Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə51/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   47   48   49   50   51   52   53   54   55

Саго  qoyunları 

yetişdirilir.  Bu  qoyunlar  rütubətli  subtropik  iqlim  şəraitində  saxlanılmağa 

uyğunlaşmışlar.

9.

  Gəncə-Qazax  bölgəsində  yerli  aborigen  qoyunlar  -  



Bozax  cinsi 

saxlanılıb yetişdirilir.  Bu qoyunlar yerli  dağ və  dağətəyi  iqlim,  əsasən  köçəri 

və  yarımköçəri  sürülmə  şəraitinə  uyğunlaşmışlar.  Bozax  cinsindən  olan 

qoyunlar 400-500 km uzaq məsafədə yerləşən qış otlaqlarına və Kıçk Qafqaz 

dağlarında yerləşən yaylaqlara sürülməyə dözümlüdürlər.

Əhalinin  qoyun  ətinə,  quyruq  yağına,  motal  pendirinə  və  süd  məhsul­

larına,  həmçinin  qaba  və  yarımqaba  yuna  olan  tələbatını  nəzərə  alaraq, 

fermerlərin  və  kəndli  təsərrüfatlarının  özləri  bu  zona  üçün  əlverişli  olan 

qoyun cinslərini seçib yetişdirirlər.

Şəkil 66.

  Qonur Qafqaz malı

Qonur  Qafqaz  mali 

südlük-ətlik  istiqamətli  qaramal  cinsi  olub,  yerli 

Qafqaz malının Şvis cinsindən olan buğalarla cütləşdirilməsindən alınmışdır. 

Bu  cins  1960-cı  ildə  təsdiq  edilmişdir.  Cins  yaradılarkən  Azərbaycan 

zebusunun  qanından  da  istifadə olunmuşdur.  Qonur Qafqaz  malının  bədən 

quruluşu  və  məhsuldarlığı  artmış,  yerli  şəraitə  uyğunlaşma  qabiliyyəti 

yüksəlmişdir.  Rəngi qonurdur,  inəklərin diri kütləsi  400-450 kq  olmaqla,  ildə 

orta  hesabla  2000-2500  kq  3,8-3,9  %  yağlılığında  süd  verir,  ət  çıxarı  50-55 

faizdir.  Cinslə  damazlıq  işi  eksteryerin  möhkəmlənməsi  və  məhsuldarlığın 

daha da  yüksəlməsi istiqamətində aparılır.

429


Ş ə k il  67.

  Qırmızı  Qazax malı

Qirmizi  Qazax  mali 

xalq  seleksiyasının məhsuludur,  rəngi  qızılı  qırmızı, 

bəzən 

də 


tünd 

qırmızıdır,  möhkəm  konstitusiyaya,  mütənasib  gövdə 

quruluşuna,  normal  yelin  formasına  malik  olmaqla,  çətin  iqlim  şəraitinə 

dözümlülüyü  və  normal  bala 

verməsi  ilə  fərqlənir.  Laktasiya  ərzində 

inəklərin  süd  məhsuldarlığı  1900-2000 kq,  südünün yağlılığı 3,7  3,9 %,  diri 

kütlə 

orta  hesabla 



inəklərdə 

380-400  kq,  buğalarda  isə  450-500  kq  olur. 

Cavan malın təmiz 

ət 


çıxan  50  faizdən  yüksək  olur.  Qırmızı  Qazax malı çox 

az  miqdarda  Ağstafa,  Qazax, 

Tovuz 

və  Gədəbəy  rayonlarının  fermer 



təsərrüfatlarında 

qalmışdır. 

Genofondun 

qorunması 

üçün tədbirlər görülür.

Ş ə k i!  68.

  Azərbaycan zebusu



Azərbaycan zebusu. 

Uzun  illərdən  bəri  xalq  seleksiyası  nəticəsində  zebu 

malları  və  onun  populyasiyalan  yaradılaraq,  bu  günə  qədər  gəlib  çatmışdır.

430


ölkəmizin  heyvanat  aləminin  nadir  növlərindən  biridir.  Rəngi  qonur  və 

qara-qonur  olmaqla  hürgücləri  aydın  hiss  olunur.  Azərbaycan  zebusu  və 

onun  hibridləri  yerli  şəraitə  və  xəstəliklərə  dözümlüdür,  yemə  və  yüksək 

qayğıya tələbkar deyildir. Azərbaycan zebusu tezyetişkənliyə malik olmaqla, 

diri  çəkisi  300-310  kq,  təmiz  ət  çıxan  58,8-60 % çatır.  İldə  orta  hesabla  500 

kq  süd  verir.  İllik  südünün  yağlılığı  isə  5-6  faizdir.  Lənkəran-Astara 

bölgəsində yayılmışdır.

Şakil 69.

  Azərbaycan  camışı

Bu  cins  akademik  A.Ağabəyli  tərəfindən  yaradılmışdır.  Uzun  illərdən 

bəri  aparılan  damazlıq-seleksiya  işlərinin  və  normal  yemləmənin  məhsulu­

dur.  Seçmə  və taylaşdırma  nəticəsində Azərbaycan camış cinsinin  həm  məh­

suldarlığı,  həm  də eksteryer göstəriciləri xeyli yaxşılaşmışdır.  Bu cins  1970-cı 

ildə  təsdiq  olunmuşdur.  Camışların  orta  süd  məhsuldarlığı  1300-1500  kq, 

südünün yağlılığı  8-12%,  ana camışların orta diri  kütləsi 400-500 kq,  törədici 

kəllərinki  isə  800-1000  kq-dır.  Respublikada  Azərbaycan  camış  cinsi 

təmizlikdə  yetişdirilir  ki,  bu  da  ölkəmizin  bütün  bölgələrində  yayılmışdır. 

Camış  Azərbaycanın  “qara  mirvarisi”  adlandırırlar,  bir  çox  yoluxucu 

xəstəliklərə (vərəm,  brusellyoz,  leykoz, teylerioz və s.) olduqca davamlı olub, 

onlarla  yoluxmurlar,  yalnız  pasterellyoz  və  emfizematoz  karbunkula 

həssasdırlar.  Camış  südündə  zülalın  miqdarı  inək  südünə  nisbətən  (11-12%) 

iki dəfə (20-28%) artıq olur.  Onların südü və digər məhsulları həm də insanın 

bəzi xəstəliklərində müalicəvi əhəmiyyətə malikdir.

431


Şəkil 70.  Qarabağ qoyun  cinsi

Bu  cins  xalq  seleksiyasının  məhsuludur,  respublikamızda  çox  yayılmış 

qoyun  cinsidir.  Qarabağ  qoyununun  quyruğu  yağlı,  ucunda  cılız  irtməyi, 

quyruq  aynası  açıq  və  üçkünc  olur,  qulaqları  əsasən  kərədir,  başı,  ayaqlan, 

qarnı  və  boynunun  aşağı  tərəfi  yunsuzdur.  Qoyunları  buynuzsuz,  qoçları 

•buynuzlu,  rəngləri müxtəlif olur.  Qoyunların diri  kütləsi  47-51  kq, qoçlarınkı 

isə 61 -74 kq-dır.  Yunu  qaba olub,  qarışıqdır.  Orta hesabla hər qoyundan 2,3 

kq,  qoçlardan  isə  3,2  kq  yun  qırxılır.  Süd  məhsuldarlığı  35-40  kq,  südünün 

yağlılığı  7,6  faiz  olur,  ilər  100  baş  ana  qoyundan  110-115  bala  alınır. 

Respublikanın  yay  və  qış  otlaq  şəraitində  inkişaf  etdirilir.  Azərbaycanın 

Qarabağ,  Mərkəzi Aran, Muğan-Salyan  zonalarında yayılmışdır.

Şəkil 71.  Qaradolaq qoyunu

Qarabağ  qoyun  cinsinin  bir  dəstəsidir.  Sahibkar  Hacı  Məmmədhüseyn 

Rəhimovun  (  Ağcabədi  rayonu,  Qaradolaq  kəndi)  fəal  iştirakı  ilə  xalq

432


seleksiyasının 

məhsulu 


kimi 

XX 


əsrin  30-cu  illərində  yaradılmışdır. 

Qaradolaq  qoyunları  Q arabağ  qoyun  cinsinə  nisbətən  məhsuldardır.  Qoç­

ların  diri  kütləsi  72-78  kq,  ana  qoyunlarınkı  isə  55-60  kq  olur.  Qoçlarından 

ildə  2,5-3,0  kq,  ana  qoyunlardan  isə  2-2,5  kq  yun  qırxılır.  Hər  100  baş  ana 

qoyundan  ildə  110-115  baş  quzu  almır.  Qaradolaq  qoyun  cinsi  ət  çıxımının 

nisbətən  çox  və  dadlı  olması  ilə  fərqlənir.  Yunu  qaba  və  yanmqabadır.  Ən 

çox Ağcabədi, İmişli,  Bərdə və Beyləqan rayonlarında yayılmışdır.

Ş ə k il  72.

  Qala 


qoyunu

Qala  qoyunu  xalq  seleksiyası  yolu  ilə  yaradılmış,  Abşeron  yarıma­

dasında  geniş  yayılmışdır.  Bu  qoyun  otlik-yunluq  və  südlük  istiqamətli 

olmaqla,  yağlıquyruqlu  qoyun  qrupuna  mənsubdur.  Onların  başı  iri,  döşü 

enli,  qulaqları  və  ayaqları  uzundur.  Qoçların  diri  kütləsi  56-100  kq,  ana 

qoyunlarınkı  isə  48-76  kq  olur.  Qala  qoyununun  quyruğu  sallaq  vo  iki 

hissədən  ibarətdir.  Quyruğunun  çəkisi  6,3-10  kq  olur.  Qoçlardan  ildə  orta 

hesabla  3,4-4,5  kq.  ana  qoyunlardan  isə 2,8  kq  yun qırxılır,  il  ərzində 61  kq 

süd  verir.  Hər  100  baş  ana  qoyundan  102-110  quzu  alınır.  Qala  qoyunları 

əsasən kəndətrafı örüşlərdə saxlanılır.

433


Şəkil 73.

  Baibas qoyunu

Baibas  qoyunu  xalq  seleksiyası  nəticəsində  yaradılmışdır,  Naxçıvan  M  R- 

nın ərazisində yetişdirilir, yanm qaba yunludur, konstitusiyası quru və möhkəm, 

boyu  hündür,  quyruğu  yağlı,  uzun  cüt  mütəkkə  şəklindədir,  başı,  boynu  və 

ayaqlan  yunsuz  olur.  Rəngi  ağdır,  gözlərinin,  bumunun,  qulaqlanmn  ucunda, 

dizlərində irsən nəslə keçən qara  ləkələr vardır,  yunu  ağ parlaq olub,  birtiplidir, 

xalçaçılıq  sənayesi  üçün  əvəzolunmaz xammaldır.  Orta  hesabla  hər  qoyundan 

1,8-2  kq.  qoçlardan  2,5  -3,5  kq  yun  qırxılır.  Ana  qoyunların diri  kütləsi  70-80 

kq,  qoçlannkı isə  85-90 kq təşkil  edir.  Süd  məhsuldarlığı  ildə  125-135  kq  olub, 

südünün  tərkibində  5,4-7  %  yağ  vardır.  Balbas  qoyunlarının  balavermə 

qabiliyyəti də yüksəkdir, hər 100 baş ana qoyundan  125 quzu alınır.



Şəkil 74.  Bozax qoyunu

Bozax  qoyunu  xalq  seleksiyası  yolu  ilə  Qarabağ  və  Tuş  qoyunlarının 

çarpazlaşdırılmasından  alınmışdır.  Konstitusiyası  quru  və  möhkəmdir, 

qulaqları  uzun,  quyruğu  yağlı  və cılız  irtməkli  olur,  tiftiyi  ağ.  qılanı  qara  və

434


qəhvəyi  rənglərdə  olduğundan  yunu  boz  və  bənövşəyi  rənglərə  çalır. 

Qoyunlarda  kiitlə  45-50  kq.  qoçlarda  isə  55-65  kq.  yun  qırxımı  qoyunlarda 

1.8-2,5  kq.  qoçlarda  3  kq  olur,  yunun  uzunluğu  8-15  sm-dir.  Süd 

məhsuldarlığı  25-30  kq.  ekiz  bala  vermə  qabiliyyəti  10-15  faizdir.  Bozax 

qoyunları  əsasən  Azərbaycanın  qərb  rayonlarında  (Qazax,  Ağstafa.  Tovuz. 

Şəmkir.  Gədəbəy. Xanlar və s.) yetişdirilir.



Ş j k i l   "5.  Şirvan qoyunu

Şirvan  qoyunu  xalq  seleksiyası  nəticəsində  yaradılmışdır,  ölkəmizin 

Şirvan.  Muğan  bölgələrində və Abşeron yarımadasında  yetişdirilir,  eksteryer 

və  məhsuldarlıq  göstəricilərinə  görə  Qarabağ qoyun  cinsinə  yaxındır.  Lakin 

quyruq  forması  və  yununun  keyfiyyətinə  görə  bir  qədər  ləzgi  qoyun  cinsinə 

oxşayır.  Rəng etibarı  ilə 8 % -i  ağ. qalanları isə  rənglidir.  Yunun  18  % -i  zərif 

olub,  ləzgi  qoyunlarının  yununa  oxşayır.  Orta  hesabla  hər  qoyundan  1.6-2.2 

kq,  qoçlardan  isə  2,8  kq-a  qədər  yun  qırxılır.  Qoyunların  diri  kütləsi  40  kq. 

qoçlarınkı  isə  48-50  kq-dır.  Şirvan qoyunları  duzlaşmış  otlaqlara  uyğunlaş­

mırlar.


435

Şəkil 76.  Mazex qoyunu

Mazex  qoyunu  xa]q  seleksiyasının  məhsuludur,  xarici  görünüşcə  Balbas 

qoyun  cinsinə  oxşayır,  quyruğu  Balbas qoyunlarında  olduğu  kimi,  yağlı və cüt 

mütəkkəlidir.  Qoyunları buynuzsuz, qoçları buyuzludıır.  Başı, ayaqlan və qarnı 

.yunsuz,  rəngi  əsasən  qəhvəyidir.  10  %  -  ə  qədən  ağ  rəngli,  çox  az  %  -i  qara 

rəngli  olur.  Diri  çəkisi  qoyunlarda  45-57  kq,  qoçlarda  isə 67-78 kq  olur,  ildə 

bir  dəfə  qırxılır.  Qoyunların  yunu  qaba  olub,  ildə  1,4  kq,  qoçlardan  isə  1.7 

kq  qırxılır.  Süd  məhsuldarlığı  ildə  75-90  kq-a  çatır.  Naxçıvan  M  R-da 

Mazex  qoyunları  Balbas  qoyunları  ilə  cüıləşdiriür.  Azərbaycanın  Gürcüs­

tanla sərhəd  bölgələrində də yayılmışdır



Şəkil 

77. 


Azərbaycan  dağ merinosu

Azərbaysan  dağ  merinosu  Qafqaz  və  Askaniya  merinosları  ilə 

yaxşılaşdırılmış  yerli  Gədəbəy  merinosunun  quyruğu  yağlı  Bozax  qoyunları

436


ilə  cütbşdirilməsi  nəticəsində,  uzun  illər aparılan  elmi-tədqiqat  və  damazlıq- 

seleksiya  işləri  əsasında  yaradılmışdır.  Bu  cinsin  müəllifləri  akademik 

F.Ə.Məlikov,  M .N.Sadıqov  və  başqa  alimlərdir.  Azərbaycan  dağ  merinosu 

1947-ci  ildə cins kimi təsdiq  edilmişdir, yerli merinoslara  nisbətən  iridir,  başı 

yunla  çox  örtülü,  dərisi  qırışsızdır.  Qoyunların  din  kütləsi  40-50  kq, 

qoçlarınkı  isə  75-90  kq  olur.  Yun  qırxımı  orta  hesabla  qoçlarda  7-10  kq, 

qoyunlarda 4,0-6,5  kq-dır,  Gəncə-Qazax bölgəsində geniş yayılmışdır.

Şəkil 78.

  Caro  qoyunu

Çaro  qoyunu  xalq  seleksiyası  yolu  ilə  yaradılmış  yerli  qoyundur,  əsasən 

Qarabağ,  Şirvan 

və 


Şahsevən  qoyun  cinslərinin  qarışmasından  törəmişdir, 

qaba  yunludur,  qoyunların  yun  qırxımı  1,8-2,4  kq,  qoçlarınkı  isə  2,5-3-kq- 

dır.  Qoyunların  diri  kütləsi  35-40  kq,  qoçlarınkı  isə  45-50  kq-dır.  Yerli 

şəraitə,  nəmliyə,  istiyə  dözümlü  olmaqla  ayaqları  orta  uzunluqdadır.  Qoçla­

rın  buynuzları  qıvrılmış,  quyruqları  yığcam  formadadır,  südünün  yağlılığı 

6,5-7  %  -  dir,  hər  100  baş  qoyundan  105-110  bala  alınır.  Əsasən  Azərbay­

canın  cənub  bölgəsində  (Lənkəran.  Astara,  Lerik,  Yardımlı,  Masallı  rayon­

larında) yayılmışdır.

437


...  Ч>,

Şəkil  79.  Gödək qoyunu

Gödək qoyunu Xalq  seleksiyası yolu ilə yaradılmışdır.  Bu qoyunlar xırda 

olub, ayaqları qısa,  möhkəm,  gövdəsi  gödək,  lakin dərin,  quyruğu yağlı,  ucu 

cılız  irtməkli  və  quyruq  aynası  örtülü  formadadır,  konstitusiyası  quru  və 

möhkəmdir.  Ağır  şəraitə  davamlı,  çevik  və  uzaq  yol  getməyə  qabil,  yerli 

şəraitə  uyğunlaşmış  qoyunlardır.  Rəngi  (80 %  -i)  ağ,  başı  və ayaqları  qonur 

və  qara  olur.  Diri  kütləsi  qoyunlarda  30-37  kq,  qoçlarda 40-42  kq,  illik  yun 

qırxımı  qoyunlarda  1,4  kq,  qoçlarda  2-3  kq  olur,  süd  məhsuldarlığı  30  kq- 

dır.  Azərbaycanın  şimal  rayonlarında  (Şəki-Zaqatala  və  Quba-Xaçmaz 

zonalarında) yetişdirilir.



Şəkil 80.  Herik qoyunu

Herik  qoyunu  xalq  seleksiyası  yolu  ilə  yaradılmışdır,  herik  qoyunu 

qabayunludur.  Ləzgi  qoyunlarının  məhsuldarlığını  yüksəltmək  məqsədilə, 

onlar Tuş  qoyun  cinsinin  qoçları  ilə  çarpazlaşdırılmışdır.  Alınmış  mələzlər

438


özlüyündə  yetişdirilərək  Hcrik  adlandınlır.  Herik  Ləzgi  qoyunu  mələzlərin- 

dən  az  fərqlənir.  Gəncə-Qazax  bölgəsində  Tuş  və  Bozax  qoyunlarının 

çarpazlaşdırılmasmdan  alınan  mələzləri  də  Herik  adlandırırlar.  Herik 

qoyunları Azərbaycan dağ  merinosu ilə də  yaxşılaşdırılmışdır.  Şəki-Zaqatala 

bölgəsində yetişdirilir.

Şakil 81.  Ləzgi  qoyunu

Ləzgi  qoyunu  xalq  seleksiyası  nəticəsində  yaradılmışdır,  xırda  olub, 

ayaqları  qısa,  konstitusiyası  möhkəm,  gövdəsi gödək,  döş  qəfəsi  yaxşı  inkişaf 

etməklə,  quyruğu  yağlı,  ucu  cıllz irtməkli,  quyruq  aynası  örtüklüdür.  Bədəni 

ağ,  ayaqlan  və  başı  qonur  və  qara  rəngdə  olur.  Ana  qoyunların  diri  kütləsi 

30-37  kq,  qoçlarınkı  isə  45-50  kq-dır.  Yun  qırxımı  orta  hesabla  ana 

qoyunlarda  1,4  kq,  qoçlarda  2-3  kq  olur.  Ləzgi  qoyunlarının  Azərbaycan 

dağ merinosu  ilə yaxşılaşdırılması yaxşı  nəticə verir.  Azərbaycanın Zaqatala, 

Qax,  Şəki,  Yevlax,  Göyçay,  Ağdaş  və  Qəbələ  rayonlarında  yetişdirilir. 

Soyuq  hava şəraitinə dözümlülüyü ilə fərqlənir.

439


Şəkil 82.

  Yerli  keçi

1936-cı  ildən  başlayaraq  yerli  keçi  cinslərini  yaxşılaşdırmaq  məqsədilə 

Türkiyədən  Anqara  cinsli  keçilər  gətirilərək  Gəncə-Qazax  və  Dağlıq  Qarabağ 

bölgələrində yerləşdirilmişdir.  Yerli  keçi  cinsi  Azərbaycanın  bütün  bölgələrində 

yayılmışdır.  Yerli keçilərin  eksteryeri  aşağıdakı  kimidir:  başı yüngül,  sifəti  qısa, 

buynuzların  istiqaməti  yuxan,  cidovu  dar,  bədəni  yastı,  şux  duruşludur.  Sərt 

yetişdirmə  şəraitinə  yaxşı  uyğunlaşmışdır.  5-6  ay  sağılır  və  orta  süd 

məhsuldarlığı  150 kq və südün yaglılıgı 3,8-4,6 % təşkil edir. Yaşlı keçilərin orta 

diri  kütləsi  35-40  kq,  ət  çıxan  isə  48-50  faiz  olur.  Keçilər  qoyun  sürüləri  ilə 

birlikdə yay və qış otlaqlarında otarılır. Yemə az tələbkar, çox dözümlü olurlar.



Şəkil 83.

  Qarabağ  at cinsi

Qarabağ  at  sinsi  Azərbaycanın  ən  qədim  dağ  minik  cinsidir,  gözəl 

eksteryerə,  mütənasib  bədən  quruluşuna  malik  olmaqla  ilxı  şəraitinə 

davamlıdır.  Rəngi  narıncı,  sarı,  qızılı  və  kürəndir.  Zaqafqaziyada  və  Şimali



440

Qafqazda  olan at cinslərinin və Don atmın  yaxşılaşdırılmasında  böyük  təsiri 

olmuşdur.  Qarabağ  atının  əsas  eksteryer  xüsusiyyətləri  belədir:  başı  quru, 

çox yaraşıqlı,  cidovu  orta  hündürlükdə, arxası və beli  düz,  döşü enli, ayaqlan 

quru, möhkəm və enli duruşlu,  temperamentli,  oynaq və konstitusiyası  möh­

kəmdir.  Süysününün  hündürlüyü  148,5  sm,  döş  qucumu  165,8  sm  və  incik 

qucumu  18,3 sm-dir.  Yığcam formada  olmaqla, çox dözümlüdür.



Şakil 84.  Dilbaz at cinsi

Dilbaz  at  cinsi  XV1I1  əsrin  sonu,  XIX  əsrin  əvvəllərində  yerli  atların 

Şərq  atları  ilə  çarpazlaşdınlması  nəticəsində  və  Q arabağ  cinsinin  təsiri 

altında yaradılmışdır.  Minikdə, yükdə və yüngül qoşquda istifadə olunmaqla 

ilxı  şəraitinə  çox  dözümlüdür.  Rəngi  boz  vo  kəhər  olur,  konstitusiyası  quru 

və  möhkəm,  başı  olduqca  cazibədar  və  quru,  gözləri  qabarıq  və  alovlu, 

hündür duruşlu,  cidovu  orta  hündürlükdə,  arxası  və  beli  düz,  ayaqları  quru, 

orta  sümüklü,  möhkəm  və  geniş  duruşludur.  1600  m  məsafəni  2  dəq.  20 

saniyəyə  qot  edir.  Dilbaz  atları  130-140  kq  yüklə  gündə  50-60  km  yol  gedə 

bilir.  Bu  atlar  Qazaxda  məşhur  Dilbazilər  sülaləsinin  təsərrüfatlarında 

yaradılmışdır.

441


Şəkil 85.  Quba  atı

Quba  atı  Kür-Ara/,  düzənliyində  yayılmaqla  Dilbaz  və  Qarabağ 

atlarının  cırlaşmış  qalıqlarından  ibarətdir.  Şirvan  atları  dağ  tipli  atlara 

nisbətən  bır  qədər  iri  olmaqla,  yüngül  qoşqu  istiqamətlidir,  rəngi  əsasən 

kəhər,  tünd  kəhər  və  kürəndir,  konstitusiyası  quru  və  möhkəmdir.  Cidov 

 hündürlüyü  orta  hesabla  140  sm,  bədənin  çəpinə uzunu  142  sm,  döş  qucumu 



165  sm,  incik  qucumu  18  sm-dir.  Yüngül  qoşqu  işlərində istifadə edilir.  1600 

m  məsafəni  3  dəqiqə  18  saniyəyə  qət  edir.  Şirvan  atı  ilxı  şəraitinə  olduqca 

dözümlüdür.  Addımı  sərbəst  olmaqla yaxşı  qaça  bilir.  Bu  atlar  əsasən Şirvan 

zonasında  (Ağdaş.  Göyçay,  Kürdəmir,  Ucar  rayonlarında)  yayılmışdır, 

duzlaşmış otlaqlara  uyğunlaşmışdır.

Şəkil 86.  Dəvə

Dəvəçilik  ölkəmizdə  heyvandarlığın  on  qədim  sahələrindəndir.  Dünyada 

mövcud  olan  bir  hürgüclü  (dromoder)  vo  iki  hürgüclü  (bakterian)  dəvə

442


cinslərinin hər ikisi Azərbaycanda geniş yayılmışdır. Bakterian dəvəsi 6-7 yaşına 

kimi  boy  və  çəki  artımı  verir.  Dəvələrin  3-4 yaşında  diri  çəkisi  900 kq-a  çatır. 

Azərbaycan  şəraitində  laktasiya  ərzində  1600-1700  kq-a  qədər  süd  verir, 

südünün  yağlılığı  5,0-5,5  %  olur.  Dəvə  yunu  zərif  qoyun  yunundan  da 

qiymətlidir.  O rta  hesabla  hər  dəvədən  8-10  kq  yun  qırxılır.  Azərbaycanın 

Abşeron,  Beyləqan,  Bərdə,  Biləsuvar,  Hacıqabul  rayonlarında  yayılmışdır, 

yemsizliyə və susuzluğa çox dözümlüdür.

Şəkil 87.

  Yerli  qaz  cinsi

Yerli  qaz  sinsi  ətlik  istiqamətlidir,  Respublikamızın  təbii  iqlim 

şəraitindən  asılı  olaraq,  müxtəlif çəkili  olurlar.  Yerli  qazların  rəngi  ağ-boz 

olur,  ildə orta  hesabla  15-20 ədəd  yumurta  verirlər.  Yerli  iqlim şəratinə daha 

çox  uyğunlaşaraq,  otlaq 

şəraitində  bəsləndikdə  qüvvəli  yemə  az 

tələbkardırlar.  Diri  kütləsi  orta  hesabla  erkəklərdə  4-6 kq,  dişilərdə  3,5-4  kq 

olur.  Xəstəliklərə  dözümlü  olmaqla,  yüksək  qayğı  tələb  etmir.  Yerli  qazlar 

tez  yetişkən  olmaqla,  otlaq  şəraitində  yaxşı  kökəlir,  ətinin  keyfiyyəti 

yüksəkdir. Azərbaycanın  bütün  bölgələrində geniş yayılmışdır.

443


Şəkil 88.

  Azərbaycan  toyuq  cinsi

Azərbaycan  toyuq  cinsi  yumurtalıq  istiqamətli  olub,  isti  iqlim  şəraitinə 

davamlıdır.  Hər  toyuqdan  ildə  orta  hesabla  120-150  ədəd  yumurta  alınır, 

yumurtanın çəkisi 50-60 qram  olur.  Yumurtadan cücə çıxma  faizi  yüksəkdir. 

Fərələr  4-5  aylıqda  yumurta  verirlər.  Xoruzların  diri  kütləsi  2,5-3  kq, 

toyuqlarmkı  isə  1,8  -2.5  kq  olur.  Yetişdirmə  şəraitindən  asılı  olaraq 

eksteryeri  və  məhsuldarlıq  göstəriciləri  müxtəlif  olur.  Xəstəliklərə  davamlı 

olduğuna  görə,  həyətyanı  təsərrüfatlarda  yetişdirilir.  Azərbaycanın  bütün 

bölgələrində  geniş  inkişaf etdirilir.  Əti  dadlı,  yumurtası  çox  qidalıdır,  dənə 

az tələbkar olmaqla, çoxlu ot yeyir,  rəngi  qəhvəyi,  qonur və çil-çil  olur.

Yerli hind  toyuğu  Azərbay­

canın  bütün  bölgələrində  geniş 

yayılmışdır.  İldə  orta  hesabla  50- 

60  ədəd  yumurta  verir,  otlaqdan 

yaxşı  istifadə  etməklə,  yerli  şəraitə 

davamlıdır.  Əti  yüksək  keyfiyyətə 

malikdir,  toyuqlarının  diri  kütləsi 

erkəklərdə  6-8  kq,  dişilərdə 4-5  kq 

olur,  tez  yctişkənliyı,  kökəlmə 

qabiliyyətinin  yüksək  olması  ilə 

digər  cinslərdən  fərqlənir.  Xarici 

mühitə  dözümlüdür.  Ətindən  əsa­

sən kabab kimi istifadə olunur.

Şəkil 89.

  Yerli  hind  toyuğu

444


Yerli  ördək  ətlik  istiqamətli 

olub,  Azərbaycanın  bütün  bölgələ­

rində  yetişdirilir.  Yerli  ördəklər  5-6 

aylığında  yumurtalamağa  başlayır, 

ildə  orta  hesabla  90-100  ədəd 

yumurta  verir,  yumurtanın  çəkisi 

orta  hesabla  60-70  qram  olur,  tez 

yetişkənliyə  və  yaxşı  kökəlmə  qa­

biliyyətinə  malikdir, 

aylıqda 



onların  orta  diri  kütləsi  1,8-2,0  kq 

olur.  Yaşlı  erkək  ördəklərin  diri 

kütləsi  1.5-3  kq.  dişiləıinki  isə 2-2,5 

kq  olur.  Yerli  şəraitə dözümlü  olub, 

otlaq  yemlərindən  yaxşı  istifadə 

edir. 


Gölməçələr  olan  yerlərdə 

yaxşı  inkişaf  edir.  Əti  çox  dadlı, 

yumurtası yüksək qidalıdır.

Şəkil 89.  Yerli  ördək

445


MÜASİR QLOBAL EKOLOJİ  BÖHRAN VƏ 

KATAKLİZMLƏRİN  GENETİK ASPEKTLƏRİ

‘‘Bütün kü ll,n i xəstəliklər  hava Ил keçir.  Hava bizə həm həyat 

verir,  h.vn Ил xəstəlik gətirir "

( H i p p o k r a t )



Bu  gün  ekoloji  məsəl ələr m  həlli  vacib  məsələlərdən  hindir 

Ona  görə  yo.x  ki.  hiitiin  dünyada  ba  məsələlərə  böyük  diqqət 

göstərilir  Ona görə ki.  ha giin  Azərbaycanın qarşısımla  həllini 

gözləyən  əsas  məsələlərdən  hiıi  ekoloji  vəziyyətin  yaxşılaş­

dırılmasıdır "

( İ l h a m   Ə l i y e v )

Son  /am anlara  qədər  mövcud  olan  paradiqına  (uzun  müddət  hökm  sü­

rən  elmi  nəzəriyyə) görə ekologiyaya  biologiyanın  bır sahəsi kimi yanaşılırdı. 

Lakin  bu  gün  ekologiya  həmin  məhdud  çərçivədən  çıxaraq  BMT-nın  və 

dünyanın  bütün  nüfuzlu  beynəlxalq  təşkilatlarının diqqət  mərkəzində duran, 

insan  sağlamlığının  qorunmasına  xidmət  edən  fundamental  elmə  çevrilmiş­

dir.  Azərbaycanın  tarixi  şəxsiyyətləri  ekologiyanın  bəşəri  və  planetar  əhə­

miyyətli  elm  sahəsinə  çevriləcəyini  uzaqgörənliklə  çox  yüksək  dəyərləndirə­

rək  müdrik  kəlamlar  söyləmişlər:  ".



Ekologiya yaxın gələcəkdə  biiriin  elmləri 

bir-biri  ilə  əlaqələndirən  nəhəng

  »’,? 


möhtəşəm  bir  çinar  ağacını  xatırladan 

fundamental,  planetar  əhəmiyyətli  və  çox  perspektivli  elmə  çevriləcəkdir. 

Ekologuyasız  başqa  elmlərin  inkişafı  qeyri-miimkündiir"  (Həsən  Əliyev, 

akademik).  "Ekologiya tezliklə bütiin elmlər arasında möhkəm əlaqə yaradan 

qırılmaz  bir  zəncirə  bənzər geniş diapazonlu,  mütərəqqi  və  bəşəri  əhəmiyyətli 

elm sahəsi olacaqdır"  (Xudu  Məmmədov,  professor).

  Doğrudan  da.  ekologi­

ya  bu  gün  olduqca  geniş  diapazonlu,  insanların  sağlamlığı  və  uzun- 

ömürlülüyünün  keşiyində  dayanan  çox  nəhəng,  qüdrətli  elm  kimi  təşəkkül

446


tapıb.  Əgər  bu  elm  təşəkkül  tapmasaydı,  onda  bəşəriyyətin  taleyinin  necə 

olacağı,  hansı  məcra  alacağı  çox  ciddi  təhlükə  ilə  üzləşə  bilərdi.  Məhz  buna 

görədir ki,  ekologiyanın yeni  sahələri,  o cümlədən 

« E k o l o j i   g e n e t i k a » ,   « T i b b i  

e k o l o g i y a »  

və 


« B a y t a r l ı q  

təbabəti 

e k o l o g i y a s ı »  

kimi  bəşəriyyətin  inkişafı 

üçün  olduqca  aktual  elmi  istiqamətləri  formalaşaraq,  hazırda  ən  mütərəqqi 

elm  sahələrindən  birinə çevrilmişdir.  Həmin  elm sahələrinin  əsas  məqsədi  isə 

insan  sağlamlağmın təmin  olunması,  qorunması,  heyvan,  quş və  balıqlardan 

insana  keçən yoluxucu xəstəliklərin  qarşısının  alınması,  təhlükəli  xəstəliklərə 

qarşı  səmərəli  profilaktika  tədbirlərinin  aparılmasından  ibarətdir.  Ekoloji 

durumun  yaxşılaşdırılması,  tarazlığın  bərpa  olunması,  ətraf  mühitin 

mühafizəsi  və  təbiət-cəmiyyət,  cəmiyyət-biosfer  münasibətlərindəki  dis- 

balansın aradan qaldırılması  müasir dövrün ən aktual və qlobal problemidir. 

Bu  problem  yaxın  gələcəkdə  öz  müsbət  həllini  tapmazsa,  onda  bəşəriyyəti 

daha  böyük  və  iri  miqyaslı  ekoloji  böhran  və  fəlakətlər  gözləyir.  Çünki  XIX 

və  XX  əsrlərdə  antropogen  fəaliyyət  nəticəsində  təbiətə,  onun  sərvətlərinə, 

təbii  ətraf  mühit  amillərinə  həddindən  artıq  zərbə  vurulmuş  və  ekoloji 

disbalans yaranmışdır.

Planetimizin  hər  yerində 



ekoloji  bumeranq

  (proqnoz  nəzərə  alınmadan 

görülən  işlərin  ekoloji  fəsadları)  özünün  kulminasiya  nöqtəsinə  çataraq 

bəşəriyyəti  iki  yol  -   ölüm  və  həyat  ayrıcında  qoymuşdur.  Litosferə,  hidros­

ferə,  atmosferə,  flora  və faunaya çox  güclü,  bərpa olunmayan zərbələr vurul­

muş, 


ekoloji genosid

 -  


ekosid

  törədilmiş,  təbiətə  zülm  edilmiş,  nəticədə  qar- 

şısıalınmayan 

ekoloji kataklizmlər

 (partlayışlar)  və təbii  fəlakətlər  tüğyan  et­

mişdir.  Leysan  yağışlar,  güclü  sel,  daşqın,  qasırğa,  sunamı.  torpaq  sürüş­

mələri,  zəlzələ və vulkan  püskürmələri  Yer altındakı  insan və  heyvan  cəsədlə­

rinin  qalıqlarını,  onlarla  birlikdə  isə  yoluxucu  agentləri  torpağın  səthinə  çı­

xararaq,  təhlükəli  epidemiya,  epizootiya  və  pandemiyalar  törədir.  Dünya 

alimlərinin  təbiət-cəmiyyət  münasibətlərində 

mənfi  disbalansın  kəs­

kinləşməsi  və  dialektik  vəhdətin  pozulmasının  bəşəriyyət  üçün  çox  neqativ 

fəlakətlərlə  nəticələnəcəyi  barədə  həyəcan  təbili  çalmasına  baxmayaraq,  bu 

proses  get-gedə  daha  da  kəskinləşmiş,  insanlar  təbiətin,  onun  sərvətlərinin 

sanki  ən  qəddar  düşməninə  çevrilmiş  və  dəhşətli  ekosid  törətmişlər. 

Planetimizin  ekoloji  mənzərəsi  antropogen  fəaliyyətin  təsirindən  hazırda 

böhran,  aqoniya

  halına  düşmüş  və  öz  məhvərindən  tamamilə  çıxmışdır. 



"Təbiət  hər  şeyi  yaxşı  bilir,  qiymətləndirir  və  ona  uyğun  cavab  verir" 

(V.Kommoner).  "Əvvəllər  təbiət  insanları  qorxudurdu,  indi  insanlar  təbiəti 

qorxudur"  (Jak-iv-Kusto).  "İnsanlar,  unutmayın  və  agah  olun!  Yaşadığımız 

Round river -  sonsuz bir çay -  hazırda təhliikə qarşısındadır,  bu təhlükənin so­

nuncu qurbanı  isə bütün canlı  aləm  və Sizlər olacaqsınız!"  (A.Leord).

  Dünya 


şöhrətli  alimlərimiz  də  həmin  Round  riverə  biganə  qalmamış,  uzaqgörən  və 

daha  kəskin  münasibət  bildirmiş,  vaxtında  həyəcan  təbili  çalmışlar: 



"Təbiətə 

bir zərbə  vurana o,  min zərbə ilə cavab  verəcək,  bir balta endirənə isə min balta 

endirəcəkdir"  (Həsən Əliyev).  "Təbiətə zülm edəni o,  zindana salacaq,  cəhən­

nəmə göndərəcək və ondan öz qisasını mütləq alacaqdır" (Xudu Məmmədov).

447


Həmin  müdrik  kəlamlar  artıq  bu  gün  reallığa  çevrilmiş,  təbiət  in sa n la r­

dan  üz  döndərərək  qisas  almağa  və  alternativ  cavab  reaksiyası  göstərməyə 

başlamışdır.  Özü  də çox  kəskin və  qarşısıalınmaz  cavabla!  Son  illərdə,  x ü su ­

silə  2010-cu  və  2011-ci  ildə  planetimizdə  baş  verən  təbiət  kataklızmləri  və 

fəlakətləri  bəşəriyyəti  çox  ciddi  imtahanla  üzləşdirib,  iki  yol  ayrıcında 

(həyat,  yaxud  ölüm)  qoyub.  2010-cu  ildə  Avropa,  Asıya  və  Afrika  ölkələri, 

ABŞ,  Pakistan,  Hindistan və s.-də  baş  verən  böhran və fəlakətlər  bəşəriyyəti 

təlatümə  salmış,  heç  bır  antibiotikin,  sulfanilamid  və  nitrofuran  q ru p u  

preparatının  təsir  etmədiyi  "MDM"  epidemiyasını  törətmişdir.  Alimlər  belə 

qənaətə  gəliblər  ki,  son  zamanlar  QİÇS,  quş,  donuz  və  balıq  qripi,  atip ik  

pnevmaniya,  sarı  qızdırma,  dəli  dana-inək  duzluğu,  viruslu  hepatitlər.  A frika 

taunu,  Helikobakter  Pilori,  "M D M "  və  “Ekoli  infeksiyası,  talassemiya, 

hemofiliya,  anomaliyalar,  teratogen  xəstəliklər,  immun  çatışmazlığı,  m eta- 

bolik  sindrom-sürətlə  kökəlmə,  uşaqların  ölü,  vaxtından  əvvəl  doğulması  və  s. 

baş  verməsinin  və  arealının  genişlənməsinin,  klassik  yoluxucu  xəstəliklərin 

(taun,  qarayara,  quduzluq,  salmonellyoz,  vərəm,  brusellyoz,  leptospiroz,  botu- 

lizm,  malyariya,  dizenteriya,  leyşmanioz,  dəmrovlar,  qoturluq,  tülyaremiya, 

helmmtozlar  və s.)  isə  yeniləşməsinin  səbəbi  məhz  ekoloji kataklizmlər və  təbii 

fəlakətlərdir.  Çünki  ekoloji  böhranlar  və  təbii  fəlakətlər  (qlobal  istiləşmə, 

parnik  effekti,  ozon  ekranı,  leysan  yağışlar,  sel  və  daşqınlar,  qasırğalar, 

'sunamilər,  tornodalar,  torpaq  sürüşməsi,  meşə  yanğınları,  zəlzələ,  vulkan 

püskürməsi)  ekoloji  tarazlığı  pozur,  patogeıı  agentlar  (virus,  bakteriya, 

göbələk,  parazit,  helmint  və  s)  modifikasiyaya  uğrayır,  yeni  təhlükəli 

xəstəliklər  törədir.  Bu  isə  ekologiya,  insan  sağlamlığı  və  baytarlıq 

təbabətinin  dialektik  vəhdətini,  qırılmaz  bağlılığını  sübut  etdiyindən 

insan 

ekologiyası,  ekopatologiya,  tibbi ekologiya,  baytarlıq  təbabəti  ekologiyası  və 

ekoloji  genetika

  kimi  bəşəri  və  planetar  əhəmiyyətli  yeni,  mütərəqqi  elm 

sahələrinin  yaranmasına  zəmin  yaratmışdır.  Narahatlıq  törədən  odur  ki, 

qeyd  olunan  infeksion  ageııllər  əvvəlkilərdən  fərqli  olaraq  yüksək 

patogenliyə,  virulentliyə  malik  olub, dərman  preparatlarının  və dezinfeksiya 

maddələrinin  təsirinə həddindən  artıq  davamlılıq  göstərir.

Ekoloji  böhran  və  kataklizmləriıı  hazırda  həddindən  çox  kəskinləşməsi­

nin  əsas  səbəbi  antropogen  fəaliyyət  və  ekoloji  bumeranqın  təsirindən 

yaranan  qlobal  istiləşmə  və  iqlim  anomaliyalarıdır.  Onlar  qarşısıalınmaz 

ekoloji  dısbalans  yaratmış  və  insan  i'ıçün  qorxulu  sayılan  epidemiya,  epizo- 

otiya  və  pandemiyalann  arealının  genişlənməsinə  çox  böyük  zəmin  yarat­

mışdır.  Nəticədə  törədicisi  torpaqda  100  ildən  artıq  yaşayan  qarayara  və  10 

ildən  artıq  yaşayan  dəmrovlar  (trixofitiya,  mikrosporoz,  parşa.  axorion, 

favus),  eləcə də taun,  vəba, dizenteriya.  qoturluq,  leyşmanioz,  stafılokokkoz. 

streptokokkoz, kolibaktcrioz,  icrsinioz və s.  kimi  olduqca  təhlükəli yoluxucu 

xəstəliklərin  yeniləşməsi,  təkrarlanması  baş  vermişdir.  Hazırda  heyvanlar, 

quşlar,  balıqlar  və  onların  yeyinti  və  digər  məhsullarından  insana  keçən 

yoluxucu  (infeksion  və  invazion)  xəstəliklər  və  zəhərləmələr  (intoksikasiva 

və toksikozlar) mütəmadi  olaraq  tez-tez baş verir, olduqca ağır  fəsadlar törə­

dir  və  ölümlə  nəticələnir.  Dünya  alimləri  sübut  etmişlər  ki.  ekoloj  böhran.

448


kataklizm  və  təbii  fəlakətlər  insan  sağlamlığı,  təbabət və  baytarlıq  təbabəti, 

ekopatologiya,  baytarlıq  təbabəti  genetikası  və  ekoloji  genetika  arasında 

qırılmaz  bağlılıq  mövcud  olduğundan  həmin  elm  sahələri  qarşılıqlı  vəhdət 

formasında  öyrənilməli  və  müvafiq  mübarizə  üsulları  hazırlanmalıdır. 

Alimlər  sübut  etmişlər  ki,  "M D M ”  genomalı  bakteriyalarm  rezervııarı  təbii 

fəlakətlərin fəsadları  nəticəsində  çirklənən  içməli  su  mənbələridir.

 

Onlar  bu 



epidemiyanı  yeni  əsrin  ən  qarşısıalınmaz,  dəhşətli  və  təhlükəli  faciəsi 

adlandırır.

 

Çünki  "MDM"  bakteriyaları  ilə  yoluxan  insan  və  heyvanların 



müalicəsi  səmərə  vermədiyi  üçün  qısa  müddətdə  ölümlə  nəticələnir.

 

Əgər 



tezliklə bu  epidemiyanın  spesifik  profilaktikası  üçün  peyvənd  vasitəsi-vaksin 

hazırlanmasa,  onda  bəşəriyyəti  olduqca  ağır  fəsadlar  gözləyəcək.  2009-cu 

ildə  ABŞ-da  çirklənmiş  içməli  sudan  uşaqlar  arasında  yeni 

v ə  


çox  davamlı 

bakteriyalarm  törətdiyi,  çətinliklə  və  uzun  müddət  müalicə  olunan,  elmə 

məlum  olmayan,  təhlükəli  epidemiyanın  baş  verməsi 

d ə  


olduqca  böyük 

narahatlığa  səbəb  olmuşdur.  Beynəlxalq  Epizootiya  biirosu  (BEH)  və 



Ümumdünya  Səhiyyə  Təşkilatının  ( 

UST)   son məlumatına görə  lıazırda  insan, 

heyvanlar  və 

quşlar  arasında  baş  verən  bütün  yoluxucu  xəstəliklərin  70 /d izi 

hakteriya,  virus,  göbələk,  helmint.  parazil 

və s.  Hə çirklənmiş su ilə  keçir

 

Son 



zamanlar ekoloji  böhran 

v ə  


təbii  fəlakətlərin  fəsadlarının  məntiqi  nəticəsi 

k i ­


mi dünyanın  bir 

ç o x   ö l k ə l ə r i n d ə   m ü ş a h i d ə   o l u n a n ,  

elmə 

m ə l u m  



olmayan  ye­

ni  Ilelikobakter  Pilori  bakleriyalarınının

 

mədə-bağırsaq  yarası,  eroziyası  və 



xərçənginin  ən  başlıca  törədicisi  olmasını  sübut  etdiyinə  görə  müəlliflərə 

(M .İ.Morozov və b.) Nobel  M ükafatı  verilmişdir.

2011-ci  ildə  bəşəriyyət  daha  ciddi  bir  təhlükəli  epidemiya  «likoli»  in- 

feksiyası  ilə qarşılaşdı.  Bu epidemiya  ilk dəfə olaraq  Almaniyada  başlayaraq 

çoxlu  sayda  insanların  yoluxmasına  və  ölümünə  səbəb  oldu,  sonralar  isə 

ABŞ,  eləcə  də  Avropa  ölkələrinin  əksəriyyətində  intişar  tapdı.  Xəstəliyi  tö­

rədən  Hscherichıya  coli  bakleriyalarının  əsasən  insana  paxlalı  bitkilərdən 

(lobya  və  s.)  keçməsi  ehtimal  olunur.  Narahatlıq  törədən  odur  ki,  həm 

xaricdə,  həm  də  ölkəmizdə  KİV,  hətta  bəzi  həkimlər çox  böyük  səhv  edərək 

bu  epidemiyanın  törədicisini  bakleriya  deyil,  «virus»  adlandırırlar.  Əlbəlıə,

li.coli-ni  «virus»  adlandırmağı  elmi  baxımdan  olduqca  yolverilməz  hal  kimi 

dəyərləndirmək  lazımdır.  1 Izun  müddət müşahidə edilməyən  taun,  vəba  və s 

kimi  olduqca  qorxulu  və  ağır  fəsadlarla  nəticələnən  infeksion  xəstəliklərin 

2010-cu  ildə  sel,  daşqın  və  leysan  yağışlardan  sonra  Pakistan,  Hindistan, 

Çin,  İndoneziya,  Meksika,  Çili,  Kuba,  Kanada  və s.  ölkələrdə əhali  arasında 

yenidən  baş  verməsi  təbiətin  bəşəriyyətə çox  ciddi  mesajıdır.  100 ildən  sonra 

bu  günlərdə  baş  verən  vəba  xəstəliyindən  inindən  çox  adam  ölmüş,  3500 

adam  xəstələnmişdir.  Pakistanda  son  80  ildə  analoqu  olmayan,  ölkə 

ərazisinin  dörddə  bir  hissəsini  basan  seldən  sonra  14  min  insan  vəba,  taun, 

dezinteriya,  malyariya  ilə  yoluxmuş,  heyvan  və  quşlar  arasında  kəskin 

epizootiyalar  baş  vernv  Jir  İndoneziyada  oktyabrın  sonunda  eyni  vaxtda

7,7  bal  gücünü,'  baş  vı 

zəlzələ,  vulkan  püskürməsi  və sunarai  nəticəsində 

400  nəfər  adam  ölmüş  və  on  minlərlə  insan  isə  evsiz  qalmış,  təhlükəli 

yoluxucu  xəstəliklər  baş  vermişdir.  Dünya  üzrə  viruslu  hepatillə  hər  il  2


Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin