü arzulamaq günah ­
dır. Son yarpaq mənə bunu demək istəyir. Mənə bir az bulyon ver. Amma
yox, əvvəlcə güzgünü gətir, sonra isə mənə de görüm, indi nə dəbdədir?
II 
BÖLMƏ
18

Kataloq: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün

Yüklə 35,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə