TƏSVİRİ İNCƏSƏNƏT
Ümumtəhsil məktəblərinin
IX sinfi üçün dərslik
Bakı – 2016
LAYİHƏ
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün “Təsviri incəsənət” fənn kurikulu-
munun əsa sın da hazırlanmışdır.
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün “Təsviri incəsənət” dərslik komplek-
tinə daxildir:
1. Dərslik
2. Müəllim üçün metodik vəsait
“Təsviri incəsənət” – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Bakı – 2016, 136 səh.
LAYİHƏ
LAYİHƏ
LAYİHƏ
MÜNDƏRİCAT
1. ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
1-2.
Pol Sezann: kompozisiya, forma və rəng
8
3-4.
Pablo Pikasso: yaradıcılıq mərhələləri
13
5.
Vasili Kandinski: abstrakt sənətdə axtarışlar
21
6.
Henri Spenser Mur: heykəltəraşlıqda təbiət fəlsəfəsi
27
7.
Paul Klee: rəngkarlıqda xətlərin hərəkəti
31
8.
Naum Qabo: heykəltəraşlıqda xətlərin həndəsiləşməsi
35
9-10. Salvador Dalı: dahinin sürrealist kainatı
39
11.
Xuan Miro: realizmdən rəmzlərə
44
12.
Alberto Cakometti: heykəlin zərif silueti
49
2. AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
13.
Mikayıl Useynov: memarlıqda konstruktivizm prinsipləri
58
14.
Mircavad Mircavadov: miqyas, rəng və forma
63
15.
Ömər Eldarov: gözəllik və harmoniya
67
16.
Tahir Salahov: neft mövzusu
71
17.
Fazil Nəcəfov: insan obrazında forma axtarışları
75
18.
Arif Hüseynov: Azərbaycan nağılı
80
19.
Fərhad Xəlilov: Abşeron motivləri
84
20.
Sakit Məmmədov: müasir və klassik üslubun sintezi
87
3. ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
21.
Rəssam və teatr sənəti
94
22.
Rəsm əsərindən fotoşəklədək
100
23.
Fotoqrafiya və kompüter
107
24.
Rəssam və kino sənəti
112
25-26. Animasiya sənəti
119
27.
Karikatura və şarj: şəkilli əhvalatlar
125
LAYİHƏ
D Ə R S L İ K L Ə TA N I Ş L I Q
Dərslikdəki mövzular üzrə təlim materialları aşağıdakı ardıcıl-
lıqla verilmişdir:
1. İncəsənət haqqında dialoq və Xatırlayın – mövzuya maraq
oyadan sual, şəkil, anlayışların çıxarılması əvvəllər qazanıl-
mış biliklərə əsaslanır və aktiv fəaliyyətə cəlb edir.
2. Tanış olun – dərs materialı üzərində müstəqil iş və müzakirə
üçün verilən məzmun. Burada təsviri sənətin tarixi, onun cə-
miyyətdə rolu haqqında məlumatlar, müxtəlif sxem və cədvəl-
lər əks olunur.
3. Görkəmli rəssamlar – Azərbaycanın və dünyanın görkəmli təs-
viri sənət nümayəndələrinin həyat və yaradıcılığı ilə tanışlıq.
4. Təsviri sənət qalereyası – estetik münasibət bildirmək üçün
Azərbaycan və dünya rəssamlarının qrafika, rəngkarlıq, hey-
kəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərlərindən nümunələr.
5. Müzakirə üçün suallar – məzmunun mənimsənilməsinə xidmət
edən və təfəkkürü fəallaşdırmaq üçün vacib sayılan suallar.
6. Bu, maraqlıdır və Bilirsinizmi? – mövzu ilə əlaqəli olan, dün-
yagörüşü genişləndirməyə xidmət edən maraqlı faktlar və ha-
disələr öz əksini tapır.
7. Düşünün və izah edin – verilmiş fikrin izahı.
8. Sənətkar məsləhəti – yeni üsul və vasitələrə, praktik və yara-
dıcı tapşırıqlarda əməl edilməsi vacib olan qaydalara dair töv-
siyələr.
9. Sərbəst iş üçün tapşırıqlar – mövzu ilə bağlı nəzəri və praktik
tapşırıqlar; yeni qazanılmış bacarıqların tətbiqi, onların izahı
və rəsmin çəkilməsinə yardım edən təsvir ardıcıllığı.
10. Müəyyən edin və Yaradıcı fəaliyyət – maraq və bacarığa görə
seçim imkanı verən tapşırıqlar.
11. Özünüzü yoxlayın və Ümumiləşdirici tapşırıqlar – özünüqiy-
mətləndirmə və əldə olunmuş nəticələri ümumiləşdirmək üçün
verilmiş sual və tapşırıqlar.
LAYİHƏ
XX əsrin təsviri sənəti bir-neçə cərəyan əsasında inkişaf
etmişdir: fovizm, kubizm, abstraksionizm, sürrealizm…
Lakin heç bir cərəyan bir-birindən əmələ gəlməmiş, heç
biri yenisinin yaranmasına səbəb olmamış, heç bir üslub
istiqaməti təsviri sənəti bütövlükdə əhatə etməmişdir. Hər
bir cərəyanın taleyi müxtəlif olsa da, yalnız qarşılıqlı təsir
göstərməklə onlar XX əsr təsviri sənətinin tarixini yaratdılar.
ƏN YENİ DÖVR –
XX ƏSRİN
TƏSVİRİ SƏNƏTİ
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
8
Təsviri sənət qalereyası
POL SEZANN: KOMPOZİSİYA,
FORMA VƏ RƏNG
Tanış olun
XX əsr təsviri sənətinin səciyyəvi xüsusiyyətlərindən biri – rəssam-
ların çoxşaxəli yaradıcılığı, onların yaradıcı axtarışlarının müxtəlifl iyi
və ziddiyyətli olması idi.
Postimpressionizmin görkəmli nümayəndəsi, fransız rəssamı Pol Se-
zann məhz belə rəssamlardandır. Sezann impressionistlərin sərgilərində
iştirak etmiş, onların təsvir tərzindən çox şey öyrənmişdir. Lakin im-
pressionistlərdən əksinə olaraq, Sezann təsvirlərə ümumiləşdirici xarak-
ter verməyi, ümumiyyətlə, dünya haqqında düşüncələrini ifadə etməyi
məqsəd seçərək, sabit həcmli formaların, onların konstruktivliyinin,
forma və rəngin məntiqi sintezinin çatdırılmasına səy göstərirdi.
“Şaftalılar və armudlar”. 1880-ci illərin sonu.
A.S.Puşkin adına Dövlət Təsviri Sənət muzeyi,
Moskva
“Marna sahili”. 1888. Ermitaj, Sankt-
Peterburq.
1
Təmiz rəng – rəng dairəsindəki bütün əsas rənglər və onların çalarları.
Sezann mənzərələr, portretlər, müxtəlif həyat səhnələri çəkirdi, lakin
onun yaradıcılıq prinsipləri natürmortlarda daha dolğun əks olunmuşdur.
Rəssam sabit kompozisiya quruluşlarındakı təmiz rəng
1
ardıcıllığının
köməyi ilə əşyalar aləminin dəyişməz keyfi yyətlərini, təbiətin əzəmətlili-
yini və onun formalarının üzvü bütövlüyünü aydınlaşdırmağa çalışırdı.
Postimpressionistlərin yaradıcılığında əsas xüsusiyyətlər hansılar idi?
Pol Sezannın əsərlərində rəngin təravəti, formaların ümumiliyi
Postimpressionizm cərəyanına aid hansı rəssamları sadalaya bilərsiniz?
İncəsənətə dair dialoq
Xatırlayın
1-2
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
9
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG
ROMANTİK DÖVR (1860–1872)
Sezannın erkən rəngkarlıq yaradıcılı-
ğında tünd, dolğun qara rənglər üstünlük
təşkil edirdi. Rəssam öz duyğularını, yaşan-
tılarını, çoxqatlı və bədbin fi kirlərini ifadə
etməyə cəhd göstərirdi. O, hələ nə rəngə, nə
işığa, nə for maya, nə də yaxma lar la işləmə
texnikasının icra kamilliyinə malik, buna
görə də istədiklərini sona qədər ifadə edə
bilmirdi. Onun həmin zamanlarda yaratdığı
əsərlərdəki deformasiyaya uğramış fi qurlar
qeyri- sabit tarazlığı ilə fərqlənirdi.
“Piano çalan qız”. 1868. Rəssamın bacısı
Mari və anasının portreti. Ermitaj, Sankt-
Peterburq
Pol Sezann yaradıcılığını bir neçə mərhələyə ayırmaq olar:
İMPRESSİONİST DÖVR
(1872–1879)
Bu dövrdə Sezann impres sio nist lə rin
yaradıcılığı ilə ta nış olur, onun əsərlərin-
də rəngin təravəti, ke çid lərin yumşaqlığı
hiss olunur. Bu dövr üçün işıq-hava mü-
hitinin zərif keçidi və daha işıq lı rəng
qamması xarakterikdir. Onun yaradıcı-
lığında mənzərə və çiçəkli natürmortlar
əsas janra çevrilir. Əsərlər də əşyaların
yerləşməsi ba xımından hələ qəliz de yil.
Onlarda rəssamın öz bənzərsiz rəng ça-
larlarını – tünd gö yümtül mavi və sa-
rım tıl narıncının uyğunluğunu yaratdı-
ğını görmək mümkündür.
KONSTRUKTİV DÖVR
(1879–1888)
Sezann yaradıcılığının kamilliyi ilə
seçilən bu dövrü – onun sənətkarlığı-
nın zirvəsi olub, iri formaların və ciddi
kompozisiyaların harmonik uyğunluğu
ilə fərqlənir. Bu onun rəngkarlığın dahi
qurucularından biri olmasını şərtlən-
dirmişdir. Sezann öz əsərlərində həndə-
si formalardan daha çox istifadə edir və
harmoniyanın məğzini vurğulayırdı.
“Alma, şaftalı, armud və üzüm”.
1879–1880. Ermitaj, Sankt-Peterburq
“Vazada gül dəs tə si”. 1873–1875. Ermi-
taj, Sankt- Peterburq
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
10
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG
“Parça və bardaq ilə natürmort”.
Təxminən 1899-cu il.
Ermitaj, Sankt-Peterburq.
SİNTETİK DÖVR (1888–1899)
Mənzərə və natürmort bu dövrdə
onu uydur ma süjetlərdən daha çox cəlb
edirdi. Sezannın natürmortları qəlizli-
yi, müx təlif ölçülü ləvazimat və meyvə-
lər lə yük lənməsi, onlarda ağırqatlı, sal-
la nan rəngbə rəng parçaların yer alması
ilə diqqət çəkir.
“Mavi mənzərə”. 1900.
Ermitaj, Sankt-Peterburq
ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏN
(QƏFİL) RƏNGKARLIQ DÖVRÜ
(1900-cü illər)
Bu dövr əsərlərin kompozisiya-
sının əvvəlcədən düşünülməsi bila-
vasitə iş prosesində öz- özünə peyda
olması ilə seçilir. Rəssamın cəsarətli
sərt palitrasında lirik çalarlar görün-
məyə başlayır.
Rəssamın öz natürmortlarında istifadə etdiyi əşyalar nə qeyri-adi, nə də
təmtəraqlı idi. Zinət, bəzək əşyaları, zərif ipək onu cəlb etmirdi. O, daha çox mey-
və, tərəvəz, qab-qacaq çəkirdi. Pol Sezann natürmort janrında təxminən 200 əsər
yaratmışdır.
Fransa təsviri sənətinin XIX əsrin əsas janrı olan mənzərədən tədricən imtina
edərək, natürmorta üz tutmasında heç şübhəsiz Sezannın böyük təsiri olmuşdur.
Bilirsinizmi?
Sezan dünyanı yeniləşdirməyi arzulayırdı. Onu ətraf mühitin dinami-
kası, atmosferdə rəngin dəyişkənliyi, məkan planları maraqlandırmırdı.
Onun əsərlərini ayrı-ayrı perspektivli məkanların üst-üstə düşərək qo-
vuşması səciyyələndirir. Dəqiq düz xətlərə az rast gəlinir: onlar gah qat-
lanır, gah əyilirlər. Sezannın boyaları üç rəngin – yaşıl, mavi, noxudu və
təbii ki, bəyaz rənglərin uyarlığıdır.
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
11
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG
Pol Sezann
(fr. Paul Cézanne)
Həyat xronologiyası
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
19.01.1839–22.10.1906
Eks-an-Provans, Cənubi Fransa
Eks-an-Provansda bələdiyyə rəsm məktəbi (1858-1860),
Parisdə Süis Akademiyası
postimpressionizm; rəngkarlıq
mənzərə, natürmort, portret
“Viktor Şokenin portreti” (1875), “Küçə boyunca ev-
lər” (1881), “Estak körfəzi” (1886), “Qırmızı jiletli
oğlan” (təxminən 1890), “Kart oynayanlar” (1890-
1892), “İri şam ağacı” (1892-1896), “Sent-Viktuar
dağı” (1902-1904) və s.
Nə xətlər, nə də formalar mövcuddur, yalnız ziddiyyətlər
var. Bu ziddiyyətlər qara və ağ deyil, rəng duyumu ilə əmələ
gəlir. Forma çalarların dəqiq nisbəti ilə yaranır. Çalarlar
harmonik və ardıcıl düzüldükdə əsər öz-özünə yaranır.
GÖRKƏMLİ RƏSSAMLAR
Pol Sezannın yaradıcılığı haqqında sayt
http://paulcezanne.tumblr.com/
Sezann özünün oxşar düzbucaqlı yaxma sis-
temini icad etmişdi: yaxma lövhənin diaqonalı
üzrə: adətən yuxarı sağ küncdən aşağı sol küncə
enir və bütün kətanı bürüyürdü. Zaman keçdikcə
o, yaxmanın istiqamətini təkcə müxtəlif əsərlərdə
deyil, həm də eyni əsərin müxtəlif hissələrində də-
yişirdi, amma hər sahənin içində yaxmanın eyni
formanı saxlamasına və eyni paralel istiqamətdə
yayılmasına ciddi diqqət yetirirdi. Yaxmanın bu
cür yayılması Sezann rəngkarlığına parça, hətta
xalça səthi ilə oxşarlıq, “Medan qəsri” kimi əsər-
lərə isə ritmik hərəkət hissi bəxş edir.
Bu, maraqlıdır
“Medan qəsri”. 1881.
Kunsthauz muzeyi. Sürix, İsveçrə
Hansı postimpressionist üslubunda fəaliyyət göstərən rəssam özü nə məxsus
yaxma sistemi yaratmışdı? O öz əsərlərində bunu necə əks etdirirdi?
Düşünün və izah edin
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
12
POL SEZANN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG
3.
P.Sezannın yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim
edin.
1. Karandaşla eskiz
2. Rəngləmə
Müəyyən edin
1.
P.Sezannın müxtəlif yaradıcılıq dövrlərinin əsas xüsusiyyətləri han-
sılardır?
Yaradıcı fəaliyyət
2.
P.Sezannın natürmortlarından birini təkrarlamağa çalışın.
Sənətkar məsləhəti
Sezannın əsərini təkrarlayarkən, əvvəlcə onun sadə karandaşla eskizini çəkin.
Masa, stul və qatlanmış parçanın yerlərini müəyyən edin. Meyvə və bardağı
rəngləyərkən təmiz rənglərdən istifadə edin.
Pastel təbaşirlər, quaş, akvarel
3
P.Sezannın əsərləri impressionistlərin əsərlərindən nə ilə fərqlənir?
3
Təsviri sənətin inkişafında P.Sezann hansı rolu oynayıb?
Sərbəst iş üçün tapşırıqlar
Özünüzü yoxlayın
2
Kubizm – ( fr. cubisme, cube – kub) – XX əsrin əvvəlində ilk nəhəng formalist cərəyan.
Klassik incəsənətin böhran keçirməsi kubizmin yaranmasını şərtləndirmişdi. Rəssamlar
naturanın əsasında sadə həndəsi formaların durduğu fikrini əsas tuturdular.
Rəngkarlığa özünəməxsus baxış Sezannı onun müasirlərinin əksə-
riyyətindən fərq lən dirir. O, XIX əsrin sonuna xas olan impressionizm
üslubu ilə XX əsrin əvvəlinin yeni bədii istiqaməti – kubizm
2
arasında
körpü saldı. Təsviri sənətdə yeniliyin əsasını qoyan Sezannın rolu gələ-
cək nəsillər tərəfindən layiqincə qiymətləndirildi.
Pol Sezann təkcə dahi kompozisiya yox, həm də böyük kolorit ustası
idi. Klassisizm və romantizm ənənələrini əsas götürən Sezann onları tam
yekdilliyə çatdırmaqla bütöv bir dövrü başa vurdu. Sonrakı nəsillər şək-
siz etiraf etdilər ki, Sezann sənət aləmində yeni yol açmışdır.
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
13
“Yelpikli xanım”. 1907.
Rusiya, Sankt-Peterburq,
Dövlət Ermitaj Muzeyi
“Masada çörək və meyvə qabı”.
1909. Bazel Təsviri Sənət Muze-
yinin kolleksiyası. İsveçrə
“Kraliça İzabo”. 1909. A.S.Puş-
kin adına Dövlət Təsviri Sənət
Muzeyi. Moskva, Rusiya
Təsviri sənət qalereyası
Tanış olun
Dünyanı həndəsi fi qur formaları vasitəsilə dərk edən primitivizm əs-
lində elə kubizmdir. Bu cərəyanın mənbəyi öz əksini yalnız Pol Sezannın
rəngkarlıq əsərlərində tapmamışdır. Kubizmin ən məşhur nümayəndələ-
rindən biri – şöhrətli Pablo Pikassodur. O, müxtəlif həndəsi formaların
birləşməsindən tamamilə yeni və qeyri-adi sənət əsərləri yaradırdı.
Pablo Pikassonun yaradıcılığı çox zəngindir. O, dünya təsviri sənət
tarixinə kubizmin yaradıcısı kimi daxil olsa da, kubizm onun yaradıcılı-
ğındakı dövrlərdən biri və rəssamın yaradıcılığının yalnız on ilini təşkil
edir.
Primitivizm üslubunda yaradılan əsərlər haqqında nə demək olar? Bu
cərəyanın əsas ideyası nədən ibarət idi?
Pikassonun əsərlərində sadə həndəsi formalar
İncəsənətə dair dialoq
Əşyaların formalarının dəyişdirilməsi, onların sadələşdirilməsi, mü-
əy yən həndəsi fi qurlara bölünməsi hansı üsluba işarədir?
Xatırlayın
PABLO PİKASSO: YARADICILIQ
DÖVRLƏRİ
3-4
Təsviri sənətin elə bir janrı yoxdur ki, Pikasso orada özünü sınamasın.
Onun əsərlərinin rəngkarlıq janrlarına bölünməsi tamamilə şərtidir. Rəs-
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
14
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ
ERKƏN İLLƏR (1889–1901)
Balaca Pablo artıq üç ya şın dan
rəsm çəkməyə hə vəs göstərməyə baş-
layır. “Sarı pikador” Pi kassonun
öküz döyüşünün təə ssüratı altında
yağlı boya ilə çək diyi ilk rəsmlərin-
dən biri hesab edilir.
MAVİ DÖVR (1901–1905)
1901-ci ilin payızında Pikasso öz
fərdi üslubuna doğru sıçrayış edir.
Həmin vax tadək o, impressionistlə-
rin istedadlı şa gir di və təqlidçisi
olmuşdur. 1901-ci il dən mavi dövr
başlayır.
“Ana və uşaq”. 1901 (20 ya şında). Foqqa
Mu ze yi, Harvard İncəsənət Mu zeyi, ABŞ
“Sarı pikador”. 1889 (8 yaşında). Oğlu
Klod Pikasso nun şəxsi kolleksi yası
“Şar üzərində qızcığaz”. 1905 (24 yaşında). A.S. Puşkin
adına Dövlət Təsviri Sənət Muzeyi. Moskva, Rusiya
ÇƏHRAYI DÖVR (1904–1906)
Çəhrayı dövrü çox zaman həm də sirk döv rü
adlandırırlar. Pi kas sonun yeni rəngkarlığının
sevimli motivlərindən biri – sirk mövzusudur. O,
sonsuz sayda arlekin-təlxək və ak ro batların şə-
killərini çəkmişdir.
samın əsərləri janra görə deyil, onun yaradıcılığının bu və ya digər mər-
hələsini müəyyən edən üslub və rənglərin üstünlüyünə görə fərqlənir.
Ənənəvi olaraq Pikassonun yaradıcılığını 11 dövrə ayırmaq olar:
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
15
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ
AFRİKA DÖVRÜ (1907–1909)
Bu dövrdə Pikasso özü üçün arxaik-(köhnə)
Afrika incəsənətini kəşf edir və onu öz yaradıcılıq
üslubunun təsiri altında dəyişmək zərurətini hiss
edir. O, təsvir etdiyi əşyaların formasını sadələş-
dirməyə, onları monumental və ifadəli etməyə, per-
sonajların simasını deformasiya etməyə başlayır.
Bu qısa dövrü bəzən “sezansayağı” adlandırırlar,
çünki həmin vaxtlar Pikasso təsvirdə Sezann me-
todunu – formaları şar, silindr, konus formasına-
dək sadələşdirməyi sınayır. Afrika dövrü kubizmin
“ixtirasına” gətirib çıxardı. “Avinyon qızları” Pi-
kassonun kubizm üslubunda yaradılmış ilk əsəri
sayılır.
“Avinyon qızları”. 1905 (24 ya-
şında). Müasir İncə
sənət Mu-
zeyi, Nyu York. ABŞ
ANALİTİK KUBİZM (1909–1912)
Analitik kubizm dövrü rəngkarlığının fərq-
li xüsusiyyətlərindən biri – monoxromluqdur
1
.
İkincisi – hər bir detalın dəqiq ifadəsindən imtina
etməkdir. Üçüncü fərqləndirici xüsusiyyət – ku-
bizmdə perspektiv və onun qanunları yoxa çıxır.
Nəyin təsvir edildiyini yalnız tək-tək detalların
əlamətinə əsasən anlamaq olar. Pikasso onla-
rı “atribut” adlandırırdı. Rəssamlar dünyanın
necə göründüyünü deyil, necə qurulduğunu öy-
rənmək və analiz – “təhlil etmək” istəyirdilər.
“Mandolinalı qız”. 1910 (29 yaşında).
Müasir İncəsənət Muzeyi, Nyu-York. ABŞ
1
Monoxrom (yunanca birrəngli) – bir rənglə işlənilmiş; bir rəng daşıyan.
2
Kollaj (fransızca collage) – təsviri sənətdə üsul və texnika. Rəng və fakturaya görə
fərqlənən hər hansı bir səth üzərinə yapışdırılmış müxtəlif materiallar.
SİNTETİK KUBİZM (1912–1917)
Kubizmin bu dövrü təsadüfən sintetik adlan-
dırılmayıb – Pikasso öz dekorativ kollajlarını
2
yaradaraq, onları sanki “sintez edir”. Kompozi-
siyalar rəngli olur və dekorativləşir. Həmin döv-
rdə onun tablolarında şriftlər və tək-tək hərfl ər
görünür.
“Masada meyvələrlə natürmort”. 1915 (34 yaşında).
Kolumbus İncəsənət Muzeyi. ABŞ
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
16
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ
3
Sürrealizm (fr. surrealisme – “realizmdən üstün”) – XX əsrin birinci yarısında dünya in-
cəsənətində bədii istiqamət. Sürrealist rəssamlar xəstə təxəyyülün qarabasmalarını, dəh-
şətli yuxuları, mistik görüntüləri incəsənətdə göstərməyi öz qarşılarında məqsəd qoyurlar.
Cəfəngiyat və sərsəmlik onlar üçün dünyanın yeganə qanunauyğunluğudur. Onlar hesab
edirlər ki, ağlın çaşması yaradıcı proses üçün ideal haldır. Belə incəsənətin məqsədi – ta-
maşaçını iradədən, dərrakədən, aktivlikdən məhrum etməkdir.
“Olqanın kresloda portreti”. 1917 (36 yaşında).
Pikasso Muzeyi. Paris, Fransa
KLASSİSİZM DÖVRÜ (1917–1925)
Klassisizm – Pikassonun həyat və yaradıcı-
lı ğında çox parlaq və zəngin dövrdür. O, on il
ər zində altı rus balet quruluşunun bədii tərti ba-
tın da iştirak edib. Əhatələndiyi mühit – klassik
balet, həm də Roma və bütünlükdə antik memar-
lıq klassikasının təsiri onun əsərlərinin üslubu-
nu müəyyənləşdirmişdir. Pikasso klassikanın
dər hal tanınan, lakin özünəməxsus və bənzərsiz
variantını yaratmışdır.
SÜRREALİZM
3
DÖVRÜ (1925–1937)
Həmin illərdə sürrealizm cərəyanı Pi kas soya
tə sir göstərməyə baş la yır. O, qadınların təsvir
olunduğu bir neçə tablo çəkir və oradakı forma-
ları yaradarkən kubizmin həndəsi tərzi ilə həyati
elementlərini birləşdirir. O, Afrika heykəltəraş-
lığından aldığı təəssüratlarını kubizm və sürre-
alizm üsulları vasitəsilə uyğunlaşdıraraq hey-
kəltəraşlıqla aktiv məşğul ol ma ğa davam edir.
“Qiraət”. 1932 (51 yaşında).
Pikasso Muzeyi. Paris, Fransa
30-cu İLLƏRİN SONU VƏ MÜHARİBƏ
DÖVRÜ (1937–1945)
O, 1930-cu illərin sonunda, İkinci Dünya mü-
haribəsi ərəfəsində, eləcə də onun vətəni İspaniya-
nı bürümüş müharibə zamanı xeyli ağlayan qadın
portreti çəkir.
“Ağlayan qadın”. 1937 (56 yaşında).
Teyt qalereyası. London, Böyük Britaniya
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
Dostları ilə paylaş: |